ALBANİYA

албания
ALBANCA
ALBOM
OBASTAN VİKİ
Qafqaz Albaniya
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Albaniya faunası
Albaniya faunasına 15 600 onurğalı və onurğasız canlı daxildir. Albaniya ərazisinin böyük hissəsi dağlıqdır. Ölkə ərazisinin təxminən dörddə bir hissəsinin meşələr tutur. Baxmayaraq ki, XX əsrin sonlarından meşəlik ərazilərin sahəsi durmadan azalmağa başlamış. Ölkənin heyvanat aləmi mərkəzi avropa və aralıqdənizi faunasının qarşığından formalaşıb. == Məməlilər == Ölkə ərazisində 79 növ məməli qeydə alınıb. İri yırtıcılara - canavar, tülkü, çaqqal, qonur ayı və adi vaşaq aiddir. Cütdırnaqlılardan avropa cüyürü, nəcib maral və qarapaça geniş yayılıb. Albaniya ərazisində yarasaların 20 növünə rast gəlinib. Sahilə yaxın ərazilərdə delfinlərin 4 növü ( o cümlədən yırtıcı delfin) var.
Albaniya
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq, rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır. Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar. Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır.
Albaniya (Dağıstan)
Albaniya — Dağıstanın Tlərata rayonunda kənd.
Albaniya (dəqiqləşdirmə)
Albaniya bu mənalarda gələ bilər: Albaniya — Balkan yarımadasında dövlət. Albaniya — Qafqazda mövcud olmuş qədim dövlət. Albaniya — Dağıstanda kənd. Albaniya (satraplıq) — Azərbaycanla bağlı ərazi.
Albaniya (satraplıq)
Azərbaycan Sasanilər dövründə — III–IV əsrlərdə Azərbaycanda feodal münasibətlər yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatenada bu dövrdə də zərdüştlüyə sitayiş olunurdu. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531–579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Ut, Qarabağ, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi.
Albaniya (toponim)
Albaniya — Qafqazdan Şotlandiyaya kimi müxtəlif ərazilərdə istifadə olunan toponimdir. Dünyada toponim daha çox balkan ölkələrindən biri olan Albaniya Respublikasının adı kimi məşhurdur. == Albaniya (Qafqaz) == Qafqaz Albaniyası (q.yun. Ἀλβανία, [Aluank], orta fars. Arran) e.ə. IV əsrdən b.e. VIII əsrinə kimi Cənubi Qafqazda, müasir Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlətdir. Ölkənin adının mənşəyi tam müəyyənləşdirilməmişdir. Rusiya tarixçisi Kamilla Trever özünün "Qafqaz Albaniyasının tarixi və mədəniyyəti haqqında oçerklər: e.ə. IV əsr – b.e.
Albaniya Ana
Albaniya Ana (alb. Nëna Shqipëri) — Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Milli Şəhidlər Qəbiristanlığında heykəl. == Təsviri == Heykəl 3 metrlik bir təməl üzərində ucaldılmışdır. Təsvir edilən qadın fiqurunun hündürlüyü 12 metr, heykəlin ümumi hündürlüyü isə 20 metrdir. Heykəl Albaniyanı onun üçün canını verənlərə keşikçilik edən bir ana kimi təsvir edir. Heykəl əlində dəfnələrdən ibarət bir çələng və bir ulduz daşıyır. Heykəlin üzərində "Lavdi e perjetshme deshmoreve tee Atdheutt" (azərb. Vətən şəhidlərinə əbədi əzəmət‎) yazılmışdır. Heykəl betondan hazırlanıb. == Tarix == Heykəl 1971-ci ildə ucaldılmışdır.
Albaniya Prezidenti
Albaniya Prezidenti (alb. Presidenti i Shqipërisë), rəsmi şəkildə Albaniya Respublikasının Prezidenti (alb. Presidenti i Republikës së Shqipërisë) — dövlət başçısı, silahlı qüvvələrin Ali Baş Komandanı və alban həmrəyliyinin nümayəndəsi. Prezidentin parlament seçkilərinin, eləcə də referendumun, amnistiya və mükafatların tarixini təyin etmək səlahiyyəti var. Vəzifəsini yerinə yetirmədiyi təqdirdə parlamentin spikeri prezident səlahiyyətlərinin icrasına başlayana və ya yeni prezident seçilənə qədər prezident səlahiyyətlərini icra etmək vəzifəsini öz üzərinə götürür. Albaniya Prezidentinin Aparatı ölkə prezidentinin birinci dərəcəli heyətindən, habelə prezidentə hesabat verən köməkçi heyətdən ibarətdir. Ofis paytaxt Tiranada Prezident Aparatında yerləşir. Albaniya Konstitusiyası Prezident Aparatının binalarında, prezidentin iqamətgahında, prezident tərəfindən istifadə edildikdə nəqliyyat vasitələrində və digər mərasimlərdə istifadə edilən prezident yükünün görünüşünü və istifadəsini müəyyən edir. Prezidentin xanımı Albaniyanın birinci xanımı kimi tanınsa da, onun prezidentlikdə rəsmi vəzifəsi yoxdur. Adətən Prezident sarayında və rəsmi səfərlərdə protokol rolunu oynayır.
