Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti (آذربایجان شاعر و ادیبلر جمعیتی) — İranda ədəbi təşkilat. == Tarixi == Azərbaycan Şair və Ədiblər Cəmiyyəti 1946-cı ilin əvvəllində Təbrizdə "Şairlər məclisi" əsasında təsis edilmiş, həmin ilin dekabrınadək fəaliyyət göstərmişdir. Cəmiyyətə İran Azərbaycanı milli azadlıq hərəkatında, yəni Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edən, yaxud ona rəğbət bəsləyən şair və yazıçılar qəbul olunurdu. Əli Fitrət, Balaş Azəroğlu, M. Etimad, İbrahim Zakir, Əli Tudə, Mədinə Gülgün, Mir Mehdi Çavuşi və başqaları onun fəal üzvləri idilər. Şeir, nəsr, dramaturgiya, tənqid, gənc qələmlər bölmələri var idi. İran Azərbaycanının Zəncan, Ərdəbil, Urmiyə və sair şəhərlərində şöbələri təşkil edilmişdir. Cəmiyyət "Günəş" adlı jurnal buraxırdı.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. == Yaradılması == 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. == Fəaliyyəti == İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Mehrimah Sultan Külliyəsi (Ədirnəqapı)
Mehrimah Sultan Külliyəsi — İstanbulun Ədirnəqapı səmtində XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın yeganə qızı olan Mehrimah Sultan tərəfindən inşa etdirilən külliyə məscid, 2 hamam, mədrəsə, məktəb, çeşmə, türbə və çoxlu sayda dükandan ibarətdir. Memar Sinan tərəfindən inşa olunan külliyənin tikintisi 1566-cı ildə başa çatmışdır.Mehrimah Sultan Külliyəsi bir çox xüsusiyyətlərinə görə daha sadə görünümə sahibdir. 37 m hündürlükdə günbəz üç tağ üzərində, hər tərəfində iki sütun, sağ və solda üç qübbə yerləşir. Mehrab və minbər daş işlərindən düzəldilib. 20 metr diametri və 37 metr hündürlüyündə günbəz ilə örtülmüş dini quruluşun ən maraqlı hissələri günəş işığından maksimum dərəcədə yararlanmaq üçün yerləşdirilmiş vitraj şüşələri olan mərmər minbərdır. Böyük həyət qapısından dik pilləkənlərlə məscidə çatanda, sağdakı mədrəsələr və 7 qübbəli 8 mərmər qranit sütunlu son iclas yeri var. Bulaq bağda, minarə isə sağdadır. Hamam küçənin yanındadır. 1999-cu il zəlzələsi zamanı ziyan görmüş məscidin bərpası başa çatdırılmışdır.
Mihrimah Sultan Külliyəsi (Ədirnəqapı)
Mehrimah Sultan Külliyəsi — İstanbulun Ədirnəqapı səmtində XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın yeganə qızı olan Mehrimah Sultan tərəfindən inşa etdirilən külliyə məscid, 2 hamam, mədrəsə, məktəb, çeşmə, türbə və çoxlu sayda dükandan ibarətdir. Memar Sinan tərəfindən inşa olunan külliyənin tikintisi 1566-cı ildə başa çatmışdır.Mehrimah Sultan Külliyəsi bir çox xüsusiyyətlərinə görə daha sadə görünümə sahibdir. 37 m hündürlükdə günbəz üç tağ üzərində, hər tərəfində iki sütun, sağ və solda üç qübbə yerləşir. Mehrab və minbər daş işlərindən düzəldilib. 20 metr diametri və 37 metr hündürlüyündə günbəz ilə örtülmüş dini quruluşun ən maraqlı hissələri günəş işığından maksimum dərəcədə yararlanmaq üçün yerləşdirilmiş vitraj şüşələri olan mərmər minbərdır. Böyük həyət qapısından dik pilləkənlərlə məscidə çatanda, sağdakı mədrəsələr və 7 qübbəli 8 mərmər qranit sütunlu son iclas yeri var. Bulaq bağda, minarə isə sağdadır. Hamam küçənin yanındadır. 1999-cu il zəlzələsi zamanı ziyan görmüş məscidin bərpası başa çatdırılmışdır.
Mirzə Məhəmməd bəy Ədilbəyov
Ədilbəyov Mirzə Məhəmməd bəy Molla Allahverdi bəy oğlu (1808-?)-pedaqoq, ruhani == Həyatı == Məhəmməd bəy Molla Allahverdi bəy oğlu 1808-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Ibtidai təhsilini atasından almışdı. Sоnra mədrəsədə охumuşdu. Savadlı оlduğundan dоlayı mirzə ünvanı daşayırdı. Mirzə Məhəmməd bəy Şuşa qəza məktəbində şəriətdən, türk və fars dillərindən dərs dеmişdi. Qubеrniya katibi, kоllеc assеsоru mülki çinlərini almışdı. Mirzə Məhəmməd bəy 1875-ci ildə Cümə (Ibrahimхəlilхan) məscidinin aхundu vəzifəsini icra еtmişdi. == Ailəsi == Mirzə Məhəmməd bəyin Mеhdiqulu bəy, Allahvеrdi bəy, Əli bəy, Mustafa bəy adlı оğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Nurəddin Ədiloğlu
Muğanlı Nurəddin Ədil oğlu (Nurəddin Ədiloğlu) (1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) == Həyatı == Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. 1999-2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995-2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.
Sokollu Mehmed Paşa külliyəsi (Ədirnə)
Sokollu Mehmed Paşa Külliyəsi — Ədirnədə XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, xanəgah, karvansara, imarət, qoşa hamam, körpü, məktəb və çeşmədən ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyə Sokollu Mehmed Paşanın gənc yaşda vəfat etdiyi oğlu Qurd Qasım Paşanın şərəfinə 1576-1577 tarixlərində inşa edilmişdir. == Mənbə == Abdurrahman Hibrî Efendi, Menâsik-i Mesâlik (haz. Sevim İlgürel, TED, sy. 6 [1975] içinde), s. 114; Evliya Çelebi, Seyahatnâme, III, 479; Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 512; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 200, 202, 232; Jale Nejdet Erzen, Mimar Sinan Dönemi Cami Cepheleri, Ankara 1981, s. 18, 64, 102-103; Mustafa Cezar, Tipik Yapılariyle Osmanlı Şehirciliğinde Çarşı ve Klasik Dönem İmar Sistemi, İstanbul 1985, s.
Səid Ədilov
Səid Həsən oğlu Ədilov (5 noyabr 1994; Bərdə rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Ədilov 5 noyabr 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Səid Ədilov 21 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səid Ədilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Ədilov 2 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Ədilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalidə Ədib Adıvar
Xalidə Ədib Adıvar (osm. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Çeşmə Ədinə (Bicar)
Çeşmə Ədinə (fars. چشمه آدينه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (84 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Şirvani Ədilli
Şirvani Ədilli — Azərbaycanlı şair, tədqiqatçı. == Həyatı == 17 sentyabr 1978-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. == Yaradıcılığı == Orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirlərini heca və əruz vəznlərində, həmçinin sərbəst formada yazır. İlk dəfə "Tək səbir" qəzetinin 01.11.1998. tarixlı sayında iki satirik şeiri çap olunub. Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən "Təhsil" cəmiyyətinin "Söz-sözə" ədəbi birliyinin üzvü olub. Həmin birliyin nəşr etdirdiyi "Söz çələngi-1" (Bakı, "Təhsil"-1999) və "Söz çələngi – 2" (Bakı, "Təhsil"-2001) ədəbi almanaxlarında şeirləri çap olunub. Həmçinin "Vahid" poeziya evinin şeir məclislərinin iştirakçısı olub.
Ədib İshaq
Ədib İshaq (ərəb. أديب إسحاق‎; 21 yanvar 1856, Dəməşq – 12 iyun 1885) — Suriyadan jurnalist.
Ədib Şişəkli
Ədib əş-Şişəkli (ərəb. أديب الشيشكلي‎; 1909, Həma, Osmanlı Suriyası – 27 sentyabr 1964, Seris[d], Qoyas[d], Braziliya) — suriyalı dövlət və siyasi xadim, 1953-1954-cü illərdə Suriya prezidenti.
Ədibülməmalik Fərahani
Mirzə Sadıq xan Hacı Mirzə Hüseyn oğlu Ədibülməmalik Fərahani (1861-1917)—İran şairi, Məşrutə hərəkatının üzvü. == Həyatı == Mirzə Sadıq xan Ədibülməmalik Fərahani öz ədəbi fəaliyyətinə 1898-ci ildə Təbrizdə "Ədəb" dərgisində başladı. O, şeir və məqalələrini bu dərgidə dərc etdirirdi. 1903-cü ildə Tehranda "İrani-Sultani" qəzetinin redaktoru oldu. 1905-ci ildə Bakıda mütərəqqi ideyaları ilə tanınan "İrşad" qəzetində çalışmağa başladı. 1905-1906-cı illərdə artıq məşhur şair idi. Mirzə Sadıq xan Ədibülməmalik Fərahani 1906-cı ildə İranda çıxan "Məclis" qəzetinə başçılıq edirdi. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Ədil Arifoğlu
Ədil Arifoğlu – jurnalist, tədqiqatçı jurnalist, AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı.Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib. Müharibə zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.
Ədirnə ili
Ədirnə ili — Türkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanla sərhəddə yerləşir. Şərqdə Kırklareli, Təkirdağ, cənubda Çanaqqala və Egey dənizi, qərbdə Evros (Yunanıstan), şimalda isə Haskovo (Bolqarıstan) ilə əhatələnmişdir. == Etimologiyası == Ədirnənin ən qədim xalqı Traklardır. Onlar Meriç və Tunca çaylarının birləşdiyi bölgədə bir kənd saldılar. Kəndin adı Odris (Odrisia) idi. Makedoniyalı İsgəndərin dövründə kəndinin adı dəyişdirilərək Odrestia (Odrestas) olaraq dəyişdirilmişdir. II əsrdə Roma imperatoru Adrianın (117-138) Orestia qəsəbəsinin stratejik əhəmiyyətinə görə şəhər statusu verildi və təmir işləri aparıldı. Adrianın şərəfinə şəhərin adı dəyişdirilərək Adrianopolis adlandırıldı. Daha sonralar şəhərin adı Adrianopol olaraq formalaşmağa başladı.
Ədirnə müharibəsi (1913)
Ədirnə mühasirəsi — (Bolgarca: Битка при Одрин, Serbcə: Bitka za Jedrene, İngilizce: Siege of Adrianople) Birinci Balkan Müharibəsi zamanı 1912-ci il oktyabrın ortalarından 26 mart 1913-cü ilə qədər Bolqarıstanın 2-ci Ordusu tərəfindən həyata keçirilmişdir. Şəhərin içində müdafiəni təşkil edən 52 min 597 əsgərdən başqa, 106 min nəfər mülki əhali idi (yarısı türk, qalanları yunan, erməni, bolqar, yəhudi və Qərbi avropalılar). 24 sentyabr 1912-ci il tarixində Osmanlı Sofiya səfirliyinin İstanbula göndərdiyi xəbərdarlıq teleqramı yaxınlaşan təhlükəni bildirirdi: "Bolqarların ilk məqsədi Osmanlının gücsüz Kırklareli qoşunudur. Ədirnə isə dominant hücum hazırlanır. Ədirnəyə kömək edilməli, vətəni xidmət müddəti dolan əsgərlər tərxis olunmamalıdır". Ədirnə müdafiə mövqeyi komandanlığına gətirilən Mehmed Şükrü Paşa, Ədirnənin mühasirəsi başlamazdan bir həftə əvvəl şəhərə getdi. Ədirnə müdafiəsi vəzifəsi verilən Şükrü Paşaya şəhərin mühasirə edilməsi halında 50 gün müdafiə edilməsi əmri verilmişdi. Bu müddətdə ya Bolqar ordularının gerilətməlidirlər, ya da İstanbuldan dəstək göndəriləcəyi nəzərdə tutulmuşdu. Ancaq Mehmed Şükrü Paşa İstanbuldan dəstək almamasına baxmayaraq, Bolqar və Serbiya ordularının hücumlarına 5 ay 5 gün müddətdə müqavimət göstərərək tarixə keçən bir müdafiə təşkil etdi. Yenə də mühasirə etməyin uğurla nəticələnməsi böyük bir hərbi uğur kimi qəbul edilir, çünki şəhərin müdafiəsi alman mühasirə etmə mütəxəssisləri tərəfindən inkişaf etdirilmiş və məğlubedilməz qəbul edilmişdi.
Ədirnə müqaviləsi
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. == Arxa plan == Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. == Müqavilə == 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Ədirnə müqaviləsi (1829)
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. == Arxa plan == Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. == Müqavilə == 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Ədirnə sülh müqaviləsi (1829)
Ədirnə sülh müqaviləsi və ya Adrianapol sülh müqaviləsi — 14 sentyabr tarixində Osmanlı imperiyası və Rusiya imperiyası arasında Ədirnə şəhərində imzalanmış müqavilədir. Rusiya-Osmanlı müharibəsini (1828–1829) sona çatdırmışdır. Bu müqavilə ilə Yunanıstan müstəqilliyini qazanmışdır. == Arxa plan == Rusiya Osmanlı sultanı II Mahmudun Navarin dəniz döyüşündə Osmanlı donanmasının yandırılması ilə nəticələnən hadisələrə görə müharibə təzminatı istəməsindən sonra ona müharibə elan etdi. II Mahmud bu arada Yeniçəri Ocağını ləğv etmiş, yerinə Asakir-i Mansure-i Muhammediye adlı yeni hərbi təşkilat qurmuşdu. Təşkilatlanmasını hələ tamamlaya bilməmiş olan bu ordu rus qüvvələri qarşısında güc göstərə bilmədi. Valaxiya və Moldaviyanı işğal edən ruslar Dunaya qədər endilər. Balkanları aşan Rusiya qərbdə Ədirnə, şərqdə isə Ərzuruma qədər irəlilədi. == Müqavilə == 10 (22) avqust 1829-cu ildə Osmanlı sultanı II Mahmud Rusiya tərəfinin şərtləri əsasında təcili danışıqlara başlamaq haqqında qərar qəbul etdi. Rusiya tərəfi ilkin sülh şərtlərinə əlavə olaraq Qarsın, Axaltsixin və Axalkalakinin də Rusiyaya güzəştə gedilməsini tələb etdi.
Ədirnə vilayəti
Ədirnə vilayəti — Osmanlı İmperiyası tərkibində, 1867–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ədirnə şəhəri idi.
Ədirnənin fəthi
Ədirnənin fəthi — Bizans imperiyasının əlindəki Ədirnə (o zamankı adıyla Hadrianopolis) Osmanlı imperiyasının nəzarətinə keçməsi ilə nəticələnən proses. Müharibənin baş verdiyi il və fəth həyata keçirən adlar, mənbələrə görə 1361-1371-ci illər arasında fərqli göstərilir. Alınmasından bir müddət sonra Osmanlı imperiyasına paytaxt olan şəhər, 1453-cü ildə İstanbulun (o dövrdəki adı Kostantinopolis) ələ keçirilməsindən sonra paytaxt olmasına qədər bu statusunu davam etdirib. == Məqsəd == Osmanlı dövlətinin Balkanlardakı fəthlərini həyata keçirən qoşunlara, Osmanlı sultanı Orxan Qazinin ən böyük oğlu Süleyman Paşa komandanlıq edirdi. Etdiyi fəthlərdən sonra bölgədə Paşa bəylərbəyliyi qurulmuşdu. Bəylərbəylik qərbdə Keşan ilə İpsala arasında Yayla dağından və Malkara ilə Hayrabolunu ayıran dağlıq ərazidən keçir, Mərmərə dənizi sahillərində Tekfurdağı qəsəbəsi cənubunda Durbinlər təpəsi və Xoraya qədər olan bir ərazini əhatə edirdi. 1357-ci ilin yazında, 11 yaşlı oğlu Xəlilin Foçalı (İzmirin şimalında yer alan bir sahil ilçəsidir) quldurlara əsir düşməsinin ardından Orxan Qazi, oğlunu xilas etmək üçün Bizans imperatoru V Yoannis Paleologosla danışıqlara başladı. İki tərəf arasında aparılan danışıqlar əsasında Osmanlılar Bizans torpaqlarına hücum etməyəcək, Foça göndəriləcək gəmilərin xərclərini üzərinə götürəcək, Bizans imperatorunun keçmiş borclarını bağışlayacaq və Bizans imperatoruna qarşı duran Mateos Kantakuzinosa yardımdan imtina edərək imperatoru dəstəkləyəcəkdir. Müqavilədən əvvəl Mateos Kantakuzinos ilə əməkdaşlıq edən Osmanlılar, bu sayədə Rumelidə yerləşmə imkanı tapmışdı. Digər tərəfdən, Süleyman paşa, Xəlilin əsir düşməsindən bir müddət sonra ölmüş, ən böyük qardaşı Murad, lələ Şahin ilə birlikdə Rumelinin ucqar bölgəsinə göndərilmişdi.
Ədirnənin qurtuluşu
Ədirnə qurtuluşu — iki fərqli tarixi hadisəni ifadə edir. Bunlardan birincisi Osmanlı qüvvələrinin I Balkan müharibəsində Serbiya və Bolqar qüvvələrinə qarşı itirilmiş Ədirnə müharibəsi ilə Osmanlı idarəçiliyindən çıxan və London Konfransı ilə Bolqarıstan Krallığına verilən şəhərin, II Balkan müharibəsi zamanı Ənvər Paşa komandanlığı altındakı Osmanlı ordusu tərəfindən 21 İyul 1913-cü ildə geri alınması hadisəsidir. İkincisi isə I Dünya müharibəsi zamanı Mondros sülhündən sonra Yunan qüvvələri 25 iyul 1920-ci ildə işğal edilən Ədirnə, Mudanya atəşkəsinə əsasən 25 Noyabr 1922-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin qüvvələri tərəfindən geri alınmasıdır. Günümüzdə 25 noyabr tarixi "Ədirnə qurtuluşu" kimi qeyd edilir. == Müharibə əvvəl == Birinci Balkan müharibəsindən sonra Bolqarıstanın müttəfiqləri ilə olan anlaşmamazlığı nəticəsində Osmanlı İmperiyası qərargahları tərəfindən Ədirnə və Qərbi Frakiyanın azad edilməsi fikri Padşah V Mehmedə təqdim olundu. Padşah həm Türk imicini düzəltmək, həm də İttihad və Tərəqqi Partiyasının təzyiqindən xilas olmaq üçün planı uyğun bildi və gözlənilmədən hücum edilməsinə qərar verildi. == Müharibə == Osmanlı qüvvələri şəhərdə güclü bir müqavimətlə qarşılaşmadan asanlıqla Meriç çayına çatdılar. Amma böyük güclərin təzyiqi nəticəsində dayandılar. == Nəticə == Osmanlı dövləti Balkanlarda son qələbəsini qazanıb və I Dünya Müharibəsinə qədər Frakiya sərhədlərində böyük bir torpaq itirmədi. Osmanlı qüvvələrinin 21 İyul günü şəhəri ələ keçirməsinə qarşı Ədirnə yenidən Osmanlı torpaqlarına daxil olması ancaq 29 iyul 1913-cü il Bolqarıstan Krallığı ilə imzalanan İstanbul müqaviləsi ilə rəsmiləşdi.
Ədirnəqapı
Ədirnəqapı — İstanbulun Fateh bölgəsinə aid ən məşhur səmtlərindən biridir. Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanın istəyilə Memar Sinan tərəfindən inşa olunan Mihrimah Sultan Külliyəsi burada yerləşir.
Ədirnəqapı şəhidliyi
Ədirnəqapı şəhidliyi (türk. Edirnekapı Şehitliği) — Türkiyənin İstanbul şəhərində qəbiristanlıq. Bu, şəhərdəki ən böyük məzarlıqlarından biridir və şəhərin Avropa hissəsində, Əyyubsultan rayonunun Ədirnəqapı məhəlləsində yerləşir. Qədim, tarixi və müasir hissədən ibarətdir. Balkan müharibələri, Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə həlak olan Osmanlı əsgərlərinin məzarları, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, Türk Hava Yolları personalının məzarları qəbiristanlığın bir hissəsidir.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
ƏDV
Əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir.Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır. ƏDV-nin mahiyyəti və dolayı vergilər sistemində ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Odi
Odi (ing. Odie) — Cim Devisin yaratdığı "Qarfild" karikaturalarında görünən uydurma it. O, "Qarfild və dostları" cizgi serialında, həmçinin "Qarfildin şousu" animasiya teleserialında görünüb. == Haqqında == Odi sarı tüklü, qəhvəyi qulaqlı və qara quyruğu olan bir itdir. Əvvəlcə onun qulaqları tamamilə qara idi, lakin 1979-cu ildə Peanuts komiksindəki Snupi ilə çaşqınlığın qarşısını almaq üçün bu dəyişdirildi. Odi 2004-cü ildə çəkilmiş film adaptasiyasında dachshund və terrier cinslərinin qarışığı kimi göstərilib.Odinin iri dili və sulu ağızı var. 1997-ci ilin oktyabrında onun personajında dəyişiklik edildi və o, Qarfild kimi dörd ayaq əvəzində iki ayaq üstə yeriməyə başladı. Odi rəqs etmə bacarığı ilə bilinir. Əvvəlki karikaturalarda Qarfild Odini zəhlətökən bir it kimi görür, lakin zaman keçdikcə ona qarşı daha yaxşı rəftar edir.
