Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • allahverən

    allahverən

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • ALLAHVERƏN

    Allah verdi, Tanrı bəxş etdi

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ALLAHVERƏN

    сущ. 1. божий дар 2. что Бог дал

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ALLAHVERDİ

    Allah verdi, Tanrı bəxş etdi

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • DANİYAL

    Danil kimi də işlədilir. Qədim yəhudi dilində “Allahverən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • KİFT

    ...köhn. Sifilis. Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kift azarına mübtəla olubmuş. N.Nərimanov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DAM-DAŞ

    ...müsəlman dam-daş tikdirib bir balaca kənd salıblar. C.Məmmədquluzadə. Allahverən dayı cəngəl bürümüş damdaşını göstərdi. S.Rəhimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CƏNGƏL

    ...tez qalxıb, …məlum işdir, cəngəldə ot tez bitər. N.Vəzirov. Allahverən dayı cəngəl bürümüş dam-daşını göstərdi. S.Rəhimov.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞAQQARRAMAX

    I (Hamamlı) bərk döymək. – Allahverdi Vəlini o kun var şaqqarradı II (Kürdəmir) qırmaq, sındırmaq, qoparmaq. – Ağajdarı şaqqarrayıb tökdülər yerə

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • ŞAHVERDİ

    “Şahın verdiyi” (şahın hədiyyəsi) deməkdir. Allahverdi sözünün qəlibi üzrə yaranıb. Burada şah dedikdə, İmam Əli nəzərdə tutulur. (Bəşir Əhmədov. Etim

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • MƏĞŞUŞLUQ

    is. Qarma-qarışıqlıq, şuluqluq, hərc-mərclik, iğtişaş. [Allahverdi:] Aram, deyirlər, Bakıda məğşuşluq var? C.Cabbarlı. [Musa:] [Şeyx Feyzullah] … gedi

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • TÖYCÜ

    ...(vergini və ya ümumi borcu ödəmək üçün camaatdan yığılan pul və s.). [Allahverdi:] …Bildirki töycünün altından çıxa bilmirdik, indi də dinməver gəlib

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÜZÜDÖNÜK

    ...onlara arxa çevirmiş, xain çıxmış. Üzüdönük övlad. – [Kərbəlayı Allahverdi:] A kişi, bu camaat necə üzüdönük olarmış?! Ə.Haqverdiyev.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • USTA

    ...Ramazan öz işinin ustasıdır. USTA II zərf [ ər. ] Cəld; ağıllı. Allahverdi Qəhrəman oğlu dəmirçi Tomasdan təvəqqə etdi ki, usta tərpənsin (S.Rəhimov

    Tam oxu »
    Azərbaycan dilinin omonimlər lüğəti
  • MİRAB

    ...şəxs. [İskəndərzadə:] Mən mirabı çağırtdırmışam. Ə.Haqverdiyev. [Allahverdi:] Kətxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver, miraba ver… C.Cabbarlı.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • OTELLO

    ərəbcə “Ətaulla” (Allahverdi) mavr adının ingilis dilində assimilyasiya edilmiş variantı. Adı t. “od elli, od elindən çıxan; elin odu,

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • KƏNDXUDA

    ...məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. N.Nərimanov. [Allahverdi:] Naçalnikə ver, pristava ver, uryadnikə ver, kəndxudaya ver, yüzbaşıya ve

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÖVLAD

    ÖVLAD (oğul, qız vəs.) Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək, 30 il onunla gün keçirib övladı olmadı (N.Nərimanov); FƏRZƏND Dünyanı s

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • ƏFSƏR

    is. [alm. “offizier”dən] Zabit. [Allahverdi:] Əynində əfsər paltarı, düymələri qızıl kimi par-par parıldayır. C.Cabbarlı. Gözəl-gözəl xanımlar əfsərlə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏVVƏLCƏ

    ...Əzəl bunu, sonra da o birisini min... (“Koroğlu”); İBTİDA Məşədi Allahverdi ibtida bir arvad aldı, gözəl, göyçək... (N.Nərimanov); QABAQCA [Kəblə Rəc

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • SƏLBƏ

    ...tolazlamısan səlbəni, gedib dəyib Haykanuşun danasının gözünə, o da gəlmişdi Allahverdi kişinin üstünə davaya. C.Cabbarlı. 2. Səlbə kimi tullanılan,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İNDİYƏCƏN

    ...indiyədək tamam başından keçəni göz qabağına gətirib, indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülərdi. N.Nərimanov. İndiyəcən göydən gurultu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İNDİYƏDƏK

    ...indiyədək tamam başından keçəni göz qabağına gətirib, indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülərdi. N.Nərimanov. İndiyəcən göydən gurultu

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SURSAT

    ...tuluqları, asma manqal, cürbəcür sursat yüklənmişdi. Çəmənzəminli. [Allahverdi İmamverdiyə:] Dayan, mənim heybəmdə sursat var. C.Cabbarlı. 2. Güllə,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • NAQQALLIQ

    ...naqqallıq elədim, gedim görüm, qatırlarım necə oldu. N.Vəzirov. [Allahverdi İmamverdiyə:] Naqqallıq eləmə, yeri görüm! C.Cabbarlı. [Səfər bəy:] Bu gü

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • LƏTİFƏ

    I LƏTİFƏ (folk.) (gülməli, qəribə söz və ya kiçik həcmli hekayə) Allahverənli Kalba Şirin kimi adamların söyləmiş olduqları lətifələr yalnız Şuşada de

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • İKİTİRƏLİK

    ...arasında ikitirəlik salmaq qorxusu da vardır. M.S.Ordubadi. [Allahverdi:] İkitirəlik salıblar, nə o yandan bu yana bir adam keçə bilir, nə bu yandan

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏLİBOŞ

    ...Əliboş evə gedə bilmərəm. Xəstənin yanına əliboş getmək yaxşı deyil. – Allahverdi Nəbinin yanına əliboş getmir. “Qaçaq Nəbi”. Züleyxanın əliboş olduğ

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • GÖZƏL

    1. GÖZƏL, GÖYÇƏK (sifət cizgiləri, bədən tənasülü, qüsursuz) Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək (N.Nərimanov); DİLBƏR (kl.əd., şai

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • ZAT

    ...üzünü, bütün varlığını tanımaq (adətən mənfi, istehzalı məna ilə). [Allahverdi:] Zurnaçı Muğanı? Onun zatını tanıyıram. C.Cabbarlı. Həddi-zatında – ə

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DOLANMAQ₁

    ...kimi gözlərində dolanırdı. M.İbrahimov. 6. Tədavüldə olmaq. [Məşədi Allahverənin] hələ bir az bankda, bir az da əllərdə prosent ilə pulları dolanır i

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Allahverən Cəbrayılov
Allahverən Cəbrayılov (tam adı: Allahverən Cəbrayıl oğlu Cəbrayılov; 15 may 1940, Horadiz, Qaryagin rayonu – 8 iyun 2020, Bakı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fizika-riyaziyyat elmləri dоktоru, prоfessоr Cəbrayılоv Allahverən Cəbrayıl оğlu 15 may 1940-cı ildə Füzuli rayоnunun Hоradiz kəndində anadan оlmuşdur. === Elmi fəaliyyəti === О, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) meхanika-riyaziyyat fakültəsini bitirmişdir. 1962–1965-ci illərdə SSRI Elmlər Akademiyasının V.A.Steklоv adına Riyaziyyat İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin aspirantı оlmuş, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. A.Cəbrayılоv 1965–1969-cu illərdə Mоskva Fizika-Teхnika İnstitutunun Ali riyaziyyat kafedrasında assistent vəzifəsində çalışmış, 1969–1970-ci illərdə isə Bakıda Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Meхanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. Fizika-riyaziyyat elmləri doktoru Alik Nəcəfov onun elmi rəhbərliyi altında tədqiqat aparmışdır. === Əmək fəaliyyəti === A.C.Cəbrayılоv 1971–1974-cü illərdə Mоskvanın Energetika İnstitutunun Ali riyaziyyat kafedrasının dоsenti vəzifəsində işləmiş, 1972-ci ildə dоktоrluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri dоktоru elmi dərəcəsini almışdır. О, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksiоnal analiz kafedrasının prоfessоru seçilmişdir. Allahverən Cəbrayılоv 1975-ci ildən indiyədək Azərbaycan Memarlıq və Inşaat Universitetinin Ali riyaziyyat kafedrasına rəhbərlik etməklə yanaşı, institutun və fakültənin elmi şuralarının və Təhsil Nazirliyinin riyaziyyat üzrə metоd şurasının üzvüdür. Prоfessоr A.C.Cəbrayılоvun 75-dən çох elmi əsəri fəzalar nəzəriyyəsinin tədqiqinə və оnun хüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində tətbiqlərinə həsr edilmişdir.
Allahverən Babayev
Allahverən Hacı oğlu Babayev (Monidigah) — aktyor, Azərbaycan teatr xadimləri ittifaqının üzvü. == Həyatı == Allahverən Babayev 1961-ci il yanvar ayının 20-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1978-ci ildə Monidigah kənd orta məktəbini bitirmişdir. 1980–1982-ci illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1982–1983-cü illərdə Biləsuvar rayonunun Əskərabad kənd kitabxanasının müdiri vəzifəsində işləmişdir. 1983–1987-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxumuşdur. 1987-ci ildə universiteti bitirib, təyinatla Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olunmuşdur. Həmin vaxtdan indiyə qədər bu sənət ocağının səhnəsində 100-ə qədər müxtəlif xarakterli rol oynamışdır. 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 qızı, 1 oğlu var.
Allahverənli
Allahverənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Həmşirə çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Kəndin əsasını XIX əsrin birinci yarısında allahverənli nəslinə mənsub ailələr qoymuşlar. Emooykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 373 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məhəmməd Allahverənov
Məhəmməd Zöhrab oğlu Allahverənov (8 avqust 1995; Çəmənli, Bərdə, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmməd Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. == Hərbi xidmətləri == Məhəmməd Allahverənov 2020-ci il iyul ayinda MAHHXHQ kimi N saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 7 oktyabr tarixində Suqovuşan istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Telman Allahverənov
Telman Fazil oğlu Allahverənov (7 iyul 1995; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub.2003-cü ildə Mingəçevir şəhər 1 Nömrəli tam orta məktəbə gedib və 2014-cü ildə bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allahverdi
Alaverdi — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1938–ci ildə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Akner kəndi ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yure) daimi əhalisi 13.343 nəfərdir.
Allahverdi (ad)
Allahverdi — ad.
Allahverdi Allahverdiyev
Allahverdi Allahverdiyev (əsgər) — Vətən müharibəsi şəhidi.
Allahverdi Babayev
Allahverdi Ələt oğlu Babayev (24 mart 1989, Mingəçevir – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Babayev 1989-cu il martın 24-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Allahverdi Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahverdi Babayev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanlnda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Allahverdi Baxışlı
Allahverdi Əbülfəz oğlu Baxışlı (18 fevral 1991, Hacıqabul rayonu – 27 sentyabr 2014, Beyləqan rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Allahverdi Baxışlı 1991-ci il fevralın 18-i Hacıqabul rayonunda anadan olub. 2014-cü il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş postunda leytenant Allahverdi Baxışlı şəhid olmuşdur. Baxışlılar ailəsi iki şəhid verib. Allahverdinin atası Əbülfəz Baxışlı 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Hacıqabul rayonunda evinin yerləşdiyi küçə hazırda Əbülfəz Baxışovun adını daşıyır.
Allahverdi Bağırov
Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam – 12 iyun 1992, Aranzəmin) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi. 1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. == Həyatı == === Erkən illəri === Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb, onun adını Allahverdi qoymuşdular. Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır.O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı. === Futbol karyerası === Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.
Allahverdi Cəfərov
Allahverdi Məmməd oğlu Cəfərov (30 iyun 1930 – 2004) — texnika elmlər doktoru, professor. == Həyatı == Allahverdi Məmməd oğlu Cəfərov 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbin birinci sinfinə getmişdir. 1943-cü ildə atası cəbhəyə çağırıldığından 13 yaşlı Allahverdi orta təhsilini yarımçıq qoyub, at-araba artelində arabaçı işləməyə başlamışdır. 1945-ci ildə atası cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirmiş və 1949-cu ildə orta məktəbi bitirərək kamal attestatı almişdır. Allahverdi Cəfərov 1949-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun (indiki ADNSU) neft-mexanika fakultəsinə daxil olmuş və 1954-cü ildə Neft və qazın nəqliyyatı və saxlanması ixtisası üzrə tam kursu bitirərək mühəndis-mexanik kvalifikasiyasını almışdır. 1954-cü ildə institutu bitirdikdən sonra qaynaqçı mühəndis kimi ixtisasartırma kursu keçmiş və ASİ-nin Metallar texnologiyası kafedrasında assistent vəzifəsində saxlanılmışdır. A.Cəfərov hələ gənclik illərində elmi tədqiqatlara böyuk həvəs göstərmişdir. Ilk elmi axtarışları tələbəlik illərinə təsadüf edir. Bu tədqiqatın nəticələri haqqında 1955-ci ildə İrəvan Politexnik İnstitutunda Zaqafqaziya Ali məktəblərinin elmi konfransında məruzə etmişdir.
Allahverdi Dolxanov
Allahverdi Dolxanov — Qarabağ üzrə seçki komisiyasının sədri, Kənd təsərrüfatı elmləri namizədi, BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti. == Həyatı == 1950-ci il dekabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində Repressiya ailəsində anadan olub. 1957-1967-ci illərdə Novruzlu kənd orta məktəbini bitirib. 1975-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 2002-ci ildən BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında müəllim, dosent vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var. == Təhsili və elmi adları == 1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlarİnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb 1991, Moskva şəhəri Ümumittifaq Meşə mexanizasiya və Meşə təsərrüfatı inistitutunda , Azərbaycanın suvarılan şəraitində tez böyüyən texniki əhəmiyyətə malik söyüd növlərindən ibarət plantasiyaların salınması aqrotexnikasının öyrənilməsi (genetika və seleksi və şəhərlərin yaşıllaşdırılması) indeksində müdafiə edib alimlik dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 1970-1977, Xankəndi şəhərində Suvarma Sistemləri İdarəsində mühəndis, Şuşa şəhərində müəllim,1977-1992, Bərdə şəhərində Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqro Meşə Meliorasiya İnstitutunda baş elmi işçi, şöbə müdiri, Azərbaycan Elmi-Tədqiqat Meşə Təcrübə Stansiyasının direktoru, Dövlət Təbiəti Mühafizə Komitəsinin meşələrin mühafizəsi və qorunması üzrə böyük mühəndis, rəis əvəzi. 2005, Xankəndi seçki dairəsi dairə seçki kolmissiyasının sədri, 1993, BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında çalışır. Aqroekologiya, Regionların tarazlı inkişafı, Ekologiyanın qlobal problemləri, Qoruq və yasaqlıqlar, Meşə ekosistemlərinin bərpası metodları, Təbiətdən istifadənin hüquqi əsasları 81 elmi əsər 1984 ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının qərarı ilə ətraf mühitin mühafizəsində fəallığına görə medalla təltif edilmişdir 1990, öüzünümüdafiə batalyonunun yaradılmasında Ağdərə və Ağdam istiqamətlərində döyüşlərdə iştirak etmişdir 1993-cü ildən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.
Allahverdi Məmmədli
Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor == Həyatı və təhsili == 26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. === Elmi fəaliyyəti === 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Allahverdi Novruzov
Allahverdi Bəhram oğlu Novruzov — 17 may 1994-cü il; Salyan rayonunda anadan olub, Azərbaycan – 29 sentyabr 2020-ci il; Füzuli, Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Belə şərəfli ömür sahiblərindən biri də əsgər Allahverdi Bəhram oğlu Novruzovdur. Allahverdi Novruzov 17 may 1994-cü ildə Salyan şəhərində anadan olub. Atası Bəhram kişi ustadır, anası Məlahət xanım evdar qadın. Ailədə bir bacı, bir qardaşdırlar. Sadə və zəhmətkeş bir ailədirlər. Memorial == Hərbi xidməti == Allahverdi ibtidai təhsilini "Plastik" yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Dənizçilik Akademiyasına qəbul olunub. O, 2017–2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib.
Allahverdi Orucov
Allahverdi Orucov (20 avqust 1944, Aşağı Yağlıvənd, Qaryagin rayonu) — Azərbaycan Texniki Universitetinin "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professoru, Azərbaycan Texniki Universitetində keçmiş I prorektoru. == Həyat və fəaliyyəti == 20 avqust 1944-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. 1961-ci ildə orta məktəbi bitirərək Bakı Neft Texnikumuna daxil olub. 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Azərbaycan Politexnik Institutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunub. 1969-cu ildə təhsilini başa vuraraq 1971-ci ilə qədər Mingəçevirdəki "Azərkabel" zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. 1971-ci ilin oktyabrında Azərbaycan Politexnik Institutuna müəllim kimi işə dəvət olunub və "Ümumi elektrotexnika" kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 1972-ci ilin yanvarında Moskva Energetika Institutunun əyani aspiranturasına qəbul edilib. 1975-ci ildə aspiranturanı uğurla bitirərək və elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra yenidən Azərbaycan Politexnik Institutuna qayıdıb.
Allahverdi Tağıyev
Allahverdi Əkbər oğlu Tağıyev (24 may 1992; İmişli, Azərbaycan — 27 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Tağıyev 24 may 1992-ci ildə İmişli şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Allahverdi Tağıyev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra eyni hərbi birləşmədə müddətdən artıq xidmət etməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Tağıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Tağıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Allahverdi Verdizadə
Allahverdi Əmənullah oğlu Verdizadə (1914-1973)– Kimya elmləri doktoru, professor. == Həyatı == Allahverdi Əmənullah oğlu Verdizadə 1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmiş, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya şöbəsini qurtarmışdır. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941-42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1973-cü ildə vəfat etmişdir.
Allahverdi Xəlilov
Allahverdi Sabir oğlu Xəlilov — “Azərbaycan Bayrağı” ordeni və “Hərbi xidmətə görə” medalı laureatı. == Həyatı == Allahverdi Xəlilov 1974-cü il iyulun 30-da indiki Ermənistanın Noyemberyan rayonundakı Ayrım qəsəbəsində anadan olmuşdur. 1991-ci ildə 263 saylı orta məktəbi bitirən Allahverdi Dəmiryolu texnikumuna qəbul olundu. 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda hərbi xidmətə çağırıldı. O, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax bölgələrində gedən döyüşlərdə iştirak etmiş, düşmənə arxa çevirməyətək vətənimizin hər qarış torpağı uğrunda cəsarətlə vuruşmuşdur. Tərtər cəbhədinfə gedən qanlı döyüşlərdə iştirak etmiş və qorxmazlığı ilə fərqlənmişdi.18-22 aprel 1994-cü ildə gedən qanlı döyüşlərdə dəfələrlə ölümlə üz-üzə gəlməyinə baxmayaraq, özünü itirməmıiş, neçə düşməni məhv etmiş, ermənilərin hücumunun dəf edilməsində şücaət və qəhrəmanlıq göstərmişdi. Onun xidmət etdiyi manqa düşmənin PDM-2-ni sıradan çıxartmışdı. Əks hücum zərbələrinə tab gətirməyən düşmən geri çəkilmiş və komandamız çoxlu hərbi sursat ələ keçirmişdi.1994-cü ilin aprelin 24-də ermənilər böyük qüvvə ilə növbəti hücuma keçmişdilər. Allahverdi son damla qanına kimi düşmənlə vuruşacağına and içmişdi. Bu qanlı döyüşdə Allahverdi Xəlilov xüsusilə fərqlənmiş, öz mövqeyini tərk etməmiş, qəhrəmancasına həlak olmuşdur.Allahverdi Xəlilov döyüş yoldaşları arasında böyük hörmət və rəğbət qazanmışdı.
Allahverdi Yolçuyev
Yolçuyev Allahverdi Bayram oğlu — Azərbaycan aktyoru == Həyatı == Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib. 1979-cu ildə M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq atisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova. 1978–1979-cu ildə Leninqrad da keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət inistitunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filimlər, cizgi filimlərini səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır.
Allahverdi kilsəsi
Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi. == Haqqında == Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir. Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir. Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.
Allahverdi kəndi
Allahverdi kəndi (Çaypara)
Allahverdi rayonu
Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur. == Tarixi == Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir.
Allahverdi xan
Allahverdi xan (gürcü)
Allahverdi Əkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Allahverdi Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.
Allahverdu Ələkbərov
Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir.