amensiya
amerikalı
OBASTAN VİKİ
FİBA Amerika
FİBA Amerika (ispanca Confederación Panamericana de Baloncesto, fransızca FIBA Amériques) FİBA zonasıdır (International Basketball Federation-Beynəlxalq Basketbol Federasiyası). Bu FİBA 5 qitənin ən birinci FİBA-sıdır. FİBA Amerika-dan Amerikanın əsas turniri cavabdehlik daşıyır. 44 dənə FİBA federasiyası var. Bunlardan ən böyüyü San Xuan, Puerto-Rikodur. Hal-hazırda FİBA Amerikanın prezidenti Beynəlxalq Dövlət Virciniya adasından olan Usiyo Riçarddır.
Kapitan Amerika
Kapitan Amerika (ing. Captain America) — Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajı. Ən tanınmış Marvel Comics personajlarından biridir. Ən məşhur ifadəsi Qisasçılar komandasına səslənərkən istifadə etdiyi "Qisasçılar, birləşin!" (ing. Avengers, assemble!) ifadəsidir. == Nəşri == 1940-cı ildə yazıçı Co Simon yeni super qəhrəman yaratmaq qərarına gəlmişdi və qəhrəmanın geyimi ilə birlikdə ilk eskizini çəkmişdir. Avtobioqrafiyasında yazırdı: Timely Comicsin (o dövrdə Marvel Comics belə adlanırdı) nəşriyyatçısı Martin Qudman Co Simona "Kapitan Amerika" adlı komiks nəşr etməyə və komiksin baş redaktoru olmağa icazə vermişdir. Cek Kyorbi komiksin nəşrində də Con Simona kömək edirdi. "Kapitan Amerika" komiksinin ilk sayı 1941-ci ilin martında nəşr olunmuşdur. İlk saydaca Kapitanın Adolf Hitleri necə kötəkləməsi təsvir olunmuşdur və 1 milyon nüsxəsi satılmışdır.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Mərkəzi Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Amerika
ABŞ (ing. USA) və ya Amerika (ing. America), ya da rəsmi adı ilə Amerika Birləşmiş Ştatları (ing. United States of America), yaxud da qısaca Birləşmiş Ştatlar (ing. United States) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
Amerika Samoası
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. == Tarix == Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
Amerika antropologiyası
Amerika aqavası
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Amerika ardıcquşu
Amerika ardıcquşu (lat. Bombycilla cedrorum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin ardıcquşlar fəsiləsinin ardıcquş cinsinə aid heyvan növü.
Amerika asiyalıları
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Amerika avokadosu
Amerika ağcaqayını
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.
Amerika bizdimdiyi
Amerika bizdimdiyi (lat. Recurvirostra americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin bizdimdiklər fəsiləsinin bizdimdik cinsinə aid heyvan növü.
Amerika bizonu
Amerika bizonu (lat. Bison bison) — boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid növ. Bizonun hündürlüyü 2 m, uzunluğu isə 2,5–3 m-ə çatır. Bədənindəki yun sıx olub boz-qonur rəngdə, baş və boyundakı yun isə qara-qonur rəngdədir. Bədənin ön hissəsi daha uzun tüklərlə örtülüdür. Başın alın hissəsi gnişdir. Kiçik qalın buynuzları yanlara doğru uzanıb. Buynuzların uc hissəsi içəriyə doğru yönəlib. Qulaqları qısa və ensizdir. Gözləri böyük və tünd rəngdə, boynu qısadır.
Amerika cökəsi
Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir.
Orta Amerika
Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə.
