Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ABC
ABC — kanal. ABC (musiqi qrupu) — musiqi qrupu. ABC (radio) — ABŞ radiosu.
ABC (proqramlaşdırma dili)
ABC, Leo Geurts, Lambert Meertens və Steven Pemberton tərəfindən Hollandiyada hazırlanmış imperativ ümumi təyinatlı proqramlaşdırma dili və proqramlaşdırma mühitidir. O, interaktiv, strukturlaşdırılmış, yüksəksəviyyəlidir və BASIC, Pascal və ya AWK əvəzinə istifadə üçün nəzərdə tutulub. Sistem proqramlaşdırma dili olmaqla yanaşı daha çox tədris və ya prototipləşdirmə məqsədləri üçün nəzərdə tutulub. ABC dili son illərdə daha çox populyarlaşan Python dilinin dizaynına böyük təsir göstərir. Python-u inkişaf etdirən Guido van Rossum, 1980-ci illərin ortalarında bir neçə il ABC üzərində işləmişdir. == Xüsusiyyətləri == ABC proqramlarının dizaynerləri iddia edirlər ki, ekvivalent olan Paskal və ya C proqramlarının dörddə bir ölçüsündədir və daha oxunaqlıdır. Əsas xüsusiyyətləri aşağıdakılardır: Yalnız beş əsas məlumat növü. Dəyişən bəyannamələr tələb etmir. Yuxarıdan aşağıya proqramlaşdırma üçün əlverişlidir. İfadə yerləşdirilməsi abzasla göstərilir.
ABC dili (proqramlaşdırma)
ABC, Leo Geurts, Lambert Meertens və Steven Pemberton tərəfindən Hollandiyada hazırlanmış imperativ ümumi təyinatlı proqramlaşdırma dili və proqramlaşdırma mühitidir. O, interaktiv, strukturlaşdırılmış, yüksəksəviyyəlidir və BASIC, Pascal və ya AWK əvəzinə istifadə üçün nəzərdə tutulub. Sistem proqramlaşdırma dili olmaqla yanaşı daha çox tədris və ya prototipləşdirmə məqsədləri üçün nəzərdə tutulub. ABC dili son illərdə daha çox populyarlaşan Python dilinin dizaynına böyük təsir göstərir. Python-u inkişaf etdirən Guido van Rossum, 1980-ci illərin ortalarında bir neçə il ABC üzərində işləmişdir. == Xüsusiyyətləri == ABC proqramlarının dizaynerləri iddia edirlər ki, ekvivalent olan Paskal və ya C proqramlarının dörddə bir ölçüsündədir və daha oxunaqlıdır. Əsas xüsusiyyətləri aşağıdakılardır: Yalnız beş əsas məlumat növü. Dəyişən bəyannamələr tələb etmir. Yuxarıdan aşağıya proqramlaşdırma üçün əlverişlidir. İfadə yerləşdirilməsi abzasla göstərilir.
ABC Kids (Avstraliya)
ABC Kids — Avstraliyanın uşaq telekanalı. Səhər saat 5-dən axşam 19:30-a qədər açıq olur. Kanalda 6 yaşdan kiçik uşaqlar, eləcə də məktəbəqədər yaş qrupunda olan uşaqlar üçün uyğun proqramlar nümayiş etdirilir.
ABCS turniri
ABCS turniri (ing. ABCS Tournament) — Karib Futbol İttifaqının üzvü olan dörd milli komandanın iştirakı ilə keçirilən beynəlxalq futbol turniri. Turnirin adı həmin millilərin adlarının baş hərflərindən götürülmüşdür: Aruba, Bonaire, Curaçao, Suriname. İndiyə kimi baş tutmuş bütün turnirlər olimpiya sistemi üzrə keçirilmişdir. == Bütün nəticələr == === 2010 ABCS turniri === Kürasaonun ev sahibliyi etdiyi bu turnir 2010-cu ilin 29 – 31 oktyabr tarixlərində keçirilmişdir. Bütün matçlar Villemştad şəhərinin Ergilio Hato stadionunda oynanılmışdır. Bu turnir həm də "Pais Positivo Cup 2010" adlanırdı. ==== 1/2 final ==== ==== Üçüncülük oyunu ==== 1 Boneyr oyunçuları özlərinə qarşı anlaşılmazlıq nəticəsində verilən bir cəza ilə əlaqədar meydanı tərk etdi. Üçüncü yer Arubaya verildi. ==== Final ==== === 2011 ABCS turniri === Surinamnın ev sahibliyi etdiyi bu turnir 2011-ci ilin 2 – 4 dekabr tarixlərində keçirilmişdir.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av — "ov" və çit — " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Acer abchasicum
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Helleborus abchasicus
Abxaziya şaxtagülü (lat. Helleborus orientalis subsp. abchasicus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinin şərq şaxtagülü növünə aid bitki yarımnövü.
