Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabir Əlim Xəliloğlu
Sabir Əlim Xəliloğlu (tam adı: Sabir Xəlil oğlu Əliyev; 15 may 1935, Qaracalar, Gürcüstan SSR, ZSFSR, SSRİ – 14 may 2007, Tbilisi) — şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Sabir Xəlil oğlu Əliyev 1935-ci il mayın 15-də Gürcüstanın Qarayazı rayonunun (indiki Qardabani bələdiyyəsi) Qaracalar kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetində filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsinə daxil olub. 1960-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1961–1962-ci illərdə ikinci dəfə ADU-nun şərqşünaslıq fəkültəsində təhsil alıb, oranın ərəb tərcüməçiliyi şöbəsini də fərqlənmə diplomu ilə bitirib. 7 ildən artıq (1960-cı ilin sentyabrından 1967-ci ilin dekabrına kimi) Azərbaycan SSR Elmələr Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi olub. 1966-cı ildə "Klassik Azərbaycan şeirinin şəkilləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Füzulinin ədəbi-nəzəri görüşləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1967-ci ildən ömrünün axırına kimi Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda (daha sonra Universitet) işləyib, Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 2007-ci il mayın 14-də dünyasını dəyişib. Doğma kəndi Qaracalarda dəfn olunub.
Anna Əlimərdanova
Anna Əlimərdanova (6 may 1991) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anna Əlimərdanova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu.Daha sonra Anna Əlimərdanova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Əlimərdanova 1/16 final mərhələsində Meksika nümayəndəsi Denia Sosaya (3:0), 1/8 final mərhələsində isə İrlandiya təmsilçisi Miçaela Valşa (2:0) qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Ayşe Taşa məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anna Əlimərdanova, turnirin 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Rusiya təmsilçisi Yelena Savelevaya məğlub oldu (0:3) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Anna İvanovna Əlimərdanova "Tərəqqi" medalı ilə təltif edildi.Anna Əlimərdanova 2016-cı ilin 18-28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsində ABŞ nümayəndəsi Virciniya Fuşa qalib gəlsə də (2:0), 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Nicola Adamsa məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Anna Əlimərdanova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Əlimərdanova 1/8 final mərhələsində Belarus nümayəndəsi Qalina Bruyeviçi 3:0, 1/4 final mərhələsində İsveç təmsilçisi Helena Envalı 3:0, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Delfine Mancinini 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.
Aşıq Nəcəf Əlimərdanlı
Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı – 1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olub. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdurAşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb. Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur. Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib.
Cumart Əlimuradov
Cumart Şıxrəhim oğlu Əlimuradov (31 may 2001, Urva, Qusar rayonu – 5 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cumart Əlimuradov 2001-ci il mayın 31-də Qusar rayonunun Urva kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Düşərsən əlimə! (cizgi serialı, 1969)
Düşərsən əlimə! (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır. Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir. Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.
Elvin Əlimov
Elvin Nəsrəddin oğlu Əlimov (8 iyun 1995, Qusar rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əlimov 1995-ci il iyunun 8-də Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2017-ci ildən hərbi xidmətə başladı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əlimov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunun Hövsan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Əlimərdanov
Elvin İlham oğlu Əlimərdanov () — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olmuşdur. Orta məktəbi Gürcüstan respublikasının Bolnisi rayonun Saraçlı kəndində bitirmişdir. Subay idi. == Hərbi xidməti == Elvin Əlimərdanov 6 oktyabr 2020-ci il tarixdə könüllü olaraq cəbhəyə yollanmışdır. O 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi zamanı 16 oktyabr 2020-ci il tarixində Suqovuşanın azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etmiş və Ermənistan ordusunun top atəşi açması nəticəsində səhid olmuşdur. Lakin Elvin Əlimərdanovun nəşi 2020-ci ilin 16 oktyabr tarixindən 1 dekabr tarixinədək tapılmamışdır. Şəhidin nəşi 1 dekabr 2020-ci il tarixində DNT analizi nəticəsində aşkar edilərək ailəsinə təhvil verilmişdir. Şəhid Elvin Əlimərdanov Xırdalan şəhər şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Elvin İlham oğlu Əlimərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elçin Əliməmmədov
