Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ersin Erçin
Ersin Erçin — Türkiyə diplomatı, Türkiyənin Braziliyadakı səfiri. 1982-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində çalışmağa başlayan Ersin Erçin qurumun Ankaradakı müxtəlif idarələrində, o cümlədən iqtisadi əlaqələr, beynəlxalq təhlükəsizlik, hərbi münasibətlər və tərksilah, Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri İşləri və s. departamentlərdə işləyib. Bununla belə o, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, BMT-də Türkiyənin nümayəndəsi olub, Xartum və Dəməşqdəki səfirliklərdə çalışıb. 2009-cu ildə o, Türkiyənin Braziliyadakı səfiri vəzifəsinə təyinat alıb. E.Erçin eyni zamanda Türkiyə prezidenti Abdulla Gülün Avropada təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsidir. Türkiyə prezidenti Abdulla Gül tərəfindən ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammitində E.Erçinin namizədliyini irəli sürməsi gözlənilir.
Caner Ərkin
Caner Ərkin (4 oktyabr 1988[…], Edremit[d], Balıkəsir ili) — sol cinahda çıxış edən türk futbolçu. == Karyerası == Caner Ərkin indiyə qədər Ziko, Frank Raykard, Valeri Qazzayev, Aykut Kocaman, Ərsun Yanal, İsmayıl Kartal, Şenol Günəş kimi məşqçilərlə işləmişdir. === Manisaspor === "Manisapor" klubunda yetişən Caner ilk peşəkar müqaviləsini 2004-cü ildə imzalamışdır. Peşəkar karyerasında və "Manisaspor" forması ilk çıxdığı oyun 18 dekabr 2004-cü ildə Türkiyə 1-ci Liqası çərçivəsində "Karşıyaka"ya qarşı oyun olub. 2005–06 mövsümündə "Manisaspor"un Super Liqaya çıxmasının ardından yavaş-yavaş tanınan Caner ilk Super Liqa oyununa 16 oktyabr 2005-ci ildə "Dənizlispor"la oyunda çıxmışdır. İlk Super Liqa qolunu isə dubl etdiyi "Malatyaspor" oyununda atmışdır. 2006–07 mövsümünün 17-ci həftəsində "Manisaspor"la son oyununu keçirən Caner Ərkin 3.5 milyon £ qarşılığında "MOİK" Moskvaya keçmişdir. === MOİK Moskva === Caner Ərkin 7-si UEFA Çempionlar Liqası oyunu olmaqla "MOİK" Moskva formasını 33-də geymişdir, iki dəfə Rusiya kubokunun qalibi olmuşdur. === Qalatasaray === Caner Ərkin 31 avqust 2009-cu ildə "Qalatasaray" klubuna 1 illiyinə icarəyə verilmişdir. Məşqlərdəki performansı ilə ilk 11-ə girməyi bacarmışdır.
Erkin Alptəkin
Erkin Alptəkin (4 iyul 1939) — Uyğur əsilli yazıçı və siyasi fəal. Bir çox beynəlxalq təşkilatların qurulması üçün çox önəmli rol oynamışdır. Bunlardan ən məşhurları Dünya Uyğur Qurultayı və Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatıdır. == Həyatı == 4 iyul 1939-cu ildə Sintszyan-Uyğur Muxtar Rayonunda dünyaya gəlmişdir. 1949-cu ildə Sincanın sülh yolu ilə azad edilməsindən və yeni Çin Xalq Respublikasının qurulmasından sonra ailəsi ilə Kəşmirdəki Srinaqara qaçdı. Burada katolik məktəbində oxuduqdan sonra Convent Kollecində oxumağa başladı. Sonra isə İstanbul Jurnalistika İnstitutunda təhsilini başa vurdu. Təhsilini bitirdikdən sonra Almaniyaya köçmüş ancaq 1954-cü ildə yenidən Türkiyəyə qayıtmışdır. == Fəaliyyəti == 1971-ci ildə, atasının əlaqələri səbəbindən Münhendə Azadlıq / Azadlıq Radiosuna işə gəldi. "Baş Siyasət Müşaviri" olaraq çalışdı və 1979-cu ilə qədər Uyğur dilli verilişlər AzadlıqRadiosunun izlədiyi bir auditoriya olmaması üçün dayandırıldığı zaman Uyğur şöbəsinə rəhbərlik etdi.
Erkin Hüseynov
Erkin Koray
Erkin Koray (24 iyun 1941, İstanbul – 7 avqust 2023, Toronto) – türk musiqiçi. Əsasən rok sənətçisi kimi tanınır və anadolu rokunun yaradıcılarından biri hesab olunur.
Erkin Love
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. == Akademiya Realiti Şousu və İlk Məşhurluq == 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. == Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları == Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur. 2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. == Digər fəaliyyətləri == Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.
Erkin Məmmədov
Erkin Şamxal oğlu Məmmədov — Azərbaycan alimi, kimya elmləri doktoru, professor. == Həyatı == E.Ş.Məmmədov 1940-cı il fevralın 15-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxumuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olunmuş, 1962-cil ildə oranı bitirmişdir. 1962–1975-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə kiçik, sonra isə böyük elmi işçi vəzifələrində işləmişdir. 1976-cı ildə o, Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə Azərbaycan EA Kimya Problemləri İnstitutuna keçirilmiş və orada yeni yaradılmış Selenüzvi və biokimya laboratoriyasına müdir seçilmişdir. 1966-cı ildə "Feniletilenqlikolun alkoksimetil efirlərinin sintezi və tədqiqi" mövzusunda namizədlik, 1985-ci ildə isə "Tərkibində selen və oksigen saxlayan heterotsiklik birləşmələr" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-ci ildə "Element üzvi birləşmələr" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Professor E.Ş.Məmmədov respublikada üzvi kimyanın nisbətən az öyrənilmiş sahələrindən biri olan selenüzvi birləşmələrin sintezi, tədqiqi və tətbiqi sahəsində yeni istiqamətin ilk tədqiqatçılarından biri olmuşdur. Professor E.Ş.Məmmədov tərəfindən istər günəş enerjisinin çeviriciləri kimi, istərsə də üzvi fotokeçiricilərin sensibilizatorları kimi istifadə oluna bilən selendiimidlərin sırasından olan fotoaktiv üzvi birləşmələr sahəsində də elmi araşdırmalar aparılmışdır.
Erkin Osmanlı
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. == Akademiya Realiti Şousu və İlk Məşhurluq == 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. == Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları == Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur. 2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. == Digər fəaliyyətləri == Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. == Siyasi fəaliyyəti == 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb. Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur.
Erkin Vahidov
Erkin Vahidov(özb. Erkin Vohidov, Эркин Воҳидов; 28 dekabr 1936, Altıarıq rayonu[d], Fərqanə vilayəti – 30 may 2016, Daşkənd) — Özbək şairi, tərcüməçisi. == Həyatı == Erkin Vahidov 1936-cı ildə Fərqanə vilayətinin Altıarıq nahiyəsində anadan olmuşdur. Sonralar ailələri Daşkəndə köçdüyündən taleyi bu şəhərlə bağlanmışdır. Orta təhsilini başa vurduqdan sonra Daşkənd Pedaqoji institutuna daxil olmuşdur. E.Vahidov 1960-cı ildə institutun filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirərək o, Q. Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında məsul vəzifələrdə çalışmışdır. Sonra "Gənclik" Jurnalının baş redaktoru olmuşdur. 1983-cü ildə "Şərq üfüqləri" toplusuna görə Özbəkistan Dövlət mükafatına layiq gö rülmüşdür. E.Vahidov ədəbiyyata 60-cı illərin başlanğıcında gəlmişdir.
Etibar Erkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Ərkin (Əbhər)
Ərkin (fars. اركين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (29 ailə).
Behiç Ərkin
Mehmet Behiç Ərkin (1876, Konstantinopol, Osmanlı imperiyası – 1961, İstanbul) — türk əsgəri, siyasətçisi və diplomatı. Çanaqqala döyüşü bitdikdən sonra Alman dövlətinin ən önəmli mükafatlarından olan Dəmir Xaç medalının ən yüksək rütbəsi I dərəcəli Dəmir xaç ordeni ilə almanlar tərəfindən təltif edilən iki komandirdən biri olmuşdur. Digəri isə Mustafa Kamal Atatürk olub. İstər Çanaqqala döyüşünün müdafiə səfərbərlik planını hazırlayaraq, istərsə də Ordu Dairə başçısı olduğu dövrdən hazırladığı müdafiə səfərbərlik planını müvəffəqiyyətlə həyata keçirərək, müharibənin zəfərindəki mükəmməlliyətçi idarəçiliyinə görə, Osmanlılar tərəfindən iki medal, eləcə də almanlar tərəfindən də iki medalla təltif olunaraq qəhrəman elan edilmiş komandirdir. Eləcə də Türkiyə İstiqlaliyyət müharibəsində Mustafa Kamal tərəfindən “Siz daşımalarda müvəffəqiyyətli olun ki, mən də cəbhələrdə uğur qazanım” deyərək bütün daşınma işlərini güvənərək həvalə etdiyi və Mustafa Kamalın yaxın dostu kimi tanınan komandir olub. O, İstiqlaliyyət müharibəsidən sonra həm İstiqlal medalı ilə təltif olunub, həm də Türkiyə Böyük Millət Məclisinin xüsusi təqdirnaməsi ilə Qurtuluş Savaşı Qəhrəmanı adına layiq görülüb. Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (1920-1926) qurucusu və ilk baş direktoru olan Ərkin “Dəmir yollarının atası” kimi də tanınır. Türkiyə Böyük Millət Məclisinin II və III dövr çağırışlarında (22 noyabr 1928-ci ildə istefa verdi) İstanbul, VII çağırışında, 1926-1928-ci illərdə Çanqırı naibi və ictimai işlər naibi (indiki ictimai işlər naziri) vəzifələrində çalışmışdır. Nazirlikdə olduğu müddətdə İcra Deputatları Şurasının üzvü kimi “Milli Təhlükəsizlik Xidmətləri Təşkilatı” (Milli Kəşfiyyat Təşkilatı) imzalarından birinin sahibi, həm ideya atası, həm də təsisçi olub. 1926-cı ildə respublikanın ilk pensiya fondu olan “İmalat-ı Hərbiyyə Teavün və Sığorta Fondu”nu təsis edib.
Erskin
Erskin (ing. Erskine) — Şotlandiyada şəhər.
Ərkil
Ərkil — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. == Tarixi == Mənbədə Arkel kimidir. 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı, 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. "Qara Abdal kəndinin yaxınlığında yerləşir". == Toponimi == Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yə'ni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalından çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. == Əhali == Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. == Yerləşməsi == Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Ərsin
Ərsin — Xəmir işlərində kündələmə prosesində xəmirin kəsilməsi üçün və təndirdə çörəkbişirmə işlərində istifadə edilən dəmir kürəkcik şəklində alət. Ərsini iki növü vardır: xəmir ərsini və təndir ərsini. Bunların hər ikisi yastı formada döymə üsulu ilə hazırlanırdı. Təndir ərsini çörəyi təndirdən çıxarmaq üçündür. Ərsinin qulpunun en kəsiyi lentvarı, tiyəsi təxminən 6-7 sm, bəzən daha çox olur. Xəmir ərsininin qulpu qısa olsa da təndir ərsininin qulpu xeyli uzundur. Qulpunun uzunluğu 70-80 sm olan təndir ərsininin digər ucu qarmaqlı (koğa) olur. Bəzən isə ərsin ayrı, koğa da ayrı hazırlanır. Təndir ərsini təndirdən çörəyi qazıb çıxarmaq və təndirin divarlarındakı qalıqları təmizləmək üçün istifadə edilir. Təndir və xəmir ərsinlərinin tiyə hissəsi eyni formada olduğu üçün onları yalnız sapının uzun-qısalığına görə ayırmaq mümkündür.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. == Ümumi məlumat == Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. == Əkin dövriyyəsi == Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Ülvi Camal Erkin
Ülvi Camal Erkin (14 mart 1906, İstanbul – 15 sentyabr 1972 və ya 15 oktyabr 1972, Ankara) — türk bəstəkar, pianoçu, dirijor və pedaqoq. Piano çalmağı uşaq olarkən anasından öyrənmişdir. 1960–70-ci illərdə Ankara Konservatoriyası orkestrinin və Opera Teatrının dirijoru olmuşdur. 1971-ci ildə Dövlət sənətkarı adını almışdır. Parisdə başladığı "İki dans" adlı əsərini Ankarada tamamlamış, premyerası 1931-ci ildə Rəyasəti-Cumhur Filarmoniyasında olmuşdur. Ankara Dövlət Konservatoriyasında fortepino bölməsinin rəhbəri, 1949–57-ci illərdə isə rektoru vəzifələrində çalışmışdır. Bəstəkar Necil Kazım Akseslə birlikdə "Karmen", "Aida", "Fidelio" kimi bir çox məşhur opera əsərini türk opera repertuarına daxil edərək, səhnəyə qoymuşdur. Bəstəkarların 1943-cü il müsabiqəsində iki konsertlə çıxış etmiş, "Fortepiano üçün konsert"i mükafata layiq görülmüşdür. Müasir musiqinin ifadə vasitələrindən istifadə edən Erkin 2 simfoniyanın, violin, fortepiano ilə orkestr üçün konsertlərin, caz kvarteti, orkkestr üçün rapsodiya və digər əsərlərin müəllifidir. Milli cəhətləri müasir bəstəkarlıq texnikası vasitələri ilə ustalıqla uzlaşdırırdı.
Məhərrəm Ergin
Məhərrəm Ergin (d. 1925 – ö. 6 dekabr 1995) Türk yazarı və türkoloq. Axısqada dünyaya gəlmişdi. Ailəsi Türkiyəyə köç edərək Bulanıka yerləşdi. Bulanıkda başladığı təhsilini 1943-cü ildə Balıkesir litseyində davam etdirmişdi. 1947-ci ildə İstanbul Universiteti Ədəbiyyat fakültesi Türk Dili və ədəbiyatı bölümünü bitirmişdi. Rəşid Rəhməti Arat assistenti olaraq universitdə çalışmışdı. 1971-ci ildə professor olmuşdu. == Fəaliyyəti == Türk dilini, ədəbiyyatını, tarixini öyrənən araşdırıcılar türk və türk olmayanlar adı altında ikiyə ayrılır.
Nerkin Oratağ
Aşağı Oratağ (bir müddət işlənilən adı: Ortakənd, daha əvvəl: Aşağı Oratağ, daha əvvəl: Nerkin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nerkin Oratağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Nerkin Oratağ kəndi Aşağı Oratağ kəndi adlandırılmışdır. == Toponimikası == "Aşağı Oratağ" toponiminin ikinci komponenti qədim İran dillərinin materialları əsasında "qala yeri" mənasında izah olunur. == Tarixi == XIX əsrdə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı tədricən erməniləşmış və Sovet hakimiyyəti illərində Nerkin (ermənicə "Aşağı") Oratağ kimi rəsmiləşmışdi. 1992-ci ildən kənd indiki adını daşıyır. Bir müddət kəndin adı Ortakənd kimi qeyd olunurdu. Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arqsında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.
Nerkin Qılıçbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd 1826–1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir. 1588-ci ilə aid məlumata görə Qarabağın Ahiştabad qışlağında qışlayan bir el Qılıçlı adlanırdı. Bərdədə Qılıclı kəndi var.
Nerkin Sıznek
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd dəğətəyi ərazidə yerləşir.
Nerkin Çaylı
Aşağı Çaylı, və ya Nerkin Çaylı, və ya Nergin Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsinin indiki Çaylı kəndi ərazisində keçmişdə mövcud olmuş kənd. == Toponim == Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır. == Coğrafiya == Ərazisi Tərtər çayının sol sahilində yerləşir. == Tarixi == 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı (yəni Yuxarı Çaylı) və Nerkin Çaylı (yəni Aşağı Çaylı) kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı.
Zəfər Ərgin
Zəfər Ərgin (30 avqust 1942, Ankara) — türk teatr, kinoteatr və teleserial aktyoru, səsləndirmə sənətçisidir. == Həyatı və karyerası == Dil və Tarix-Coğrafiya fakültəsi, Sənət Tarixi bölümü məzunudur. Ankara Dənəmə Səhnəsindən yetişmiş, müxtəlif film və seriallarda rol almışdır. 1970-ci və 1980-ci illərdə TRT televiziyasında yayımlanan bir çox xarici serial və kinoteatr filmindəki məşhur aktyorların Türkcə səsləndirməsini gerçəkləşdirmişdir. 2003–2005-ci illər arasında yayımlanan Qurdlar Vadisi serialındakı Mehmet Qaraxanlı rolu ilə zirvəyə çıxmışdır. 2006-cı ildə Kanal D-də başlayan və hələ də yayımlanmaya davam edən Arxa Küçələr adlı serialda öncə başkomisər, 3-cü sezondan 9-cu sezona qədər əmniyyət amiri 9-cu sezondan etibarən isə əmniyyət müdirü Rıza Soylu rolunu canlandırmaqdadır. Ərgin, 10 may 2014 də "kim milyoner olmaq İstəyir?" adlı yarışma proqramının aparıcısı olan Kənan İşıqın narahatlığı səbəbilə qonaq aparıcı olaraq bir bölümlüyünə yarışmanı aparmışdır. 9 oktyabr 2020 də etdiyi açıqlamada 14 ildir oynadığı Arxa küçələr serialı haqqında "İnşallah 15 il daha davam edərik. Etdiyiniz işdən məmnun qalasanız, izləyici ilə təmas halında olabilsəniz, doğru yolda olduğunuzu təxmin edərsəniz". == Filmoqrafiya == Süməlanıın şifrəsi: təməl — 2011 Akasya dayanacağı — 2008 (Qonaq aktyor 1-ci bölüm) Nyu-Yorkda beş minarə — 2010 Günəşi gördüm — 2009 Ankara cinayəti — 2006 Arxa küçələr — 2006–h.h.