Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfran İsmayılov
Əfran Amit oğlu İsmayılov (8 oktyabr 1988, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. Əfran İsmayılov Bakı şəhərində anadan olub. 10 yaşında futbolla məşğul olmağa başlayıb. Futbolun sirlərinə Rövşən Qasımovun rəhbərliyi altında yiyələnib. 2006-cı ildə "Qarabağ" klubunda olan seçimlərə qatılıb. Türk məşqçilərin rəhbərlik etdiyi seçimlərdə özünü yaxşı tərəfdən göstərən futbolçu Qarabağ klubuna qəbul olunub. Bir il əvəzedici komandada çıxış etdikdən sonra, 2007-ci ildə əsas komandaya cəlb olunub. 2008-ci ildə icarə əsasında Turan Tovuza keçib. Tovuz klubunda oyun təcrübəsi qazanan Əfran İsmayılov bir ildən sonra yenidən "Qarabağ"a qayıdıb. 2012-2013 mövsümünün sonunda Qarabağdan ayrılıb və "Bakı" ilə iki illik müqavilə bağlayıb..
Emil Əfrasiyab
Emil Əfrasiyab oğlu Məmmədov (27 iyun 1982, Bakı) — pianoçu, bəstəkar və musiqi prodüseri, ifa edtiyi janr caz, Klassik musiqi, Gospel , Azərbaycan Respublikasının əməkdar artisti 2011. == Həyatı == Emil Əfrasiyab oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə üç yaşında pianoda ilk uşaq melodiyasını ifa etmiş, caz musiqisinə 13 yaşından maraq göstərmişdir. 2000–2006-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində (professor Fərhad Bədəlbəylinin sinfi), eləcə də ABŞ-nin Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil almışdır. Müxtəlif janrlarda sintez xarakterli improvizasiyaların ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini təmsil etmişdir. O, bir çox müsabiqələrin, o cümlədən 2011-ci ildə İsveçrədə beynəlxalq Montre caz pianoçuları müsabiqəsinin finalında çıxış edərək "Tamaşaçı rəğbəti" diplomuna layiq görülmüşdür. 2002, 2003 və 2004-ci illərdə Bakıda keçirilmiş "Caspian Jazz and Blues" caz festivallarında uğurla çıxış etmişdir. 2012-ci ildə Fransa kino xadimləri tərəfindən çəkilən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin musiqisini yazmağı fransız aktyoru Jerar Depardye Emil Əfrasiyaba təklif etmişdir. == Təhsili == 1989-2000-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Əfrahim Hüseynli
Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) — tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əfrahim Hüseynov 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir. Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib (orta məktəbdə oxuyarkən). Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Əfrahim Hüseynov
Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) — tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əfrahim Hüseynov 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir. Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib (orta məktəbdə oxuyarkən). Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.
Əfrand Daşdəmirov
Əfrand Firuddin oğlu Daşdəmirov (12 mart 1942, Bakı – 7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru. Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir. Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Əfrasiyab
Əfrasiyab (fars. افراسياب‎; avest. Fraŋrasyan) — Turanın mifik padşahı və qəhrəmanı. O, Firdovsinin qələmə aldığı "Şahnamə" dastanının əsas antaqonistidir. İran şairi Firdovsinin "Şahnamə" əsərinə görə, Əfrasiyab Turan şahı və qəhrəmanı, İranın baş düşməni olmuşdur. İran mifologiyasında Əfrasiyab bütün Turan padşahlarının ən görkəmlisi hesab olunur. O, nəhəng döyüşçü, mahir sərkərdədir, İran sivilizasiyasını məhv etmək üçün sehrli aldatma gücünə malik Əhrimənin müttəfiqidir. İslam mənbələrinə görə, Əfrasiyab İran mifik padşahı Firidunun üç oğlundan biri olan Turun nəslindən idi. Ernst Hertzfeld hesab edirdi ki, Parsond adı etimoloji cəhətdən Əfrasiyab adı ilə eynidir. Təbəri əsərlərində Eftalit şahı Axşunvar və ya Axşunvaz adı ilə törəmə Əfrasiyabdan bəhs edir.
