Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abaziya
Abasia (q.yun. ἀ- – yoxluq və βάσις – yerimək) — bədən balansının pozulması və ya aşağı ətrafların motor pozğunluğu ilə əlaqəli əsasən sinir sistemi xəstəliklərində yerimə qabiliyyətinin itirilməsi. Aşağı ətrafları iflic olmur və xəstə uzanarkən lazımi həcmdə və kifayət qədər güclə müvafiq hərəkətləri edə bilir. Bu, əsasən dissosiativ pozğunluqlarda (əvvəllər isteriya adlanırdı), yəni dissosiativ hərəkət pozğunluqlarında, aşağı ətrafların hərəkət pozğunluqları və balans pozğunluqları ilə baş verir. Çox vaxt astaziya (ayaqda durma qabiliyyətinin itirilməsi) ilə müşayiət olunur.Abaziyanın xoreik, paralitik, spastik və tremor formaları var.
Abraziya
Abraziya (geomorfologiya)
Abxaziya
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Afaziya
Afaziya (yun. ἀ — inkar hissəcik; φάσις — ifadə, bəyan) — formalaşmış nitqin sistem pozğunluğu.. Əsasən beyin qabığının travma, şiş toxuması, insult, iltihabi proseslər və bir neçə psixi xəstəliklər nəticəsində nitq şöbəsinin zədələnməsindən meydana çıxır.
Abatiya
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
Abxaziya Respublikası
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Abxaziya apsarı
Abxaziya apsarı (abx. Aҧсар) — Abxaziyanın pul vahidi. Abxaziya Respublikası Milli Bankı tərəfindən buraxılır. Bu pul vahidi ilə yanaşı Abxaziyada Rusiya rublu da istifadə olunur. Bir Rusiya rublu 0.10 apsardır. İndiyə qədər ancaq 1, 2, 10, 20, 25, 50, 100 apsarlıq pullar tədavülə buraxılıb. Abxaziya pulları Moskvada istehsal olunur. Pulun istifadəsi xeyli məhduddur. İlk Abxaziya apsarı 2008-ci ildə hazırlanıb. 10 apsar gümüşdən hazırlanır, 25 və 50 apsar isə qızıldan düzəldilir.
Abxaziya bayrağı
Abxaziya bayrağı — Bəzi dövlətlər tərəfindən tanınan Abxaziya respublikasının rəsmi dövlət bayrağı. 1991-ci ildə V. Qamqiya tərəfindən hazırlanmış bayraq dörd ədəd yaşıl və üç ədəd ağ paralel zolağın ardıcıl yerləşməsindən ibarətdir. Sol üst küncdə üç cizgi uzunluğunda qırmızı fonda dördbucaq vardır. Dördbucağın içində sağ əlin içi və əlin üstündə yarımdairə şəklində dayanan 7 ədəd 5 guşəli ulduz təsvir olunmuşdur. Bayraqdakı əl dost üçün "Xoş gəldin", düşmən üçün isə "yol yoxdur" mənasını daşıyır. Bayraqdakı 7 ulduz isə Abxaziyanın 7 tarixi bölgəsi olan Abyuva, Bzıp, GQma, Psı-Aybga, Dal-Tzabal, Sadz və Samırzakanı təmsil edir. Bu yeddi bölgə daha sonra 7 şəhərə çevrilmişdir. (Suxuma, Gudauta, Qaqra, Afon, Qal, Oçamçira və Tkuarçal) Yaşıl və ağ zolaqlar isə uyğun olaraq islamı və xristianlığı bildirir. Açıq əl XIV əsrdə Abxaziya Krallığının simvolu olmuşdur. Üzərində bu cür əl olan bayraq Sebastopolsda istifadə olunmuşdur.
