ab-tab 2021
abad
OBASTAN VİKİ
Cəmaləddin Arqun Ay Aba
[mənbə göstərin] Cəmaləddin Ay Aba əs-Sumayrami - səlcuqlu əmiri, vali Cəmaləddin Ay Aba əs-Sumayrami Səlcuqlu sultanlarına xidmət etmişdi. Eldənizli hakimi Əbubəkrin yaxın adamlarından sayılırdı. Sonra Özbəyin qulluğunda idi. Bir müddət Həmədan əyalətinin valisi olmuşdu.
Cəmaləddin Barbəy Ay Aba
Cəmaləddin Uluq Barbəy Ay Aba əl-Fərrazi - səlcuqlu əmirəlümarası, vali. Cəmaləddin Uluq Barbəy Arqun oğlu Cahan Pəhləvanin əmirəlümarası olmuşdu. Cahan Pəhləvanın vəfatından sonra onun arvadı İnanc xatun siyasətə atıldığından onu öz tərəfinə çəkmək istədi. Ay aba III Toğrula meyl etdi. Əmir Seyfəddin Rusla aralarında ixtilaf baş verdi. Ay Aba onu sultanın qarşısında ləkələdi. Rəqib aradan götürüldü. Cəmaləddin Ay Aba məlik əl-üməra ünvünı almışdı. Həmədanın valisi, Özbəyin müdəbbiri olmuşdu.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
ABA TV
ABA TV (Azerbaijan Brodcasting Agency) — 1997-ci ildə Azərbaycanda yayıma başlayıb 2001-ci ildə bağlanan televiziya kanalı. Sahibi və rəhbəri Faiq Zülfüqarov idi. ABA TV Azərbaycan ərazisində hər axşam saat 18:00-dan (daha sonra 17:00-dan) 22:00-a qədər "RTR" telekanalının tezliyindən yayımlanan əyləncəli, interaktiv televiziya kanalı idi. Azərbaycanda ilk interaktiv telekanal olmuşdu. Təsisçisi Faiq Zülfüqarov olub. "ABA TV" Həsən Zərdabi prospekti 80 ünvanında yerləşən binadan yayımlanırdı. (Hal-hazırda həmin binada Dövlət Sosial Müdafiə Fondu yerləşir). Ən çox tanınan "100%", "Bir cənub şəhərində", "Kontra" verilişləri idi. Televiziyanın aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva var idi. ABA TV həmçinin peyklə yayımlanan ilk müstəqil Azərbaycan kanalı olmuşdu.
Aba (ad)
Aba — ivrit dilində kişi adı. Aba Bayefski — Kanada rəssamı. Aba Andam — Qana fiziki. I Aba — Şərq Kilsəsinin Patriarxı. Samuil Aba — Macarıstan kralı. Vilmoş Aba-Novak — Macarıstan rəssamı.
Aba (geyim)
Aba yundan toxunmuş qalın parça və həmin parçadan tikilmiş yaxasız, uzun üst geyimi . Geyim köçəri ərəblərin milli geyimidir. Yaxın və Orta Şərqdə geniş yayılıb. Əsasən ruhanilərə məxsusdur. Yun, ipək və s. parçalardan tikilir, yaxası açıq və qısaqollu olur. Bəzən çiyin, ətək və qol hissələri qızılı və gümüşü saplarla bəzədilir. Abanın Ərəbistandan İrana, oradan da Orta Asiya və Qafqaza yayıldığı güman edilir. Azərbaycanda əvvəllər əsasən dəvə yunundan toxunmuş parçadan tikilirdi.
Aba (şəhər)
Aba — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Əhalisi 802,5 min (2003) nəfər. Aba çayı sahilindədir. Nəqliyyat qovşağıdır. Yeyinti (yağlı palma meyvəsinin emalı, pivə bişirmə), yüngül (toxuculuq, trikotaj) və kimya (sabunbişirmə, əczaçılıq, şin) sənayesi müəssisələri var.
