Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim MəmmədovNazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant.Nazim Qasımov — Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası. Nazim Əliyev (general) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru.
Bilal Nazim
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Faytonçu Nazim
Nazim Pişyari və ya Faytonçu Nazim olaraq da tanınır. (26 avqust 1968, Lənkəran) — Azərbaycan müğənnisi, aktyoru. == Həyatı == 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Nazim Abbas
Nazim Hüseynqulu oğlu Abbasov (14 dekabr 1938 – 16 sentyabr 2000) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə ADTİ-nin (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsini bitirmişdir. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979–1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru olmuşdur. 1993–2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur. Yüzdən artıq televiziya filminə rejissorluq edib. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının qızıl fondunda qorunub saxlanılır. Nazim Abbas işlədiyi 37 il ərzində 5 bədii, 17 musiqili və 127 sənədli filmlərin rejissoru və bəzilərinin ssenari müəllifidir. Nazim Abbasın çəkdiyi 12 film mükafat və prizlərə layiq görülüb.
Nazim Abbasov
Abbasov Nazim Tanrıverdi oğlu (1 aprel 1930, Marksovka, Ağstafa rayonu – 19 noyabr 2004) — Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri (1972–2004). 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Həyatı == Abbasov Nazim Tanrıverdi oğlu 1930-cu il aprel ayının 1-də Azərbaycan SSR Ağstafa rayonunun Marksovka (indiki Xətai) kəndində anadan olmuşdur. Abbasov Nazim 1949-cu ildə S.M. Kirov adına 22 saylı Ağstafa dəmir yol orta məktəbini qızıl medalla bitirib. O, 1949-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1954–1957-ci illər ərzində S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin həndəsə ixtisası üzrə aspirantı olmuşdur. Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabr ayının 19-da vəfat etmişdir. == Elmi fəaliyyətləri == Abbasov Nazim 1959-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında professor B.A. Rozenfeldin elmi rəhbərliyi altında "Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Nazim Abbasovun rəsmi opponentləri f-r.e.d., prof.
Nazim Abdullayev
Nazim Abdullayev (polis) — şəhid, polis baş serjantı. Nazim Abdullayev (həkim) — əməkdar həkim.
Nazim Axundov
Nazim Axundov (tam adı: Nazim Fərrux oğlu Axundov; d. 20 iyun 1924, Şuşa, Azərbaycan SSR, SSRİ - ö. 10 mart 1994, Bakı, Azərbaycan) — biblioqraf, ədəbiyyatşünas, 1953-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmlər doktoru (1967), professor (1970). == Həyatı == Nazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim və həkim ailəsində anadan olmuşdur. İbtidai təhsilini Tərtər rayonunun Qazax kəndində aldıqdan sonra 1937-ci ildə Bakı Pedaqoji Məktəbinin Filologiya fakültəsinə daxil olan N.Axundov 1940-cı ildə oranı bitirir. N.Axundov 1940-1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsilini davam etdirir. 1945-ci ildə isə həmin institutun Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturasına daxil olur. 1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N.Axundov "Molla Nəsrəddin jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır. N.Axundov 1966-cı ildə "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1994-cü il martın 10-da Bakıda vəfat etmişdir.
Nazim Ağayev
Nazim Ağayev (müğənni) (1939—2018) — azərbaycanlı müğənni. Nazim Ağayev (alim) (1937—2015) — azərbaycanlı alim, texnika üzrə elmlər doktoru.
Nazim Bababəyli
Nazim Bababəyli Səfərəli oğlu (28 may 1953, Naxçıvan – 18 noyabr 2022) — Coğrafiya üzrə fəlsəfə elmlər doktoru, dosent, Naxçıvan MR Ali Məclisinin deputatı. == Həyatı == N. S. Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1971–1975-ci illərdə ADPU-nun Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasınin "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. Xarici ölkələrdə Rusiya, Türkiyə, İran, Gürcüstanda beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. == Elmi fəaliyyəti == 1977–1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1978–1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışıb. 2004-cü ildə "Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, eyni zamanda 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olub. 2010-cu ildə Coğrafiya kafedrası üzrə dosent diplomu almışdır.
Nazim Babayev
Nazim Babayev (mühəndis) — professor, texnika elmləri doktoru. Nazim Babayev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Nazim Babayev (atlet) — idmançı.
