Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uludaş
Uludaş — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Uludaş kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin adı yaxınlığındakı Uludaş adlı yüksəklikdən alınmışdır. Dağın adı isə "böyük daş" mənasındadır. Türkiyənin qərbində Ulu dağ adlı dağ silsiləsi var. "Ulu" və "daş" sözlərindən ibarət olan sözün açıqlamasını toponimiklər belə yozur: ulu "qədimlik, uca", daş isə qədimdə "dağ" anlamındadır. Kənd bu ərazidə nisbətən uca dağların yaxınlığında yerləşdiyindən "Ulu daş", yəni uca dağın ətəyində yerləşən kənd adlandırılmışdır. "Ulu" uca dağa yaxın olmasına işarədir. Kənd 1999-cu ildə yaradılmışdır. Kənd Bumçayın sahilində, Alazan-Əyriçay vadisində yerləşir.
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Muldaş (Uçalı)
Muldaş (başq. Мулдаш, rus. Мулдашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 105 km, kənd sovetliyindən (İlçəqol): 10 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 50 km.
Uldis Berzinş
Uldis Berzinş (latış. Uldis Bērziņš‎; 17 may 1944, Riqa – 24 mart 2021, Riqa) — latış şair və tərcüməçi. Uldis Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968–1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub. Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilir. Berzinş İncilin tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib.
Uludaş bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuldaş (Əbyəlil)
Yuldaş (başq. Юлдаш) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yuldaş kəndinin milli tərkibi: başqırdlar 99 %. Məsafələr: rayon mərkəzindən (Askar): 13 km., kənd sovetliyindən (Qusev): 9 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 55 km. Совет муниципальных образований Республики Башкортостан.
Üçdaş (Mahnişan)
Üçdaş (fars. اوچ تاش‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 294 nəfər yaşayır (62 ailə).
Meliha Ulaş
Ayşe Meliha Ulaş Ekeman (1901, Sinop – 17 fevral 1942) ― türk siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci və 6-cı parlamentində Samsun seçki dairəsinin millət vəkili (deputat) olaraq fəaliyyət göstərib. Meliha Ulaş 1901-ci ildə Sinopda anadan olub. Atası Sinop bələdiyyəsinin həkimi olan Hüseyn Kami bəy, anası isə Fatma Ülviyyə xanımdır. O, ibtidai təhsilini evdə və İstanbuldakı Kiçik Mustafa Paşa qız orta məktəbində aldıqdan sonra orta təhsilini Saçhanebaşı qız sənaye məktəbində tamamlamışdır. Ulaş 1914-cü ildə daxil olduğu Darülfünunun Ədəbiyyat şöbəsini 1917-ci ildə bitirib və İstanbul Səlcuqxatun qız sənaye məktəbində coğrafiya müəllimi kimi işə başlayıb. Ulaş İstanbuldakı Bezmialəm Sultanisində coğrafiya müəllimi, Kandilli İnas Sultanisində isə ədəbiyyat müəllimi kimi işləyib. O, Bezmialem Sultanisində türk dili və ədəbiyyat müəllimi təyin olunmuş, lakin bundan sonra oranı tərk edərək Arnavutköy Amerikan Qızlar Kollecində işləməyə başlayıb. Bu təhsil müəssisəsində o, həm türk dilini tədris edib, həm də tələbə kimi ingilis dilini öyrənib. 1926-cı ildə nevroloji xəstəliklər mütəxəssisi Xalid Hülusi bəylə evlənən Meliha Ulaş ərinin vəzifəsi ilə əlaqədar onunla birlikdə Ərzuruma gedib.
Ulaş Turqut
Ulaş (Cizrə)
Ulaş — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilib.
Ulaş (Sivas)
Ulaş (türk. Ulaş) — Sivas ilinin ilçəsi.
Ulaş Tuna Astepe
Ulaş Tuna Astepe (5 may 1988, İzmit) — Türk aktyor. Ulaş Tuna Astepe 5 may 1988-ci ildə İzmit-də anadan olub. İlk və orta təhsilini orada tamamlayandan sonra İstanbul liseyində oxuyub. Bütün bunlardan sonra bir çox teatr və televizor layihələrində iştirak edib. Karadayı kinosunda Orhan, Analar ve Anneler kinosunda Mustafa, Rüya adlı kinoda Alaz, Sen Anlat Karadeniz'də isə Tahir karakterini canlandırıb. Berkun Oyanın Bayrak və Babamın Cesetleri, Sami Berat Marçalının səhnələdiyi Cam Yarpaklar oyunlarında rol alıb. Emre Yeksanın Körfez filmində isə Selim karakterini canlandıran Astepe, həmçinin Üniversiteli, Zayiat, Meşşakat ve karısı, Balık havuzu adlı qısa filmlərdə də yer almışdır.
Aladaş
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Aladaş dağı — Zəngilan rayonu ərazisində dağ; Aladaş dərəsi — Zəngilan rayonu ərazisində dərə.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Alzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Fulda
Fulda — Almaniyanın Hessen vilayətində bir şəhərdir. Fulda (d) eyniadlı çayı sahillərində. Şəhərin əsası 744-cü ildə xristian missionerləri tərəfindən qoyulub. Həmin dvrdə müasir Almaniyanın əhalisinin çoxu hələ də bütpərəst dininə inanırdı. Şəhərdə yaşayan xristian missonerləri Böyük Karlın orduları yürüşlər zamanı müşayiət edir, onların işğal etdiyi ərazilərdə xristianlığı yayırdılar. Orta əsrlər dövründə şəhər əsasən bu funksiyasını saxlamağa davam etdi. Soyuq müharibə dövründə Şərqi və Qərbi Almaniyanın sərhədi Fuldanın şərqindən keçirdi. Həmin ərazidə çoxsaylı sovet və Şərqi Almaniya əsgərləri olduğundan, şəhər çox böyük strateji əhəmiyyət qazanmışdı. Soyuq müharibənin bitməsi ilə birgə xarici qoşunlar bu əraziləri tamamilə tərk etdilər.
Judas
Judas — amerikalı pop ifaçısı Lady Gaganın Born This Way adlı albomundan 2011-ci ilin aprel ayının 15-də yayımlanmış sinqlı. == Sinql == Judas Lady Gaga-nın qarşıdan gələn ikinci albomu — "Born This Way" albomundan ikinci sinqldır. Sinql dünya səviyyəsində 15 aprel, 2011-ci ildə yayımlanmışdır. Sinqlın yayımlanma tarixi Interscope Records tərəfindən 4 gün əvvəl müəyyəm edilmişdir. Sinqlı Lady Gaga və RedOne tərəfindən yazılmış və istehsal edilmişdir. Judas bir rəqs musiqisidir. Musiqinin mövzusu bir qadın və bir kişinin sevgisində olan xəyanətdən bəhs edir. Judas sinqlı Gaganın daha əvvəlki Poker Face, LoveGame, Bad Romance, Alejandro kimi musiqilərinə bənzəyir və house sinqlda house ritmləri mövcuddur. Sinqlın coveri qara fonda qırmızı hərflə, Impact adlı şriftlə yazılmış dizayndan ibarətdir. Tənqidçilər Judas və Bad Romance sinqlları arasında bir çox oxşarlıqlar görür.
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Kidas
Kidas və ya Kidus — samur (lat. Martes zibellina) və meşə dələsinin (lat. Martes martes) qarışığı olan bir hibrid. Təbiətdə müşahidə edilirlər. == Təsviri == Kidasların ölçüləri valideynlərin ölçülərindən biraz böyükdür. Kürkün görünüşü və keyfiyyəti, bəzi hallarda daha çox bir samura bənzəyir, digər xüsusiyyətlərinə görə isə meşə dələsini xatırladır. Daha uzun bir quyruğu və boğaz nahiyyəsində sarı ləkələrə sahib olurlar. Bir həyat tərzində görə sanki samurdur. İstər samur istərsə meşə dələsi ilə çütləşsələrdə balaları olmur.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). БСЭ.səh.799.
Mulda
Mulda — eni və uzunluğu bərabər olan tektonik mənşəli çökəklik. Mulda sinklinal formalı izometrik və ya oval, az meyilli tektonik çökəklərin və ya onların hissələrinin ümumi adıdır. Mənşəyindən asılı olaraq mulda termininə uyğun izahedici sözlər əlavə olunur. Məsələn: sinklinal mulda; sinklinalın dibi dedikdə, izometrik və ya oval, daha cavan çöküntülərdən təşkil olunmuş sinklinalın mərkəzi hissəsi başa düşü­lür; çökmə mulda - müxtəlif səbəblərə görə Yer qabığının yuxarı hissələrində süxurların sıxlaşması nəticəsində (kəskin pozulmalar olmadan) səthdə əmələ gələn çökək; törəmə mulda - yer qabığında qeyri-düzgün, lakin adətən oval formalı dayaz çökək və b. Mulda dolduran çöküntülər adətən zəif dislokasiyaya uğrayır və əksər hallarda bucaq uyğunsuzluğu ilə daha qədim qatlar üzərində transqressiv yatırlar. Mulda nisbətən sakit tektonik rejim şəraitində əmələ gəlir. Məsələn: geosinklinal inkişafın sonuncu və geosinklinaldan sonrakı mərhələlərdə. Çad və Eyr göllərinin çuxurları muldadır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Elias
Elias — ad. Elias Kanetti — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı Elias Mastokanqas — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi. Elias Kozas — Yunanıstan müğənnisi.
Hadaş
Hadaş (ivr. ‏חד"ש‏‎) və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (ivr. ‏הַחֲזִית הַדֶּמוֹקְרָטִית לְשָׁלוֹם וּלְשִׁוְיוֹן‏‎, Ha-Hazit Ha-Demokrat Le-Şalom ul-Çivyon; ərəb. الجبهة الديمقراطية للسلام والمساواة‎, əl-Cəbhə əd-Dimukratiyyə lis-Səlam vəl-Musavat) — İsraildə solçu və qeyri-sionist siyasi partiya. "Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır. Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).