ƏRŞ

Yer kürəsi, yaxud göy, asiman. Tez-tez Quranda işlədilən ərş sözündən mıəqsəd ilahi hakimiyyət, yaxud da Tanrı-nın dərgahı deməkdir.
ƏRMIŞ
ƏSAS
OBASTAN VİKİ
Qızılca Ərşad (Çaroymaq)
Qızılca Ərşad (fars. قزلجه ارشد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (19 ailə).
Təkbulaq-i Ərşaq (Meşkinşəhr)
Təkbulaq-i Ərşaq (fars. تك بلاغ ارشق‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (10 ailə).
Əmir Ərşad
Əmir Ərşad (tam adı:Sam xan Rüstəm xan oğlu Hacıəlili; 1866 – 1922, Salmas, Qərbi Azərbaycan ostanı) — sərkərdə. Sam xan Rüstəm xan oğlu XIX yüzilin sonlarında Qaradağ vilayətinin Üzümdil mahalının Ovxara kəndində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyasi almışdı. Atası Rüstəm xan Qaradağın böyük maliklərindən, Hacıəlili elinin başçısı idi. Onun vəfatından sonra elə böyük oğlu Məhəmmədhüseyn xan Sərdar Əşair rəhbərlik etdi. Əmir Ərşad da onun sərkərdəsi idi. Cənubi Azərbaycan valisi Nizamülmülk qardaşları Təbrizə çağırıb hökumətə xidmət etməyə dəvət edir. Onlara şan-şöhrətli ləqəblər verib Qaradağa yola salır. Əmir Ərşad Qaradağın dağınıq xanlarını birləşdirməyə çalışırdı. İpə-sapa yatmayan Hacı Rəhim xan Çələbiyanlı ilə dəfələrlə vuruşub, onu Qaradağdan kənarlaşdırmağa müvəffəq olmuşdu.
Ərşad Hüseynov
Ərşad Hüsü oğlu Hüseynov (7 avqust 1968, Mayis, Laçın rayonu) — Digesta hüquq firmasının direktoru. Ərşad Hüseynov 7 avqust 1968-ci ildə Laçın rayonunun Mayıs kəndində anadan olmuşdur. 1987-ci ildə Mişni kənd orta məktəbini gümüş medalla bitirmiş və Rusiya Federasiyasının Qorki (indiki Nijniy Novqorod) şəhərində Politexnik İnstitutun avtomobil fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Daha sonra Sovet ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra öz xahişi ilə Qorki Politexnik İnstitutundan çıxmış və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Həmin fakültəni 1996-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Hüquqşünas kimi əmək fəaliyyətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında hüquq məsləhətçisi olaraq başlamışdır. Əsas işi ilə yanaşı Odlar Yurdu Universitetinin, daha sonra isə Qərb Universitetinin hüquq fakültəsində dərs də keçmişdir. 1998-ci ildə "Digesta" hüquq firmasını təsis etmişdir. Bu firma həm hüquq xidmətlərinin göstərilməsi, həm də hüquq ədəbiyyatının çapı ilə məşğul olur.
Ərşad Saleh
Ərşad Saleh (türk. Erşat Salihi) — İraq siyasətçisi, 2011–ci ildən İraq Türkman Cəbhəsi Partiyasının başçısı. Ərşad Saleh 1959-cu ildə İraqda, Kərkük şəhərinin Musalla məhəlləsində anadan olmuşdur. İlk və orta təhsilini Kərkük şəhərində almışdır.1978-ci ildə Bağdad Universitetinin fizika-riyaziyyat fakültəsini bitimişdir. Orta məktəb illərindən başlayaraq Türkman Milli Hərəkatlarına qoşulan Ərşad Saleh, universitet illərində hərəkatın qabaqcıllarından olmuşdur. Bu fəaliyyətinə görə 1979-cu ildə Türkman Milli Hərəkatına qoşulma (türkçülük) bəhanəsi ilə Baas partiyası tərəfindən həbs edilmiş və 10 il həbs cəzasına məhkum edilmişdir. 9 il Əbu Qureyyib it rib Həbsxanasında xüsusi siyasi dustaqların saxlanıldığı bölmədə məhkum olaraq saxlanılan Ərşad Salehin qardaşı Səddam Hüseyn rejimi tərəfindən edam edilmiş və ailəsi də Kərkükdən İraqın cənubundakı vilayətlərə sürgün edilmişdir. İraqda rejimin devrilməsindən sonra 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsinin Musalla Bürosu vəzifəsinə gətirilən Ərşad Saleh, 2004-cü ildə İraq Türkman Cəbhəsi Suriya Cəbhəsi nümayəndəsi kimi çıxış etmişdir. Suriyada da 4 il xidmət edən Ərşad Saleh, 2008 - ci ildə İraq Türkman Cəbhəsinin Qurultayı ilə birlikdə Kərkük Vilayət Sədri vəzifəsini aparmağa başlamışdır. 7 mart 2010 - cu ildə İraqda keçirilən seçkilərdə Kərkükdən millət vəkili seçilmişdir və may 2011 - ci ildən etibarən İraq Türkman Cəbhəsinin yeni sədri kimi vəzifəsini davam etdirmişdir.
