Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Jalə
Jalə — Azərbaycanlı qadın adı. Jalə Əhmədova — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı Jalə Bayramova — Azərbaycanlı atıcı. Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqu Jalə Amuzgar — Azərbaycan əsilli İran tarixçisi və professor. Jalə Əliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Jalə Qədimova — pedaqojika elmləri doktoru, professor. Soyad Afife Jalə — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası.
Jele
Jele (fr. gelée) — kaloidli qida qarışığı (adi meyvələrdən), jelatin əlavəli (pektin, aqar), və bütün kütləni soyuduğu zaman jelatin görünüşü olur. == Haqqında == Jele həmçinin jelatinin buzağın ayaqlarından və başlarından hazırlanır. Şirin jele (fr. gelée), ətli jeledən fərqli olaraq (fr. l’aspic), yeməyin üzərinə tökülməsi isə rus-dilində xolodeç(soyuq) adlanır. Meyvələrdən və giləmeyvələrdən ibarət jele özündə çoxlu pektinləri birləşdirir. Onları jelatin əlavə etmədən də almaq olar çünki pektin ona xüsusi dad verir. Belə jeleləri turş almalardan hazırlayırlar. Jelenin ölçmə dərəcəsi litrdir.
Nile
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Jil
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. == Həyatı == Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Jalə Amuzgar
Jalə Amuzgar (2 dekabr 1939, Xoy) — İran tarixçisi və professor. == Həyatı == 1939-cu ilin 2 dekabrında Qərbi Azərbaycan ostanının Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Jalə Amuzgar Fəlsəfə doktoru elmi dərəcəsini Sarbonna Universitetində almışdır. == Fəaliyyəti == Məşğul olduğu əsas sahə İranistikadır. O, hal-hazırda Tehran Universitetinin Qədim İran Mədəniyyəti və Dilləri bölməsinin rəhbəridir. Jalə Amuzgar prof.Əhməd Tafuzzuli ilə birlikdə İranın qədim dövr tarixinə və ədəbiyyatına aid müxtəlif əsərlər yazmışdırlar. O, həmçinin Kolumbiya Universitetinin İranika Ensiklopediyası layihəsində də iştirak etmişdir. == Əsərləri == Həyatın Zərdüşt mifi Pəhləvi dili, ədəbiyyatı və təlimatları İranın mifoloji tarixi İlk əfsanəvi iranlı Şəhriyar və ilk nümunələr (tərcümə) Le Cinquieme Livre Du Denkard (tərcüməçi: Əhməd Tafuzzuli) == Mükafatları == Jalə Amuzgar müxtəlif orden və medallarla təltif edimişdir. Bunlara misal olaraq "Şərəf Legionu Cəngavəri"ni və "İran Mədəni İrsi" mükafatını göstərmək olar. Sonuncu qeyd edilən mükafatı 2016-cı ildə almışdır.
Jalə Qədimova
Jalə Həmid qızı Qədimova (7 iyul 1954, Gəncə şəhəri)— pedaqojika elmləri doktoru, professor. ADPU-nun "Musiqi və onun tədrisi texnologiyası" kafedrasının professoru == Həyatı == Jalə qədimova 1954-cü ildə iyulun 7-də Gəncə şəhərində anadan olub. 1972-ci ildə "Fərqlənmə diplomu" ilə Gəncə Musiqi Texnikumunu, 1977-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Ailəlidir, bir oğlu və bir qızı var. == Fəaliyyəti == 1994-cü ildə "XIX əsrin sonu — XX əsrin əvvəllərində Azərbaycan maarif xadimlərinin yaradıcılığında musiqi tərbiyəsi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək (1300.01) — Pedaqogikanın tarixi və nəzəriyyəsi ixtisası üzrə pedaqoji elmlər namizədi adını alıb. 2007-ci ildə "Müasir dövrdə Azərbaycanda musiqi tədrisi və tərbiyyəsinin problemləri və onların həlli yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək (5804.01) — Ümumi pedqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə pedaqoji elmləri doktoru adına layiq görülmüşdür. 2011-ci ildən pedqaogika üzrə elmlər doktoru, professorudur. Əmək fəaliyyətinə 1983-cü ildən başlamışdır. "Musiqi alətləri" kafedrasında konsertmeyster, müəllim baş müəllim, dosent vəzifəsində çalışmışdır. 1998–2016-cı illərdə "Musiqi fənləri və onun tədrisi metodikası" kafedrasının müdiri vəzifəsini icra etmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu. Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı.
Jalə Əhmədova
Jalə Fərhad qızı Əhmədova (23 aprel 1981, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı,Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, Paralimpiya komitəsinin idarə heyətinin üzvü, Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi"nin idarə heyətinin Fəxri üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvüdür. Müstəqil Dövlətlər Birliyinin üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir, IDDO Psixi Sağlamlıq Proqramının rəhbəri, hüquq elmləri magistrı. == Həyatı == Əhmədova Jalə Fərhad qızı 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb. Ehtiyatda olan zabitdir. === Ailəsi === Jalə Əhmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır.
Jalə Əliyeva
Jalə Əliyeva (5 oktyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Həyatı == Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.
Jargon file
Jargon File — proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, "Bakı" nəşriyyatı, 996 s.
Jikle çapı
Jikle çapı- (ing.giclée print, ru.печать жикле) - kətan və kağız üzərində rəsm əsərlərinin orijinaldan fərqlənməyən çapı. Fransızca “Le gicleur” (çiləmək, səpmək, sıçratmaq) sözündən götürülüb. Jikle texnologiyası şırnaqlı printerlərin iş prinsipinə əsaslanır. Bu texnologiya ölməz sənət incilərini təbii kətan üzərində tamamilə yenidən yaratmağa, ən kiçik rəng və işıq-kölgə nüanslarını təkrarlmağa, yaxılmış boyanın xarakterini və fakturasını ifadə etməyə imkan verir. Peşəkar surət çıxaran rəssamlar tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş bədii kopiyalardan fərqli olaraq, rəqəmsal bədii reproduksiya olan jikle əsl əsərin imitasiyası deyil, onun dəqiq faksimil təkrarıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Jill Abramson
Cil Ellen Abramson (19 mart 1954, Nyu-York, Nyu-York ştatı) — Amerikalı müəllif və jurnalistdir. The New York Times qəzetinin keçmiş icraçı redaktoru kimi tanınır; Abramson bu vəzifəni 2011-ci ilin sentyabrından 2014-cü ilin may ayına qədər tutmuşdur. O, 160 illik tarixində ilk qadın icraçı redaktordu. Abramson 1997-ci ildə New York Times qəzetinə qatılıb, redaktor adlandırılmadan əvvəl Vaşinqton bürosunun müdiri və idarəedici redaktoru olaraq çalışmışdı. Əvvəllər The Wall Street Journal-da istintaq müxbiri və büro müdirinin müavini kimi də çalışıb. 2016-cı ilin mart ayında ABŞ-nin "Guardian" qəzetinə siyasi köşə yazarı olaraq işə qəbul edilib. Abramsonun kitabı Donald Trump tərəfindən düzgünlüyünə görə təriflənsə də, 2019-cu ildə "Tacirləri Həqiqət" kitabında plagiat keçidlər və çoxsaylı faktiki səhvlər olduğu aşkarlandıqdan sonra jurnalistlər tərəfindən geniş tənqid aldı. 2012-ci ildə ən güclü qadınlar siyahısında Beşinci sırada yer alıb. Xarici Siyasətçilər tərəfindən o, dünyanın ən güclü 500 insanından biri seçilib. == Həyatı və təhsili == Abramson Nyu York şəhərində anadan olub və yəhudi evində böyüyüb.
Mile Nedelkoski
Mile Nedelkoski (mak. Миле Неделкоски; 25 iyul 1935, Pirlepe – 21 iyun 2020, Skopye, Skopye), Makedoniyalı şair, yazıçı, hekayə və dramaturq.
Siyah Gilə
Siyah Gilə (fars. سیاه گله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 238 nəfər yaşayır (81 ailə).
Ailə büdcəsi
Ailə büdcəsi— müəyyən bir müddət ərzində bütün ailə üzvlərinin imkanlarını təsvir edən gəlir, xərc və əmanət planı. == Tərif == BRE-yə görə ailə büdcəsi ailədə faktiki gəlir və xərclərin məbləği və strukturudur; həyat səviyyəsinin xarakterik xüsusiyyətləri. == Ailə maliyyəsinin idarəetmə sistemlərinin tipologiyası == 1980-ci illərin sonlarında İngilis sosioloqları J. Pal və K. Vogler ailə büdcəsinin idarə edilməsi növlərinin təsnifatını təklif etdilər, bunun nəticəsi Volger, Pal cütlüyü tərəfindən yekunlaşdırıldı. Nəticə aşağıdakı sxemdir : Tam qadın və ya kişi nəzarət sistemi Ev təsərrüfatı üçün sabit büdcə sistemi Müstəqil nəzarət sistemi == Ailə büdcələrinin təsnifatı == Xərclər sabit və dəyişənlərə bölünür. Onlar da tez-tez aktuallıq və tezliyə görə bölünür: illik, mövsümi, aylıq, həftəlik, gündəlik və dəyişən . Elmi ədəbiyyatda rifah səviyyəsinə görə ailə büdcələrinin bir neçə növü fərqləndirilir: yaşayış minimumu büdcəsi, bərpa istehlak büdcəsi və yüksək gəlir büdcəsi. == Şəbəkə resursu == Steinberqin araşdırmasına görə, əlverişsiz iqtisadi vəziyyətdə olan kənd mühitində ailə büdcəsi "şəbəkə resursu"ndan alınan resursların 30–70%-ni təşkil edir və ailənin zənginliyindən asılı olaraq onun genoqramı əhəmiyyətli dərəcədə dəyişir : aztəminatlı ailə qohumlarından əhəmiyyətli donor dəstəyi alır ki, bu da birtərəflidir; orta gəlirli ailə qarşılıqlı mübadilə əsasında qurulmuş ən inkişaf etmiş şəbəkəyə malikdir; yüksək gəlirli ailə "kasıb ailə" konfiqurasiyasına malikdir, lakin rifah səviyyəsini qorumaq və gücləndirmək üçün qəsdən belə şərait yaradır. "Şəbəkə resursu" fenomeni "mənəvi iqtisadiyyat"ın xarakterik xüsusiyyəti olan mübadilənin ekvivalentliyinin dərk edilməsidir. Ailənin nüvə vahidi kimi anlayışının formalaşması ilə yanaşı, "böyük ailə" anlayışı keçmişə çevrilir ki, bu da əvvəllər bütün iştirakçılara "əsas son məqamların" uğurla keçməsinə zəmanət verirdi: bir ailənin doğulması. uşaq, universitetə ​​daxil olan uşaqlar, evlilik, dəfn.
Ailə psixologiyası
Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır. == Ailə psixologiyasının predmeti və vəzifələri == Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır.
Ailə (dəqiqləşdirmə)
Ailə — aralarında qohumluq münasibəti olan insanlar. Ailə (film) — film.
Ailə (film)
Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. == Məzmun == XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur.