Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamxal
Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шамхал // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Şamxal Abbasov
Şamxal Xasay oğlu Abbasov (14 fevral 1995, Kəbirli, Beyləqan rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamxal Abbasov 14 fevral 1995-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Şamxal Abbasov 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE Əsgər kimi xidmət etmişdir. İkinci Qarabağ müharibəsində Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamxal Məmmədov
Məmmədov Şamxal Əliməmməd oğlu (10 oktyabr 1910, Qaryagin – 20 noyabr 1984, Bakı) — Azərbaycan alimi, Kimya elmləri doktoru (1954), professor (1956), AMEA-nın müxbir üzvü (1967). == Həyatı == Şamxal Məmmədov 10 oktyabr 1910-cu ildə Qaryagin (hazırkı Füzuli) şəhərində dünyaya gəlmişdir. Qaryagin şəhər məktəbini bitirmişdi. Sonra 1922–1926-cı illərdə Qaryagin kəndli-gənclər məktəbində təhsilini davam etdirmişdi. 1928–1930-cu illərdə Qaryagin Pedoqoji Texnikumunda oxumuşdu. V. I. Lenin adına API-nin (hazırkı N. Tusi adına APU-nun) hazırlıq kursunu bitirmişdir.1931-ci ildən 1935-ci ilədək V. I. Lenin adına API-nin kimya fakültəsinə daxil olub, oranı əla diplomla bitirmişdir. Şamxal Məmmədov 1954-cü ildə kimya elmləri doktoru, 1956-cı ildə professor elmi adını almışdı. 1967-ci ildən Azərbaycan SSR EA müxbir üzvü idi. Şamxal Məmmədov 1937–1943-cü illərdə SSRI EA Azərbaycan filalının Kimya Institutunun üzvü kimya labaratoriyasının müdiri işləmişdi. 1943-cü ildən 1952-ci ilədək həmin institutun direktoru vəzifəsində çalışmışdı.
Şamxal Tağıyev
Tağıyev Şamxal Kərim oğlu (15 mart 1922, Beyləqan – 2007, Bakı) ― biologiya elmləri doktoru (1970), professor, AMEA-nın həqiqi üzvü (1989). == Həyatı == Şamxal Tağıyev 15 mart 1922-ci ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. O, yeddiillik məktəbi bitirdikdən sonra 1938-1941-ci illərdə Bakı feldşer məktəbində təhsil almışdır. Həmin məktəbdə təhsilini başa vurduqdan sonra orduya çağırılmış və faşizmə qarşı müharibədə iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olan Şamxal Tağıyev 1948-ci ildə Bakı Dövlət Universitetində ali təhsilinə başlamışdır.O, biologiya fakültəsinə daxil olmuş, 1950-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmişdir. 1953-cü ildə burada ali təhsilini başa vuraraq, həmin universitetin aspiranturasına qəbul olunmuşdur. Şamxal Tağıyev 1956-cı ildə biologiya elmləri üzrə fəlsəfə doktoru, 1970-ci ildə elmləri doktoru dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. == Əsas elmi nailiyyətləri == Müxtəlif evolyusion pillədə duran orqanizmlərdə universal əlaqələr prinsipinin xüsusiyyətləri araşdırılmış. Onlarda beyin kötüyü retikulyar formasiya strukturunda adrenergik və xolinergik apparatların fologenetik müxtəlifliyi hipotezi irəli sürülmüşdür.
Şamxal dərəsi
Şamxal dərəsi — İranda dərə. Uzunluğu təqribən 18 kilometr (11 mil), divarlarının hündürlüyü isə 200 metrdir. Vadi Bacgirandan 20 kilometr (12 mil), Kuçandan 80 kilometr (50 mil) məsafədə yerləşir. Dərə İran–Türkmənistan sərhədindən 25 kilometr (16 mil) aralıda yerləşir.