Abraziya (geomorfologiya)
Abraziya proses — dəniz dalğaları və axınların köklü süxurları mexiniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir.Abraziya — akkumulyativ hamarlanma səthi dəniz dalğalarının abrazion- akkumulyativ fəaliyyəti ilə əlaqədar yaranan üfüqüyə yaxın səthdir. Abraziya qalıq qayalar — abrazion proseslər nəticəsində cilalanmış, dağılmaya davamlı möhkəm süxurlardan ibarət qayalar. Dəniz, göl səviyyəsindən yüksələn divar, dəniz boğazı, qüllə, konus və s. formalarda olur. Sinonim: Kekurlar. == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Abxaziya coğrafiyası
Abxaziya Cənubi Qafqazda yerləşir. De fakto olaraq müstəqil dövlət olsa da, bir çox dövlət tərəfindən Gürcüstanın muxtar ərazisi kimi tanınır. Abxaziya Respublikası ancaq Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu tərəfindən, həmçinin de fakto müstəqil olan Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Krayna Serb Respublikası tərəfindən tanınmışdır. == Coğrafiya == Abxaziya Qara dənizin şimal sahilində, Gürcüstanın qərb ucunda təxminən 8.600 km2 ərazini əhatə edir. Qafqaz dağları Abxaziyanın şimal və şimal-şərq torpaqları ilə Rusiyanın Çerkesiya torpaqlarını ayırır. Şərqdən Svaneti, cənub-şərqdən Meqreliya ilə sərhəddədir. Cənubunu və cənub-qərbini Qara dəniz yuyur. Şimalında yüksək təpələr yerləşir. Abxaziya ərazisinin böyük hissəsi dağlıq olub (75 %) əhali əsasən sahildə, düz və alçaq sahələrdə və yaxşı sulanan vadilərdə məskunlaşmışdır. Ölkənin bütün şimal sərhədini Böyük Qafqaz dağları bağlayır.
Abxaziya erməniləri
Abxaziya erməniləri (erm. Հայերն Աբխազիայում) - Gürcüstanın şimal-qərbində yerləşən Abxaziyada məskunlaşmış erməni əsilli əhali. Qarabağ müharibəsi zamanı Abxaziya ermənilərindən təşkil edilmiş batalyonların iştirakı və xüsusi amanslızlqa cinayətlər törətdiyi məlumdur. 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsində ermənilərdən ibarət Baqramyan batalyonuda seperatçıların tərəfindən müharibədə iştirak etmişdir. Ermənilər Abxaziyada XIX əsrin sonları, XX əsrin əvvəllərindən etibarən məskunlaşmağa başlamışdılar. Paytaxt Suxumi və Qaqra şəhərləri başda olmaqla, ölkədə 45 minə yaxın erməni əsilli əhali yaşamaqdadır. == Tarixi == Abxaziya bölgəsində ermənilərin kütləvi formada məskunlaşması XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir. Rusiya imperiyası tərəfindən 1763-1864-cü illər Qafqaz müharibəsi dövründə icra edilən Çərkəz soyqırımı Abxaziyada yaşayan müsəlmanların vəziyyətinə də öz təsirini göstərib. Bölgə də olan müsəlman əhalinin azalmasından istifadə edən bir çox erməni icmaları çoğrafi baxımdan əlverişli olan torpaqlarda sürətli şəkildə köç etməyə başlayıblar. Erməni soyqırımında iştirakı etmiş bir çox hərbi cinayətkarda hadisələrdən sonra Abxaziyaya köçməyə başlayıb.Abxaziya ermənilərinin növbəti aktivliyi 1992-1993-cü illərdə baş vermiş Abxaziya müharibəsinə təsadüf edir.
Abxaziya estonları
Abxaziya estonları (est. Eestlased Abhaasias) — Abxaziyada yaşayan etnik estonlara verilən ümumi ad. Gürcüstanın şimal-qərbində yerləşən Abxaziya de-yure olaraq Gürcüstanın hüquqi ərazisi hesab olunsa da, de-fakto olaraq müstəqil şəkildə idarə olunur. Abxaziya bölgəsinə estonların köçürülməsi prosesi bölgə Rusiya imperiyasının hakimiyyəti altında olduğu dövrdə baş vermişdir.Abxaziyada müharibə zamanı və ondan sonra bir çox estoniyalı Estoniyaya getmişdir. 1992-ci ildə bir əməliyyatda Estoniya hakimiyyəti 170 estoniyalını təxliyə etmişdir.
Abxaziya himni
Abxaziya himni və ya Aiaaira — Abxaziyanın rəsmi himni. Sözləri, Abxaziya 1992-ci ildə müstəqilliyini elan etdikdən sonra yazılıb.