Əfrasiyab (qədim şəhər)
Əfrasiyab — müasir Özbəkistanda bizim eradan əvvəl 500-cü il ilə 1220-ci illər aralığında məskunlaşılmış Səmərqəndin şimalında qədim bir məntəqədir. Bugün bir dağlıq çim tell üzərində Əmir Teymurun arvadı Bibixanım məscidi yaxınlarındadır. Müdafiə məqsədi üçün yüksək bir yerdə inşa olunmuşdur. Bir çay qolunun cənubunda yerləşib və şimal hissəsi olduqca münbit bölgədir və indiki Səmərqənd şəhərinin bir hissəsi olmuşdur. Hicri 617 Məhərrəm və ya 1220-ci il Mart ayında Səmərqənd Çingiz xanın ordusu tərəfindən dağıdılmışdır. Əfrasiyab bu olaydan sonra əsla dirçələ bilməmiş və şəhər yığın bir yerləşim yeri olmuşdur. XX əsrə qədər bir məzarlıq istisna Şaxi Zində ətrafı tullantı sahəsinə çevrilmişdir. Daha sonralar Əfrasiyab yenidən qurulmuş, mədrəsə və yay məscidi, qalıqların şimal bölgəsindəki Hacə Daniyəl məzarı, Hazrat-i Xəzr məscidi (XIX əsrin ikinci yarısında, 1919-cu ildə memar Əbdülqadir b. Baki Səmərqəndi tarafından yenidən inşa edilmişdir) kimi tarixi əsərlər təmir edilmişdir. Əfrasiyab, 219 hektar sahəni əhatə edir.
Əfrasiyab Bədəlbəyli
Əfrasiyab Bədəl bəy oğlu Bədəlbəyli (6 (19) aprel 1907, Bakı – 6 yanvar 1976, Bakı) — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti (1960). Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – "Qız qalası"nın (1940), "Nizami", "Söyüdlər ağlamaz" operalarının, simfonik poema və təntənəli marşın müəllifidir. Bir çox dram tamaşalarına musiqi bəstələmişdir. ("Hacı Qara", "1905-ci ildə", "Fərhad və Şirin" və s.). Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb. 1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirir. 1917–1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alır. 1923-cü ildən 1926-cı ilə kimi Ə. Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edir.
Əfrasiyab Məmmədov
Əfrasiyab Əli oğlu Məmmədov (19 mart 1928, Gəncə – 18 noyabr 1990, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru. Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncə şəhərində dünyaya göz açmışdır. 1945-ci ildə Bakıda Dövlət Teatr İnstitutununda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İsgəndərov Əfrasiyabın səhnə görünüşünü, daxili imkanlarını eşidib görən kimi, aktyorluq kursuna keçirib. Tədris prosesinin fəallığını gələcək sənətdə ümid verə biləcəyini eşidib hiss edən Adil İsgəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor qəbul edib. Öz dövrünün tanınmış tear və kino aktyoru Əfrasiyab Məmmədovun "O olmasın, bu olsun", "Koroğlu", "Qızmar günəş altında", "Kişi sözü" filmlərində, "Otello", "Vaqif", "Ailə namusu" səhnə əsərlərində oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləmiş aktyor, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1990-cı il noyabrın 18-də 62 yaşında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. 2011-ci ildə aktyorun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və aktyorun şəxsi arxivi yaradılıb. 2013-cü ildə Azərbaycan Televiziyasında aktyorun yaradıcılığını əks etdirən "Qəribə taleli aktyorun sənət dünyası.
Əfrasiyab Vəkilov
Əfrasiyab Paşa oğlu Vəkilov (1920, Bakı – 2004) — Azərbaycan SSR əməkdar ali məktəb işçisi (1991). Görkəmli sovet türkoloqu, filoloq, Leninqrad Universiteti, Şərqşünaslıq fakültəsinin dekanının müavini. Rusiyanın fəxri ali məktəb işçisi "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir. "Vətən müharibəsi" ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Leninqradın müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Səməd Vurğun və Mehdixan Vəkilovun əmisi oğludur. Yuxarı Salahlı kəndindəndir, Bakı şəhərində anadan olub. 1920-ci ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskva Aviasia Məktəbində təhsilini yarımçıq qoyub, 2-ci dünya müharibəsində döyüşmüşdür. Leninqradın müdafiəsində iştirak etmişdir.
