antaqonizm
antekliz
OBASTAN VİKİ
Antarktik boğazı
Antarktik boğazı- Juenvil adası ilə Antarktik yarımadasını bir-birindən ayırır. Onun uzunluğu 50 km (30 mil), eni isə 11–19 km arası dəyişir (7-12 mil). Adlanmasına gəldikdə isə bu boğazı İsveç səyyahı Otto Nordenşeldin Antarktidaya espedisiya nəticəsində kəşf edilir. Boğazı isə 1902-ci ildə kapitan Karl Anton Lares “Antarktik” gəmisində keçmişdir. Demək olar ki, ilin böyük qismi buzla örtülü olur.
Antarktik susüpürəni
Antarktik susüpürəni (lat. Sterna vittata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Antarktik səhra
Аntarkti səhra — Təbii zona antarktik qurşaq boyunca yerləşir. Bütünlüklə Antarktika materikinin ərazisini əhatə edir. Ən cənub zonadır. Qış ayları ən aşağı temperatur −60 ; −70 °C arası, yayda isə −30 ; −50 °C arası dəyişir. Yay ayları −20° C yuxarı qalxmır. Ən isti bölgə isə Antarktik yarımadasıdır. Burada temperatur 10–12° C çatır. Bəzi hissələrdə rütubət 60–80 % çatır. Sahil hissələrdə rütubət 20 və hətta 5 % çatır. Ankartik səhrada yağıntının miqdarı 30–50 mm-dən 600–700 mm qədər arasında dəyişir.
Antarktik vilayət
Antarktik vilayət — biocoğrafi vilayətlərdən biri, burada həmişə şaxta olur. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Antarktik yarımadası
Antarktida yarımadası (1961-ci ilədək sovet və İngiltərə xəritələrində Qreyam Torpağı, Amerika xəritələrində Palmer yarımadası, Çili xəritələrində O’Xiqgins Torpağı, Argentina xəritələrində San Martin Torpağı adlanırdı) — Antarktida ərazisinin bir hissəsi. Uzunluğu materikin əsas kütləsindən şimala 1200 km. qərbdən-şərqə təqribən 200 km-dir. Mərkəzi hissəsi hündürlüyü 1500–2000 m olan buz platosudur. Yarımada ilə Juenvil adası arasında Antarktik boğazı yerləşir. Sahil zolağında qismən buzdan azad dağ massivləri var. 10-cu Sakit okean elmi konqresin (1961) məsləhəti ilə Antarktikanın tədqiqində iştirak edən ölkələrin əksəriyyəti bu ərazini Antarktika yarımadası adlandırmışdır. Ondan şimal-qərbdə Adeleyd adası yeləşir.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Bellinshauzen (Antarktika stansiyası)
«Bellinshauzen» — (SSRİ) Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Kinq-Corc adasında yerləşir. Stansiya Antarktidanı kəşf etmiş Faddey Bellinshauzenin şərəfinə adlandırılmışdır. Stansiya 22 fevral 1968-ci ildə Sovet Antarktida ekspedisiyası zamanı inşa edilmişdir. Ekvatora ən yaxın Rusiyaya məxsus antarktik stansiyadır. 2015-ci ildə stansiyada il boyu 8 nəfər çalışır. Beş nəfər isə yayda mövsümü olaraq gəlir. Stansiya yaxınlığında Çiliyə məxsus Frey stansiyası fəaliyyət göstərir. Stansiyada coğrafı, geoloji, qlyasiloji və bioloji araşdırmalar aparılır. 1970-ci illərdən burada radiostansiya fəaliyyət göstərir.