Aba Andam
Aba A. Bentil Andam (1948) — Qana fiziki. O, hissəciklər fizikası üzrə ixtisaslaşmışdır. Andam 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam qanalı ilk qadın fizikdir. Aba Andam müxtəlif elmi təşkilatların əməkdaşıdır. Bunlara Dünya İnnovasiya Fondu (2002-ci ildən), Qana İncəsənət və Elmlər Akademiyası (2003-cü ildən), Fizika İnstitutu (2004-cü ildən) aiddir. O, 2017–2019-cu illərdə Qana İncəsənət və Elmlər Akademiyasının prezidenti olmuşdur. Andam bu vəzifəni tutan ikinci qadın idi. Aba Andam inşaat mühəndisi, akademik və keçmiş vitse-kansler olan professor Kvesi Akvansah Andam ilə evlənmişdir. Onların dörd övladı olmuşdur.
Aba Bayefski
Aba Bayefski (ing. Aba Bayefsky; 7 aprel 1923, Toronto – 5 may 2001, Toronto) — Kanada rəssamı və müəllimi. Aba Bayefski 7 aprel 1923-cü ildə Kanadada, Ontario ştatının Toronto şəhərində yəhudi ailəsində anadan olmuşdur. Onun atası Rusiyada, anası isə Şotlandiyada anadan olmuşdu. Bayefski Mərkəzi Texnikumda təhsil almışdır. O, yeniyetməlik illərində Ontario İncəsənət Qalereyasının Uşaq İncəsənət Mərkəzində dərslərə qatılmış və burada Artur Lizmer, Erma Sutkliff, Doroti Medherst və A.Y. Cekson kimi rəssamlar ilə tanış olmuşdur. Bayefski sonradan Jülian Akademiyasında təhsil almışdır.
Aba Tura
Aba Tura — Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Samuil Aba
Samuil Aba (mac. Aba Sámuel; 990–5 iyul 1044) — Macarıstan kralı. Yohannes Kennamus qeyd edir ki, xəzər qəbiləsindən olan kəbərlərin müsəlman olması barədə Yusufun məktubunda heç nə yoxdur. Bu qəbilə Xəzəristanda müsəviliyin baş qaldırıb inkişaf etdiyi dövrdən Macarıstana getmişdir. Onların nümayəndəsi macar kralı Samuil Aba (1041–1044) özünün böyük hun imperatoru Attilanın Hobi adlı oğlunun Edümer adlı oğulları nəslindən gəldiyini və analarının xarəzmli olduğunu xatırlatmışdır.
Nüsrətəddin Arslan Aba
Nüsrətəddin Arslan Aba Xassbəy (?-1174) — Əmir Ağsunqurun oğlu, Marağanın, sonra Azərbaycanın hakimi. Nüsrətəddin Xassbəy Arslan Aba Ağsonqurlu hökmdarı [1133–1174], Marağa hakimi Ağsonqurun oğludur. 1161/62-ci ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldənizlilərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldənizlilər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər. Nüsrətəddin Arslan Aba 1133-cü ildən 1174-cü ilədək Azərbaycanın hakimi olmuşdu. Нүсрәтәддин Хассбәј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Səncərşah Ay Aba
Səncərşah Tuğanşah oğlu Ay Aba (?-1198)—Səlcuqlu əmiri, vali Səncərşah Tuğanşah oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.1186-cı ildə atasının vəfatından sonra Nişapurun valisi olmuşdu. Tuğanşah yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gəlincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16 dekabr, 1185). Səncərşah Ay Aba 1198-ci ilədək Nişapur hakimi olmuşdu.
Vilmoş Aba-Novak
Vilmoş Aba-Novak (mac. Vilmos Aba-Novák; 15 mart 1894[…], Budapeşt – 29 sentyabr 1941[…], Budapeşt) — Macarıstan rəssamı və qrafiki. Vilmoş Aba-Novak 1894-cü ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. Onun atası Düla Novak, anası isə Roza Vaqinger idi. Aba-Novak 1912-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra Budapeştdəki Kral Macarıstan Rəssamlıq Məktəbində (indiki Macarıstan İncəsənət Universiteti) təhsilini davam etmişdir. O, bu zaman rəssam Adolf Fenyesin emalatxanasında işləməyə başlamışdır. Aba-Novak Birinci Dünya müharibəsi səbəbindən fəaliyyətinə fasilə vermişdir. O, Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsində xidmət etmişdir. Aba-Novak müharibə zamanı Viktor Olgeydən rəssamlıq dərsləri almağı bacarmışdır. O, müharibədən sonra rəssamlıq fəaliyyətinə davam etmişdir.
İmadəddin Ay Aba
İmadəddin Əbülfəth Müəyyəd Ay Aba (?-1174)— Səlcuq əmiri, vali. Əbu Bəkr Qumacın nəvəsi, Əlaəddin Əbu Bəkrin oğlu idi. İmadəddin Əbülfəth Müəyyəd Ay Aba Sultan Səncərə xidmət etmişdi. Xidmət və bacarığı sayəsində böyük torpaq sahibkarına çevrilmişdi. Bəlx valisi olarkən Sultan Səncəri oğuzları əsir düşmüşdü. Səncərin ora-bura dağılmış əmirləri Nişapurda yığışaraq Qaraxanlı Məhəmməd xanın oğlu, Səncərin qardaşı oğlu Mahmudu hökmdar elan etdilər. Sultan Mahmud həmin günlərdə Heratı mühasirəyə alan oğuzların üzərinə səfər etdi. Tərəflər arasında dəfələrlə vuruşma oldu, əksəriyyəti də oğuzların qələbəsilə başa çatdı. 550-ci ilin cümadiyül - əvvəl ayında (iyul-avqust, 1155) oğuzlar Mərvə qayıdaraq oradan Mahmuda elçi göndərib sülh bağladılar. Mahmud da öz sələfi Süleyman şah kimi zəif şəxsiyyət idi, bütün qüvvə əmir Müəyyəd Ay Abanın əlində cəmləşmişdi.
Ədüdiddin Ay Aba
Ədüdiddin Əbubəkr Tuğanşah Ay Aba Səlcuqlu əmiri, vali Ədüdiddin Əbubəkr Tuğanşah Müəyyəd oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.Atasının ölümündən sonra, 1174-cü ildən 1185-ci ilədək Nişapurun hakimi olmuşdu. Sultanşah Mərvdən Sərəxs üzərinə arasıkəsilməz hücumlar edirdi. Dinar bu hücumlara cavab verə bilmirdi. Buna görə də buyruğundakı oğuzların çoxu ondan üz çevirərək dağılmağa başladılar. Sərəxsı Sultanşahın hücumlarından daha qoruya bilməyəcəyini başa düşən Dinar başda Nişapur olmaqla Xorasanın mühüm bir qisminə hakim olan Müəyyəd Ay Aba oğlu Toğan şaha Sərəxsı Bistan ilə dəyişməyi təklif etdi. Toğan şah bu təklifi qəbul etdi. Ancaq Toğan şah da şəhəri müdafiə edə bilmədi. 576-cı ildə baş verən vuruşmada Sultan şah Toğan şahı məğlubiyyətə uğratdı, Sərəxsı, sonra isə Tusu tutdu. Mərv və Səraxsın təslimindən sonra dağılan və Xorasandakı siyasi tarixləri sona çatan oğuzlardan mühüm bir kütlə Kirmana, qismən daha kiçik bir kütlə Farsa öz eldaşları salqurluların yanına getdi. Onlardan bir çoxunun isə Anadoluya getdiyi ehtimal edilir.
Qışlaq-i Aba (Germi)
Qışlaq-i Aba (fars. قشلاق عبا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (36 ailə).
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəlal-Abad
Cəlalabad (qırğ. Жалал-Абад) — Qırğızıstanın Cəlalabad vilayətinin mərkəzi.
