Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eos
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş. Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir.
Era
Era (lat. aera): Era – [lat. aera – an, ləhzə] 1)hər hansı əlamətdar və ya əfsanəvi hadisə ilə bağlı olan tarix hesabının başlanğıc anı (vaxtın ardıcıl hesabı bu andan başlayır); tarix hesabı sistemi. Təqvimin başlandığı hadisənin xarakterindən asılı olaraq era üç yerə bölünür. Astronomik, siyasi, dini era; 2)tarixi geologiyada geoxronoloji şkalanın ən böyük zaman ölçü vahidi; 3)il hesabının başlandığı zaman, tarix başlanğıcı. Məsələn, yeni era (isanın doğulduğu zənn edilən gündən başlanan tarix); 4)böyük tarixi əhəmiyyəti olan dövr; 5)yer tarixinin ən böyük xronoloji bölgüsü. Zamanda — vaxt ölçüsünün ilkin başalnğıcı. Məsələn: bizim era, xristian erası, islam erası, yeni era (danışıqda). Böyük zaman ölçüsü, dövr, epoxa Geoloji era — geoloji prosesdə zaman kəsiyi. Məsələn, paleozoy erası, mezozoy erası və s.
Erd
Erd (mac. Érd) — Macarıstanda Peşt əyalətinin tərkibinə daxil olan şəhər. == Tarixi == Ərazidə ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Arxeoloji tapıntılara əsasən insanların burada 50 min il əvvəl məskunlaşdığı göstərilir. Erd haqqında 1243-cü ilin sənədlərində bəhs edilir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi vaxtlarda Erd türklər tərəfindən 1543-cü ildə Sekeşfexervar qalasının təslim olmasından sonra fəth edildi. Osmanlılar burada ənənəvi bir qala inşa etmişdilər. Övliya Çələbi öz səyahətnaməsində yazır ki, qala içərisində 20 ev və məscid var.1684-cü ildə Lotaringiya hersoqu V Çarles in başçılıq etdiyi ordu Erd yaxınlığında türkləri məğlub etdi və şəhər 150 ilə yaxın sürən Osmanlı hakimiyyətindən çıxdı. 1776-cı ildə Erd qəsəbə oldu. 20-ci əsrin əvvəllərində Erd Karolyi ailəsinin mülkü oldu.
Eris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Eros
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Ersi
Ersi (Xoy)
Fərş
Fərş (ərəbcə: فرش) — Güney Azərbaycan əhalisinin arasında xalçaya deyilir. Ərəbcədən tutulmuş və farscaya daxil olunmuş. Məsələn: Otağa fərş salmaq. Fərşin üstündə oturmaq. - Əvvəlimci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə və quş şəkilləri ilə səqfi münəqqəş olmuşdu. M.F.Axundzadə. Hücrənin fərşi ibarətdi bir palazdan. C.Məmmədquluzadə. // Ümumiyyətlə, yerə döşənən hər cür şey. Təbiət bir bəzəkli-düzəkli gəlinə oxşayır, yaşıl zəmilər, əkin göyləri yerə sərilmiş mərmər fərşlərə bənzəyir.
Hers
Hers (qısaca ing. Hz, azərb. Hs‎) — Beynəlxalq vahidlər sistemində (Sİ) dövri proseslərinin (məs. yırğalanma) hmg tezliyinin vahididir. Hers — xüsusi adlanmaya və işarəyə malik törəmə vahididir. Beynəlxalq sistemin başqa vahidləri kimi Hs-də müəyyən ifadəyə malikdir: 1 Hs = 1 san−11 Hers — cismin 1 saniyə müddətində 1 tam dövrünün malik olduğu tezliyə bərabərdir. Sİ-nin qaydalarına əsasən Hers vahidin yazılışı birinci hərfi böyük olmaqla sətri hərflərlə ilə yazılır. == Tarixi == Vahid XIX əsrdə yaşamış və elektrodinamikanın inkişafında misilsiz töhfələri olan alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır. Ad 1930-cu ildə Beynəlxalq elektrotexnika komissiyası tərəfindən təsis edilmişdi.. 1960-cı ildə XI Baş konfransda bu ad Sİ-də tezliyin vahidi olaraq qəbul edilmişdi.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Pers
Pers bir neçə mənada işlənilə bilər: qədim yunan mifologiyası və ədəbiyyatında (q.yun. Πέρσης): Pers (titan) — qədim yunan mifologiyasında kiçik titan, Kriya və Evribiyanın oğlu. Pers (Heliosun oğlu) — qədim Yunan mifologiyasında Tavrida padşahı, Helios və Perseidanın oğlu. Pers (Perseyin oğlu) — qədim yunan mifologiyasında Əhəmənin atası, Əhəmənilərin əcdadı, Persey və Andromedanın oğlu, farsların bir çox dillərdə yayılmış "pers" adı məhz bu qəhramanla bağlıdır. Pers — "İşlər və günlər" əsərində adı çəkilən Hesiodun qardaşı. Sen-Jon Pers (1887—1975) — Fransa şairi.
Pers.
Xristian Henrix Person (nid. Christiaan Hendrik Persoon, 1761—1836) — Niderland botaniki və mikoloqu. == Əsərləri == Neuer versuch einer systematische Eintheilung der Schwämme. In: Römers Neues Magazin für der Botanik 1794, 1 p. 109 (alm.) Observationes mycologicae (lat.) (Leypsiq, 1796—1799, 2 cilddə) Tentamen dispositionis methodicae fungorum in classes, ordines, generae et familias (lat.) (Leypsiq, 1797) Commentatio de fungis clavaeformibus (lat.) (Leypsiq, 1797) Icones et discriptiones Fungorum minus cognitorum (lat.) (Leypsiq, 1798—1800, 2 buraxılış) Commentarius, Schaefferi fungorum Bavariae indigenorum icones pictas, differentiis specificis etc. illustrans (lat.) (Erlangen, 1800) Icones pictae rariorum Fungorum (lat.) (Paris, 1803—1808,4 buraxılış) Traité sur les Champignons comestibles (fr.) (Paris, 1819) Mycologia Europaea seu completa omnium fungorum in variis Europaeae regionibus detectorum enumeratio, methodo naturali disposita, descriptione succincta, synonymia selecta et observationibus criticis additis (lat.) (Erlangen, 1822—1828, 3 cilddə) Sinopsis plantarum seu Enchiridium botanicum (lat.) (Paris, 1805—1807, 2 cilddə), Species Plantarum seu Enchiridium botanicum (lat.) (Sankt-Peterburq, 1817—1821, 5 cilddə).
Sers
Sers - İrəvan quberinyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
İrs
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir.İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. == Mənbə == a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.). Brill Academic Publishers.
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır).Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Mələkli və Aruslu adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Ərşə
Ərşə kəndi — Qarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir: 1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça". XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı.
Ərəş
Yaşayış məntəqələriƏrəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Əsr
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
433 Eros
Eros (E r o t) – 433 saylı kiçik planet. == Ümumi məlumat == Almaniyalı həvəskar astronom Q. Vitt tərəfindən 1898-ci ildə kəşf edilmişdir. Eros Günəş ətrafında hərəkəti zamanı Yerə yaxınlaşa bilən, yer qrupuna aid kiçik planetlərdən biridir. Onun Günəş ətrafında fırlanma periodu 1.76 il, böyük yarımoxu 1.46 a.v., ekssentrisiteti 0.22, ekliptika müstəvisinə meyilliyi isə 10°.8-dir. Apohelidə Eros Marsın orbitindən kənara çıxır, perihelidə isə Yerin böyük oxundan cəmisi 0.14 a.v. qədər aralıdan keçir. Erosun Yerə ən çox yaxınlaşması (əlverişli qarşıdurma) 37 ildən bir olur və 1894, 1930–31, 1967–68-ci illərdə müşahidə olunmuşdur. Erosun Yerə yaxın olması, onu Günəş parallaksının təyin edilməsində əlverişli obyektə çevirmişdir. 1950-ci ildə amerikan astronomu E. Rabe, 1926–1946-cı illər ərzində Erosun hərəkətinə aid müşahidə məlumatlarına əsasən Günəş parallaksının qiymətinin 8ʺ.79835±0ʺ.00058 olduğunu göstərmişdir (o dövrdə qəbul olunmuş qiymət 8ʺ.80 idi). Sonralar anoloji hesablamalar 1926–65-ci illər ərzindəki müşahidələrə əsasən aparılmış və parallaks üçün alınan yeni nəticə (8ʺ.79417±0ʺ.00018 – Rabe, Frensis) radiolokasiya tədqiqatlarından alınmış qiymətlə tam üst-üstə düşmüşdür.
Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl. == Coğrafiyası == Göl təbii Qaraşor çökəkliyində yerləşir. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr.
Ars Technica
"Ars Technica" (tələffüzü – /Ars-teknika/; latın dilindən – "texnologiya incəsənəti") — ABŞ xəbər və analitik onlayn nəşri. Publikasiyanın məzmunu informasiya texnologiyalarına həsr olunmuşdur. IT mövzusundakı ən populyar şəbəkə nəşrlərindən biridir. Müxtəlif hesablamalara görə, internet portalı 1,5 milyondan 4,5 milyona qədər unikal ziyarətçi cəlb etmişdir."Ars Technica" 1998-ci ildə Ken Fişer və Con Stoks tərəfindən yaradılmışdır. Burada elm, texniki icmallar, video oyunlar kimi mövzularda xəbərlər, resenziyalar, təlimatlar, kompüter avadanlıqları və proqram təminatı dərc olunur. Saytdakı məqalələr çox vaxt müəlliflərin subyektiv fikrini əks etdirir, qəzet və jurnallardan fərqli olaraq qeyri-rəsmi dildə yazılır.
Açıq dərs
Açıq dərs — başqa müəllimlərin də iştirak etdiyi dərs. Açıq dərsi təcrübəli müəllim aparır. Məqsəd bu və ya digər fənnin düzgün təlim üsulunu nümayiş etdirməkdir. Açıq dərs pedaqoji təcrübə mübadiləsi və təkmilləşdirmənin mühüm vasitələrindəndir.
Bizim era
Bizim era, b. e. — Yulian və Qriqorian təqvimi ilə 1-ci ildən indiki dövrə qədər olan zaman. 1-ci ildə qurtaran dövr bizim eraya qədər olan dövr adlanır. == Ədəbiyyat == Аноприенко А.Я. Археомоделирование: Модели и инструменты докомпьютерной эпохи. Донецк, УНИТЕХ, 2007, s. 202.
Con Erp
Con Erp (ing. John Earp; d. 1860, Sutton, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Con Erp 1860-cı ildə İngiltərənin Sutton şəhərində anadan olmuşdur.
Donald Erb
Donald Erb (17 yanvar 1927 – 2008) — amerikalı bəstəkar. == Həyatı == Donald Erb 17 yanvar 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.