Əfrasiyab Əzimov
Əfrasiyab Əzimov (tam adı:Əfrasiyab Hacı Əzim оğlu; 7 mart 1863, Şuşa – Şuşa) — Azərbaycan hərbçisi, xalq qəhrəmanı. Əfrasiyab Hacı Əzim оğlu 1863-cü ildə Şuşa şəhərində anadan оlmuşdu. Mоlla yanında оxumuşdu. Ticarətlə məşğul idi. Əfrasiyab Əzimоv gözəl minici idi. At yarışlarında, cıdırda iştirak edirdi. Yaşlı vaxtlarında at yarışlarında jüri üzvi оlmuşdu. Cəlil Bağdadbəyov yazır: "Münsiflər məşhur minici Əfrasiyab, Məşədi Qasım (Küftə Qasım) və Xanlıq Səlimdən ibarət idi. Bəzi vaxt Kərbəlayı Abbas, Nəcəfqulu ağa və Kəblə Mürsəl оlurdular…". Əfrasiyab Əzimov millət sərdarı Səttar xanın köməyinə yollanmışdı.
Əfrayıl Hüseynov
Əfrayıl Paşa oğlu Hüseynov (29 may 1929, Zəngilan rayonu – 23 avqust 2009, Bakı) — polkovnik-leytenant. Əfrayıl Hüseynov 1929-cu ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə universitetdə təhsilini başa vurub. 1951-ci ilin avqustundan "Milli Təhlükəsizlik İdarəsi"nə işə qəbul olunub. 34 il bu idarədə işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğul olub. "Türkün zühuru", "Türkün şüuru", "Fəzilət savaşı", "Polad paslanmaz", "Kədər gedər", "Toponim ekizlər", "Şaqqar bulaqlar", "Zəngəzur güzargahlarında", "Çahargah dostlar", "KQB-dən cavab", "1967, Xankəndi, erməni fəsadları" və digər ilkin mərxəzlərə söykənən elmi-fəlsəfi əsərlərin müəllifidir. Əfrayıl Hüseynov 2009-cu ildə Bakıda vəfat etmişdir.
Əfrasiyab (Divandərə)
Əfrasiyab (fars. افراسياب‎) — İranın Kürdüstan ostanının Divandərə şəhristanına daxil olan kənd. Kənd Divandərə şəhristanının Saral bəxşində, Hüseynabad-i Şimali dehistanındadır. Kənddə kürdlər məskunlaşmışdır və sayı 300 nəfər ətrafındadır.
Əfrasiyab (dəqiqləşdirmə)
Şəxslər Əfrasiyab Bədəlbəyli — xalq artisti. Əfrasiyab Məmmədov — aktyor. Əfrasiyab Əzimov — xalq qəhrəmanı. Əfrasiyab Vəkilov — Sovet türkoloq və filoloqu. Əfrasiyab — mifik hökümdar. Digərləri Əfrasiyab (qədim şəhər) — Səmərqəndin şimalında arxeoloji yer. Əfrasiyab müzeyi — Eyniadlı qədim şəhər arxeoloji yerinin şərqində tarixi müzey. Əfrasiyab (Divandərə) — İranın Kürdüstan ostanı, Divandərə şəhristanında kənd. Əfrasiyab (Babül) — İranın Mazandaran ostanı, Babül şəhristanında kənd. Əfrasiyab sülaləsi — 1349 və 1504-cü illər arası mövcud olmuş Təbəristanda kiçik şiə sülalə.
Afra Saraçoğlu
Afra Saraçoğlu (2 dekabr 1997, Edremit[d], Balıkəsir ili) — Türk televiziya ve kino aktrisası. == Həyatı == Afra Saraçoğlu 2 dekabr 1997-ci ildə anadan olmuşdur. Eskişehir Anadolu Universitetində bir şagird olan Afra Saraçoğlu, Özcan Deniz vasitəsilə ictimai medianı tapmaq imkanı tapdı. Afra Saraçoğlu, Özcan Deniz və Nurgül Yeşilçay'ın ikinci şanslı filmdə oynadığı, Yeşilçayın qızının qızı, oyunçu rolunu oynadı. Hal-hazırda bir çox filmlərdə rol alır. == Filmoqrafiya == == Mükafatları == Ən Yaxşı Aktrisa Mükafatı 45.
