ARİF

irfani elmlərə sahib insandır. Bununla belə, ariflər də yanlışlıqlara yol verə bilərlər. Çünki, yalnız peyğəmbərlər yanlış və günah əməllər işləməzlər. Ariflərin buraxdığı səhvlər, müctəhidin hüquqi problemi həll edəndə buraxdığı səhvlərə bənzərdir. Arif insanlar dərin imanları və müdriklikləri ilə digər insanlardan seçilərlər. Onlar həyatlarını ibadət etməklər keçirir, hər hansı bir problemin həllində öz müdrikliklərindən istifadə edərək çıxış yolu taparlar. Arif insanlar Allah dostlarıdırlar.
ANTAKİYA
ARİYƏ
OBASTAN VİKİ
Hüseyn Arif
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. === Ədəbi fəaliyyəti === Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Murad Arif
Murad Arif oğlu Şükür (27 sentyabr 1981, Sumqayıt) — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Çox sevilən nəğmələrin müəllifi olaraq, Azərbaycan mətbuatında "Hitmeyker" kimi təqdim olunur. Youtube-da yayımlanan "Popumuz Var!" layihəsinin müəllif və aparıcısıdır. Beynəlxalq "The Voice Kids" və "The Voice" layihələrində ustad seçilmişdir. == Həyatı == Murad 1981-ci ildə, sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov (1936–2019) və bioloq Sənubər Şükürovanın (d. 1949) ailəsində anadan olub. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşalıdır. Ailədə özündən başqa 2 bacısı var. Məşhur tele-aparıcı Könül Arifqızının qardaşıdır. Murad Sumqayıt şəhərində, 15 №-li, 28 №-li məktəblərdə və İstedad liseyində təhsil alıb.
Məhəmməd Arif
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. == Həyatı == 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub. Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Ozan Arif
Ozan Arif (əsl adı: Arif Şirin, d. 10 mart 1949, Giresun - ö. 13 fevral 2019, Samsun) Ülküçü kimi tanınır Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. == Həyatı == 10 mart 1949-cu ildə Giresun'nun Alucra rayonunun Hapu kəndində doğulmuşdur. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçmüş və yalnız 1990-cı ildə Türkiyəyə qayıtmışdır. == Yaradıcılıq fəaliyyəti == Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair, 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bunu yazmışdır: 1960-cı ildən Fransa, Avstriya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İngiltərə, Avstraliya, Kanada, Danimarka, İsveç, İsveçrə və digər ölkələrdə konsert vermişdir. 1976, 1977 və 1978-ci il "Konya Aşıqlar Bayramı"nda hər kateqoriyada qızıl medal qazanmışdır. 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazmışdır. 2009-cu ildə Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb: == Şəxsi həyatı == 2005-ci ildən Dövlət Baxçalını və Rəcəb Tayyib Ərdoğanın siyasətini sərt tənqid etmişdir.
Şamo Arif
Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu. == Həyatı == Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub. == Elmi fəaliyyəti == O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün qədər öz aktuallığını saxlayır. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Şükürov
Arif Şıxlinski
Şıxlinski Arif Şərif oğlu (26 dekabr 1929, Qazax, Gəncə dairəsi – 20 iyul 1995, Bakı) — neftçi-geoloq, Azərbaycan SSR əməkdar mühəndisi. == Həyatı == Şıxlinski Arif Şərif oğlu 1929-cu il dekabrın 26-da Qazax rayonunun İkinci Şıxlı kəndindən dünyaya gəlmişdir. Orta məktəbi qızıl medalla bitirən Arif Şıxlinski 1947-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1952-ci ildə buranı fərqlənmə diplomu ilə başa vuraraq, təyinatla "Azərneftkəşfiyyat" birliyinin geoloji axtarış trestinin Abşeron-Xəzəryanı geoloji axtarış kontorunun geoloji planalma partiyasına geoloq-iş icraçısı vəzifəsinə göndərilir. Bir ildən sonra geoloji planalma partiyasının rəisi, daha bir ildən sonra isə tematik partiyanın rəisi təyin edilir. Arif Şıxlinski 1959-cu ildə yenicə təşkil olunmuş "Azərneftkəşfiyyat" trestinin geoloji şöbəsinə rəis, 1962-ci ildə isə trestin rəis müavini – baş geoloq vəzifəsinə irəli çəkir. 1975-85-ci illərdə Cəyirli və Qobustan kəşfiyyat qazma idarələrinin rəisi işləyir. 1985-ci ildə "Azərneft" İstehsalat Birliyinin baş direktor müavini – baş geoloqu vəzifəsinə təyin olunur. Azərbaycanın quru sahəsindəki bir çox neft və qaz yataqları Arif Şıxlinskinin rəhbərliyi ilə kəşf olunmuşdur. 50-dən artıq elmi əsəri və monoqrafiyası çap olunmuşdur.
