analizçi
analoji
OBASTAN VİKİ
Analogiya
Analogiya ( q.yun. ἀναλογία — "oxşarlıq", "uyğunluq") - 1)fikir, məfhum və hadisələr arasında oxşarlıq və uyğunluq, bənzəyiş; 2)müxtəlif əşya və hadisələr arasında qismən oxşarlıq və ya uyğunluq; 3)ümumilikdə müxtəlif olan əşyaların, hadisələrin və anlayışların müəyyən mənalarda oxşarlığı; 4)məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də bir-birlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir. Bu terminlə ilk dəfə yunan riyaziyyatçıları ədədlər arasındaki əlaqənin oxşarlıqlarını ifadə etmişlər. == Misal == Onluq kəsrlər üzərində əməllər bir çox cəhətdən natural ədədlər üzərində əməllərlə analogiya təşkil edir. Onluq kəsrlərin öyrənilməsində bu analogiya istifadə olunur; Ədədi və həndəsi silsilənin bir çox xassələri analogiya təşkil edir; Stereometriyanın bir çox məsələləri planimetriya məsələləri ilə analogiya öyrənilir: Sfera müstəvidə çevrənin fəza analogiya, Tusi piramidası müstəvidə Paskal üçbucağının fəza analogiya (Bax: Paskal üçbucağı, Tusi piramidası). == Həmçinin bax == Hipotez Aksiom Arqument Paradoks Anlayış Nəticə Fakt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Qara pişik analogiya
Qara pişik analogiyası elm və din arasındakı fərqləri və ya bəzi versiyalarda fəlsəfə və metafizika kimi digər fənlər arasındakı fərqləri açıqlayan analogiyadır. == Təsvir == Analogiya belə təsvir edilə bilər: Fəlsəfə qaranlıq bir otaqda qara pişik axtarmağa bənzəyir. Metafizika qaranlıq bir otaqda orada olmayan qara pişik axtarmağa bənzəyir. Teologiya qaranlıq bir otaqda olub orada olmayan qara bir pişik axtarmağa və “Tapdım!” deyə qışqırmağa bənzəyir. Elm qaranlıq bir otaqda fənərdən istifadə edərək qara pişik axtarmağa bənzəyir. == İzahat == Vinsent Berri fəlsəfə ilə teologiya arasındakı fərqi bu cür izah edir: fəlsəfə elmi və açıq fikirlidir, sübutla əlaqəlidir, ancaq teologiya axtarmağa başlamadan əvvəl "son həqiqətləri tapdıq" deyir. == Mənşə == Analogiyanın bir çox variasiyaları var və bunlar müxtəlif dövrlərdə müxtəlif məşhur şəxsiyyətlərə aid edilmişdir, lakin sitat ən azı 1890-cı illərdən bəri mövcuddur. Analogiyanın mütləq mənşəyi bilinmir. Uendi Doniqer bunu fransız və ingilis atalar sözü ilə əlaqələndirir: "Qaranlıqda bütün pişiklər boz rəngdədir." Deşil Hammett "The Dain Curse" (1929) adlı əsərində "qaranlıq bir otaqda orada olmayan qara şapqa axtaran kor"dan bəhs edir.
Qara pişik analogiyası

Digər lüğətlərdə