Şamxal hamamı
Şamxal hamamı — Maştağa kəndinin tarixi hissəsində Xunxar məhəlləsində yerləşən 1883-cü ildə inşa edilmiş aid hamam. Hamam Şamxal bəy adlı bir maştağalı tərəfindən tikildiyi üçün belə adlandırılıb. Sovet işğalından sonra hamamın daxili interyeri dəyişdirilib və əvvəlki tarixi görünüşü məhv edilib. Müstəqillikdən sonra hamam istifadəsiz qalıb. == Haqqında == Maştağa kəndinin tarixi hissəsində, Xunxar məhəlləsində yerləşən Şamxal hamamı Şamxal bəy adlı biri tərəfindən sifariş edilib. Hamam 1883-cü ildə usta Ağaqulu və Kərbəlayi Hacıqulu tərəfindən üzü meydana tərəf tikilib. Onun arxitetktur-planlaşma strukturu interyerdə əks olunmuş üfüqi və şaquli bölmələr, konstruktiv formalar sayəsində bu növ mülki tikililərin inkişafının klassik üsullarını qoruyub saxlayır. Ziyarətçinin vestibüldən xəznəyə doğru hərəkəti qrafiki binanın uzununa istiqamətində, vahid ox üzrə həyata keçirilir və yolunda çətin keçidlərlə üzləşmir. Vestibül bir qayda olaraq korpusun bütün eni boyu dar məkan təşkil edir. Bu hətta texnoloji dövrə üzrə hamamın inkişafının dinamik başlanğıcına özünəməxsus keçid rolunu oynayır.
Şamxal Əjdərli
Şamxal Marif oğlu Əjdərli (17 dekabr 1997; Xuluf, Şəmkir rayonu — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamxal Əjdərli 1997-ci il dekabrın 17-də Şəmkir rayonunun Xuluf kəndində anadan olub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Şamxal Əjdərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şamxal Əjdərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Şamxal Əjdərli oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Xuluf kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əjdərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əjdərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əjdərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamxal Əlizadə
Şamxal Əvəz oğlu Əlizadə (1 yanvar 1998; Çobankənd, Gədəbəy rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamxal Əlizadə 1 yanvar 1998-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə orta təhsil almışdır. 2015-ci ildə Qazax Dövlət Sosial İqtisad Kollecinin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. Kolleci bitirdikdən sonra Bakı Avrasiya Universitetinin İqtisadiyyat fakültəsində təhsil almışdır. == Hərbi xidməti == Şamxal Əlizadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şamxal Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şamxal Əlizadə 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 1 ay 1 gün sonra tapılan nəşi 11 dekabr 2020-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində torpağa tapşırılmışdır.
Çoban şamxal ibn I Əlibəy
Çoban şamxal ibn I Əlibəy (? - 1574) — Dağıstan əmiri, Qumuq şamxalı. == Həyatı == Abbasqulu ağa Bakıxanov mümkün olan mənbələrə əsasən yazır ki, Çoban "Qaytaqdan tutmuş, Kürə dairəsi, Avarstan, Çərkəzlər və Terek çayı, Xəzər dənizinə qədər ölkənin hakimi idi və 1574-cü ildə Buynakda vəfat edib". Şamxalların nəsil şəcərəsinin öyrənmiş etnoqraf Lavrov hesab edir ki, Bakıxanovun məlumatı "naməlum mənbələrdən" götürülüb. Lakin etnoqraf səhv edir, mənbələr məlumdur-bu 1758-ci il şəcərəsi və 1842-ci il knyaz Xasay xan Usmiyevin, D. M. Şeyxəli Kurumov və Y. Klıcyevin tərtib etdiyi "Qeyd"dir. Çoban şamxalın xatırlanması daha erkən 1569-cu il Rus mənbələrində göstərilir. Çobanın ölüm tarixi XIX əsrin mənbələrində 1574-cü ildir. Amma bu məlumat da, doğru deyil. Şərqşünas Vasili Bartold Çobanın ölüm tarixi kimi 1578-ci ili göstərir. Lakin bu tarix də, səhvdir, zira Türkiyə və digər mənbələrin məlumatlarının təhlili göstərir ki, Çoban şamxal hökmdar qismində nəinki 1574-1578-ci illər, həm də, bütün sonrakı illərdə, 1579-cu ildə də, qeyd olunur.