Arif Şəkərəliyev
Arif Şəkərəli oğlu Şəkərəliyev (21 oktyabr 1949; Zəngəzur, Qafan rayonu) — Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət və gömrük işi” kafedrasının müdiri, Beynəlxalq Menecment Akademiyasının üzvü, Şöhrət ordeni laureatı, iqtisad elmləri doktoru, professor. == Həyatı == Şəkərəliyev Arif Şəkərəli oğlu 1949-cu ildə Ermənistan SSR-nin Qafan rayonunda müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Bakı Plan-uçot Texmikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ilində D.Bünyadzadə adına Xalq Təsərrüfası İnstitunun “Sənaye iqtisadiyyatı” fakültəsini fərqlənmə diploma ilə bitirmişdir. 1976-ci ildə namizədlik dissertasiyasını və 1991-ci ildə Leninqrad Maliyyə-İqtisad universitetində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1992-ci ildən professordur. 2000-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi İşlər üzrə Prorektoru vəzifəsini yerinə yetirmişdir. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Dövrü olaraq mətbuatda çıxışlarına, Azərbaycan dövlətinin reallıqlarını təbliğ etdiyinə görə 2002-ci ildə "Azərbaycan Bayrağı" mükafatına, 2003-cü ildə isə “Qızıl Qələm” mükafatına layiq görülüb. 2001-ci ildən “Gömrük işinin təşkili” kafedrasının müdiri vəzifəsini yerinə yetirir.
Arif Şərifov
Şərifov Arif Rza oğlu — AzMİU-nin Elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Əməkdar müəllimi". == Həyatı == Arif Şərifov 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun "İnşaat, yol maşınları və avadanlığı" ixtisasını bitirmiş və təyinatla gənc mütəxəssis kimi "İnşaat maşınları" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. 1969-cu ildə Leninqrad (Sankt-Peterburq) İnşaat mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə namizədlik, 1994-cü ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun komsomol komitəsinin katibi vəzifəsində işləmiş, AzLKGİ XXIX qurultayına nümayəndə seçilmişdir. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun partiya komitəsi katibinin təşkilat məsələləri üzrə müavini vəzifəsində çalışmışdır. 1967-ci ildən "İnşaat, yol və meliorasiya maşınları" kafedrasında assistent, baş müəllim, dosent, professor vəzifələrində işləmiş və yeni yaradılmış "Mexanikləşdirmə və avtomatlaşdırma" fakültəsinin ilk dekanı seçilmişdir. İnşaat, yol və meliorasiya maşınlarının hidravlik sistemlərindəki işçi mayelərin təmizlənməsi problemləri ilə məşğul olur. 120-dən çox elmi məqalənin, monoqrafıyanın, 7 müəlliflik şəhadətnaməsinin, 20 dərslik, dərs vəsaiti və metodiki göstərişlərin müəllifıdir. Hazırda "İnşaat, yol və meliorasiya maşınları" kafedrasının müdiri, Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən D.02.042 Dissertasiya Şurasının, Kvalifıkasiya məsələləri üzrə, Müsabiqə komissiyasının Sədri və Təhsil Nazirliyinin "Nəqliyyat" bölməsi üzrə tədris-metodiki şurasının üzvüdür. Bir sıra beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir.
Arif Əbdürəhmanov
Arif Nadir oğlu Əbdürəhmanov (5 aprel 1950, Bakı) — "Azərbaycanfilm" kinostudiyasında Quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosenti, Azərbaycanın Əməkdar rəssamı. == Həyatı == Əbdürəhmanov Arif Nadir oğlu 5 aprel, 1950-ci ildə Bakıda anadan olmuşdur. O, 1974-cü ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Teatr-Dekor ixtisası üzrə bitirmişdir. Arif Əbdürəhmanov "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdir. Arif Əbdürəhmanov İstanbul şəhərindəki Camal Rəşid Bəy konsert zalında qoyulan "Arşın mal alan" musiqili komediyasının quruluşçu rəssamı olmuşdur. Rəssam eləcədə V. A. Motsartın "Sehrli fleyta" operasının dekorasiyalarının, M. Zadornovun "Özümə ər almaq istəyirəm" tamaşasına, M. Maqomayevin "Şah İsmayıl" operasının, E. Aslanovun "Mənim dayım" tamaşasının eskizlərinin müəllifidir. Rəssamın əsərləri Türkiyədə, Rusiyada, İranda, Polşada nümayiş olunmuşdur. O, 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Arif Abdürəhmanov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosentidir. Arif Abdürəhmanov 2006-cı ildə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Arif Əfəndiyev
Arif Əfəndiyev (biokimyaçı) — azərbaycanlı alim, biokimyaçı. Arif Əfəndiyev (kimyaçı) — azərbaycanlı alim, kimya elmləri doktoru, baş elmi işçi.