Albaniya Respublikası
Albaniya (alb. Shqipëria və ya Shqipëri), tarixi mənbələrdə Arnaudluq, rəsmi adı Albaniya Respublikası (alb. Republika e Shqipërisë) — Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə. Adriatik və İoni dənizləri sahilərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır. Ölkənin 28,748 km2 ərazisində müxtəlif iqlim, geoloji, hidroloji və morfoloji şərait mövcuddur. Albaniya landşaftı ilə əhəmiyyətli müxtəlifliyə malikdir, belə ki burada Alban Alpları, Korab, Skanderbeq, Pind və Keravniya kimi qarlı dağlardan tutmuş Aralıq dənizi boyunca yerləşən Adriatik və İoni dənizlərinin qızmar və günəşli sahilərinə qədər rast gəlmək olar. Albaniya müxtəlif vaxtlarda illiriyalılar, frakyalılar, yunanlar, romalılar, bizanslılar, venesiyalılar və osmanlılar kimi müxtəlif sivilizasiyaların məskunlaşdığı yer olub. 12-ci əsrdə Albanlar Arberiya muxtar knyazlığını qurdular. Albaniya krallığı və Albaniya knyazlığı 13–14-cü əsrlər arasında formalaşmışdır.
Albaniya bayrağı
Albaniya bayrağı — Albaniyanın Dövlət bayrağı Albaniya Respublikasının dövlət bayrağı mərkəzində ikibaşlı qara qartal şəkli həkk olunmuş qırmızı düzbucaqlı zolaqdan ibarətdir. Bayrağın eninin uzunluğuna nisbəti 5:7-dir. Qırmızı rəng xarici işğalçılara qarşı uzun müddət mübarizə aparan alban vətənpərvərlərin tökülən qanının rəmzidir. Albaniyanın hazırkı dövlət bayrağı 1945-ci ildə rəsmi olaraq təsdiqlənib. Qırmızı zolaqlı ikibaşlı qara qartal şəkli 1443-cü ildə Albaniyanın müstəqilliyinin əsasını qoymuş Georgi Kastriotın bayrağında mövcud idi. O, Skanderberq adı ilə daha çox məşhurdur. Çox güman ki, bayraqdakı qartal şəkli onun tərəfindən seçilib. Bayraqda məhz qartal şəkli əbəs yerə öz əksini tapmayıb. Belə ki, albanlar ta qədim zamanlardan ölkələrini "şkiperi" adlandırırlar ki, bu da tərcümədə "qartallar ölkəsi" mənasını verir. Onlar özlərini qartalların nəslinin davamçıları hesab edirlər.
Albaniya coğrafiyası
Albaniya Avropanın cənub-şərqində, Balkan yarımadasının qərbində qərarlaşır. Ölkənin sahillərini Adriatik dənizi və İon dənizi yuyur. Albaniya şərqdən qərbə 150 km, şimaldan-cənuba isə 340 km məsafədə uzanır. == Sərhədləri == Ölkənin sərhədlərinin ümumi uzunluğu 717 km-dir. Şimal-qərbdə Monteneqro (172 km), şimal-şərqdə Kosovo (112 km), şərqdə Makedoniya Respublikası (151 km), cənub-şərqdə Yunanıstan (282 km) ilə sərhədə malikdir. Ölkənin sərhədləri sahil əraziləri istisna olaraq digərləri təbii coğrafi sərhədə malik deyildir. Albaniyanın sərhədləri Londonda dünyanın güçlü dövlətləri tərəfində müəyyənləşdirilmişdir. Birinci Dünya müharibəsi dövründə Albaniya İtaliya, Serbiya, Yunanıstan və Fransa tərəfindən işğal edilmişdir. 1921-ci ildə əvvəlki sərhədlər çərçivəsində bərpa edilir. Sərhədlərin süni şəkildə təşkili öz növbəsində gələcəkdə müüəyyən konfliktlərin yaranmasına səbəb olmuşdur (Kosovo müharibəsi və Kosovonun müstəqilliyinin elan edilməsi).
Albaniya dağlaləsi
Albaniya dağlaləsi (lat. Tulipa albanica) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.
Albaniya dilləri
Albaniya dilləri — Albaniya monoetnik bir dövlətdir, əhalisinin böyük əksəriyyəti rəsmi olan alban dilində danışır. Alban dili özüdə iki aparıcı ləhcələrə bölünür: Tosk (cənubda) və Qeq (şimalda). Dünyada alban diasporasının geniş yayılması səbəbindən Albaniyadan kənarda yaşayan albanlar da ingilis, italyan, yunan, fransız, alman və bir çox başqa dillərdə danışırlar. Albaniyadakı bir çox ailədə ən azı iki dildə danışmaq adətdir: ən çox yayılmış ikinci dillər arasında, italyan və yunan dilləri fərqlənir (cənubda yunan icması arasında) == Alban dili == Albaniya Konstitusiyasının 14-cü maddəsi alban dilini rəsmi dil olaraq tanıyır. 2011-ci il siyahıyaalınmasına əsasən 2765610 nəfər və ya ölkə əhalisinin 98,767% -i alban dilini ana dili olaraq göstərmişdir. === Dialektlər === Ədəbi alban dili cənubda Tosk ləhcəsinə əsaslanır. Şimalda Kosovo albanları arasında geniş yayılmış Qeq ləhcəsində danışırlar. İki ləhcənin sərhədi Şkumbin çayıdır. Fərqlərə baxmayaraq, bu ləhcələri ümumiyyətlə albanlar başa düşürlər. Alban dilinin digər ləhcələri də geniş yayılmışdır: Çam (Çameriya), Arbereş (İtaliya) və Arnaut (Yunanıstanın cənubu).
Albaniya frankı
Albaniya frankı — Əhməd Zoğunun dövründə Albaniya Respublikasında və Albaniya Krallıöında istifadə olunan, 5 lekin köhnəlmiş versiyası olan valyutadır. Frank Albaniyada 1926-cı ildən 1939-cu ilə qədər istifadə edilmişdir.
Albaniya himni
Albaniya himni (alb. Himn i Flamnurit, azərb. Bayrağın himni‎) — Albaniya Respublikasının dövlət himni. == Tarixi == Himn Albaniya şairi Aleksandr Stavre Drenova tərəfindən yazılmış və Rumın bəstəkar Kiprian Porumbescu tərəfindən bəstələnmişdir. İlk dəfə 21 aprel 1921-ci ildə Sofiyada çıxan bir Alban qəzetində, "Liri e Shqiperise" (azərb. Albaniya müstəqilliyi‎) adı ilə bir şeir kimi yayımlanmışdır. Şeirin orginal adı "Betimi mi flamur"dur (azərb. Bayrağın sözü‎). == Himn == Uuzn və qısa olmaqla iki versiyasından istifadə edilir. Qısa versiyasından sadəcə ilk iki hissə istifadə edilir və ikinci hissənin ilk iki misrası təkrar edilir.
Albaniya iqtisadiyyatı
Albaniya iqtisadiyyatı — Albaniya Respublikasının iqtisadiyyatı. == Əsas gəlir mənbəyi == İqtisadiyyatı bazar iqtisadiyyatına keçid durumundadır və mühacirlərin öz qohumlarına göndərdiyi vəsaitin, həmçinin İtaliya və Yunanıstanın ildə 400–600 milyon dollarlıq maliyyə köməyi sayəsində inkişaf edir. == Özəlləşdirilmə == İqtisadiyyatın dövlətsizləşdirilməsinə 1990-cı illərin ortalarında başlanmış; torpağın, ticarət və xidmət, nəqliyyat və tikinti sahələrinin özəlləşdirilməsi 2000-ci illərin əvvəlində sona yetirilmiş; iri sənaye obyektlərinin, bank sisteminin özəlləşdirilməsi 2003-cü ildən sonra aparılmışdır. == Əsas istiqamətləri == === Sənaye === Ölkənin sənaye istehsalının strukturunda hasilat və xammal emalı sahələri başlıca yerləri tutur. Əsas mineral ehtiyatları neft, qaz, xrom filizidir. Burada həmçinin mis, nikel, dəmir filizi, liqnit, təbii bitum hasil edilir. Mineral xammal hasilatı, xrom filizi istisna olmaqla, 1990-cı illərdə kəskin şəkildə azalmışdır. Elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alınır. 2002-ci ildə ölkədə 5,3 milyard kVt-s elektrik enerjisi istehsal olunmuşdur. Emaledici sənaye 1960-1980-ci illərdən inkişaf etmişdir.
Albaniya kinosu
Albaniya kinosu — Albaniyanın kinematoqrafiya və film sənayesi. == Tarixi == Albaniyada kinematoqrafiya kommunist hakimiyyəti illərində yaranmışdır. Sovet və alban kino işçilərinin birgə yaratdığı "Yeni Albaniya", "Albaniya" sənədli filmləri və 1954-cü ildə rejissor Sergey Yutkeviçin çəkdiyi "Albaniyanın böyük sərkərdəsi İsgəndərbəy" rəngli bədii filmi Albaniya milli kinosunun ilk addımları hesab edilir. Rejissor Kristaç Damonun çəkdiyi "Tana" və "Fırtına" filmləri Albaniya kinosunun ən yaxşı filmlərindən hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Abdurrahim Myftiu, Albanian Cinema.Guide of Albanian History and Cultural Heritage. Tirana, 2000 Françoise Audé, article, Positif, numéro327, p.73. Anne-Marie Autissier, «Le Cinéma albanais : état des lieux et perspectives», Le Bulletin de l’IDATE numéro41, 1990, p.47-50. Collectif, Le Cinéma albanais, Paris, Groupe de travail de l’Université de Vincennes-Paris VIII, 1975, 58 p. Gérard Girard, «Le cinéma albanais», Écran, numéro48, p.73. Guy Hennebelle, «Les méfaits de l’angélisme socialiste», Écran, numéro58, p.5.
Albaniya leki
Albaniya leki və ya Lek (alb. Leku Shqiptar; cəm lekë) — Albaniyanın rəsmi pul vahidi.
Albaniya memarlığı
Albaniya memarlığı — Albaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi. == Tarixi == Ölkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir. Belə ki, onlar e.ə. VII əsrə aid edilir. Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi. Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur. == Xristian memarlığı == XIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır: Mesopotam kəndində Müqəddəs Nikolay kilsəsi; Lavdaridə Müqəddəs Troitsa kilsəsinin divar rəsmləri. XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir. == Türk-islam memarlığı == XV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir.
Albaniya musiqisi
Albaniya musiqisi — Albaniya ərazisində formalaşmış musiqi. == Tarixi == Albaniya xalq musiqisində müxtəlif üslublar var. Xalq mahnı ifaçılığı üçün üçsəslilik səciyyəvidir. Mahnılar, adətən, simli musiqi alətləri ilə müşayiət olunur. Peşəkar musiqi Albaniyada kommunist quruluşu yaradıldıqdan sonra inkişafa başlamışdır. 1947-ci ildən Tiranada musiqi, dram və rəssamlıq şöbələrindən ibarət bədii lisey, 1950-ci ildə Dövlət filarmoniyası, 1956-cı ildə Dövlət opera və balet teatrı, 1962-ci ildə konservatoriya açılmışdır. 1954-cü ildə ilk alban operası olan Prenk Yakovanın "Mrika" əsəri, 1963-cü ildə ilk milli balet olan T. Dayanın "Xəlil və Xeyriyyə" əsəri tamaşaya qoyulmuşdur. İnsturmental musiqi və kantata-oratoriya janrında Kristo Kono, Çesk Zadey, S. Qatsanın, mahnı janrında isə K. Trakonun əsərləri məşhurdur. 1965–1975-ci illərdə V. Novanın "Qəhrəman qız", Prenk Yakovanın "İskəndərbəy" operaları, K. Lyaranın "Partizan", T. Dayanın "Balıqçılıq uşaqları" baletləri və s. əsərlər tamaşaya qoyulmuşdur.
Albaniya mədəniyyəti
Albaniya mədəniyyəti — Albaniyada və albanlar tərəfindən formalaşmış mədəniyyət. == İncəsənət == İbrahim Kodra Albaniya əsilli bir sənətçi olaraq, 20-ci əsrin ən böyük rəssamlarından biri kimi tanınır, Pablo Picasso ilə eyni səviyyədədir. Kubizmin innovativ bir şərhinin qurucusu olaraq, Kodra əsərlərini sərgiləmiş və Pablo Picasso ilə əməkdaşlıq etmiş, müasir sənətin inkişafına əhəmiyyətli töhfə vermişdir. Onun əsərləri, əsas millî muzeylərdə, İtaliya Parlamentində (La Grande Pace) və Vatikan Muzeylərində nümayiş olunur və ciddi bir geometrik və metafizik estetik ilə xarakterizə olunur, bu da onu Avropa-dakı sənət tarixinin mərkəzi bir fiquru olaraq möhkəmləndirir. == Dil == == Musiqi == == Ədəbiyyat == == Teatr == Albaniyada teatr sənəti XIX əsrin axırlarından inkişafa başlamışdır. Milli dramaturgiyanın yaranmasında maarifpərvər yazıçılardan Sami Fraşeri, Mihal Qrameno, Fan Noli, Andon Çayupi və başqalarının rolu olmuşdur. Albaniya 1912-ci ildə milli istiqlaliyyət qazandıqdan sonra ölkədə həvəskar teatr hərəkatı genişlənmişdir. Nasist işğalı dövründə Albaniyada partizan teatrları yaradılmışdır. Bunlar əsasında 1944-cü ildə Tiranada, sonra isə başqa şəhərlərdə ilk professional teatrlar təşkil edilmişdir. Xalq hakimiyyəti qurulduqdan sonra Albaniya teatrlarında milli, rus və sovet dramaturqlarının, Vilyam Şekspir, Fridrix Şiller, Jan Batist Molyer və başqalarının əsərləri tamaşaya qoyulmağa başlanmışdır.
Albaniya mətbəxi
Alban mətbəxi (alb. Kuzhina shqiptare) — albanların milli mətbəxi. Aralıq dənizi mətbəxlərinə aid olduğundan, İtaliya və Türkiyə mətbəxi təsiri altında formalaşıb. Alban mətbəxi qara istiot kimi ədviyyatların və ət və balıq hazırlanmasında istifadə edilən qaraqınıq, nanə, reyhan və rozmarin kimi Aralıq dənizi otların istifadəsi ilə səciyyələnir, istiot çili və sarımsaq da bəzən istifadə olunur. Tərəvəz demək olar ki, istənilən xörəydə istifadə olunur. Adətən bütün tərəvəzlər ölkənin Aralıq Dənizi regionlarında yetişdirilir və yerli bazarlarda satılır, adətən yerli sakinlər bazarlardan təzə tərəvəzi səhər alırlar, ancaq bazarlar bütün günü işləyir. Albanların gün ərzində ən önəmli yeməyi lançdı, hansı ki gjellë (pörtlədilmiş ət) ibarətdir. Bu yemək əsas sayılır və pomidor, xiyar, yaşıl istiot və avropa zeytunu kimi müxtəlif tərəvəzlərlə bişirilir. Həmçinin, ona duz, zeytun yağı, sirkə və ya limon suyu vurulur. Ət xörəklərdə geniş istifadə olunur, xüsusilə bağırsaqlar və baş, hansılar ki digər hissələr arasında delikates sayılır.