Elçin Mehman oğlu Əliməmmədov (18 avqust 1997; Bakı, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Əliməmmədov 1997-ci il avqustun 18-də Bakının Zirə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Elçin Əliməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Horadiz kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əliməmmədov oktyabrın 6-da Horadiz əməliyyatı zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Əliməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Flora Əlimirzəyeva-Mustafayeva
Flora Əlimirzəyeva-Mustafayeva — filologiya elmləri doktoru, professor, “Xarici dillər” kafedrasının müdiri (1988-2000), Azərbaycan folklorşünaslıq tarixində ilk dəfə olaraq Berlin Kral Kitabxanasının “Dits fondu”nda “Kitabi-Dədə Qorqud” un elmə məlum olmayan əlyazmasının saxlanıldıgı faktını aşkara çıxartmışdır. Bir neçə diplom və mükafatlar almışdır. == Həyatı == Flora Davud qızı 1945-ci il yanvar ayının 13-də Qazaxda müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Ağstafada 22 saylı orta məktəbi bitirmişdir. 1961-ci ildə M.F. Axundov adına APDİ-yə ( indiki ADU) daxil olub 1966-cı ildə həmin insitutu alman-Azərbaycan dilləri müəllimi ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. 1966-cı ildə müsabiqə yolu ilə D.Bünyadzadə adına AXTİ-nin (indiki ADİU) “Xarici dillər” kafedrasına müəllim seçilmişdir. 1973-77-ci illərdə S.M.Kirov adına ADU-nun (indiki BDU) qiyabi aspirantı olmuşdur. 1984-cü ildə “Azərbaycan folkloru slman dilində” mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən 2000-ci ilə kimi işlədiyi institutda “Xarici dillər” kafedrasının müdiri olmuşdur. 1991-ci ildə müsabiqə yolu ilə kafedranın dosenti vəzifəsinə seçilmişdir.
Hafiz Əlimərdanov
Hafiz Əlimərdanov (tam adı: Hafiz Mütəllim oğlu Əlimərdanov; d. 01.01.1948, İsmayıllı rayonu, Lahıc qəsəbəsi) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Hafiz Əlimərdanov 1948–ci ildə anadan olmuş, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olmuş, 1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, 2005-ci ildə ona professor elmi adı verilmişdir. == Əsas elmi nailiyyətləri == Beş və altı üzvlü alitsiklik karbohidrogenlərin tsikloolefinlərə qismən dehidrogenləşməsi üçün müvafiq katalizatorlar seçilmiş və reaksiyaların əsas qanunauyğunluqları müəyyən edilmişdir. Tsikloheksan karbohidrogenlərinin polialkilbenzollara dehidrodisproporsiallaşması və C1-C3 biratomlu spirtlərlə dehidroalkilləşməsi prosesləri üçün katalizatorun seçilməsi əsaslandırılmış və prosesin getmə qanunauyğunluqları müəyyən edilmişdir. Beş və altı üzvlü alitsiklik ketonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Beş və altı üzvlü alitsiklik ketonların müvafiq laktonlara oksidləşdirilməsi qanunauyğunluqları öyrənilmiş və bu laktonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Doymamış mono-və bitsiklik karbohidrogenlərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu) maye fazada oksidləşməsi üçün katalizatorların seçilmiş və proseslərin getmə qanunauyğunluqlarının öyrənilmmişdir.
Lalə Əlimuxtarova
Lalə Əlimuxtarova (18 avqust 1982 , Bakı) — Azərbaycanlı televiziya aparıcısı. == Həyatı == Lalə Əlimuxtarova 1982-ci il 25 iyulda Bakı şəhərində anadan olub. 51 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 1999-cu ildə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə həmin universitetin Magistratura pilləsində təhsil alıb. 1996-cı ildə Aztv-də praktikaya başlamışdır. === Şəxsi həyatı === 2013-cü ildə ailə həyatı qurmuşdur. Melis və Elif adında iki qızı var. == Fəaliyyəti == Lalə Əlimuxtarova 2003–2008'ci illərdə Yeni ulduz, Xalq ulduzu, Ziqzaq,Tam sərbəst və Qəfəs verlişlərinin prodüseri olmuşdur. 2008-2011-ci illərdə Xəzər Tv-də yayımlanan müəllifi olduğu "Ulduzlu Xəzər" verlişinin həm aparıcısı, həm də rejissoru kimi fəaliyyət göstərmişdir.
Ləman Əlimuradova
Ləman Osman qızı Əlimuradova (29 noyabr 2004, Yasamal rayonu) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Ləman Əlimuradova həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Həyatı == Ləman Osman qızı Əlimuradova 2004-cü il noyabrın 29-da Yasamal rayonunda anadan olub.
