Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ata adı
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər. Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi. Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir. == Variantlar == === Ərəbcə === İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).
Domen adı
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Faylın adı
Faylın adı (ing. filename) — faylı başqa fayllardan fərqləndirmək üçün ona mənimsədilən hərflər, rəqəmlər və başqa yolverilən simvollar yığını. Faylın adı, adətən, onun tipini və ya təyinatını geniş təsvir edən uzantı (EXTENSİON) ilə müşayət olunur. MS-DOS əməliyyat sistemində faylın adı səkkiz simvoldan artıq ola bilməz, həm də faylın adında hərf və rəqəmlərlə yanaşı, defis və altcizgi simvolları kimi, bəzi durğu simvollarından da istifadə etmək olar. Mas OS əməliyyat sistemində faylın adı 31 simvoladək ola bilər və onların arasında ikinöqtədən (:) başqa istənilən simvol ola bilər (: simvolundan yolun (PATHNAME) elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur). OS/2 sisteminin HPFS fayl altsistemində fayların adlarının uzunluğu 254 simvoladək ola bilər, ancaq disksürənin hərfindən, yoldan və faylın adından ibarət olan kombinasiyanın uzunluğu 259 simvolu aşa bilməz. NTFS fayl sisteminin istifadə olunduğu Windows NT əməliyyat sistemində faylın adı 255 simvoladək ola bilər. HPFS və NTFS sistemlərində faylın adında boşluq simvolundan istifadə etməyə icazə verilir. Bir çox nəşriyyatlar bitişik deyil, “file name” yazılışına üstünlük verir.
Hor adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Horus adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Qızıl adı
Qızıl ad, Qızıl horus ad Qədim Misir fironlarının 5 çar titul adından biri. Qızıl ad titulunun daşıdığı məna hələ də tam şəkildə açıqlanmamışdır. == Yaranması == Güman edilir ki, çar və ya firona günəşlə eyniləşdirmək üçün "Qızıl adı" verirmişlər. Rəmzi boyunbağı üzərində oturmuş şahin quşudur. "Qızıl ad" bir titul kimi III sülalə dövründən başlayaraq firon Coser tərəfindən təsis edilmişdir. Yazılarda üzərində şahin oturmuş boyunbağı təsviri kimi Orta qədim dövrə qədər gəlib çatmışdır. == Bax == Şəxsi ad Taxt-tac adı Hor adı Nebti adı Set adı == Literatur == Hans Bonnet: Goldhorus, in: Lexikon der ägyptischen Religionsgeschichte, Hamburg 2000 ISBN 3-937872-08-6 S. 216f. Wolfgang Helck, Eberhard Otto (Ägyptologe): Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999, ISBN 3-447-04027-0 Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Münchner Ägyptologische Studien, Bd.
Qızılgülün adı
Qızılgülün adı (it. Il nome della rosa — postmodernist roman. Eco nun orta əsrlər və xristianlıq dünyasından bəhs edən əsəri. [1] Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dün­yagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mə­də­niyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 il­dən ar­tıq vaxt ke­çir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mər­kəzindədir. Yazıçının Boloniya universitetində professor, filosof, tarixçi olması və Orta əsrlər barədə dərin biliyi romanı uğurlu edən səbəblərdəndir. == Məzmun == Bu roman ədəbi dəyəri inanılmaz dərəcədə yüksək olan dedektiv ünsürlərlə dolu tarixi polisiyə romanıdır. Eco hər bir ipucunu , dəlilləri oxucunun əlinə verərək , sanki, bizim hadisələri araşdırmağımızı istəyir. Xristianlıq tarixinin də dərinliklərinə enir , xristianlığın ayrı-ayrı qollarını detallı bir şəkildə oxucuya danışır. Kitabı oxuyaraq xristianlığın hansı qollarının imperatora yaxın , hansının papaya daha yaxın olduğunu görmək olar.
Set adı
Set adı — qədim Misir fironlarına verilən beş titul adından biri olan Hor adının analoqu ya əvəzləyicisi. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir. Peribsenin digər fironlardan fərqli olaraq öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir. Sülalə öncəsi dövrlərdə Set Aşağı Misirin rəmzi hesab olunurdu. Ola bilsin ki, Peribsen Aşağı Misir üsyançılarının başçısı olsun və onun hakimiyyəti bütün Misir ərazisinə şamil edilmirdi.