Artemisia afra
Artemisia afra (lat. Artemisia afra) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ofra Haza
Ofra Haza (19 noyabr 1957, Tel-Əviv — 23 fevral 2000, Ramat-Qan) — məşhur İsrail müğənnisi və aktrisası.
Fra Mauro
Fra Mauro (it. Fra Mauro; d. ? – ö. 1464) — İtalyan rahibi. Fra Mauro xəritəsinin müəllifi. Mauro Venesiya Laqununun Murano adasında yerləşən Müqəddəs Mayklın Kamaldol monastırının rahibidir. Məhz orada o, kartoqrafiya emalatxanasına qulluq edirdi. O, həmçinin Şahzadə Henri Navigator kimi çox güclü adamlar tərəfindən işə götürüldü.
Avraam ibn Əzra
Avraam ibn Əzra (təq. 1092[…], Tudela – 23 yanvar 1167[…]) — Orta əsr yəhudi şairi, filosof və ilahiyyatçısı. === Həyatı === Müsəlman İspaniyanısnın yetişdirdiyi ən böyük yəhudi mütəfəkkirlərindən olan Avraam ibn Əzra (Abraham ben Meir ben Ezra) 1089-cu ildə İspaniyanın Tudela şəhərində doğulmuşdur. Öz dövrünə görə mükəmməl təhsil almış, qrammatikanı, fəlsəfəni, tibbi və astronomiyanı öyrənmişdir. Onun əsas fəaliyyəti isə ilahiyyat və poeziya ilə bağlı olmuşdur. İbn Əzranın həyatı bir sıra məhrumiyyətlərlə keçmiş, ona görə də mesenatların xidmətində yaşamaq məcburiyyətində qalmışdır. Uzun müddət Şimali Afrikada yaşamış, 1140-cı ildə daxili çəkişmələrlə sarsılan İspaniyanı tərk edərək, Qərbi Avropa ölkələrinə yollanmışdır. Fransa, İtaliya və Provansda yaşamış, 1158-ci ildə Londonda səfərdə olmuşdur. Həyatının bu hissəsində daha çox kasıb və demək olar ki səfil tərzində yaşamışdır. 1164-cü ildə Fransanın cənubunda vəfat etdiyi ehtimal olunur.
Əsra Pənahinin qətli
Əsra Pənahi (az-əbcəd. عصرا پناهی‎; 5 mart 2007, Ərdəbil – 13 oktyabr 2022, Ərdəbil) — 12 oktyabr 2022-ci ildə Ərdəbil şəhərində Məhsa Əmini etirazları zamanı qətlə yetirilmiş İran azərbaycanlısı yeniyətmə. O, Şəhid Qızlar Liseyində hökumətyönlü nümayişə qatılmaqdan və "Salam Fərmandeh" mahnısını ifa etməkdən imtina edən bir qrup tələbə arasında idi. Şagirdlərin məktəbə çağırılan mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilmişdir. Pənahi aldığı ağır xəsarətlərdən sonra Ərdəbildə yerləşən Fatimi xəstəxanasında vəfat etmişdir. Əsra Pənahi 5 mart 2007-ci ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. O, etnik cəhətdən azərbaycanlı idi. Pənahi üzgüçü kimi tanınmış, 28–29 noyabr 2018-ci il tarixlərində Azərbaycan qızlarının sərbəst üzgüçülüyündə (Azərbaycan Kuboku 2017) 50 m və 100 m məsafələrə sərbəst üzgüçülükdə üçüncü yeri (bürünc), fərdi hesabda (11–12 yaş qrupu) və 4 x 50 metr yarışında sərbəst üzgüçülük üzrə komanda (11–12 yaş qrupu) üçüncü yeri (bürünc) qazana bilmişdir. Bu yarışlar Təbrizdəki Abadgəran hovuzunda keçirilmişdir. Pənahi həm də 2017-ci ildə Şərqi Azərbaycan ostanının qadınlar arasında üzgüçülük liqasında 12 yaşa qədər qrupda ən yaxşı üzgüçü seçilmişdir.