Mirzə Əliməhəmməd ağa Sofuoğlu
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa (1747-1797) — Qarabağ xanı İbrahim xanın vəziri. == Həyatı == Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu Qarabağ xanı İbrahim xanın vəziri olub solbəylər silkinə mənsub idi. Qarabağ dövlətinin idarəetmə quruluşu Çingiz idarəetməsindən gələn amirlik və amillik (hərb və dəftərxana) sisteminə söykənirdi. Sağbəylər hərbi elitanı, solbəylər isə daxili-xarici siyasəti təmsil edirdi. Ənənəyə görə səltənətin yüksək idarəetmə sistemində vəzirlərdən biri peyğəmbər övladı olmalı idi. Bu, dövlət idarəetməsində həm xalq arasında nüfuz sahibi olan nəsillərin təmsilçiliyi, həm də Böyük Peyğəmbərimizin dövlətə mənəvi zaminliyi sayılırdı. Mirzə Əliməmməd Ağa Sofuoğlu Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rol oynamış, eləcə də Qarabağ Xanlıq Dövlətinin digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olmuşdur. Yusif Vəzir Çəmənzəminli "İki od arasında" tarixi romanında Seyyid Vəzirin Gürcüstan səfəri haqqında ətraflı məlumat verir. Bu tarixi səfər rus qoşununun Tiflisə yerləşdirilməsi, Rusiya dövlətinin Qafqazda başlatdığı işğal siyasətinin və gürcü çarı ilə məxfi əlaqələrinin öyrənilməsi – kəşfiyyat xarakterli olmuşdur. Mirzə Əli Məhəmməd Ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmiş, Osmanlıdan Qacar dövlətinin təzyiqlərinə qarşı duruş gətirmək məqsədi ilə Qarabağ xanlığına hərbi yardım istəmişdir.
Mollalar (Əlimədətli, Ağdam)
Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd əhalisi heyvandarlıq,qoyunçuluq,üzümçülük,bağçılıq və digər sahələrlə məşgul olmuşdur. İqlimi mülayim-istidir.. Kəndin ətrafı sıra dağlarla əhatələnmişdir. Mollalar ərazisində duru və sərin bulaqlar mövcuddur. Burada dağ-bozqır bitkiləri(kəklikotu)və s.geniş yayılmışdır.. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur.İşgal edildikdən sonra kəndin adı dəyişdirilərək "Nor Aygestan"adlandırılmış və buranın gözəl təbiəti olduğu üçün buraya əvvəllər Agdərənin "Çaylı"kəndində yaşayan Ermənilər köçürülmüşdür.. 2020-ci il 10 noyabr kapitulyasiyasına əsasən Ermənistanın Ağdam rayonunu Azərbayacana təhvil verməsindən sonra bu kənd də öz azadlığına qovuşudu... == Tarixi == Mollalar kəndinin oykonimi "mollalar nəslinə mənsub olanlar" mənasındadır.
Orxan Əlimuradov
Orxan Roman oğlu Əlimuradov (11 yanvar 1993; Qusar rayonu, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Əlimuradov 1993-cü il Yanvar 11-də Qusar rayonunun Uqur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlimuradov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Əlimirzəyev
Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor. == Həyatı == Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
Xalidə Əliməmmədova
Xalidə Əliməmmədova (tam adı: Xalidə Şıxzadə qızı Əliməmmədova; 5 mart 1973, Xaçmaz rayonu) — aktrisa. == Həyatı == Xalidə Əliməmmədova 1973-cü il martın 05-də Xaçmaz rayonunda doğulub. 1997-ci ildə fərqlənmə bakalavr diplomu ilə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. Həmin il sözügedən universitetin «Teatrşünaslıq» fakültəsinə qəbul olub, 1999-cu ildə maqistr pilləsinə yüksəlib. 1995-ci il avqustun 25-dən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatroqrafiya == Pərvanə - («Yay gecəsində yuxu», V.Şekspir Əsgər - («Hamlet», V.Şekspir) Perespela - («Tədbirə qarşı tədbir», V.Şekspir) Birinci cadugər - («Maqbet», V.