Arif Əliyev
Əliyev Arif Aslan oğlu (31 avqust 1960, Qazax) — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis. == Həyatı == Arif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur. 1983 — Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur; 1996–2005 — ABŞ-də, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır; 1983–1986 — Azərinformun xüsusi müxbiri; 1986–1988 — "Azərbaycan gəncləri" qəzetinin bölmə müdiri; 1989–1991 — "Azadlıq"ın baş redaktor müavini, "Xəzər" jurnalının baş redaktoru; 1991–1992 – "TURAN"ın məlumat-nəşriyyat müəssisənin baş müdiri; 1992–1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi; 1994–1995 – Xəzər Universitetinin müəllimi; 1995 – "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri; 1998 – Bakı Mətbuat Klubunun prezidenti; 2005 – "Gün" qəzeti idarə heyətinin sədri; Bakı Mətbuat Klubunun və Azərbaycan Mətbuat Sovetinin yaradılması üzrə layihənin müəllifidir. "Media açarı" Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. 2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir.
Arif Ələkbərov
Arif Ələkbər oğlu Ələkbərov — iqtisad elmləri doktoru, professor, 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiri. == Həyatı == 10 iyun 1965-ci ildə Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Göyçəli kəndində anadan olmuşdur. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən təhsil siyasətinin nəticəsində Ümumittifaq göndərişi ilə Minsk şəhərində Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun (indiki Belarus Aqrotexniki Universiteti) 1-ci kursuna qəbul olmuşdur.1987-ci ildə Belarusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunda”Kənd təsərrüfatında istehsalat proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə (fərqlənmə diplomu) 1-ci ali təhsil (oxuduğu illərdə Lenin adlı təqaüdə layiq görülmüşdür),1999-cu ildə Belarus Hüquqşünaslıq İnstitunda ”Hüquqşünas” ixtisası üzrə 2- ci ali təhsil,2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə 3-cü təhsil almışdır. 1992-ci ildə texniki elmlər namizədi,2010 –cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə və 2015-ci ildə professor elmi adına layiq görülmüşdür. 1995-99- cu illərdə Minsk şəhərində Belarus –Azərbaycan cəmiyyətinin sədr müavini, Belarus Nazirlər Kabineti nəzdindəki Milli azlıqlar komitəsinin üzvü olmuşdur. 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin ”Kommersiya” fakultəsinin dekanı, 2005-08 ci illərdə “İnformatika və idarəetmə” fakultəsinin dekan vəzifələrində çalışmışdır. 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sosial-iqtisadi və texnika elmləri şöbəsinin müdiridir.Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının professorudur. 70-dən çox elmi və metodik əsərlərin, o cümlədən 1 Avrasiya patentinin, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifidir. Dünya azərbaycanlılarının 1- ci qurultayının və YAP 2- ci qurultayının nümayəndəsi seçilmişdir. Ailəlidir, iki övladı var.
Arif Ələsgər
Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V. İ. Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır. Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir.
Arif Ələsgərov
Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V. İ. Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır. Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir.
Arif Əmrahoğlu
Məmmmədov Arif Əmrah oğlu (Arif Əmrahoğlu; 28 oktyabr 1954, Ağqula, Marneuli rayonu – 19 iyul 2014, Bakı) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olmuşdur. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirmişdir (1972). Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlamışdır (1972–1973). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1973–1978). Zaqafqaziya komsomol məktəbini bitirmişdir (1977). Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi (1979–1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi (1986–1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989–1993), Prezident Aparatında milli siyasət şöbəsində (1993–1997) işləmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi (1997–2014), Bakı Dövlət Universitetinin müəllimi (1997–2014) olmuşdur. Ədəbi fəaliyyətə erkən başlamışdır. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc edilmişdir.