Əli Əsğər Əli oğlu
Əli Əsğər Hüseyn oğlu Əlinin (ərəb. علی الاصغر بن علی بن الحسین زین العابدین‎) ən kiçik oğlu. anasının adı Ümmü Vələd olan seyid Əli Əsğər tarix kitablarının dediyinə görə şərəfli, kərmətlərə sahib, yüksək əxlaqlı və alim bir insanidi.İmam Səccad onu öz qardaşı olan Əli adı ilə adlandırıbdır. Əli Əsğərin ləqəbi Əbülhəsəndir (Həsən atası) ki, onun nəsli oğlu Həsən Əftəs yolu ilə davam tapıb. == Övladları == Həsən Əftəsin oğlanları Ömər, Əli Əlhuri, Hüseyn, Həsən Məkfuf və Obeydullahdırlar ki Bərməkilər əliylə şəhid olmuşlar. === Törəməsi === Ələvi Misri duası Seyid Həsən Baba Seyid Əli Mir Qılınc Seyid Hüseyn Kuhkəməri Seyid Məhəmməd Höccət Kuhkəməri Mirzə Möhbəli xan Yekani Mirzə Cahangir xan Ziyai Nəzərəli xan Mərəndi Əlirza xan Yekani == Vəfatı == Əli Əsğər 30 yaşında oğlu Həsən anası qarnında olarkən Ərəbistanın Yənbə şəhərində vəfat etmişdir.
Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. == Həyatı == Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi
Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi (?-?) — Abbasi sərkərdəsi. == Həyatı == Xürrəmilərin qələbəsi Xəlifə Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi. Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.
Adi fındıq
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Adi gavalı
Adi gavalı (lat. Prunus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Botaniki təsviri == Gavalını tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pektin (2% qədər), mineral maddələr, C,B vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr vardır. B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur. == Təbabətdə == Orta əsr müəllifləri gavalının müalicəvi xüsusiyyətlərindən misallar gətirirlər. Məhəmməd Mömin yazır ki, gavalı qızdırmada, şiddətli titrəmə və baş ağrısında xeyirlidir. 460 q gavalını 0,7 suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə edirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yemiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xeyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm etmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yemək lazımdır.
Vədi
Vədi (ərəb. وديع‎) — ərəb mənşəli ad.
Fəhd bin Əli əd-Dosəri
Fəhd bin Əli əd-Dosəri — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ilə qədər)
Adi gicitkan
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Adi gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Adi giləzəhər
Adi göydimdik
Adi göydimdik (lat. Oxyura leucocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin göydimdik cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı az olan növdür. == Qısa təsviri == Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var. == Yayılması == Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır.
Adi göyrüş
Adi göyrüş (lat. Fraxinus excelsior) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada aşkar edilmişdir. Təbii halda Orta Avropa, Aralıq dənizi ölkələri, Balkan və Kiçik Asiyada yayılmışdır, o cümlədən Krım və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə, diametri 100 sm-ə çatan, düz gövdəli ağacdır. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Tumurcuqları tutqun qara rənglidir. Zoğları yoğun, yaşılımtıl-boz rəngdə, çılpaqdır. Yarpaqları lələkvari, 7-15 yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları uzunsov neştərvari, ucdan sivri, kənarları isə xırda mişardişlidir.
Adi göyək
Adi göyəm
Göyəm (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü. == Paylanma == Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır. == Meyvəsi == Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin]Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Adi güləyənquşu
Adi güləyənquşu (lat. Bucephala clangula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin güləyənquşu cinsinə aid heyvan növü.
Adi günəbaxan
Adi günəbaxan (lat. Helianthus annuus) — günəbaxan cinsinə aid bitki növü.Hündürlüyü 1–2 metrə qədər olan birillik ot bitkisidir. Növbə ilə yerləşən iri, üçkünc — ürəkvarı yarpaqları vardır. Gövdəsinin yuxarısındakı yarpaqları ellipsvarıdır. İri səbət şəklində qızılı-sarı rəngli çiçəkləri və bərk qabıqlı dənəcik meyvəsi olur. Meyvələrinin toxumu yağlıdır, xoş ətirlidir. Bitki iyul-avqust aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. Adi günəbaxan Azərbaycanın əksər rayonlarında becərilir. Yerarmudu günəbaxan isə ancaq Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitunun ərazisində becərilir. Yeyinti sənayesində, eləcə də təbabətdə günəbaxanın toxumlarından istifadə edilir.
Adi gəlincik
Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Adi gəndəlaş
Qırmızı gəndəlaş (lat. Sambucus racemosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpağı tökülən kol və ya kiçik ağacdır. Latınca növ epitetini (lat. Racemosa) "salxımvari", "budaqlı" (lat. Racemus — "üzüm salxımı") kimi tərcümə etmək olar. Ədəbiyyatda növün bir neçə: salxımvari gəndəlaş, qırmızı gəndəlaş, adi gəndəlaş adına rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 1,5-3,5 m olan, düzgövdəli koldur. Cavan bitkilərin qabığı hamar, qocalarda soyulandır. Gövdələrin üzərində ağımtıl rəngli qabarcıqlar olur.