Şamxalov
Manaf Şamxalov — Sovet, Tabasaran şairi və yazıçısı
Şamil Şamxalov
Şamil Abdulla oğlu Şamxalov (4 iyun 1926, Bakı – 15 mart 2004, Bakı) – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi". AR-ın və SSRİ-ın "Əməkdar voleybol məşqçisi". == Həyatı == Şamil Şamxalov 1926-cı il iyunun 4-də Bakı şəhərində, hərbçi ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1943–1944-cü illərdə "Azneft" Trestinin Neft və Qaz İstehsalı İdarəetmə ustadının köməkçisi vəzifəsində çalışıb. 1945–1949 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil almışdır. Şamil Şamxalov hələ birinci kurs tələbəsi olduğu vaxt, 1945-ci il avqust ayının 12-də Moskva şəhərində "Qırmızı meydan"-da keçirilən idmançıların Ümumittifaq paradında, Azərbaycanin idman heyətinin tərkibində iştirak etmişdir. Şamil Şamxalov məşqçilik fəaliyyətinə hələ ikinci kurs tələbəsi olduğu vaxt 1947-ci ildə, "Təbib" komandasında başlamışdır. 1955-ci ildə bütün idman klublarının birləşməsi ilə əlaqədar olaraq, Şamil Şamxalov "Məhsul" idman cəmiyyətində fəaliyyətini davam etdirmişdir. "Məhsul" komandası "A" qrupunda SSRİ çempionu olınuş və güclülər dəstəsində iştirak hüqüqu əldə etmişdir. 1956-cı ildə Ümuınittifaq Spartakiyadasının qızıl medallarını qazanan Azərbaycan yığma komandasının üzvlərindən bir çoxu Şamil Şamxalovun yetirmələri olmuşlar.
Manaf Şamxalov
Manaf Şamxalov (11 iyun 1915, Xiv, Dağıstan MSSR – 1974) — Sovet, Tabasaran şairi və yazıçısı. Üstəlik tərcüməçi və dramaturq olaraq da tanınır. == Bioqrafiya == 15 iyun 1915-ci ildə kasıb bir kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu məktəbdə alır. Dərbənd pedaqoji işçilər fakültəsini bitirir. Komsomol və partiya vəzifələrində çalışır, Pskov şəhərinin atçılıq eskadriyası qəzetinin ilk redaktoru olur, "Svet Oktyabrya" rayon qəzetinin redaksiyasında fəaliyyət göstərir. 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv olur. 1955-ci ildə rayon partiya məktəbini bitirmişdir. 1959-cu ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. Manaf Şamxalov 1974-cü ildə vəfat etmişdir.
Məcid Şamxalov
Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı – 13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir. M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur. Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.
Tarku şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. == Tarixi == Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.
İdris Şamxalov
İdris Şamxalov (ləzg. Шамхалрин Идрис Разакьан хва; ) — ilk Dağıstan dramaturqu, aktyor və rejissor. Dağıstanda ilk teatrın qurucusudur. Milliyyətcə ləzgidir. == Bioqrafiyası == İdris Şamxalov 27 sentyabr 1877 -ci ildə Bakı şəhəri, Suraxanı kəndində Dağıstan vilayətinin Samur qəzasının Axtı (indiki Dağıstan Respublikasının Axtın rayonu) kəndindən gələn bir Bakı fəhləsinin ailəsində anadan olmuşdur. Bakıdakı neft yataqlarında işləyir, burada teatr sənəti ilə tanış olur. 1906-cı ildə bir dramaturqun həyatında ən əlamətdar hadisə baş verir. Onun tərəfindən bir teatr qurulur. İdris Şamxalovun üç oğlu Böyük Vətən müharibəsi cəbhələrində vuruşur. 1944-cü ildə iki oğlunun müharibədə ölməsini eşidərək ürək çatışmazlığından dünyasını dəyişir.
Şamxallar
Şamxallar — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şamxallar Goranboy rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Tərki şamxallığı
Tərki şamxallığı — X əsrdən 1867-ci ilədək Dağıstan ərazisində mövcud olmuş feodal dövlət. == Tarixi == Övliya Çələbi bu xanlığın torpaqları üçün "Kumuğıstan" və "Dağıstan-i Qumuq" təbirlərini işlətmişdir. Şamxal dağlıq bölgədə iqamət edirdi. Şamxallığın mərkəzi Tərki kəndi idi. Şamxal Çobanın 1578-ci ildə ölümü üzərinə yerinə keçən oğlu Sultan But zamanında idarə mərkəzi Teymurxan-Şuraya köçürüldü. Bu xanlığın Dağıstanın ən şimalında yer alması, Qazan və Həştərxan xanlıqlarının yıxılmasının ardından daha cənuba enmə fürsəti tapan ruslarla qumuqların qarşı qarşıya gəlməsinə yol açdı. Qumuqlar, 1586-cı ildən etibarən başlayan Rus hücumlarına və işğal hərəkətlərinə qarşı, digər müsəlman Qafqaz xalqlarıyla birlikdə XVI–XVIII əsrlər arasında osmanlıların da dəstəyini alaraq XIX əsrin ikinci yarısına qədər sürəkli mübarizə apardılar. Tarixi mənbələrdə III Surxay Gəray şamxal Müzəffər oğlu "Şamxal-şah", "Dağıstan padşahı" titulları altında məşhurdur. Bu ləqəb (titul) altında müasirləri onu vətən qarşısında böyük xidmətlərini qeyd edib, etiraf ediblər. Hələ erkən uşaqlıq illərində atası Gəray şamxal Surxayı Böyük Şah Abbasa amanat vermişdi.
Marxal
Marxal - qar kütləsinin dağ zirvələrindən və yamaclardan sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə aparmasıdır. == Baş vermə səbəbi == Qar uçqunlarının əmələ gəlməsinin əsas səbəbləri yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin daxilində gedən kristallaşma prosesi və qar sahəsinin temperatur dəyişkənliyi nəticəsində sıxlaşmışdır. Qar uçqunlarının sürəti 20-30 m/san-yə, həcmi bir neçə mln.m3-ə çata bilər. Bu böyük dağıntılara səbəb olur. Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqununun zərbə gücü qar kütləsinin0,5 sıxlığında 1 m2-də 60-100 t təşkil edir. qar uçqunları dağlarda mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan yamaclarda baş verir. == Növləri == Hərəkət yolunun səciyyəsinə görə qar uçqunu 3 cür olur: Məcradan kənarda bütün yamac boyu sürüşmə şəklində Çay məcrası ilə hərəkət edən Sərt sütunlardan qopan qar uçqunu == Yayıldığı ərazilər == Alp, Şimali Amerikanın Kordilyer, Qafqaz, Xibin və Orta Asiya dağlarında müşahidə edilmişdir. Azərbaycanda bu təbii fəlakət az yayılmışdır və əsasən Böyük Qafqazın cənub yamacında müşahidə edilir.
Xalxal
Xalxal (şəhər) — Güney Azərbaycanda şəhər. Ərdəbil ostanının mərkəzidir. Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə. Xalxal (Ərdəbil) — İranın Ərdəbil ostanının şəhərlərindən biri, Xalxal şəhristanının paytaxtı. Xalxal (Babək) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Xalxal (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Xalxal (Lala) — Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. Xalxal (Mərənd) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Xammal
Xammal — ekosistemdə təbii şəraitdə yaranan və insan tərəfindən ilkin formada istifadəyə götürülən əmtəə. İnsanın və canlı təbiətin maddi və mədəni təlabatının ödənilməsi prosesində istifadə edilən təbiətin komponentlər toplusu. Xammal təbiətdə gedən proseslərin fiziki nəticəsidir. Bir sıra xammalları çıxmaq şərti ilə bir çoxu məhdud həcmdədir və təkrar istehsalı yolu elm tərəfindən tapılmayıbdır. Xammalların bir hissəsi cəmiyyət üçün strateji əhəmiyyət daşıyır, bir hissəsi isə insan təlabatını ödəmək üçün istifadə edilir. == İstinadlar == == Mənbə == Сырьевые резервы землян. Имеется ли возможность покинуть Солнечную систему в настоящее время?
Şahbal
“Shahbal” 2006-cı ildən ”Shahbal Group” tərəfindən istehsal olunur. İran istehsalı olan hərbi təyinatlı, çoxməqsədli PUA-dır. “Şahbal” modelinin uzaqdan idarə olunan vasitələri yalnız hərbi məqsədlər üçün istifadə olunur. PUA kəşfiyyat, patrul, döyüş yerlərinin monitorinqi və s. ilə əlaqəli tapşırıqları yerinə yetirmək üçün hazırlanıb. Kifayət qədər dar təyinatı səbəbindən “Şahbal” məhdud tətbiq sahəsinə malikdir, lakin bu dronun aşağı qiyməti onu PUA operatorlarının təlimi ilə əlaqədar digər vəzifələrin icrası üçün istifadə etməyə imkan verir. Hərbi təyinatlı pilotsuz hava vasitəsi üçün “Shahbal” pilotsuz aparatı kifayət qədər yığcam ölçülərə malikdir, bu da ona yüksək uçuş sürətini inkişaf etdirməyə və manevrli olmasına imkan verir. 2 metr 5 santimetr füzelaj uzunluğu olan “Shahbal” PUA-sının qanadları 2 metr 48 santimetr, kütləsi isə cəmi 9,5 kiloqram təşkil edir. Cihazın maksimum uçuş çəkisi 17.5 kiloqramdır. “Shahbal” PUA-sı 180 km/saat yüksək uçuş sürətini inkişaf etdirməyə imkan verən aşağı gücə malik porşenli daxili yanma mühərriki ilə təchiz edilir.
Şamaxı
Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzidir. Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir. == Etimologiyası == S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir.
Şambul
Şambul — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay vadisində yerləşir. Kəndi həmin zonada yaşamış qaraçılar salmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Şambul şəxs adı ilə bağlıdır.Şambul sözü eyni zamanda qamış, şiş uclu mənalarında işlənmişdir. == Əhalisi == Kəndin əhalisi 3.000-ə yaxındır demək olar ki 98 % Avarlardan ibarətdir, avarlardan başqa isə azərbaycanlılar, saxurlar və qaraçılar, qisməndə ruslar, ukraynalılar, tatarlar, ləzgilər, yaşayırlar. Şambul kəndində 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 poçt məntəqəsi, Şambul kənd bələdiyəsi, Şambul kənd inzibati ərazi dairəsi, bir neçə dərnək, 1 uşaq bağçası, 3 məscid, 2 körpü vardır. == Din == Kənddə Şambul kənd məscidi dini icması fəaliyyət göstərir.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Şamxor
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. == Toponimikası == Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Şaxxat
Şaxxat (ərəb. شحات‎) — Liviyanın şimal-şərqində, Əl-Cəbəl əl-Əxdar rayonunda yerləşən şəhər. Kirena qədim zamanlarda eyni ərazidə yerləşirdi. Əl-baydanın 24 kilometr (15 mil) şərqində yerləşir. Şaxxat Dernayla iki yol ilə: Liviya Sahil Yolunun bir hissəsi və Susa və Ras Əl-Həlalın arasından keçən başqabir sahil yolu ilə bağlıdır. Liviya Vətəndaş Müharibəsi dövründə ilk olaraq şəhər üsyançıların nəzarətinə keçdi.
Cahid Camal Şamil oğlu
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Ayxal
Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır. 2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur. == Coğrafiya == Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür. Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur. == Tarixi == Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov (professor) — Alim, pedaqoji elmləri doktoru, Professor, Ədəbiyyatın metodikası üzrə ilk pedaqoji elmlər namizədi. Camal paşa — Türkiyə dövlət və hərbi xadimi. "Gənc türklər" inqilabının (1908) və "İttihad və tərəqqi" partiyasının liderlərindən biri. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal AbdullayevKamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) —Kamal ƏhmədovKamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam.Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev —Yaşayış məntəqələri ErmənistanKamal (Abaran) — Abaran mahalında kənd.
Sadval
Sadval (ləzgi dilində Birlik) — Ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat. == Tarixi == Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi.Ermənistan dövləti tərəfindən ələ alınan Sadval təşkilatı üzvünün 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur. 1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən terror aktına görə təşkilatın bir neçə üzvü həbs edildi.2015-ci ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Bir il sonra Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi. Onun ölümünün siyasi fəaliyyəti ilə ələqadər olmadığı iddia edilir. Bu hadisələrin istintaqı haqqında heç bir rəsmi xəbər verilmədi.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. == Ədəbiyyat == Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Saqqal
Saqqal — kişiləri qadınlardan fərqləndirən, üzdə bitən tüklər. == Xarici keçidlər == Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Sarxan
Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahı. Sarhan şəklində də deyilir. Sarıqan Xan, Sarıxan (Saruhan) və ya Sarıq Xan olaraq da bilinər. Əjdahaları idarə edər. Əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır. Macar mifologiyasındakı əjdahanın adı Sarkanydır. == Macar mədəniyyətində == Çox başlı əjdaha (Sarkany) macar xalq əhvalatlarında mənfi xüsusiyyətlər daşıyan bir varlıqdır. (Avropa və İran mifologiyasında da əjdaha insanlara düşmən ikən Çin mədəniyyətində ejderhalar, ümumiyyətlə yaxşı xasiyyətli varlıqlardır.) Xristian mədəniyyətində ejderhalar Satan (Şeytan) və ya onun xidmətçiləri kimi görünür. "Sarkany" sözü macar nağıllarında qasırğa mənasını da saxlayır çünki "Sarkany" tez-tez qasırğalarla (və ya qasırğa kimi) gəlir. Bu xüsus qıpçaq qəbilələri vasitəsilə gələn və digər türk dillərində də bənzər söyleyişlerle iştirak edən kimi sözlərdə də görülməkdədir və "Sarkany" sözünün yağış, fırtına, qasırğa mənalarını ağıla gətirir.
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.