Şekspir) Dorote - («Karmen», P.Merime) Qalina- («Ördək ovu», A.Vampilov) Lakusta - («Neron oynayır və ya iblisin komediyası», M.Xubai) Erita - («Herostatı unudun», Q.Qorin) Qulluqçu - («Teh end», J.Seminon) Nata xanım - («Nazirin xanımı», V.Nuşiç) Kərbalai Fatma - («Ölülər», C.Məmmədquluzadə) Qulluqçu- («Qurbanəli bəy», C.Məmmədquluzadə) Şəhla - («Məndən nigaran qalmayın», İ.Məlikzadə) Xeyransa - («İntihar», V.Səmədoğlu) Gəlmə qarı – («Mamay kişinin yuxuları», V.Səmədoğlu) Qisasçı qadın – («Genaralın son əmri», V.Səmədoğlu) III aparıcı – («Uzaq yaşıl ada», V.Səmədoğlu) Dayə – («Hərənin öz ulduzu», Ə.Səmədli) Nənə – («Onun iki qabırğası», Ə.Əmirli) Qüdrət – («Yeddi məhbusə», Ə.Əmirli) Hamilə – («İtkin ər», Ə.Əmirli) Ofa – («Kişi və qadın», Ə.Əmirli) Nuriyyə – («Sevirəm səni Türkiyə», K.Abdulla) Taclı bəyim–(«Şah İsmayıl yaxud hamı,səni sevənlər burdadır», K.Abdulla) Ana – («İnək», N.Hikmət) Kəmalə – («Axırı sakitlikdir», E.Hüseynbəyli) Gəlin – («Dəli Domrul», Dədəqorqudboyu) Qulluqçu – («Tabut», F.Mustafa) Dəvə quşu – («Qəfəs», F.Mustafa) Qatıq satan – («Vida marşı», F.Mustafa) Məryəm – («Qara qutu», F.Mustafa) Kərimə – («Mürafiyə vəkilləri», M.F.Axundov) Xavər – («İblis», H.Cavid) Qadın – («Yad qadının məktubları», S.Sveyq) Tibb bacısı – («Dəlilər», M.Əliyev) Aygül – («Vicdanın hökmü», H.Mirələmov) Jurnalist – («Əbləhlərin toyu», R.Əlizadə) Kəkilli – («Tık-tık xanım», R.Əlizadə) Bahar – («Keçəlin toyu», R.Əlizadə) Küpəgirən qarı – («Sindibadın səyahəti»,R.Əlizadə) Ana keçi – («Şəngül, Şüngül, Məngül», M.Müşviq) Babrina – («Sənsiz yaşaya bilmirəm», M.Haqverdiyev) Çin gözəli – («Məlikməmməd», Nağıl tamaşa) Ana – («Qızıl dağın kralı», N.Orxan) Dovşan – («Bostan müqəvvası», S.Əliyev) Göyçək Fatma – («Kosmosa səyahət», H.Atakişiyev) Dayə – («Şelkunçik», E.T.A.Hofman») Barbel – («Yatmış gözəl» B.Marvin) Pəri – («Göyçək Fatma» Azərbaycan xalq nağılı) Əminə – («Buzovna kəndinin əhvalatları» Elçin) Qısır qarı – («Şahzadə Xəzrin nağılı» K.Ağabalayev, N.Kazımov) Püstə – («Qaraca qız» S.S.Axundov, AŞaiq) Fregen Bok – («Balaca və damda yaşayan Karlson A.Lindqren) Dayə – («Danışan gəlincik» A.Şaiq) Kahin qadın - Q.Qorin "Henstratı unudun" Jurnalist - R.Əlizadə "Əbləhlərin toyu" 3cu aparıcı -V.Səməd oğlu "Uzaq yaşıl ada" Ofa- Ə.Əmirli"Kişi və qadın" Kərimə - M.F.Axundov "Mürafiə vəkilləri" Dayə-Ə.Səmədli"Hərənin öz ulduzu" "Şelkunçik" -Dayə (Rej. N.Başiyeva 2009.) "Yatmış gözəl" - Barbel (Rej. N.Kazımov 2010) "Revayəti-Şahzadeyi Xəzər" - Qısırqarı (Rej. N.Kazımov 2012) "Balaca və damda yaşayan Karlson"-Freken Bok (Rej.
Xəlil Əlimirzəyev
Əlimirzəyev Xəlil Oruc oğlu (1918, Qutqaşın – 1976, Bakı) — tarix elimlər doktoru, professor. == Həyatı == Xəlil Əlimirzəyev 1918-ci ildə indiki Qəbələ rayonunun (Qutqaşın) Mirzəbəyli kəndində anadan olmuşdur.1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1948-ci ildə Universiteti bitirib. 1946-1947-ci illərdə Azərbaycan Respublikası MK-da təlimatçı işləyib. 1948-ci ildə Universitetin aspiranturyasının bitirib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 20 monoqrafiya və kitabın müəllifidir. 300 çap vərəqəsi həcmində məqalənin müəllifidir. 2 dəfə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib. Bir sıra orden və medalları var.
Əlimran Şirvanski
Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır.Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.
