Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şota
Şota — gürcü adı. Şota Rustaveli — XII əsr gürcü xalqının dahi şairi. Şota Arveladze — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu. Şota İataşvili — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçi. Şota Mişvelidze — Gürcüstanlı kişi ağır atlet.
Lotka qanunu
Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907-1916-cı illərdə çap olunmuş “Chemical Abstracts” jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); “Auerbach’s Geschichtstafeln der Physik” jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur. Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} ) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} ) 1 / X n {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2): Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır. == Həmçinin bax == Bibliometriya == Ədəbiyyat == Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Şotki diod
Şotki diodlar — Şotki diodlar nöqtə əlaqəli(adi diod) diodlar kimi metal və yarımkeçirici kristal birləşdirilməsi ilə əldə edilir. == Xüsusiyyətləri == Çox yüksək tezliklər lazım olan işlərdə normal diodlar kommutasiya(açar) funksiyasını yerinə yetirərkən çətinlik çəkirlər. Məsələn istənilən müddətlərdə vəziyyəti dəyişdirməzlər (on / off). Bu problemə həll tapmaq məqsədi ilə şotki diodlar inkişaf etdirilmişdir. Şotki diodlar çox yüksək kommutasiya sürətlərinə sahibdirlər. Bu səbəblə yüksək tezliklərdə edilən işlərdə kommutasiya elementi olaraq şotki diodlar tövsiyə edilir.Ancaq bunlar P-N keçidli diod növündədir.Keçid müqaviməti çox kiçik olduğundan düzgün istiqamət bəsləməsində 0.25v da belə asanlıqla və sürətlə keçiricilik təmin edir.Əks istiqamətə doğru axan az daşıyıcıları çox az olduğundan əks istiqamət cərəyanı kiçikdir. Bu səbəblə də səs-küy səviyyələri aşağı və səmərələri yüksəkdir.Fərqli iki ayrı qrup elementdən ibarət olması səbəbilə şotki diod müqavimətləri xətti deyildir == İstifadə sahələri == Müqavimətlərin düzgün olmaması səbəbindən daha çox mikrodalğalı alıcı olaraq istifadə edilir. Bundan başqa, modulyator, demodulyator, detektor olaraqda da istifadə olunur. == İstinadlar == == Həmçinin bax == https://youtube/Diyot Nedir?
Şotta yukkası
Şotta yukkası (lat. Yucca schottii) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir. == Botaniki təsviri == Hündürlüyü 3-5 m-ə, diametri 1-3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2-0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir.
Şota Arveladze
Şota Arveladze (gürc. შოთა არველაძე; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu, İsrailin Makkabi Tel-Əviv klubunun baş məşqçisi.1997-2007-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Milli komandanın heyətində ən çox qol vurmuş futbolçudur. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. == Klub karyerası == Şota futbola 1990-cı ildə "Martve Tbilisi" komandasında başlayıb. Burada sərgilədiyi uğurlu oyunlardan sonra, 1992-ci ildə "Dinamo Tbilisi"yə transfer olunub. 1993-94 mövsümünün dövrə arası fasiləsi zamanı o dönəm "Trabzonspor" klubunun prezidenti olan Sədri Şener tərəfindən bəyənilərək əkiz qardaşı Arçil Arveladze ilə birlikdə "Trabzonspor"a transfer olunub. "Trabzonspor"a gələndə çox gənc olmasına baxmayaraq, yüksək performans göstərib. Şota 1995-96 mövsümündə 25 qol vuraraq Tarıq Hodziçdən sonra Türkiyə çempionatında qol kralı olan ikinci əcnəbi futbolçu adını qazanıb. "Trabzonspor" azarkeşləri tərəfindən komandaya gəlmiş ən yaxşı əcnəbi futbolçu kimi göstərilən Şota 1997-ci ildə klubu tərk edib.
Şota Mişvelidze
Şota Mişvelidze (18 oktyabr 1994, Saçxere, İmereti) — Gürcüstanlı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Gürcüstanı təmsil edir. Şota Mişvelidze dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Şota Rustaveli
Şota Rustaveli (gürc. შოთა რუსთაველი; 1172[…] – 1216[…], Qüds, Əyyubilər sülaləsi) — XII əsr gürcü xalqının dahi şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir. Onun yazdığı "Pələng dərili cəngavər" (gürc. ვეფხისტყაოსანი — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir. == Həyatı == Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Rustavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır. Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş.Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş.Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş.Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Xəlilov Pənah İmran oğlu - SSRİ xalqları ədəbiyyatı.