Əhməd Arif
Əhməd Arif (1927 Diyarbakır - 1991) şerləri ilə məşhurdur. Bir neçə dəfə həbs edilib. Bələdiyyə Məclisi Sur rayonun Yağçı küçəsinə yazıçı Əhməd Arifin adının verilməsi ilə bağlı qərar qəbul edib.
Arif Bağırov
Arif Yusif oğlu Bağırov (1 oktyabr 1930, Lənkəran – 7 oktyabr 1999, Lənkəran) — Azərbaycan dövlət xadimi, Azərçay Trestinin (1964–1968) və Azərqlavçay İdarəsinin (1968–1975) rəisi. == Həyatı == Arif Bağırov Yusif oğlu-1930-cu il oktyabrın 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə Lənkəran 4 nömrəli orta məktəbin rus bölməsini bitirmişdir. Həmin ildə Gürcüstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1954-cü ildə həmin institutu bitirmişdir. 1954-cü ildən Azərbaycan çay sənayesində ayrı-ayrı rəhbər vəzifələrində çalışmış, 1990-cı ildən Azərbaycan Meyvəçilik İnstitutunun Lənkəran çayçılıq filialının direktoru işləmişdir. A. Bağırov ETB və SBİ-nin Lənkəran Çay filialına rəbərlik etdiyi illərdə müəssisənin elmi fəaliyyətinin yüksəlməsində böyük xidmətləri olmuşdur.Belə ki, A. Bağırov çayın emal texnologiyasının elmi əsaslarla öyrənilməsində və bu sahə də gənc kadrların yetişdirilməsində böyük əməyi olmuşdur. 1967-ci doktorluq dessertasiyası etmiş, 200-dən artıq elmi əsəri vardır. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çayın emal texnologiyasından mühazirə oxumuşdur. Həmin illərdə Lənkəran şəhər deputatı seçilmişdir. 1998-ci ildə Lənkəran şəhəri Lənkəran Dövlət Universitetində "İqtisadiyyat və texnologiya" kafedrasının müdüri vəzifəsinə təyin olunmuş və ömrünün sonuna kimi o vəzifədə çalışmışdır.
Arif Aslanov
Arif Həzi oğlu Aslanov (1 oktyabr 1938, Ovruç[d], Jitomir vilayəti – 1 may 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın avtomobil nəqliyyatı naziri (1990–1992), "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti (1992–1996). == Həyatı == Arif Həzi oğlu Aslanov 1938-ci ildə anadan olmuşdur. 1963-cü ildə Odessa Dəniz Mühəndisliyi İnstitutunun Bakı filialını, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı fakültəsini mühəndis-mexanik ixtisası üzrə, həmçinin 1983-cü ildə Moskva Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1961-ci ilin noyabrında başlamış, 1961–1963-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Hasilatı İnstitutunun preparatoru, 1963–1964-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun texniki, 1964–1966-cı illərdə Bakı Dəniz Limanının stividoru olmuşdur. 1966-cı il iyulun 17-dən 1979-cu ilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Bakı istehsal trestinin mühəndisi, həmin nazirliyin Bakı növbətçi avtomobillər parkının rəisi, Bakı Avtomobil Nəqliyyatı İstehsalat Birliyində rəis müavini kimi vəzifələrində çalışmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1979-cu il tarixli Qərarı ilə Arif Aslanov Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 11 ilə yaxın işləmiş, 5 iyun 1990-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninə çevrilmiş və Arif Aslanov bu qurumun prezidenti təyin edilmişdir. O, bu vəzifədə 1996-cı il iyulun 20-dək çalışmışdır. Arif Aslanov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
Arif İsayev
Arif İsayev (28 iyul 1985, Bakı) — həm Azərbaycanda, həm də Türkiyədə hücumameyilli yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı təqaüdçü futbolçudur. == Karyera == === Klub === 2012-ci ilin yayında İsayev "Qəbələ"dən ayrılaraq AZAL-a keçdi, 6 ay sonra İsayev AZAL-dan ayrılaraq 2014-cü ilin yayına kimi müqavilə ilə "Dənizlispor"a keçdi. 2013-cü ilin noyabrında İsayevin "Dənizlispor"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi.
Arif Acalov
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. == Həyatı == Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. == Fəaliyyəti == Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Arif Acaloğlu
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. == Həyatı == Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. == Fəaliyyəti == Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Arif Seyidov
Arif Seyidov - Göygöl Rayon İcra Hakimiyyətinin başçısı (23 fevral 2006-22 may 2020) == Həyatı və təhsili == Arif Akif oğlu Seyidov 1957-ci ildə Göygöl rayonunda anadan olub. O Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu iqtisadiyyat üzrə ali təhsil alıb. O daha sonra təhsili Tiflisdə davam etdirib və Gürcüstan Dövlət Aqrar Universitetində hüquq ixtisasi üzrə təhsil alıb.
