Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Samir
Samir — Kişi adı. Samir Xasıyev — Azərbaycanın Milli Qəhrəmanı. Samir Şərifov — Azərbaycan Respublikasının Maliyyə naziri Samir Əliyev Samir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid. Samir Cavadzadə — azərbaycanlı müğənni. Samir Ələkbərov — Azərbaycanın məşhur futbolçusu. Samir Musayev — azərbaycanlı futbolçu. Samir Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Samir Abbasov — azərbaycanlı sabiq futbolçu, müdafiəçi. Samir Məmmədov Samir Məmmədov (boksçu) Samir Məmmədov (kiçik çavuş) Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Cəfərov (entomoloq) — entomoloq. Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək. Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). 18–20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan — qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ — qızartmaq üçün Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samid Əsgərov
Samih Yalnızgil
Samih Rifat bəy və ya Samih Yalnızgil, (1875, İstanbul — 4 dekabr 1932) — türk şairi, dilçisi və siyasətçisi. Rüşdiyə məzunudur. Xüsusi təhsil almışdır. İstanbul məhkəmə katibliyi, Mərcan Liseyi Ədəbiyyat müəllimliyi, Konya, Trabzon Qubernatorluğu, Daxili İşlər Müşaviri, Təhsil Nazirliyi Müəllif Hüquqları və Tərcümə İdarəsi, Tarix Cəmiyyətinin üzvü, Təhsil Nazirliyinin müşavirliyi, III və IV dövr Çanakkale Millət vəkili, III və IV dövr kitabxana əncüməni rəisliyi kimi fəaliyyət göstərirdi. Ailəlidir, üç övladı var. Türk Dili Cəmiyyətinin ilk prezidentidir. Mehmet Akif Ərsoy ilə birlikdə "Divanü Lüğat-it-Türk"ü türk dilinə tərcümə etmişdir. Şair, dramaturq və roman yazıçısı Oktay Rifatın atasıdır. Qızı, keçmiş Ədliyyə Nazirlərindən olan Həsən Səfyəddin Menemencioğlu ilə evlənmişdir.
Samin Baghtcheban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Samin Bağçəban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Samiq Fərzalıyev
Samiq Rəhmanov
Samir Abasov
Samir Abbasov (1 fevral 1978, Sumqayıt) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş baş məşqçisi. Samir Ramazan oğlu Abasov 1978-ci il fevral ayının 1-də Sumqayıtda anadan olub. Karyerasında yalnız Azərbaycan klublarında çıxış edib.
Samir Abbasov
Samir Abbasov (1 fevral 1978, Sumqayıt) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş baş məşqçisi. Samir Ramazan oğlu Abasov 1978-ci il fevral ayının 1-də Sumqayıtda anadan olub. Karyerasında yalnız Azərbaycan klublarında çıxış edib.
Samir Abdullayev
Samir Allahverdiyev
Samir Alışov
Samir Bayramlı
Samir Bayramlı Musa oğlu - Azərbaycanlı aparıcı. 17 mart 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. Professional televiziya fəaliyyətinə 2005-ci ildə başlayıb. İlk olaraq müxbir-aparıcı kimi, daha sonralar isə səhər verilişlərinin şəxsi rubrikalarının müəllifi və aparıcısı olan Samir 2007-2010-cu illərdə Azad Azərbaycan TVdə "Bizdən Sizə" adlı verilişin müəllifi və aparıcısı kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə eyni zamanda dövrünün ən məşhur müsiqi yarışması olan "Yeni Ulduz"un aparıcısı olub. 2010-2011-ci illərdə Röya və Zamiq Hüseynovun iştirakı ilə "Doğma Diyar" layihəsinin aparıcısı kimi bütün Azərbaycanı dolaşıb. Bu layihədən sonra Azad Azərbaycan TVdə "Sən də Oyna" adlı məşhurların yarışdığı əyləncəli realiti verilişin aparıcısı olur. 2013-cü ildə dünyada ilk dəfə keçirilən 2013 Türkviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı proqramı üzrə aparıcı və Azərbaycan nümayəndə heyətinin rəsmi üzvü kimi çıxış edir. 2014-cü ildə yenə Azad Azərbaycan TVdə "Toydan Əvvəl"in aparıcısı olub.