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. == İstifadə səbəbləri == İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. == Ailə əlaqəsi == Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Nebti adı
Nebti adı ("ikili hökmdar", "hər ikisinin sahibi" mənasını daşıyır) — Qədim Misirdə hökumdar titulunun beş adından biri. Nebti adı Yuxarı və Aşağı Misirin heraldik ilahələri ilə əlaqəlidir: Nexbet kərkəs timsalında Yuxarı Misirin himayəçisi hesab olunur. Uacet ya Horun gözü, eynəkli ilan - kobra timsalında Aşağı Misirin himayəçisi hesab olunur. Hökumdar titullarının içində bu ad fironun Nil çayı boyu yerləşən hər iki məmləkət (Aşağı və Yuxarı Misir) üzərində tam mütləq haikiyyətə malikliyini göstərir. Bu titul ilk Smerxet sülaləsi dövründən başlayaraq tətbiq olunmağa başlanılmışdır.
Soy-adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Soy adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Qızlıq adı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Dünyanı bəzəyən Abbasın tarixi
Tarix-i aləm aray-i Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. «Tarix-i aləmara-yi Abbasi» əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə «Tarix-i aləmara-yi Abbasi» ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
"Azərbaycan" dünyanı gəzir (film, 1984)
"Azərbaycan" dünyanı gəzir — qısametrajlı sənədli film. Rejissor Cəmil Fərəcov tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır. == Məzmun == Müxtəlif peşə sahibləri olan 500 nəfər adlı-sanlı azərbaycanlı turistin "Azərbaycan" teploxodunda Odessadan Aralıq dənizinə səyahətə çıxması, onların əyləncəli və maraqlı səfəri filmdə öz əksini tapmışdır.
Abova (qışlaq adı)
Allahın 99 adı
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Basshunter (səhnə adı)
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, prodüseri və DJ-yi.
Domen adı spekulyasiyası
Domen adı spekulyasiyası (ing. domaining)— İnternet domen adlarının sonradan mənfəət məqsədi ilə yenidən satışa çıxarılması üçün müəyyən etmək, qeydiyyata almaq və əldə etmək üsuludur. Bu trafik növünə aid ola biləcək sözləri əhatə edən domen adları haqqında fikir yürütmək adi haldır. Buna görə də, «poker» (poker), «insurance» (sığorta), «travel» (səyahət), «creditcards» (kredit kartları), «sex» və digərləri kimi ümumi sözlər və ifadələr istənilən yüksək səviyyəli domendə spekulyasiya üçün cəlbedici hədəflərdir. Domen adının spekulyativ xüsusiyyətləri xəbərlər və ya cari hadisələrlə əlaqəli ola bilər. Həmçinin, bu cür imkanların aktual olduğu effektiv dövr məhdud ola bilər. Domen satışında sürətli dönüş çox vaxt domen dempinqi adlanır.
Gertruda (kod adı)
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
NATO kod adı
NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar. Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. == Adlandırma qaydaları == NATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır. === Kod adları === A — hava-hava tipli raketlər (Air-to-Air missiles) B — bombardman təyyarələri (Bomber) C — yük təyyarələri (Cargo) F — qırıcı təyyarələr (Fighter) G — yer-hava tipli raketlər (Ground-to-Air) H — vertolyot (Helicopter) K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.
Uzun fayl adı
Uzun fayl adı (en. long filename) – uzunluğu 11 simvoldan (DOS əməliyyat sistemində olduğu kimi) çox olan fayl adı. Uzun fayl adları OS/2, Windows, Macintosh, UNIX əməliyyat sistemlərində dəstəklənir. Windows 95 və sonrakı versiyalarda fayl adının uzunluğu 255 simvoladək ola bilər. Fayl adlarında həm kiçik, həm də böyük hərflərdən, eləcə də boşluq somvolundan istifadə etmək olar. Komandada istifadə olunduqda adında boşluq simvolu olan uzun fayl adlarını dırnaq arasında göstərmək lazımdır. Məsələn: C:\> dir “My Program Files” DOS və Windows 3 əməliyyat sistemlərində uzun fayl adları avtomatik olaraq qısa fayl adlarına çevrilir (məsələn, MY˜PRO˜1 kimi). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Dünyanın möcüzələri
Dünyanın möcüzələri == Herodota görə üç möcüzə == Bəlkə də ilk belə siyahı eramızdan əvvəl V əsrdə Herodot tərəfindən tərtib edilmişdir. Yazılarında "tarixin atası" antik zamanlarda İon mədəniyyətinin mərkəzi olan Samos adasının üç möcüzəsini sadalayır. Həmən möcüzələr bunlardır: Evpalin tuneli (Samos akveduku) — (bir kilometr uzunluğunda su kəməri şəhəri təmiz su ilə təmin edirdi) Adanın limanındakı damba — (sahilləri qorumaq üçün nəzərdə tutulmuşdur, günümüzə qədər qalmamışdır) Heraion — Samos adasındakı Hera ilahəsinin məbədi == Antik dünyanın yeddi möcüzəsi == Təqribən eramızdan əvvəl III əsrdə dünyanın yeddi möcüzəsindən ibarət klassik bir siyahı meydana gəldi: Xeops ehramı (Cizə, bizim e.ə. 2550-ci il) Semiramidanın asma bağları, (Babil, bizim e.ə. 600-cü il) Olimpdə Zevsin heykəli, (Olimpiya, bizim e.ə. 435-ci il) Artemida məbədi, (Efes, bizim e.ə. 550-ci il) Halikarnas mavzoleyi, (Halikarnas, bizim e.ə. 351-ci il) Rodoslu Koloss, (Rodos, bizim e.ə. 292–280-ci illər arası) İsgəndəriyyə mayakı, (İsgəndəriyyə, bizim e.ə. III əsr) == Müasir dünyanın yeddi möcüzəsi == 2001-ci ildə qeyri-kommersiya təşkilatı New Open World Corporation tərəfindən dünyanın müasir yeddi möcüzəsini ortaya çıxarmaq üçün hazırlanmış bir layihə başladıldı.
Dünyanın mənşəyi
Dünyanın mənşəyi (fr. l'Origine du monde) — fransız rəssamı Qüstav Kurbe tərəfindən 1866-cı ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsərdə yataqda uzanaraq ayaqlarını aralamış qadının cinsiyyət üzvü və qarnı geniş planda təsvir edilmişdir. Baş, qollar və ayaqların çılpaq bədənlə birlikdə təsvir olunmaması əsərin erotisizmini daha da qabardır. Əsərə münasibət birmənalı olmadığından, mümkün təcavüzün qarşısını almaq məqsədilə o, daim gözətçi nəzarətində saxlanılır. == Tarixi == === Modelin müəyyənləşdirilməsi === Əsər üzərində işlədiyi dövrdə Kurbenin sevimli modeli Co (Jo) ləqəbi ilə tanınan Coanna Hiffernan olmuşdur. Coannanın sevgilisi Kurbenin dostu olan amerikan rəssamı Ceyms Uistler idi. 1866-cı ildə Kurbenin işlədiyi "Gözəl irlandiyalı" (La belle Irlandaise) (Conun portreti — Portrait of Jo) əsərinin də modeli Hiffernan olmuşdur. Bütün yaradıcılığı boyu Kurbe Hiffernanın dörd portretini işləmişdir. Ehtimal ki, "Dünyanın mənşəyi" əsərinin modeli də Hiffernan olmuşdur və bu əsərin təqdim edilməsindən qısa müddət sonra Kurbe ilə Uistlerin münasibətləri kəskin şəkildə pisləşmişdir.