Əlimurad hamamı
Əlimurad hamamı — Abşeron rayonu Görədil qəsəbəsində, Novxanı-Pirşağı yolundan 600 m cənubda, Görədil kəndinin daxilinə gedən yolun sağ tərəfində yerləşir. == Tikili == Dörd bucaqlı formaya malik hamamın iki hissədən girişi vardır (cənub və şərq). İki hücrədən ibarət olan hamam müvafiq olaraq 2 günbəzə sahibdir. Hər gümbəzdə iki pəncərə vardır. Girişdə yerləşən hücrənin üzərində olan gümbəzdəki pəncərələrdən biri şərq, digəri isə cənub istiqamətdə yerləşdirilmişdir. İkinci gümbəzdəki pəncərələr isə cənub-qərb və cənub-şərq istiqamətdədir. Görünür bu hamamın daxilinə günəş işığının düşməsi və dəniz istiqamətdən əsən xəzri küləyinin gətirdiyi soyuq havanın və ya dəniz qumunun hamamın daxilinə daxil olmaması məqsədini güdür. == Tarixi == Hamamın XIX əsrdə tikilməsi qeyd olunur. Hamam hazırda istifadəsiz və baxımsız vəziyyətdədir. Hamamın adının onu inşa etdirən şəxsin adı ilə bağlı olması ehimal edilir.
Əlimurad xan Zənd
Əlimurad xan Zənd (?-18.1.1785) — Zəndlər sülaləsindən Fars, İsfahan hakimi. == Həyatı == Kərim xan Zəndin ölümündən sonrа Mərkəzi İrаndа Zəndlər sülaləsinin nümаyəndəsi Əlimurаd хаn hаkimiyyəti ələ keçirmişdi. Lаkin o öz hаkimiyyətini möhkəmləndirə bilmirdi. Çoхlаrı Əlimurаd хаnı İrаn hökmdаrı kimi tаnımаq istəmirdilər. Bunа görə Əlimurаd хаn Rusiyаnın dəstəyini qаzаnmаq üçün onа ittifаq bаğlаmаq təklifi ilə mürаciət etdi. Hələ 1783-cü ildə generаl Potyomkinin təbrik məktubunu аlаn Əlimurаd хаn öz məmuru Məhəmməd bəyi məktublа Qаfqаz хəttinə göndərib rus tаcirlərinə hər cür şərаit yаrаtdığını, Peterburq sаrаyınа səfir göndərib Rusiyа ilə onun аrzulаdığı şərtlərlə ittifаq bаğlаmаq istəyində olduğunu bildirmişdi. Cənubi Qаfqаzı öz mülklərinə qаtmаğı niyyət edən Rusiyа onun üçün çoх əlverişli olаn bu mürаciətə həvəslə cаvаb vermişdi. Q.А.Potyomkin II Yekаterinаyа yаzmışdı ki, Mərkəzi İrаnı ələ keçirən Əlimurаd хаn Rusiyа ilə ittifаq ахtаrır və bundаn istifаdə edərək "İrаn Ermənistаnını" könüllü аlıb, onun əsаsındа Аlbаniyа quberniyаsı təşkil etmək olаr. О, 1784-cü ilin mаy аyındа isə Əlimurаd хаnın təklifindən fаydаlаnmаq bаrədə müsbət rəyini Bezborodkаyа bildirmişdi: "Bundаn böyük хeyir qаzаnmаq, Ermənistаn ölkəsini və Аlbаniyаnı təşkil etməli olаn hissəni, İrаklinin çаrlığını qurmаq olаr". Əlimurаd хаnlа dаnışıqlаrın sürətləndirilməsinin bir səbəbi də Qubаlı Fətəli хаnın Cənubi Аzərbаycаn torpаqlаrını birləşdirmək istiqаmətində cəhdlər göstərməsi idi.
Əlimuradlı
Əlimuradlı— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əlimuxtar Hüseynzadə
Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı – 14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978). == Həyatı == Hüseynzadə Əlimuxtar Ağaqulu oğlu 5 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsil == 1 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur. Hüseynzadənin gənc yaşları müharibənin qızğın illərinə təsadüf edir. Bununla əlaqədar orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra məcburiyyət qarşısında qalaraq Bakı Dəmiryolu Texnikumuna daxil olur. Təhsilini davam etdirərək, eyni zamanda Bakı şəhərinin Sabunçu rayonunda dəmiryolu sahəsində baş fəhlə və texnik vəzifəsində çalışır. 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutunun tikinti şöbəsinə daxil olur (sonralar bu filial Azərbaycan Sənaye İnstitutunun Nəqliyyat fakültəsinə çevrilir) və 1950-ci ildə institutun birinci məzunlarından biri olur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1950–1953-cü illərdə Kür-Araz Su Tikinti İdarəsinin Salyan bölməsində usta vəzifəsindən başlamışdır.