Abxaziya knyazlığı
Abxaziya knyazlığı (gürc. აფხაზეთის სამთავრო, apkhazetis samtavro) — Gürcüstan krallığında davam edən daxili qarışıqlıq içərisində meydana gələn feodal xarakterli qədim bir dövlətdir. Əvvəl Osmanlı sonra isə Rusiya imperiyasının vassalığını qəbul edib varlığını qorusa da, 1864-cü ildə Rusiya imperiyası tərəfindən Abxaziya knyazlığının varlığına son qoymuşdur.
Abxaziya mədəniyyəti
Abxaziya (Abxazca: Аҧсны Apsny, Gürcücə: აფხაზეთი Apkhazeti ya da Abkhazeti, Rusca: Абха́зия Abxaziya) Qara dənizin şərq sahilində, Cənubi Qafqazın şimal-qərbində yerləşən de-fakto müstəqil və qismən tanınan bir ölkədir. Şimal tərəfdən Rusiya, şərqdən Gürcüstan ilə əhatə olunmuş ölkə Rusiya, Nikaraqua, Venesuela və faktiki olaraq müstəqil olan Cənubi Osetiya və Dnestryanı tərəfindən tanınmışdır. Abxaziya Respublikası Hökumətinin idarə mərkəzi Suxumidir. == Din == Pravoslav xristianlar və sünni müsəlmanlar Abxaziyanın dindar əhalisinin (bütün etnik qruplar daxil olmaqla) əksəriyyətini təşkil edir. Abxaziyada yaşayan ermənilərin əksəriyyəti Erməni Apostol Kilsəsinə mənsubdur. Ancaq əksər xristianlar və ya müsəlmanlar dini vəzifələrini yerinə yetirə bilmirlər. Yəhudilər, Yehovanın Şahidləri və yeni dinlərə inananlar çox azdır. Bu haqda rəsmi formada verilmiş heç bir fərman qüvvədə olmasa da, Yehovanın Şahidləri təşkilatı 1995-ci ildən qadağan edilib. Gürcüstan konstitusiyalarına görə, Abxaziya Muxtar Respublikası və de-fakto olaraq müstəqil olan Abxaziya Respublikasında bütün dinlərə mənsub olan insanlar (eləcə də ateistlər) qanun qarşısında bərabər hüquqlara malikdirlər. Abxaziya müharibəsindən bəri Gürcü Ortodoks Kilsəsi regionda fəaliyyət göstərə bilmir.
Abxaziya tarixi
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi. == Qədim dövrlər == Abxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Abxaziya çarlığı
Abxaziya çarlığı (gürc. აფხაზთა სამეფო Apkhazta samepo) — əvvəlcə Anakopiyada, sonra 806-cı ildən Kutaisidə mövcud olmuş mərkəzləşmiş orta əsr dövləti. 786-787-ci illərin qovşağında Xəzər xaqanlığının köməyi ilə II Leonun başçılıq etdiyi Bizansdan asılı olmayan Abxaz krallığı elan edildi. Krallığın çiçəklənmə dövrü 850-950-ci illərə təsadüf edir. X əsrin əvvəllərində krallıq Abxaziya və Şərqi Gürcüstanın bir hissəsini, bugünkü Qərbi Gürcüstanı əhatə edirdi. X əsrin ortalarında Kaxetiyanın bir hissəsini və Tao-Klarjetinin şimal əraziləri də onun tərkibində idi. "Böyük Rus Ensiklopediyası" na görə, Abxaziya krallığının gücü zəifləməyə başladı və 975-ci ildə (ədəbiyyatda fərqli şəkildə adlandırılan "Abxaz və Kartvellər çarlığı", "Baqratilər çarlığı", "Abxaz-Kartli çarlığı") vahid gürcü çarlığının bir hissəsi oldu., 978-ci ildə taxt Kartli və Quranduxt kralı Qurgenin oğlu Baqrata və abxaz çarı III Teodosinin bacısına keçdi. 1008-ci ildə Baqrat, Kartlini atası Qurgendən miras aldı və Abxaziya və Kartli taclarını birləşdirərək vahid bir Gürcüstan krallığını qurdu.. == Adı == Abxaziya çarlığı sözündən yalnız erkən gürcü mənbələrində istifadə olunur. X əsrə qədər Bizanslılar çarlığı Abazqiya-Abxaziya (Yunan Αβαζγια) vassal knyazlıqları hesab edirdilər.
