Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliosman Qədimbəyli
Əliosman Qədimbəyli (azərb. Əliosman Elbəniz oğlu Qədimbəyli‎; d. 1984, Şəki) — Neyrocərrah, Tibb Elmləri Doktoru. 1984-cü ildə Şəki şəhərində doğulmuşdur. Şəki şəhər 2 saylı orta məktəbi bitirmişdir. İxtisası Neyrocərrahdır. Baş beyin, onurğa sütunu və periferik sinirlər üzrə cərrahi əməliyyatları icra etməkdədir. Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsini 2006-cı ildə bitirmişdir. Bundan sonra ixtisasının təkmilləşməsi üçün Türkiyədə Ege Universitetində təhsil alaraq müasir neyrocərrahiyyənin ən son nəaliyyətlərini əldə etmişdir. Türkiyədə ixtisasını təkmilləşdirib tamamladıqdan sonra Avropanın bəzi ölkələrində Almaniyada, Praqada müxtəlif kurslarda iştirak etmişdir.
Fyodor Erisman
Fyodor Erisman (әsl adı Fridrix Quldreyx) (24 noyabr 1842 – 1 dekabr 1915 və ya 13 noyabr 1915, Sürix) - rus–isveç hәkim-gigiyenisti. Rusiyada gigiyenanın banilәrindәn biri. == Bioqrafiyası == 1865-ci ildə Sürix Universitetinin tibb fakültәsini bitirmiş, göz xәstәliklәri üzrә ixtisaslaşma keçmişdir. 1869-cu ildә Peterburqa gәlmişdir. 1873-74-cü illәrdә Maks İosif Pettenkoferin yanında biliklәrini tәkmillәşdirmişdir. Rusiyada ilk dәfә olaraq "Gigiyena dәrsliyi" (1-3 c., 1872-77) nәşr etdirmişdir. 1879-cu ildә Moskvaya köçmüş vә burada Aleksandr Poqojev, Yevqraf Osipov vә Yevstafıy Dementyevlә birgә Moskva quberniyasının sәnaye müәssisәlәrinin sanitariya müayinәsini apararaq, nәticәlәrini 17 cilddә vә 2 әlavә buraxılışda nәşr etdirmişdir. 1882-96-cı illәrdә Moskva Universitetinin gigiyena kafedrasında professor işlәmişdir. Moskvanın su kәmәrinin, kanalizasiyasının vә suvarma tarlalarının bir sıra sanitariya mәsәlәlәrini vә mәktәb gigiyenası problemlәrini işlәyib hazırlamışdır. 1896-cı ildә polis tәrәfindәn hәbs olunan tibb fakültәsi tәlәbәlәrini müdafiә etdiyinә görә universitetdәn kәnar edilmiş vә Sürixә köçmüşdür.
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Əlbistan
Əlbistan - Qəhrəmanmaraş eline bağlı ən böyük ilçədir. Aralıq dənizi, İç Anadolu və Şərqi Anadolu bölgələrinin kəsişdiyi nöqtədə yerləşir. Elçə sınır-sərhədləri Şərqi Anadolu bölgəsinin Yuxarı Fərat bölümündə olub 2547 km² yüz ölçümünə sahibdir. Təxminən 37 şərqi meridiani – 38 şimal paraleli arasında olan Əlbistanın şimalında Darəndə və Gürün ilçələri, cənubunda Nurhak və Ekinözü, şərqində Malatya ili, Doğanşehir ve Ağçadağ ilçələri, qərbində isə Afşin və Göksun ilçələri var. Əlbistan şəhəri Zülqədəroğulları bəyliyinin paytaxtı olub.
Alisma
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Əlican
Əlican — kişi adı. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən.
Liman
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. == Limanlar və ekologiya == Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Hacı Əhliman
Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. == Həyatı == Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub. 1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib. Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb. Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir. Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.
Əlbistan döyüşü
Əlbistan döyüşü — 15 aprel 1277-ci ildə Sultan Baybars komandanlığındakı Məmlük ordusu ilə Tatavun Noyan komandanlığındakı erməni, gürcü və Səlcuqlular tərəfindən dəstəklənən monqol ordusunun qarşılaşdığı döyüşdür. Döyüş Əlbistan ovasının Kalfa düzündə baş vermişdir. Kösədağ döyüşündə məğlub olması ilə birlikdə monqolların hakimiyyəti altına girən Səlcuqlu dövləti vəziri Pərvanə Muinəddin Məmlük sultanı Baybarsa göndərdiyi məktublarla onu Anadoluya dəvət etmiş, özlərini monqollardan xilas etməsini istəmişdir. Bu çağırışlara qulaq verən Sultan Baybars 25 fevral 1277-ci ildə Qahirədən ayrılaraq 24 mart 1277-ci ildə Şama və sonrasında Hələbə çatdı. 1277 baharında Hələbdən ayrılaraq Anadoluya doğru hərəkətə keçdi. Sultan Baybars öndərliyindəki Məmlük ordusu Göksu və 12 apreldə Ağça Dərbəndə gəldi. Əmir Şəmsəddin Sunqur komandanlığındakı Məmlük öncü birlikləri 14 apreldə Gəray Noyan komandanlığındakı təxminən 3.000 məfərlik monqol dəstəsini məğlub etdi. Tatavun komandanlığındakı monqol ordusunun Ceyhan çayı üzərində olub, onlara yaxınlaşmaqda olduqları məlumatının gəlməsindən sonra Məmlük sultanı ordusunu Əlbistan ətrafındakı Afşinin şimal-qərbində yerləşən Hununun qərbindəki qayalıqlı dağa çıxardı. Buradan Əlbistan ovasındakı monqollar rahatlıqla görünməkdə idi. Monqollar hər biri min nəfərdən çox olmaqla 11 tabor idi.
Əlimran Şirvanski
Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır. Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.
Əlisaab Babayev
Babayev Əlisaab Baba oğlu — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı Əlisaab Baba oğlu Babayev 1927-ci ilin mart ayının 10-da Ucar rayonunun Müsüslü kəndində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini doğma kəndində aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunmuşdu. 4 qız, 1 oğul övladı vardır. 1947-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. 1951-ci ildən 1953-cü ilə kimi Müsüslü kənd məktəbində müəllim işləmişdir. 1953–1954-cü illərdə Ucar rayon Komsomol Komitəsinin ikinci katibi işləmişdir. Ə. B. Babayev 1954-cü ildə partiya işinə keçirilmişdir. Ucar rayonundakı Müsüslü MTS partiya təşkilatının katibi, Azərbaycan KP Ucar rayon Komitəsinin təlimatçısı, katibi və ikinci katibi olmuşdur. 1963-cü ildə Ucar rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilmişdir. 1966-cı İlə kimi həmin vəzifədə çalışmışdır.
Əlisaab Orucov
Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992). Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır. 1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur. 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir. Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur. Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir. Əlisaab Orucov 1973-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci (1985–1990) və 12-ci (1990–1991) çağırış deputatı seçilmişdir.
Əlizaman Rəhimov
Əlizaman İslamov
Əlzaman Rəhimov
Vəlistan (Miyanə)
Vəlistan (fars. ولستان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (14 ailə).
Yurgen Klinsman
Yurgen Klinsman (30 iyul 1964[…]) — Alman futbol mütəxəssisi, FİFA 100 siyahısına daxildir.
Əhliiman (Meşkinşəhr)
Əhliiman (fars. اهل ايمان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (41 ailə).
Əhliman Axundov
Axundov Əhliman Molla Əli oğlu (1903-1977), ədəbiyyatşünas. Əhliman Əli oğlu Axundov 30 sentyabr 1903-cü ildə keçmiş Yelizavetpol mahalı Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olmuşdur. 1909-cu ildən 1919-cu ilədək atası molla Əlinin mədrəsəsində azərbaycan, fars və ərəb dilləırində İlk təhsilini almış və daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir.. 1932-ci ildə Ali Pedaqoji institutu bitirmiş, aspiranturada təhsilini davam etdirmiş və Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək elmlıər namizədi adını almışdır. Ömrünü folklor tədqiqatına bağlamış Əhliman Axundov Azərbaycanın bütün bölgələri üzrə folklor nümunələrini toplamış və ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Dil və ədəbiyyat insitutunda müxtəlif vəzifələrdə çalışmışdır. Əhliman Axundov 1977-ci ildə Oktyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir. Sadiq qardaş, 1942 Qudurğan qaban, 1942 Nağıllar, 1948 Азербайджанские сказки, 1950 (rus dilində) Məlik Məmməd, 1958 Əsli və Kərəm, 1960 Qaçaq Nəbi, 1961 Xalq dastanları 2 cildlik, Əhliman Axundov, 1961 Azərbaycan nağılları 5 cildlik, 1961 Telli saz ustaları, 1964 Cənnət satan molla, 1965 Sarı aşıq, 1966 Aşıq Ələsgər, 1967 Azərbaycan folkloru antologiyası. II cild (toplayanı Ə.Axundov) Bakı. Azərbaycan EA nəşriyyatı. 1968 Azərbaycan dastanları 5 cildlik Əhliman Axundov, 1969 Azərbaycan nağılları 2 cildlik, 1970 Aşıq Ələsgər 2 cildlik, 1970 Aşıq Hüseyn Şəmkirli, 1971 Oyunlar, 1971 Azərbaycan xalq nağılları, Əhliman Axundov, 1972 Tülkü tülkü tümbəki, 1972 Qaravəllilər, 1974 Aşığın sözü, 1976 Azərbaycan xalq dastanları, Əhliman Axundov, 1980 Azərbaycan nağılları, 1982 Azərbaycan aşıqları və el şairlər, Tərtib edən: Ə.Axundov.
Əhliman Mehdiyev
Əhliman Muradov
Əhliman Xanəlioğlu Muradov (9 iyul 1951, Siyəzən – 28 may 2015, Siyəzən) – Fizika-riyaziyyat elmləri doktoru, professor Azərbaycan Respublikası, Siyəzən şəhərində 9 iyul 1947-ci ildə anadan olub, ailəlidir, 3 uşaq atasıdır.2015-ci ildə 28 mayda vəfat etmişdir. 1970-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1975-ci ildə “Boşalma cərəyanının modulyasiya rejimində qaz boşalması müsbət sütununu tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə “Qeyri stasionar və qeyri bircins plazmanın dinamik xüsusiyyətləri və elektronların sürətlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1995 – professor 1974-1979 Fiziki Elektronika kafedrasında assistent, 1979-1984 - baş müəllim, 1984-1995 - dosent, 1995-ci ildən professor. Dərs dediyi fənlər Ümumi fizika, Radiofizika, Elektron-ion cihazları və electron optikası, Qaz boşalması və plazma fizikasının nəzəri əsasları. 60 elmi əsərin müəllifidir 2 kitabın müəllifidir 1973 - XI ICPIG . Praqa, Çexoslovakiya. 1986 - Atom spektroskopiyası üzrə XI Beynəlxalq konfrans. Bolqarıstan, Varna.
Əhliman Rüstəmov
Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub. 1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib. Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb. Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir. Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.
Əhliman Əliyev
Əhliman Əmiraslanov
Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod, Basarkeçər rayonu) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015) və VI çağırış (2020) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015 — indi), Yeni Azərbaycan Partiyasının üzvü. Əhliman Əmiraslanov 1947-ci il noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olub. 1969-cu ildə hələ tələbəykən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb. 1974–1977-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı olub. 1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışıb. 1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır. 1992-ci ildən 24 noyabr 2015-ci ilədək Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əhliman Əzizov
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. == Yaranması == Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.
Elbistan
Əlbistan - Qəhrəmanmaraş eline bağlı ən böyük ilçədir. Aralıq dənizi, İç Anadolu və Şərqi Anadolu bölgələrinin kəsişdiyi nöqtədə yerləşir. Elçə sınır-sərhədləri Şərqi Anadolu bölgəsinin Yuxarı Fərat bölümündə olub 2547 km² yüz ölçümünə sahibdir. Təxminən 37 şərqi meridiani – 38 şimal paraleli arasında olan Əlbistanın şimalında Darəndə və Gürün ilçələri, cənubunda Nurhak və Ekinözü, şərqində Malatya ili, Doğanşehir ve Ağçadağ ilçələri, qərbində isə Afşin və Göksun ilçələri var. == Tarixi == Əlbistan şəhəri Zülqədəroğulları bəyliyinin paytaxtı olub.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Elista
Elista — Rusiya Federasiyasında yerləşən şəhər Kalmıkiya Respublikasına daxildir
Əlişar
Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elimxan Cəfərov
Elimxan Cəfərov Süleyman oğlu — Azərbaycan alimi, biologiya elmlər doktoru == Həyatı == 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi qızıl medal ilə, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, 1981-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSRİ EA-nın Kimyəvi-fizika İnstituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E. Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. E. Cəfərov aspiranturanı bitirdikdən sonra öz elmi fəaliyyətini Azərbaycan SSR EA-nın Fizika İnstitunun " Fiziki – kimyəvi biologiya" sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. İşlədiyi sektorun Azərbaycan EA-nın Botanika İnstitunun tabeliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən "Radiobiologiya və radiokimya" şöbəsi yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilmiş və E. Cəfərov həmin tarixdən İnstitutun aparıcı elmi işçisi olmuşdur. Elmxan Cəfərov 1 mart 2003-cü il tarixindən etibarən İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. == Əsas elmi fəaliyyəti == E. Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur. Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
Keliman dağları
Keliman dağları, Kaliman (rum. Munţii Călimani) — Rumıniyanın şimalinda dağ massivi. Massiv Şərqi Karpatlarda, Bukovina və Transilvaniya tarixi bölgələrinin sərhəddində yerləşir. Keliman massivi geoloji baxımdan Keliman-Xarqit dağlarına aiddir. == Ümumi məlumat == Keliman dağlarında ən yüksək zirvə Petrosa pikidir (2102 m). Digər yüksək zirvələr: Reşiç (2021 m), Bistrisiorul (1990 m), Stuniorul (1885 m). Ən yüksək zirvə olan Petrosa böyük vulkanik kraterlə əhatə olunub. Kraterin diametri 10 km-dir. Krateri Petrosadan Valya Neqare çayı ayırır. Kraterin daxilində bir neçə kiçik çuxur var (Pietricelui, Vârful Haitei, Negoiul Românesc).
Metyu Seliqman
Metyu Seliqman (14 iyul 1955 – 17 aprel 2020, London) — Böyük Britaniya gitaraçısı. 14 iyul 1955-ci ildə doğulub. Metyu Seliqman Böyük Britaniyada Devid Boui və Şineyd Okonnor ilə birlikdə çıxış edibdir. Seliqman 1980 və 1990-cı illərdə tanınmış ifaçılarla birlikdə eyni səhnəni bölüşüb. 1985-ci ilin iyul ayında məşhur pop və rok musiqiçilərini bir yerə toplayan “Live Aid” xeyriyyə konsertində Boui ilə birlikdə gitara ifa edib. 17 aprel 2020-ci ildə koronavirus xəstəliyindən Londonda vəfat edib.