Ophrys oestrifera subsp. abchasica
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
ABB
Azərbaycan Beynəlxalq Bankı və ya qısaca ABB — səhmləri Azərbaycan dövlətinə məxsus olan və bank fəaliyyəti göstərən açıq səhmdar cəmiyyət. == Tarixi == “ABB” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 66 filial və 13 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 16 000-ə yaxın, fiziki şəxslərin sayı isə 2 milyondan çoxdur. Bankda 3000-dən çox işçi çalışır. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. == Xidmət şəbəkəsi == ABB neft-kimya, nəqliyyat-kommunikasiya, energetika və s. sahələrdə reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından iştirak edir.
ABS
ABS (ing. anti-lock braking system) — avtomobillərdə kilidlənməyə qarşı əyləc sistemi. Avtomobillərin istənilən yük səviyyəsində, bütün yol vəziyyətlərində və müxtəlif sürətlərində məcburi hallarda ani əyləcləmələrdə təkərlərin kilidlənməsinin qarşısını alaraq sükandakı tam hakimiyyəti təmin edən əyləc sistemidir. ABS 3 hissədən ibarətdir: Hərəkət, dayanma qeydiyyat sensoru (datçik). Əyləc sistemində təzyiq idarəedici klapanlar. Ümumi İdarəetmə qurğusu. Tam hərəkətsiz hala gəlmiş təkərlər sürüşərək avtomobili idarə olunmaz hala gətirir. Təkərlərin tam dayanmasını əngəlləyərək, sürüşmə effektinin qarşısı alınaraq avtomobilin stabil hərəkətini təmin etmək mümkün olur. Hər hansı bir təkərin müəyyən müddət hərəkətsiz olduğunu sensor (datçik) qeydə alaraq mərkəzə ötürür. Ötürülən məlumat İdarəetmə qurğusuna siqnal verir və mərkəzi idarəetmə qurğusu dayanmanı saxlayaraq və yaxud buraxaraq sistemi daha optimal vəziyyətə gətirir.
ABU
Azərbaycan Beynəlxalq Universiteti — Azərbaycan Respublikasında 1997–2010-cu illərdə fəaliyyət göstərmiş ali məktəb. == Təhsil == Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdu. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərirdi. Universitetdə təhsil Azərbaycan və rus dillərində aparılırdı. == Tərəfdaşları == Açıq Cəmiyyət, Amerika-Azərbaycan Dostluq Cəmiyyəti və digər xarici ölkə təşkilatları və ali məktəbləri ilə əməkdaşlıq müqavilələri bağlanmışdır. == Lisenziyası == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdı. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdir. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48–11–4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. 2010-cu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılıb.
AXC
Azərbaycan Xalq Cümhuriyyəti (az.-əski. آذربایجان خالق جومهوریتی‎), Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti (az.-əski. آذربایجان جمهوریتي‎), qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Abec
abec (アベシ, abeshi) – Yaponiya illüstratoru. Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. == Həyatı == 22 sentyabr 1985-ci ildə anadan olmuşdur. Böyük bacısı Yukiko Horiquçi də illüstrator/animasiyaçıdır və "Lucky Star", "K-On!", "Kokoro Connect" və "Tamako Market" animelərinin personaj dizayneri olmuşdur. == Karyerası == Ən tanınmış işi "Sword Art Online" ranobe seriyasıdır. Bundan əlavə, spin-off olan "Sword Art Online: Progressive" ranobe seriyasının da illüstratorudur. 2013-cü ildə "Kono Light Novel ga Sugoi!" soraq kitabçasının top-10 illüstrator reytinqində birinci yeri tutmuşdur. 2011-ci ildə altıncı, 2012, 2014, 2015, 2016-cı illərdə üçüncü, 2017-ci ildə isə ikinci yeri tutmuşdur. 2014-cü ildə Anime Expo tədbirinə fəxri qonaq qismində dəvət edilmişdi. Stilinə görə tez-tez kiotolu illüstrator BUNBUN ilə qarışdırılır.
Abo
Abo (dağ) — İcevan rayonunda dağ.
BBC
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
CBC
CBC (Caspian Broadcasting Company) — 2009-cu ildə ATV International adı ilə yayıma başlayan çoxdilli kanal. 10 aprel 2013-cü il tarixində kanal SOCAR tərəfindən alınıb və CBC adı ilə fəaliyyətinə davam edib. Ad dəyişdirdiyi ilk bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə etmişdir. 9 avqust 2015-ci il tarixində "Neftçi — Kəpəz" oyunu ilə yayıma start verdi. Yayım Azərbaycan dilində həyata keçirilir. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başladı. == Tarixçə == ATV International 2009-cu ilin oktyabr ayının 5-də "Hotbird 13" peykində test yayımına başladı. Həmin vaxt kanalın işçi heyətini formalaşdırmaq çətin olduğundan Azad Azərbaycan TV-də tez-tez bu kanalla əlaqədar iş elanı verilirdi.
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Hiroyuki Abe
Hiroyuki Abe (5 iyul 1989, Nara) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kobo Abe
Kobo Abe (əsl adı — Kimifusa Abe — yap. 安部公房; 7 mart 1924[…], Kita, Tokio – 22 yanvar 1993[…], Tokio) — yapon yazıçı, dramaturq və ssenaristi. İkinci dünya müharibəsindən sonra yaranmış yapon avanqardizminin əsas nümayəndəsi. Yaradıcılığının əsas mövzusu insanın kimliyinin müasir dünyada axtarışıdır. "Qumluqdakı qadın", "Yad sima", "Yandırılmış xəritə" romanları əsasında, 1960-cı illərdə Xirosi Tesiqaxaranın rejissorluğu ilə filmlər çəkilmişdir. == Həyatı == Yazıçı, uşaqlığını 1940-cı ildə orta məktəbi bitirdiyi Mançuriyada keçirdi. Yaponiyaya qayıtdıqdan sonra, orta təhsilini Seijou məktəbində aldıqdan sonra, 1943-cü ildə Tokyo İmperator Universitetinin Tibb fakültəsinə daxil oldu. Hələ tələbə ikən, 1947-ci ildə, gələcəkdə Abe'nin kitablarının dizaynında və teatr əsərləri üçün dekorasiyada əhəmiyyətli rol oynayacaq sənətçi Mati Abe ilə evləndi. 1948-ci ildə Abe universiteti bitirdi, lakin imtahanında yaxşı nəticə göstərə bilmədiyi üçün, faktiki olaraq praktik həkim olmaq fürsətini itirdi. == Yaradıcılığı == Ən məşhur əsərləri: "Qumluqdakı qadın" (1962), "Yad sima", "Yandırılmış xəritə", "Qutu adam".
Kontinental ABŞ
Kontinental ABŞ, ya da Conus — Amerika Birləşmiş Ştatlarının Şimali Amerika qitəsində yerləşən 48 əyaləti və paytaxt Washington D.C.-ni əhatə edən (7.825.268 km²) regionunun adıdır. Alyaska regionu digər 48 ştata bitişik olmadığı üçün bəzən bu tərifdə yer alır və bəzən bu tərifdən kənarda saxlanılır. Havay əyaləti Böyük Okeanda yerləşən bir ada olduğundan həmişə Kontinental ABŞ anlayışından kənarda qalır.