Şota İataşvili
Şota İataşvili (gürc. შოთა იათაშვილი) — gürcü şair, yazıçı, tərcüməçi və tənqidçidir. Yeddi şeirlər kitabının, roman və üç hekayə kitabının müəllifidir. “Qafqaz evi” Gürcüstan mədəni əlaqələr mərkəzində işləyir, “Alternativ” ədəbiyyat jurnalının redaktorudur. 2007-ci ildə ilin ən yaxşı şerlər kitabına görə “Saba” mükafatına, 2009-ci ildə “Kiyev dəfnəsi” beynəlxalq mükafatına layiq görülüb. Əsərləri 12 dilə tərcümə edilib. == Ədəbiyyat == Şota İataşvili. Veriya bağçasındakı kafe (şeirlər, poema, məqalə, söhbət)./ "525 Kitab" seriyası.
Şota Şalikaşvili körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Diqomi və Didube rayonlarını (Didube-Çuqureti rayonu) birləşdirir. == Yerləşir == Körpü Qriqol Robakidze prospektinin girəcəyində yerləşir. Sol sahil hissədə avtovağzal, Didube dəmir yol və metro stansiyaları vardır. Körpüdən yuxarı axar boyunca Mindeli, aşağı axar üzrə isə Baxuşti Baqrationi körpüləri yerləşir. == Adı == İlk əvvəllər körpü yerləşdiyi rayonun adına uyğun olaraq Didube körpüsü adlanırdı. Çağdaş adı isə ona 1990-cı ildə verilmişdir. Körpü əməkdar mühəndis, fəxri inşaatçı Şota Şalikaşvilinin şərəfinə adlandırılır . == Tarixi == Körpü 1953-cü ildə vaxtı ilə bərə daşımaçılığının yerində inşa edilmişdir.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sokka
Sokka — "Avatar: Aanq haqqında əfsanə" cizgi serialının və "Sonuncu hava maqı" filminin əsas personajlarından biri.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Sutka
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Şota Rustaveli heykəli (Tbilisi)
Şota Rustaveli heykəli (gürc. შოთა რუსთაველი) – Gürcü ədəbiyyatının klassiki və ictimai-siyasi xadim Şota Rustavelinin şərəfinə, Tbilisi şəhərində onun adını daşıyan prospektin başlanğıcında ucaldılmış heykəlidir. Abidənin müəllifi heykəltaraş Konstantin Merabaşvilidir. == Tarixi == Heykəl 1942-ci ildə şairin adını daşıyan prospektdə ucaldılmışdır. Heykəlin postamenti mərmərdən, özü üsə bürüncdən hazırlanmışdır. == Təsviri == Şota Rustaveli ayaq üstə dayanmış vəziyyətdə və milli gürcü geyimində təsvir edilmişdir. Şair bir əlində bükülmüş kağız tutmuş, digər əlini isə sinəsinin üstünə qaldırmışdır. Postamentin aşağısında yerləşdirilmiş qabartma barelyefldə “Pələng dərisi geymiş pəhləvan” poemasından səhnə təsvir edilmişdir.
Dalğaqanad sovka
Göybaftalı sovka
Klyoçevskaya Sopka
Klyoçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-ci ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944—1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988-1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004—2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il === 1932 il === Adətən il ərzində 5-6 püskürmə baş verir.
Müxtəlifrəngli sovka
Sotşa Dlamini
Sotşa Dlamini (27 May 1940 – 7 Fevral 2017) — 6 oktyabr 1986-cı ildən 12 iyul 1989-cu ilə qədər Svazilendin baş naziri olmuş siyasətçi. Dlamini Svazilendin Mankayane şəhərində anadan olmuşdur.Dlamini 7 fevral 2017-ci ildə 76 yaşında vəfat etmişdir.
Çəhrayı sovka
Şüalı sovka
Şota Rustaveli adına Batumi Dövlət Universiteti
Şota Rustaveli adına Batum Dövlət Universiteti (gürc. ბათუმის შოთა რუსთაველის სახელობის სახელმწიფო უნივერსიტეტი) — Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə yerləşən ali təhsil müəssisəsi. Universitetə orta əsr gürcü şairi Şota Rustavelinin adı verilmişdir. == Tarixi == Acarıstanda təhsil sisteminin qurulması və inkişafı Gürcüstan cəmiyyətinin uzun müddətdir məşğul olduğu məsələ idi. 1893-cü ildə bölgədə Kişi Gimnaziyası fəaliyyətə başlamışdır. 26–27 iyun 1893-cü il tarixində şəhər bələdiyyəsi tərəfindən Kişi Gimnaziyasına 2.623.95 kvadrat metr ərazi verildi. Layihə hərbi mühəndis Sedelnikov tərəfindən dizayn edilmişdir. Binanın birinci mərtəbəsində idman zalı, ikinci mərtəbəsində kilsə, akt zalı, səkkiz sinif otağı, sənət dərsi, fizika iş otağı, laboratoriya və kitabxana fəaliyyət göstərirdi. Kişi Gimnaziyasında dərslər 1897-ci ilin iyul ayında başlandı. Həmçinin 26 sentyabr 1900-cü il tarixində bölgədə Qız Gimnaziyasının da açılışı baş tutdu.
Soka Qakkai
Soka Qakkai (yaponca: 創価学会, Hepbörn: Sōka Gakkai, "Dəyər yaranma cəmiyyəti") — yapon Niçiren buddist hərəkatı. Onun baş rəsmi məqsədi "sülhü, mədəniyyəti və təhsili" dəstəkləməkdir. İbadətində isə Lotus sutrası vacib rol oynayır. == İnancları == Soka Qakkai fəlsəfəsinin əsası 1222–1282 illərin arasında yaşayan Niçiren adlı rəhibdən gəlir. Niçiren Buddizmi Kamakura dövrünün "yeni Buddizm" məktəblərindən biridir. XIII əsrdən başlayaraq, Niçiren Buddizmin bir sıra məzhəbi formalaşıb və Soka Qakkai onlardan biridir.Hərəkətin təliminin tərkibi hissələrindən biri Lotus sutrası ilə bağlı Soka humanizmidir. Ona əsasən Soka Qakkai ibadətçiləri inanır ki, "Budda həyatın özüdür". == Tarixi == 1928-ci ildə Tsunesaburo Makiquçi və bəzi mənbələrinə görə həmin ildə, başqa mənbələrə görə isə 1928–1930 illərin arasında onun öyrəncisi Cosei Toda Niçiren Buddizmini qəbul ediblər. 1937-ci ildə Makiquçi başçısı olduğu Yaponiyada təhsil islhatı məsələsini araşdıran, 60 adamdan ibarət olan bir qrup Soka Qakkai hərəkətinin əsasını qoyub. O zaman, qurumun ilk məclisində onun adı Soka Kyoiku Qakkai (創価教育学会, "Dəyər yaranma təhsil cəmiyyəti") idi.
Sota Hirayama
Sota Hirayama (d. 6 iyun 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib, 3 qol vurub.
Loren Soka
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx.Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi. Thapar, Romila.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan - gəmi) - yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Gümüşü başlıqlı sovka
Qəşəng yaşıl sovka
Tünd rəngli sovka
Qotika
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. == Qotik memarlığı == Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Toska
Toska (it. Tosca) — Cakomo Puççininin İllika Luici, Cüzeppe Cakozanın librettosu əsasında yazmış olduğu 3 pərdəli opera. Əsərin ilk premyerası 14 yanvar 1900-cu ildə Romada olmuşdur. == Yaranma tarixi == Toska pyesi V. Sardu tərəfindən yazılmış və xüsusi olaraq aktrisa Sara Bernara həsr edilmişdir. Əsərin ilk primyerası 24 noyabr, 1887 c ildə Parisin Port-Sen-Marten teatrında olmuşdur. Cakomo Puççini pyesə Milanın it. Filodrammatico səhnəsində baxır. Culio Rikordiyə 7 may 1889 cu ildə yazdığı məktubda, pyes əsasında opera yazmaq üçün Sardunun razılığını almağı ona tapşırır. Libretto yazmaq üçün Verdi və Franketti hər ikisi maraq göstərirlər. Sonuncu razılıq alaraq hətta operanı yazmağa başlayır, lakin son anda Rikordinin səyi nəticəsində icazə Cakomo Puççiniyə nəsib olur.
