Qaynaqlarda arası-ara kimi də qeyd olunub. Görünür, “məsafə (ara) vermək” mənası ilə bağlıdır. Seyrək (qədim mənası “az” deməkdir) kəlməsi də sıra sözü ilə qohumdur, kökləri bir olub; ifadə bəzən ara-seyrək kimi də işlədilir. Bu da sübut edir ki, sıra və seyrək tarixi baxımdan eyni söz olub. Seyrək sözü ilə müqayisədə sıra sözünün tələffüzü bir qədər asandır. Dil həmişə ağır ifadələrdən yüngül ifadələrə döğru meyilli olur. Ona görə də sıra sözü seyrək kəlməsini üstələmişdir.