Abxaziya şaxtagülü
Abxaziya şaxtagülü (lat. Helleborus orientalis subsp. abchasicus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinin şərq şaxtagülü növünə aid bitki yarımnövü.
Kiçik Abxaziya
Kiçik Abxaziya (rus. Малая Абхазия) cigetiya (gürc. ჯიქეთი) və ya sadzen — tarixi vilayət. == Tarixi == Kiçik Abxaziya termini XIX əsrin ortalarında Fridrix Bodenştedt və Vasili Potto kimi bir sıra Rusiya müəllifləri tərəfindən dövriyyəyə buraxılmışdır. Bəziləri Bzıb çayından Xosta çayına qədər olan ərazini Cigetiya adlandırır. Potto kimi müəlliflərə görə, Kiçik Abxaziya Qafqazın şimal yamacındadır, abazinlərin məskunlaşdığı ərazidir. Cigetiya əhalisinin etnik mənsubiyyəti məsələsi adıqlar və abxazlar arasında mübahisəli olaraq qalır. Qonşu abxazlar cigetlərə xitab etmək üçün "asadzua" (sadzlar) terminindən istifadə etmişdilər. Onlar eyni termini ubıxlara da tətbiq edirdilər. Cigetiyanın abxazca adı "Sadzen", ubıx dilində "Cıxı"dır.
Abxaziya pasportu
Abxaziya pasportu — Abxaziya Respublikası vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasport. Abxaziya yalnız Rusiya, Nikaraqua, Venesuela və Nauru tərəfindən tanındığından, abxazlar başqa ölkələrə getmək üçün Rusiya pasportlarından istifadə edirlər. Abxaziya pasportu tünd yaşıl rəngdədir. Ortada Abxaziyanın gerbi, yuxarıda ölkənin adı (Abxaziya), aşağıda isə "pasport" yazılıb. Onların hamısı həm abxaz, həm də rus dillərində yazılıb. == Tarixi == Abxaziya pasportlarından əvvəl ölkədə sovet pasportlarından istifadə olunurdu. Bu pasportlar ilk olaraq Acarıstan Muxtar Respublikasına göndərilib və Gürcüstanın bütün ərazisi kimi Acarıstanda da gürcü pasportlarından istifadə ediləcəyi üçün onları Abxaziyaya Acarıstan lideri Aslan Abaşidze verib. 2008-ci ildə bütün sovet pasportlarının müddəti başa çatdığından yeni pasporta ehtiyac yaranıb. Abxaziya pasportları ilk dəfə 1990-cı illərin sonlarında müzakirə olunmağa başladı. 2003-cü ildə bir türk şirkətinə sifariş verildi, lakin 25 min pasport daşıyan ilk gəmi Gürcüstan hakimiyyəti tərəfindən dayandırıldı və pasportlar məhv edildi.