Hacı Arif (film, 1995)
Hacı Arif qısametrajlı sənədli film Film 1995-ci ildə Azərbaycan Televiziyasında çəkilib. Filmin rejissoru Nizami Abbasdır. == Məzmun == Film müğənni, xanəndə, Azərbaycanın Xalq artisti, professor Arif Babayevin həyat və yaradıcılığından bəhs edir.
Hüseyn Arifin ev-muzeyi
Hüseyn Arifin ev-muzeyi — Azərbaycan şairi Hüseyn Arifin doğulduğu evdə ölümündən sonra yaradılmış muzey. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır. Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var. == Muzey haqqında == Hüseyn Arifin ev-muzeyi Ağstafa ilə Qazaх şəhərini birləşdirən magistral avtomobil yolunun sağ tərəfində yerləşir. Muzey Nazirlər Kabinetinin 24 noyabr 1992-ci il tariхli 692 saylı qərarına və Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tariхli əmrinə əsasən yaradılıb. Muzey 3 otaqdan ibarətdir. Burada 2000-ə yaхın eksponat qorunub saхlanılır.
Kinorejissor Arif Babayev (film, 2000)
Mehmet Arif Örgüç
Mehmet Arif Örgüç (türk. Mehmet Arif Örgüç) (d. 1876, İstanbul – ö. 1940, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-cı ildə Hərbi məktəbi bitimişdir. İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsinə qoşulmuşdur. 25 avqust 1921-ci ildə 1-cü süvari bölmə komandirliyinə təyin edildi. 27 fevral 1925-ci ildə Şeyx Səid üsyanına qarşı həyata keçirilən əməliyyatda sövq və iradəsi yanlış olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. 9 fevral 1926-da təqaüdə çıxdı. 1940-cı ildə İstanbulda vəfat etdi.
Mustafa ağa Arif
Mustafa ağa Arif (1774-1845) — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri. Qazax sultanlığının son sultanı. == Həyatı == Mustafa ağa Şıxı ağa oğlu 1774-cü ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi. Mustafa ağa şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı.Onun haqqında Firudin bəy Köçərli yazır: "Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir".
Mustafa ağa Arif Şıxlinski
Mustafa ağa Arif (1774-1845) — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri. Qazax sultanlığının son sultanı. == Həyatı == Mustafa ağa Şıxı ağa oğlu 1774-cü ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi. Mustafa ağa şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı.Onun haqqında Firudin bəy Köçərli yazır: "Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir".
Müşviq Arif oğlu Orucov
Məhməd Arif Örgüç
Mehmet Arif Örgüç (türk. Mehmet Arif Örgüç) (d. 1876, İstanbul – ö. 1940, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1896-cı ildə Hərbi məktəbi bitimişdir. İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsinə qoşulmuşdur. 25 avqust 1921-ci ildə 1-cü süvari bölmə komandirliyinə təyin edildi. 27 fevral 1925-ci ildə Şeyx Səid üsyanına qarşı həyata keçirilən əməliyyatda sövq və iradəsi yanlış olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. 9 fevral 1926-da təqaüdə çıxdı. 1940-cı ildə İstanbulda vəfat etdi.
Məhəmməd Arif (İndoneziyalı siyasətçi)
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. == Həyatı == 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub. Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Məşrəfzadə Mehmed Arif Əfəndi
Məşrəfzadə Mehmed Arif Əfəndi (1791, İstanbul – 27 dekabr 1858, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Devhatü’l-meşâyih, s. 131–132. İlmiyye Salnâmesi, s. 591–592. Hediyyetü’l-ʿârifîn, I, 349. Sicill-i Osmânî, III, 275. Osmanlı Müellifleri, I, 383. Uzunçarşılı, İlmiye Teşkilâtı, s. 260, 268.
Qəhrəman bəy Arif
Qəhrəman bəy Heydər bəy oğlu Arif - (1780-?), şair. == Həyatı == Qəhrəman bəy Heydər bəy oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Şair idi. Arif təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Satirik, kinayəli, zəmanəsini qamçılayan şeirlərinə də rast gəlinir. == Ailəsi == Qəhrəman bəy Pəri xanımla ailə qurmuşdu. Sadıq bəy, Hüseynqulu bəy adlı oğlanları vardı.