Samir Bayramov
Samir Bağırov
Samir Bağırov (21 avqust 1967, Bakı) — Azərbaycanın estrada müğənnisi. Samir Bağırov Azərbaycanda müasir estradanın yaradıcılarından biri hesab olunur. Müğənni daima qeyri-adi görünüşü ilə fərqlənib. Samir Rafiq oğlu İsayev (Samir Bağırov tatar əsilli atasının deyil, ata nənəsinin soy adından istifadə edir) 21 avqust 1967-ci ildə Qax rayonu Dəymədağlı kəndində anadan olub. Bakı Musiqi Akademiyasının klassik vokal şöbəsinə daxil olmuşdur. Konservatoriyada təhsil aldığı müddətdə sovet ordusuna hərbi xidmətə çağırıl və hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertlərində solist kimi çıxış edir. Hərbi xidməti Ukraynada başa vurub. Hərbi xidməti başa vurduqdan sonra konservatoriyada təhsilini davam etdirib, başa vurur. İlk dəfə Teymur Mirzoyevin rəhbərlik etdiyi "Qaya" dövlət orkestrində işləməyə başlayıb. 1988-ci ildə Sevinc Kərimovanın təşkil etdiyi Bakı payızı müsabiqəsində laureat olmuşdur.
Samir Cavadzadə
Samir Cavadzadə (16 aprel 1980, Bakı) — azərbaycanlı müğənni. "Şeron" qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil etmişdir. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu. Samir Cavazadə 16 aprel, 1980 ilində Bakıda anadan olmuşdur. Uşaqlıqdan etibarən oxumağa başlamışdır. 1992-ci ildə № 9 musiqi məktəbində təhsil almağa başlamışdır. Azərbaycan xalq musiqisinin ifaçısı, xanəndə sayılır. 1997-ci ildə Biznes Universitetinə "Xarici əlaqələr" fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 5 il muğam kurslarında oxuyur. 1 il hərbi xidmətdən sonra Vaqif Gərayzadənin "Şeron" qrupunun üzvünə çevrilir.
Samir Cəfərov
Samir Qadir oğlu Cəfərov (19 noyabr 1976, Nehrəm, Naxçıvan rayonu) — azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2012). 19 noyabr 1976-cı ildə Naxçıvan MSSR, Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1993–1997-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino sənəti ixtisası üzrə, 1999–2001-ci illərdə Bakı Musiqi Akademiyasında solo oxuma ixtisası üzrə təhsil almışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir. Ü. Hacıbəylinin "Koroğlu" operasında Koroğlu, Cüzeppe Verdinin "Traviata" operasında Alfred və "Riqoletto"da Hersoq partiyalarını ifa edir. 2001-ci ildə Almatında keçirilən Vokalçıların Beynalxalq Müsabiqəsinin laureatı olmuşdur (2 yer). 2002-ci ildə Moskva şəhərində "Qalina Vişnevskayanın Opera Mərkəzi"ndə təhsil almışdır. Repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparici partiyaları, habelə mahnı və romanslar təmsil olunmuşdur. Rusiya, İspaniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
Samuy adası
Samuy adası (tay เกาะสมุย) — Sakit okeana daxil olan Siam körfəzində yerləşən ada. İnzibati baxımdan Taylandın Surattani vilayəti ərazisinə daxildir. Taylandda Pxuket adasından sobra ikinci ən böyük adadır. Adanın sahəsi 228,7 km², maksimal hündürlüyü isə 635 metr təşkil edir. Məşhur turizm mərkəzlərindən hesab edilir. Banqkokdan 700, Taylandın şərq sahillərindən isə 40 km məsafədə yerləşir. Ada özünün təbii gözəlikləri ilə seçilir. Burada çimərliklər, mərcan rifləri və kakos palmaları üdtünlük təşkil edir. 2008-ci ilin iyununda ada ayrıca bir inzibati vahidlik statusu almışdır. Əvvəllər isə Surattxani şəhərinin inzibati vahidliyinə daxil idi.