Fra Mauro xəritəsi
Fra Mauro xəritəsi (isp. Mapamundi de Fra Mauro) — Venesiyalı rahib Fra Mauro tərəfindən hazırlanmış xəritə. Parça üzərində çəkilmiş xəritə iki metr uzunluğundadır. Xəritə ağac cərcivə ilə əhatə olunmuşdur. Xəritənin bir nüsxəsi rahib Mauro və köməkçisi Andrea Bianko tərəfindən Portuqaliya krallığının kralı V Alfonsa göndərilmişdir. Hazırlanan xəritə 24 aprel 1459-cu ildə Portuqaliyaya göndərilmişdir. Uzun müddət xəritənin harada olması barədə məlumat olmasada, bir neçə əsr əvvəl xəritə Venesiya yaxınlarında yerləşən Murano adasında ki, San Mikel monastrında tapılmışdır. Hal-hazırda xəritə Venesiya şəhərində yerləşən Korer muzeyində sərgilənir. Yaponiya Fra Mauro xəritəsi böyük ehtimal ki,De Virqa xəritəsindən sonra Yaponiyanın göstərildiyi ilk avropalı xəritəsidir.Adaya cimpaqu deyilir.
Şevk-Əfza Validə Sultan
Şövqəfza Sultan (Osmanlı türkcəsi: شوق‌افزا سلطان) (d. 12 dekabr 1820 — ö. 17 sentyabr 1889) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 33-cü Osmanlı sultanı V Muradın anası. Şövqəfza Sultan 1820-ci ildə, o illərdə Rusiya imperiyasına aid olan Poti şəhərində dünyaya gəlmişdir. Atası Mehmed bəy Zaurum, anası isə ubix əsilli Cəmilə xanımdır. Ailənin ondan başqa Fatma Laleru adlı bir qızı daha vardı. Ailə bölgədə baş verən siyasi hadisələr səbəbilə İstanbula köç etmiş, hər iki qızını da Sultan Mahmudun sarayına təslim etmişdir. Sarayda Sultan Mahmudun xanımlarından Nurtab Sultanın himayəsinə verilən bacılar mükəmməl saray təhsili aldılar. 14 yaşı olanda yeni taxta çıxmış Sultan Əbdülməcidin hərəminə alındı və 1 avqust 1839-cu ildə Topqapı sarayında cütlük evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi.
Əbu Alə əl-Əfri
Abdurrəhman əl-Qaduli, Əbu Əli əl-Anbari və Əbu Alə əl-Əfri (ərəb. أبو علاء العفري ‎1957/1959 il Təlafər, İraq – 26 mart 2016, Suriya) – "İslam Dövlətin"in islam terror təşkilatının sədr müavini Əbu Bəkr əl-Bağdadi.
Esra
Esra — türk adı. Esra Öztürk — Türkiyəni təmsil edən həndbolçu. Esra Bilgiç — Türk aktrisa və modeldir. Esra Sərt — türkiyəli jurnalist, server.
Ezra Paund
Ezra Veston Lumis Paund (30 oktyabr 1885[…] – 1 noyabr 1972[…], Venesiya) — Amerikalı sürgün edilmiş şair, tənqidçi və ilk modernist hərəkatının böyük şəxsiyyətlərindən idi.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Atriplex fera
Yabanı sirkən (lat. Atriplex fera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Esra Sərt
Esra Sərt Köseoğlu(14 fevral 1976, Adapazarı) — türkiyəli jurnalist, server. 1994-cü ildə Sakarya Atatürk Liseyindən məzun oldu. İstanbul Universiteti Ünsiyyət Fakültəsini bitirdi. 1999-cu ildə girdiyi NTV kanalında əvvəllər xəbər spikerliyi etmiş, daha sonra Yaxın Plan, Günün İçindən adlı gündüz qurşağı xəbər proqramlarını təqdim etmişdir. 2010-cu ildə NTV səhər xəbər qurşağı proqramı Günə Cihazın işə salınması aparıcılığını boynuna götürdü. Aprel 2011-də bu proqramdakı vəzifəsini təhvil edərək NTV-də nəşr olunan Seçkiyə Doğru proqramının aparıcılığını etmişdir. 2011-ci ilin son dövrlərində CNBC-də kamera arxasında başqa bir vəzifəyə təyin edilmişdir. Esra Sərt 2008-ci ildə evlənmiş, Ladin Köseoğlu adlı bir qız uşağı sahibidir. NTV-dən öz istəyiylə istefa edərək ayrılmış; Haber Türk qəzetində 2013-dən bu yana Ht Hayat adlı hissədə məqalələr dərc edir.
Esra Öztürk
Esra Öztürk (d. 23 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Esra Öztürk, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Esra Öztürk, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Esra Bilgiç
Esra Bilgiç (14 oktyabr 1992, Ankara) — Türk aktrisa və modeldir. == Həyatı == Esra Bilgiç 2014-cü ildən birlikdə olduğu türkiyəli futbolçu Gökhan Töre ilə 21 oktyabr 2017-ci ildə ailə həyatı qurub. 17 iyun 2019-cu ildə cütlük tək seansda boşandı. Bilgiç Bilkent Universitetində təhsil alıb. Hazırda Marmara Universitetinin Hüquq fakültəsində təhsil alır. Onun bir qardaşı var. == Karyerası == === 2014–2018: Diriliş Ertuğrul === 2014–2019-cu illər arasında TRT 1-də 5 mövsüm yayımlanan Diriliş Ertuğrul adlı serialla aktyorluq karyerasına qədəm qoyan Bilgiç, Engin Altan Düzyatan və Hülya Darcan kimi adlarla serialda baş rol alıb. 4 mövsümdür serialda Halime Hatun obrazını canlandıran aktrisa dünyanın bir çox ölkəsindən pərəstişkar kütləsi qazanıb və "Sosial Farkındalık" Mükafatları: Ən Yaxşı Qadın Televiziya Serialı Aktyoru və Anadolu Media Mükafatları: İlin Televiziya Serialı Aktrisası mükafatını alıb. === 2018–2021-2022: Bir Umut Yeter, Ramo ve Kanunsuz Topraklar === Diriliş Ertuğrul serialından sonra erkən finala çıxan Bir Umut Yeter serialında 6 bölümdə Derya Akar rolunu canlandırıb. O, bir illik fasilədən sonra ekranlara qayıdıb və 2020–2021-ci illər arasında Show TV-də yayımlanan Ramo serialında baş rolda Sibel Kaya obrazını canlandırıb.
Esra Manya
Esra Manya (11 aprel 1999, Antalya) Türkiyə Superliqasında "Beşiktaş" klubunda yarımmüdafiəçi kimi çıxış edən futbolçudur. Türkiyədə anadan olub, Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının böyüklər heyətinə qoşulmazdan əvvəl qadınlardan ibarət U-17 və U-19 komandalarında ölkəsini təmsil edib. == Klub karyerası == Manya 21 may 2013-cü ildə 1207 Antalya Muratpaşa Belediye Spor klubu ilə müqavilə imzaladı. 2013–14 mövsümündə İkinci Liqada oynamağa başladı. 2014–15 mövsümünün sonunda onun komandası liqanı çempion kimi başa vurdu və Birinci Liqaya yüksəldi. 2019–20 İkinci Liqa mövsümünün ikinci yarısında 2019–20 Birinci Liqasında oynamaq üçün Hakkarigücü Spora transfer oldu və üç matçda meydana çıxdı. 2020–21 liqa mövsümündə o, keçmiş klubuna qayıtdı. 2022–23 Super Liqa mövsümündə İstanbulun Beşiktaş J. K. klubuna transfer oldu. == Beynəlxalq karyerası == O, Türkiyənin 17 yaşadək futbolçulardan ibarət komandasına dəvət aldı və 12 may 2014-cü ildə Portuqaliyaya qarşı UEFA İnkişaf Turnirində debüt edib. Həmçinin 2015 və 2016-cı illərdə 17 yaşadək qadınlar arasında UEFA Çempionatının seçmə oyunlarında iştirak edib.
