Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Agar.io
Agar.io — veb skaner və mobil platformalar üzərindən oynanılan 2 ölçülü onlayn oyundur. Oyunun məqsədi ətrafda tapılan yemləri və digər oyunçuların hüceyrələrini yeməkdir. Oyunun Android və İOS versiyası mövcuddur. Oyunun sağ üst hissəsində ən yüksək 10 bal yığan oyunçular göstərilir və Facebook ilə əlaqələndirildiyində səviyyə qaldığı yerdən davam edir. Oyun Türkiyə, Cənubi və Şimali Amerika, Avropa, Rusiya, Şərqi Asiya, Çin və Okeaniya kimi istənilən bölgələrin serverində oynanıla bilər.
Agin rayonu
Ağin rayonu (1961–1995-ci illərdə Ani rayonu) — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi. == Tarixi == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsi idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.
Aleksandr Agin
Aleksandr Alekseyeviç Agin (rus. Алекса́ндр Алексе́евич А́гин; 1817[…] – 1875[…]) — Rusiya qrafika rəssamı. O, Rusiya realist illüstrasiyasının banilərindən biri olmuşdur. == Həyatı == Aleksandr Agin 1817-ci ildə Rusiya imperiyasında, Pskov quberniyasının Novorjev qəzasında anadan olmuşdur. O, 1834–1839-cu illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Agin burada Karl Bryullovdan dərs almışdır. O, Yevgeni Qrebenka, İvan Panayev, İvan Turgenev və başqalarının əsərlərinə illüstrasiya çəkmişdir. Onun 1846–1847-ci illərdə Nikolay Qoqolun "Ölü canlar" romanına çəkdiyi 104 illüstrasiya Aginin ən yaxşı işi hesab olunur. Agin senzura tərəfindən təqib olunduğundan 1853-cü ildə Kiyev şəhərinə köçmüşdür. Onun əsərlərində ictimai kəskinlik, prixoloji xarakteristika, plastika, kompozisiya bütövlüyü və s.
Amir-Kort
Amir-Kort (çeç. Iамир-Корт, Ӏаьмиран корта) — Dağıstanın Kazbekov rayonu ilə Çeçenistan Respublikasının Nojay-Yurtov rayonu sərhəddində yerləşən dağ zirvəsi. Dəniz səviyyəsindən hündürlüyü 1061 metr; Çeçen dilindən tərcüməsi Amir zirvəsi. == Haqqında == === Adı === Dağın adı mifik narta Amira ilə bağlıdır. Amira Çeçenistanın Prometeyidir. Amira Narta obrazı - Amirani - Gürcüstan mifologiyasına geniş şəkildə nüfuz etmişdir. === Tarixi === Amir-korta rayonunda monqol-tatar qoşunları ilə çeçenlər-auxovlular arasında gərgin döyüşlər baş vermişdir. Bu döyüşlərin gedişində sonuncunun köməyinə lak döyüş dəstələri gəlmişdir. Bu döyüşlərdə auxovlu rəhbər Yanbek həlak olmuşdur. Döyüşün nəticəsində monqol-tatar qoşunları böyük itkilər verərək döyüş meydanını tərk etmişdilər.
Amir Dadon
Amir Dadon (16 noyabr 1975, Beer-Şeva; ivr. ‏אמיר דדון‏‎) — İsrailli müğənni-mahnı müəllifi, bəstəkar, musiqiçi, aktyordur. Həmçinin "ACUM" mükafatı qazanıb.
Amir Eşel
Amir Eşel (ivr. ‏אמיר אשל‏‎; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur. == Həyatı == 1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997-1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir. Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır.
