AKVÁRİUM
AQAVA
OBASTAN VİKİ
.aq
.aq — Antarktikanın internet kodu. Domen iki il müddətinə pulsuz verilir. Domeni almaq üçün isə hökmən Antarktidada azı bir dəfə olmaq tələb edilir. İki ildən sonra istifadə müddətini yenidən artırıla bilə.
Aq-Manay bərzəği
Aq-Manay bərzəği (rus. Ак-Монайский перешеек, ukr. Ак-Монайський перешийок, krımtat. Aq Manay boynu, Акъ Манай бойну) — Kerç yarımadasını Krımın əsas hissəsi ilə birləşdirir. Azov dənizinin Sivaş körfəzi və Arabat körfəzlərini Qara dənizin Feodosiya körfəzini ayırır. Bərzəğin uzunluğu təqribi — 15 km, eni ən dar yerdə — 17 km təşkil edir. Bərzəx öz adını onun ərazisində yerləşən Aq-Manay və Parpac kəndlərinin adından götürmüşdür. Bərzəğin şimal hissəsində Arabat Oxu adlı burun vardır. Onun ərazisində hərbi su anbarları və Kamışıncki Luk gölü vardır. Bərzəxdə Kamenskoe, Lovovo, Petrovo, Semisotka, Frontovoe, Yacmennoe və şəhər tipli qəsəbə olan Primorsk Bərzəz artıq I–III əsrlərdə məskunlaşma mövcud idi.
Əhməd Məhəmməd Aq Amani
Əhməd Məhəmməd Aq Amani (fr. Ahmed Mohamed ag Hamani; 1942, Qundam[d], Tombuktu[d]) — Mali dövlət xadimi və siyasətçisi. O, 2002–2004-cü illərdə Malinin baş naziri vəzifəsində çalışmışdır. Əhməd Məhəmməd Aq Amani 1942-ci ildə, Malinin Qundam kommunasında bir tuareq ailəsində anadan olmuşdur. O, 1975-ci ildə Malinin planlaşdırma nazirinin texniki məsləhətçisi olur, 7 yanvar 1978-ci il tarixində isə şirkətlərə və dövlət müəssisələrinə nəzarət naziri olaraq hökumətə qoşulur. Əhməd Məhəmməd daha sonra, 28 iyun 1979-cu il tarixində Mali hökumətində informasiya və telekommunikasiya naziri kimi çalışır. O, 2 avqust 1980-ci il tarixində isə planlaşdırma naziri təyin edilir, prezident və müdafiə naziri olan Musa Traoredən sonra Mali hökumətindəki ikinci ən əhəmiyyətli şəxsə çevrilir. Əhməd Məhəmməd 31 dekabr 1984-cü il tarixində idman, incəsənət və mədəniyyət naziri, daha sonra, 6 iyun 1986-cı il tarixində isə nəqliyyat və ictimai işlər naziri olur. O, 20 yanvar 1987-ci il tarixində Mali hökumətindən ayrılır və Seneqal Çay İnkişaf Təşkilatının ali komissarı olur ki, o, 1992-ci ilə qədər orada çalışır. Əhməd Məhəmməd 1993-cü ildə Mali Prezidenti Alfa Ömər Konare tərəfindən Mərakeş səfiri təyin edilir.
Eduardo Aqnelli
Edoardo Anielli — avtomobil zavodlarının, helikopter istehsal edən bir neçə zavodun, bir neçə bankın, tikinti, sığorta, geyim və mətbuat şirkətlərinin və məşhur Yuventus idman klubunun sahibi olan Anielli ailəsində dünyaya gəlmişdir. Bir vaxtlar ailənin illik gəliri 60 mlrd. ABŞ dolları həcmində dəyərləndirilmişdir. Atası senator Covanni Anielli ailənin başçısı və sözügedən şirkətlərin əksəriyyəti üzərində qanuni nəzarətçi olmuş, anası isə qabaqcıl yəhudi ailələrindən olan Karloci ailəsindən olmuşdur. E.Anielli Amerikanın Brinston Universitetinin Dinlər və Şərq Fəlsəfəsi fakültəsində təhsil almış, doktorluq dərəcəsinə yiyələnmişdir. Bir müddət Yuventus futbol klubunun rəhbəri olmuş, bu müddət ərzində təvazökarlığı və xoş əxlaqı ilə insanların rəğbətini qazanmışdır. == İslamı qəbul etməsi == E.Anielli 1974-cü ildə Nyu-Yorkda universitetdə oxuyarkən Qurani-Kərimdən təsirlənməsi nəticəsində islam dinini qəbul etməyi qərara alır. Belə ki, kitabxananın rəflərinin birindən Qurani-Kərimi götürüb oxumağa başlayır. Oxuduqca bu kitabın başqa kitablardan fərqləndiyini, bəşər sözü olmadığını və nurani ilahi kəlam olduğunu hiss edir. Davam etdikcə, buna olan inancı daha da artmağa başlayır və islamı qəbul edir.
Erigeron aquarius
Erigeron aquarius (lat. Erigeron aquarius) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eutoxeres aquila
Eutoxeres aquila (lat. Eutoxeres aquila) — eutoxeres cinsinə aid heyvan növü.
Faiq Məmmədov (aqronom)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur. == Həyatı == Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir. 1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
Georgi Aqafonov
Georgi Aqafonov (Aqafonov Georgi Matveyeviç; 2 may 1922, Elxovka[d], Saratov quberniyası[d] – 19 yanvar 1980, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (24 aprel 1945) == Həyatı == Georgi Aqafonov 2 may 1922-ci ildə Saratov vilayətində doğulmuşdur. 1940-cı ildə orduya çağırılmışdır. İkinci dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlığa görə 24 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra hərbi fəaliyyətini davam etdirmişdir. Georgi Aqafonov 19 yanvar 1980-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhərindəki Fəxri Xiyabanda dəfn olunmuşdur.
Georgi Aqrikola
Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) – == Həyatı == Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) 1494-cü ildə Saksoniyanın Qlauxau (alm. Glauchau) şəhərində kətan toxucusu ailəsində ikinci uşaq kimi dünyaya gəlmişdir. 1514-cü ildən 1518-ci ilə qədər Leipsiq Universitetində qədim dillər üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Çvikau (alm. Zwikau) şəhərində işləmək təklifini alır. Beləliklə o, 1518-ci ildə Çvikau şəhər məktəbində rektor vəzifəsində işləməyə başlayır. Aqrikola məktəbdə köklü dəyişikliklər edərək latın, yunan, hebron dilləri ilə bərabər əkinçilik, üzümçülük, tikintişünaslıq, ölçmə, hesablama, əzcazçılıq və hərbşünaslıq sahələrini də tədrisə daxil edir. 1521-ci ildə Aqrikola yenidən tibb üzrə təhsil almaq üçün öncə Leipsiq, 1523-çü ildə isə Boloniyaya və Padua şəhərlərinə gedir. 1527-ci ildə Almaniyaya qayıdan Aqrikola Kemnits (alm. Chemnitz) şəhərində həkim kimi işə başlayaraq ömrünün sonuna kimi burada işləmişdir.
Grevillea aquifolium
Grevillea aquifolium (lat. Grevillea aquifolium) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea aquifolium (Lindl.) Christenh. & Byng === Heterotipik sinonimləri === Grevillea variabilis Lindl.
Gürcüstan Aqrar Universiteti
Gürcüstan Aqrar Universiteti (gürc. საქართველოს აგრარული უნივერსიტეტი) — Gürcüstan ərazisində fəaliyyət göstərən özəl ali təhsil ocağı. Universitet 1929-cu ildən fəaliyyət göstərir və Gürcüstanın kənd təsərrüfatı sahəsində təhsil verən yeganə universitetidir. Gürcüstanda sürətlə inkişaf edən bir ali təhsil müəssisələrindən biridir. 2018-ci ilədək qeydiyyatdan keçmiş 60 universitet arasında ikinci yeri tutur. Bu təhsil ocağı Avropa, Amerika və Asiyada 13 universitetlə tərəfdaşlıq edir. Bu isə universitetlər arası mübadilə proqramlarında iştirak etməyə imkan verir. Universitetdə təhsil bakalavr, magistr və doktorantura proqramları ilə həyata keçirilir. 2015-ci il göstəricilərinə görə Gürcüstanın 10 ən məşhur universiteti arasında 4-cüdür Universitetin tərkibinə 3 fakültə daxildir: Aqrar və Təbii Elmlər fakültəsi Mühəndis-texmologiya fakültəsi Biznes-idarəetmə fakültəsi Ünvan: Gürcüstan 0131, Tiflis, David Aqmaşenebeli alleyаsı, 240. == Tarixi == 1917-ci ildə Politexnik İnstitutunda kənd təsərrüfatı bölməsində iki fakültə var idi.
Gənc Aqrippina
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Hyemoschus aquaticus
Su maralcığı (lat. Hyemoschus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinə aid heyvan cinsi.
Ilex aquifolium var. barcinonae
Şişyarpaq şümşə (lat. Ilex aquifolium) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir.
Ipomoea aquatica
Ipomoea aquatica (lat. Ipomoea aquatica) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Jak Loran Aqas
Jak Loran Aqas (fr. Jacques-Laurent Agasse) — İsveçrəli rəssam. Loran Aqas əsasən mənzərə və heyvan rəsmləri çəkməklə məşhurlaşmışdır. == Həyatı == 1767-ci ilin 24 aprel tarixində Genuya şəhərində dünyaya gələn Aqas ilk rəssamlıq təhsilində bu şəhərdə almışdır. 20 yaşı olarkən təhsilini daha yüksək səviyyədə davam etdirə bilmək üçün Paris şəhərinə gedir. Atların və digər heyvanların anatomik quruluşu ilə gənclik illərindən maraqlanan İsveçrəli rəssam baytarlıq təhsili almağa başlayır. Bu müddət ərzində nəsil kökünün bağlı olduğu İsveçrəyə mütamadi gedirdi. Heyvanlara olan marağı səbəbindən bu mövzuda şəkillər çəkməyə başladı və elə qısa zamanda Avropada məşhurluq əldə etdi. Jak Loran Aqas eyni zamanda Osmanlı imperiyası ilə əlaqəli mövzularda rəsm əsərləri çəkmişdir. Rəssam 1849-cu ildə London şəhərində vəfat edib.
Kazan aqlomerasiyası
Kazan aqlomerasiyası, bölgənin şimal-qərbində, əsasən Volqanın sol sahilində yerləşən Tatarıstan Respublikasında ən böyük şəhər aqlomerasiyasıdır. Əhalisi 1,56 milyon nəfər təşkil edir. Aqlomerasiya monosentrik bir xarakter daşıyır, o, Kazan və Zelenodolsk şəhərlərini və respublikanın 6 bələdiyyə rayonunu əhatə edir. Tatarıstanın aqlomerasiya və Paytaxt İqtisadi Bölgəsinin tərkibi və inkişafı Tatarıstan Respublikasının Ərazi İqtisadi Siyasəti Konsepsiyasında təsbit edilmişdir. == Struktur == Mari El Respublikasının Məkan Planlaşdırmasına görə qonşu Mari El Respublikasının bəzi əraziləri Kazan aqlomerasiyasına daxil edilir (bu halda "böyük qrup məskunlaşma sistemi" adlandırılır). Mari Elin bitişik rayonlarının daxil edilməsi ilə Kazan məskunlaşma sisteminin əhalisi 1.680.834 nəfərdir. Rusiya Federasiyası Hökumətinin və Prezident Administrasiyasının ekspert qiymətləndirməsinə görə, 2010-cu ildə Kazan aqlomerasiyasının əhalisi 1.560.459 nəfər idi. == İqtisadiyyat == Aqlomerasiyanın iqtisadi əsasını Kazan-Zelenodolsk ərazi-sənaye mərkəzi təşkil edir. Aqlomerasiyanın bölgəyə cəlb olunan investisiyaların 52% -ni toplamasına və respublika iqtisadiyyatında çalışan vətəndaşların sayının 38% -nin cəmlənməsinə baxmayaraq, Tatarıstan Respublikasının ümumi regional məhsulundakı payı cəmi 28% -dir. Aqlomerasiya ərazilərinin əsas sahələri bunlardır: maşınqayırma, kimya, neft-kimya, yüngül və qida sənayesi, energetika.
Kelli Rassel Aqodon
Kelli Rassel Aqodon (ing. Kelli Rassel Aqodon; 1969, Sietl, Vaşinqton) — Sietldə anadan olmuş amerikalı şair, yazıçı və redaktor. O, Two Sylvias Pressin həmtəsisçisidir və Pasifik Lüteran Universitetində aşağı səviyyəli XİN rezidentura proqramı olan Rainier Writing Workshopda poeziya şöbəsində xidmət edir. == Həyatı == O, Seattleda böyüyüb və Vaşinqton Universitetində və Sakit Okean Lüteran Universitetində Rainier Yazı Emalatxanasını yazıçılıq üzrə magistr dərəcəsi ilə bitirib. O, Vaşinqton ştatında yaşayır. Onun işi Atlantic Monthly, American Poetry Review, Prairie Schooner, North American Review, Image, 5 am, Meridian, Calyx.,Poets.org, və The Los Angeles jurnallarında dərc olunub. Nəzərdən keçirin. Şimal-qərbdə yaşayır.[10] O, 2009–2014-cü illərdə Crab Creek Review jurnalının baş redaktoru olub. O, Two Sylvias Pressin həmtəsisçisidir. O, Sahildəki Şairlər: Qadınların Həftəsonu Yazıçılarının Retreatının həmdirektorudur.
Kiçik Aqrippina
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Kristina Aqilera
Kristina Mariya Aqilera (ing. Christina María Aguilera; 18 dekabr 1980[…], Staten-Aylend, Nyu-York ştatı) — ABŞ müğənnisi, bəstəkarı və aktrisası.
Leonid Aqranoviç
Leonid Aqranoviç (15 may 1915, Zmiyovka[d], Orlov quberniyası[d] – 15 mart 2011, Moskva) — ssenari müəllifi. == Həyatı == == Filmoqrafiya == Yaşamaq gözəldir, qardaşım!
Limnophila aquatica
Limnophila aquatica (lat. Limnophila aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin limnophila cinsinə aid bitki növü.
Lycopus aquaticus
Lycopus europaeus (lat. Lycopus europaeus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lycopus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lycopus riparius Salisb.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec (Əvvəlki adı:Lənkəran Dövlət Humanitar Kolleci)— Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Lənkəran Məktəbəqədər Pedaqoji və Lənkəran Musiqi texnikumları birləşdirilərək onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır. 11 iyul 2020-ci ildə Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Texnologiya müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Mühasibat uçotu; Arxiv işi və kargüzarlıq; Meşə və meşə-park təsərrüfatı; Muzey işi və abidələrin muhafizəsi; Aqronomluq.
Maddələrin aqreqat halı
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Maddənin aqreqat halları
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Mariya Korazon Aquino
Mariya Qaetana Aqnesi
Mariya Qaetana Aqnesi(it. Maria Gaetana Agnesi; 16 may 1718, Milan — 9 yanvar 1799) — italyan riyaziyyatçısı və filosofu. == Həyatı == Mariya Qaetana Aqnesi üç qadınla evlənmiş atası Pietronun 21 uşağının ən böyüyü idi. O, 16 may 1718-ci ildə Milanda anadan olub. Aqnesi bacı və qardaşlarına qulluq etmiş, həm də onların təhsilinə köməkçi olmuşdu. Atası Pietro zəngin idi və ipək ticarəti ilə məşğul olurdu. Buna görə də Mariya Qaetananın ən seçilmiş müəllmlər tərəfindən təhsil almasını təmin etmişdi. Mariya Qaetana çox gənc yaşında üstün səviyyədə dil öyrənmə qabiliyyətini göstərir. Hələ 9 yaşındaykən qadınların yüksək təhsil almasını dəstəkləyən bir mühakiməni (diskurs) böyük uğurla latın dilinə tərcümə edə bilmişdi. Mariya Qaetana 13 yaşında yunan, ibri, fransız, ispan və alman dillərini mükəmməl şəkildə öyrənə bilmişdi.

Digər lüğətlərdə