Cəlal-Abad Dövlət Universiteti
Cəlal-Abad Dövlət Universiteti (rus. Жалалабатский Государственный Университет – ЖаГУ, qırğ. Жалал-Абад мамлекеттик Университет) — 2 aprel 1993-cü ildə Qırğızıstanın Cəlal-Abad şəhərində mövcud təhsil müəssisələri əsasında qurulmuşdur. Aşağıdakı sahələrdə ali təhsil üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir: tibb, elektronika, enerji, tikinti, aqrar-sənaye kompleksi. Cəlal-Abad Dövlət Universitetində təxminən 10.000 tələbə təhsil alır, 15-i elmlər doktoru və professor, 116 elmlər namizədi və dosent olmaqla 700-dən çox müəllim çalışır. Üstəlik Hindistan, İran, İsrail, Qazaxıstan, Nepal, Pakistan, Fələstin, Suriya, Türkiyə, Türkmənistan, ABŞ və Özbəkistan kimi ölkələrdən təxminən 1000 tələbə var. Aşağıdakı 54 sahə üzrə ali təhsilli və 12 istiqamət üzrə orta peşə təhsili alan mütəxəssislərin hazırlanması. Cəlalabad Dövlət Universitetinin Tibb Fakültəsi Qırğızıstan Respublikası Səhiyyə və Elmi Təhsil Nazirliyinin tabeliyindədir. Cəlal-Abad Dövlət Universiteti, 2 aprel 1993-cü ildə Qırğızıstan Respublikasının Prezidenti tərəfindən elektronika, enerji, inşaat, tibb, təhsil və digər sahələrdə əsas və tam ali təhsilli mütəxəssislər yetişdirmək üçün hazırlanmış aqrosənaye kompleksi üçün mütəxəssis olmaq , dövlət təhsil müəssisəsi olaraq açılmışdır. Cəlalabad Dövlət Universiteti (JAGU) 2 aprel 1993-cü ildə mövcud təhsil müəssisələri əsasında qurulmuşdur.
Cəngi (Abaran)
Cəngi, Cəngi təpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.
Cənubi Abako
Cənubi Abako (ing. South Abaco) — Baham adalarının 32 rayonundan biri. Rayon Abako adalarınının cənub qismini əhatə edir. Statoids.com об административно-территориальном делении Багам на англ.
Damcılı (Abaran)
Damcılı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 19 km məsafədə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli//Damcalu formasında qeyd edilir. Toponim «az sulu bulaq», «quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su» mənasında işlənən damcı sözünə -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı da dəyişdirilib Mravyan qoyulmuşdur. Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür.
Dauren Abayev
Dəuren Əskerbek oğlu Abayev (qaz. Дәурен Әскербекұлы Абаев; d. 18 aprel 1979, Almatı, Qazaxıstan SSR, SSRİ) — Qazax diplomat, bürokrat və siyasətçi. Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri (2016–2019), Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (2019–2022) və Mədəniyyət və İdman Naziri (2022–2023). Dauren Abayev 18 aprel 1979-cu ildə Qazaxıstan SSR-in Almatı şəhərində dünyaya gəlmişdir. Dauren Abayev Əl-Fərabi adına Qazax Dövlət Milli Universitetində baklavr, Niderland Krallığının Leyden Universitetində magistr təhsili almışdır. 2001-2003-cü illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdir. 2003-2007-ci illərdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı və Hollandiya Krallığındakı Səfirliklərində diplomatik xidmətdə çalışmışdır. Dauren Abayev 2013-cü ildə Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi təyin edilmişdir. O, 2016-cı ildə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri vəzifəsinə təyin olunmuşdur.
Davud Abasov
Davud Yalçın oğlu Abasov (19 noyabr 1999, Sabirabad, Cəlilabad rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Davud Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007–2018-ci illərdə E. Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Davud Abasov 2018–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Abasov oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Dərab (Abarğan dehistanı)
Dərab (fars. داراب‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,211 nəfər yaşayır (309 ailə).
Dəspinə xatun (Abaqa xan)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi. Bacısı Noğay xanla evli idi. 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər. Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı.
Eldar Abasov
Eldar Şamxal oğlu Abasov (2 iyun 1952, Yuxarı Girətağ, Qafan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. Eldar Abasov 1952-ci il aprelin 2-də Qafan rayonunun Yuxarı Girətaq qəsəbəsində anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda laborant, 1976–1979-cu illərdə N. V. Nasonov adına Elmi Tədqiqat Revmatologiya İnstitutunda aspirant, 1982–1987-ci illərdə isə həmin institutda doctorant təhsili alıb. 2006-cı ildən Azərbaycan Tibb Universitetində çalışır. Professordur. İngilis və rus dillərini bilir. Bitərəfdir. Eldar Abasov ailəlidir, bir övladı var. 1975 - Azərbaycan Tibb İnstitutu, Laborant, Bakı ş.
Elmira Abasova
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elmira Abasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Elvin Abasov
Elvin Səxavət oğlu Abasov (17 iyun 1993, Çarhan, Şamaxı rayonu – 22 noyabr 2020, Ağcabədi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Abasov 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub. Elvin Abasov 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elvin Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Abasov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı ağır yaralanıb və 14 gün Ağcabədi Rayon Xəstəxanasında müalicə aldıqdan sonra noyabrın 22-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Abbasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Erigeron abajoensis
Erigeron abajoensis (lat. Erigeron abajoensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen, Bavariya kürfürstlüyü) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.
Georgi Abaşvili
Georgi Abaşvili (7 oktyabr 1910 və ya 8 yanvar 1910, Tiflis – 26 sentyabr 1982, Leninqrad) — Sovet hərbi lideri, vitse-admiral (1955); dəniz elmləri namizədi (1971), dosent (1965). 1931-ci ilin oktyabrında Sankt-Peterburq Hərbi Dəniz Məktəbinin şturman sinifini bitirir. Ştureman olaraq Volodarski (1931 oktyabr - 1932 avqust), Lenin (1932 avqust - 1934 yanvar) esmineslərində, patrul gəmilərində diviziya şturmanı (yanvar 1934 - aprel 1935), təlim gəmisinin komandir köməkçisi olaraq xidmət edir. Leningradsovet (1935 -ci il aprel - 1936 -cı il martınadək) gəmisində komandir köməkçisi, Purga patrul gəmisində isə komandir (1936-cı il mart - 1938 -ci il martınadək) işləyir. 1937-ci ildə minadaşıyan gəmilərin komandirləri üçün bir illik kursları bitirir. Sonra "Smetlivıy" (mart - sentyabr 1938), "Qnevnıy" (1938 -ci il sentyabr - 1939-cu il fevralınadək) esmineslərinin komandiri, 1-ci patrul gəmilərinin batalyon (1939-cu il fevral - 1940-cı il aprelinədək) komandiri vəzifələrini tutur. 1939-1940-cı illər Sovet-Finlandiya müharibəsinin iştirakçısı olur. Baltik Donanmasının 4-cü məhvedici batalyonunun komandiri (1940-cı ilin fevral - dekabr ayları), 1940-cı ilin dekabrından Baltik Donanmasının 2-ci esas batalyonunun komandiri olur. İkinci Dünya müharibəsinin başlaması ilə, 2-ci esmines batalyonunun komandiri olaraq, mina döşəməsini həyata keçirir. Riqa körfəzində, Ezel və Daqo adalarının müdafiəsində düşmən konvoylarının axtarışı əməliyyatlarında iştirak edir.
Gülablı (Abaran)
Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında, Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi qeydə alınmışdır. Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur. XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır.
Güllücə (Abaran)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim güllü sözünə sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin qoşulması əsasında əmələ gəlib «güllü, çiçəkli ərazidə yerləşən kənd» mənasını ifadə edir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 15. VI. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vardenis (Güllü) qoyulmuşdur.
Hacı Xəlil (Abaran)
Hacı Xəlil — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972) Abaran rayonunun inzibati-ərazi bölgüsünə daxil olmuşdur. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə bu kəndin Abaran nahiyyəsində yerləşdiyi göstərilir və həmin nahiyyədə Xəlil Məhəmməd oğlu adlı bir nəfərin adına torpaq sahəsi olmuşdur. Ehtimal ki, həmin şəxs (Xəlil) kənd saldırıb və kənd də (Hacı Xəlil kəndi) onun adı ilə adlarıdırılıb. Kəndin X əsrdə salındığı qeyd edilir. 1850-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Tsaxkovit adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır və Qars əyalətində Hacı Xəlil dağının adındandır.