Amir Haddad
Lorent Amir Xlifa Xedider Haddad (ivr. ‏לורן עמיר חליפה חדידר חדד‏‎; 20 iyun 1984, Sarsel) və ya sadəcə Amir Haddad (ivr. ‏עמיר חדד‏‎) — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Haddad 20 iyun 1984-cü ildə Fransanın paytaxtı Paris şəhərində Tunis və Mərakeşdən olan Səfərad yəhudiləri ailəsində dünyaya göz açmışdır. O, bir neçə il Fransanın Sarsel şəhərində yaşamış və 1992-ci ildə səkkiz yaşında ikən İsrailin Herzliya şəhərinə köçmüşdür. O, uşaq yaşlarından musiqi ilə maraqlanmış və hətta sinaqoqlarda çıxış etmişdir.
Axir (islam)
Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri. Varlığının sonu olmayan, bütün varlıqların həyatı son tapsa da varlığı daimi olan, deməkdir. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir). Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var.
Aşir Atlı
Aşir Atlı (türk. Aşir Atlı) (1881, Kilis – 23 oktyabr 1957, Türkiyə) — Türk əsgəri və siyasətçisi. == Həyatı == 1864-cü ildə Böyük çərkəz sürgünü zamanı daha əvvəl Balkanlara, sonra isə Anadoluya köçən adıgeylər ailəsinə məxsus olan Mehmet bəyin oğlu idi. 1903-cü ildə hərbi məktəbi, 1906-cı ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Birinci Dünya müharibəsində İraq cəbhəsində müxtəlif komandirliklərdə rəhbərlik etmişdi. == Hərbi fəaliyyəti == 27 iyun 1918-ci ildə 2-ci tümən, 23 dekabr 1919-cu ildə 16-cı tümən və 1921-ci ilin avqustunda 16-cı bölmə komandirliyinə təyin edildi. 23-cü bölməyə komandirlik etdiri müddətdə İzmir Şərq Cəbhəsi Milli Qüvvələrinə komandirlik etdi. Bu cəbhədə birlikdə döyüşdüyü Kuva-yi Seyyarenin Marmara və Anadoludakı üsyanları yatırmağa göndərilməsi səbəbilə Kuva-yi Seyyarenin komandiri Çərkəz Ethəmin ilə onun arasında bəzi anlaşılmazlıqlar oldu. Yunanıstanın hücumundan və irəliləməsindən sonra və çərkəz mənşəli olduğundan Bursalıların yıxılmasından general-mayor Bəkir Sami bəy ilə birlikdə Bursanın yunanların əlinə keçməsində cavabdeh oldu. Lakin onun xidmətlərini bilən və təqdir edən Mustafa Kamal Paşanın məsələyə müdaxilə etməsi və Türkiyə Böyük Millət Məclisində onları müdafiə etməsi səbəbilə arxa cəbhədə Antalya Valiliği və Region Komandirliyinə təyin edildi.
IV Agis
IV Agis (q.yun. Ἄγις; e.ə. 265, Sparta – e.ə. 241, Sparta) — e.ə. 245–241-ci illərdə Sparta padşahı. Spartada islahatçı hökmdar olaraq tanınmışdır. Borcların ləğvi, torpağın azad əhali arasında bölüşdürülməsi və s. yollarla ölkədəki narazılığı zəiflətməyə, Spartanın keçmiş hərbi qüdrətini bərpa etməyə çalışmışdır. İri torpaq sahibləri onun islahatlarını ləğv etmişdir. IV Agis hakimiyyətdən salınaraq edam olunmuşdur.
Əl-Axir
Əl-Axir (ər. الآخر) — Allahın adlarından biri. Varlığının sonu olmayan, bütün varlıqların həyatı son tapsa da varlığı daimi olan, deməkdir. Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Allah Öz əzəli elmi və qüdrəti ilə hər şeyi görüb bildiyi halda, Özü görünməz, dərkolunmazdır. Allahın varlığı aşkar, mahiyyəti isə tamamilə gizlidir). Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğar və ölərlər, hər şeyin bir ömrü, müddəti var.
Əli Amir
Əli Amir (26 sentyabr 1937, Bağdad) — Məşhur İsrail yazıçısı Əli Amir 1937-ci ildə Bağdadda anadan olub. Əli Amir uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köç edib. O, Mişmar Haemek Kibutzunda tərbiyə alıb. Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. 1980-ci illərdə ədəbiyyat dünyasına atılan Əli Amir tezliklə böyük şöhrət qazanır, qələmə aldığı "Göyərçin uçuran", "Günah keçisi" və "Jasmin" romanları böyük səs-küy doğurur. "Günah keçisi" eyni zamanda bütöv bir nəslin avtobioqrafiyası hesab olunur. Təsadüfi deyil ki, bu roman bir çox mükafatlara layiq görülmüş, məktəb proqramlarına daxil edilmişdir. Əli Amir geniş ictimai fəaliyyəti olan bir yazıçıdır, öz həyatını İsrail dövlətində yəhudilərlə ərəblərin qarşılıqlı münasibətləri probleminə həsr edib. O, ölkəyə yeni köç edənlərin təlim və təhsili məsələlərini həll etməklə məşğul olmaqdadır. Yazıçının sonuncu romanı olan "Jasmin" bütün Yaxın Şərq ölkələrində ən çox satılan kitablar siyahısındadır.
Akir Suzuki
Akir Suzuki (yap. 鈴木 章; Rom: Suzuki Akira, 12 sentyabr 1930[…]) — Suzuki reaksiyasını kəşf edən yapon kimyaçı, 2010-cu ildə kimya üzrə Nobel mükafatı laureatı. Onun xidmətlərini nəzərə alaraq asteroidə (87312) Akirasuzuki adını vermişdirlər. == Həyatı == A.Suzuki 1930-cu il sentyabr ayının 12-də Yaponiyanın Hokkaydo şəhərindəki Mukava kəndində anadan olmuşdur. O, Hokkaydo Universitetində təhsil almış və 1954-cü ildə oranı bitirdikdən sonra aspiranturada qalmışdır. 1959-cu ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Elmi dərəcəsini aldıqdan sonra orada dosent vəzifəsində işləmişdir. 1963-1965-ci illərdə Perdyu Universitetində Herbert Braun ilə postdoktur vəzifəsində işləmiş, sonra isə Hokkaydo Universitetinə tam professor kimi qayıtmışdır. O, 1994-cü ildə Hokkaydo Universitetində təqaüdə çıxmış, lakin Okayama Elm Universitetində (1994-1995 illər) və Kuraşiki Elm və İncəsənət Universitetində (1995-2002-ci illər) tam professor kimi fəaliyyət göstərməyə davam etmişdir. O, Yaponiya Kimya Cəmiyyətinin vitse-prezidenti və direktoru olmuşdur.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəzdində xidmət göstərən Fransanın milli aviaşirkəti.
Air Liquide
Air Liquide — sənaye, sağlamlıq, ətraf mühit və tədqiqat qazları sahəsində ixtisaslaşmış beynəlxalq Fransız sənaye qrupudur. O, dünyanın səksən ölkəsində mövcuddur və 3,6 milyondan çox müştəri və xəstəyə xidmət göstərir. Air Liquide qrupu Paris birjasında, həmçinin CAC 40 indeksində, Euro Stoxx 50 və FTSE4Good-da siyahıya alınmışdır.
Air Serbia
Air Serbia — qərargahı Belqrad şəhərində yerləşən Serbiyaya məxsus dövlət şirkəti. Yuqoslaviya dağılana qədər Yuqoslavenski Аеrоtransport (JAT) adlanırdı və beynəlxalq əhəmiyyət daşıyırdı (Yugoslav Airlines). 26 oktyabr 2013-cü ildə Jat Airways adı Air Serbia olaraq dəyişdirilmişdir. == Tarixi == Avia şirkət 1927-ci ildə Аеrоput adı ilə yaradılır. 1947-ci ildə Yuqoslavenski Аеrоtransport adlandırılır. 1980-ci ildə Avropanın iri avia şirkətlərindən biri olmuşdur. Ancaq 1990-cı ildə BMT şirkətə iqtisafi sanksiya tətbiq edir. Nəticədə vəziyyət pisləşir. 2006-ci ildə Air India ilə saziş planlaşdırılır. Hədəf isə Belqradın hava limanının Air Indianın Şimali Amerikaya uçuşlar məqsədi ilə istifadə etmək istəyirdi.
Estonian Air
Estoniya Hava Yolları və ya Estonian Air — Estoniyanın milli hava yolu şirkətidir. Şirkətin mərkəzi ölkənin paytaxtı Tallindir. Estonian Air Skandinaviya Hava yolları Sisteminin bir parçasıdır. Bu avia şirkət Stokholm, Oslo və Kopenhagendən Estoniyaya uçuşlar da təşkil edir. Estonian Air ölkənin müstəqilliyini əldə etməsinin dərhal ardından 1 dekabr 1991-ci ildə quruldu. İlk uçuşunu Frankfurta 1991-ci ildə reallaşdırdı. 1992-ci ildə IATAnın üzvü oldu. İndiki vaxtda 22 uçuş nöqtəsində xidmət verməkdə olan şirkətin cəmi 6 təyyarəsi var.
IPad Air
iPad Air — "Apple"in 2013-cü il oktyabr ayında tanıtdığı yeni nəsil planşet. == Özəllikləri == Bu İPad-lərin ölçülərinə görə indiyə kimi tanıdılmış ən incə iPaddir. Belə ki, Tabletin qalınlığı 7.5 mm ağırlığı 453 qr-dır. Texniki cəhətdən bu IPad 64 bit arxitekturalı olan iPad A7 Prosessoruna, 5 Meqapiksel və 1080p HD video çəkmə bacarığına sahib İSight kameraya və Facetime ön kamerasına malikdir. Ümumiyyətlə əvvəlki İPad-lərlə müqayisədə 28% daha yüngül, 20% nazik və 24% daha səssizdir.
Rayani Air
"Rayani Air" — Malayziyanın İslami qaydalara əməl edən ilk aviaşirkəti. "Rayani Air" şirkəti 19 yanvar 2015-ci ildə yaradılmışdır. Həmin ilin dekabr ayının 20-də fəaliyyətə başlamışdır. Şirkət ilk səfərini paytaxt Kuala-Lumpurdan Lanqkavi adalarına həyata keçirmişdir. Şirkətin təyyarələrində qalxış və enişlərdən əvvəl dualar oxunur. Stüardessaların hicab örtməsi məcburidir. Sərnişinlərə təqdim olunan bütün məhsullar halaldır. Ətli yeməklər İslami qaydalara uyğun kəsilən heyvanların ətləri istifadə edilməklə hazırlanır. Donuz və spirtli içkilər uçuşlarda qətiyyən qadağadır.
