Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faruk Günuğur
Faruk Günuğur (16 fevral 1948, Ankara) — Türkiyə aktyoru. == Həyatı == Faruk Günuğur 16-sı fevral 1948-ci ildə Ankarada anadan olub. 1973-cü ildə (42 yaşında) H.Ü. dövlət konservatoriyasının yüksək fakültəsini bitirmişdir. O tarixdən etibarən Ankara dövlət Teatr sənətçisi olaraq fəaliyyət göstərib. Ötən illərdə Ankara dövlət Teatrında Canlı yayım adlı oyunu idarə edib. Qəfəsdən bir quş uçdu oyunu ilə sənəd ocağında ən yaxşı oyunçu mükafatını alıb. Eyni zamanda bir çox Televiziya seriallarında Rol almışdır.
Faruk Leqhari
Faruk Əhməd Xan Leqhari (29 may 1940 – 20 oktyabr 2010, Ravalpindi, Pəncab) — Pakistan İslam Respubliksının 8-ci prezidenti.
Faruk Dinç
Faruk Dinç (1985, Diyarbəkir ili) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Faruk Dinç 1985-ci ildə Diyarbəkir ilinin Dicle ilçəsində anadan olub. İbtidai və orta təhsilini Diyarbəkir ilində alıb. Malatya İnönü Universiteti Əczaçılıq Bölməsindən məzun olub. Tələbə illərində İhya Təhsil-Mədəniyyət Dayanışma Dərnəyinin (İHYA-DER) üzvü olub. Dərnəyin “Başsağlığı və Dəfn Komissiyası”nda çalışıb. 2009-cu ildə İHYA-DER üzvü olduğu səbəbilə həbs edilib və 2 ay yarım həbsxanada saxlanılıb. Azadlığa çıxandan sonra universiteti bitirib və 2010-cu ildə bəraət alıb. Siyasi fəaliyyəti ərzində Hürr Dava Partiyasında gənclər qanadının sədri, Diyarbəkir il şöbəsinin sədri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Faruc
Faruc — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Faruc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,039 nəfər və 2,639 ailədən ibarət idi. Əhalisi əsasən Xorasan türklərindən ibarətdir və Xorasan türkcəsində danışırlar. Faruc şəhərində qismən Farslar və Kurmanclar da yaşayırlar. Şəhərin Türk kökənli əhalisini əsasən Qarayilər təşkil edir.
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
FARK
Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) — Kolumbiya Kommunist Partiyasının silahlı təşkilatı kimi 1966-cı ildə yaradılmışdır. Ölkənin ən böyük partizan təşkilatı sayılır. Əsas məqsədi amerikalıların ölkədən qovulması və kommunist inqilabının keçirilməsidir. Təşkilatın şəhərdə terror aktları və əməliyyatlar keçirən şəhər cəbhəsi strukturu fəaliyyət göstərir. Əsasən narkotik maddələr dövriyyəsindən əldə edilən gəlirlə fəaliyyət göstərir. Üzvlərinin sayı 5500 nəfərdir. == Tərkisilah olması və Siyasi Partiyaya Çevrilməsi == 50 illik silahlı fəaliyyətindən sonra 23 iyul 2016-cı ildə Kolumbiya Hökuməti ilə FARC arasında əldə edilən yekun anlaşmaya görə FARC silahlarını Birləşmiş Millətlərə təhvil verməli, Hökumət isə FARC üzvlərinin təqibinə son qoymalı, onların ictimai-sosyal həyata qarışmasına yardımçı olmalıdı idi. Anlaşmanın möhkəmlənməsi üçün Kubada, Boqotada birsıra silsilə görüşlər təşkil edilsə də, oktyabr 2016-da Kolumbiyada keçirilən "FARC ilə sülh" referendumundan "Yox" qərarının çıxması, müzakirələri dayandırır. Lakin 1 dekabr 2016-dan etibarən yenidən "normallaşdırma" prosesinə başlanılır. 27 iyun 2017-ci ildə BMT-nin nəzarətində FARC silahlarının tamamına yaxınını təhvil verir.
