Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Assur
Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət. Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə.
Aşura
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Afşord (Heris)
Afşord (fars. افشرد‎) və ya Əfşar — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (104 ailə).
Abşar (Həftkel)
Abşar (fars. ابشار‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 81 nəfəri kişilər və 62 nəfəri qadınlar olmaqla cəmi 143 nəfərdir.
Assur dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Aşura (qida)
Aşura pudinqi(türk. Aşure) və ya Nuh pudinqi — taxıl,meyvə və qozkimilər qarışığından ibarət türk deserti. Aşura pudinqi, Balkanlarda və Türkiyədə İslami təqvimin ilk ayı Məhərrəmin onunda və ya Aşura günü təklif edilir. Səfərad yəhudiləri Nuh pudinqini Tu Bişvat bayramı üçün hazırlayır. == İnqredientləri == Aşura pudinqinin bir növ resepti yoxdur çünki regionlar və ailələr arasında reseptlər dəyişir. Ənənəvi olaraq, ən azı yeddi inqredientdən ibarət olduqu deyilir. Bəziləridə "onuncu" mövzusuna uyğun ən azı on inqredientdən ibarət olduqunu deyirlər. Bunların arasında buğda, düyü, lobya, noxud, şəkər (və ya digər şirinləndiricilər), qurudulmuş meyvə və qozkimilərdən ad aparmaq olar buna baxmayaraq ki bir çox variantları var. Bir çoxlarıda pudinqin dərinliyinə artırmaq üçün portağal və limon qabığı əlavə edirlər. Küncüt toxumu, nar dənəsi, gülab və darçın kimi dadvericilər üzərinə qoyulur.
Aşura günü
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Aşşur (tanrı)
Aşşur- (akkad. ) assuriya, şumer-akkad mifologiyalarında müharibə, dava tanrısı.
Layal Abbüd
Layal Abbüd (ərəb. :ليال عبود‎, [layāl ʿab'boud], 15 may 1982) Livan pop müğənnisidir, şairə, rəqqasə, uyğun model, Müsəlman xeyriyyəçi və işəgötürən.
Aşşur çarlığı
Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət. Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə.
Ağyurd Qızıl Yatağı
Ağyurd Qızıl — Ordubad rayonu ərazisində yerləşən yataq. == Haqqında == Ordubad rayonu ərazisində, Misdağ-şəlalə filiz sahəsinin mərkəzi hissəsində,dəniz səviyyəsindən 2300-2700 m yüksəklikdədir. Geoloji quruluşunda adamellit, kvars-siyenit-diorit,qabbrodiorit süxurları,həmçinin diorit-porfirit daykaları iştirak edir. Yataqda kvars-sulfid-qızıl filizləşməsi,əsasən,40-50° şimal-şərq istiqamətli pozulmalarla əlaqədar olaraq damar və damar zonaları tiplidir. Yataq Mehri-Ordubad instruziv kompleksi ilə əlaqədar əmələ gəlmişdir. Filiz cisimlərinin yatım şəraiti,morfofologiyası,filiz əmələ gətirən mineralların müxtəlifliyi yatağın orta temperaturda yarandığı göstərir. Əsas filiz mineralları:pirit, xalkopirit, molibdenit, misin törəmə mineralları, xırda dispersiyalı qızıl. Filizlərdə qızıl 0,4-11,6 q/t,mis 0,04-1,4%, molibden 0,03-0,09%-dir. Teksit əlamətlərinə görə filiz brekçiya(süxur) və konsentrik zona tiplidir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Reductio ad absurdum
Reductio ad absurdum (azərb. Cəfəngiyyata endirilmə‎), həmçinin argumentum ad absurdum (azərb. Cəfəngiyyat haqqında arqument‎) və ya apaqogik arqument — əks ssenarinin cəfəngiyyata və ya ziddiyyətə səbəb olacağını göstərməklə iddia yaratmağa çalışan arqument forması. Bu arqument formasının mənşəyi Qədim Yunanıstan fəlsəfəsinə gedib çıxı. Tarix boyu həm formal riyazi və fəlsəfi mülahizələrdə, həm də mübahisələrdə istifadə edilmişdir. Ekvivalent formal qayda inkarın təqdim edilməsi kimi tanınır. Əlaqədar riyazi sübut texnikası ziddiyyətlə sübut adlanır. "Reductio ad absurdum" arqumentinin "cəfəng" nəticəsi bu nümunələrdən göründüyü kimi müxtəlif formalarda ola bilər: Yer düz ola bilməz; əks halda, Yer kürəsinin sonlu olduğu fərz edildiyi üçün biz insanların kənardan yıxıldığını görərdik. Ən kiçik müsbət rasional ədəd yoxdur, çünki əgər olsaydı, daha kiçiyini almaq üçün onu ikiyə bölmək olardı. Birinci misal iddia edir ki, mühakimənin inkarı hislərimizin dəlillərinə zidd olaraq gülünc nəticə ilə nəticələnəcək.
Aşur Cəmiyev
Aşur Hüseynov
Aşur Hüseynov (1920, Ağdam) — 1945-ci ildə "Bunker" əməliyyatında SSRİ xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş ilk azərbaycanlı. == Bir günlük tələbə == Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub. Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb. Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A. Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir.
Aşur ada
Aşur ada (fars. آشوراده‎, türkm. Aşyr Ada) — Xəzər dənizinin cənub-şərqində İranın Gülüstan ostanına tabe olan ada. İranın Xəzər dənizi sahillərində mövcud olan yeganə adadır. 800 hektar sahəsi olub torpaq yolu ilə Mianqala yarımadası ilə əlaqələndirilmişdir. İranın 40% kürü ehtiyatı Aşur adadan təmin edilir. Bəndər Türkmən limanından 3, Gürgan 23 km məsafədə yerləşir.
Aşur məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. == Tarixi == Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. == Haqqında == Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.