Birinci Rus Antarktika ekspedisiyası
Birinci Rus Antarktika ekspedisiyası — Faddey Bellinshauzen və Mixail Lazarevin başçılığı altında Cənub okeanı sularına altıncı materikin olub-olmamasını (Antarktida) dəqiqləşdirmək məqsədilə edilən ekspedisiya. Ceyms Kuk özünün ikinci dövü aləm səyahəti zamanı Cənub Qütb dairəsi sularına daxil olmuş və — 71° 10' c.e. qədər üzdükdən sonra buzlar onun hərəkətinə maneə olur. Ceyms Kuk belə fikir irləli sürür ki, ya altıncı materik yoxdur ya da ora getmək mümkünsüzdür. Onun bu fərziyyəsi səyyahları altıncı materikin axtarışı fikrindən daşındırmışdır. Kük öz ekspedisiyanın nəticələri incələyərkən yazırdı: «Mən cənub yarımkürəsində yerləşən, okean sularının ucqar enliklərə qədər üzərək altıncı materikin mövcudluğunu inkar edirəm, lap belə mövcud olsa o ancaq qütb enliklərinə yaxın, gəmilərin üzə bilməcəyi yerdə yerləşə bilər.». 31 mart 1819-ci ildə İvan Fyodoroviç Kruzenştern Dəniz naziri olan İvan Traverseyə göndərdiyi məktubda qütb sularında araşdırmaların gərəkliyi barədə bildirir. Məktubda Kruzenştern Cənub və Şimal qütlərinə iki ekspedisiyanın hazırlanmasını təklif edir. Hər ekspedisiyaya iki gəminin qoşulması planlaşdırılırdı. Xüsusi ilə Cənub qütbünə təşkil olunacaq ekspedisiyaya böyük əhəmiyyət verirdi.
Braziliya Antarktikası
Braziliya Antarktikası (port. Antártida Brasileira) — Antarktikanın 60° paraleldən başlayaraq cənub qütbünə uzanan, 28° və 53° q.u arasında yerləşən bölgə. 1958-ci ilin aprelində Braziliyanın Xarici İşlər Nazirliyi Antarktidada 34°40′ - 53°20′ q.u arasında yerləşən əraziyə iddia sürməsini açıq şəkildə planlaşdırır. Ancaq bu yalnız plan olaraq qalır. Braziliya 16 may 1975-ci ildə Antarktida haqqında konvensiyanı imzalamaqla öz iddialarına zmin yaradır Ancaq 1986-ci ildə Braziliya Antarktikası Braziliya maraq zonası olaraq adlandırılır. Fərqli cəhət odur ki, Braziliya rəsmi olaraq ərazi iddiası irəli sürməmişdir. Braziliya Antarktidası ərazi olaraq Argentina Antarktikası və Böyük Britaniyanın Antarktika əraziləri ilə kəsişir. Braziiiya hər il Antarktidadakı mövcudluğunu güçləndirir. 1984-cü ildən burada "Komandante Ferras" qütb stansiyası fəaliyyətə başlamışdır. 2008-ci ildə bölgəni Braziliya prezidenti Luis İnasui Lula da Silva ziyarət etmişdir.
Britaniya Antarktika ekspedisiyası (1907-1909)
Britaniya Antarktika ekspedisiyası (1907-1909) (ing. The British Antarctic Expedition 1907–09), həmcinin «Nimrod» ekspedisiyası (ing. Nimrod Expedition) — Ernest Şelktonun təşkil etdiyi üç ekspedidiyadan birincisi. Ernest Şelktonun hədəfi cənub qütbünə çatmaq olsa da, düzgün olmayan taktika və məsafənin düzgün hesablanmaması səbəbindən məqsədə nail olunmamışdır. Ekspedisiya Şelktonun rəyisi olan Robert Skottun təzyiqi şəraitində həyata keçirilirdi. Ancaq məhz Robert Skott 17 yanvar 1912-ci ildə cənub qütbünə çatmışdır. Bu ekspedisiya isə Antarktida haqqında geniş məlumat verməklə kifayətlənmişdir. Ekspedisiya üzvləri ilk dəfə Transantarktik dağlarıını aşaraq Cənubqütb platosuna çatmışlar. Bununla yanaşı onlar Birdmor buzlağını kəşf etmişlər. Şimal qrupu isə ilk dəfə olaraq cənub maqnit qütbünə çatmışlar.