Hacıqabul-Astara-Abadan qaz kəməri
Hacıqabul-Astara-Abadan Azərbaycanın Hacıqabul rayonundan İrana doğru uzanan təbii qaz kəməri. Qaz kəmərinin təməlinin atılması barədə 1965-ci ildə SSRİ və İran arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Layihənin açılışı 1970-ci ildə Astarada İran şahı Məhəmməd Rza Pəhləvi və həmin vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri funksiyasını icra edən Nikolay Podqornı olmuşdur. 1971–79 illəri aralığında Cənubi Qafqaz ölkələri bu kəmər vasitəsilə Irandan gələn təbii qaz ehtiyatı ilə təmin olunmuşdur. Sonradan İranda baş verən İslam İnqilabı SSRİ ilə əməkdaşlığın sonuna, dolayısı ilə layihənin ləğvinə gətirib çıxarmışdır. 2006-cı ildə Azərbaycan və İran tərəfi arasında gerçəkləşmiş qarşılıqlı anlaşmaya əsasən Azərbaycan İranı Bakı-Astara istiqaməti üzrə qazla təmin etməyi öhdəliyinə götürmüş, İran isə öz növbəsində Naxçıvan Muxtar Respublikasını qazla təmin etməyi qəbul etmişdir. 2011-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və İran Milli Neft-Qaz Səhmdarlığı arasında bağlanan memorandumda 2010-cu ildən etibarən Azərbaycanın qarşı tərəfə 500 milyon kub metr illik qaz hasilatı etməsi göstərilmişdir. Qaz kəmərinin ümumi uzunluğu 1474.5 km-dir. Bəhsi keçən diapazonun 296.5 km-i Azərbaycanın payına düşür. Kəmərin ümumi diametri 1020 mm-dir və standard fəaliyyət rejimində hər il 10 milyon kub metr qaz hasilatı gücünə sahibdir.
Heydər əl-Abadi
Heydər əl-Abadi (ərəb. حيدر جواد العبادي ‎; 25 aprel 1952, Bağdad) — 10 avqust 2014-cü ildən İraq Respublikasının baş naziri. Heydər əl-Abadi 1952-ci ildə Bağdadda doğulmuş siyasətçi uzun illər Böyük Britaniyada siyasi mühacir qismində yaşayıb. Hələ 15 yaşında İraqdakı şiələrin hüquqlarının müdafiəsinə qalxan Dava Partiyasına qoşulub. Onun atası Cavad əl-Abadi Bağdada tanınmış həkim olub, İraq Səhiyyə Nazirliyində müfəttiş vəzifəsində çalışıb. İraqda BƏƏS (Ərəb Sosialist Dirçəlişi Partiyası) iqtidara gəldikdən sonra əl-Abadi ailəsi ilə Səddam Hüseyn rejimi arasında ziddiyyətlər dərinləşib. Nəticədə Bağdadda elektrik mühəndisi kimi təhsil almış Abadi 1970-ci ildə Britaniyaya gedib. Mançester Universitetində doktorluq müdafiə edib. Birləşmiş Krallıqda o, Səddam Hüseynin ən radikal tənqidçiləri arasında olub. Dava Partiyasında fəallığı ilə seçilib.
Hiram Abas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Həsənağa Abasquliyev
Həsənağa Rza oğlu Abasquliyev (12 avqust 1938 – 6 avqust 2018) — bəstəkar, dirijor, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Həsənağa Abasquliyev 2 avqust 1938-ci ildə Bakıda müəllim ailəsində anadan olmuşdur. 1945-ci ildə hər iki valideynini itirib. Bu səbəbdən o, yeddi yaşında ikən Bərdə şəhərində uşaq evinə verilib. Uşaq evində keçirilən musiqi dərslərində Həsənağa trubada ifa etməyi öyrənir. Daha sonra Azərbaycan kapellasını təşkil edən Eduard Novruzovun xorunda oxuyur. 1954-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Kərim Babayevin truba ifası sinfində təhsil alır. Texnikumu başa vurduqdan sonra indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (1958-1963) təhsilini davam etdirir. 1963-cü ildə o, xalq artisti Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində çalışmağa başlayır.

Digər lüğətlərdə