Ömər Faruk Gergerlioğlu
Ömər Faruk Gergerlioğlu (2 noyabr 1965, İsparta ili) — tibb işçisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. Ömər Faruk Gergerlioğlu 1965-ci ildə İsparta ilində anadan olub. Bursa İmam-Hatip Liseyindən və Anadolu Universiteti Tibb Bölməsindən məzun olub. Uzun illər dövlət xəstəxanalarında çalışıb. İstanbulda Süreyyapaşa Göğüs Xəstəxanasında vərəm üzrə ixtisaslaşıb. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 6 yanvar 2017-ci ildə tutduğu vəzifədən azad edilib. İnsan Hüquqları və Məzlum İnsanların Həmrəyliyi Dərnəyinin (MAZLUMDER) 2003-cü ildə Kocaeli şöbəsinin sədri, 2007-2009-cu illərdə isə qurumun sədri olub. İnsan hüquqları mövzularında məqalələri dərc olunub. Bir müddət AK Partiya, daha sonra isə HDP və DEM üzvü olub. 2017-ci ildə Konstitusiya referendumundan əvvəl islam seqmentindən yazıçı və siyasətçilərin təmsil olunduğu Haqq və Ədalət Platformasının üzvü olub.
Ömər Faruk Hülakü
Ömər Faruk Hülakü (1981, Bingöl ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ömər Faruk Hülakü 1981-ci ildə Bingöl ilində anadan olub. KKTC-də Yaxın Şərq Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. 2012-2014-cü illərdə İnsan Hüquqları Dərnəyi Bingöl şöbəsinin idarəçilərindən olub. 2021-2023-cü illərdə Bingöl Vəkillər Kollegiyasının sədri vəzifəsində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bingöl ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evlidir və 2 uşaq atasıdır.
İsmail Faruk Aksu
İsmayıl Faruk Aksu (1 sentyabr 1963, Ünye[d], Ordu ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İsmayıl Faruk Aksu 1963-cü ildə Ordu ilinin Ünye ilçəsində anadan olub. Bursa Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Qazi Universitetinin Elm və Texnologiya İnstitutunda magistr dərəcəsi alıb. 1986-2001-ci illərdə Dövlət Kadrlar İdarəsində mütəxəssis yardımçısı, mütəxəssis və şöbə müdiri vəzifələrində çalışıb. Standartların Yenidən Qurulması (TSE) Şurasının sədri olub. 2001-ci ildə Baş nazirin mənzil məsələləri üzrə müşavirinin müavini vəzifəsinə təyin edilib. Konut GYO Mənzil Koordinasiya Şurasının sədri və Təftiş Şurasının sədri vəzifələrində çalışıb. İnvestisiya Mühitinin Yaxşılaşdırılması üzrə Koordinasiya Şurasının İnvestisiya Komitəsinin sədri də olub. 2004-cü ildə Bayındırlıq Nazirliyində nazirin müşaviri, 2007-ci ildə isə TBMM MHP qrupunun müşaviri vəzifəsinə təyin edilib.
İsmayıl Faruk Aksu
İsmayıl Faruk Aksu (1 sentyabr 1963, Ünye[d], Ordu ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İsmayıl Faruk Aksu 1963-cü ildə Ordu ilinin Ünye ilçəsində anadan olub. Bursa Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Qazi Universitetinin Elm və Texnologiya İnstitutunda magistr dərəcəsi alıb. 1986-2001-ci illərdə Dövlət Kadrlar İdarəsində mütəxəssis yardımçısı, mütəxəssis və şöbə müdiri vəzifələrində çalışıb. Standartların Yenidən Qurulması (TSE) Şurasının sədri olub. 2001-ci ildə Baş nazirin mənzil məsələləri üzrə müşavirinin müavini vəzifəsinə təyin edilib. Konut GYO Mənzil Koordinasiya Şurasının sədri və Təftiş Şurasının sədri vəzifələrində çalışıb. İnvestisiya Mühitinin Yaxşılaşdırılması üzrə Koordinasiya Şurasının İnvestisiya Komitəsinin sədri də olub. 2004-cü ildə Bayındırlıq Nazirliyində nazirin müşaviri, 2007-ci ildə isə TBMM MHP qrupunun müşaviri vəzifəsinə təyin edilib.
Abdulla Faruq
Əfəndiyev Abdulla Musa oğlu (24 aprel 1907, Potu, Göyçay qəzası – 1944) — şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abdulla Faruq 1907-ci il aprelin 24-də Azərbaycanın indiki Göyçay rayonundakı Potu kəndində əkinçi ailəsində doğulmuşdur. İlk təhsilini Göyçayda almış (1917-1921), sonra Bakı müəllimlər seminariyasına göndərilmişdir. Oranı bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur (1925). Lakin onu ADU-nun pedaqoji fakültəsinə dəyişirlər. Burada ictimai-tarix şöbəsini qurtarır. Göyçay rayonunda pedaqoji fəaliyyətə başlayır. Sonra Bakı məktəblərində müəllimlik edir. ADU-nun hazırlıq kurslarında və şəhər məktəblərində ictimaiyyət fənnindən dərs keçir. Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya ezam olunur (1930).
Farruk Ləqhari
Faruk Əhməd Xan Leqhari (29 may 1940 – 20 oktyabr 2010, Ravalpindi, Pəncab) — Pakistan İslam Respubliksının 8-ci prezidenti.
Faruc şəhristanı
Faruc şəhristanı- İranın Şimali Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Faruc şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,743 nəfər və 12,947 ailədən ibarət idi.
Faruq Sümer
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. == Həyatı == Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
I Faruq
I Faruq (ərəb. فاروق الأوّل‎; 11 fevral 1920[…] – 18 mart 1965, Roma) — 1936-cı ildən 1952-ci ilə Misirin kralı.
Altun Yaruk abidəsi
"Altun Yaruk" (Qızıl isığı) — abidə qədim uyğur ədəbi dili ənənəsini davam etdirən ən iri həcmli buddist uyğur yazılı abidədir. 1908-1913-cü illərdə alman və rus ekspedisiyaları zamanı Çində - Şərqi Türkistanda hissə-hissə tapılıb. Əsər X əsrdə uyğurların mərkəzi Beşbalıkda Sinqu-Seli Tudun tərəfindən çin dilindən tərcümə edilib. Son əlyazmasi XVIII əsrə aiddir və əsər iki hissədən ibarətdir.
Faruq Nafiz Çamlıbel
Faruq Nafiz Çamlıbel (18 may 1898, Konstantinopol – 8 noyabr 1973, İstanbul) — türk şair, siyasətçi və müəllim. Beş hecaçılar ədəbi cərəyanına mənsub olan şairlərdən biri. TBMM-də VIII, IX, X və XI çağırış İstanbul millət vəkili olaraq fəaliyyət göstərmiş bir siyasətçi. Ən məşhur əsəri "Xan divarları" adlı şeiri olmuşdur. == Həyatı == Faruq Nafiz Çamlıbel 18 may 1898-ci ildə İstanbulda anadan olub. Atası Süleyman Nazif bəy, anası Fatma Ruhiyə xanım olmuşdur. İbtidai və orta təhsilini Bakırköy Rüşdiyyəsi ilə Hadika məşvərət orta məktəbində alıb. == Yaradıclığı == Faruq Nafiz Çamlıbel şeirə uşaq yaşlarında başlayıb. Yazıçının dediyinə əsasən, ilk şeiri olan "Saat" 1914-cü ildə "Uşaq dünyası" adlı jurnalda çap olunub. Faruq Nafizin ədəbiyyat aləmində tanınması Cəlal Nurinin çıxardığı "Ədəbiyyati-ümumiyyə" məcmuəsində çap olunan əruzla yazdığı "Şərqin sultanları" şeirilə başlanmışdır.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Baruq
Barıq (Qoşaçay)
Fabrik
Fabrik (latınca mənası istehsal sahəsi) — emalatxanalardan fərqli olaraq çox sayda işçi qüvvəsi və mexanizmi özündə birləşdirən, sifarişlə deyil, şablonla məhsul istehsal edən iri sənaye müəssisəsi. XIX əsrdə müəssisənin fabrik hesab edilməsi üçün Fransada, Avstriyada, Saksoniyada 21, Rusiyada 17 işçisi olmalı idi. Fabrik ilə manufaktura arasındakı fərq ondan ibarətdir ki, manufakturada məhsul istehsalı yalnız bir maşında cəmləşir və onun tətbiqi az baş verir, eyni zamanda işin çoxu əl ilə görülür. Bundan əlavə, manufakturada çalışanlar evdə də iş görə bilirdilər. Fabrikdə isə bunun əksinə olaraq istehsal prosesində bir çox maşınlar tətbiq edilir ki, bu da məhsuldarlığın artmasına gətirib çıxarmışdır. Fabriklərin yaranması və inkişafı əsasən sənaye inqilabından sonraya təsadüf edir.
Fagus
Fıstıq (lat. Fagus) – fıstıqkimilər fəsiləsinə aid bitki cinsi. == Fıstıq meşələri == Azər­bay­can­da ən ge­niş ya­yı­la­nı fıs­tıq me­şə­lə­ri olub res­pub­li­ka­nın ümu­mi me­şə fon­du­nun 32 fa­i­zə qə­dər­dir. Ki­çik Qaf­qa­zın cə­nub ya­ma­cı ra­yon­la­rın­da (La­çın, Qu­bad­lı, Zən­gi­lan) və Nax­çı­van MR-dən baş­qa fıs­tıq res­pub­li­ka­nın bü­tün dağ ra­yon­la­rın­da bi­tir. Ki­çik Qaf­qa­zın cə­nub ra­yon­la­rın­da fıs­tı­ğın ya­yıl­ma­sı­na qu­ru kon­ti­nen­tal iq­lim şə­ra­i­ti ma­ne­çi­lik tö­rə­dir. Ki­çik Qaf­qaz dağ­la­rın­da fıs­tı­ğın şərq sər­hə­di Dağ­lıq Qa­ra­bağ­da Had­rud və Xo­ca­vənd ra­yon­la­rı ara­sın­da Kirs da­ğı­nın şi­mal his­sə­sin­də mü­şa­hi­də olun­du. Bö­yük Qaf­qa­zın şi­mal-şərq mak­ro­ya­ma­cın­da fıs­tı­ğın şərq sər­hə­di Ata­çay və Tığ­çay höv­zə­sin­də­dir. Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da me­şə bit­ki­si­nin, o cüm­lə­dən fıs­tı­ğın şərq sər­hə­di şi­mal mak­ro­ya­ma­ca nis­bə­tən qərb­dən ke­çir. Fıs­tı­ğın şərq sər­hə­di­nin be­lə qı­sal­ma­sı fik­ri­miz­cə cə­nub mak­ro­ya­ma­cın­da iq­li­min xey­li qu­raq ol­ma­sı­dır, bu­ra­da in­sa­nın tə­sər­rü­fat fə­a­liy­yə­ti də mü­hüm rol oy­na­mış­dır. Res­pub­li­ka­mı­zın dağ­la­rın­da müx­tə­li­fot­lu, to­pal­lı, ölü ör­tük­lü, çə­tir­yar­paq­lı, qa­ra­çöh­rə­li, su­balp, dəf­nə­gi­las­lı fıs­tıq me­şə tip­lə­ri ya­yıl­mış­dır.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Çarsk
Çarsk (qaz. Шар) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Jarma bölgəsindəki bir şəhər. Şar şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 634421100. Şəhər Türksibdəki stansiyadan başladı. Şər çayının adını daşıyır. Bir əfsanə var ki, bir vaxtlar çayın axarı o qədər güclü idi ki, monqollar naimanları məğlub edərək Şər çayından keçdi və çay ordunun 1/3 hissəsini apardı. Mənşənin ilk versiyası olan "Şar" sözü Qazaxıstanın istiliyindən, yəni "uçurumdan" gəlir, ikinci mənşəli versiyaya görə Çingiz Xan ordusu ilə bu ərazidən keçəndə çağırdı Rus dilinə "sarı" ilə tərcümə edilən bu torpaq "Şar". Maraqlı bir həqiqət budur ki, şəhərin kənarları hələ də qışda və yayda qeyri-adi sarı örtüyü ilə məşhurdur, çünki Çarsk şəhəri ətrafında çöl otu "shi" böyüyür. Çarın adı "Abay Zholy" da çəkilir.
Farqo
Farqo (Şimali Dakota)