Böyük Britaniyanın Antarktika əraziləri
Böyük Britaniyanın Antarktika əraziləri (ing. British Antarctic Territory) — Antarktika ərazisində yerləşən və sahəsi 1,709 milyon km² əraziyə malik bölgəni əhatə edir. Bu əraziyə Britaniya iddia edir. 20° - 80° qərb uzunluqları arasında və 60°Cənub enliyindən Cənub qütbünə qədər olan əraziləri nəzərdə tutur. Britaniya 1908-ci ildə əraziyə iddia qaldırmışdır. İlk əvvəllər Folklend adaları asılı əraziləri adlı ərazinin tərkibinə daxil idi. Hazırda isə asılı əraziyə Cənubi Şetlend adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası, Ueddell dənizi sahilləridə daxil olmaqla Cənub qütbünə qədər uzanır. 1 dekabr 1959-ci il Vaşınqtonda imzalanmış və 1961 ilin 23 iyunda qüvvəyə minən Antarktika haqqında konvensiyaya görə 60°Cənub enliyindən cənubda yerləşən ərazilərə olan ərazi iddiaları dondurulur. Bölgə silahsız zona elan edilir. Burada faydalı qazıntəların istifadəsi qadağan edilir.
Böyük sədd (Antarktika stansiyası)
Böyük sədd (Çançen)çin. 长城站 — ilk Çin elmi-tədqiqat stansiyası. 1985-ci ilin 20 fevralında açılmış. Kinq-Corc adasında yerləşən bu stansiya çilinin Prezident Eduardo Frey Montalava stansiyasından 2,5 km və Horn burnundan 960 km aralıdır. Stansiya qaya üzərində yerləşir. Ərazi buz qatı ilə örtülü deyil. Bölgənin dəniz səviyyəsindən hündürlüyü 10 metrdir. Yay aylarında stansiyada 40 elmi əmakdaş fəaliyyət göstərsədə qışda bu say 14-də enir. "Chinese expeditioners to reach highest Antarctic icecap". 2008-01-08.
Dome Fuci (Antarktika stansiyası)
Dome Fuci (yap. ドームふじ, ing. Dome Fuji və ya ing. Dome F) — Antarktidanın Kraliça Mod Torpağı ərazisinin şərqində yerləşən buz silsiləsi üzərində yerləşir. Yaponiyaya məxsus qütb stansiyası 77°30′ c. e. 37°30′ ş. u. koordinatlarda yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 3810 metr təşkil edir.
Fransanın Cənub və Antarktika əraziləri
Fransız Cənub və Antarktik əraziləri, qısaça FCAƏ (fr. Terres australes et antarctiques françaises, (TAAF), rəsmi adı Territoire des Terres australes et antarctiques françaises) — Fransanın sahib olduğu dənizönü əraziləri. Sen-Pol, Amsterdam, Kroz və Kerqelen arxipelaqları Hind okeanın cənubunda, Eparse adaları Madaqaskarın qərbində, Adeli Torpağı isə Fransanın Antarktidada yerləşən ərazilərdir. Arxipelaq iki adadan və onların yaxınlıqlarında yerləşən qayalıqlardan ibarətdir. Vulkanik məşşəllidir. Ən hündür nöqtəsi De lya Div dağı 867 metr yüksəkliyə malikdir. Ekvatora yaxınlığına baxmayaraq Antarktidadan gələn soyuq küləklər onun iqliminə öz təsirini göstərir. İqlimi yumşaq və dəyişməzdir. Ən soyuq (iyul, avqust) ayları + 11°S, yay ayları isə (fevral) 17,5° təşkil edir. Ada ağaclarla örtülüdür (insanla bura gələnə qədər ancaq otlar bitirdi).
Fransız Cənub və Antarktika əraziləri vulkanlarının siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Fransız Cənub və Antarktika ərazilərindəki vulkanların siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Komandante Ferras (Antarktika stansiyası)
Komandante Ferras (62°05′ c. e. 58°24′ q. u.) — Braziliyaya məxsus olan qütb stansiyası (baza). Baza ilk dəfə 6 fevral 1984-ci ildə Braziliyanın Antarktika maraq zonasında Admiraliti körfəzində, Kinq-Corc adasının sakilində yerləşir. Stansiya öz adını Braziliya hərbi-dəniz qüvvələrinin zabiti, hidroqraf, okeanoloq, Luis-Antonio di Karvalo Ferrasın şərəfinə adlandırılmışdır. Stansiyada yayda 100, qışda isə 50 elmi işçinin fəaliyyətinə imkan verir. 17 fevral 2008-ci ildə Braziliya prezidenti Luis İnasiu da Silva stansiyada olmuşdur. Bazadan bir qədər aralıda "General Artiqas" (Uruqvay), "Korol Secon" (Koreya), "Cubani" (Argentina), "Prezident Eduardo Frey Montavla" (Çili), "Henrik Arstovski" (Polşa) və "Maçu Pikçu" (Peru) stansiyaları yerləşir. Leyspinq adasının cəbununda "Eko-Nelson" (Çexiya), 50 km aralıda Qrinviç adasında isə "Kapitan Arturo Prat" stansiyası qərarlaşır.
Kunlun (Antarktika stansiyası)
Kunlun (çin. 崑崙站) — Çinin Antarktidada yerləşən dörd elmi-araşdırma stansiyasından biri. Stansiyanın sahəsi 236 m²-dir. Kunlun stansiyası 27 yanvar 2009-ci ildə fəaliyyətə başlamışdır. Stansiya Avstraliyanın Antarktika ərazisində 4087 metr yüksəklikdə yerləşir. Bu yer kürəsində ən soyuq yerlərdən biridir. İqlimi Antarktik kontinentaldır. Nadir hallarda temperatur -10 °C yuxarı qalxır. Qeydə alınan minimal temperatur −80 °C-dir. Yağıntınln miqdarı olduqca azdır.
Lazarev (Antarktika stansiyası)
Lazarev stansiyası — fəaliyyətini dayandırmış Sovetlər Birliyinə məxsus olan qütb stansiyası. Stansiya 1959-cu ildən 1961-ci ilə qədər fəaliyyət göstərmişdir. Elmi Lazarev stansiyası Dördüncü Sovet Antarktika ekspedisiyası zamanı 1959-cu ilin 10 martında açılmışdır. Stansiya Şahzadə Astrid sahilində şelf buzlağında inşa edilmişdir. Stansiya Antarktidanı kəşf edən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Stansiyada aerologiya, aktinimetriya, geomorfologiya, qlyasiologiya, meteorologiya və okeanologiya sahəsində elmi araşdırmalar aparılmışdır. Burada xüsusi diqqət qütb parıltısına yönəldilmişdi. Stansiyanın mövcudluğu təhlükə doğururdu. Burada güçlü küləklər qarı sovuraraq stansiyanın üzərinə qədər qaldırırdı. Üstəlik şelf buzlağının qırılma ehtimalı mövcuddur Beşınci Sovet Antarktida ekspedisiyası işini bitirdikdən sonra 26 fevral 1961-ci ildə stansiya fəaliyətini fayandırılmışdır.
Leninqradskaya (Antarktika stansiyası)
Lelinqradskaya — Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Viktoriya Torpağında Ots sahilində yerləşir. 1971-ci ilin 25 fevralda inşa edilmişdir. 1991-ci ilin martında fəaliyyətini dayandırmışdır. Stansiyada meteorologiya, okeanologiya və qlyasiologiya üzrə elmi araşdırmalar aparmışdır. İlboyu temperatur mənfi olur. Bəzən isə temperatur müsbəti keçir. Fevral 2006-ci ildə Rusiya antarktik ekspedisiyasının rəhbəri Baleriy Lukin əvvəllər fəaliyyət göstərən stansiyalar yenidən bərpa ediləcəyini bildirmişdir. 2007-2008 ilin yayında stansiyaya təşkil edilən ekspedisiya zamanı məlum olmuşdur ki, 1991-ci ildə stansiyanın qapıları kimsə tərəfindən çıxarılmışdır. Bu səbəbdən stansiyanın daxili hissəsini buz örtmüşdür.