Riçard Gir
Riçard Gir (31 avqust 1949[…], Filadelfiya, Pensilvaniya) — ABŞ kino aktyoru. Beş uşaqlı ailənin ikinci uşağı olaraq dünyaya gəldi.Əvvəllər musiqiçilik üzrə təhsil aldı.Daha sonra aktyorluğa yönləndi.Amerikanın öndə gedən aktyorlarındandır.İndiyə kimi 40 filmdə rol aldı.Buddizimə inanır.Ən yaxşı kişi aktyor kimi Qızıl Qlobus mükafatına layiq görülüb. Riçard Gir 31 avqust 1949-cu ildə ABŞ-nin Filadelfiya,Pensilvanya ştatında anadan olub.Onun atası Homer Corc Gir Sığorta Şirkətinin agenti idi.O 1967-ci ildə Şimali Sitrakuz orta məktəbini bitirdi.Lakin ali təhsil almadı.O musiqi və gimnastika məktəbinə getdi.O gimnastikada ixtisaslaşmaq üçün Massaçusest ştatının Amherst Universitedində daxil oldu,lakin qurtaranda ali təhsili olmadığı üçün diplom almadı. Riçard Gir 1971-ci ildə Keyp-Kolda Guildenstern və Rosencrantz teatrlarında peşəkarlıqla oynadı.Onun kinodakı ilk rolu 1970-ci illərin ortlarında cənab Goodbar(1971) trilleri idi.1973–1980-ci illərdə Gir kariyersanında yüksəlməyə başladı.O 1982-ci ildə 130 milyon $ qazandı. Gir dram gecələrində Diana Lane ilə əsas rollardan birini 2008-ci ildə çəkilmiş fildə rol aldı.London vaxtları filmi 2008-ci ilin ən pis filmlərindən biri oldu.Film yalnız 84 milyon dollar gəlir gətirə bilib. 2010-cu ilin dekbrında,Gir 34-cü Qahirə Beynəlxalq Film Festivalında özünün ömürlük nailiyyəti üçün şərəfə layiq görülüb.
Turan Air
Turan AİR - Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkət. "Turan air" aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin təsisçiləri «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İTİ Trading İnternational» amerikan şirkəti olub. 1997-ci ilin yanvar ayında «AZAL» DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət "Turan Air" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.
VietJet Air
VietJet Air — Vyetnam aviaşirkəti. qərargahında Hanoi var. Şirkəti 2007-ci ildə təsis edilib. Vyetnamda və başqa ölkələrdə bir çox hava limanlarına uçuşlar həyata keçirir. 2011-ci ildə fəaliyyət başlayıb. 2014-cü ildə 63 yeni təyyarə almaq üçün Airbus ilə müqavilə bağlayıb.
Wizz Air
Vizeyr (Wizz Air) Macarıstan Hava Yolları MMC (mac. Wizz Air Hungary Légiközlekedési Kft.) — Macarıstanın ucuzqiymətli hava yolları şirkətidir. Əsas qərargahı Budapeştdə List Ferenç Hava Limanında yerləşir. Hava yolları Avropa və Orta Şərqdə daha çox ikinci hava limanlarına üstünlük verir. Macarıstan hava yolları şirkətlərinin içində ən çox donanmaya sahib olan hava yollarıdır. Hava yolları 2003-cü ilin Sentyabrında qurulmuşdur. Amerikan şirkəti olan İndigo Partners bu şirkətin ilk sərmayədarı olmuşdur. İlk uçuş 19 May 2004-cü ildə Katovitsadan yerinə yetirilmişdir. İlk 3 ay yarım vaxt ərzində 250 000, ilin sonunda isə 1.4 milyon sərnişin daşımışdır. Hava yollarının hazırkı başçısı keçmiş Malev Hava Yollarının başçısı Yojef Varadidir.
MacBook Air
MacBook Air — 2008-ci ildən etibarən Apple tərəfindən istehsal edilən notbuk seriyasıdır. Bu seriyaya aid olan notbuklar nazik və yüngül alüminium korpusa sahibdir. 2022-ci ildən etibarən 13 düym (2023-cü ildə yenilənib) və ya 15 düym (2023-cü ildə) ölçülü ekran ilə təchiz olunmuşdur. MacBook Air daha böyük və daha yüksək performanslı MacBook Pro ilə müqayisədə daha ucuzdur. 2011-ci ildə "orijinal MacBook seriyası" dövrünün başa çatması ilə MacBook Air Apple-ın ən münasib qiymətli notbuk modeli halına gəlib. MacBook Air 2008-ci ilin yanvarında təqdim olundu. O, 13,3 düym ekranı və tam ölçülü klaviaturası ilə premium ultraportativ kimi tanıdıldı. İncə dizaynı ilə diqqət çəkən bu notbuk o vaxtın ən incə notbuku kimi təqdim olundu və yeni ultrabuk kateqoriyasını yaratdı. Optik disk sürücüsü olmaması və o zamanlar ümumiyyətlə notbuklar üçün xarakteristik olan portların sayının az olması ilə diqqət çəkirdi. 2010-cu ildə MacBook Air konusvari korpusla yenidən dizayn edildi və Apple daha kiçik 11,6 düym versiyasını təqdim etdi.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. == Tarix == Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır mayelər
Ağır maye — yüksək sıxlığa və nisbətən aşağı özlülüyə malik məhlul və ya maye kimyəvi maddə. Kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün istifadə edilir. Ən çox istifadə edilənləri Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və başqalarıdır. Otaq temperaturunda ən ağır maye civədir. Lakin temperaturdan asılı olmayaraq ən ağır maye ərimə nöqtəsində ikən (3033°C/5491.4°F) Osmiumdur (nadir metal). Osmium sıxlığı 22,59 g·sm-3 olmaqla, civədən 1,65 dəfə ağırdır.
Ağır metallar
Ağır metallar - xüsusi çəkisi 4,5 q/sm3-dən artıq olan kimyəvi elementlər. 40-dan artıq - qurğuşun, kadmium, civə, sink, molibden, manqan, nikel, , kobalt, mis, vanadium, qalay və başqaları. == Ümumi məlumat == Ağır metalların tərkibində insan həyat üçün vacib olan metallar (sink, dəmir, manqan, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib ağır metalların konsentrasiya artıq olduqda onlar insan üçün təhlükəli olurlar. İnsan sağlamlığına təhlükəliyə görə ağır metallar 3 qrupa bölünür: I sinif - arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink II sinif - kobalt, xrom, mis, molibden, nikel, stibium. III sinif - vanadium, barium, volfram, manqan, stronsium Ağır metallar ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Ağır minerallar
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır pulemyot
Ağır pulemyot və ya iriçaplı pulemyot – orta böyüklükdə olan pulemyotlardan bu pulemyotlar bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Ağır pulemyotları iki əsas sinifə bölmək mümkündür: Birincisi, Birinci dünya müharibəsi zamanı istifadə edilmiş və çəkiləri olduqca çox olduğu üçün ağır pulemyotlar olaraq adlandırılmış silahlardır. İkincisi isə, standartlardan kənar olan texnikalara, binalara, təyyarələrə və yüngül zirehli avtomobillərə quraşdırılan, uzun mənzilli və çox böyük dağıdıcı gücə sahib olan şəkildə konstruksiya edilən iriçaplı pulemyotlardır.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. == Tətbiqi == Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Ağır tank
Ağır tankın ümumiyyətlə yüngül siniflərdən daha qalın bir zirehi və daha böyük bir silahı var, lakin daha az hərəkətli və çevik olmayan; daha yüksək istehsal və istifadə xərcləri olan bir tank sinifidir. Sinifin mənşəyi Birinci Dünya Müharibəsi və ilk tanklara əsaslanır; piyada ilə yaxından işləmək və həm artilleriya, həm də ilk tank əleyhinə silahlara qarşı durmaq üçün hazırlanan ilk tanklar neytral zonada yaşamaq üçün kifayət qədər zirehə sahib idi. Yüngül tanklar təqdim edildikdə daha böyük dizaynlar ağır tanklar kimi tanınmağa başladı. Oxşar bir "hücum" rolu İkinci Dünya Müharibəsində də istifadə edilmişdir. Tankların başqa tanklar ilə mübarizə aparması adi hala gəldikdən sonra, ağır tanklar çox güclü tank əleyhinə silahlarla, əsas etibarilə toplarla təchiz olunmağa başlanıldılar. İkinci Dünya Müharibəsinin sonunda həm ağır istehkamlara, həm də digər tanklara qarşı ağır tanklar istifadə edilmişdir. Hücumlaraa rəhbərlik etmək üçün istifadə edildiklərində "hücum tankları" kimi də tanınırdılar. Onlar ümumiyyətlə xüsusi ağır tank bölmələrində təşkil olunurdular. Əsas döyüş tankı sinifinin ortaya çıxmasından sonra bir neçə yeni model istisna olmaqla ağır tank istehsalı başa çatdı. 1960-cı illərdə artıq ağır tankların dövrü başa çatmışdı.
Ağır romantik
Ağır Romantik ssenaristi və rejissoru Deniz Denizciler tərəfindən 2020-ci ildə çəkilmiş Türk kinosu komediya Romantik film. Əsas rollarda Tuvana Türkay, Onur Tuna, Sermiyan Midyat və Altan Erkekli çəkilmişlər. 14 fevral-Sevgililər Günündə Türkiyənin bütün şəhərlərində, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-i İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. == Filmin Mövzusu == Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Adır
Adır — Fərqanə vadisini əhatə edən təpəli-uvallı dağətəyi sahələr. Nisbi hündürlüyü 100–400 metrdir. Dik yamaclı və çoxşaxəli yarğanlarla kəsilmişdir. Efemer bitkili yarımsəhra və səhra landşaftı var. == İstinadlar == == Əlavə ədəbiyyat == Adır // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Aqar
Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır. Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər. Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır.
Aqil
Aqil — kişi adı. Aqil Məcidov — Aqil Məlikov — Aqil Məmmədov Aqil Məmmədov (hərbçi) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Aqil Məmmədov (siyasətçi) — deputat, sabiq icra başçısı. Aqil Məmmədov (futbolçu, 1972) — Azərbaycan futbolçusu. Aqil Məmmədov (futbolçu, 1989) — Azərbaycan futbolçusu. Aqil Abbas — Aqil Musayev — Aqil Həsənov — Aqil Salyayev — Aqil Mirzəliyev — Aqil Quliyev Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Ayğır
Ayğır — yetkin erkək at. Cinsi yetişkənliyinə bir il-ilyarımlıqda çatır, lakin döllük məqsədilə 3 yaşından istifadə olunur. Bir mövsüm ərzində hər ayğıra əl üsulu ilə cütləşdirmədə 35–40, ilxıda cütləşdirmədə 20–25, süni mayalandırmada 500-dək madyan ayrıla bilər. Cavan ayğıra cütləşmək üçün birinci il normanın yarısı qədər, ikinci ildən isə tam norma ilə madyan ayrılır. Yaxşı yemlənən və düzgün istifadə olunan ayğırı 16–18 il cütləşdirmək olar. Döl götürmək üçün, adətən, cins ayğırlardan istifadə edilir. Damazlığa yaramayan ayğır 2–3 illikdə axtalanıb işlək at kimi istifadə olunur.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Ağrı
Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Ağır mineral assosiasiyaları
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır çəki (boks)
Bu çəki əsasən üç yerə bölünür: Yarım ağır çəki (81 kq-91 kq) Ağır çəki (91 kq) Super ağır çəki (+ 91 kq) Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edərlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyər. Həm həvəskar, həm də peşəkar boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edərlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar.
Ağır Şkaf (1971)
Ağır şkaf qısametrajlı bədii filmi rejissor Cəmil Fərəcov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolu Elçin Məmmədov ifa edir. Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir. == Məzmun == Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. == Film haqqında == Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir.
Gecikən Ağır Bombardman
Gecikən Ağır Bombardman və ya Ay fəlakəti — Yer kürəsindəki Katarxey və Eoarxey dövrlərinə uyğun bir zamanda, təxminən 4,1 -3,8 milyard il əvvəl baş verdiyi düşünülmüş bir hadisədir. Fərziyyəyə görə bu dövr ərzində çox sayda asteroid, Günəş sistemindəki Merkuri, Venera, Yer və Mars da daxil olmaqla erkən daxili planetlərlə toqquşmuşdur. 2018-ci ildən bəri, bu fərziyyənin mövcudluğu şübhə altındadır. Bu hadisə üçün dəlillər Apollon astronavtlarının gətirdiyi Ay nümunələrindən qaynaqlanır. Ay süxurlarının izotopik tanışlığı, xarici qüvvə təsirlərinin böyük bir qisminin zamanın dar bir intervalında meydana gəldiyini göstərir. Bir neçə fərziyyə Günəş sistemindəki cisimlərin (asteroidlər və kometlər) axınındakı aydın görünən eyni zaman dilimini izah etməyə çalışır, lakin hələlik konsensus mövcud deyil. Planetləri araşdıran alimlər arasında məşhur olan, "Yaxşı model" (ing. Nice model) adlandırılan model, nəhəng planetlərin orbital miqrasiyaya uğradığını və bu zaman asteroid və ya Koyper qurşağındakı sərbəst cisimlərin yer planetlərinin orbitinə daxil olduğunu söyləyir. Digər tədqiqatçılar isə aydan tapılan nümunələrin 3.9 milyard il yaxınlığında dağıdıcı bir toqquşma hadisəsi tələb etmədiyini, bu tarixə aid tapılmış dəlillərin hamısının eyni bir toqquşma nöqtəsindən götürülmüş nümunələr olduğunu bildirirlər. Həm də qeyd edirlər ki, toqquşmanın sürəti Günəş sisteminin xarici və daxili zonaları arasında əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Super ağır tank
Super ağır tank müasir nəqliyyat vasitələrinə görə olduqca böyük olan, eyni zamanda ölçü və ya çəki baxımından ağır tank standartlarından kənarda olan istənilən tankdır. Döyüşdə məhv olmaq qorxusu olmadan düşmənin hərbi birləşmələrinə və hərbi obyektlərinə nüfuz etmək üçün sarsılmaz alət yaratmaq üçün bir neçə dəfə bu cür proqramlara start verilmişdir; Bununla belə, indiyə qədər yalnız bir neçə nümunəsi hazırlanmışdır və hər hansı bir döyüşdə istifadə edilmiş olan super ağır tanklara dair çox az dəlillər mövcuddur. Bu cür tank nümunələrinin bir qismi Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi dövrlərində, bir neçəsi isə Soyuq Müharibə dövründə hazırlanmışdır. İlk super ağır tank layihəsi adıçəkilən layihə üzərində 1911-1915-ci illərdə işləyən rus dəniz mühəndisi Vasili Mendeleyev tərəfindən hazırlanmışdır. Tankın demək olar ki, öz dövrünün bütün müasir təhlükələrinə qarşı tab gətirməsi nəzərdə tutulurdu, lakin istehsal xərclərinin yüksək olmasına görə layihə kağız üzərində qalmışdır. İlk tanklarının istehsalından sonra İngilislərin "Uçan Fil" layihəsi üzrə hazırlanmış olan tank, artilleriya atəşinə davamlı bir tank kimi dizayn edilmişdir. Layihə üzərində iş dayandırılmışdır, çünki hərəkətlilik tankın zirehinin müdafiə qabiliyyətindən daha vacib idi və artıq hazırlanmış tanklar bu cəhətdən daha müvəffəqiyyətli idilər. Almanların K-Wagen (Großkampfwagen) layihəsi əsasında hazırlanacaq olan tank 4 silah daşıyan və 27 nəfərlik ekipaja ehtiyacı olan çox ağır bir dizayn idi. Müharibə bitəndə ikisi də tikilmə mərhələsində idilər və hər ikisi də məhv edilmişdirlər. 1920-ci illərin əvvəllərində fransızlar 70 tonluq Char 2C tankını istehsal etmişdirlər.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda dünyasını dəyişmiş adamın cəsədinin yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazır: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Qir
Qir- İranın Fars ostanının şəhərlərindən və Qir və Karzin şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,839 nəfər və 3,722 ailədən ibarət idi.
Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir. Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur. Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.