Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Fidan Axundova
Axundova Fidan Elmar qızı (18 sentyabr 1977, Bakı) — azərbaycanlı aktrisa, televiziya aparıcısı, şairə. == Həyatı == Fidan Axundova 18 sentyabr 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1994-cü ildə Bakının Nəsimi rayonundakı 44 saylı məktəbi bitirib. Həmin il Bakıdakı 2 saylı tibb məktəbinə daxil olub. İkiillik təhsilini uğurla başa vurandan sonra 1998-ci ilə qədər müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə ikən Akademik Milli Dram Teatrına dəvət olunaraq Nəbi Xəzrinin "Burla xatun" dramının tamaşasında Banu Çiçək rolunu oynayıb. Tamaşanın premyerası 19 iyun 1999-cu ildə olub. Tələbə-aktrisanın qabiliyyət və bacarığı nəzərə alınaraq 9 sentyabr 1999-cu il tarixində Akademik teatrın truppasına götürülüb. 2002-ci ildə təhsilini başa vurub.
Fidan Hacıyeva
Fidan Hacı Ağa qızı Hacıyeva-Neylor (7 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (05.03.2015), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi, mezzo-soprano. Professor Hüseyn Əliyevin tələbəsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, 12 min tamaşaçı qarşısında çıxış etmişdir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülmüş və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunmuşdur. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"qalibidir. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan, Musiqi Mərkəzini yaradıb.
Fidan Hüseynova
Fidan Hüseynova (tam adı: Fidan Yaqub qızı Hüseynova: 24 noyabr 2005, Moskva) — Azərbaycan musiqiçisi. Fidan Hüseynova Azərbaycanı 2018-ci ildə Belarusda baş tutan Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 47 xalla 16-cı yeri tutub. == Həyatı == Fidan Hüseynova 2005-ci il noyabrın 24-də Rusiyanın Moskva şəhərində anadan olub. Fidan Bakı Oksford məktəbinin şagirdidir. Orta təhsili ilə yanaşı o, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində vokal ixtisasına yiyələnir. Fidan Hüseynovanın atası Yaqub Hüseynov biznesmendir və "Bridge Group of Companies" şirkətlər qrupunun təsisçisidir. 2010-cu ildən şahmat məktəbində təhsil alır və bir neçə şahmat turnirlərin iştirakçısı olub. Fidan Hüseynova 4 yaşından rəsm ilə məşğul olur və onun əl işləri "Azərbaycanın uşaq təsviri sənəti" jurnalında dərc olunub. "Je suis Malade" mahnısını Fidan 2014-cü ildə Bakıya öz möhtəşəm konsert proqramı ilə təşrif buyuran dünya şöhrətli müğənni Lara Fabian ilə bir səhnədə ifa etdi. YARAT!
Fidan Qasımova
Fidan Əkrəm qızı Qasımova (17 iyun 1947, Bakı) — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda dünyaya gəlmişdir. Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və kiçik bacısı Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb. Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M. F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.
Hakan Fidan
Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü ildən). == Həyatı və karyerası == Ata tərəfdən vartolu kürddür, və kürd Həsənan tayfasının bir üzvü. 1986-dan 2001-ə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışmışdır. Hərbçi peşəsini öz istəyiylə buraxan Fidan, ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezisiylə magistr dərəcəsi almışdır. Eyni universitetdə 2006-da da "Məlumat Əsrində Diplomatiya: Müqavilələrin Təsdiqlənməsində İnformasiya Texnologiyalarının İstifadəsi" başlıqlı tezis ilə doktorluq müdafiə etdi. Viyanada Beynəlxalq Atom Enerjisi Təşkilatında, Cenevredə Birləşmiş Millətlər Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Research Centerdə akademik işlərini davam etdirdi. Hacəttəpə və Bilkənt universitetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında da çalışan Fidan, 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışmışdır. 2003-də Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı təyin edildi.
Fidan Abışova
Fidan Abışova — (18 may 2006 - Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar idmançı. Badminton üzrə Azərbaycan millisinin keçmiş üzvü. Futbol üzrə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Bakı Juniyors" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 millisinin müdafiəçisi == Həyatı və Karyerası == 2022-ci ildən etibarən Fidan Abışova "8-li İOEUGİM" klubunda çıxış etməyə başladı. Orda yaxşı performans göstərsə də, klub olaraq liqa sxemində 4 xal geridə olduqları üçün 4-cü sırada qərarlaşdılar. 2023/2024 mövsümündə klubun dağılması nəticəsində "Baku Juniyors" klubuna keçdi. Orda 3-cülük əldə etdi. == Milli Karyerası == 2022-ci ildən 2024-cü ilə qədər Azərbaycanın qadınlardan ibarət U17 millisində, 2024-cü ildən bugünə qədər U19 millisində çıxış etmişdir.
Fidan Əlizadə
Fidan Əlizadə (19 iyun 2005) ― 57 kq çəki dərəcəsində yarışan azərbaycanlı cüdoçu. 2022-ci ildə Yeniyetmələr arasında Avropa Çempionatında və 2024-cü ildə Gənclər arasında Avropa Çempionatında qızıl medalın sahibi olmuşdur. == Karyera == 2020-ci ildə Əlizadə İspaniyanın Fuenxirola şəhərində keçirilən Yeniyetmələr arasında Avropa Kubokunda mübarizə aparmış, lakin yer tuta bilməmişdir. 2022-ci ildə o, bir neçə Yeniyetmələr arası Avropa Kubokunda mübarizə aparıb, Buxarestdə keçirilən Kubokda qızıl medal, Fuenxirolada keçirilən Kubokda isə bürünc medal qazanıb. Əlizadə iyun ayında Xorvatiyanın Poreç şəhərində keçirilən 2022 Yeniyetmələr arasında Avropa Çempionatında iştirak edib. O, qadınlarda –57 kq çəki dərəcəsində qızıl, qarışıq komandalar üzrə isə Azərbaycan komandasının tərkibində bürünc medal qazanıb. Həmin il Əlizadə Banska-Bistritsada keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında qızıl medal qazanıb. Sarayevoda keçirilən 2022 Yeniyetmələr arasında Dünya Çempionatında mübarizə aparıb. Çempionatın yarımfinalında ayağından zədə alıb. Final oyununda püşkatmanın nəticəsinə görə mübarizə aparmalı olan Əlizadə zədəli olduğu üçün komanda oyunda iştirak etməyib.
Əbül Fida
Əbülfida (ərəb. أبو الفداء‎) və ya Əbülfida İsmail Həməvi (tam adı əl-Məlik əl Müəyyəd İmadəddin Əbül-Fida İsmail bin Əfdal Əli bin Mahmud; noyabr 1273, Dəməşq, Məmlük dövləti – 27 oktyabr 1331, Həma) — kürt filosof, kapitan, İslam tarixçisi, coğrafiyaçı və 1320–1331- ci illərdə Əyyubilərin Həma əmiri. Ayın üzərindəki Əbulfəda kraterinin adı onun şərəfinə adlandırılmışdır. Əbülfida öz işində məşhur olmuşdur. Əbülfida 1273-cü il tarixində Həma əmiri II Mansur Mahmudun qardaşı və öz atası Malik əl-Əfdalın Moğolların işğalından qaçdığı yer olan Şamda doğulmuşdur. Atası o dövrdə məşhur komandir idi. Əbülfida eyni zamanda Səlahəddin Əyyubinin atası olan Nəcməddin Əyyubunun nəvəsidir. Yaxşı təhsil almış, uşaqlığını Quran və bəzi elmləri öyrənməklə keçirmişdi. Ancaq, on iki yaşından etibarən tez-tez Xaçlılara qarşı hərbi əməliyyatlara qoşulmuşdur. 12 yaşındaykən Hospitalier cəngavərlərinin əlində olan Markab Həma əmiri tərəfindən müşayiət olundu və onlara böyük fayda verdi.
Filay (endirilmə aparatı)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. == Eniş == "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Filay (kosmik aparat)
Fila (ing. Philae lander) — kometə endirilmək üçün nəzərdə tutulan aparat. Aparat Avropa Kosmik Agentliyi tərəfindən işlənib hazırlanmışdır. Fila "Rozetta" kosmik aparatında yerləşdirilmiş və 67P/Churyumov–Gerasimenko kometinin tədqiq edilməsi məqsədilə 2 mart 2004-cü ildə kosmosa buraxılmışdır. == Eniş == "Fila"nın və "Rozetta"dan ayrılması 12 noyabr 2014-cü il, saat 09:35-də UTC baş verdi. Bundan sonra 7 saatlıq kometin səthinə enmə başladı. Enmə planlaşdırılmamış rejimdə oldu. 15:34-dən UTC 17:32-ə qədər UTC üç toxunma və onların arasında iki sırayış ilə baş verdi. Yerə bu haqda siqnal yarım saata çatdı. Bu tarixdə ilk kometə enmə hadisəsidir.
Live – Friday the 13th
Live – Friday the 13th (azərb. Canlı – Cümə ayın 13cü‎) — CD və DVD-də çıxan Maroon 5 qrupunun canlı albomu.
Live — Friday the 13th
Live – Friday the 13th (azərb. Canlı – Cümə ayın 13cü‎) — CD və DVD-də çıxan Maroon 5 qrupunun canlı albomu.
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi və ya qısa olaraq FHVMM – Xalq artisti Fidan Hacıyeva tərəfindən təsis edilmiş və öz adını daşıyan ilk özəl, ödənişli musiqi məktəbi. == Haqqında == 2016-cı ildə fəaliyyətinə başlayıb və 9 avqust 2017-ci ilədək "Fidan Hacıyevanın Musiqi Mərkəzi" adı ilə fəaliyyət göstərib. 2017-ci il 25 Fevralda mərkəzin tədris zalında Xocalı soyqırımına həsr olunmuş və tələbələrlə ilk konserti olub. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olub. 2017-ci il 28 Mayda Fidan Hacıyeva tələbələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konserti ilə çıxış edib. Hətta tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün tələbəsi Elçin Əliyevlə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edib. 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə sayca üçüncü dəfə "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunub. Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənib. 09 avqust 2017-ci ildə Fidan Hacıyeva öz tələbəsi Elçin Əliyevi mərkəzə direktor təyin edir. Bundan sonra mərkəzin adı "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırır.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Fidyə
Fidyə (ing. ransom) — girovun (əsrin) azad edilməsi üçün pul və ya əmlakın ödənilməsi və ya bunun üçün ödənən vəsait. == Tarixi == Fidyə almaq üçün insan oğurluğu qədim dövrlərdən bəri yayılmışdır. Müasir dövrdə də hələ də tez-tez rast gəlinən cinayət növlərindəndir. Bir çox xalqların tarixi mədəniyyətində qaçırma adətdə nəzərdə tutulmuş bir fidyə ödənişi ilə də olur (məsələn - gəlinin qaçırılması). Avropada yeni dövrə qədər, kübar təbəqənin üzvünün (cəngavər, zadəgan, monarx) fidyə ödənilənədək əsir saxlanılması adi bir hal idi. Onun miqdarı bəzən nəhəng məbləğ təşkil edə bilərdi. İngilis dilində kral fidyəsi (king's ransom) ifadəsi var, bu da böyük miqdarda pul deməkdir. Türk və Əlcəzair dəniz quldurları köləlik və ya fidyə almaq məqsədi ilə tez-tez Aralıq dənizi ölkələrinin sahillərinə basqın edir insanları qaçırırdlar. Əsas vəzifəsi oğurlananların fidyəsi üçün vəsait toplamaq olan xüsusi bir monarx ordeni - Trinitariev də mövcud idi.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. == Coğrafiyası == Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. == Tarixi == İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Kidas
Kidas və ya Kidus — samur (lat. Martes zibellina) və meşə dələsinin (lat. Martes martes) qarışığı olan bir hibrid. Təbiətdə müşahidə edilirlər. == Təsviri == Kidasların ölçüləri valideynlərin ölçülərindən biraz böyükdür. Kürkün görünüşü və keyfiyyəti, bəzi hallarda daha çox bir samura bənzəyir, digər xüsusiyyətlərinə görə isə meşə dələsini xatırladır. Daha uzun bir quyruğu və boğaz nahiyyəsində sarı ləkələrə sahib olurlar. Bir həyat tərzində görə sanki samurdur. İstər samur istərsə meşə dələsi ilə çütləşsələrdə balaları olmur.
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). БСЭ.səh.799.
Buday
Buday (ərəb. بوداي‎, ing. Bodai) — Cəbəl-Lübnanın ətəyində Litani çayının qərbində yerləşən Bəəlbək qubernatorluğunun tabeliyində olan Livan şəhəridir. Buday qədim Bəəlbək şəhərindən 15 km (9 mil) şimal-qərbdə və Livanın cənubundan 26 km (16 mil) məsafədə yerləşir və Beyrutun paytaxtından 90 kilometr (55.926 mil) uzaqdadır. Livan dağ silsiləsinin ətəklərində yerləşən Buday, Beqaa vadisi boyunca Bəəlbək şəhərinə və Livanı Suriyadan ayıran Livan silsiləsinə baxır.
Eralda Hitay
Eralda Hitaj — Albaniya gözəli (2006), Kainat gözəli (2006). == Həyatı == Eralda Hitaj 1987-ci ildə Albaniyanın paytaxtı Tiranada dünyaya gəlib. 2006-cı ildə Albaniya gözəli seçilərək dünya gözəllik yarışmasına qatılmaq imkanı qazanan alban gözəlçə həmin Hindistanda kainat gözəli seçilərək, dünya tacına sahib çıxıb.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Firas Tlas
Firas Mustafa Tlas (azərb. فراس مصطفى طلاس‎; 20 avqust 1960, Dəməşq) — Suriya biznes maqnatı, siyasətçi, keçmiş bəəsçi. O, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd ilə yaxın münasibətlərdə olan, lakin Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların tərəfinə keçən əhəmiyyətli bir sünni müsəlman ailənin üzvüdür. == İlk illəri == Firas Tlas 20 avqust 1960-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur. O, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri olmuş Mustafa Tlasın ikinci böyük oğludur. Tlasın ailəsi yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.