Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balatı
Balatı - buğda unu, maya və sudan hazırlanan, xəmirin yoğrulması zamanı bütövlükdə istifadə olunan yarımfabrikatdır. Adətən balatıya duz qatılmır, çünki duz mayaların aktivliyini azaldır. Lakin elə üsullar vardır ki, balatıya duz qatılır (bu üsula görə balatıya qatılan duzun miqdarı xəmirin resepturasında nəzərdə tutulmuş duz miqdarının təxminən 1/3 hissəsi qədər olur). Bundan başqa elə üsullar da vardır ki, balatı hazırlamaq üçün duz mühitinə uyğunlaşdırılmış mayalardan istifadə edilir . Balatının tərkibindəki un və suyun miqdarından asılı olaraq müxtəlif xəmirhazırlama üsulları mövcuddur: Qatı balatı üsulu. Bu üsulda qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 45-55%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Çox qatı balatı üsulu. Bu üsulda çox qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 60-70%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Maye balatı üsulu. Bu üsulda çox maye balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 25-35%-dən, mayadan və sudan 68-72% nəmliyində hazırlanır.
Qalat
Qalat (Qəzvin)
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. == Növləri == Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır;Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. == Salatlar haqqında maraqlı məlumatlar == Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir.Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". == İqtisadiyyatı == Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Aşağı palata
Aşağı palata iki palatalı qanunverici orqanın iki palatasından biridir, digər palata isə yuxarı palatadır.Dünyanın bir çox qanunverici orqanında, yuxarı palatanın "aşağıda" rəsmi mövqeyinə baxmayaraq, aşağı palata daha çox gücə sahib olub. Aşağı palata adətən, iki otaqdan (kamera) daha böyükdür, yəni üzvləri daha çoxdur. Yalnız bir palatadan ibarət olan bir qanunverici orqan kimi təsvir olunur.
Bahar salatı
== Lazım olan ərzaqlar == Turp (ağ və qırmızı) – 100 q yumurta -1/2 ədəd xiyar – 40 q yerkökü – 40 q yaşıl kahı – 10 q duz - == Hazırlanma qaydası == Ağ turpun qabığı soyulur. Ağ və ya qırmızı turp nazik dilimlərlə doğranır və təpəcik şəklində boşqaba yığılır, dairəvi kəsilmiş xiyar, yerkökü, dilimlərə bölünmüş yumurta və kahı ilə bəzənir. Üstünə şüyüd səpilir. Ortasına gül formasında kəsilmiş turp qoyulur.
Cuzi Malato
Cuzi Malato (9 iyul 1971, Kataniya, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Cuzi Malato, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Fransız salatı
Fransız salatı — xörək növü. == Tərkibi == 3-4 ədəd kartof 3 ədəd kök Çuğundur Bir qədər ağ kələm 1 ədəd baş soğan 500 qr mal əti Sirkə Soya sosu Qara və qırmızı istiot,duz == Hazırlanması == Əti xırda-xırda doğrayıb,az yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub,onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% - li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.
Kapreze salatı
Kapreze salatı (it. insalata caprese və ya sadəcə kapreze) — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duz və zeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı. Restoranlarda adətən boşqaba düzülür. Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər. Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub. Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir. == Növləri == Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kobb salatı
Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir. == Tarixi == Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür. Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb. Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir.
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Manqal salatı
Manqal salaltı - Əsasən türklərin istifadə etdiyi və sevdiyi salatdir. Bu salat adətən kabab bişiriləndə yeyilir.
Mimoza salatı
Mimoza salatı — pendir, yumurta, konservləşdirilmiş balıq, soğan və mayonez kimi inqredientlərdən hazırlanan salat. == Ərzaqlar == 450 qram dərisiz və sümüksüz toyuğun döş əti 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün) 1/2 stəkan xırda doğranmış qoz ləpəsi 3 ədəd orta boy kartof 2 ədəd yumurta 3 ədəd orta boy yerkökü zövqə görə duz 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar) rəndələnmiş Holland pendiriQeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın. Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin. == Hazırlanma qaydası == 1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin. 2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun.
Miçiqan salatı
Miçiqan salatı (ing. Michigan salad) — Miçiqanda, Detroytda və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növü. Qurudulmuş albalı, mavi pendir və salamura sousu ilə hazırlanır. Bəzi reseptlərdə mavi pendir əlavə edilməz, müxtəlif meyvələr əlavə olunar.
Nar salatı
== Ərzaqlar == 4-6 porsiya üçün nəzərdə tutlub 1 ədəd iri nar 4 ədəd kartof 1 ədəd qırmızı baş soğan 1/2 stəkan doğranmış şüyüd zövqə görə mayonez zövqə görə duz zövqə görə istiot == Hazırlanma qaydası == 1. Kartofu qaynayan suda bişirib, qabığını soyun və kiçik kublar şəklində doğrayın. 2. Soğanı ikiyə bölüb incə-incə dilimləyin. 3. Narı bir qaba dənələyin. Üstünə kartofu, soğanı, şüyüdü, və zövgə görə mayonez, duz və istiot əlavə edib qarışdırın. Süfrəyə verməzdən əvvəl soyuducuda ən azı 30 dəqiqə ərzində saxlayın.
Oliviye salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. == Tarixi == Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. == Xarici keçidlər == Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Qalata körpüsü
Qalata körpüsü (türk. Galata Köprüsü) — Türkiyənin İstanbul şəhərində Haliç boyunca uzanan körpü. Xüsusilə 19-cu əsrin sonlarından etibarən körpü Türk ədəbiyyatında, teatrında, şeiriyyət və romanlarında yer almışdır. "Qalata körpüsü" ifadəsi əslində 19-cu əsrin əvvəllərindən etibarən Eminönü ilə Bəyoğlunu birləşdirən ardıcıl körpülər seriyasına verilmiş kollektiv addır. Bu adla tanınan beşinci körpü 1994-cü ildə inşa edilmişdir. Körpü İstanbulun Bəyoğlu ilçəsində, Haliçin şimal sahilində yerləşən müasir Karaköyün keçmiş adı olan Qalatanın adını almışdır. == Tarix == İstanbulda Haliç üzərindəki ilk qeydə alınmış körpü VI əsrdə I Yustinian dövründə şəhərin qərb ucundakı Konstantinopol divarlarının yaxınlığındakı əraziyə yaxın yerdə inşa edilmişdir. 1453 -cü ildə Konstantinopolun fəthi süqutu zamanı, türklər gəmilərini suda yan-yana yerləşdirək süno körpü yaratdılar ki, qoşun Haliçin bir tərəfindən digərinə keçə bilsin. 1502-1503-cü illərdə indiki krpünün yerində tikilmiş ilk körpünün inşası planlaşdırılırdı. Sultan II Bəyezid körpü üçün dizayn istədi və Leonardo da Vinci Haliç üçün 240 m uzunluğunda və 24 m genişliyində misli görünməmiş körpü planı hazırladı.
Qalata qülləsi
Qalata qülləsi — İstanbul şəhərinin Qalata səmtində yerləşən 528-ci ildə inşa olunmuş tarixi qüllə. Qalata qülləsi İstanbul şəhərinin əsas simvollarındandır. UNESCO qülləni 2003-cü ildə Ümumdünya irsi obyektlərinin siyahısına daxil edib. Qalata müdafiə divarları daxilində gözətçi qülləsi olaraq tikilən qüllə, içərisində olan müxtəlif elementlərlə birlikdə turizm məqsədləri üçün, sərgi sahəsi kimi və muzey olaraq istifadə olunur. Beyoğlu və İstanbulun simvolik tikililərindən biridir. == Tarixi haqqında == Qalata qülləsi dünyanın ən qədim qüllələrindən hesab olunur. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlanmışdır. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə, 1348-ci ildə İsa Qülləsi adı ilə köhnə qüllənin yerində yenidən inşa olunmuşdur. 1348-ci ildə ikinci dəfə inşa olunan Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu.Bu gün mövcud olan qüllə 1445–1446-cı illərdə yüksəldilmişdir. Qüllə türklərin əlinə keçdikdən sonra müxtəlif vaxtlarda təmir olunmuş, özülü bərkidilmişdir.
Qalats (judets)
Qalats judetsi (rum. Judeţul Buzău) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 4466 km². Qərbdə — Praxova və Braşov, şimalda — Kovasna və Vrança, cənubda — Breila və Tulça judetsləri ilə sərhəddir. == Əhali == 2007-ci ildə əhalinin sayı 614 449 nəfər, sıxlığı — 137,58 nəf./km².
Rus salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. == Tarixi == Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Sezar salatı
Sezar salatı – məşhur salat növü.
Tacir salatı
Tacir salatı - Azərbaycan mətbəxinə aid salat növlərindən biri. == Tərkibi == 600 qr. toyuğun döş əti, 120 qr. xərçəngin boyun hissəsi, 300 qr. krab əti, 5 ədəd kartof (soyutma bişmiş), 2 ədəd xiyar, 2 ədəd yerkökü (soyutma bişmiş), 0.5 çay qaşığı kapers, 60 qr. zeytun (tumsuz), 120 qr. kornişon, 1 ədəd yaşıl alma, 1 dəstə kahı, 1 xörək qaşığı qırmızı kürü (bəzək üçün), 300 qr. xama, 50 qr. xardal, 12 ədəd bildirçin yumurtası (soyutma bişmiş), 0.5 çay qaşığı duz. == Hazırlanması qaydası == Tərəvəzlər yuyulub təmizlənir.
Toyuq salatı
== Ərzaqlar == 16 porsiya üçün: 300 qram un 325 qram şəkər 1 ədəd yumurtanın sarısı 35 qram kakao tozu 175 qram kərə yağı 4 ədəd yumurta 750 qram yağsız kəsmik 250 qram yağlı xama 1 çay qaşığı nişasta 250 qram dondurulmuş qaragilə Zövqə görə duz == Hazırlanma qaydası == === Xəmiri hazırlamaq üçün === 150 qram una bir az duz, 75 qram şəkər, 15 qram kakao tozu və 75 qram yumuşaldılmış kərə yağını qatıb yaxşıca mikserlə çalın, sonra xəmiri əlinizlə yoğurun. Xəmiri dairəvi formaya yerləşdirib, çəngəllə bir neçə yerdən deşib 40 dəqiqə ərzində soyuducuya qoyun. Sobanı 200 dərəcədə qızdırın. Yerdə qalan unu 100 qram şəkər,artıq qalan kərə yağı, 15 qram kakao tozu və duz qatıb xəmiri qarışdırıb əlinizdə ovun. === İçi hazırlamaq üçün === yerdə qalan şəkəri yumurtalarla çalın. Sonra üzərinə kəsmik, xama və nişastanı əlavə edib qarışdırın. Üzərinə giləmeyvələri də əlavə edin. Sonra xəmirin üzərinə alınan kəsmikli kütləni töküb üstünə ovulmuş xəmiri səpin. Sobada 60-70 dəqiqə ərzində bişirin. Bişmiş kəsmikli piroq duxovkanın qapısı açılmış vəziyyətdə 10 dəqiqə qalmalıdır.