Nazim Belxoca
Nazim Belxoca (1 fevral 1990) — Əlcəzairli üzgüçü. Nazim Belxoca Əlcəzairi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Nazim Belxoca birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.43 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 55-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nazim Beydiyev
Nazim Eynulla oğlu Beydiyev (24 yanvar 1991; Şamaxı rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Beydiyev 1991-ci il yanvarın 24-də Şamaxı rayonunun Mirikənd kəndində anadan olub. 1997-2008-ci illərdə Mirikənd kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Nazim Beydiyev 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Nazim Beydiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazim Beydiyev oktyabrın 2-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Beydiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazim Bəydəmirli
Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi. == Həyatı == Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur. == Təhsili və elmi-pedaqoji fəaliyyəti == 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsi ilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.
Nazim Bəykişiyev
Nazim Zöhrab oğlu Bəykişiyev (d. 29 iyun 1948, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), teatr və kino rəssamı. == Həyatı == Nazim Bəykişiyev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləmişdir. 1970-1975-ci illərdə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun teatr rəssamı fakültəsinə daxil olaraq SSRİ xalq artisti Sergey Obraztsovun sinifində təhsil almışdır. Həmin təhsil ocağını bitirdikdən sonra Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam vəzifəsində işləmişdir. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışmışdır.2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. Burada o Hüseyn Cavidin "İblis" və "Afət", R.Əlizadənin "Günah", Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri", Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu", Vilyam Şekspirin "Hamlet", Elçinin "Qatil", O.İoselianinin "Kaş araba aşmayaydı" kimi səhnə əsərlərinə bədii tərtibat vermişdir. == Mükafatları == Azərbaycan SSR dövlət mükafatı — 1984 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 29 dekabr 2006 == İstinadlar == == Filmoqrafiya == Günaydın, mələyim!
Nazim Cəbrayılov
Nazim İbrahim oğlu Cəbrayılov (2 mart 1949, Ağdam – 18 aprel 1994, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və fəaliyyəti == Nazim Cəbrayılov 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirən Nazim Cəbrayılov 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Ali təhsilini bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Daha sonra Kalininqrad Milis Məktəbində oxuyan Nazim Cəbrayılov ikinci ixtisas diplomu alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdıb və 2711 nömrəli hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb. == Hərbi xidməti == 1988-ci ilin Ermənistanın Azərbaycan torpaqlarına hücumundan sonra baş leytenant Nazim Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb. O, Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib. 1994-cü il aprelin 13-də Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib.
Nazim Fərəcov
Nazim Fərəc oğlu Fərəcov (1960, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Nazim Fərəcov 1960-cı ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Orta təhsilini Laçın rayonunda alıb. 1978-ci ildə Azərbaycan xalq Təsərrüfatı (indiki İqtisadiyyat Universiteti) institutuna daxil olub. Oranı bitirdikdən sonra əmək fəaliyyətinə Sumqayıt şəhərində başlayıb. 1995–1996-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktor müavini, 1996–1998-ci illərdə Sumqayıt İctimai İaşə Trestinin direktoru vəzifəsində işləyib. Zakir Fərəcovun qardaşıdır. == Siyasi faəliyyəti == 1998–2000 illərdə Sumqayıt Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə idarəsində rəis müavini işləyib, eyni zamanda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Bakı şəhər Əhalinin Sosial Müdafiə idarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdir vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 121 saylı Laçın seçki dairəsindən millət vəkili seçilib.
Nazim Hacıbəyov
Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). == Həyatı == Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır. 1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir.XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.2020-ci il martın 23-də vəfat edib. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979 Azərbaycan SSR Dövlət mükafatı — 1982 (Gülüstan sarayının layihəsinə görə) "Şöhrət" ordeni — 19 aprel 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003-cü ildən == Həmçinin bax == Talışxanovlar == İstinadlar == == Mənbə == Назим Мәммәд оғлу Һаҹыбәјов // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр.