Toçka
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1.Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.Sovet istehsalı yer-yer tipli operativ–taktiki raket kompleksi "Toçka-U". "Toçka –U" operativ–taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir.
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Yolka
Yelizaveta Valdemarovna İvantsiv (ukr. Єлизаве́та Вальдема́рівна Іванці́в, Yolka azərb. Küknar‎ və ya Yeni il ağacı, rus. Ёлка, ukr. Йолка; 2 iyul 1982, Ujqorod) — Ukraynalı-rus müğənni və prodüser. Keçmişdə "6 nömrəli palata" Ujqorod şəhərinin KVN komandasının iştrakçısı olmuşdur. == Həyatı == Yelizaveta Valdemarovna İvantsiv 2 iyul 1982-ci ildə Ujqorod şəhərində anadan olub. O, musiqiçi ailəsində anadan olub, belə ki, atası caz musiqidi kolleksiyaçısı idi, anası isə üç musiqi alətində ifa edə bilirdi. O, məktəbin xor cəmiyyətində oxumağa başlamış, daha sonra vokal dairəsinə keçmişdir. Məktəbin Şən və Hazırcavablar Klubunda iştirakı ona uğur qazandırmışdır.
Şorba
Şorba — Kökü Hindistana bağlıdır. Şorba sözünün mənası "yaxşı bəslənmə" deməkdir. 10 min il əvvəl şorba hazırlandığı və yeyildiyi haqqında məlumatlar tapılıb. Çində 2400 illik şorba arxeoloqlar tərəfindən Şian antik kəndində tapılıb. İnsanın ilk dəfə şorbanı yeməsi, III yüzilliyə təsadüf edilir. O dövrün insanlarından olan Patroklus, çörəyi suya batıraraq, üzərinə duz səpərək yeyib. Patroklusun yeməyi daha sonra Avropanın bəslənmə yeməyi olacaq şorbanın ilk halı olaraq ortaya çıxır. Fransada soğan şorbası mövcuddur. Bu şorbanı alta 6 ədəd çörək qoyub, üzərinə ət suyu tökərək hazırlayırlar. Şorbanın indiki halda olması isə, François Pierre La Varenne tərəfindən yaradılıb.
Şorca
ErmənistandaŞorca (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonuna aid bir kənd. Aşağı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd. Yuxarı Şorca — Göyçə mahalında Basarkeçər rayonuna aid bir kənd.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Aşağı Şorca
Aşağı Şorca — Göyçə mahalında kənd. == Tarixi == Aşağı Şorca toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Bəzi tarixçilər Şorca toponiminin şoran yer mənasını bildirdiyini söyləyir. Ancaq Göyçədə yaşayanlar bilirlər ki, Göyçədə mövcud olmuş Şorca kəndlərindən heç birində şoran torpaqlar olmamışdır. Ona görə də bu fərziyyə inandırıcı görsənmir. Aşağı Şorca rayon mərkəzindən 12 km şərqdə yerləşir. Yuxarı Şorca, Daşkənd kəndi, Sarıyaqub, Qaraqoyunlu kəndləri ve Kəlbəcər rayonu ilə həmsərhəd olub. Kəndin 2757 ha torpaq sahəsi olub ki, bunun 570 ha Yellidərə dövlət sapalaq torpağı, 1250 ha biçənək sahəsidir. Əhalisi isə 1800 nəfərə yaxın olub. 1988-ci ilə qədər isə sovxozda 22 yük maşını, 1 avtobus, 3 “UAZ”, 1 “Moskviç”, 1 ekskvator, 4 kombayn, əlavə müxtəlif texnika, 6 min xırdabuynuzlu heyvan, 550 baş iribuynuzlu mal, əhalidə isə 8 minə yaxın xırdabuynuzlu, 1000-dən artıq iribuynuzlu heyvan olub.