Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kill Kill
Kill Kill — amerikalı müğənni Lana Del Reyin 21 oktyabr 2008-ci ildə Lizzy Grant adı altında buraxdığı ilk mini-albomu (EP). Mini-albom 5 Points Records tərəfindən buraxılıb, üç trek daha sonra 2010-cu ildə buraxılan Lana Del Ray albomunda yer alıb. "Yayo" mahnısı yenidən yazılıb və üçüncü dəfə 2012-ci ildə Paradise mini-albomunda buraxılıb. Mini-albomun tanıtılması üçün bir sinql "Kill Kill" buraxılıb. Trekin musiqi klipi 2008-ci ildə yayımlanıb. == Trek siyahısı == Mahnıların prodüserliyini David Kahne edib.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508–507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Kala
Kala (gül) — gül növlərindən biri
Keila
Keila (est. Keila) — Estoniyanın şimal-qərbində yerləşən şəhər. Əhali sayı 9 811 min nəfərdir. Şəhər Keila çayı üzərində yerləşir. Dəmiryol qovşağıdır. Yüngül və yeyinti sənayesi müəssisələri mövcuddur.
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Kilt
Kilt — Şotlandiyanın ənənəvi kişi geyimidir. Kiltlər ənənəvi olaraq tartan naxışları ilə bəzənir. Şotlandiyada toy və ya xüsusi günlərdə geyilən bu ətəklər əslində milli qürurun və ailə / klan əlaqələrinin əhəmiyyətli bir simvoludur. Şotland kişilərinin geydiyi kilt 500 illik keçmişində olduqca çox dəyişikliyə məruz qalsa da, hal-hazırda da şotlandların ənənəvi simvollarının başında gəlməkdədir. Kilt geyinmə adəti təxmini 1500-cü illərə söykənir, şotlandlar əvvəllər bu geyimi ov üçün istifadə edirdilər. İngiltərənin müstəmləkəsi olan Şotlandiyada 1747-ci ildə o dövrdə hökm sürən İngiltərə kralı II Qeorqun (George) əmri ilə kilt geyilməsi qadağan edildi. Ancaq şotlandlar və bütün xalq Kralı etiraz edərək kilt geyməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Şotland kişilər zamanımızda da xüsusi günlərdə və mərasimlərdə kilt geyinməyə davam edirlər. Kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir.
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kita
Kita (Tokio) — Tokionun xüsusi rayonlarından biri.
Kola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Sıla
Sıla (17 iyun 1980) — Türk pop müğənnisi, musiqiçi və prodüser. 17 iyun 1980-ci ildə Türkiyənin Dənizli ilində anadan olub. İbtidai məktəbi Dənizlidə oxuyub. Daha sonra orta təhsilini İzmirdə davam etdirib. İlk musiqi fəaliyyətinə "İzmir Özel Tevfik Fikret Lisesi"də başlayıb və Türk Xalq Musiqisi ilə Türk Sənət Musiqisi xorunda xorçu və solist olaraq fəaliyyət göstərib. 1998-ci ildə ali təhsil almaq üçün İstanbula gəlib. Bir il İstanbul Universitetinin Ədəbiyyat Fakültəsi Fransız Dili və Ədəbiyyatı Bölməsində oxuduqdan sonra İstanbul Bilgi Üniversitetinin Caz Vokal Bölməsinə keçib. Bu dövrdə Afyon Caz Festivalinda Neşet Ruacan, Nedim Ruacan və Nezih Yeşilnildən ibarət caz orkestrində solist olaraq fəaliyyət göstərib. Kenan Doğulu ilə 2000-ci ildə tanış olduqdan sonra yeddi il ona vokalistlik edib. Ferhat Göçer (Yolun Açık Olsun/ Vur kadehi Ustam), Kenan Doğulu (Demedi Deme/Boğaziçi), Emel Müftüoğlu (Eğlenilecek Kızlar, Evlenilecek Kızlar/Ağla) kimi müğənnilərə musiqi bəstələmiş və yazmışdır.
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən qısnamaya məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Kill la Kill
Kill la Kill (yaponca: キルラキル, Hepbörn: Kiru Ra Kiru, azərb. Ya öldür, ya öl‎) — Trigger studiyası tərəfindən istehsal olunmuş anime serialı. Kimsəsiz məktəbli qız Ryuko Matoyun atasının qatilinin axtarışına çıxmasından, Honnoci Akademiyasının məktəb şurasının prezidenti Satsuki Kiryuin ilə münaqişəyə girməsindən və anasının dəb imperiyasından bəhs edir. "Kill la Kill" Trigger studiyasının ilk orijinal anime serialıdır. Anime serialının rejissoru Hiroyuki İmayşi, ssenari müəllifi Kazuki Nakaşimadır. Onlar daha əvvəl "Gurren Lagann" animesi üzərində birlikdə işləmişdilər. Anime Yaponiyada 4 oktyabr 2013-cü ildən 28 mart 2014-cü ilə kimi yayımlanmışdır. Anime serialı ABŞ-nin Adult Swim kanalının Toonami blokunda 8 fevral 2015-ci ildə göstərilməyə başlamışdır. Ryo Akuzuki tərəfindən hazırlanan manqa adaptasiyası Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında 4 oktyabr 2013-cü ildə nəşr olunmağa başlamışdır. 3 sentyabr 2014-cü ildə anime serialının əslində 25-ci seriyası olan OVA seriyası buraxılmışdır.
Kia
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Kil
Kil (alm. Kiel‎) – Almaniyanın şimalında şəhər. Şlezviq-Holşteyn əyalətinin paytaxtıdır. Baltik dənizinin sahilində yerləşir. Kil kanalı vasitəsilə Şimal dənizi ilə birləşir, həmçinin Kildə böyük dəniz limanı yerləşir. Əhalisi 229.044 nəfər. == Tarixi == Kil 1233 və 1242-ci illər arasında qraf Holşteynli IV Adolf tərəfindən əsası qoyulub. Kil şəhərində 1761-1762-ci illərdə Rusiya imperatoru olmuş III Pyotr doğulub. 1918-ci ilin noyabrında şəhərdə Kil üsyanı baş verdi. == İqlimi == Kildə iqlim mülayimdir.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Garcinia kola
Garcinia kola (lat. Garcinia kola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta — 4 ədəd, şəkər tozu — 200q, ərinmiş kərə yağı — 50q, un — nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Keila şəlaləsi
Keila (est. Keila juga) − Estoniyanın şimal-qərbində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Keila rayonu ərazisindədir. Şəlalə Keila çayı üzərində yerləşir və Keila-Yoa qəsəbəsi yaxınlığındadır. Tallin şəhərindən 30 km qərbdə yerləşir. Keila şəlaləsinin hündürlüyü 6 metr, eni isə 70 metrdir. Keila böyüklüyünə görə ancaq Narva və Yaqala şəlalələrindən geri qalır. Şəlalənin suyu il boyu eyni deyil. Əsasən yaz aylarında, qar əridikdən sonra ən yüksək səviyyədə olur. Qış aylarında şəlalə qismən donur.
Kili Noyşul
Kili Noyşul (d. 5 mart 1993) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kili Noyşul, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Koka-Kola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Kola (bitki)
Kola (lat. Cola) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Kola (bitki):The Plant List saytında takson barədə məlumat.
Kola (içki)
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Kola (şəhər)
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Kola yarımadası
Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır. Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var. Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür. Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Kola şəhəri
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
«Кара-коюнлу» (ковёр)
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.