ABC (proqramlaşdırma dili)
ABC, Leo Geurts, Lambert Meertens və Steven Pemberton tərəfindən Hollandiyada hazırlanmış imperativ ümumi təyinatlı proqramlaşdırma dili və proqramlaşdırma mühitidir. O, interaktiv, strukturlaşdırılmış, yüksəksəviyyəlidir və BASIC, Pascal və ya AWK əvəzinə istifadə üçün nəzərdə tutulub. Sistem proqramlaşdırma dili olmaqla yanaşı daha çox tədris və ya prototipləşdirmə məqsədləri üçün nəzərdə tutulub.
ABC dili son illərdə daha çox populyarlaşan Python dilinin dizaynına böyük təsir göstərir. Python-u inkişaf etdirən Guido van Rossum, 1980-ci illərin ortalarında bir neçə il ABC üzərində işləmişdir.
== Xüsusiyyətləri ==
ABC proqramlarının dizaynerləri iddia edirlər ki, ekvivalent olan Paskal və ya C proqramlarının dörddə bir ölçüsündədir və daha oxunaqlıdır. Əsas xüsusiyyətləri aşağıdakılardır:
Yalnız beş əsas məlumat növü.
Dəyişən bəyannamələr tələb etmir.
Yuxarıdan aşağıya proqramlaşdırma üçün əlverişlidir.
İfadə yerləşdirilməsi abzasla göstərilir.