NAQQALLIQ

is. Boş-boş danışma; boşboğazlıq, çərənçilik.
[Nəcəf:] Sən naqqallıqdan nə vaxt əl çəkəcəksən? Bu iş sənə baha oturar. Q.İlkin

□ Naqqallıq etmək (eləmək) – boş-boş danışmaq, çox danışmaq, boşboğazlıq etmək, çərənləmək.
[Qıdı Kirvə:] …Bağışlayasız, çox naqqallıq elədim, gedim görüm, qatırlarım necə oldu. N.Vəzirov.
[Allahverdi İmamverdiyə:] Naqqallıq eləmə, yeri görüm! C.Cabbarlı.
[Səfər bəy:] Bu gün Mirzə Turabın başı bir dəfə dolmuşdur, naqqallıq eləyir. B.Talıblı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NAQQALLIQ NAQQALLIQ (yersiz danışıq, uzun danışıq); BOŞBOĞAZLIQ [Dilarə:] Sənin bir əbləh prinsiplərin, bütün sənin bu boşboğazlığın – nə bilim düzgünlük burada
  • NAQQALLIQ boşboğazlıq — çərənçilik — ağzıboşluq
NAQQALLAŞMAQ
NAQQAŞ

Digər lüğətlərdə