Albaniya parlamenti
Albaniya parlamenti (alb. Kuvendi i Shqipërisë) — təkpalatalı Albaniya Məclisi və ya Xalq Məclisi (alb. Kuvendi Popullor). Albaniyanın ali qanunverici orqanı bir palatadan – 100 üzvü majoritar sistem üzrə birmandatlı dairələrdən iki turdan ibarət, digər 40 üzvü isə partiya siyahıları üzrə 4 faizli baryeri aşmaq şərti ilə ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 4 il müddətinə seçilən 140 üzvü olan Xalq Məclisindən ibarətdir. Konstitusiyada nəzərdə tutulmuş mütləq səs çoxluğu ilə qəbul edilən azsaylı qərarlar istisna olmaqla, Məclis bir qayda olaraq qərarlarını deputatların sadə səs çoxluğu ilə qəbul edir. Məclis üzvlərinin azı 3/5-nin səs çoxluğu ilə Konstitusiyada nəzərdə tutulmuş təsisatların təşkili və fəaliyyəti haqqında, vətəndaşlıq haqqında, ümumi və yerli seçkilər haqqında, referendum haqqında, fövqəladə vəziyyət haqqında, dövlət qulluqçularının statusu haqqında, amnistiya haqqında, Respublikanın inzibati bölgüsü haqqında və s. qanunların və bütün məcəllələrin qəbulu Parlamentin səlahiyyətlərinə aiddir. Parlamentdə qəbul edilən qanunlara Prezident veto qoya bilər və bu halda bütün deputatların mütləq səs çoxluğu ilə vetonu dəf etmək qaydası təsbit edilmişdir.
Albaniya tarixi
== Alban xalqının formalaşması == Albaniya ərazisində yaşayan qədim xalqlardan biri də İlliryalılardır. == Orta əsrlər == === Osmanlı dövrü === 1385-ci ildə Timurtaş paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serbiya və Bosniya kralları, Xorvatiya və Albaniya şahzadələri osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Osmanlı dövləti 1417-ci ildə bu ölkəyə daxil olub, 1913-cü ildə son Osmanlı Həsən Rza Paşanın şəhid edilməsi ilə də buranı tərk edib. === İskəndər bəyin üsyanı === İskəndər bəy deyilən Yorgi Kostriota 1443 ilə 1468 illəri arasında Osmanlı hakimiyyətinə qarşı girişilən üsyanı idarə etmişdir. == İkinci Dünya Müharibəsi illərində == == Müharibədən sonrakı Albaniya == Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı olan Ənvər Xoca 1946-cı ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi.
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331–428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
Ermənistan–Qafqaz Albaniyası sərhəd mübahisəsi
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331–428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə.
II Vardan (Qafqaz Albaniyası çarı)
II Vardan (v. 711) — Qafqaz Albaniyasının XIII çarı. Musa Kalankatlıya əsasən 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək əsarətdə qalmışdır. Lakin həmin illər ərzində Pavlikanlar hərəkatına qoşulanlar arasına necə keçdiyi məlum deyil. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir və 710-cu ildən sonra vəfat etmişdir.
I Zoğu (Albaniya kralı)
I Zoq və ya Əhməd Zoğu (8 oktyabr 1895[…] – 9 aprel 1961[…], Süren, Fransa) — 1928-1939-cu illərdə Albaniyanın kralı, müharibə canisi. Əhməd Zoğu burjua-mülkədar dairələrə istinad edərək demokratik hərəkatı boğmuş, ölkəni xarici kapitala satmışdır.
Narse (Qafqaz Albaniyası)
Narse (v. 740) — Qafqaz Albaniyasının XIV çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, II Vardanın oğludur və 740-cı ildən sonra vəfat etmişdir.
Pompeyin Qafqaz Albaniyasına yürüşü
Pompeyin Albaniyaya yürüşü — e.ə. 66-65-ci illərdə Roma işğalçısı Qney Pompeyin Albaniyaya yürüşü. Makedoniyalı İsgəndər imperiyasının dağılması nəticəsində Yaxın Şərqdə yaranan dövlətlər arasında öz ərazilərini genişləndirmək məqsədilə çox tez-tez hərbi toqquşmalar baş verirdi. E.ə.II əsrdə Aralıq dənizi hövzəsində Roma ən güclü dövlətə çevrildi. Roma Kiçik Asiyanı zəbt etdi. Roma və Alban ölkələrini də ələ keçirmək istəyirdi.Alban ərazisini tutmaq Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və Asiyanın daxili ölkələrinə hərəkət imkanı verirdi. Pompey Albaniya və İberiyaya hücum edərkən həmin dövlətlərin hökmdarları onu öz ərazilərinə buraxmadılar.Soyuqlar düşəndən sonra Pompey Kür vadisində qışlamağı qərara aldı.Bunun üçün o, ordusunu üç hissəyə ayıraraq üç məntəqədə düşərgə saldı.Bu ordu hissələrindən birinə Pompey özü başçılıq edirdi.Qalan hissələrə komandanlığı öz yaxın köməkçiləri Lutsi Flakka və Metell Selerə tapşırmışdı.Bu zaman alban padşahı Oroys Roma düşərgəsinə hücum etməyi qərara gəldi. Bu döyüşdə albanların 40 minlik qoşunu var idi. Beləliklə, e.ə. 66-cı ildə Kür çayı sahilində Pompey ilə Oroys arasında döyüş baş verdi.
Qadınlar arasında Albaniya Basketbol Kuboku
Qadınlar arasında Albaniya Basketbol Kuboku — Albaniyanın qadın peşəkar basketbol klublarından ibarət yarışma və Albaniya Basketbol Liqasından sonra ikinci əhəmiyyətli turnir. 1956-cı ildə Albaniya Basketbol Assosiasiyası tərəfindən təsis edilmişdir. Ən çox kuboka sahib olan komanda 26 kubok qazanan Tirana klubudur.
Qafqaz Albaniyası
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə
"Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə" (ing. Caucasian Albania: A Country from the Depths of the Centuries) — Macarıstan etnoqrafı Peter Veres Tiborun 2021-ci ildə Qafqaz Albaniyası haqqında yazdığı kitab. Monoqrafiya Qafqaz tarixi ilə maraqlanan alimlər, tələbələr və digər şəxslər üçün nəzərdə tutulmuşdur. Monoqrafiya Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövləti haqqında məsələlərə toxunur. Müəllif əsərdə yazılı mənbələr, etnoqrafiya, linqvistika və digər sahələrdən istifadə edərək dövlətin siyasi tarixini, toponimlərin etimologiyasını, regiondakı tarixi prosesə təsir göstərən xalqların etnik mənşəyini araşdırır. Burada bütpərəst inanclar, xristianlığın formalaşması, Alban kilsəsinin beynəlxalq və mədəniyyətlərarası münasibətlərinə də toxunulmuşdur. Əsər 2021-ci ildə Budapeştdə, "Z-füzetek Alapítvány" tərəfindən nəşr edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Şuşa ili" ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Azərbaycanı dünyaya tanıdaq" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan monoqrafiya dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir. Kitab ABŞ Konqres Kitabxanasına, Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice adına Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanası daxildir.
Qafqaz Albaniyası bayrağı
Aqvan tarixi əsərində müxtəlif alban əyanlarının bayraqları olması ilə bağlı məlumat vardır. Alban çarı Urnayrın döyüşlərdə parlaq şöhrətlər qazanıb, ermənilər arasında da bayrağını sancmışdı. Yepiskop Givtin Müqəddəs Vaçeyə "ilahi məziyyətlərlə dolu məktubu"nda qeyd edir: Sənin bayraqların səmalar bayraqlarıdır və sənin nizənin ucunda olan nur Günəşin şüaları kimi parıldayır. Cavanşirə Bizans imperatoru tərəfindən iki bayraq bağışlanmışdı. O, Albaniyayanın ilk çarlarına məxsus olan bütün kənd və mülklərini Cavanşirə irsən nəsildən-nəsilə keçmək şərtilə bağışladı və çar kimi bütün Şərq xalqına hökmran təyin etmişdi. Dəvdəkin Cavanşirin ölümü şərəfinə yazdığı şeirdə belə qeyd edilir: Varaz Trdatın çar seçilməsi ilə bağlı məlumat belədir: Katolikos və ölkənin bütün knyazları hamılıqla bu seçkini tələsik keçirməyə can atırdılar. Elə buradaca bütün əyanlar müxtəlif heyvan şəkilləri olan bayraqlarını açdılar, şeypurlar çalındı və Varaz Tiridatı qızıl qalxana otuzdurub onu tərifləyə-tərifləyə üç dəfə göyə atdılar. Kamilla Treverin fikrincə, bu bayraqlarda əjdaha (və ya heraldik heyvan və quşlar) təsvir edilə bilərdi. Arxeoloq Qara Əhmədovun fikrincə Cavanşirin heykəlinin altlığında olan aslan təsvirləri Cavanşirin hərbi bayrağındakı surətlərə işarədir. Aqvan tarixinə həsr edilmiş miniatürdə Urnayr və Sasanı hökmdarının başçılığ altında orduda 2 bayraq təsvir edilmişdir.
Qafqaz Albaniyası tarixində erməni saxtakarlığı
Erməni tarixşünaslığında revizionist nəzəriyyə Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir). Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "… şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir". İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi irəvanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar.
Qafqaz Albaniyası təqvimi
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır. Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. Alban təqvimində ilk ay olmuşdur.
Qafqaz Albaniyasında kilsələr
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Qafqaz Albaniyasının incəsənəti
Qafqaz Albaniyasının incəsənəti — Qədim Şərq incəsənəti ilə əlaqəli olan tarixi və regional incəsənətdir. Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş incəsənət ənənələri İslamın yayılmasından sonra da müxtəlif formada davam etmiş və yerli xalqların orta əsrlər incəsənətinin formalaşmasına təsir göstərmişdir. Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi ənənələrin üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi. Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək əşyaları öz formalarının və istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək əşyalarının tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər və sair daxildir.
Qafqaz Albaniyasının memarlığı
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır. Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir. IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür. B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır.
Qafqaz Albaniyasının toponimləri
Qafqaz Albaniyasının toponimləri – Qafqaz Albaniyası ərazisində yayılmış toponimlər. Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi Ptolemey Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Prof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) olduğunu qeyd edir. Ehtimal ki, bu toponim Suv-ada çayların qovuşduqları yürdə üç tərəfdən su ilə əhatə olunan ada formalı yer sözüdür və Suada toponimi zaman keçdikcə Cavad formasını qəbul etmişdir. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika və Tilbida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şamake, Şaka və Silb tayfalarının adlarını əks etdirir. Ptolemeyin qeyd etdiyi Alam toponimi türkcə olam, olom keçid sözündən ibarətdir.
Qafqaz Albaniyasının şəhərləri
Sofiya (Albaniya şahzadəsi)
Şönburq-Valdenburq şahzadəsi Sofiya Vid (alm. Sophie Helene Cecilie Prinzessin von Schönburg-Waldenburg‎; 21 may 1885, Potsdam, Prussiya – 3 fevral 1936) — şahzadə Vilhelmin həyat yoldaşı. Ərinin alban taxtına çıxması ilə o, Albaniya şahzadəsi oldu. Ölkədən kənarda və diplomatik yazışmalarda ona "Şahzadənin yoldaşı" deyirdilər, lakin Albaniyada ona "Mbretëreshë" və ya "Kraliça" deyə müraciət olunurdu. Şahzadə Sofiya Brandenburq əyalətindəki Prusiyanın Potsdam şəhərində irsi şahzadə I Otto Karl Viktor fon Şönburq-Valdenburqun (1856-1888) və onun həyat yoldaşı Şahzadə Lüsiya Sayn-Vitgenşteyn-Berleburqun (1859-1903) qızı olaraq anadan olmuşdur. Şahzadə Sofiyanın valideynlərinin hər ikisi gənc ikən vəfat etdi, buna görə də o, gəncliyinin çox hissəsini Moldaviadakı Hemeiuş mülkündə, ana tərəfdən qohumlarına məxsus olan Hemiuş Qalasında keçirdi. 30 noyabr 1906-cı ildə Valdenburqda Saksoniya şahzadəsi Sofiya Vid şahzadəsi Uilyam (1845-1907) və Niderland şahzadəsi Mariyanın (1841-1910) oğlu Vid şahzadəsi Vilhelmlə evləndi. Sofiyanın əri Şahzadə Vilhelm onun ikinci əmisi oğlu olan Almaniya İmperatoru II Vilhelmlə qohum idi. Onların iki övladı var idi: Albaniya şahzadəsi Mariya Eleonor (1909-1956) Albaniyanın irsi şahzadəsi Kerol Viktor (1913-1973) O, Şahzadə Skarlat Qikanın (1715-1766) qızı (Moldova şahzadəsi və Valaxiya şahzadəsi) və həyat yoldaşı Şahzadə Ruksandra Muruzinin nəslindən olan Şahzadə Yelena Kallimaçinin nəslindən olan bəzi uzaq alban əcdadlarına sahib idi. O, həmçinin Valaxiya şahzadəsi I Qriqor Qicanın (1628-1675) qızı Şahzadə Ruksandra Qica və onun həyat yoldaşı Şahzadə Mariya Strurdzanın nəslindəndir.
Albaniya U-21 milli futbol komandası
Albaniya U-21 milli futbol komandası — Albaniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasıdır və Albaniya Futbol Assosiasiyası tərəfindən idarə olunur. Komanda iki ildən bir keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatında mübarizə aparır. 1976-cı ildə UEFA-nın yeniyetmələr arasında yarışlarını yenidən təşkil etdikdən sonra Albaniyanın 21 yaşadək futbolçulardan ibarət komandası formalaşdırıldı. == Tarixi == İlk əvvəllər Albaniyada gənclər milli komandası, 23 yaşa qədər olan futbolçulardan təşkil edilmiş milli komanda hesab edilirdi. 23 yaşadək futbolçulardan ibarət Albaniya milli komandası, 1969-cu ildən 1976-cı ilə qədər Balkan Gənclər Çempionatı turnirlərində iştirak edir. 1976-cı ildə turnirdə yaş məhdudiyyəti 21 yaşa qədər yendirilir. Bu hadisədən sonra Albaniyada 21 yaşadək futbolçulardan ibarət Albaniya U-21 milli komandası təşkil edilir. 21 yaşadək futbolçulardan ibarət Albaniya milli komandası, Balkan Gənclər Çempionatının 1976–78 və 1981-ci il yarışlarında U-23 milli futbol komandasının davamçısı kimi iştirak etmiş, Rumıniya və Bolqarıstan milli komandalarına qarşı final oyunlarında qalib gəlmişdir. Xüsusilə 1978-ci ildə Rumıniya ilə final matçının cavab oyunu Albaniyanın 7–1 hesablı böyükhesablı qələbəsi ilə bitmişdir. Bu da Albaniyanın U-21 komandasının, indiyə qədər qeydə alınmış ən böyük hesablı qələbəsidir.
Albaniya zəlzələsi (2019)
Albaniya zəlzələsi — 26 noyabr 2019-cu ildə Albaniyanın şimal-qərbində, Mamurrasın qərb-cənub-qərbində baş vermiş zəlzələdir. Zəlzələnin episentri 12 km, maqnitudası 6,4 qiymətində qeyd edilmişdir.. Yeraltı təkanlar Albaniyanın paytaxtı Tiranada, eləcə də Serbiyanın Belqrad və ya İtaliyanın Taranto kimi uzaq ərazilərində hiss olunmuşdur. Ən azı 51 nəfər həlak olmuşdur, 3000 nəfər yaralanmışdır. Bu, Albaniyada son 40 ilin ən böyük zəlzələsidir. Albaniya və Kosovo Respublikasında milli matəm elan edilmişdir. Həlak olanlardan ikisi Kosovodan olub, burada əksəriyyəti albanlar təşkil etmişdir. Durresdə və Tiranda fövqəladə vəziyyət elan edilmişdir. == Tektonik quruluş == Albaniya iki litosfer plitəsinin — Avrasiya plitəsi və Adriatik mikroplitənin sərhədində yerləşir, Afrika plitəsi ilə kompleks toqquşma zonasının bir hissəsidir. Albaniyanın qərb hissəsi seysmik cəhətdən çox aktivdir, son 100 ildə maqnitudası 6.0-dan yuxarı olan bir neçə zəlzələ baş vermişdir.
Albaniyada insan alveri
Albaniya insan alveri, o cümlədən məcburi fahişəlik və məcburi əmək hallarının baş qaldırdığı ölkədir. Həmin qurbanlar Yunanıstan, İtaliya, Şimali Makedoniya, Kosovo və Qərbi Avropada istismara məruz qalırlar. İnsan alveri qurbanlarının yarısı fahişəliyə cəlb edilən qadınlar və uşaqlardır. Yunanıstanda və digər qonşu ölkələrdə alban kişilərinin kənd təsərrüfatı sektorunda məcburi əmək şəraitinə məruz qaldıqlarına dair sübutlar var. Albaniya hökuməti insan alveri ilə mübarizə üçün mühüm addımlar atır. Hökumət insan alveri qurbanlarının müdafiəsini və reinteqrasiyasını nəzarətə götürüb. 2009-cu ilin mart ayında hökumət yeni qanun layihəsini təsdiqlədi hansı ki, insan alveri qurbanlarına da Albaniyada digər risk qruplarında olan şəxlər qədər müavinət və sığınacaq verilməsini nəzərdə tutur. Hökumət rəsmiləri Albaniyada insan alveri ilə bağlıgeniş təbliğat aparır. Siyasi marağın olmaması və sistemdə korrupsiyanın olması cinayərkarların cəzasız qalmasına səbəb olur. 2013-cü ildən Albaniyada insan alverinə görə daha sərt cəzalar tətbiq edilməyə başlayıb, lakin çox az cinayətkar həbs olunub üç nəfər.
Albaniyada insan hüquqları
Albaniyada mövcud insan hüquqları problemlərinə məişət zorakılığı, işgəncə və polis zorakılığı halları, həbsxanaların ümumi vəziyyəti, insan və cinsi alveri və LGBT hüquqlarının pozulması daxildir. == Tarix == Ənvər Xocanın (1944–1985) dövründə kommunist Albaniyası Şərqi Avropanın ən repressiv ölkələrindən biri hesab olunurdu, lakin 1992-ci ildən Demokratik Partiyanın rəhbərliyi altında bir sıra liberallaşdırma islahatları aparılmışdır. == İnsan alveri == İnsan alveri halları Albaniyada insan hüquqlarının pozulması hallarından biridir. Kommunizmin sonu insan alverinin artmasına gətirib çıxartnışdır, qurbanlarının əksəriyyəti fahişəliyə məcbur edilən qadınlardır. Albaniya insanları cinsi istismar (əsasən qadınlar və uşaqlar) məqsədilə insan alverinə məruz qalan ölkədir. Bundan əlavə, Albaniya insan alveri üçün tranzit ölkə kimi çıxış edir. Albaniya hökuməti insan alverinə qarşı mübarizədə müəyyən öhdəliklər nümayiş etdirir, lakin insan alverinin kökünü kəsmək üçün minimum standartlara tam əməl etmədiyi və şahidlərin müdafiəsi üçün effektiv tədbirlər hazırlamadığı üçün tənqid olunur. == Hakimiyyət tərəfindən işgəncələr == 1994-cü ilin əvvəlindən Beynəlxalq Amnistiya təşkilatı alban polisinin həbs və ya saxlanma zamanı insanlarla pis rəftar etdiyi, hətta bəzi məhbusların öldüyü iddia edilən hadisələrlə bağlı xəbərlər alıb. Məlumata görə, məhbuslar tez-tez xəsarət alıblar (qançırlar, dişlərin qırılması, kəsiklər), bəziləri xəstəxanaya yerləşdirilməsini tələb edirdi. Bəzi pis rəftar halları işgəncə kimi tanınıb.
Albaniyada islam
Albaniyada islam — İslam Albaniyada və ümumiyyətlə albanlarda ən gənc dindir. Müasir Albaniyanı tipik müsəlman ölkəsi adlandırmaq mümkün olmasa da, yerli əhali arasında müsəlmanların sayı ölkə əhalisinin 82,1%-nə çatır. Kosovodan fərqli olaraq, Albaniyada İslamın təsiri ölkənin ümumi Avropa məkanına inteqrasiyası ilə zəifləyir. Buna baxmayaraq, uzun müddət Albaniya bütövlükdə Avropada yerləşən və eyni zamanda müsəlmanların əksəriyyətinə malik olan yeganə rəsmi tanınan ölkə hesab olunur. == Əhalisi == İslam dininə hələ də Albaniya əhalisinin böyük əksəriyyəti etiqad edir. Maraqlıdır ki, hətta 2002–2007-ci illərdə hakimiyyətə gələn ölkə prezidenti Alfred Moisiu Albaniyanı xristian ölkəsi adlandıranda müsəlman təşkilatlarından biri etiraz edib. Bundan sonra dövlət başçısı öz bəyanatını rədd etməli olub. 1942-ci ildəki İtaliya məlumatlarına görə, ümumi əhalisi 1.128.143 nəfər olan Albaniyada müsəlmanlar 69% (779.417 nəfər) təşkil edirdi.. Hazırda CIA World Factbook araşdırmalarına əsasən ölkə əhalisinin 70%-ni müsəlmanlar təşkil edir. Bununla belə, Pyu Araşdırma Mərkəzinin məlumatına görə, 2009-cu ildə Albaniyada müsəlmanların faizi hətta 79,9% təşkil edirdi.

Digər lüğətlərdə