Nazim Hacıyev
Nazim Məmmədiyə oğlu Hacıyev (3 iyun 1924, Nuxa – 30 iyul 1962, Bakı) – Azərbaycan SSR-in dövlət və siyasi xadimi. == Həyatı == Nazim Hacıyev 1924-cü il iyunun 3-də Azərbaycan SSR Nuxa şəhərində anadan olmuşdur. 1940-cı ildə Nuxada peşə məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olur. Lakin 1941–1945-ci illər müharibəsinin başlaması ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlamış, Nuxaya qayıdaraq "Nuxa fəhləsi" qəzetində ədəbi əməkdaş kimi çalışmışdır. 1941–1943-cü illərdə Nuxada 12 saylı məktəbdə dil və ədəbiyyat müəllimi işləmiş, Baş Küngüt kəndindəki orta məktəbdə dərs hissə müdiri, rayon xalq maarifi şöbəsində metodist vəzifələrində işləmişdir. O, 1943-cü ildə "Nuxa fəhləsi" qəzetinin məsul katibi təyin edilmişdir. Nazim Hacıyev 1944-cü ildən universitetdə təhsilini davam etdirmiş və 1944–47-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləmişdir. Nazim Hacıyev 1947-ci ildə komsomol işinə keçmiş, Bakı şəhər Komsomol Komitəsinin katibi seçilmişdir. O, 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Bakı Komitəsi Təbliğat şöbəsinin təlimatçısı təyin edilmiş, ardınca Azərbaycan Tibb İnstitutunun Partiya komitəsinin katibi təyin edilmişdir. Nazim Hacıyev 1951-ci ildə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqının XIX qurultayında Mərkəzi Komitənin katibi, 1952-ci ildə isə Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Nazim Hacıəlibəyov
Nazim Ənvər oğlu Hacıəlibəyov (3 iyul 1959, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2009). == Həyat və fəaliyyəti == Nazim Hacıəlibəyov 3 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının dirijorluq fakültəsini bitirib. 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında işləyir. 1987-ci ildə Moskvada "Bolşoy Teatr"da təcrübədə olub, 1990-cı ildə təcrübəni uğurla başa çatdırıb, Opera Simfonik orkestrinin dirijoru ixtisası alaraq yenidən həmin teatra qayıdıb. 1992-ci ildən teatrın baş dirijoru işləyib. Hal-hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş dirijorudur. Bu müddətdə 25-dən çox həm klassik, həm də müasir əsərlərin musiqilərinə quruluş veribdir. "Hicran", "Beş manatlıq gəlin", "50 yaşında cavan", "Qızıl toy", "On min dollarlıq keyf", "Hərənin öz ulduzu", "Pominalnaya molitva", "Silva", "İki küpə girən qarı", "Şən dul qadın", "Nəğməli Könül", "Nümunəvi qaraçı", "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Əlin cibində olsun", "Talelər qovuşanda", "Çılğın Qaskonyalı", "Bir günlük siğə", "Volqalı Canan", "Məhəbbət oyunu" və s. kimi əsərlər bu qəbildəndir.
Nazim Hikmət
Nazim Hikmət və ya Nazim Hikmət Ran (türk. Nâzım Hikmet Ran; 15 yanvar 1902, Saloniki, Osmanlı imperiyası – 3 iyun 1963[…], Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi. == Həyatı == Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922–1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur. 1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şerlər kitabı çapdan çıxmışdır.
Nazim Hüseynli
Nazim Hüseynli (30 aprel 1956, Gədəbəy) — Bakı Avrasiya Universitetinin rektoru (2006–2020). == Həyatı == 30 aprel 1956-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur.1973-cü ildə Bakı şəhəri 70 saylı orta məktəbi bitirmiş, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. 1976–1978-ci illərdə Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində və İrkuts vilayətinin Zima şəhərində Sovet ordusu sıralarınada hərbi xidmətdə olmuş. 1974-cü ildən əmək fəalliyyətinə başlamışdır. 1974-cü ildə 2 saylı Mebel fabrikində, 1974–1985-ci illərddə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985–1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989–1994-cü illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında işləmişdir. 1992-ci ildə Ali Diplamatiya Kollecini (hal-hazırda Bakı Avrasiya Universiteti adlanır) təsis etmiş və bu günə qədər onun rektorudur. 1986-cı ildə SSRİ Elmlər Akademiyası Sovet Sosioloji Assosiasiyasının üzvü seçilmişdir. Fəlsəfə elmləri doktoru, professor, Beynəlxalq Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1989-cu ildən fəlsəfə elmləri namizədidir.