Adi gənəgərçək
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Edi Rama
Edi Rama (alb. Edi Rama; 4 iyul 1964, Tirana) — albaniyalı siyasətçi, sənətçi, yazıçı, publisist, pedaqoq və keçmiş basketbolçu, Albaniyanın 33-cü Baş naziri.Baş nazir seçilməzdən əvvəl Rama bir sıra vəzifələrdə çalışıb. 1998-ci ildə Mədəniyyət, Gənclər və İdman Naziri təyin edildi və 2000-ci ilə qədər bu vəzifədə çalışdı. İlk dəfə 2000-ci ildə Tirananın bələdiyyə sədri seçilmiş, ardınca 2003 və 2007-ci illərdə də bu vəzifəni yenidən icra etmişdir. Edi Rama 2005-ci ildən bu yana Albaniya Sosialist Partiyasının sədridir. 2013-cü ildə Edi Ramanın rəhbərlik etdiyi mərkəz-sol partiyalar koalisiyası sağçı Albaniya Demokratik Partiyasını məğlub edərək parlament seçkilərində qalib gəldi. == Həyatı == 4 iyul 1964-cü ildə Albaniyanın Tirana şəhərində Edvin Rama olaraq anadan olub, Kristak və Aneta Ramanın iki övladından ilkidir. Atası Dürresdə anadan olan məşhur heykəltaraş, Albaniyanın kommunist diktatoru Ənvər Xocanın bir çox heykəlinin yaradıcısı Kristak Rama (1932–1998) idi. Anası Aneta Rama (1938–2020) kommunist Albaniya dövründə Siyasi Büronun üzvü olan Spiro Kolekin bacısı, Vloranın cənub-qərbindəki Vuno kəndindən tibb məzunu idi. Edi Rama katolik olaraq vəftiz edildi və özünü katolik olaraq tanıdır.
Edi Rexsi Dviçayu
Edi Resxi Dviçao (13 may 1998, İndoneziya) — Azərbaycanı təmsil edən badmintonçu. == Karyerası == Edi Resxi Dviçao Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Edi Resxi Dviçao Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü. Edi Resxi Dviçao olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı. İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Resxi Dviçao Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi. İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Resxi Dviçao Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi. Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı.
Edi Resxi Dviçao
Edi Resxi Dviçao (13 may 1998, İndoneziya) — Azərbaycanı təmsil edən badmintonçu. == Karyerası == Edi Resxi Dviçao Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Edi Resxi Dviçao Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü. Edi Resxi Dviçao olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı. İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Resxi Dviçao Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi. İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Resxi Dviçao Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi. Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı.
.edu
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər;Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
EDR
Ermənistan Demokratik Respublikası (erm. Հայաստանի Դեմոկրատական Հանրապետություն), bəzi mənbələrdə İlk Ermənistan Respublikası və ya Ararat Respublikası — 1918–1920-ci illərdə mövcud olmuş erməni dövləti. Ermənistan Demokratik Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra Daşnaksütun təşkilatının liderləri tərəfindən yaradılmışdır. Ermənistan Demokratik Respublikası fəaliyyət göstərdiyi 2 il ərzində, daim öz ərazilərini qonşu dövlətlərin ərazisini qəsb yolu ilə genişləndirmək siyasəti yürütmüşdür. Bu respublika yarandığı gündən süqut etdiyi günə kimi demək olar ki, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edirdi. Ərazi iddialarının nəticəsi olaraq mövcud olduğu iki il ərzində Ermənistan qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstan ilə hərbi münaqişələr yaşamışdır. 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Ermənistan Demokratik Respublikasının fəaliyyətinə son qoyulmuşdur. == Parlament == == İstinadlar == == Həmçinin bax == Gürcüstan Demokratik Respublikası Azərbaycan Xalq Cümhuriyyəti == Xarici keçidlər == Délégation de la République arménienne à la Conférence de la. Paix (1920) Армянская республика Yaqub Mahmudov. "İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ" ( (az.)).
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. == Məhsulları == Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Eddi
Eddi — ad. Eddi Albert — ABŞ aktyoru. Eddi İsrafilov — Azərbaycan futbolçusu. Eddi Mörfi — ABŞ aktyoru. Eddi O'Hara — Şotlandiya futbolçusu. Eddi Redmeyn — Britaniyalı aktyor.
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. == Mənşəyi == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Edj
Edj (norv. Edgeøya) — Şpitsbergen arxipelaqının cənub-şərqində yerləşən, yaşayışı olmayaq ada. Sahəsi 5074 km² təşkil edir. Bu göstəriçi ilə ada arxipelaqda üçüncüdür. Ada ingilis taçiri Tomas Edjin (1587/1588–1624) şərəfinə adlandırılıb. Böyük ehtimal ki, ada pomorlardan sonra 1613-cü ildə kəşf edildilmişdir. == Coğrafiya və iqlimi == Ada qumlardan və bərk suxurlardan təşkil olunmuşdur. 1880 km² ərazisi buzlaqlarla örtülüdür Onlardan ən iriləri Stune və Yuxan Kralı buzlağıdır. Ərazi əsasən Arktik səhralar və Tundra ilə örtülüdür. Tundra bitkilərindən Şibyə və Mamır geniş yayılmışdır.
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Epi
Əkbər Novruzlu və ya Epi (15 yanvar 1999, Bakı, Azərbaycan) — Azərbaycan reperi, Vətən müharibəsinin iştirakçısı. == Həyatı və karyerası == Əkbər Azər oğlu Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005-2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016-2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.Epi 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014-2015-ci illərdə Şərab olmuşuq və Qırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür. 2017-ci ildə "Olanı de" adlı ilk solo konserti baş tutub.
Onun adı Serafino idi (film, 1974)
== Məzmun == İkinci Dünya müharibəsi illərində İtaliyada faşizmə qarşı mübarizə aparan Beynəlmiləl Müqavimət Hərəkatı briqadasında azərbaycanlılar da iştirak etmiş, igidlik və şücaət göstərmişlər. Bu film vətəndən uzaqlarda hitlerçilərə qarşı vuruşan Tahir İsayev haqqındadır. Döyüş yoldaşları Tahir İsayevi "Serafino" çağırırdılar. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur. Göstərdiyi igidliklərə görə T.İsayev yeddi İtaliya ordeni ilə təltif olunmuşdur. Onların arasında "Yaşıl məşəl", "Antonio Qramşi" ordenləri, "Qaribaldi ulduzu" vardır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Olqa Petrova Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Academia.edu
Academia.edu — alimlər üçün Amerikanın kommersiya sosial şəbəkəsidir. Akademik jurnal məqalələrinin sərbəst və açıq bir anbarı olaraq başladı və ".edu" domen adı ilə təltif edildi. Bununla birlikdə, Akademia.edu indi abunəçilərin bütün girişlərini məhdudlaşdırır və müəllifləri öz oxucuları ilə əlaqə qurmaq üçün ödəniş tələb edir. Sayt 2008-ci ilin sentyabr ayında istifadəyə verildi. == Yaranması == Academia.edu Spark Ventures, HOWZAT Partners, Brent Hoberman və başqalarından 600,000 dollar yığan Richard Price tərəfindən təsis edilmişdir.2011-ci ilin noyabr ayında Academia.edu Spark Capital və True Ventures şirkətlərindən 4,5 milyon dollar topladı. Bundan əvvəl, Spark Ventures və bir sıra mələk investorlarından Mark Shuttleworth, Thomas Lehrman və Rupert Pennant-Rea daxil olmaqla 2,2 milyon dollar pul toplamışdı. 2013-cü ilin sentyabr ayında şirkət Khosla Ventures, True Ventures, Spark Ventures, Spark Capital və Rupert Pennant-Ream şirkətlərindən 11.1 milyon dollar toplayaraq ümumi kapital maliyyələşdirməsini 17.7 milyon dollara çatdırdı. Şirkət Qiymətli Kağızlar və Birja Komissiyasına(ing. Securities and Exchange Commission) verdiyi sənədlərdə, Akademia Inc hüquqi adından istifadə edir. == Rəqibləri == Academia.edu-nun rəqiblərinə ResearchGate, Google Scholar və Mendeley daxildir.
Adil Əli oğlu Tatarov
Adil Əli oğlu Tatarov (28 yanvar 1999, Qıraq Kəsəmən, Ağstafa rayonu – 20 may 2018, Günnüt, Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Günnüt döyüşlərinin şəhidi. == Həyatı == Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulmuş və Qıraq Kəsəmən kənd tam orta məktəbdə orta təhsil almışdır. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olmuşdur. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanmışdır. Adil Tatarov da 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda iştirak etmişdi. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Adil Tatarov 20 may 2020-ci ildə Şərur rayonunun Günnüt kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhid doğulub, boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbirstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Adil Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 22.05.2018 tarixli əmri ilə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunmuşdur.Adil Tatarov Azərbaycan Prezidenti İlham Əliyevin 29.05.2018 tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.