Abxaziya Dövlət Universiteti
Abxaziya Dövlət Universiteti (ADU; abx. Аҧсны Аҳәынҭқарратә Университет) — rəsmi olaraq Gürcüstanın Abxaziya Muxtar Respublikasının, de-fakto olaraq müstəqil Abxaziya Respublikasının Suxumi şəhərində yerləşən dövlət universiteti. == Tarixi == Universitet 4 fevral 1932-ci ildə Aqropedaqoji İnstitut olaraq təsis edilmişdir. 1933-cü ildə MŞ Qorki adına Suxumi Dövlət Pedaqoji İnstutu olaraq adlandırılmışdır. 1979-cu ildə Abxaziya Dövlət Universiteti olaraq adlandırılır. 2011-ci ildə Abxaziya Dövlət Universiteti və Urbin Universiteti arasında əməkdaşlıq protokolu imzalanmışdır. == Fakultə və kafedralar == === Fizika-Riyaziyyat fakultəsi === Dekan: Robert Larusiya Riyazi analiz kafedrası Tətbiqi riyaziyyat kafedrası Ümumi fizika kafedrası Suxumi Fizika Texnika İnstitutunun eksperimental fizika kafedrası === Biologiya-Coğrafiya fakultəsi === Dekan: Marina Qoqua Ekologiya və heyvan morfologiyası kafedrası İnsan və heyvan fiziologiyası kafedrası Kimya kafedrası Coğrafiya bölməsi AMA Botanika İnstitutunda Meşə və Botanika Departamenti kafedrası AMA-nın Eksperimental Patoloji və Təbabət İnstitutunun Eksperimental Biologiya və Təbabət İdarəsi kafedrası AMA Hidrofizika İnstitutunda tətbiq olunan Ekologiya İdarəsi kafedrası === Tarix fakultəsi === Dekan: Alik qabeliya Tarix kafedrası Abxaziyanın Arxeologiya və Etnoqologiya kafedrası Rusiya və xarici ölkələrin tarix kafedrası Beynəlxalq münasibətlər tarixinin kafedrası === Filologiya fakultəsi === Dekan: Otar Cicariya Abxaz dili kafedrası Abxaz ədəbiyyatı kafedrası Rus dili kafedrası Rus və xarici ədəbiyyat kafedrası Alman dili kafedrası İngilis dili kafedrası Jurnalistika kafedrası Aktyorluq və Rəssamlıq İncəsənəti kafedrası Abxaz Humanitar Tədqiqatlar İnstitutunda Abxaz Tədqiqatları kafedrası === Hüquq fakultəsi === Dekan: Serqety Smır Dövlət və hüquq kafedra Mülki və prosesual hüquq kafedrası İnzibati hüquq kafedrası === İqtisadiyyat fakultəsi === Dekan: Ozqan Yeva İqtisadi nəzəriyyə kafedrası Mühasibat və audit kafedrası Dövlət İdarəetmə və menecment kafedrası Milli İqtisadiyyat kafedrası Maliyyə və kredit kafedrası === Pedaqoji fakultə === Dekan: Lyudmila Beniya Pedaqogika və İbtidai təhsil metodları kafedrası Təsviri incəsənət kafedrası Bədən tərbiyəsi və idman kafedrası === Aqromühəndis fakultəsi === Dekan: Rozetta Smır Agronom kafedrası Kənd təsərrüfatının mexanikləşdirilməsi kafedrası Elektrikləşdirmə kafedrası === Ümumuniversitet kafedraları === Filologiya və mədəniyyətşünaslıq kafedrası Politalogiya və sosiologiya kafedrası Hərbi kafedra == Universitetin rektorları == Zurab Ançabadze (1979–1984) Aleko Qranamiya (1989-cu ildən) == Tanınmış məzun və əməkdaşları == Vladislav Arcinba Vaja zarandiya Anton Jarkov Aleksandr Jarkov Leonid Rozemlyun == Fəxri professorlar == Rəşid Xuqanov — Adıgey Dövlət Universitetinin rektoru (ADU) == Ünvan == Gürcüstan, Abxaziya Muxtar Respublikası, Suxumi şəhəri, Universitet küçəsi, 1.
Abxaziya Milli Kitabxanası
İ.V.Papaskiri adına Abxaziya Milli Kitabxanası (abx. И. Гь. Папасқьыр ихьӡ зхыу Амилаҭтә Библиотека) — Gürcüstanın Abxaziya Muxtar Respublikası ərazisində, Suxumi şəhərində kütləvi kitabxana. Kitabxana 1981-ci ildən Abxaziyanın xalq yazıçısı İvan Georgieviç Papaskirinin adını daşıyır. == Binası == Abxaziya Milli Kitabxanası 15 mart 1921-ci ildə Abxaziya İnqilab Komitəsinin Xalq Təhsili Şöbəsi tərəfindən Suxum Mərkəzi Kitabxanası kimi yaradılmışdır. Elə həmin il martın 29-da Suxumun Svoboda küçəsindəki keçmiş "piskopos evində" oxu zalı açılmışdır. Kitabxananın kitab fondu özəl kitabxanalardan ibarət idi. 1922-ci ildə kitabxana mərkəzi kitab depozitariyasına çevrildi. 1926-cı ildə ona Abxaziya SSR-in bütün kitabxanalarını idarə etməyə başlayan Mərkəzi Şəhər Kitabxanası statusu verildi.1938-ci ildə Mərkəzi Şəhər Kitabxanası Abxaziya Muxtar Sovet Sosialist Respublikasının Respublika Kitabxanası statusunu aldı1980-ci ildə kitabxana yeni standart binaya köçdü. 1981-ci ildə kitbxanaya Abxaziyanın ilk xalq yazıçısı, Quliya adına Respublika Mükafatı laureatı İ.G.Papapaskirin adı verildi.
Abxaziya Muxtar Respublikası
Abxaziya Muxtar Respublikası (gürc. აფხაზეთის ავტონომიური რესპუბლიკა) — rəsmən Gürcüstan Respublikasında muxtar respublika, ərazisi faktiki olaraq qismən tanınmış separatçı Abxaziya Respublikasının nəzarəti altındadır. 1921-ci il martın 4-də təşkil olunmuşdur. Şimalda Rusiya ilə (Krasnodar vilayəti və Qaraçay-Çərkəz respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın regionları olan Sameqrelo və Zemo-Svaneti ilə həmsərhəddir. Sahəsi 8,6 min km2. 5 rayonu, 7 şəhəri, 4 şəhər tipli qəsəbə var. Paytaxtı Suxumi şəhəridir. == Tarixi == Arxeoloji tapıntılar Abxaziyanın ərazisində hələ Erkən Paleolit dövründə insanın olmasına şahidlik edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. 7–6-cı əsrlərdə baş vermişdir.
Abxaziya Muxtar Vilayəti
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Abxaziya prezidentlərinin siyahısı
Abxaziya Prezidenti yalnız Abxaziya Muxtar Respublikasının başçıı ola bilər. Burada seçkilər beş ildən bir keçirilir. Burada ilk seçkilər 1991-cü ilin yanvar ayında keçirilib. == Prezidentlərin siyahısı == Valeri Bqanba-1 iyun 2014 - 25 sentyabr 2014.
Abaziniya
Abaziniya (Abazasht-ın öz adı Abaza, xalqın dili ilə qədim Abazgiya) — Abazin xalqının Böyük Qafqazın şimal hissəsinin ətəklərindəki tarixi ərazisi, bu da indi Abaza bölgəsi Karachaevonun şimal hissəsində Çərkəz Respublikası (Rusiya Federasiyasının subyekti) adlanır. == Tarixi == Abazinlər və abxazların indiki Abxaziya ərazisindəki əraziləri, qədim əsrlərdə Krasnodar diyarının cənub və şərq hissələri Abxaz (Abazg) krallığında birləşdirildi. Daha sonra Abazinlərin bir hissəsi indiki Stavropol diyarının cənub hissəsi ərazisinə köçdü. XVI–XVIII əsrlər dövründə Abazin torpaqları Krım-Türk qoşunları tərəfindən işğal edildi və Kabarda knyazlıqlarının bir hissəsi idi. XIX əsrin birinci yarısından bəri Abaza əraziləri Rusiyanın bir hissəsidir. Həm Krım-Türk, həm də Kabardiya və Rus hakimiyyətləri, digər Qafqaz xalqlarının yaşayış məskənləri arasında səpələnmiş də daxil olmaqla, Abazini tez-tez zorla köçürdülər. Sovet hakimiyyəti burada 1918-ci ildən qurulmuşdur. — Qafqaz Sovet Respublikası, 20 yanvar 1921-ci ildən — Dağ Muxtar Sovet Sosialist Respublikasının bir hissəsi, 12 yanvar 1922-ci ildən — Qaraçay-Çerkess Muxtar Vilayətinin (KCAO) bir hissəsi Cənub-Şərqi (1924-cü ildən — Şimali Qafqaz) bölgəsi olaraq, 26-dan 1926-cı il aprel — Çərkəz Milli hissəsi rayon, 30 aprel 1928-ci ildən — Çerkess Muxtar Vilayətinin bir hissəsi, Stavropol diyarının bir hissəsi, 9 yanvar 1957-ci ildən — yenidən qurulan Qaraçay-Çerkess Muxtar Vilayətinin bir hissəsi olaraq Stavropol diyarının bir hissəsi. 1990 və 1991-ci illərdə Abazin milli "Adgilər" və "Apsadgil" hərəkatları, eləcə də Abaza milli bölgəsinin ayrılmasını tələb edən Abaza və Çərkəz xalqlarının qurultayı fəaliyyət göstərirdi. Ayrıca, Çərkəz-Abazin Respublikası və Nogai-Abazin Respublikasına KChAO xalqlarının sayı baxımından Karachaisdən daha kiçik olanların birləşməsi təklifləri irəli sürüldü.
Abeliya
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === HibridAbelia x grandiflora (Hort. ex.
Abuliya
Abuliya (lat. a - inkar şəkilçisi + bule - iradə ) – iradəsizlik, iradənin xəstəlik nəticəsində zəifləməsi. Bir sıra psixi xəstəlikdə və bəzən sinir sisteminin funksional pozğunluqları zamanı müşahidə edilir. Düzgün verilməyən tərbiyənin nəticəsi olan iradə zəifliyi abuliya deyil.
Akasiya
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir. == Sinonimləri == Acaciopsis Britton & Rose Bahamia Britton & Rose Delaportea Thorel ex Gagnep.
Alaliya
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. == Alaliya nədir == Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. == Alaliyanın səbəbi == Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. == Alaliyanın növləri == Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. === Motor alaliya === Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur.
Alaniya
Alaniya — Müasir Rusiya federasiyası (Şimali Qafqaz)ərazisində yerləşən qədim vilayətlərdən birinin adı. Orta əsrlərdə Şimali Qafqaz və Don çayı ilə Volqa çayı boyu əraziləri əhatə edirdi.
Alazeya
Alazeya (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasının şimal-şərqində çay. Uzunluğu 1,590 kilometr, hövzəsinin sahəsi 64,7 min km2-dir. Alazeya yaylasının cənubundan başlanır. Kolıma düzənliyinə axıb Şərqi Sibir dənizinə tökülür. Əsas qolu Rossoxa çayıdır. Sentyabrdan maya qədər donmuş olur. Hövzəsində çoxlu göl var. == İstinadlar == == Əlavə ədəbiyyat == Алазея // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Albaniya
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq, rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır. Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar. Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır.
Aleziya
Aleziya (lat. Alesia) — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Jean-Louis Voisin. Alésia: Un village, une bataille, un site. Librairie Académique Perrin.
Amasiya
Amasiya (kənd) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Amasiya (Ağbaba) — Amasiya rayonununda kənd və eyni adlı rayonun mərkəzi. Amasiya rayonu — Qərbi Azərbaycannın (indiki Ermənistan) Ağbaba mahalı ərazisində rayon. Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Amasya — Qaradəniz Bölgəsində Türkiyənin Amasya ilinin inzibati mərkəzi. Amasya sülh müqaviləsi — Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında sülh müqaviləsi. Amasyalı Bəyazid Paşa — Osmanlı sultanlığının Fetret döründə, 1413-cü ildə Sultan I Mehmed səltənətində sədrəzəm. Amasiya (qitə) — 20 milyon il sonra reallaşması gözlənilən bir superqitə.
Apatiya
Apatiya (yun. απάθος — ehtirassızlıq) — laqeydlik halı,müəyyən hərəkətlərə meylin,marağın olmaması(çox vaxt ali sinir fəaliyyətinin pozulması nəticəsində olur).Stoiklərin etik təlimlərində Apatiya ehtirassızlıq,ruhi soyuqqanlıq,hisslərin zəkanın fəaliyyətinə maneə olmadığı vəziyyət kimi başa düşülür.Aşkardır ki,stoiklərə Şərq dini fəlsəfi baxışları,xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir. Bundan başqa tibbdə də apatiya hallarından bəhs olunur. Məsələn qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır. == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti.
Araliya
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Aspaziya
Aspaziya ya da Miletli Aspaziya (yun. Ἀσπασία; e.ə. 470, Milet – e.ə. 400, Afina) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın. Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir. Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir. Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir.
Azaliya
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Azaniya
Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία) — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı Azaniyaya Muxadan zeytun yağı və büxur, Avropadan isə dəmir, şüşə, buğda və şərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən Rapta idi.
Malaziya
Malayziya (malay Malaysia) — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.
Sabazia
Sabazia (lat. Sabazia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.