Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Edvard Morze
Edvard Silvester Morze (18 iyun 1838, Portlend[d], Men ştatı – 20 dekabr 1925, Salem[d], Massaçusets) – ABŞ-li zooloq, astronom və Yaponiya mədəniyyəti üzrə mütəxəssis. Quru ilbizlərini, molyuskları və çiyinayaqlıları tədqiq etmişdir. Yaponiya arxeologiyasının qurucusu hesab olunur. 1877–80-ci illərdə Yaponiyada olmuş, yapon dulusçuluq sənətini və yapon evlərini öyrənmişdir. Yaponiyanın "Doğan günəş" ordeni ilə mükafatlandırılan ilk amerikalıdır. Bir çox elmi cəmiyyətin, eləcə də, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur. == Həyatı == === İlk illəri === 1838-ci ildə ABŞ-nin Men ştatının Portlend şəhərində anadan olmuşdur. Conatan Morze və Ceyn Bekketin oğlu idi. Atası qunduz xəzi biznesi ilə məşğul idi, anası elmlə maraqlanan qadın idi. Uşaqlıqda Morze balıqqulağı toplamağı sevirdi və 17 yaşında Portlend Təbiət Tarixi Cəmiyyətinə qoşulmuşdu.
Morze əlifbası
Morze kodu — telekommunikasiyada mətn simvollarını nöqtə və tire adlanan iki fərqli siqnal müddətinin standartlaşdırılmış ardıcıllığı kimi kodlaşdırmaq üçün istifadə olunan üsul. Morze əlifbası elektrik teleqrafı üçün qəbul edilmiş sistemin ilk tərtibatçılarından biri olan Samuel Morzenin adını daşıyır. Beynəlxalq Morze kodu a-dan z-yə kimi 26 əsas Latın hərfini, bir vurğulu Latın hərfini (é), ərəb rəqəmlərini və durğu işarələri və prosedur siqnallarının kiçik dəstini kodlaşdıra bilir. Böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur. Hər bir Morze kodu simvolu nöqtə və tire ardıcıllığı ilə formalaşır. Siqnalın aydınlığı və operatorun bacarığına görə müddət dəyişə bilər, lakin hər hansı bir mesaj üçün müəyyən edildikdən sonra bu Morze əlifbasında əsas vaxt ölçü vahididir. 6 yanvar 1836-cı ildə amerikalı ixtiraçı və rəssam Samuel Morze (Samuel Morse) Nyu-Cersi ştatının Morristaun şəhərində teleqraf aparatını nümayiş etdirmiş və bu aparat vasitəsilə özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Teleqramın ötürmə məsafəsi 3 km-ə yaxın, mətni isə bir neçə sözdən ibarət idi: "A patient waiter is no loser" ("Səbr edən heç vaxt uduzmur"). Bu tarixdən etibarən bütün dünyada məlumatın teleqraf vasitəsilə ötürülməsində standart kimi Morze əlifbasından istifadə edilməyə başlanmışdır. Əlifbanın hər bir hərfi nöqtə və tirelərdən ibarət idi.
Samuel Morze
Samuel Finli Briz Morze (ing. Samuel Finley Breese Morse, 27 aprel 1791[…], Çarlztaun[d] – 2 aprel 1872[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı portret və tarixi səhnələr rəssamı, tək telli teleqraf sisteminin, Morze əlifbasının yaradıcısı. Samuel Morze 19 yaşında Yel Universitetini bitirib. Londona gedib geri döndükdən sonra portret janrı o dövrdə çox populyar olduğuna görə bu janrda rəsmlər çəkməyə başlayıb. "Köhnə millət məclisi", "Luvr qalereyası" "Heraklın sonu" onun ən məşhur tablolarındandır. 1826-cı ildə Milli İncəsənət Akademiyasının qurulmasında böyük rolu olub, bu qurumun ilk başçısı seçilib. 1832-ci ildə Nyu-York Universitetinin Rəsm və Heykəl Şöbəsinin professoru olub. Teleqraf sistemi ilə əlaqəli tədqiqata başlayandan sonra rəssamlıq fəaliyyətinə ara verib. Morzenin mexaniki araşdırmalara marağı gənc yaşlarında başlamışdır. 1832-ci ildə etdiyi okean səyahətində, Charles Tomas Jacksonun elektriklə əlaqədar son inkişafları izah etməsi üzərinə, Nyu-York Universitetində elektromaqnetik mövzularında öyrəndikləri mövzular, başında elektrikli teleqraf fikrini doğurdu.
Mirzə
Mirzə — titul, ünvan. Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Morle
Morle (fr. Morlaix) — Fransada yerləşən, eyni adlı rayonun suprefekturası (region Bretan, departament Finister). Morle — qədim bir şəhərdir, ona yaxın neolit dövrünə aid Barenes kurqanı yerləşir. Tarixi dövrdə liman, İngiltərə və Fransanın mübarizəsinin obyektinə çevrilmişdir. Mari Brakemon, rəssam. Jan Viktor Moro, komandir. Tristan Korbyer, şair. Pol Serüzye, rəssam. Julyen Qiyomar, aktyor. Brijitt Fonten, müğənni.
Mərzə
Mərzə (lat. Origanum majorana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. Mərzənin xammalı otdur. Tam çiçəkləmə dövründə birinci çalımdan yığılır. İkinci çalım boy uzatma tədbiri kimi aparılır. Cavan, yaxşı yarpaqlamış budaqlarında və çiçək qruplarında efir yağları vardır. Onlar rutin, askorbin turşusu, karotin və aşı maddələri ilə zəngindir.Mərzə quru və təzə halda ətirli ədviyyat kimi kolbas hazırlan maşında, xiyar və pomidorun duza qoyulmasında, salatlarda, şorbalarda, balıq və tərəvəz yeməklərində (ikinci yeməklərdə) istifadə edilir. Mərzədən alınan efiryağları isə ətriyyat-kosmetika sənayesində istifadə olunur. Mərzə otu tibbi praktikada mərkəzi sinir sistemini sakitləşdirici kimi, mədə-bağırsaq fəaliyyətini stimullaşdıran vasitə kimi, iflic, astma, əsəb xəstəliklərində, öyümə-qusma zamanı, qadınlarda aybaşı pozulmasında, rematizm və s. xəstəliklərdə tətbiq edilir.
More
More — amerikan siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company", Avropa İttifaqında "Japan Tobacco" və Filippində "PMFTC" tərəfindən istehsal olunur.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Fulad Mirzə
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Həmid Mirzə
Şahzadə Sultan Həmid Mirzə Qacar (23 aprel 1918, Təbriz – 5 may 1988, London)— İranın keçmiş hakim sülaləsi olan Qacarlar sülaləsinin və Qacar Şah Ailəsinin başçısı. İranın şahı Məhəmməd Həsən Mirzənin oğlu. == Həyatı == Həmid Mirzə Qacar 23 aprel 1918-ci ildə Təbrizdə anadan olmuşdur. O, İran şahı Məhəmməd Həsən Mirzənin ikinci xanımı Möhtrəm Razzaqidən olan oğludur. Kiçik yaşlarını Gülüstan Sarayında keçirən Həmid Mirzə 4 yaşında çatdıqda atası onu təhsil alması üçün İngiltərəyə göndərir. Lakin o, İstanbula sürgündə yaşayan babası Məhəmmədəli şahın yanında qalır. Məsələ orasındadır ki, Məşrutə inqilabından sonra 1909-cu ildə Məhəmmədəli şah ölkəni tərk edərək taxtı öz oğluna ötürmüşdü. Nəvəsinin İngiltərə getməsi üçün hələ gənc olduğunu düşünən baba onu yanından buraxmır. 5 aprel 1924-cü ildə Məhəmmədəli şah Qacar vəfat edir, və 6 yaşlı şahzadəni İtaliyaya, sonra isə Parisə aparırlar. Rza xanın çevirilişindən sonra İrandan qaçan atası ilə birlikdə Londona köçən Həmid Mirzə burada təhsil almağa başlayır.
Həmzə Mirzə
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
Həsən Mirzə
Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015) == Həyatı == H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı.
Həsənəli mirzə
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Maqsud Mirzə
Maqsud Mirzə — Ağqoyunlu şahzadəsi. == Həyatı == Uzun Həsənin oğlu və Bağdad valisi idi. Uğurlu Məhəmmədi dəstəkləmiş, daha sonra həbs olunmuşdur. "Tarixi Əmini" əsərində təriflənmişdir.Sultan Xəlil tərəfindən öldürülmüşdür. == Ailəsi == Rüstəm Mirzə adlı oğlu olmuşdur.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mirzə (ad)
Mirzə — kişi adı.
Mirzə Abayev
Mirzə Abayev (oset. Абайты Мирза erm. Միրզա Աբաև; Cənubi Osetiya – 1994, Cəbrayıl, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası) — milliyyətcə osetin olan ermənilər tərəfindən döyüşmüş Qarabağ müharibəsinin iştirakçısı. Mirzə Abayev 1992-ci ildə 36 nəfərlik dəstə ilə Şimali Osetiyadan Qarabağa ermənilər tərəfdən döyüşmək üçün gəlib. Dəstə üzvlərinin 30 nəfəri osetin, digərləri isə erməni, rus və kabardinlər idi. Qarabağ döyüşlərinə qədər Abayev gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. İlk olaraq Monte Melkonyanın komandanlığı altında Martuni alayında döyüşlərə başlayır. Daha sonra isə milliyyətcə osetin olan əsgərlərdən ibarət dəstəyə rəhbərlik etməyə başlayır və ölümünə qədər də bu dəstənin rəhbəri olur. Öz dəstəsi ilə bir çox vacib döyüşlərdə iştirak edir. 1993-cü ildə Füzulinin işğalında iştirak edir.
Mirzə Abdulla
Mirzə Abdulla Fəraxani (tam adı: Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani, fars. میرزا عبدالله فراهانی‎; d. 12 oktyabr 1843, Şiraz, Qacarlar dövləti – 18 mart 1918, Tehran, Qacarlar dövləti) — İran tarzəni, sətarçalanı, Radif musiqi sənətinin qurucularından biri (digəri Mirzə Hüseynqulu Fəraxani). O, eləcə də XX əsr İran setarçalanı Əhməd İbadinin atası olmuşdur. Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani 12 oktyabr 1843-cü ildə Şirazda anadan olmuşdur. Mirzə Abdulla qardaşı Mirzə Hüseynqulu ilə birlikdə Radif musiqi sənətinin baniləri olublar. Mirzə Abdullanın həyatı və fəaliyyəti haqda çox az məlumat mövcuddur. Mənbələrə görə, Mirzə Abdullanın atası Ağa Əli Əkbər Fəraxani Məhəmməd Şah Qacarın və Nəsrəddin Şahın hakimiyyəti dövrlərində saray musiqiçi olmuşdur. Mirzə Abdullanın atası hələ o uşaq ikən vəfat etmişdir. Buna görə onu və qardaşını Əli Əkbərin qardaşıoğlu və tələbəsi Ağa Qulamhüseyn öz himayəsinə almışdır.
Mirzə Allahverdiyev
Allahverdiyev Mirzə Ələkbər oğlu (15 sentyabr 1947, Güllübulaq, Amasiya rayonu – 6 fevral 2017, Bakı) — kimya elmləri doktoru, professor. Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri. Mirzə Allahverdiyev 15 sentyabr 1947 ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1965-ci ildə həmin rayonun onbirillik məktəbini qızıl medalla bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinə (BDU) daxil olmuşdur və 1970-ci ildə BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə AMEA-nın Aşqarlar Kimyası İnstitutunun (AKİ) aspiranturasına daxil olmuş və namizədlik işini Moskva Zərif Kimya Texnologiyası Akademiyasında yerinə yetirmişdir. 1973-cü ildə AMEA-nın AKİ-da baş laborant, mühəndis, kiçik və böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1974-cü ildə «Butoksi- və butiltioəvəzli aminspirtlərin sintezi və xassələri » mövzüsunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 1987-1988-ci illərdə Rusiya EA-nın A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr institutunda doktoranturada oxumuşdur. 1990-cı ildə «Tiiranlar və onların sələflərinin sintezi, xassələri və tətbiqi» mövzüsunda doktorluq dissertasiyası müdafiə etmişdir. Kükürd üzvi birləşmələr içərisində çox az tədqiq edilmiş üç və dörd üzvlü heterosikliklərin tiran və tietanların sintez üsulları işlənib hazırlanmış, onların nuklefil və elektrofil reagentlərlə qarşılıqlı reaksiyası sistemli tədqiq edilmiş, birləşmələrin quruluşu ilə onların yeyilmə, siyrilmə, antioksidləşdirici, bioloji fəallığı arasında olan qanunauyğunluqları öyrənilmiş, ilk dəfə olaraq funksionaləvəzli tiiranların, tietanların, ditianların: sultonların, tetrahidrotiazınlərın sintez üsulunu işləyib hazırlamışdır.
Mirzə Almasov
Mirzə Yarəhməd oğlu Almasov (Hövsan) — general-mayor (2003), Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi (2003). "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir (2012).
Mirzə Atakişiyev
Mirzə Axundov
Mirzə Ağabəyli
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb.
Mirzə Ağabəyov
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb.