ATIB-TUTMAQ

f.
1. Bir şeyi əlləri ilə yuxarıya atmaq və yerə düşərkən tutmaq. Paltarlarımızı tamam çıxarıb adama bir fitə tutardıq və sonra on-on beş girvənkə gələn ağac milləri atıb-tutardıq, oynadardıq.
Günümüz elə zorxanada keçərdi. Çəmənzəminli.

// Sevgi və hörmət əlaməti olaraq, bir adamı əlləri üstündə yuxarı atmaq və tutmaq.
Vahid Nəzirəni qolları arasına alıb oynadır, top kimi atıb-tuturdu. Mir Cəlal.

// məc. Əzizləmək.
[Dilbər:] Alik deyir: – Siz mənim olsaydınız, gecə-gündüz sizi atıbtutar, bir kukla kimi oynadardım. C.Cabbarlı.

2. məc. dan. Ətraflı düşünmək, ölçüb-biçmək. Məsələni qabaqca atıb-tutmaq lazım idi.
ATƏVƏLİYİ
ATICI

Digər lüğətlərdə

бара́шки восьмерно́й вы́кривиться зави́стно карти́шки ква́кша мани́ловщина сшива́льный анималисти́ческий антимонопо́льный животи́на ну его к алла́ху! разгосударствля́ться сдува́ться хаоти́ческий легенда clean down courtroom drama interclavicular life cycle nebule oppression roam shinty temptress