Bizim era
Bizim era və ya b. e. — Yulian və Qriqorian təqvimi ilə 1-ci ildən indiki dövrə qədər olan zaman. 1-ci ildə qurtaran dövr bizim eraya qədər olan dövr adlanır. == İstinadlar == == Ədəbiyyat == Аноприенко А.Я. Археомоделирование: Модели и инструменты докомпьютерной эпохи. Донецк, УНИТЕХ, 2007, s. 202.
Era (albom)
Era — Eric Levinin Era musiqi layihəsi adından çıxarılmış debüt albomudur. Albom 1996 - cı ildə Polşa və Birləşmiş Krallıqda, 1998-ci ildə Avropa və Niderlandda, 2002-ci ildə Rusiya və Fransada, 2009 - cu ildə isə Ukraynada satışa çıxarılmışdır. Bəzi ölkələrdə bonus parça olaraq "After Time" mahnısı da alboma əlavə edilmişdir. Ümumiyyətlə debüt albomu olmasına baxmayaraq albom böyük uğur qazanmışdır. Albomdan üç sinql çıxarılmışdır - Ameno, Mother, Enae Volare Mezzo. Həmçinin hər üç mahnı üçün klip çəkilmişdir.
Era 2
Era 2 - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı üçüncü albom. Albom 2000-ci ildə Birləşmiş Krallıq, Avropa və Malayziyada, 2009 - cu ildə isə Ukraynada satışa çıxarlmışdır. Albomdan üç sinql çıxarılmışdır: Infanati,Misere Mani, Divano.
Mother (ERA)
Mother – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ikinci sinql. Mahnının musiqisi Eric Levinindir. Mahnının mövzusu ana fədakarlığı və qayğıkeşliyinin Müqəddəs Məryəm ananın timsalında göstərilməsidir. Mahnıya həmçinin klip də çəkilmişdir.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
AFFA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFA və UEFA-nın üzvüdür. Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur. AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir. == Tarixi == AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.
Abra
Afta
Afta – bozumtul rəngli fibrinoz-ekssudativ ərplə örtülmüş və kənardan qırmızı rəngli haşiyə ilə əhatə olunmuş oval formalı eroziya. Aftanın əmələ gəlməsi ilə müşahidə olunan stomatitlərə aftoz stomatitlər deyilir. Adətən ağrılı xroniki gedişə malik və residivləşməyə meyilli olur. Etiologiyası tam aydın deyil, lakin buna səbəb olaraq stresslərin və psixo-emosional gərginliklərin, autoimmun və yüksək həssaslıq reaksiyalarının, xroniki resdiviləşən septiko-allergik vəziyyətlərin, hamiləliyin, infeksiyaların, xüsusilə də streptokok və stafilakokların böyük rolu göstərilir.
Aqra
Aqra-Hindistanın şimalında, Uttar Pradeşdə şəhər. 1528-ci ildən 1658-ci ilədək Böyük Moğol imperiyasının paytaxtı olmuşdur. Hazırda Hindistanın iri turistik mərkəzlərindəndir. Tac-Mahal bu şəhərdə yerləşir. Yamunı çayının kənarındadır. Əhalisi 1 334 900 (2004) nəfərdir.
Arfa
Arfa (ing. Harp) — üçbucaq formasbkyuh əmədə simlər çəkilmiş, barmaqla çalınan simli musiqi aləti. == Tarixçəsi == Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin (arfanın) ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Hələ qədim Misir freskalarında (b.e.əv. XV əsr) arfa təsvir edilmişdir. Misirlilərə bu alət Şumerdən gəlib. Qədim şumerlilər inandıqları bütlərə uyğun olaraq müxtəlif biçimli çənglərdən istifadə etmişlər: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər . Eramızdan əvvəllərə aid edilən çənglərin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir.
