Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cennifer Tamas
Cennifer Tamas — keçmiş ABŞ voleybolçusu 1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan Cennifer Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerikalı voleybolçu 2009/2010 mövsümünü Puerto-Riko çempionatında keçirib. O, "Llanares of Toa Baja" klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub. 2010-cu ildə Azərreyl Bakı komandasına transfer olub. Son komandası isə daha sonradan bu klubun əsas komandası çevrilən Azəryol olmuşdur. 2013-cü ildə bu klubda karyerasını başa vurmuşdur.
Tamaş Farkaş
Tamaş Koloşvari
Tamaş Koloşvari (mac. Kolozsvári Tamás, XIV əsr, bilinmir – XV əsr)— XIV əsrin II yarısı XV əsrin əvvəllərində yaşamış macar rəssam. Başlıca əsərləri: "İsanın çarmıxa çəkilməsi", "Diriliş", "Yüksəliş", "Müqəddəs Benedik", "Müqəddəs Egidius" ve "Müqəddəs Nikolas" və s.
Tamaş Haynal
Tamás Hajnal (15 mart 1981-ci ildə anadan olub) yarımmüdafiəçi kimi çıxış edən macar keçmiş peşəkar futbolçusudur . Macarıstanın Esterqon şəhərində anadan olan Hajnal doğma şəhəri Nyergesújfaluda yerli Zoltek SE üçün futbol oynamağa başlayıb. 31 yanvar 2011-ci ildə Hajnal VfB Stuttgart-a icarəyə verildi. O, ilk qolunu 27 fevral 2011-ci ildə Ştutqartın 2:0 hesabı ilə qalib gəldiyi Frankfurt Ayntraxtına qarşı vurdu. 7 may 2011-ci ildə Hajnal aşağı liqadan yüksələn VfB Stuttgart-a daimi olaraq transfer oldu. Hajnal 7 yanvar 2013-cü ildə VfB Stuttgart ilə müqaviləsini 2014-cü ilin iyun ayına qədər bir il daha uzadıb. 1 avqust 2013-cü ildə İnqolştadt 04 klubuna keçdi. İlk matça 2. Bundesliqada "Karlsruher SC" yə qarşı oynayıb. 2014-cü ilin sentyabrında klubdan ayrılacağını və çox güman ki, vətəni Macarıstana qayıdacağını açıqladı.
Tamás Hajnal
Tamás Hajnal (15 mart 1981-ci ildə anadan olub) yarımmüdafiəçi kimi çıxış edən macar keçmiş peşəkar futbolçusudur . Macarıstanın Esterqon şəhərində anadan olan Hajnal doğma şəhəri Nyergesújfaluda yerli Zoltek SE üçün futbol oynamağa başlayıb. 31 yanvar 2011-ci ildə Hajnal VfB Stuttgart-a icarəyə verildi. O, ilk qolunu 27 fevral 2011-ci ildə Ştutqartın 2:0 hesabı ilə qalib gəldiyi Frankfurt Ayntraxtına qarşı vurdu. 7 may 2011-ci ildə Hajnal aşağı liqadan yüksələn VfB Stuttgart-a daimi olaraq transfer oldu. Hajnal 7 yanvar 2013-cü ildə VfB Stuttgart ilə müqaviləsini 2014-cü ilin iyun ayına qədər bir il daha uzadıb. 1 avqust 2013-cü ildə İnqolştadt 04 klubuna keçdi. İlk matça 2. Bundesliqada "Karlsruher SC" yə qarşı oynayıb. 2014-cü ilin sentyabrında klubdan ayrılacağını və çox güman ki, vətəni Macarıstana qayıdacağını açıqladı.
Mark Tamaş
Mark Tamaş (28 oktyabr 1993, Sekeşfexervar) – Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"nin macarıstanlı mərkəz müdafiəçisi.
Tamaş Major
Tamaş Major (26 yanvar 1910, Uypeşt[d], Macarıstan krallığı – 13 aprel 1986, Budapeşt) — Macar aktyoru, rejissor və ictimai xadim. Mac. XR xalq artisti (1950). Koşud mükafatı laureatı (1948, 1955). 1942-ci ildən Macarıstan Sosialist Fəhlə Partiyasının (MSFP) üzvü, 1957–1966-cı illərdə MK üzvü. 1945–1962-ci illərdə Budapeştdəki Milli teatrın direktoru olmuşdur; 1962-ci ildən teatrın baş rejssorudur. Yaradıcılığında macar mütərəqqi realist teatrı ənənələrinə və K. S. Stanislavski sisteminə əsaslanır. Rolları; İvan Vasilyeviç ("İvan Vasilyeviç" M. Bulqakov), Lütsifer ("İnsanın faciəsi", İ. Madaç), Yaqo ("Otello", V. Şekspir) və b. "Bankban" (J. Katona). "Düşmənlər" (M. Qorki), "Sezuanlı mehriban adam" (B. Brext) və s.
Tamaş Şuyok
Tamaş Şuyok (mac. Sulyok Tamás, 24 mart 1956) — Macar hüquqşünas və siyasətçidir. 5 mart 2024-cü ildən etibarən Macarıstanın prezidentidir. O, 2016–2024-cü illər arasında Macarıstan Konstitusiya Məhkəməsinin prezidenti olmuşdur.
Ramas
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Tamus
Dioskoreya (lat. Dioscorea) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Taman
Taman xaqan — Qərbi Göytürk xaqanlığının hökmdarı. Taman yarımadası — Rusiyanın cənub hissəsində, Krasnodar diyarının ərazisində yerləşir. Taman (liman) — Taman yarımadasında, Krasnodar diyarının Temryukski rayonunun Taman kəndindən uzaq olmayan Volna kəndində liman.
Tamaşa
Pyes (fr. Pièce — hissə, parça, əsər) — səhnədə göstərilmək üçün yazılmış dram əsəri. Strukturuna görə pyes obrazların dialoq və monoloqlarından və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dram, komediya və faciə. Bəzən isə "üç hissəli dialoq", "pyes-parabola" və s. qeydlər mövcud olur. Komediya Komediyalar yumor üçün nəzərdə tutulmuş tamaşalardır. Komediyalarda hazırcavab, qeyri-adi personajlar, qəribə halların sayı çox olur. Bəzi komediyalar cəmiyyətin bütün qrupları üçün deyil, müəyyən yaş qrupları üçün nəzərdə.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Karlos Lamas
Karlos Saavedra Lamas (1 noyabr 1878[…], Buenos-Ayres – 5 may 1959[…], Buenos-Ayres) — Argentinanın sabiq xarici işlər naziri; Nobel Sülh Mükafatı laureatı (1936) 1936-cı ildə Boliviya ilə Paraqvay arasındakı müharibəni bitirmək üçün mübarizə apardığına görə ona Nobel Sülh Mükafatı verilmişdir. Lamas vəfat edəndən sonra mükafat bir neçə nəfərin əlinə keçir. 1990-cı illərin əvvəllərində isə onu bir amerikalı kolleksiyaçı Cənubi Amerika ölkələrinin birindəki zərgərlik dükanından almışdı. 2014-cü ilin martında isə ABŞ-nin Merilend ştatındakı "Stack's Bowers" auksion evi həmin mükafatını rekord qiymətə - 1,1 milyon dollara satmışdır.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Misao Tamay
Misao Tamay (16 dekabr 1903 - 23 dekabr 1978) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Sent-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Stafford Tomas