astmotol 2021
astraqal
OBASTAN VİKİ
Qunars Astra
Qunars Astra (latış. Gunārs Astra‎; 22 oktyabr 1931, Riqa – 6 aprel 1988, Leninqrad) — Latviya milli müqavimət hərəkatının üzvü, siyasi məhbus, sovet dissidenti, radio mühəndisi. Qunars Astra Larion Astra və Elza Ernestina Astra ailəsində ikinci uşaq olaraq anadan olub. Hariys və Leon qardaşları. 1947-ci ildə Riqa şəhərində 48 saylı ibtidai məktəbi bitirib. 1952-ci ildə Riqa Elektromexanika Texnikumunu radio mühəndisi ixtisası üzrə bitirmişdir. 1952–1953-cü illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Latviya filialında təhsil alıb. 1958-ci ildə qiyabi olaraq Riqa Pedaqoji İnstitutunun Dillər və Ədəbiyyat fakültəsinə daxil olmuş, lakin 1958-ci ilin sentyabrında Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinə köçürülmüş və 1961-ci ilin fevralında həbs olunana qədər burada qiyabi ingilis dilini öyrənmişdir. 1961-ci ildə Qunars Astra casusluq, dövlətə xəyanət və antisovet təşviqat və təbliğatda ittiham olunurdu. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını Mordoviya SSR-də və Perm vilayətində çəkib.
Astra
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Astra FK
"Astra" (rum. Asociația Fotbal Club Astra Giurgiu) — Rumıniyanın Curcu şəhərini təmsil edən futbol klubu. Klub 1921-ci ildə indi təmsil etdiyi Curcu şəhərində yox, Ployeşti şəhərində yaradılıb. İlk adı "Astra-Romana" olmuş klub, müxtəlif illərdə "Rafinorul", "Danubiana", "Ployeşti" kimi adlar altında çıxış edib. 1996-cı ildən etibarən klub indiki – "Astra" adını daşıyır. 1996-cı ildən klubun sahibi "İnterAgro Group"un rəhbəri olan Yoan Nikulaedir. Onun gəlişi komandanın nəticələrində də özünü göstərmiş, komanda tarixi ərzində ilk dəfə 1998-ci ildə Rumıniyanın yüksək liqasına vəsiqə qazanmışdır. Ployeşti təmsilçisi 5 il burda çıxış etdikdən sonra yenidən aşağı liqaya düşmüşdür. Klub 2003-cü ildə şəhərin digər komandası "Petrolul"la birləşərək, "Ployeşti" adı altında çıxış etməyə başlayır. Bir ara 3-cü liqaya kimi geriləyən komanda 2009-cu ildə yüksək liqaya qayıdır.
Opel Astra H
Bibixanım Astrabadi
Bibixanım Astarabadi, Bibixanım Əstərabadi və ya Bibixanım Vəzirova(fars. بی‌بی‌خانم استرآبادی‎; 1858, Novkəndə, Gülüstan ostanı – 1921, Tehran) — İran satirik yazıçısı və qadın hərəkatının öncü şəxslərindən biri. Bibixanım Astrabadinin atası Mazandaran əyalətinin Ənzan elinin başcısı Məhəmmədbağır xan Astarabadi və anası Nasirəddin şah Qacarın həyat yoldaşı Şukuhüssəltənənin nədiməsi və Axund Molla Kazım Müctəhid Mazandaraninin qızı, Molla Bacı kimi də tanınan Xədicə xanım idi. Bibixanım Astarabadi 1858 və ya 1859-cu ildə dünyaya gəlmişdi və 22 yaşında İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov(Musa xan Vəziri ki qafqazdan Tehrana mühacirət etmişdir) ilə evləndi. Onların yeddi uşağı var idi ki, ən məşhurları polkovnik Əlinağı Vəziri (musiqişünas, bəstəkar, görkəmli tarzən və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi) və Həsən Vəziri (bir bədii rəssam)dırlar. Doktor Məhliqa Məllah, İranın "Ekoloji çirklənməsinə qarşı qadınlar cəmiyyəti"nin (1992-ci ildə, uşaqları və anaları, habelə dövlət vəzifəli şəxslərini ətraf mühitin çirklənmə təhlükəsi haqqında maarifləndirmək üçün təsis oldu) təsisçisi və direktoru, Bibixanım Astarabadinin qız nəvəsidir. Bibixanım XIX əsrin sonlarında başlayan maarifçilik hərəkatının və XX əsrdin əvvəllərində başlayan Məşrutə inqilabının təsirli şəxslərindən biridir. O, İranın müasir tarixində ilk dəfə olaraq qızlar üçün məktəb (دبستان دوشیزگان — Qızların ibtidai məktəbi) təsis etdi. Bibixanım Astarabadinin, əsas şöhrəti "Kişilərin çatışmazlıqları" (معایب الرجال) kitabına görədir ki "Qadınları tərbiyə etmə"(تادیب‌النسوان) kitabına cavab olaraq mizahı yazmışdır. Bibixanım, 1907-ci ildə "Qızların ibtidai məktəbi"ni özü yaşadığı evdə təsis etdi.
Buddleja astralis
Buddleja cordata (lat. Buddleja cordata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. Buddleja acuminata Kunth Buddleja astralis Standl. & Steyerm. Buddleja cordata var. teposan Loes. Buddleja decurrens Schltdl. & Cham. Buddleja floccosa Kunth Buddleja floccosa var. crassifolia Loes.
Erigeron astranthioides
Erigeron astranthioides (lat. Erigeron astranthioides) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Keçisaqqal astrakanta
Astracantha barba-caprina (lat. Astracantha barba-caprina) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycan. Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi) yayılmışdır. Azərbaycanın nadir bitkisidir. VU C2a(i). Azərbaycan Naxçıvan dağlarının quru, daşlı yamaclarında, dəniz səthindən 1400–1500 m hündürlükdə yayılmışdır. Azərbaycanda təbii ehtiyatı azdır. Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları qalın və yoğun tikanlarla örtülü, 50-70 sm hündürlüyündə koldur. Kollarının üzərindəki budaqlardan çoxlu qısa yan budaqları çıxmışdır.
Microtus astrachanensis
Microtus socialis (lat. Microtus socialis) — gəmiricilər dəstəsinin boz tarlasiçanı cinsinə aid məməli heyvan növü. Microtus syriacus Microtus astrachanensis Microtus parvus Wilson, D. E., and Reeder, D. M. (eds). Mammal Species of the World. 3rd edition. Johns Hopkins University Press. 2005. ISBN 0-801-88221-4.
Sarı-qırmızı astrakanta
Azərbaycan. Naxçıvan MR-də (Qapıca dağları) 1700–1800m yeksəklikdə təbii arealı vardır. Azərbaycanın nadir bitkisidir. VU C2a(i). Quru daşlı yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Təbiətdə yarpağını tökən, çoxlu budaqları olan, 25 sm hündürlüyə qalxan koldur. Qalın tüklə örtülmüş yarpaqaltlıqlarının və yarpaqlarının ucu tikanlı oxlarla qurtarır. Tikanları 2–4,5 sm uzunluqda düz yuxarı qalxmış, yaxud meyillidir. Yarpaqcıqları 7–8 cüt olub, hər iki tərəf-dən ağtüklü, ellipsvari, yaxud uzunsov-ellipsvarı, küt, yaxud qısa ucludur.
Səfəvi Astrabadı
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi. Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər. 1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər.
Zalım astrakanta
Şad astrakanta
Astragalus paradoxus
Astragalus paradoxus (lat. Astragalus paradoxus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" — CR A2c+3c; B1ac(i) +2ab(i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Hündürlüyü 4-7 (15) sm olan çoxillik ot bitkisidirdir. Kökətrafı yarpaqlar 3-9 sm uzunluqda, tərs yumurtavari, bəzən dəyirmi; çiçəkləri tək, gövdənin əsasında 2-3 ədəd, kasacıq boruvari çılpaqdır, tac 4-5 sm uzunluqda, ağımtıl, çəhrayı və ya bənövşəyi rəngli, qayıqcıqlıdır. Paxla meyvəsi oturaq, 7-10 mm uzunluğunda, şarşəkilli-yumurtavari, itiucludur. Çiçəkləmə may, meyvəvermə iyun ayına təsadüf edir. Kserofitdir. Aşağı və orta dağ qurşağında, quru, daşlı-çınqıllı və qumlu yamaclarda təsadüf olunur.
Mirzə Mehdi xan Astrabadi
Mirzə Məhəmməd Mehdi xan Kövkəbi Astrabadi (tam adı Nizaməddin Məhəmməd Hacı əl-Hüseyn əs-Səfəvi Astrabadidir) — XVIII əsrin görkəmli Azərbaycan alimi, tarixçisi, yazıçısı, Nadir şah Əfşarın (1688–1747) münşisi və saray tarixçisi olub. Onun doğum tarixi məlum deyil, 1760-cı ildən sonra vəfat etməsi güman olunur. M. M. Astrabadi "Tarixi-Nadiri" adı ilə tanınan "Tarixi-cəhangüşayi-Nadiri", "Dürreyi-nadirə", "İnşa", "Sənglax", "Məban əl-lüğət" adlı əsərlərin müəllifidir.
Astrabad vilayəti
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi. Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər. 1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər.
Astragalus badamliensis
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Astragalus bakuensis
Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v). Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır.
Astragalus caraganae
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Astragalus echinops
Astragalus echinops (lat. Astragalus echinops) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT. Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir. Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru, daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir.
Astragalus kubensis
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Astragalus nachitschevanicus
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Astragalus pinetorum
Astragalus pinetorum (lat. Astragalus pinetorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astragalus declinatus subsp. pinetorum (Boiss.) Ponert Astragalus tragacanthoides subsp. pinetorum (Boiss.) Podlech Tragacantha pinetorum (Boiss.) Kuntze Astragalus pinetorum subsp. alamutensis Maassoumi & Podlech Astragalus pinetorum subsp. declinatus (Kuntze) Podlech Astragalus pinetorum subsp. multifoliatus Akpulat & Çelik Astragalus pinetorum subsp.
Astrantia maxima
Böyük titrəmərcan (lat. Astrantia maxima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin titrəmərcan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkidir, hündürlüyü 70 sm-dir. Sarğılarının yarpaqcıqları irirdir, 8-13 ədəddir, yarıdan yuxarı hissəsinin kənarları kirpikvari-dişciklidir. Gövdəsi əsasən budaqlanandır. Yarpaqları orta ölçülüdür, üçər bölümlüdür. Kökətrafı yarpaqları uzun saplaqlıdır, dərin üçdilimlidir. Çətirləri 3,5-4 sm diametrindədir. Çiçəkləri çoxsaylı, çəhrayı rəngdədir.
Şax astrakanta
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Astracantha multifoliolata
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Türkmənistanda və İranda təbii halda yayılmışdır. Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Astracantha denudata
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Astracantha jucunda
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.

Digər lüğətlərdə