Ərşad Əzimzadə
Ərşad Əzimzadə — Yazıçı-jurnalist, təbii üsullarla müalicə üzrə mütəxəssis, "Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri. Ərşad Mütəllim oğlu Əzimzadə 1935-ci ildə (1934) Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifəsində çalışıb. Düz 30 il (1965–1995) 8 ağır xəstəlikdən (Artrit, Şəkərli diabet, mədə, ürək-damar, böyrək problemləri və s.) əzab çəkib, 40 yaşında (1976) iş qabiliyyətini tamam itirərək, 1-ci qrup əlil kimi pensiyaya çıxıb. 60 yaşına çatdıqdan sonra Ümümdünya Natural Gigiyena hərəkatı karifeylərinin (Herbert Şelton, Katsudzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və s.) əsərlərini oxuyaraq, qısa müddətdə özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb və məşhur "Möcüzəsiz möcüzə" kitabını yazıb. Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. Görkəmli maarifpərvər alim və ictimai xadim Həsən bəy Zərdabinin maarifləndirmə işini davam etdirən Ə. Əzimzadə əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün var gücü ilə çalışır, respublikada Sağlam Həyat Tərzi haqqında Qanun qəbul olunması uğrunda mübarizə aparır. Arandan gələn adam.
Ərşatnab (Bostanabad)
Ərşatnab (fars. ارشتناب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 182 nəfər yaşayır (41 ailə).
Ərşə
Ərşə kəndi — Qarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir: 1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça". XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı.
Ərşək
Ərşək — türk və altay mifologiyasında əfsanəvi varlıq. Bars və ayının cütləşməsinden doğan əfsanə canlısı. Yarı ayı yarı bars olaraq da düşünülər. Gövdəsi bars, başı ayı şəklindədir. Pəncələri də ayı pəncələri kimidir. (Ər/Er) kökündən törəmişdir. Güclülük mənası ehtiva edər. Monqolcada "Ers" sözü itilik ifadə edər və bu canlıların pəncələrinin itiliyi ilə əlaqədardır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. Kənd Şirvan düzündə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Elşad Ərşadoğlu
Elşad Ərşadoğlu (Elşad Ərşad oğlu Əliyev; 29 iyul 1986, Yağlıvənd, Füzuli rayonu) — Azərbaycan ssenaristi, rejissor, kino redaktoru və şair. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü. == Həyatı == Elşad Ərşadoğlu 29 iyul 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Orta məktəbi 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdığı İsmayıllı rayonunun Quşencə (Zoğallıq) kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 2004–2008-ci illərdə bakalavr, 2009–2011-ci illərdə magistr təhsili alıb. 2008–2009-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1998-ci ildə bədii yaradıcılığa başlamış, 2002-ci ildə "İnam yolu" qəzetində ilk şeiri çap olunduğu vaxtdan "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat", "525-ci qəzet", "Ədalət" və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir. Şeirləri italyan, rus, özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunaraq İtaliyada, Rusiyada, Özbəkistanda və Türkiyədə çap olunub. Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuş, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunmuşdur. 2008–2010-cu illərdə M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərmiş, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olunmuşdur.

Digər lüğətlərdə