Aura
Aura (q.yun. αὔρα — yüngül meh, üfürük) ("parsial" (fokus, genişlənməmiş) epileptik tutma) — müntəzəm olaraq epileptik tutmadan əvvəl baş verən və ya müstəqil tutma olan hər hansı hiss və ya təcrübə. Bu epilepsiyanın əlamətidir. == Haqqında == "Aura" sözü yunan mənşəli olub "əsmə" mənasını bildirir və insanın fiziki bədənini əhatə edən enerji informasiya sahəsini əks etdirir. Aura insanın şəxsiyyəti, həyat tərzi, onun fikirləri və hissləri məlumatlarını özündə birləşdirən enerji şüalandırır. Məşhur rusiyalı bir psixoloqun fikrincə, insan aurasının fərdi xüsusiyyətləri onun forması, ölçüsü, sıxlığı, rəng palitrası müəyyən insanın səviyyəsindən asılıdır. Aura insan bədənini əhatə edən bir oval yaradır. İnsan psixoloji cəhətdən sabit və eyni zamanda enerji və güc ilə tam təmin olunanda auranın forması harmoniya təşkil edir. Nə qədər ki, daxili aləm sabit deyil bir o qədər aura simmetrik olmayacaq. İnsanın şəxsiyyətinin güclü olmasını bildirir.
Bora
Bora – dəniz sahilboyunda yerləşən alçaq sıra dağların yamacından aşağıya – dənizə doğru əsən və qışda xeyli soyuqluq yaradan güclü küləkdir. Yuqoslaviyanın Adriatik sahilboyunda, Novorossiyskidə, Baykalın sahillərində və sair yerlərdə müşahidə olunur..
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Fran
Fran (fr. Frans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Trevu kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01166. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 27 km şimal və Burk-an-Bres şəhərindən 45 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1984 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1360 nəfər (15–64 yaş) arasında 1008 nəfər iqtisadi fəal, 352 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74,1%, 1999-cu ildə 73,8%) olmuşdur. 1008 fəal sakindən 944 nəfər (507 kişi və 437 qadın) işləyir, 64 nəfər işsizdir (34 kişi və 30 qadın).
The Very Best of Era
The Very Best of Era - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı beşinci albomdur. Alboma daxil olan mahnılar bu albomdan əvvəlki dörd alboma daxil olan müxtəlif mahnıların yenidən işlənmiş və remix edilmiş versiyalarıdır. Albom Ukrayna, Kanada və Avropada 2000-ci ildə satışa çıxarılmışdır.
The Legend of Korra: A New Era Begins
The Legend of Korra: A New Era Begins — eyni adlı serialın əsasında Nintendo 3DS üçün addımbaaddım strategiya oyunu. O, Webfoot Technologies tərəfindən istehsal olunmuş və Activision tərəfindən 2014-cü ilin oktyabrın 28-də nəşr olunmuş.
Earl
Erl (qadın üçün kontes), ingilis mənşəli zadəgan titulu, konta bərabərdir. Qədim norveç dilində Jarl titulu ilə əlaqələndirilir. Mənşəyinə görə "cəsur adam" və ya "döyüşçü" deməkdir. Erl adı Skandinaviya və Anqlosaks mənşəli titulu olaraq "qəbilə başçısı" mənasında meydana gəlmişdir. Titul orta əsrlərdə Skandinaviyada yoxa çıxsa da, İngiltərədə istifadəsinə davam edilmişdir. Bu titul rütbə olaraq vikont və markiz arasında sıralanır və materik Avropasındakı kont tituluna müvafiq gəlir.
Ebla
Ebla, İbla - Şimali Suriyada (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) qədim şəhər-dövlət. Ebla Fəratın Suriya ərazisində olan hissəsindən qərbda yerləşir. Ehtimal olunur ki, «Ebla» sözünün mənası ağ daş deməkdir. Hansı ki, bu daşla Eblanın əsas şəhəri inşa edilmişdir. == Ümumi məlumat == E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi. Ebla əhalisi Qədim Mesopotamiya, Elam və Misir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə.
Ebru
Ebru — su üzərində rəsm çəkmə sənətidir. Ebru rəssamları ebruzən adalanırlar. Ebru – çağatay dilində "dalğavari", farsca – "bulud" və ya "suyun üzü", ərəbcə isə "üz üçün su" mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır. == Tarixi == Tarixən ebru Çində və Yaponiyada çox yayımlanmış idi. Hesab olunur ki, bu sənət bu bölgədə başlamışdı. Ebru üslubu ilə hazırlanmış kağız haqqında ən erkən qeyd sayılan mənbə X əsrdə yaşayan Çinli mənur və alim Su Yician yazısında tapmaq olar.
Eçara
Eçara (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Eçara (Yardımlı) — Yardımlı rayonunda kənd.