Şamxal Əvəz oğlu Əlizadə (1 yanvar 1998; Çobankənd, Gədəbəy rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şamxal Əlizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çobankənd, Gədəbəy rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Çobankənd, Gədəbəy rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2017 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Şamxal Əlizadə 1 yanvar 1998-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə orta təhsil almışdır. 2015-ci ildə Qazax Dövlət Sosial İqtisad Kollecinin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. Kolleci bitirdikdən sonra Bakı Avrasiya Universitetinin İqtisadiyyat fakültəsində təhsil almışdır.
Şamxal Əlizadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Şamxal Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şamxal Əlizadə 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 1 ay 1 gün sonra tapılan nəşi 11 dekabr 2020-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamxal Əlizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamxal Əlizadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]