Amerika qızılquşu
Amerika qızılquşu (lat. Falco sparverius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amerika dələsi
Amerika dələsi (lat. Martes americana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Amerika susamuru
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina) Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Amerika ştatları
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Amerika ştatı
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Amerika mədəniyyəti
ABŞ mədəniyyəti (ing. Culture of the United States) və ya Amerika mədəniyyəti (ing. Culture of America) — Amerika Birləşmiş Ştatlarında mədəniyyət. ABŞ bir çox mədəniyyətə, müxtəlif etnik qruplara, ənənələrə və dəyərlərin geniş müxtəlifliyinə ev sahibliyi edir. Yerli amerikalılar, havaylılar və alyaskalılardan başqa, demək olar ki, bütün amerikalılar və ya onların əcdadları son beş əsrdə məskunlaşıb və ya immiqrasiya edib. Hakim Amerika mədəniyyəti əsasən Afrikalı kölələrin gətirdiyi ənənələr kimi digər mənbələrin təsirləri ilə Avropalı immiqrantların ənənələrindən törəmiş Qərb mədəniyyətidir. Asiyadan və xüsusilə Latın Amerikasından olan ən son immiqrasiya həm homogen əritmə qazanı, həm də immiqrantlar və onların nəsillərinin fərqli mədəni xüsusiyyətlərini qoruyub saxladığı heterogen salat kasası kimi təsvir edilən mədəni qarışığa əlavə edilmişdi. Əsas Amerika mədəniyyəti protestant Britaniya kolonistləri tərəfindən yaradılıb və əldə edilən xüsusiyyətlərin nəsillərə ötürülməsi və asimilasya ilə immiqrantlara köçürülməsi ilə sərhədyanı yaşayış məntəqəsi prosesi ilə formalaşmışdır. Amerikalılar ənənəvi olaraq güclü iş etikası, rəqabət qabiliyyəti və fərdiyyətçiliyə, habelə azadlığın, bərabərliyin, xüsusi mülkiyyətin, demokratiyanın, qanunun aliliyinin və məhdud hökumətin üstünlüyünü vurğulayan bir "Amerika kredosu"na birləşən inanc ilə xarakterizə olunurlar. Amerikalılar qlobal standartlara görə son dərəcə xeyirxahdırlar.
Amerika perseyası
Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Amerika Prezidenti
ABŞ prezidenti — ABŞ dövlətinin və icraedici hakimiyyətin rəhbəri, ordunun və donanmanın ali baş komandanı. ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihələrinə veto qoymaq hüququna malikdir. ABŞ prezidenti vəzifəsi 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına uyğun olaraq yaradılmışdır. Ard-arda seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. İlk prezident 1789-cu ildə bu vəzifəyə seçilən Corc Vaşinqtondur. == Prezidentlik == Amerika Birləşmiş Ştatlarında prezident dövlətin və hökumətin başçısıdır. O, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub federal hökümətin icraedici orqanına rəhbərlik edir. Bu vəzifəni tutan şəxs ən böyük aktiv nüvə arsenalı üzərində əmr səlahiyyətinə malik olmaqla birlikdə, böyük iqtisadi gücə və hərbi qüvvəyə sahib ölkənin də lideri olur. ABŞ prezidenti adətən dünyada ən nüfuzlu şəxs hesab olunur. ABŞ Konstitusiyasının II maddəsi prezidentə Birləşmiş Ştatların İcra aparatına rəhbərlik etmə və federal qanunun həyata keçirilməsi məsuliyyətləri ilə yanaşı, federal icra, diplomatiya, nazirlik, məhkəmə işçilərini vəzifəyə təyin etmə və Senatın razılıq və məsləhəti ilə sülh müqavilələri bağlama səlahiyyətlərini də verir.
Amerika tarixi
Amerika Birləşmiş Ştatlarının ərazilərində tarix ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı. 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi.
Filippin-Amerika müharibəsi
Filippin-Amerika müharibəsi (1899–1902) — Filippinli inqilabçıların ABŞ işğalından ölkəni azad etmək üçün apardığı müharibə. Müharibə 1899-cu ildə başladı və Filippinin Amerika hakimiyyətini qəbul etdiyi 1902-ci ilə kimi davam etdi. Hökumət qüvvələri ilə filippinli partizanlar arasında kiçik qarşıdurmalar 1913-cü ilə kimi davam etdi. Bəziləri müharibənin 1899-cu ildən 1902-ci ilə kimi davam etməsi fikrindədir, 1913-cü il isə müharibənin qeyri-rəsmi başa çatdığı il hesab olunur. Müharibə 1896–1898-ci illərdə baş vermiş Filippin antimüstəmləkə inqilabının davamı və ABŞ-nin Filippinin daxili işlərinə qarışmasının nəticəsi idi. == Müharibənin səbəbləri == 1896-cı ildə Filippin adalarında ispan müstəmləkəçiliyinə qarşı kütləvi üsyan baş verdi, lakin filippinli vətənpərvərlərə güclü ölkənin dəstəyi çatışmırdı. Belə bir güclü ölkə qismində ABŞ iştirak etdi. Amerika hökuməti filippinli üsyançılara Filippini müstəqil ölkə kimi tanıyacağına söz verdi. 1898-ci ildə İspaniyaya qarşı qalxan Kuba, Filippin və Puerto-Riko üsyançılarına dəstək bəhanəsi ilə Amerika İspaniyaya müharibə elan edərək İspan-ABŞ müharibəsini başlatdı. XVI əsrdən bəri bu ölkələri öz hakimiyyəti altında saxlayan İspaniya müharibədə məğlub oldu.
Futbol üzrə Amerika Kuboku 2019
Amerika Kuboku 2019 — CONMEBOL tərəfindən təşkil olunmuş sayca 46-cı mövsümünü keçirən Amerika-nın aparıcı futbol turniridir.Amerika Kuboku 2019 futbol turniri 14 iyun-7 iyul 2019-cu il tarixləri arasında Braziliya-nın 5 şəhərinin 6 stadionunda keçirilmişdir. Turnirə qatılan Amerika Kuboku 2015-2016-nın qalibi,iki qat dünya çempionu olan Çili millisi yarımfinalda Peru millisinə məğlub olmuşdur.Üçüncü yer uğrunda mübarizədə isə Argentina millisinə uduzan Çili millisi dördüncü yerdə qərarlaşmışdır. Final oyununda Braziliya millisi Peru millisinə 3–1 hesabı ilə qalib gələrək turnirin qalibi oldu.Argentina millisi 2–1 hesab ilə Çili millisinə qalib gələrək üçüncü yerdə qərarlaşdı. == Təşkilatçı ölkə == Əslində Amerika Kuboku 2019 futbol turnirinə ev sahibliyini Çili etməli idi.Braziliya isə Amerika Kuboku 2015 futbol turnirinə ev sahibliyi etməli idi.Çünki CONMEBOL qaydalarına görə təşkilatçı ölkə əlifba ardıcıllığı ilə müəyyən olunurdu. Lakin 2013-cü ildəki Konfederasiyalar Kubokuna, 2014-cü ildəki Futbol üzrə Dünya çempionatına və 2016-cı ildəki Yay Olimpiya oyunlarına təşkilatçılıq etdiyinə görə Braziliya namizədliyini geri götürmüşdür. Beləliklə Braziliya və Çili Futbol Federasiyaları ev sahibliyi edəcəyi turnirləri dəyişdirmək qərarına gəldilər. Rəsmi qərar 2012-ci ilin mayında verildi. Çili 2015-ci ildəki turniri öz boynuna almış, 2019-cu ildəki turniri isə Braziliyayaya vermişdir. Amerika Kuboku 2019 12 komandanın daxil olduğu futbol turniridir.Turnir 2020-ci ildə UEFA Avropa Çempionatı ilə üst-üstə düşəcək. == Məkanlar == 14 İyun 2018-ci ildə BFK-nın Vitse-prezidenti Fernando Sarney Amerika Kuboku 2019 turnirinin Braziliyanın beş şəhərində ( San-Paulu,Rio-de-Janeyro,Salvador,Belo Horizonte və Porto Alegre) təşkil ediləcəyini elan etdi.17 sentyabr 2018-ci ildə oyunların keçiriləcəyi stadionların siyahısı elan edildi.
FİBA Amerika Liqası 2013
FİBA Amerika Liqası 2013 - Amerika basketbolunun başlıca qitə turnirinin 6-cı oyunları
Heyli Smit (Amerikan ata!)
Heyli Arzuməhvedən Smit-Fişer (ing. Hayley Dream-Smasher Smith-Fischer) — Amerikan ata! televiziya serialında Sten və Fransin Smitin qızı. Serialın yaradıcısı Set Makfarleynin bacısı Reyçel Makfarleyn tərəfindən səsləndirilib. == Xarici görünüş == Heyli bütün serialarda başının alın nahiyyəsində çəhrayi güllərlə bəzədilmiş yaşıl rəngli hippi bandajı gəzdirir (hayrat bandajı). Onun orta uzunluqda qara saçları var, boynunda isə "Pasifik" işarəsi olan zənciri, göbəyində isə qızıl üzük formasında pirsinqi var. Geyiminə gəldikdə isə, o çox vaxt boz rəngli kofta və tünd mavi cins geyinir və şalvarın üstündən ağ rəngli kəmər taxır. Ayaqlarında həmişə qəhvəyi sandal ayaqqabılar olur. == Bioqrafiya == Heyli — müasir amerikan gənclərinin tipik nümayəndəsidir. O özündən başqa hər kəsə çox tələbkardır.
Hispanik Amerikası
Adətən region İspan Amerikası kimi tanınsada həmçinin Hispanik Amerikası kimidə adlanır. İspan dilində adətən Hispanoamérica, həm də América Hispana və ya América Española kimi deyilir. Bu bölgə Şimali, Mərkəzi və Cənubi Amerikanın ispandilli ölkələrindən ibarət Amerikanın bir hissəsidini təşkil edir. Bu ölkələrin hamısında ispan dili əsas dildir. Buna baxmayaraq bəzən bir və ya bir neçə yerli dillə (məsələn, Guaraní, Quechua, Aymara və ya Maya kimi) və ya ingiliscə (Puerto Rikoda) ilə rəsmi statusa malikdir. Regionda əsas üstünlük təşkil edən din isə Roma Katolikliyidir. Hispanik Amerikası bəzən Braziliya ilə birlikdə "İber-Amerika" termini altında qruplaşdırılır, yəni Amerikada Pireney yarımadasında mədəni kökləri olan ölkələr deməkdir. Hispanik Amerikası yalnız Hispanik Amerikasını deyil, həm də Braziliyanı (keçmiş Portuqaliya Amerikası ) və Qərb yarımkürəsindəki keçmiş Fransa koloniyalarını (indi ABŞ və ya Kanadada olan ərazilər adətən istisna olunur) əhatə edən Latın Amerikası ilə də ziddiyyət təşkil edir.
K2-yə Amerikan Karakorum ekspedisiyası (1938)
1938-ci il tarixli Amerikan Karakorum ekspedisiyası, daha düzgün şəkildə "Birinci Amerika Karakorum ekspedisiyası" adlandırılan qrup dünyanın ikinci ən yüksək dağı olan 8.611 m Çoqori (həmçinin K2 adlanır) zirvəsinə çatmaq üçün bir neçə marşrutu araşdırdı. Çarlie Houston kiçik və xoşbəxt bir alpinist qrupa liderlik edirdi. Abruzzi silsiləsinin ən əlverişli yol olduğuna qərar verdikdən sonra 19 iyul 1938-ci il tarixdə 7500 m məsafədə silsilənin yüksəkliyinə qədər yaxşı irəliləyiş əldə etdilər. Lakin o vaxta qədər tədarükləri azaldı, qida çatışmırdı və musson yaxınlaşırdı. Houston və Paul Petzoldt zirvəyə bacardıqları qədər yaxınlaşmaq üçün son bir təkan verməli olduqlarına və sonra qrupun qalan hissəsilə orada qovuşacaqlarına qərar verildi. 21 iyulda cütlük təxminən 7.900 m yüksəkliyə çatdı. Əlverişli hava şəraitində daha yüksək düşərgə üçün uyğun bir yer və zirvəyə gedən aydın bir yol müəyyən edə bildilər. Ekspedisiya uğurlu sayılırdı və heç kim ciddi xəsarət almamışdı. Abruzzi silsiləsinə qədər uyğun bir yol ətraflı araşdırılmış, çadırlar üçün yaxşı yerlər tapılmışdı (gələcəkdə bir çox ekspedisiyalarda istifadə ediləcək yerlər idi) və dırmanmanın texniki cəhətdən ən çətin hissəsini 6700 m məsafəni "Evin bacası" ("House's Chimney" -iki saatlıq qaya üzərinə çıxmağa rəhbərlik edən Bill Houseun adı ilə əlaqəlidir) qədər müəyyənləşdirmişdilər. Komandanın ortaq şəkildə yazdığı "Five Miles High" (Bates & Burdsall 1939) kitabı da uğurlu hesab olunur.
Kapitan Amerika: Birinci qisasçı (film, 2011)
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
Kapitan Amerika: Qış əsgəri (film, 2014)
Birinci qisasçı: Başqa müharibə və ya orijinal dildəki adı ilə Kapitan Amerika: Qış əsgəri (ing. Captain America: The Winter Soldier) — Marvel Kinematoqrafiya Kainatının doqquzuncu filmi. Film 2014-cü ildə istehsal olunmuşdur. Filmin elmi-fantastika, döyüş və macəra janrındadır.
Kapitan Amerika: Vətəndaş müharibəsi (film, 2016)
Kapitan Amerika: Vətəndaş müharibəsi (ing. Captain America: Civil War) — Marvel Comics-in Vətəndaş müharibəsi komiksinə əsaslanan Marvel Kinematoqrafiya Kainatının on üçüncü filmi.
Kapitan Amerika: İlk qisasçı
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
Kapitan Amerika: İlk qisasçı (film, 2011)
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
Kapitan Amerika heykəli
Kapitan Amerika heykəli (ing. Captain Amerika Statue) – Marvel Comics nəşriyyatının eyniadlı personajının 75 illiyinə həsr olunmuş heykəl. == Haqqında == Heykəl 2016-cı ilin iyulunda Marvel və Disney tərəfindən anons edilmişdir. Marvel və Comicave Studios sənətkarları tərəfindən dizayn edilmişdir. Əsər 2016 San Diego Comic-Con tədbiri zamanı tanıdılmışdır. Daha sonra ABŞ turuna çıxarılmış, sonda 10 avqust 2016-cı ildə Bruklində yerləşən Prospekt-parkda – Uşaqlar küncündə, karuselin yanında qoyulmuşdur. Bruklin personajın evi hesab olunur. İki həftə boyunca Prospekt-parkda qaldıqdan sonra heykəl bütün sentyabr boyunca Barclays Center-də, oktyabrdan ilin sonuna qədər isə Sanset parkında nümayiş etdirilmişdir. == Təsviri == Bürüncdən hazırlanmış heykəl 13 fut hündürlüyündə, 1 ton ağırlığındadır və Kapitan Amerika əlində qalxanını tutmuş vəziyyətdə dayanmaqdadır. Aşağıdakı dayaq hissə üzərində isə "Birinci qisasçı" filmində Kapitan Amerikanın səsləndirdiyi "I'm just a kid from Brooklyn" (azərb.
Kiriniya Amerikan Universiteti
Kiriniya Amerikan Universiteti (türk. Girne Amerikan Üniversitesi, ing. Girne American University) — Şimali Kipr Türk Respublikasının Kiriniya şəhərində yerləşən özəl universitet. Universitet 1985-ci ildə Sərhad Akpınar tərəfindən amerikan tipli ali təhsil müəssisəsi olaraq qurulmuşdur. 31-ci ili ilə bağlı xüsusi tədbirlər keçirən universitet tabeliyində 10 fakültə və kollec var. Həmçinin universitetin tərkibində GAU TV adlı televiziya kanalı fəaliyyət göstərir. Kanalı bütün Kipr adasından izləmək mümkündür. Universitet bina adlarına verilən "Freedom, Millenium, Spectrum" kimi müxtəlif adlarla diqqəti cəlb etmişdir. Universitet Qafqaz Universitetlər Birliyinin üzvüdür. == Fakültələr == Universitetin tərkibində 10 fakültə və kollec fəaliyyət göstərir.
Kopa Amerika 2021
Kopa Amerika 2021 - Amerika qitəsinin rəsmi futbol qurumu olan CONMEBOL tərəfindən keçirilən qitə çempionatı. UEFA Avro 2020 kimi Kopa Amerika da 2020-ci ildə keçirilməli idi. Lakin qitə futbol qurumları birlikdə qərar verərək hər iki turnirin bir il sonraya təxirə salınmasına qərar verdilər. Turnirin əslində ötən il Argentina və Kolumbiyada keçirilməsi nəzərdə tutulsa ölkələrin əhalisinin kəskin etirazları nəticəsində qitənin ali futbol qurumu 20 may 2021-ci il tarixində təhlükəsizlik səbəbi ilə turnirin Braziliyada keçirilməsinə qərar verdi. Turnirə 13 iyunda start götürür, 10 iyulda isə final qarşılaşması ilə yekun vurulur. Turnirdə 10 milli komanda iştirak edir. == Komandalar == Bu turnirdə son 2 Asiya çempionu olan Qətər və Avstraliya da iştirak edəcəkdi. Lakin komandaların 23 fevral 2021-ci ildə verdikləri qərarda növbəti il Qətərdə keçiriləcək Dünya Çempionatını oyunlarının ağırlığı səbəbi ilə turnirdə iştirakdan imtina etdilər. Beləliklə Kopa Amerikanın 2021-ci ildə keçirilən sayca 47-ci olan turnirdə 10 komanda iştirak edir. Belə ki, qitənin şimalını təmsil edən 5 komanda Şimal Zonası qrupunda, cənubu təmsil edən 5 komanda isə Cənub Zonası qrupunda mübarizə aparacaqlar.
Kopa Amerika Sentenario
== Planlaşdırma == === İdman direktorunun korrupsiyası === Copa America Sentenario 2016'nın qalibi 2-ci dəfə Çili milli komandası olmuşdur == Ev sahibinin seçilməsi == == Keçirələcək yerlər == == İştirakçı komandalar == Artıq CONMEBOL və KONKAKAF-ın rəsmi nümayəndələri təsdiqləyiblər ki, turnirdə bütün 10 CONMEBOL üzvləri və 6 KONKAKAF üzvü iştirak edəcəkdir. ABŞ və Meksika turnirə birbaşa vəsiqə qazanıb. Digər dörd KONKAKAF təmsilçisi isə müəyyən uğurlarına görə bu turnirdə iştirak edirlər. Kosta-Rika Mərkəzi Amerika Futbol Assosiasiyası tərəfindən təşkil olunan 2014 Kopa Sentroamerikana turnirinin qalibi olub. Yamayka isə Karib Futbol Assosiasiyası tərəfindən təşkil olunan 2014 Karib Kubokunun qalibi olub. Haiti və Panama isə iki pley-offun qalibi və 2015 KONKAKAF Kubokunun ən yaxşı 4 komandasından biri olduqları üçün turnirə vəsiqə qazanıb. == Püşkatma == == Komandalar == Komandaların çoxu turnirə 23 nəfərlik heyət ilə gələcəklər. (oyunçulardan 3-ü mütləq qapıçı olmalıdır). == Hakimlər == == Açılış mərasimi == == Qrup mərhələsi == === Tay-breklər === === A qrupu === Final oyunları 6 iyun 2016-cı ildə oynanılacaq. Mənbə: CONMEBOL & CONCACAF Arxivləşdirilib 2016-06-13 at the Wayback Machine Klassifikasiya üçün qaydalar: Qrup mərhələsinin reqlamenti === B qrupu === Final oyunları 6 iyun 2016-cı ildə oynanılacaq.
Latın Amerikası
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ ilə qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır. == Əhalisi == Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır.
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı
Latın Amerikası Turizm Təşkilatlarının Konfransı və ya qısaca KOTAL — beynəlxalq regional turizm təşkilatıdır. 1957-ci ildə yaradılmışdır. Bu qurum Latın Amerikasının 900-dən çox turizm, nəqliyyat, mehmanxana müəssisələri, həmçinin Asiya, Afrika və Avropanın 350-dən yuxarı turizm müəssisələrini özündə birləşdirir. Əsas vəzifəsi Latın Amerikası turizm sənayesinin inkişafı məqsədilə bütün turizm müəssisələrinin və milli assosasiyalarının fəaliyyətini birləşdirməkdir. KOTAL-ın Katibliyi Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşir. Konfransın rəsmi dilləri isə ispan və ingilis dilləridir. Rəhbər orqanları isə adətən ildə bir dəfə keçirilən Baş Assembleya və Direktorlar Şurası sayılır.
Maral gölü (Şimali Amerika)
Maral gölü — Kanadanın mərkəzində yerləşən göl, Saskaçevan və Manitoba vilayətləri arasında yerləşir. Böyük hissəsi Saskaçevan ərazisində yerləşir. Göl buzlaq məşəllidir. Ümumi su tutumu 60 000 km². Su səthinin sahəsi 5650 km², ümumi sahəsi 6650 km² təşkil edir. Noyabrdan iyuna qədər göl buzla örtülü olur. Sahəsinə görə Saksaçevanın ikinci Kanadanın doqquzuncu gölüdür. Sahilləri parçalıdır. Burada 5500 kiçik adalar vardır. Şərqində Kinoosao, şimalında Broşe (Brochet), cənubunda Sauthend yaşayış məntəqələri yerləşir.
Meksikada və Orta Amerikada yerli koloniallığa qarşı müharibələr
Meksikada və Orta Amerikada yerli koloniallığa qarşı müharibələr (İspan dilində Guerras anticoloniales indígenas en México), Yeni dünyada Şimali Amerikanın yerlisi Meksika Hinduları ilə Köhnə Dünyadan gələn İspan (Kastilyalı, Galiçyalı, Katalonyalı) immiqrant məskunlaşmaçılar və Meksika, Guatemala, Honduras, Belize, El Salvador, Amerika Birləşmiş Ştatlarının Cənubi və Qərb bölgələrilılar arasında baş verən və 1519-indiki illərdə aralıq olaraq əsrlərə yayılan Meksika Müstəqillik Döyüşü əvvəli və sonrası bir sıra qarşıdurmalar silsiləsidir. Döyüşün əsas səbəbi, kəşf edildiyi andan etibarən Amerika qitəsini şərqdən işğal etməyə başlayan cənub-qərb Avropalı müstəmləkəçilərin davamlı artması və bu artım sonunda yerlilərin torpaqlarına yerləşmələridir. Meksikanın şimalında yaranan döyüşlər qismən Amerika Birləşmiş Ştatlarının cənub-qərbində Meksika sərhədindəki Hindi müharibələri ilə də əlaqəlidir.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.
Mərkəzi Amerika tapiri
Mərkəzi Amerika tapiri (lat. Tapirus bairdii)) — Təkdırnaqlılar dəstəsinin tapir cinsinə aid heyvan növü.

Digər lüğətlərdə