Rauf Arifoğlu
Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist və siyasətçi. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri. == Həyatı == Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib. == İctimai-siyasi fəaliyyəti == Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təkilatın ideologiya məsələləri üzrə katibi olub. Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb.
Rumex arifolius
Rumex arifolius (lat. Rumex arifolius) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Rüstəm Arifcanov
Rüstəm Arifcanov (Arifcanov Rüstəm Mustafa oğlu; d. 22 fevral 1958, Özbəkistan SSR) — Azərbaycan və Rusiya jurnalisti; "Al‑RTV" ilk ictimai müsəlman kanalının baş redaktoru (2012), Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, Jurnalistlərin “Mediakratiya” Milli Assosiasiyasının Müşahidə Şurasının sədri, Şimali Qafqaz Federal Dairəsi İctimai Şurasının üzvü. == Həyatı == Arifcanov Rüstəm Mustafa oğlu 1958-ci il fevralın 22-də Özbəkistanda anadan olub. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib. 1985-ci ildən R.Arifcanov “Komsomolskaya Pravda” qəzetinin Qərbi Sibir üzrə xüsusi müxbiri, 1988-ci ildən “Sobesednik” həftəlik qəzetinin şöbə redaktoru, redaksiya heyətinin üzvü olub. 1990-cı ildən “Meqapolis” jurnalında şöbə redaktoru, daha sonra “Meqapolis-Metro” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-cü ildə R.Arifcanov “İzvestiya” qəzetinin şərhçisi olub. 1989-cu ildə “Surqutskaya alternativa” siyasi birliyinin fəaliyyətində iştirak edib. 1996-1997-ci illərdə o, “Kommersant. İzdatelskiy dom” QSC-nin “Stolitsa” publisistik jurnalının şef-redaktoru, redaksiya heyətinin üzvü vəzifələrini daşıyıb.
Salahov Arif Əliabbas oğlu
Sənət yolu. Arif Nərimanbəyov (film, 2017)
Sənət yolu. Arif Nərimanbəyov qısametrajlı sənədli film rejissor Elvin Vəlimətov tərəfindən 2017-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmdə görkəmli kinooperator, Azərbaycanın əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr olunur. == Məzmun == Filmdə "Əbədi odlar ölkəsi", "Zəfər bayramı" sənədli, eləcə də "Fətəli xan", "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun", "Bir qalanın sirri", "Qaraca qız", "İnsan məskən salır", "Bizim Cəbiş müəllim", "Dərviş Parisi partladır", "Nizami", "Özgə ömür" bədii filmlərinin kadrlarından istifadə edilmişdir.
Teuta Arifi
Teuta Arifi (mak. Теута Арифи, alb. Teuta Arifi 19 oktyabr 1969) — Makedoniya siyasətçisi, 2011-ci ilin iyulundan 2013-cü ilin fevralınadək Makedoniya Respublikası Baş nazirinin müavini. == Təhsili == 1991-ci ildə Priştina Universitetinin (indiki Kosovo Respublikası) filologiya fakultəsini bitirib. 1995-ci ildə Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetindən filologiya üzrə magistr dərəcəsi almışdır. Orada "Alban qadını ənənəvi hüquq normalarında və XX əsrin əvvəllərindən sonuna qədər alban ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. == Karyerası == 10 yanvar 1997-ci ildən - Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetinin Filologiya fakültəsində alban ədəbiyyatı tarixi kafedrasının dosenti. 2001-ci ilin oktyabr ayından - Tetovoda Cənub-Şərqi Avropa Universitetinin Pedaqoqika fakültəsində dosent. 2001 - 2006 - Tetovodakı Cənub-Şərqi Avropa Universitetinin Pedaqoqika fakültəsinin dekanı. 2001-ci ilin oktyabr ayından - Tetovodakı Cənub-Şərqi Avropa Universitetinin Müştərək Şurasının üzvü.
Yelena Arifova
Yelena Arifova (d. 20 sentyabr 1972) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Arifova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Yelena Arifova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Şıpeytim Arifi
Şıpeytim Arifi (Doğum: May.3, 1979, Priştina) Kosovo-Albaniyalı və Almaniya vətəndaşı olan futbol hücumçusudur. Arifi 2011-ci ilin İyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Almaniyanın SSV Reutlingen 05 və FSV Oggersheim, və İranın Pəyami Məşhəd və Persepolis futbol klublarında oynamışdır.

Digər lüğətlərdə