MBC TV
MBC TV, 8 avqust 1969-cu ildə başlamış və Munhwa Broadcasting Corporationna məxsus olan Cənubi Koreyada yayımlanan pulsuz bir televiziya kanalıdır.
MuğanBank ASC
Muğanbank ASC – Azərbaycanın 1992-ci ilində təsis edilmiş kommersiya bankıdır. ARMB-nin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. “Muğanbank” ASC (bundan sonra “Bank”) 1992-ci ildə Azərbaycan Respublikası ərazisində qapalı səhmdar cəmiyyəti kimi təsis edilmiş və 2005-ci ildə açıq səhmdar cəmiyyəti kimi yenidən qeydiyyatdan keçmişdir. Bankın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir və fəaliyyəti 29 saylı 25 noyabr 1992-ci il tarixində verilmiş və 10 noyabr 2000-ci il tarixində yenilənmiş bank fəaliyyəti və valyuta mübadiləsi xidmətləri üzrə lisenziya əsasında həyata keçirilir. Nağd pul və hesablaşmalarla bağlı əməliyyatlar və xarici valyutanın mübadiləsi, kommersiya fəaliyyəti, xarici valyuta ilə ticarət əməliyyatları və kreditlərin verilmə və depozitlərin saxlanması, həmçinin zəmanətlərin verilməsi Bankın əsas fəaliyyət növləridir. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanuna əsasən “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Avropa Yenidənqurma və İnkişaf Bankının (“AYİB”) Azərbaycanda 2013, 2014 və 2015-ci illərdəki fəaliyyətinə dair hesabatlarına əsasən “Muğanbank” ASC ticarətə yardım sahəsindəki nailiyyətlərinə görə AYİB-in “Azərbaycanda Ən Fəal Emitent Bank” mükafatına layiq görülüb . Muğanbank AMFA-nın Müşahidə Şurasının üzvü seçilib . "Muğanbank" AHK Azərbaycan üzv seçildi .
Nikol Abe
Nikol Abe (安部 ニコル, Abe Nikoru, 22 dekabr 1993, Filippin) – Yaponiya qyaru dəbi modeli. "Ranzuki" (2008-2011) və "Happie Nuts" (2011-2016) kimi qyaru dəbi jurnalları üçün modellik etmişdir. Bir müddət "Ranzuki" jurnalına töhfələr verirdi. Abe 22 dekabr 1993-cü ildə Filippində doğulmuşdur. Anası filippinli, atası yapondur. Atası yapon olduğu üçün Yaponiya vətəndaşlığı əldə etmişdir. Beş yaşında ikən ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Yaponiyaya gəlməzdən öncə yaponca bilmirdi. Yapon dilini öyrənərkən ingilis və taqal dillərinin əsaslarını unutmuşdur. Abe Niiqata prefekturasında yerləşən bağçaya getmiş, daha sonra Qunma prefekturasında yerləşən ibtidai məktəbdə 2 il oxumuşdur.
Qraflıq (ABŞ)
ABŞ-də dairə müəyyən sərhədləri olan coğrafi bölgədən və adətən müəyyən bir idarəetmə səviyyəsindən ibarət ştatın inzibati və ya siyasi bölməsidir. "Dairə" termini ABŞ-nin 48 ştatında istifadə olunur, Luiziana və Alyaskada isə müvafiq olaraq prixod və boro adlanan funksionalca ekvivalent əhəmiyyət daşıyan bölmələr var. Dairələrin konkret hökumət səlahiyyətləri ştatdan ştata çox fərqlənir. Dairələr Rod-Aylend və Konnektikutdan başqa bütün ştatlarda önəmli funksiyalar yerinə yetirir, həmin istisna 2 ştatda dairə höküməti ləğv edilmişdir, lakin qurumlar inzibati və ya statistik məqsədlər üçün saxlanılmışdır. 14 dairəsi olan Massaçusets ştatı səkkiz dairəsində hökumət funksiyalarının əksəriyyətini ləğv etdiyi halda, Alyaskanın 837,700 km2 sahəli qeyri-mütəşəkkil borosu heç vaxt boro səviyyəsində hökumət funksiyalarına malik olmamışdır. Dairələrin bir çoxlarında taunşip, bələdiyyə və təsis edilməmiş ərazilərdən ibarət altbölmələr var. Digərlərində əlavə bölmələr mövcud deyil və ya onlar birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərilər, orada şəhər və dairə vahid yurisdiksiya sayılır. Bəzi bələdiyyələr müxtəlif dairələr aid olunurlar; unikal hal kimi Nyu-York şəhəri 5 dairəyə bölünüb, hansı ki şəhər höküməti səviyyəsində boro adlanır. Virciniya, Merilend, Missuri və Nevada ştatlarında isə vəziyyət əksinədir, orada müstəqil şəhərlər (bələdiyyələr) qanunla heç bir dairəyə aid edilmir. lakin yenə birləşdirilmiş şəhər-dairə kimi fəaliyyət göstərə bilər.