Mak-Merdo (Antarktika stansiyası)
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir.
Mirnı (Antarktika stansiyası)
Mirnı stansiyası — SSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı» gəmisinin şərəfinə adlandırılmışdır. 5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir. Burada 21 bina və hava limanı inşa edilir. Stansiya 13 fevral 1956-cı ildə açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur. İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı.
Molodyojnaya (Antarktika stansiyası)
Мolodyojnaya — Rusiya-Belarusa məxsus olan qütb stansiyası. 2006-ci ildən mövsümü stansiya kimi fəaliyyət göstərir. Stansiya ərazisində mövsümdə 15-20 nəfər işləyir. Stansiya Vladislav İosifoviç Qerboviç tərəfindən 1962-ci ilin fevralında Kosmonavtlar dənizi sahilində yerləşir. Uzun zaman Molodyojnaya stansiyası Sovet Antarktidasının paytaxtı rolunu oynayırdı. Bazada bir küçəyə düzülmüş onlarla tikili mövcud olmuşdur. Bu bazada eyni anda 150 nəfər yaşaya və işləyə bilərdi. Burada yaşayış komleksi, elmi-araşdırma laboratoriyası, yanacaq anbarı və aerodrom mövcuddur. Eniş zolağı İl-76 təyyarələrini sərbəst şəkildə qəbul edə bilir. 1990-cı illərdə stansiyada bir çox araşdırmalar aparılmışdır.
Müqəddəs Üçlük kilsəsi (Antarktika)
Müqəddəs Triniti Kilsəsi — Antarktikada Rusiyanın Bellinshauzen stansiyasının yaxınlığında yerləşən kiçik ortodoks kilsəsidir. Bu bütün şərqi ortodoks kilsələri arasında ən cənubda yerləşənidir. Antarktikada kilsə, hətta monastır yaratmaq fikri 1990cı illərdə yarandı. "Antarktika üçün məbəd" adlı bir xeyriyyə təşkilatı Patriarx Alexis II tərəfindən razılıq aldı və Rusiyanın dörd bir tərəfindən ianələr qəbul etməyə başladı. Onlar Barnauldan olan P.I.Anisfirov, S.G.Rybak və A.B.Schmidt adlı arxitektorlar tərəfindən qazanılan bir yarışma başlatdılar. Kilsə 15 metr hündürlüyündə, ənənəvi rus üslubunda tikilmiş taxta konstruksiyadır. Burada 30 şəxs eyni anda ibadət edə bilərlər.
Novolazarevskaya (Antarktika stansiyası)
Yenilazarev — SSRİ daha sonradan isə Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya 18 yanvar 1961-ci ildə altıncı Sovet Antarkika ekspedisiyası zamanı işə salınmışdır. Stansiya Şirmaher vahəsinin cənub-şərqində, Kraliça Mod Torpağının sahilində yerləşir. Lazarev dənizindən 80 km. aralıda qərarlaşır. Stsnsiyadan şimalda şelf buzlağı keçir. Cənubdan isə msterik buzlağının eniş sahəsi qəralaşır. Hansı ki, artıq 50 km aralıda buzlağın qalınlığı 1000 metrdir. Eniş sahəsində, buz altında çoxlu sayda nunatoklar vardır. Bu stansiyasında meteorologiya, qlyasiologiya, okeanologiya, geofizika sahəsində araşdırmalar aparılır.
Vostok (Antarktika stansiyası)
«Vostok stansiyası» — Rusiyanın Antarktidada elmi stansiyası. Bu müasir dövrdə Rusiyanın istifadə etdiyi yeganə materikin daxilində yerləşən stansiyadır.. Stansiya 1819-1821 -ci illərdə Faddey Bellinshauzenin rəhbərli altında birinci antarktika ekspedisiyası zamanı istifadə olunan Vostok gəmisinin şərəfinə adlandırılıb. Bu stansiya 16 dekabr 1957-ci ildə 2-ci Sovet Antarktika ekspedisiyası zamanı yaradılıb. Uzun müddət stansiyanın rəhbəri V.S.Sidorov olmuş. Stansiya ərazisində buz qatının qalınlığı 3700 m-dir. Stansiyanın yerləşdiyi bölgə dünyada ən sərt iqlimə məxsus ərazilərdən biridir. Güclü soyuq. Ərazi il boyu çox aşağı temperatur rejimi ilə diqqət çəkir. Vostok stansiyasında ən aşağı temperatur göstəricisi qeydə alınıb: −89,2 °C (21 iyul 1983).
Yaponiyanın Antarktikadakı ərazi iddiaları
Yaponiyanın Antarktikadakı ərazi iddiaları - Yaponiya imperiyasının Antarktika ərazilərinə iddiası XX əsrin birini yarısında edilmişdir. 1910—1912 illərdə Yaponiya Antarktikaya ilk ekspedisiyasını leytenant Sirase Nobunun başçılığı ilə təşkil edir. 28 yanvar 1912 ildə ekspedisiya 80°05’ cənub enliyi 156°37’ qərb uzunluğuna çatarkən onlar səyahətin davam etdirilməsinə hazır olmadıqlarını anlayırlar. Çatdıqları əraziləri Yamato Qar vadisi adlandlraraq Yaponiyanın mülkiyyəti elan edirlər. 1939-cu ildə Yaponiya rəsmi olaraq Antarktidaya ərazi iddiası irəli sürür. İddialı ərazi Ross ərazisi ilə Böyük Britaniyanın Antarktika əraziləri arasında (80° q.u və 150° q.u) yerləşir. 1951-ci ildə imzalanan San-Fransisko sülh müqaviləsinin ikinci bəndinə əsasən Yaponiya bütün ərazi iddialarından imtina etmişdir. Hazırda Meri Berd Torpağı və Elsuort Torpağına rəsmi olaraq dünyanın heç bir olməsi iddia etmir. Bu Antarktida haqqında konvensiyaya əsasən təstiqlənmişdir. Hazırda Yaponiya bölgə üzərində heç bir ərazi iddiası irəli sürə bilməz.
Çilinin Antarktika Bölgəsi
Çili Antarktida Dövlət Ərazisi (isp. "Territorio Antártico chileno"), Çilinin Antarktidada haqq iddia etdiyi bölgəsidir. Bu ərazi Birləşmiş Krallıq və Argentinanın Antarktidadakı əraziləri ilə həmsərhəddir. Ərazi, mərkəzi Punta Arenasda olan "XII Region"un idarəsi altındadır. Çili bu ərazidə haqq sahibi iddialarını, elmi dəlillərə əsaslanaraq isbat etmişdir. Çili, 6 noyabr 1940-cı ildə 53°Qərb-dən 90°Qərb-ə olan ərazinin Antarktida sahəsində haqq iddialarını elan etmişdir (Decreto Supremo No. 1747).
Şova (Antarktika stansiyası)
Şova (yap. 昭和基地) — Yaponiyanın Antarktida ərazisində il boyu fəaliyyət göstərən qütb stansiyası. Stansiya açıldıqdan bu günə qədər Meteoroloji müşahidələr aparılır. Stansiyada orta illik temperatur -10°S təşkil edir. Burada həmcinin Geofizika, bioloji, qlyasioloji və okeanoloji araşdırmalar aparılır Stansiya 1957 ildə Kraliça Mod Torpağı ərazisində Kosmonavtlar dənizində yerləşən İst-onqul adasında yerləşir. 1966-cı ildən stansiya il boyu fəaliyyət göstərir Stansiya öz adını Yaponiya imperatoru Hirohitonun hakimiyyəti illərində Şova dövrünün şərəfinə adlandlrmışdır.
Əlçatmazlıq qütbü (Antarktika stansiyası)
Əlçatmazlıq qütbü — fəaliyyət göstərməyən SSRİ Antarktika stansiyası. Stansiya Mirnı stansiyasından 2100 km aralı yerləşib. Bu stansiya 1958-ci ilin dekabrında fəaliyyət göstərmiş və Ümumdünya Meteorologiya Təşkilatının razılığı ilə 89550 koduna malik idi. Stansiya öz adını yerləşmə özəlliyinə görə almış. Məhz stansiya Antarktida sahillərindən ən uzaqda yerləşən nöqtə - Əlçatmazlıq qütbündədir. Stansiya 14 dekabr 1958-ci ildə üçüncü Sovet Antarktika ekspedisiyası zamanı yaradılmışdı. Stansiyanım rəhbəri V.K. Babarıkin olmuş. Açılış zamanı stansıyada Leninin büstü qoyulmuşdur. 17 dekabr 1958-ci ildə hazırlanmış uçuş-eniş zolağına Li-2 təyyarəsi eniş etmiş və müxtəlif yük və təbrik teleqramları gətirmiş. 26 dekabrda stansiya konservləşdirilmiş, gələcək ekspedisiyalar üçün ehtiyat azuqə saxlanılaraq tərk edilmişdir.
Antarktika ekspedisiyalarının siyahısı
Antarktika ekspedisiyalarının bu siyahısı Antarktida ilə əlaqəli ekspedisiyaların xronoloji siyahısıdır. Cənub qitəsinin mövcudluğu fərziyyəsi eramızın 1-ci əsrində Ptolemeyin yazılarında irəli sürülsə də, Cənub qütbünə yalnız 1911-ci ildə çatılmışdır. e.ə. 600 — e.ə.300 Yunan filosofları Şimal və Cənubi Qütb bölgələri ilə Sferik Yer nəzəriyyəsini irəli sürürlər. 150-ci il — Ptolemey "Coğrafiya" -kitabını nəşr etdi, burada Terra Australis Incognita qeyd olunur. 7-ci əsr — Ui-te-Rangiora'nın cənub buz sahələrini gördüyü iddia edilir. 13-cü əsr — Polineziyalılar Oklend adalarında məskunlaşdılar (50° S) 1522 — Juan Sebastián de El Cano — Fernando de Magallanes Magellan boğazını (54 °C) kəşf etdi 1526 — Francisco de Hoces'in Magallanes Boğazından cənuba (56 °C)üzdüyünü bildirildi. 1578 — Francis Drake Cənubi Amerikanın cənubunda bir okean və "Elizabet Adası"-nı (57 °C) kəşf etdiyini iddia edir 1603 – Qabriel de Kastilya – potensial olaraq (64 °C) istiqamətə üzür 1615 — Jacob le Maire və Willem Schouten ilk dəfə Horn burnu (56 °C) ətrafında üzdülər. 1619 — Garcia de Nodal ekspedisiyası — Tierra del Fueqonu dövrə vuraraq Dieqo Ramirez adalarını kəşf edin (56°30′S 68°43′W) 1643 – Valdiviyaya Hollandiya ekspedisiyası – şimal küləkləri ekspedisiyanı aysberqlərin bol olduğu 61°59 S-ə qədər cənuba doğru itələyir.[6] Ekspedisiya Isla de los Estadosun Terra Australisin bir hissəsi olduğuna dair inamları təkzib edir.[6][7][8] 1698–1699 – Edmond Halley (52° S) 1720 — Kapitan George Shelvocke — (61 ° 30' S) 1739 — Jan-Batist Şarl Buvet de Lozier — Buve adasını kəşf etdi (54°26'S 3°24'E) 1771 — Ceyms Kuk — HM Bark Endeavour ekspedisiyası 1771–1772 — İlk Fransız Antarktika Ekspedisiyası — Yves-Joseph de Kerguelen-Trémarec başçılıq etdiyi Kerguelen adalarını kəşf etdi (49°15′S 69°35′E) 1772–1775 – Ceyms Kuk– 1773-cü ilin yanvarında və 1773-cü ilin dekabrında Antarktika Dairəsini keçir. 30 yanvar 1774-cü ildə o, Antarktika materikindən təxminən 120 kilometr (75 mil) yaxınlıqda olan Ən Uzaq Cənubu olan 71° 10′ S-ə çatır.

Digər lüğətlərdə