Nazim Hüseynov
Nazim Hüseynov (cüdoçu) — cüdo üzrə Olimpiya çempionu. Nazim Hüseynov (kimyaçı) — AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Nazim Hüseynov (hidrometeoroloq) — Texnika elmləri doktoru, professor, iqlimşünas. Nazim Hüseynov (mayor) — Vətən müharibəsi şəhidi.
Nazim Kazımov
Nazim Kazımov (4 aprel 1950, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR) — tarzən, pedaqoq, əməkdar insəsənət xadimi (2006), professor (2008). == Həyatı == Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olub. 1966-1970 illərdə ADMT-nun "Xalq çalğı alətləri" şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, 1967—1973-cü illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1973—1978 illərdə ADK-nın Xalq musiqisi fakültəsində xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində (tar ixtisası üzrə) təhsilini davam etdirmişdir. 1978-ci ildə konservatoriyanı bitirib təyinatla yenidən ilk əmək fəaliyyətinə başladığı Əli Bayramlı musiqi məktəbinə göndərilən Nazim Kazımov 4 il burada müəllim və direktor müavini kimi çalışmış, 1981—1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləmişdir. 1992-ci ildə yenidən Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. 2001-ci ildə onu vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna - həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunur. N. Kazımov geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. Təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindən biridir.
Nazim Kirxlarov
Nazim Nadir oğlu Kirxlarov (20 dekabr 1993; Suraxanı rayonu, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Kirxlarov 1993-cü il dekabrın 20-də Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. O internat məktəbini bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nazim Kirxlarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazim Kirxlarov oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub.
Nazim Mahmudov
Nazim İdris oğlu Mahmudov (12 iyun 1958, Cəbrayıl rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri. == Həyatı == Mahmudov Nazim İdris oğlu 1958-ci il iyunun 10-da Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sultanlı kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1980–1984-cü illərdə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasında oxuyub. "Hilbert fəzasında stoxastik optimal idarəetmə" mövzusunda namizədlik dissertasiyası müdafiə edəndən sonra Azərbaycan EA Kibernetika İnstitutunun riyazi kibernetika laboratoriyasında işləməyə başlayıb. N. Mahmudov 1993-cü ildən Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasında işləyir. 2004-cü ildə ona professor elmi adı verilib. 2011-ci ildən Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiridir.
Kazım
Kazım — Kişi adı.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Kazım Abdullayev
Kazım Abdullayev (tam adı: Kazım Ənvər oğlu Abdullayev; 6 aprel 1953, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Kazım Abdullayev 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub 1996-cı ilin yanvar ayına qədər orada çalışmışdır. Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar bunlardır: (Cəfər Cabbarlı "Oqtay Eloğlu") Oqtay, (Hüseyn Cavid "Afət") Ərtoğrul, (Rüstəm İbrahimbəyov "Park") Marat, (Anar "Təhminə və Zaur") Muxtar, (Nazim Hikmət "Bayramın birinci günü") Şadi, (Nəriman Həsənzadə "Bütün şərq bilsin") Əzizbəyov, (Əkrəm Əylisli "Vəzifə") Nazim, (Rəşad Nuri Güntəkin "Müvəqqəti ər") Şərif, (Ş.Arif "Qınamayın məni") Kəlbi Kəhər, (O.Altunbay "Mehrişah") Altundaş, (Cəlil Məmmədquluzadə "Ölülər") Məşədi Oruc, Hacı Kərim, (R.Əlizadə "Doğmalar") Mehman, (A.Abdulin "13-cü sədr") Vəli Zakirov, (Cəfər Cabbarlı "Almaz") Fuad, (K.Kərimov "Çahargah fantaziyası") Teymur, (Çingiz Aytmatov "Əsrə bərabər gün") Əbutalib, (Abdulla Şaiq "Bir saatlıq xəlifə") Harun Ər-Rəşid, (G.Xuqayev "Varlı ev") Beçir, (Hüseyn Cavid "Uçurum") Cəlal, (Anar "Adamın adamı")Fağır Bağır, (C.Yusifzadə "Səhər qatarı") Manaf, (G.Bokarev "Poladəridənlər") Usta Valeri, (Nəbi Xəzri "Dağlar və dalğalar") Xəzər, və sairə. 1996–2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. Bu teatrında oynadığı rollar:(Nəriman Nərimanov "Nadir şah") Şah Təhmaz, (Altay Məmmədov "Dəli Domrul") Dəli Dondar, (J.Anuy "Medeya") Yazon, (O.Altunbay "Tomris") Kir, (Cəfər Cabbarlı "Dönüş") Mirzə Camal, (Cəlil Məmmədquluzadə "Ölülər") Şeyx Əhməd, (Nazim Hikmət "Domoklun qılıncı") Aptekçi, (S.Rəşidi "Mənim Ərdəbilim") Nadir, (Ə.Pəhləvan "İnsan və İblis") Şair, (Nigar Rəfibəyli "Natəvan") Şair və s. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, "Ölülər"), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, "Misir gecələri"), Şəmistan ağa (İsmayıl Şıxlı, "Ölüləri qəbiristanlıqda basdırın"), Fətulla bəy (Əli Əmirli, "Mesenat"), Nostradamus (Ramiz Novruz, "Hələ sevirəm deməmişdilər"), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, "İkinci səs"), Sultanəli (Mir Cəlal, "Dirilən adam"), Əkbər (Abdulla Şaiq, "Eloğlu"), İbrahim xan (İlyas Əfəndiyev, "Hökmdar və qızı"), Murtuza Muxtarov (Əli Əmirli, "Mesenat"), şair Kirmani ("Əmir Teymur", Hüseyn Cavid), Aqostino ("Silindr", Eduardo de Filippo), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), İbad ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi). Aktyor bir çox filmlərə də çəkilmişdir: "Arvadım mənim, uşaqlarım mənim" adlı filmdə Şamil, "İsmayıl bəyin mücrüsü"ndə Ata, "Qorxma, mən səninləyəm"də Məmməd, "Atları yəhərləyin"də Qurd Kərim, "Alman klinikasına şəxsi səfər"də Qafarov, "Yük"də aktyor, "Sonuncu döyüş"də Polis mayoru və sairə… 2002-ci ildə K.Abdullayev Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Kazım Ayvaz
Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə, Rizə ili – 19 yanvar 2020, İsveç) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu. == Bioqrafiyası == Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub. 1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu. 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü.
Kazım Böyükkişiyev
Kazım Çərkəz oğlu Böyükkişiyev (22 sentyabr 1957, Səfikürd, Qasım İsmayılov rayonu – 25 yanvar 1994, Ağdərə rayonu) — şəhid. == Həyatı == Kazım Böyükkişiyev 22 sentyabr 1957-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Kazım Böyükkişiyev Birinci Qarabağ müharibəsində iştirak etmişdir. B.Kazım 25 yanvar 1994-cü ildə Ağdərə rayonunda şəhid olmuşdur.
Kazım Can
Kazım Şahin oğlu Cəbrayılov (2 fevral 1985, Cəlilabad) — Kazım Can adı ilə tanınan azərbaycanlı müğənni, bəstəkar, mahnı müəllifi və aranjimançı. Muğam 1998 festivalının laureatı. == Bioqrafiya == Kazım Cəbrayılov 2 fevral 1993-cü il tarixində Cəlilabadda anadan olub. 1993-cü ildən 2002-ci ilə qədər Bülbül adına Orta Ixtisas Musiqİ Məktəbİndə Əlibaba Məmmədovun sinifində təhsil alıb. 1999-cu ildə - "Gənclik 99" musiqi müsabiqəsinin qalibi olub. 2003 cü ildən 2005-ci ilə qədər «Mərc Şou» layihəsində «Aypara» qrupu ilə birgə çıxış etmişdir. 2005-ci ildə Rusiyanın Ren tv kanalının «Студенты» serialının soundtrekini Aypara qrupu ilə birgə ifa edib. 2016-cı ildən solo fəaliyyətə başlayır və Mərkəz Production-da "O da belə getdi", "Qlukoza", "Əqrəblər" adlı mahnılar yazdırır. 2017-ci ildə Aftermad musiqi leyblı ilə əməkdaşlığa başlayıb. “Dağıdaram” , “Mənimlə” kimi hitləri ifa edir.
Kazım Daşı
Kazım Daşı adası — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi.
Kazım Dirik
Mehmet Kazım Dirik (dekabr 1881, Bitola – 3 iyul 1941, Ədirnə, Ədirnə ili) — türk əsgəri və siyasətçisi. == Həyatı == Atası Salonikidən olan Mülazım Həsən Tahsin bəydir. Kiçik yaşlarında valideynlərini itirdi. 1897-ci ildə Manastır Hərbi Liseyinə daxil oldu. 1899-cu ildə Hərbi Akademiyanı bitirib Piyada leytenantı oldu. 1900-cü ildə Debre Valiliyi və Redif Kontinental Komandanlığında hərbi katib vəzifəsində çalışmağa başladı. 1904-cü ildə Şkodra Qubernatoru və Komandiri Filibəli Saleh Paşanın köməkçisi və Mühimmə katibi vəzifəsinə təyin edildi. 1906-cı ildə Osmanlı İmperatorluğunun qərb sərhədindəki son bölgə olan Şkodra vilayətinin Tuz bölgəsinə rayon valisi vəzifəsinə təyin edildi. 1912-ci ildə Hərbi Məktəbdən məzun oldu və heyət kapitanı oldu. Birinci Dünya Müharibəsində Çanaqqala və Suriya cəbhələrində vuruşdu.
Kazım Hüseynov
Hüseynov Kazım Yusif oğlu (15 may 1914, Bakı – 3 oktyabr 1993, Bakı) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (1944). == Həyatı == Kazım Hüseynov 1914-cü il may ayının 15-də Bakıda anadan olub. Tetar fəaliyyətinə Azərbaycan Akademik Milli Dram Teatrında kiçik rollarla başlayıb. 1936-cı ildən həyatını Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlayıb. Kazım Hüseynov Naxçıvan teatrının səhnəsində Şeyx Mərvan, Keykavus ("Şeyx Sənan", "Səyavuş" H. Cavid ), Şahbaz bəy ("Eşq və intiqam", S.S. Axundov), Pristav ("Qatır Məmməd" Z. Xəlil), Möhnət ("Məhsəti" K.Ağayeva), Dəmirçi ("Toy" S. Rəhman), Səlim bəy ("Qaçaq Nəbi", S. Rüstəm), Cavad ("Nadir şah", N. Nərimanov), Hacı Baxşəli ağa ("Ölülər", C.Məmmədquluzadə) və başqa uğurlu rollar yaradıb. K. Hüseynovun Səməd Vurğunun "Vaqif" dramında yaratdığı Qacar obrazı onu Azərbaycan teatr tarixində bu rolun bənzərsiz ifaçısı kimi tanıdıb. Onun Naxçıvan teatrının səhnəsində oynadığı rollar dolğunluğu, kamilliyi ilə yaddaşlarda yaşamaqdadır. 1944-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layıq görülüb. Bütün həyatını Naxçıvan teatrının inkişafına həsr edən Kazım Hüseynov 1993-cü il oktyabrın 3-də Bakı şəhərində vəfat edib.
Kazım Həsənov
Həsənov Kazım (1 avqust 1934, Tovuz rayonu – 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Kazım Həsənov 1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub. 1942–1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953–1958-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959–1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1961–1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967–1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti 1988–2015-ci illərdə isə həmin kafedranın professoru olub. Tədqiqat sahəsinə Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələləri aid idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Kazım Həsənquliyev
Kazım Feyruz oğlu Həsənquliyev — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Kazım Həsənquliyev 1968-ci ildə aprel ayının 12-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Aktyor tələbəlik illərində "Mənim ağ şəhərim" (Rövşən) filminə çəkilib. Ə.Hacızadənin "İtkin gəlin" (Yusif), O.Kamalın "Yad qızı" (Haldun) və İ.Əfəndiyevin "Qaçaq Süleyman" (Qaçaq Rəşid) silsilə televiziya tamaşalarında oynayıb. 1994-cü ildən Akademik Milli Dram Teatrının kollektivinə qəbul edilib. Teatrda işlədiyi illər ərzində o, həm klassik, həm də çağdaş milli və əcnəbi dramaturqların pyeslərinin tamaşalarında dram obrazlarını canlandırıb. Kazım Həsənquliyev 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Kazım Kazımlı
