Allahverdi Məzahir oğlu Ələkbərov (15 fevral 1987, Ucar – 11 noyabr 2020, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Allahverdi Ələkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1987 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 2020 (33 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü |
Quru Qoşunları (2015—2017) Xüsusi Təyinatlı Qüvvələr (2017—2020) |
Xidmət illəri | 2006 / 2015—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi • Hadrutun azad edilməsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Allahverdi Ələkbərov 1987-ci il fevralın 15-də Ucar şəhərində anadan olmuşdur.[1] 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2009-cu ildən Aydan Allahverdi ilə ailəli idi. Üç övladı yadigar qaldı.
Allahverdi Ələkbərov 2006-cı ildə Ucar şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Kəşfiyyatçı xidmətində fərqləndiyinə görə "çavuş" rütbəsi almışdır. 2015-ci ilin avqust ayında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin (ASQ TTM) "gizirlik kursu"na daxil olmuşdur. Həmin ilin dekabr ayında "gizir" rütbəsində yenidən xidmətinə davam etmişdir. Allahverdi Ələkbərov 2017-ci ildən Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi.
Azərbaycan Ordusunun giziri olan Allahverdi Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Hadrut qəsəbələrinin, həmçinin Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahverdi Ələkbərov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı ağır yaralaıb və noyabrın 11-də Mingəçevir şəhər Hərbi Hospitalında şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Ələkbərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Allahverdi Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]