Dünyanın xatirəsi
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın xilaskarı
Dünyanın xilskarı (isp. Salvator Mundi) — Məşhur rəssam Leonardo da Vinçinin əsəri. == Haqqında == Leonardo da Vinçi "Salvator Mundi" rəsmini 1506–1513-cü illərdə Fransa kralı XII Lüdovik üçün çəkib. XVII əsrdə əsərin sahibləri İngiltərə kralları I Karl və II Karl olub. Ancaq əsər XIX əsrin ikinci yarısında itib. Uzun müddət bu əsərin Leonardo da Vinçinin şagirdlərindən birinə məxsus olduğu ehtimal edilsə də, restavrasiyadan sonra mütəxəssislər əsərin dahi rəssama məxsus olduğu qənaətinə gəliblər. Əvvəllər "Salvator Mundi"nin sahibi amerikalı bir diller olmuşdur. Əsərin 2011-ci ilin noyabrında London milli qalereyasında auksiona çıxarılması gözlənilirdi. "Salvador Mundi" 2017-ci ilin noyabrında "Kristis" auksionunda 450 milyon dollara satılmaqla, ən bahalı rəsm əsəridir. == Həmçinin bax == Ən bahalı rəsm əsərlərinin siyahısı == İstinadlar == == Mənbə == Qiyməti 201 milyon dollar olan portret!
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Nil Dünyası
Nil Dünyası Nil Karaibrahimgil'in ilk studio albomudur. Albomun üz şəkili bir jurnal kimi dizayn edilmişdir. CD'də "Madonna Olacakmış" mahnısından sonra "Aptal Kovboy" adlı gizli bir mahnı vardır. Diskdə bu gizli mahnı yoxdur.
Qərb dünyası
Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerikanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir. == Tərifləri == Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi. == Tarixçə == Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi. == Din == Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə mənsubdur və bu dindən gələn mədəniyyətə mənsubdur.
Sofinin dünyası
Sofinin dünyası (Norveçcə: Sofies verden) 1991-ci ildə Norveç yazıçısı Yusteyn Qorder tərəfindən yazılmış roman. Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir. Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmişdi. Roman sonralar 53 dilə tərcümə olunmuş və 3 milyondan çox tirajla çap edilmişdir. Roman yazıçı Günel Mövlud tərəfindən Azərbaycan dilinə də tərcümə edilmişdir. Bu, ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş və kompüter oyunu yaradılmışdır. == Məzmun == Sofi Amundsen 1990-cı ildə Norveçdə yaşayan 14 yaşlı qızdır. O, anası və Şerekan adlı pişiyi, bundan başqa, balıq, tısbağa və iki tutuquşusu ilə birlikdə yaşayır. Onun atası neft tankerində kapitan işləyir və ilin çox hissəsini evindən uzaqda olur.
Türk dünyası
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
İslam dünyası
İslam dünyası — adətən müsəlman cəmiyyətinə (Ümmət) aid edilir; İslam dinini və ya İslamın tətbiq etdiyi cəmiyyətlərə riayət edənlərin hamısından ibarətdir.
Xristian dünyası
Xristian dünyası — xristian dövlətlərinə, xristianların çoxluq təşkil etdiyi ölkələrə və xristianlığın üstünlük təşkil etdiyi, mədəni və ya tarixən iç-içə olduğu ölkələrə aid edilən tarixi termin. Roma imperiyasının son dövrlərində xristianlığın Levantdan Avropaya və Şimali Afrikaya yayılmasından sonra xristian dünyası Yunan Şərqi və Latın Qərbinə bölünmüşdür. Nəticə etibarilə xristianlığın daxilində Roma və Konstantinopol şəhərləri ətrafında mərkəzləşmiş, öz inancları və əməlləri olan sektalar yaranmışdır. XI–XIII əsrlərdə latın kilsəsi Qərb dünyasının mərkəzi roluna yüksəlmişdir.
Dünyanın yaradılması
Dünyanın yaradılması — dinlərdə kosmoqonik miflərin süjetidir, onun xüsusiyyəti demiurqun və ya Yaradan Tanrının varlığıdır, onun hərəkətləri və ya iradəsi ardıcıl yaradılış zəncirinin səbəbi və hərəkətverici qüvvəsidir. "Yaradılış" termini müasir təbiət elmlərində istifadə olunan " Kainatın mənşəyi" termini ilə antonimdir. Bu həm " yaradılış " – " mənşə " antonimiyasına, həm də qeyri-müəyyən arxaik "dünya" termininin " Kainat " kosmoloji termininə qarşı qoyulmasına aiddir. == Ümumi xarakteristika == Əksər dinlərdə hər şeyin mənşəyi haqqında ümumi hekayələr var: nizamlı elementlərinin ilkin xaosdan ayrılması, ana və ata tanrılarının ayrılması, dünya okeanından qurunun yaranması, ilkin sular, sonsuz və zamansız və s. okean xaosun və ya özünün xaosun təcəssümlərindən biridir. Bir çox qədim kosmoqonik miflərdə okean və xaos ekvivalentdir və bir-birindən ayrılmazdır . Kosmoqonik (dünyanın mənşəyi haqqında) və antropoqonik (insanın mənşəyi haqqında) əfsanələrdə yaradılış haqqında bir qrup hekayə önə çıxır — dünyanın yer və ya kainat kimi yaradılması, heyvanlar və bitki aləminin yaradılması, insanın yaradılması, onların mənşəyini ən yüksək məxluqlar tərəfindən öz-özünə "yaradılış" aktı kimi təsvir edir. Dünyanın yaranması mifik zamanda, empirik (tarixi) "profan" zamandan əvvəlki xüsusi ilkin müqəddəs dövrdə, xüsusi yerdə — dünyanın mərkəzində baş verir. Mifopoetik şüurda məkan və zaman homogen (bircins) deyil. Ən yüksək dəyər (maksimum sakrallıq) yaradılış aktının baş verdiyi məkan və zaman nöqtəsinə — dünyanın mərkəzinə və "əvvəlində" — yaradılış vaxtının özünə (mifik zaman) aiddir.
Güzgü dünyası
Güzgü dünyası — real dünyanın rəqəmsal formada təsviri. Bu, coğrafi cəhətdən dəqiq şəkildə real dünya strukturlarının xəritəsini çəkməyə çalışır. Güzgü dünyaları real insan mühitlərinin və onların işlərinin proqram modelini təklif edir. Bu, rəqəmsal əkiz anlayışına çox bənzəyir. Rəqəmsal media ilə bağlı termin Yel Universitetinin kompüter alimi Devid Gelernter tərəfindən təklif edilmişdir. O ilk dəfə 1991-ci ildə hipotetik güzgü dünyasından danışmışdır.
Alı (ad)
Alı — Azərbaycanda daha çox işlədilən kişi adı. Aşıq Alı — Azərbaycanın görkəmli aşığı. Dəli Alı — Azərbaycanın xalq qəhrəmanı. Alı Mustafayev — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Milli Qəhrəmanı Alı Həsənli — Vətən müharibəsi şəhidi Alı Qocayev — Samux Rayon İcra Hakimiyyətinin Başçısı. Alı Alıyev — "Tərəqqi" medalı laureatı (2009), Füzuli rayonu İcra hakimiyyətinin başçısı.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Aşı sumaq
Aşı sumaq (lat. Rhus coriaria L.) — Sumaxkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 2–3 m hündürlüyündə, 15-20 sm diametrində, azbudaqlı, xırda ağac və ya koldur. Yaşlı ağacların gövdəsinin qabığı bozumtul rəngli, dayaz, qeyri-bərabər çatlıdır. Cavan zoğlarının qabığı açıq-şabalıdı rəngli, qumral tükcüklərlə örtülüdür. Yarpaqları təklələkvari, növbəli düzülmüşdür, 12(10)-20 sm uzunluğundadır. Çiçəkləri müxtəlifcinsli xırda, birillik zoğların ucunda ehramşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi çox bərk, qonur-qırmızı rəngli, yumru olub, qırmızımtıl vəzicikli tükcüklərlə örtülüdür, 5–6 mm diametrindədir. ==== Yarpaq ==== Yarpaqlarının uzunluğu 12-22 sm olub, qışda töküləndir, növbəli düzülmüş, tək lələkvaridir, 9-17ədəd yarpaqcıqdan ibarətdir, dar qanadlı oxun yuxarı hissəsində; yarpaqcıqların uzunluğu 3-6 sm olub, oturaqdır, uzunsov-neştərvari, uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkillidir, kənarları mişarvari-dişcikli və ya küt-dişcikli, demək olar ki, dairəvi-dişlidir üst tərəfdən tünd-yaşıl, alt tərəfdən tutqun-yaşıl, bəzən bozumtul-ağ rəngdə olur, hər iki tərəfdən və ya əsasən alt tərəfdən qısa tükcüklü, təpə hissədə sivriləşmiş və ya kütdür. ==== Çiçək ==== Çiçəkləri müxtəlifcinsli, xırda, yaşılımtılağ rəngdədir və təpə hissədə piramidaşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır.
Quymaq
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Duymaq
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Tamaq
Tamag, köhnə türklərdə cəhənnəm sözünün sinonimi. Sözün tamağ, tamuq, tamug və tamu formaları da vardır. Monqollar Tam deyirlər. Öldükdən sonra günahkarların cəzalandırılmaq üzrə getdiyi yerdir. İslam inancı ilə birlikdə geniş təsvirlər edilmiş və necə bir yer olduğu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin bütün görüşlərdəki ortaq nöqtə atəş ilə əlaqədar olmasıdır. Xakaslarda cəhənnəmi idarə edən "Tamı Xan" adlı bir tanrının varlığından söz edilər. Köhnə türklər Tamuqun yeraltında olduğuna inanardı. Tamuqun əfəndisi Erlik Xandır və günahkar insanları cəzalandırmaq üçün vardır. Əleyhdarı Uçmaqdır.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Turma
Turma - (latın dilində: turma) - Roma ordusunda 30-32 nəfərdən ibarət atlı dəstəsi, Ala (Roma ordusu)nun onda bir hissəsi. Roma respublikası dövründə süvarilər romalılardan və ya onların müttəfiqlərindən təşkil olunurdu, legionun tərkibinə daxil idi. Hər bir legionda atlıların sayı 300 nəfər idi və onların hər biri 30 nəfərdən ibarət 10 turmaya, hər turma isə 3 dekuriyaya (onluğa) bölünürdü. Roma imperatoru Oktavian Avqustun hakimiyyəti dövründə süvarilər köməkçi qoşun hissələrinə daxil idi. Roma qoşunlarında süvari hissələrin əsasını atlılardan və piyadalardan ibarət cohors equitatа adlanan hissələr, həmçinin cohors equitata quingenaria adlanan və 480 nəfər piyadadan, 4 turmadan ibarət hissələr və həmçinin cohors equitata milliaria adlanan, 88 nəfər piyadadan və 8 turmadan ibarət hissələr təşkil edirdi. Sonralar dəvələrdən ibarət turmalar (dromedarii) təşkil olunmuşdur. İlk dəfə olaraq imperator Trayan atların yerinə dəvələrindən istifadə olunan və Ala I Ulpia dromedariorum Palmyrenorum adlanan belə hərbi hissələri təşkil etmişdir. Imperiya dövründə türmaya dekurion komandanlıq edirdi və ona iki köməkçisi, həmçinin sesquiplicarius (ənənəvi əməkhaqqından 1,5 dəfə çox əməkhaqqı alan əsgər), duplicarius (ikiqat ödənişlə), bayraqdar köməklik göstərirdilər. Prinsipat dövründə hər bir legionun tərkibinə dörd turma daxil idi. Piyadalara nisbətən süvarilərin statusu daha aşağı idi və onlar düşərgədən kənarda yerləşdirilirdi.
Tutak
Tutak (türk. Tutak) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən Ağrı ilində bir ilçə. Yüksək dağlarla əhatə olunmuş və Murad çayı ilə suvarılan kiçik bir düzənlikdə, Ağrı şəhərindən Patnos ilçəsinə gedən yolda yerləşir. 1562 km² ərazini əhatə edir və hündürlüyü 1535 metrdir. == Əhali == Əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 34 812 nəfərdir, onlardan 7170 nəfəri Tutak şəhərində, əksəriyyəti isə ətraf kəndlərdə yaşayır. Bələdiyyə başçısı Fırat Öztürkdür (BDP). === Milli tərkibi === Tutak ilçəsində Azərbaycan türklərinin subetnik qrup olan qarapapaqlar və kürdlər iç-içə yaşayır. İlçə mərkəzində qarapapaq türkləri çoxluqda olsa da, kəndlərdə kürdlər üstünlük təşkil edir. == İqtisadiyyat == Tutak, bu kasıb kənd bölgəsinə məktəblər, xəstəxana və digər əsas imkanlar verən kiçik bir şəhərdir. İlçənin əsas gəlir mənbəyi dağ kənarındakı mal-qaradır.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Franyo Tucman
Franyo Tucman (14 may 1922[…], Veliko-Trqovişçe[d], Zaqreb diyarı[d], Serblər, xorvatlar və slovenlər krallığı[d] – 10 dekabr 1999, Zaqreb) — Xorvatiyanın 1-ci prezidenti. Müstəqil Xorvatiyanın marşalı, xorvat millətçisi, antiyuqoslavist, Xorvat Demokratik İttifaqının banisi və sədri kimim tanınan Tucman, yuqoslav dövründə kommunist, hərbi və elm xadimi idi.
III Tutmos
III Tutmos (e.ə. 1481 – təq. e.ə. 1425) — Misir XVIII sülalə fironu. III Tutmos bir sıra uğurlu müharibələr apararaq II Ramzes və III Amenofis kimi Misiri güc sahibinə çevirə bilmişdir. XVIII sülalə dövründə vərəsəlik ana xətti ilə təyin olunduğu üçün III Tutmos taxta iddiaçı ola bilməzdi. Qanuni hakimiyyət Hatşepsut ondan isə I Tutmosun qızına və göründüyü kimi II Tutmosun bacısına (arvadına) keçmiş olur. Lakin, birbaşa xələflik hüququ olmasa da III Tutmos tanrı Amonun şərəfinə təşkil olunmuş mərasimdə Amonun iradəsi ilə onun kahini olduğu üçün firon elan edilir.
II Tutmos
II Tutmos (təq. e.ə. 1510 – təq. e.ə. 1479) — Misir fironu.
I Tutmos
I Tutmos (e. ə. XVI əsr – təq. e.ə. 1493) — == Həyatı == I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nikaha əsasən hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.
Qutman mağarası
Qutman mağarası (latış. Gūtmaņa ala‎) — Baltikyanı ölkələrin ən geniş və ən yüksək mağarası, Latviyanın Qauya Milli Parkında Qauya çayı hövzəsinə yaxın ərazidə yerləşir. Mağara son buzlaşma dövründən sonra ərimə sularının qayaların arasındakı qumları qazıması zamanı, 10000 il əvvəl meydana gəlməyə başlamışdır. Bu Latviyada ən qədim turistik məkandır. Mağaranın divarlarında 17-ci əsrə aid yazılar vardır. Bu mağara Turayda gülü haqqında əfsanənin başladığı yer olaraq bilinir. == Təsviri == Qutman mağarası Baltikdəki ən geniş və ən yüksək mağardır. Dərinliyi 18,8 metr, eni 12 metr və hündürlüyü 10 metrdir. Mağara Qauya çayının sahilindəki qumlu daşdan əmələ gəlmişdir; onun meydana gəlməsi çay və yeraltı mənbənin min illik qarşılıqlı əlaqəsi ilə əlaqələndirilir. Mağara Latviyanın ən qədim turistik məkanı sayılır, çünki ziyarətçilər hətta ən erkən zamanlardan mağaranın divarlarında adlarını, ziyarət tarixlərini qeyd etməklə "bəzək" qoyurdular.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Tubman Universiteti
Tubman Universiteti (ing. William V. S. Tubman University) — Liberiyanın Harper şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1978-ci ildə qoyulmuşdur.
Tuomas Pukkila
Tuomas Pukkila (10 may 1890 — 7 dekabr 1968) — Finlandiyalı keçmiş güləşçi. Tuomas Pukkila Finlandiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tuomas Pukkila birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında kişilər yüngül çəkidə, birinci mərhələdə İtaliyanın nümayəndəsi Alessandro Kovre ilə üz-üzə gəldi. Həmin görüşdə Tuomas Pukkila rəqibinə uduzdu.
Ürək tutması
Ürək Tutması, Ürək infarktı ya da kəskin myokard infarktı (Sıxlıqla MI (Myocardial infarction) vəya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin tac arterlərində meydana gələn problem sonrası (tez-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələ'sinin bağlı olduğu hissəsinin qidalanması və oksigen'siz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölümlə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səbəblərindən. == Səbəbləri == Ürək, insan'larda dincəlmə anında dəqiqədə 60–80 dəfə bütün bədəndə qan ötürən güclü bir nasosdur. Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin özünü qidalandıran damar'ların (tac arterlər) dolaşım problemlərində tac çatışmazlıq meydana gəlir. Tac çatışmazlıq vəziyyətləri tac damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəziləri angina səviyyəsində qalan zaman digərləri ürək tutmasına çevrilə bilər. Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ə ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. == Səbəbi == Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir. Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir. Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır.
Adi angvil
Adi ilanbalığı (lat. Anguilla anguilla) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin angvillər fəsiləsinin angvil cinsinə aid heyvan növü.
Adi apollon
Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur.
Adi appolon
Adi ardıc
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Adi armud
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. == Sinonimləri == === Homotipik sinonimləri === Frumentum hordeum E.H.L.Krause Hordeum polystichon var.
Adi arıyeyən
Adi arıyeyən (lat. Pernis apivorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü. == Təsviri == Adi arıyeyən qarğadan iridir. Havada boynu görünmür. Quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alınında və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır. == Yayılması == Avropada və Qərbi Asiyada nəsil verir, Afrikada qışlayır. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Adi atşabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
Adi ayıqulağı
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Uma Turman
Uma Karuna Turman (29 aprel 1970[…], Boston) — amerikalı aktrisa və keçmiş model. Ən çox rejissor Kventin Tarantinonun filmlərindəki rolları ilə tanınır. 1994-cü ildə rol aldığı "Kriminal qiraət" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib. O, Kvenintin "Kill Bill" və "Kill Bill 2" filmlərində baş rolda çəkilmişdir. Bu filmlərə görə yenidən "Qızıl Qlobus" mükafatına namizədlik əldə etmişdir. == Həyatı == Uma Karuna Turman 29 aprel 1970-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Robert Turman Hind-Tibet Buddist Tədqiqatları professoru və yazıçı olmuşdur. Atası üç il Buddist rahibi kimi yaşamışdır. Umanın anası Nena fon Şlebrügge dəb modeli idi. Anası Nena, Mexiko şəhərində alman zadəgan və isveçli model Birgit Holmquistin ailəsində dünyaya gəlmişdir.
Dunqan üsyanı
Şansi və Qansuda Dunqan üsyanı — 1862-1869-cu illərdə dunqanların üsyanı. Eyni zamanda Çinin cənub-qərbindəki Yunnan əyalətindəki müsəlmanlar da üsyana qalxdılar. Üsyanın yatırılması bir qrup Çin dunqanlarının Rusiya imperiyası ərazisinə (müasir Qırğızıstan və digər Mərkəzi Asiya respublikaları ərazisi) və cənubi-qərbi Monqolustana köçməsinə səbəb oldu. Bu üsyan 8-15 milyon arası insan ölümünə səbəb oldu. Dunqanların bu çıxışı tarixin ən qanlı hərbi qarşıdurmalarından biri sayılır. == Üsyandan əvvəlki tarix == Müsəlman çinlilər (dunqanlar) Tsin sülaləsinə qarşı dəfələrlə üsyana qalxmışdılar. Xüsusən, 1781 və 1783-cü illərdəki çıxışlar güclü olmuşdur. 1860-cı illərin əvvəllərində uğurlu üsyan daha mümkün görünməyə başladı. Çünki imperiya qüvvələri Taypin (1850-64) və eləcə də Çjan Losin tərəfindən qaldırılan Nyanjun üsyançılarına (1852-68) qarşı mübarizə aparırdı. Taypinlərin Şansiyə yaxınlaşdığını duyan yerli əhali və hökumət tərəfdarları rəsmi hakimiyyətin razılığı ilə könüllü dəstələr yaratmağa başlayır.