Əlimuxtar Həsənov
Həsənov Əlimuxtar (tam adı: Həsənov Əlimuxtar Yaqub oğlu, d.1896, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il, 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tarix-filologiya sahəsində davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Əlimuxtar Əliyev
Əlimuxtar Ağakişi oğlu Əliyev (Mirzə Muxtar) — XX əsrin əvvəllərində fəaliyyət göstərən ilk azərbaycanlı həkimlərdən biri. == Həyatı == Əlimuxtar Əliyev 1884-cü ildə Bakıda anadan olmuşdur. Tiflis şəhərində gimnaziyanı bitirən Əlimuxtar Kiyev Tibb İnstitutuna daxil olur və oranı 1914-cü ildə terapevt kimi bitirir. İnstitutu bitirən kimi gənc həkim Ə. Əliyev Birinci dünya müharibəsinə göndərilir. Müharibədə göstərdiyi xidmətlərinə görə Əlimuxtar Əliyev Georgi xaçı ordeni ilə təltif edilir. Georgi xaçı ilə, əsasən, general və zabit heyəti, həmçinin hərbi hissələr təltif olunurdu. Azərbaycanlı hərbçilərdən Ə. Şıxlinski, S. Mehmandarov, Ə. Əlibəyov Georgi xaçı ordeni ilə təltif olunmuşlar. Əlimuxtar Əliyev yeganə azərbaycanlı həkimdir ki, çar Rusiyasının ən yüksək ordeni olan Georgi xaçı ilə təltif olunmuşdur. Müharibədə olarkən Ə.Əliyev artilleriyanın atası, həmyerlimiz general Əliağa Şıxlinski ilə tanış olur. 1917-ci ildə müharibədən qayıdan Əliyev Bakada həkimliklə məşğul olmağa başlayır, 1921-ci ildə keçmiş Mixaylovsk xəstəxanasına baş hakim təyin olunur və 1937-ci ilə qədər bu müalicə ocağına başçılıq edir.
Əli Məmmədov (alim)
Əli Məmmədov (tam adı: Əli Pənah oğlu Məmmədov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının Baş elmi işçisi, Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Məmmədov Əli Pənah oğlu 1931-ci il aprel ayının 15-də Qazı-Məhəmməd (indiki Hacıqabul) rayonunun Rəncbər kəndində anadan olub, 1949-cu ildə Nəvahi orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakultəsinə daxil olub və 1953-cü ildə onun “Fizika” şöbəsini bitirib. O, 1953-1956-cı illərdə həmin institutun “Fizika” kafedrasının aspirantı olub. == Elmi fəaliyyəti == Ə.P.Məmmədov 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika institutunda laborant, baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. O, 1965-ci ildə “Bəzi monokristallik NaCl əsaslı fosforlarda tutma mərkəzlərinin kompleks tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Ə.P.Məmmədov Azərbaycan EA rəyasət heyətinin qərarı ilə 1967-ci ildə optik spektroskopiya və lüminessensiya sahəsində mütəxəssis kimi EA-nın Neft-Kimya Prosesləri İnstitutuna keçib. O, bu institutda 1967-1971-ci illərdə böyük elmi işçi, 1971-2012-ci illərdə isə laboratoriya müdiri vəzifəsində çalışıb. Hazırda Ə.P.Məmmədov institutun “Spektroskopik analiz” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışır.
Əli Məmmədov (neftçi alim)
Məmmədov Əli Əhməd oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Məmmədov Əli Əhməd oğlu 1931-ci ildə Azərbaycan Respublikasının Naxçıvan MR Şərur rayonu Dəmirçi kəndində anadan olmuşdur. 1961-ci ildə APİ-nun mexaniki fakültəsini fərqlənmə ilə bitirmişdir. 1963–1966-cı illərdə bu institutun aspirantıdır. 1966-cı ildə "Qoruyucu kəmərlərinin süzülmə zonasında möhkəmliyin və dayanıqlığın tədqiqi" mövzusunda namizədlik, 1973-cü ildə isə "Qoruyucu kəmərlərinin pozulmasının qarşısının alınmasının nəzəriyyə və praktikasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1966–1985-ci illərdə Azərbaycan elmi tədqiqat qazıma institutunda böyük elmi işçi, laboratoriya və şöbə müdiri işləmişdir. 1985-ci illərdə AzPİ-nun "Əməyin mühafizəsi" kafedrasının rəhbəri olmuşdur. Hal hazırda "Sənaye ekologiyası" kafedrasının professorudur. 1986–1991-ci illərdə Respublikanın Təhsil nazirliyində ictimai əsaslar üzrə şöbə rəhbəri olub. == Elmi fəaliyyəti == Məmmədov Ə. Ə. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qoruyucu kəmərlərinin süzülmə zonalarının deformasiyası məsələləri; müxtəlif tipli perforatorların səmərəliliyinin tədqiqi; boruların divarlarında çatların əmələ gəlməsinin təhlili; boruların istehsalı zamanı yaranan, gözlə görünməyən çatların təyin edilməsi üçün defektoskopik üsulun tətbiqi; qoruyucu borularının divarının qazıma aləti ilə yeyilməsini nəzərə almaqla hesabat üsulları.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Əlik
Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi. == Toponimikası == Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur. === 2011-ci il === 2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib.
Əlix
Əlix — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Sudur kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Əlix kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 86 nəfər əhali yaşayır.
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Aktif təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Aktiv təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Alim (islam)
Əl-Alim (ər. العليم) — Allahın adlarından biri. Mənası: Hər şeyi haqqiyla bilən,elminin sonu olmayan,heç bir şey elmindən gizli qalmayan.Əzəli elmiylə mütləq elm sahibi. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!İnsanlar düşünə biləcək bir şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və bu cür hesabsız biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir və ya bir neçə mövzu üzrə mütəxəssisləşirlər. Məsələn bir fizika mühəndisi, fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış bir insan, fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yaxın tarix üzə mütəxəssisləşmiş bir tədqiqatçı, yaxın tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.
Alim Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var.1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.Müxtəlif mənbələrdə Aydamağın ölüm tarixi 1849-cu il kimi olaraq qeyd olunub. == Mədəniyyətdə == Alim Aydamağa çoxlu əsərlər həsr olunub, onlar arasında N. A. Popovun "Alim Krım soyğunçusu" (1895) (rus.
Alim Dərələyəzli
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Gülmalıyev
Gülmalıyev Alim Cəfər oğlu (Alim Dərələyəzli) (18 may 1953, Kirovabad) — azərbaycanlı şair publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, "Dərələyəz" qəzetinin redaktoru. == Həyatı == Alim Dərələyəzli 18 may 1953-cü ildə Azərbaycanın qədim və tarixi bir şəhəri olan Gəncə şəhərində dünyaya gəlib. Ailəsi 1956-cı ildə ata-baba yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşüb. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirib. 1969-cı ildə Gəncəyə gəlib. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnib. Eyni zamanda 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alıb. 1972-ci ildə məktəbi bitirib, yenidən Dərələyəz mahalına qayıdıb. Bir müddət Arpa-Sevan tunelində çalışıb.
Alim Keşokov
Alim Keşokov (22 iyul (4 avqust) 1914, Terek vilayəti – 29 yanvar 2001, Moskva) — Sovet, kabardin əsilli şair, nasir. Kabardin-Balkar MSSR xalq şairi (1964). Sosialist Əməyi Qəhrəmanı (1990). 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiya == 9 iyul 1914-cü ildə Şaluşka kəndində (indiki Kabarda-Balkariya Respublikasının Çeqem rayonu) anadan olmuşdur. Atası Pşemaho Mirzabekoviç Keşokov (1876–1937) inqilabdan sonra kənd inqilab komitəsinin sədri, kolxoz təşkilatçısı, əvvəllər isə kənd müəllimi işləyib. Anası Kuoz Tliqurovna Keşokova olmuşdur (1897–1973). 1923-cü ildə atasının açdığı ikiillik kənd məktəbini (1924–1926) bitirmişdir. 1926–1928-ci illərdə kabardin ədəbiyyatının banisi Əli Şoqentsukovun dərs dediyi Baksan dairə kənd təsərrüfatı məktəbində (indiki Baksan "Aqro" peşə liseyi) oxumuşdur. Vladiqafqazda İkinci Şimali Qafqaz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirdikdən sonra (1931–1935) kənd məktəblərində müəllimlər hazırlamaq üçün regional müəllimlər kurslarında kabardin dili və ədəbiyyatı müəllimi işləmişdir.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub.2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alim Məmmədov
Alim Məmmədov (tam adı: Alim Tahir oğlu Məmmədov; 25 sentyabr 1950, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyat və yaradıcılığı == Alim Məmmədov teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı kimi tanınıb. Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin", Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov ("Qoca", Maksim Qorki).
Alim Qasımov
Alim Həmzə oğlu Qasımov (14 avqust 1957, Nabur, Mərəzə rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010). == Həyatı == === Erkən illəri === Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub. === Yaradıcılığı === ==== 1970-ci illər ==== 1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub. ==== 1980-ci illər ==== 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub. ==== 1990-cı illər ==== ==== 2000-ci illər ==== 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib. 2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
Aqus Səlim
Aqus Səlim (8 oktyabr 1884, Bukittinqqi[d], Qərbi Sumatra – 4 noyabr 1954, Cakarta) — İndoneziyanın milli qəhrəmanı, İndoneziya siyasi xadimi. İndoneziyanın müstəqillik uğrunda mübarizənin fəal iştirakçısıdır. 1945-ci ildə İndoneziya Konstitusiyasının hazırlanmasında iştirak etmiş, 1947-ci ildən 1949-cu ilədək İndoneziyanın xarici işlər naziri vəzifəsində çalışmışdır. Sarekat İslam partiyasının liderlərindəndir.
Aydın Əzim
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin mü- diri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlərÜzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası - klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997)Simfonik, instrumental əsərlərPiano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998) piano üçün variasiyalar (2001)Müzikllər, operettalar"Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995)Teatr tamaşalarına musiqilər"Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film, 1997) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Alim Quliyev
Alim Fuad oğlu Quliyev (15 mart 1999, Siyəzən rayonu – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət "Giləzi Quşçuluq Şirkəti" MMC-də fəhlə işləmişdir. 2020-ci ildən "Siyəzən Broyler" ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir. == İkinci Qarabağ müharibəsində iştirakı == Alim Quliyev Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb.
Alim Qurbanov
Alim Qurbanov (5 dekabr 1977-ci ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Xəzər-Lənkəran klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur.
Alim Yoldaşov
Alim Mirzə oğlu Yoldaşov (10 mart 1997, Nəsimikənd, Saatlı rayonu – 28 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Yoldaşov 10 mart 1997-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Alim Yoldaşov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Alim Yoldaşov 28 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Alim İbrahimov
Alim Səhrab oğlu İbrahimov – 26 dekabr 1993-cü il; Ucar rayonunun Qazıqumlaq kəndi, Azərbaycan – 29 sentyabr 2020-ci il; Tərtər rayonu Suqovuşan, Azərbaycan – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ailəsi Mingəçevir şəhərinə köçəndən sonra o, təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbində alıb. Hələ uşaq yaşlarından musiqiyə həvəsi olub. Alim İbrahimov 2004–2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub, daha sonra Milli Konservatoriyanın nəzdində Musiqi Kollecində təhsilini davam etdirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyib. 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Alim də cəbhəyə yollanır. Döyüşlərdə rəşadət göstərir, Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır. Noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Subay idi. Mədəniyyət.az == Hərbi xidməti == Alim İbrahomov Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.[1] Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
Elmi
Elmi — 1)elmə aid, elmlə əlaqədar. Məsələn, elmi əsər, elmi fəalliyyət, elmi kəşf; 2)elmi prinsiplərə əsaslanan, elmi tələblərə cavab verən, elmi məqsəd daşıyan. Məsələn, elmi nəzəriyyə, elmi mühazirə, elmi ekspedisiya, elmi konfrans. Elmi-fantastik – elmi əsaslar üzərində qurulmuş fantastikaya aid olan. Elmi-kütləvi – elm və texnikanın nailiyyətləri ilə geniş oxucu kütləsini aydın və sadə bir dillə tanış edən. Məsələn, elmi-kütləvi ədəbiyyat, elmi-kütləvi mühazirələr. Elmi-nəzəri – həm elmi, həm nəzəri əhəmiyyəti olan, həm elmi, həm nəzəri mahiyyət daşıyan. Məsələn, elmi-nəzəri məsələ, elmi-nəzəri konfrans. Elmi-texniki – texniki elmlər sahəsinə aid olan. Məsələn, elmi-texniki ədəbiyyat.
Açıq elm və elmi piratlıq
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur.Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir.Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır. Müasir dövrdə elmi məlumatların nə dərəcədə paylaşılması ilə bağlı mübahisələr gedir. Açıq elm hərəkatına səbəb olan ziddiyyət elm adamlarının ortaq resurslara çıxış əldə etmək istəyi ilə ayrı-ayrı qurumların digər qurumlar öz resurslarından istifadə etdikdə mənfəət əldə etmək istəyi arasındadır.
Elm
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).