ALLAHVERDİ

Allah verdi, Tanrı bəxş etdi.
ALLAHŞÜKÜR
ALLAHVERƏN
OBASTAN VİKİ
Firudin Allahverdi
Firudin Allahverdi (12 dekabr 1980, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == 1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə (prof. Xəyyam Mirzəzadənin sinfi) bitirib. 2006-cı ildə Almaniyada keçirilən Stockhausen-Courses`larda iştirak etmişdir. Azərbaycan İdman və Gənclər Nazirliyinin keçirdiyi müsabiqədə gənclər arasında 2001-ci ilin ən yaxşı mahnı və romans bəstəkarı adını almış, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi marş müsabiqəsində I yeri tutmuşdur. Əsərləri yerli və xarici ansambllar tərəfindən ifa olunmuşdur. 2008-ci ilin avqust ayında İsveçrədə gənc bəstəkarlar arasında keçirlən 4-cü Beynəlxalq müsabiqədə (pre-Art) Firudin Allahverdi "Paradoxes" əsəri ilə müsabiqədə birinci yeri tutaraq müsabiqənin əsas mükafatına layiq görülmüşdlür. Firudin Allahverdi bəstəkarlıq fəlaiyyəti ilə bərabər Azərbaycan mədəniyyətində mövcud problemlərlə bağlı vaxtaşarı qəzet səhifələrində də maraqlı yazılarla çıxış edir. O, yeni nəsil azərbaycanlı gənclər arasında fərqlənən ən bariz intellektuallardandır.
Allahverdi
Alaverdi — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1938–ci ildə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Akner kəndi ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yure) daimi əhalisi 13.343 nəfərdir.
Allahverdi (ad)
Allahverdi — ad.
Allahverdi Allahverdiyev
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı, Ağdam qəzası – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Allahverdi Babayev
Allahverdi Baxışlı
Allahverdi Bağırov
Allahverdi Teymur oğlu Bağırov (22 aprel 1946, Ağdam – 12 iyun 1992, Aranzəmin, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi. 1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. == Həyatı == === Erkən illəri === Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb, onun adını Allahverdi qoymuşdular. Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır. O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı. === Futbol karyerası === Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub.
Allahverdi Cəfərov
Allahverdi Məmməd oğlu Cəfərov (30 iyun 1930, Bakı – 2004, Bakı) — texnika elmlər doktoru, professor. == Həyatı == Allahverdi Məmməd oğlu Cəfərov 1930-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1937-ci ildə orta məktəbin birinci sinfinə getmişdir. 1943-cü ildə atası cəbhəyə çağırıldığından 13 yaşlı Allahverdi orta təhsilini yarımçıq qoyub, at-araba artelində arabaçı işləməyə başlamışdır. 1945-ci ildə atası cəbhədən qayıtdıqdan sonra təhsilini davam etdirmiş və 1949-cu ildə orta məktəbi bitirərək kamal attestatı almişdır. Allahverdi Cəfərov 1949-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun (indiki ADNSU) neft-mexanika fakultəsinə daxil olmuş və 1954-cü ildə Neft və qazın nəqliyyatı və saxlanması ixtisası üzrə tam kursu bitirərək mühəndis-mexanik kvalifikasiyasını almışdır. 1954-cü ildə institutu bitirdikdən sonra qaynaqçı mühəndis kimi ixtisasartırma kursu keçmiş və ASİ-nin Metallar texnologiyası kafedrasında assistent vəzifəsində saxlanılmışdır. A.Cəfərov hələ gənclik illərində elmi tədqiqatlara böyuk həvəs göstərmişdir. Ilk elmi axtarışları tələbəlik illərinə təsadüf edir. Bu tədqiqatın nəticələri haqqında 1955-ci ildə İrəvan Politexnik İnstitutunda Zaqafqaziya Ali məktəblərinin elmi konfransında məruzə etmişdir.
Allahverdi Dolxanov
Allahverdi Dolxanov — Qarabağ üzrə seçki komisiyasının sədri, Kənd təsərrüfatı elmləri namizədi, BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti. == Həyatı == 1950-ci il dekabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində Repressiya ailəsində anadan olub. 1957-1967-ci illərdə Novruzlu kənd orta məktəbini bitirib. 1975-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 2002-ci ildən BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında müəllim, dosent vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var. == Təhsili və elmi adları == 1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlarİnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb 1991, Moskva şəhəri Ümumittifaq Meşə mexanizasiya və Meşə təsərrüfatı inistitutunda , Azərbaycanın suvarılan şəraitində tez böyüyən texniki əhəmiyyətə malik söyüd növlərindən ibarət plantasiyaların salınması aqrotexnikasının öyrənilməsi (genetika və seleksi və şəhərlərin yaşıllaşdırılması) indeksində müdafiə edib alimlik dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 1970-1977, Xankəndi şəhərində Suvarma Sistemləri İdarəsində mühəndis, Şuşa şəhərində müəllim,1977-1992, Bərdə şəhərində Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqro Meşə Meliorasiya İnstitutunda baş elmi işçi, şöbə müdiri, Azərbaycan Elmi-Tədqiqat Meşə Təcrübə Stansiyasının direktoru, Dövlət Təbiəti Mühafizə Komitəsinin meşələrin mühafizəsi və qorunması üzrə böyük mühəndis, rəis əvəzi. 2005, Xankəndi seçki dairəsi dairə seçki kolmissiyasının sədri, 1993, BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında çalışır. Aqroekologiya, Regionların tarazlı inkişafı, Ekologiyanın qlobal problemləri, Qoruq və yasaqlıqlar, Meşə ekosistemlərinin bərpası metodları, Təbiətdən istifadənin hüquqi əsasları 81 elmi əsər 1984 ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının qərarı ilə ətraf mühitin mühafizəsində fəallığına görə medalla təltif edilmişdir 1990, öüzünümüdafiə batalyonunun yaradılmasında Ağdərə və Ağdam istiqamətlərində döyüşlərdə iştirak etmişdir 1993-cü ildən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.
Allahverdi Eminov
Allahverdi Eminov (5 aprel 1941, Salyan, Salyan rayonu) — Azərbaycan yazıçısı və müəllimi. Pedaqoji elmlər namizədi, Dosent, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Maarif nəşriyyatında baş redaktor və direktor (1984-1992), Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının direktoru. 1990-cı ildə çap olunmuş və dönəmin dövrü mətbuatında rezonansa səbəb olan Payıza qədər: Seks haqqında söhbət əsərinin müəllifi. Əsər, Azərbaycan ədəbiyyatında erotik ədəbiyyatın ilk nümunəsi sayılır. == Həyatı == Allahverdi Eminov 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində, dəmiryolçu ailəsində anadan olub. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindəndir. Orta məktəbi 1955-ci ildə Lənkəran şəhərində bitirib. 1959-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olub, 1964-cü ildə oranı bitirib. 1965-1968-ci tədris illərində Salyan rayonu Kərimbəyli kənd orta məktəbində çalışıb. 1968-1971-ci illərdə ildə Azərbaycan Elmi tədqiqat Pediatriya İnstitutunun aspiranturasınada təhsil alıb.
Allahverdi Hümbətov
Allahverdi Alı oğlu Hümbətov (6 oktyabr 1944, Tbilisi – 5 fevral 2008, Marneuli, Kvemo-Kartli) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. 2004-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı. == Həyatı == Allahverdi Hümbətov 1944-cü il 6 oktyabrda Tiflisdə anadan olub. 1961-ci ildə Tiflisdəki 72 nömrəli rus orta məktəbini bitirib. 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. === Vəfatı === 2008-ci il 5 fevral-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb. Təyinat müddəti başa çatdıqdan Borçalıya qayıdıb. Marneulidə bir çox vəzifələrdə işləyib. 1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.
Allahverdi Həsənov
Allahverdi Biyakir oğlu Həsənov — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor. == Həyatı == Allahverdi Həsənov 1957-ci Azərbaycan Respublikasının Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. Orta təhsilini anadan olduğu kənddə almış, 1973-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən təyinat üzrə AMEA Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutuda sektor və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda institutun laboratoriya müdiridir. == Elmi fəaliyyəti == 1984-cü ildə "Özlü-elastik mühitlərdə qeyri-stasionar termomexaniki dalğaların yayılmasının bəzi məsələlərinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2005-ci ildə "Mexaniki sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2013-cü ildə ixtisas üzrə professor elmi rütbəsi almışdır. A. B. Həsənov 140 elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.
Allahverdi Məmmədli
Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor == Həyatı və təhsili == 26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. === Elmi fəaliyyəti === 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Allahverdi Novruzov
Allahverdi Orucov
Allahverdi Orucov — Azərbaycan Texniki Universitetinin "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professoru, Azərbaycan Texniki Universitetində keçmiş I prorektoru. == Həyat və fəaliyyəti == 20 avqust 1944-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. 1961-ci ildə orta məktəbi bitirərək Bakı Neft Texnikumuna daxil olub. 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Azərbaycan Politexnik Institutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunub. 1969-cu ildə təhsilini başa vuraraq 1971-ci ilə qədər Mingəçevirdəki "Azərkabel" zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. 1971-ci ilin oktyabrında Azərbaycan Politexnik Institutuna müəllim kimi işə dəvət olunub və "Ümumi elektrotexnika" kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 1972-ci ilin yanvarında Moskva Energetika Institutunun əyani aspiranturasına qəbul edilib. 1975-ci ildə aspiranturanı uğurla bitirərək və elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra yenidən Azərbaycan Politexnik Institutuna qayıdıb.
Allahverdi Tağıyev
Allahverdi Verdizadə
Allahverdi Əmənullah oğlu Verdizadə (1914–1973) – Kimya elmləri doktoru, professor. == Həyatı == Allahverdi Əmənullah oğlu Verdizadə 1914-cü ildə Qaryagin qəzasının Soltanlı kəndində anadan olub. 1930-cu ildə Qaryağın (Füzuli) rayonunda II dərəcəli məktəbi bitirmişdir. 1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) kimya-biologiya şöbəsini bitirmiş, 1945-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1967-ci ildə professor elmi adına layiq görülmüşdür. 15-dən çox kitabın, dərsliklərin, 120-dən artıq elmi məqalənin müəllifidir. Uzun müddət kənd məktəblərində müəllim işləmiş, 1941–42-ci illərdə II Dünya müharibəsinin iştirtakçısı olmuşdur. 1947-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışmış, kafedra müdiri işləmişdir. 1969-cu ildə alim ADPU-da "analitik və fiziki kimya kafedrasını təşkil etmiş və həmin kafedraya rəhbərlik etmişdir. 1973-cü ildə vəfat etmişdir.
Allahverdi Xəlilov
Allahverdi Yolçuyev
Yolçuyev Allahverdi Bayram oğlu (20 avqust 1958, Cəlaloğlu və ya Ermənistan SSR) — Azərbaycan aktyoru == Həyatı == Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib. 1979-cu ildə M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq artisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova. 1978–1979-cu ildə Leninqrad da keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət institunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filmlər, cizgi filmləri səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır.
Allahverdi kilsəsi
Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi. == Haqqında == Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir. Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir. Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.
Allahverdi kəndi
Allahverdi kəndi (Çaypara)
Allahverdi rayonu
Allahverdi rayonu (1969–1995-ci illərdə Tumanyan rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon rayon. Mərkəzi Tumanyan şəhəri olmuşdur. == Tarixi == Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880-1921). 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il sentyabrın 19-na qədər Allahverdi rayonu, həmin tarixdən etibarən isə Tumanyan rayonu adlanıb. Ərazisi 1111 kv.km-dir. Rayon mərkəzi Tumanyan (1938-dən Allahverdi) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 191-km-dir. Rayon mərkəzindən Tona (dəyişdirilmiş adı Debed) çayı axıb gedir.
Novruz Allahverdi
Qaçağan (Allahverdi)
Qaçağan — Tiflis quberniyasının Loru mahalında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə, Daşbulaq çayının yaxınlığında, Dəvədaşı dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qaçağan türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Arevadzaq qoyulmuşdur.
Allahverdi Süleymanov
Allahverdi Əhəd oğlu Süleymanov (1933, Laçın rayonu) — Azərbaycan metallurqu. == Həyatı == 1933-cü ildə Laçın rayonunda doğulmuşdur. V. İ. Lenin adına Azərbaycan boru-prokat zavodunun poladəridəni işləmişdir. 128 nömrəli Boru-prokat seçki dairəsindən deputat seçilmişdir.
Elbrus Allahverdiyev
Elbrus Allahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur.
Elmаr Allahverdiyev
Elnur Allahverdiyev
Elnur Allahverdiyev (futbolçu) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev (deputat) — azərbaycanlı dövlət və siyasi xadim.
Elnur Allahverdiyev (deputat)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. == İctimai-siyasi fəaliyyəti == Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elnur Allahverdiyev (futbolçu)
Elnur Allahverdiyev (2 noyabr 1983, Bakı) — Azərbaycan futbolçusu. Elnur Allahverdiyev 1983-cü il, noyabrın 2-də Bakı şəhərində anadan olub. Uşaq vaxtlarından futbolla məşğul olmağa başlayıb. Məktəb illərindən futbola marağı və həvəsi daha da artıb. Bu həvəs ona futbolla peşəkar məşğul olmağına səbəb olub. Azərbaycan millisinin formasını geyinərək (39 oyun), «Neftçi», «Qarabağ», «Şəfa», «Xəzər Lənkəran», «Turan», MOİK, «Qəbələ» kimi klublarda oynayıb Futbola ilk olaraq həvəskar komandalarda oynamaqla başlayıb. 1999-2000-ci illərdə 2 il müddətinə bu cür komandalarda oynayaraq təcrübə qazanıb. Futbolun sirlərinə yiyələnib. Daha sonra «Şəfa» klubuna dəvət alıb. Peşəkar karyerasına da həmin vaxt başlamış olub.
Elnur Allahverdiyev (siyasətçi)
Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb. Elnur Allahverdiyev ailəlidir, üç övladı var. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Marat Allahverdiyevin oğludur. == İctimai-siyasi fəaliyyəti == Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub. 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb. 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
Elnur Allahverdiyev (şəhid)
Elnur Allahverdiyev (əsgər)
Elnur Allahverdizadə
Elxan Allahverdiyev
Elxan Allahverdiyev (15 iyun 1960, Bakı) — Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-cı il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır. === Ailəsi === Qardaşı Rövşən Allahverdiyev Kapital Bankın İdarə Heyətinin sədridir. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Elşad Allahverdiyev
Elşad Allahverdiyev (27 iyun 1973) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elşad Allahverdiyev 1994-cü ildə İtaliyada baş tutan Avropa Çempionatını beşinci pillədə başa vurdu. 1995-ci ildə isə Elşad Allahverdiyev İsveçrədə Avropa Çempionatında 11-ci, Birləşmiş Ştatlarda Dünya Çempionatında isə 18-ci pillədə qərarlaşdı. 1996-cı ilin martında Macarıstanda baş tutan Avropa Çempionatını beşinci pillədə başa vuran Elşad Allahverdiyev həmin ilin iyununda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin birinci görüşündə Elşad Allahverdiyev Macarıstan nümayəndəsi Yanos Forins ilə üz-üzə gəldi. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 4:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Cənubi Koreya nümayəndəsi Hvan San-O oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elşad Allahverdiyev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi. Bu qrupda onun birinci rəqibi Estoniya güləşçisi Küllö Koiv oldu. Həmin görüşdə Elşad Allahverdiyev rəqibinə 1:5 hesabı ilə məğlub oldu və nəticədə Atlanta Olimpiadasını 14-cü pillədə başa vurdu.
Füzuli Allahverdiyev
Füzuli Allahverdiyev (30 noyabr 1962 və ya 1 yanvar 1963) — futbolçu. == Həyatı == 1963-cü il yanvarın 1-də anadan olub. 1980-ninci ildən 2002-ci ilə kimi Kəpəz futbol komandasının əvəzedilməz futbolçusu olub. Kəpəz komandasının tarixində yeganə futbolçudur ki 22-il oynayib. Kəpəzlə 4-dəfə kubok, 3-dəfə cempion, 2-dəfə gümüş, 1-dəfə bürünc medallara sahib olub. Hal hazirda Kəpəzdə köməkçi məşqiçi işləyir.
Fərizə Allahverdiyeva
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur. == Həyatı == === Erkən illəri === İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir.
Hikmət Allahverdili
Həbibə Allahverdiyeva
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili == Həyatı == Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir. 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır. 25 elmi məqalənin müəllifidir.
Həsənov Allahverdi (əsgər)
Kənan Allahverdiyev
Kərim Allahverdiyev
Kərim Rəhim oğlu Allahverdiyev (d.1 aprel 1944, İrəvan) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Avropa Elmlər Akademiyasının (AEA) həqiqi üzvü. == Həyatı == Kərim Allahverdiyev 1944-cü ildə Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1967-ci ildə Rusiyada Moskva Energetika İnstitutunu bitirdikdən sonra AMEA Fizika İnstitutunda çalışan K. Allahverdiyev 1969–1972-ci illərdə aspiranturada oxumuş, 1972-ci ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1974–1975-ci illərdə Böyük Britaniya Oksford Universitetinin Clarendon laboratoriyasında çalışan alim 1992–1995-ci illərdə Ankarada Ortadoğu Texniki Universitetinin Fizika fakültəsində professor kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən etibarən TUBİTAK Mərmərə Araşdırma Mərkəzində şöbə müdiri, 2002-ci ildən AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir. Bütün bu illər ərzində alimin 40-dan artıq universitet və araşdırma mərkəzi ilə elmi əlaqələri mövcud olmuşdur. Bu qurumlar arasında Moskva Dövlət Universiteti (Rusiya), məşhur Oksford, Kembric, Şeffild, London, İmperial universitetləri (Böyük Britaniya), MPI FKF, Stuttqart, RWTH Aachen, Bochum, Bayreuth və Hamburg universitetləri (Almaniya), ABŞ Hava Qüvvələri Wright Patterson Laboratoriyası, Kolorado Əyalət Universiteti, Cincinnati Universiteti, Tsukuba Universiteti (Yaponiya) və Madrid Universitetini (İspaniya) və digər nüfuzlu universitetlər var. 11 ildən artıqdır ki, yarımkeçiricilər fizikası sahəsində çalışan alim bir sıra mühüm elmi nəticələr əldə etmişdir. Professor Allahverdiyev bir çox mükafat və nişanlara layiq görülmüş, nüfuzlu beynəlxalq elmi təşkilatların üzvü seçilmişdir. 1988-ci ildə alim Azərbaycan Dövlət mükafatı, 1989-cu ildə Aachen Texniki Universitetinin "Window-on-Science" mükafatı, 1987–1989-cu illərdə Avropa Aerokosmik tədqiqatları ofisi tərəfindən ziyarətçi professor olaraq Krallıq Cəmiyyəti mükafatına, əldə etdiyi nailiyyətlərinə görə SSRİ Elmlər Akademiyası tərəfindən ilin ən önəmli alimi Fəxri adına layiq görülmüşdür.
Lalə Allahverdiyeva
Allahverdiyeva Lalə İsmayıl qızı — tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin "Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi (2010), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2021), Bakı şəhəri Baş allerqoloqu. Azərbaycan Respublikasının Pezident Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti, Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin üzvü. == Həyatı == 1974-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib. 1975-1978-ci illərdə 6 saylı uşaq xəstəxanasında həkim-ordinator işləyib 1978-2009-ci illərdə ATU-nin pediatriya fakultəsində baş laborant, assistent, dosent, professor, 09.09.2009-cu ildan isə ATU-nin Klinik Allerqologiya və İmmunologiya kursunun müdiridir. 1981-ci ildə Moskvadakı Mərkəzi həkimlərin təkmilləşmə institutunda namizədlik dissertasiyanı, 2006-cı ildə isə Bakıdakı Elmi-Tədqiqat pulmonologiya institutu Doktorluq dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildən Bakı şəh. Səhiyyə şöbəsinin baş allerqoloqudur. Lalə Allahverdiyeva Azərbaycan Respublikasının tibb tarixində ilk dəfə olaraq "Azərbaycan allerqoloqgiya və klinik immunologiya" elmi-praktik juranl təsis etmiş və jurnalın baş redaktorudur. Jurnal Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Juranlın ilk nömrəsi 2013-cü ilin yanvar ayında işıq üzü görmüşdür.
Leyla Allahverdiyeva
Mahmud Allahverdiyev
Mahmud Qara oğlu Allahverdiyev (15 may 1930, İmirhəsən, Bolnisi, Gürcüstan SSR, SSRİ – 2 dekabr 1999) — teatr tənqidçisi, ədəbiyyatşünas, 1985-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, sənətşünaslıq doktoru (1991), professor (1985). == Həyatı == 1931-ci ilin mayın 15-də Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arıxlı kəndlərində orta məktəbi bitirmişdir (1950). Bir müddət kolxozda işlədikdən sonra Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. Bu dövrdə Nizami təqaüdçüsü olmaqla yanaşı, fəal ictimaiyyətçi-tələbə kimi tanınmış, institut həmkarlar təşkilatının katibi olmuşdur. M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktyor işləmişdir (1955-1962). Eyni zamanda teatr institutunda teatr tarixindən mühazirə oxumuşdur. Ədəbi fəaliyyətə 1963-cü ildə "Azərbaycan kommunisti" jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə başlamışdır. Dövri mətbuatda müasir milli teatr və dramaturgiya problemlərinə dair məqalələrlə vaxtaşırı çıxış etmişdir. "Müasir aktyor yaradıcılığı Ələsgər Ələkbərov" mövzusunda namizədlik (1966), "Azərbaycan xalq teatrının kökləri, növləri və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991).
Marat Allahverdiyev
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı. == Həyatı == Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. === Ailəsi === 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb. === Siyasi fəaliyyəti === 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. === Elmi fəaliyyəti === Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub. == Təltifləri == 20 may 1990-cı ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984–1990-cı illərdə 30 qədər məscid o cümlədən "Təzə-Pir", "Əjdərbəy", "Maştağa", "Mərdəkan", "Bibi-heybət", "Türbə", bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H. Z. Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.
Mehman Allahverdiyev
Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi. == Bioqrafiya == Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir. 2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb. Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır.
Mikayıl Allahverdiyev
Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971). Mikayıl Allahverdiyev 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bitirmişdir. O, 1926-cı ildən fəhlə fakültəsinin tələbəsi, Xalq Ədliyyə Komissarlığının təşkilat idarəsində katib olmuşdur. Mikayıl Allahverdiyev 1933–1941-ci illərdə bir sıra neft sənayesi müəssisələrində, eləcə də respublika Dövlət Plan Komitəsində şöbəsi rəisi işləmişdir. 1941–1945-ci illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra, 1946-cı ildən Azərbaycan boru-prokat zavodu direktorunun müavini müavini olmuş, 1947–1951-ci illərdə Dövlət Plan Komitəsində şöbə rəisi və sədr müavini vəzifələrində çalışmışdır. 1952–1958-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dekan işləyən Mikayıl Allahverdiyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsində idarə rəisi, komitə sədrinin müavini olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri təyin edilmişdir. Mikayıl Allahverdiyev 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinə (7-ci çağırış) deputat seçilmişdir.