Samuil Aba
Samuil Aba (mac. Aba Sámuel; 990–5 iyul 1044) — Macarıstan kralı. Yohannes Kennamus qeyd edir ki, xəzər qəbiləsindən olan kəbərlərin müsəlman olması barədə Yusufun məktubunda heç nə yoxdur. Bu qəbilə Xəzəristanda müsəviliyin baş qaldırıb inkişaf etdiyi dövrdən Macarıstana getmişdir. Onların nümayəndəsi macar kralı Samuil Aba (1041–1044) özünün böyük hun imperatoru Attilanın Hobi adlı oğlunun Edümer adlı oğulları nəslindən gəldiyini və analarının xarəzmli olduğunu xatırlatmışdır.
Sirakuz (ABŞ)
Sirakyus (ing. Syracuse) — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. Eyni zamanda Onondaqa Kaunti bölgəsinin mərkəzi şəhəridir. Əhalisinə görə Nyu-York ştatında 5-ci yerdədir. 2010-cu ilin əhali siyahıalmasına əsasən şəhər mərkəzində 145.170 nəfər yaşayır. Ətraf bölgələrlə bu rəqəm 662.577-dır. Adını İtaliyanın Siciliya adasının şərq sahilində yerləşən Sirakuz şəhərindən alıb.
ABŞ ştatı
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
ABŞ kinematoqrafiyası
ABŞ kinosu — Amerika Birləşmiş Ştatlarında, əsasən Hollivudda ("Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures") olan kino şirkətlərinin istehsal etdiyi filmlər. ABŞ kinematoqrafiyası XX əsrin əvvəllərindən başlayaraq bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etmişdir. == Yaranması == ABŞ-də kinofilmlərin istehsalına 1896-cı ildə Nyu-Yorkda başlanılmışdır. Tomas Alva Edisonun qurduğu "Edison" kinostudiyasında dünyanın ilk süjetli filmi, "Qatarın qarət edilməsi" (1903, rejisor E. Porter) çəkilmişdir. 1910–20-ci illərdə kinorejissorlardan D. U. Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T. X. İns "vestern"in (kovboy filmi), M. Sennett ekssentrik komediya janrının əsasını qoydular. ABŞ kino sənayesinin maliyyə kapitalı ilə əlaqəsi, iri kapital qoyuluşu, həmçinin prokatdan gələn külli miqdarda gəlir kinonu ölkədə sənayenin ən mühüm sahələrindən birinə çevirdi. === Hollivud === Hollivud filmlərini isə ideoloji təbliğatın əsas silahına çevirdi. Hollivud kino istehsalı "vestern", salon komediyası, "qanqster" filmləri, tarixi, psevdoromantik dram janrları əsasında inkişaf edirdi. Bu filmlərdə R. Valentino, M. Pikford, D. Ferbenks, sonralar Q. Qarbo, K. Qeybl, Q. Kuper və başqa aktyorlar çəkilirdilər. Bir sıra realist rejisorlar (Ç. Çaplin, E. Ştroheym, K. Vidor, C. Ford, F. Kapra, U. Uayler, O. Uelles) öz filmlərində Amerika həyatını əks etdirməyə müvəffəq olmuşlar.