Kazım Kazımlı (5 sentyabr 1993 - Lənkəran, Azərbaycan) − Azərbaycanlı gənc futbolçu, Xəzər-Lənkəran klubunun yetriməsi, Azərbaycan U-17 və Azərbaycan U-19 milli komandalarımızın üzvü. == Karyerası == Kazım Kazımlı 5 sentyabr 1993 tarixində Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan futbol ilə məşğul olub. Xəzər-Lənkəran klubunun aşağı yaş qruplarında məşq edib, daha sonradan yaxşı oyunu ilə seçilərək 2009-cu ildə Azərbaycanın U-17 millisinə çağırılıb və Xəzər klubunun əvəzedici heyətində oynamağa başlayıb. 2009-cu ilin avqust ayında U-17 millimizin tərkibində Kazım FA of Moldova Cup turnirində iştirak edir və finala qədər çatır. Turnirdən sonra isə "ən yaxşı hücumçu" nominasiyasında mükafatlandırılır. Bundan sonra Kazım Kazımlı Xəzər-Lənkəran klubu ilə peşəkar müqavilə imzalayır. Kazım Xəzər-Lənkəranın heyətində cəmi 16 yaş 66 günlükdə Azərbaycan kuboku 2009/2010 uğrunda yarışın 1/8 final mərhələsində Muğan Salyan klubu ilə səfərdə keçirilən cavab görüşünün 88-ci dəqiqəsində meydana çıxır. Kazım rəsmi matçda Xəzər Lənkəranın heyətində meydana çıxan 96-cı oyunçu kimi də tarixə düşüb. O, "ağ-yaşıl" formanı geyinmiş 45-ci yerli futbolçudur.
Kazım Kazımzadə
Kazım Məmmədəli oğlu Kazımzadə (10 avqust 1913, Bakı – 4 oktyabr 1992, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964) və əməkdar incəsənət xadimi (1943). Stalin mükafatı (1950) və Azərbaycan SSR Dövlət mükafatı (1986) laureatı. == Həyatı == 1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir. 1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur.
Kazım Koyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. == Həyatı == Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Kazım Meçiyev
Kazım Meçiyev (1859-1945)—Güney Qafqazda yaşayan balkarların şair-filosofu, ilahiyyatçı. == Həyatı == Kazım Bekkin oğlu Meçiyev 1859-cu ildə o dövrki Tersk vilayətinin Holam-Bızıngi bölgəsində yerləşən Şiki kəndində dəmirçi ailəsində doğulub. İndi həmin bölgə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına daxildir. Lakin şairin doğulduğu kənd artıq burda yoxdur. Çünki 1944-cü il martın 8-də Sovet hökuməti balkarları ata-baba yurdları Qafqazdan elliklə Türküstana sürgün etdiyindən bir çox kəndlər kimi Şiki kəndi də xaraba qalıb. Əslində bu Rusiyanın Türk xalqlarını tarixi ata-baba yurdları olan Güney bölgələrindən, yəni dindaşları və soydaşları yaşayan Osmanlı dövlətinin sərhədlərindən qovma siyasətinin son mərhələsi olub. Şiki kəndində yaşayan dəmirçi Bekkinin Kazım adını qoyduğu oğlu doğulan il Qafqaz xalqları üçün kədər və qüssə ili olub. Rusiya İmperiyasının işğalçılıq siyasətinə qarşı 30 il müqavimət göstərmiş xalq üsyana ara verib. Üsyana rəhbərlik edən, tarixə adını qızıl hərflərlə yazdıran, təslim olsa da, yaddaşlarda qalib kimi qalmış Şeyx Şamil din adamlarının qərarı ilə mübarizəni dayandırdığını elan etsə də, Rusiyanı bir sıra islahatlar aparmağa məcbur edib. Rusiya təhkimçilik hüququnu ləğv etməli olub.
Kazım Məmmədov
Kazım Məmmədov (aktyor)
Kazım Məmmədsalahov
Kazım Sahib oğlu Məmmədsalahov (7 may 1989; Qoxmuq, Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kazım Məmmədsalahov 7 may 1989 Şəki rayonunun Qoxmuq kəndində anadan olmuşdur. Ailəli idi. == Hərbi xidməti == Kazım Məmmədsalahov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında uzun müddət idi ki, müddətdən artıq hərbi xidmət edirdi.Azərbaycan Ordusunun əsgəri olan Kazım Məmmədsalahov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü-mexanik olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kazım Məmmədsalahov 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kazım Məmmədsalahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Xatirəsi == 2021-ci ildə doğulduğu Şəki rayonunun Qoxmuq kəndində Kazım Məmmədsalahovun xatirəsinə bulağın açılışı olmuşdur.
Kazım Nosiru
Kazım Nosiru (25 noyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kazım Nosiru Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Kazım Nosiru Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Kazım Nosiru Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Kazım Orbay
Mehmet Kazım Orbay (11 mart 1886, İzmir, Aydın vilayəti – 3 iyun 1964, Ankara) türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir. == Hərbi həyatı == 1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir.
Kazım Ordubadi
Kazım Ordubadi (1919, Şiraz – 2002) — rəssam. == Həyatı == 1919-cu ildə Şirazda dünyaya gəlmişdir.Atası Məhəmmədhəsən Kompani və anası Rafiyə Ordubadi idi.Onun babalarının hər ikisi, Hacı Məhəmməd Tacir və Hacı Abbas Ordubadi,Naxçıvandan Şiraza köçmüşlər. == Xarici keçidlər == "Kazım Ordubadi". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
Kazım Qarabəkir
Musa Kazım Qarabəkir (türk. Musa Kâzım Karabekir; 1882 və ya 23 iyul 1882 – 26 yanvar 1948, Ankara) — Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanı" ləqəbiylə tanınır. Türkiyə İstiqlaliyyət müharibəsini başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə İstiqlal medalı ilə təltif olunmuşdur. == Ailəsi == Kazım 1882-ci ildə Mehməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir. Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar boyuna gedib çıxır. İlk dəfə, 1924-cü ildə, 42 yaşında ikən, Aydınlı Camal bəyin qızı İclal xanım (1900–1954) ilə evləndi. Bu evlilikdən 1927-ci ildə Həyat (1927-) və Əməl (1927–1984) adında əkiz və Timsal (26 yanvar 1941) adlarında 3 qız övladı olmuşdur. == İlk illəri və təhsili == Jandarm Alaybəyi Mehmed Emin bəyin oğlu olaraq, 23 avqust, 1882-ci il tarixində, İstanbulda anadan olmuşdur. 1902-ci ildə Hərbiyyə Məktəbindən, 1905-ci ldə Məktəb-i Erkan-i Hərbiyyədən məzun olub. == Hərbi karyerası == === I Dünya Müharibəsi illəri === Avropanın ümumi bir savaşa sürükləndiyi bu dövrdə Parisdə çalışmaqda idi.
Kazım Qartal
Kazım Qartal (28 aprel 1936, Altunhisar, Niğdə ili – 13 avqust 2003, İstanbul) — görkəmli türk aktyor, teatr rejissoru, film rejissoru, ssenari müəllifi, prodüser, 1968-ci ildə keçirilən "İlin ən yaxşı kişi aktyoru" müsabiqəsinin qalibi, Qartal, yaşadığı müddətdə 452 filmdə rol almışdır. Yeşilçam kinostudiyasının ən yaxşı aktyorlarından biridir. == Həyatı == 1964-cü ildə sənət həyatına başlayan Kazım Qartal, türk kinosunun çox tanınan qəhrəmanıdır. Çox vaxt köməkçi rol oynayıb. Filmlərində "pis adam" kimi çıxış edib. Çəkildiyi 452 filminin təxminən 300 filmini baş rolda oynamışdır. 2 filmin ssenarisini yazmış və 2 filmin rejissorluğu ilə məşğul olmuşdur. Pornoqrafik və erotik filmlər dövründə müxtəlif bu tipli filmlərdə də rol alan aktyor, bu prosesin səbəbini aşağıdakı sözlərlə izah etmişdi. Tez-tez aktyorluq edən sənətçi, Ərzurumdakı xəstəliyindən qısa bir müddət sonra ürək infaktı səbəbiylə İstanbulda həyatını itirdi. Məşhur aktyor 15 avqust 2003-cü ildə dəfn edildi.
Fazil Məmmədov (nazir)
Fazil Məmmədov (28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), I dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Maliyyə və kredit" ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur.Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur.2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir. 5 noyabr 2022-ci ildə Yasamal qəbiristanlığında dəfn olunmuşdur.Ailəlidir, 3 övladı var. == Fəaliyyəti == 1987–1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışmışdır.