Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rai Radio 1
Rai Radio 1 (əvvəlki adı -Radio Uno kimi tanınırdı) - RAİ xəbərlər, idman, tok-şou və populyar musiqi sahəsində ixtisaslaşan İtalyan dövlət teleradiokompaniyasının ilk radiostansiyası. RAİ-nin ilk rəqəmsal, teleradioyayım multipleksinə daxildir. == Tarixi == Birinci radiostansiya fəaliyyətə İtaliyada 6 oktyabr 1924-cü ildə "1-RO" adı ilə başlamışdır. Radiostansiyasının rəhbəri və sahibi İtaliyanın Radioyayım Birliyidir (it. Unione Radiofonica Italiana). 1927-ci ildə İttifaq tezliklə İtaliyada hüquqi şəkildə fəaliyyət göstərən İtalyan Radioyayım orqanının (it. Italiano per le Audizioni Radiofoniche) bir hissəsi oldu. 1944-cü ildə bu təşkilat İtaliya Radioyayım (it. Radio Audizioni Italiane) təşkilatı adlandırıldı. II Dünya müharibəsindən sonra 3 noyabr 1946-cı ildə 2 radiostansiya fəaliyyət göstərməyə başladı : "Qırmızı şəbəkə" (it.
Rai Radio 2
RAİ Radio 2 (əvvəlki adı – Radio Due kimi tanınırdı) — RAİ tok-şou və populyar musiqi sahəsində ixtisaslaşan italyan dövlət teleradio kompaniyasının 2-ci radiostansiyası.RAİ-nin ilk rəqəmsal, teleradioyayım multipleksinə daxildir. == Tarixi == İkinci RAİ radiostansiyası 21 mart 1938-ci ildə İtaliya radioyayım təşkilatının ( ital.- Italiano per le Audizioni Radiofoniche) qərarı ilə yayımlanan 2-ci radioyayım proqramı ilə fəaliyyətə başlamışdı. 1944-cü ildə bu təşkilat İtaliya Radioyayım (ital-Radio Audizioni Italiane) təşkilatı adlandırıldı. II Dünya müharibəsindən sonra 3 noyabr 1946-cı ildə 2 radiostansiya fəaliyyət göstərməyə başladı : "Qırmızı şəbəkə" (ital. Rete Rossa) və "Mavi şəbəkə" ( ital.Rete Azzurra). Hər iki radiostansiya bərabər hüquqa malik olsa da , lakin onlara verilən bu başlıqların məqsədi onların bir-birinə əks fikirləri yayımlamaq idi. 1 oktyabr 1950-ci ildə isə kultroloji proqramları və musiqiləri yayımlamaq məqsədilə 3-cü radiostansiya (ital. Terzo Programma) fəaliyyətə başladı. 1 yanvar 1952-ci ildə artıq birgə şəkildə fəaliyyət göstərən bu iki radiostansiya ənənəvi ad aldı : "Qırmızı şəbəkə" əvvəlcə "Milli proqram", daha sonralar "Birinci proqram", sonda isə müasir RAİ Radio 1 adını aldı. "Mavi şəbəkə" isə əvvəlcə "İkinci proqram" (ital Secondo Programma), daha sonra isə RAİ Radio 2 adını aldı.
Rai Radio 3
Rai Radio 3 (əvvəlki adı- Radio Tre kimi tanınırdı) — RAİ mədəniyyət və klassik musiqi sahəsində ixtisaslaşan italyan dövlət teleradiokompaniyasının 3-cü radiostansiyası. 3-cü BBC radioproqrammını olduğu kimi - strukturu ilə təkrarlayan bu radiostansiya 1 oktyabr 1950-ci ildə 3-cü proqram kimi fəaliyyətə başladı. Müasir adını 1976-cı ildə almış. RAİ-nin ilk rəqəmsal, teleradio yayım multipleksinə daxildir. == Proqramlar == Rai Radio 3 yayım şəbəkəsinin əsasının- kulturoloji proqramlarla yanaşı klassik və avangard musiqi (canlı efirdə yayımlanan konsertlər)yayımı, klassik əsərlərin ədəbi oxunuşu, tarixi-tematik, iqtisadi, fəlsəfi, dini, mifoloji, eləcə də kino və teatr ilə bağlı proqramlar təşkil edir. Gün ərzində 3 dəfə (8:45, 13:45 və 18:45 radələrində)xəbərlər verilir, hər axşam isə canlı efirdə klassik musiqi konserti yayımlanır. Bu vaxta qədər bu radioda heç bir reklam olmayıb. Bütün informasiyalar analiz və sintez olunmaqla təqdim olunur. Gecə saatlarında isə Rai Radio 3 öz tezliyi ilə canlı musiqi yayımlayan Rai Radio FD 5 kabel radiokanalına keçid alır. Canlı efirdə həmçinin Euroradio şəbəkəsinin bəzi verlişləri yayımlanır.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. == Haqqında == RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür.2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. == Həmçinin bax == Mehman Hüseynov Obyektiv TV == İstinadlar == == Ədəbiyyat == Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Razi
Razi — ad. Razi Nurullayev — Azərbaycan siyasətçisi. Razi Səfərov Fəxrəddin Razi — Məhəmməd ibn Zəkəriyə əl-Razi — fars tibb və kimya elm adamı.Yaşayış məntəqələriRazi (Xoy) — İranda kənd.
Vadi
Vadi- (rus. вади, ing. wadi Şm. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Kadi
Kadi — ad. Kadi (futbolçu) — Braziliyalı futbolçu. Yevdokiya Kadi — Kipr müğənnisi.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
Adı sənin, dadı mənim (film, 1980)
Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər. == Məzmunu == Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
Ardi (Ərdəbil)
Ardi (fars. اردي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (54 ailə).
Atəş ramı
Atəş ramı və ya Taran — döyüşdə istifadə oluna biləcək ən sonuncu hücum variantıdır. Hücum vasitələri bitmiş və ya zədələnmiş təyyarənin digər təyyarəyə və ya yer hədəfinə çırpılması ilə məhv üsuludur. Təyyarələrin ixtirasından çox əvvəl dəniz və quru döyüşlərində bu hücum növündən istifadə olunmuşdur. Atəş ramı ilə Kamikadze hücumları eyni deyildir. Çünki atəş ramı zamanı pilotun sağ qalmaq ehtimalı vardır. İlk taran 1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Pyotr Nesterov tərəfindən həyata keçirilmişdir. Azərbaycan Hərbi Hava Qüvvələri tarixində ilk dəfə atəş ramı həyata keçirən pilot polkovnik Zaur Nudirəliyev olmuşdur.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır.Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Badi Valastro
Bartolo "Badi" Valastro - italyan əsilli amerikalı tanınmış şef, televiziya veriliş qəhrəmanı. Özünün şəxsi Karlonun şirniyyat evi adlı mağazası vardır. Badi Valastro ilk dəfə 2009-cu ildən efirə çıxmış "Tort şefi"(Cake Boss) televiziya həyatına başlayıb. Daha sonra "Mətbəx şefi"(Kitchen Boss) (2011), "Şirniyyat evi xilasedicisi Badi" (Buddy's Bakery Rescue) (2013) verilişləri yayımlanıb.
Bulbophyllum raui
Bulbophyllum raui (lat. Bulbophyllum raui) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Evdokiya Kadi
Evdokiya Kadi (yun. Ευδοκία Καδή; 1981, Nikosiya) — Kipr müğənnisi. 2008-ci ildə Kipri "Fema Fetale" mahnısı ilə Avroviziya 2008 müsabiqəsində təmsil etmişdir. 22 mayda keçirilən yarımfinalda 15-ci yeri tutaraq finala çıxa bilməmişdir. Karyerasına 2001-ci ildə Kipr Universitetində başlamışdır. Bundan sonra o, Kiprdə və xaricdə müxtəlif yunan və kiprli müğənnilərin konsertlərində iştirak etmişdir. O həmçinin Kipr Yayın Korporasiyasının üzvüdür.Avroviziyadakı çıxışından sonra avqust ayında Yunanıstana gedərək Nikos Kourkoulis ilə "Poseydon" gecə klubunda çıxış etmişdir. 2008-ci ilin dekabrında isə ilk albomunu buraxmışdır.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Françesko Redi
Francesco Redi (it. Francesco Redi, 18 fevral 1626, Arezzo, Toskana, İtaliya - 1 Mart 1697, Pisa, Toskana, İtaliya) məşhur İtalyan (Tuscan) həkimi və təbiətşünasdır. Pisa şəhərində fəlsəfə və tibb sahəsində təhsil almışdır. Mediçinin Duke Ferdinando II və Duchyanın baş əczacısı altında Tuscan məhkəməsinin baş müalicəsi vəzifəsində işləmişdir.Aristotelin həyatın spontan nəsli haqqında fikirlərini təkzib edən Redi biologiya tarixində ilk təcrübələrini qoydu. Çürük ətdən özbaşına cücülərin çıxarılmasının qeyri-mümkün olduğunu sübut etdi. Təcrübələrin nəticələri 1668-ci ildə "Böcəklərin kökləri haqqında eksperimentlər" (İtalyan Esperienze Intorno alla Generazione degl'Insetti) əsərində nəşr olunmuşdur. İlan zəhərləri və parazitlər (qurdlar) ilə əlaqədar da tanınmış alimlərdəndir. 1655-ci ildən başlayaraq, o, Akademiya della Kruska və xüsusilə,o, nəşr edən İtalyan dil lüğətinin üçüncü nəşrinin hazırlanmasında iştirak etmişdir. Arkadiya Akademiyasının ilk üzvlərindən biri idi. O, ən vacib olan "Tuscany ildə Bacchus" şeiri (Toscana İtalyan Bacco, 1685) olan bir sıra poetik əsərləri nəşr etdi.