Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Baronci Altarpiece
Baronci Altarpiece — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500–1501-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər İtaliyada Breşiya şəhərində saxlanılır.
Baronçi altarı
Baronci Altarpiece — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500–1501-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər İtaliyada Breşiya şəhərində saxlanılır.
Oddi Altarı (Rafael)
Oddi Altar (it. Pala degli Oddi) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502 - 1504 - ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Oddi Altar əsəri hal-hazırda Vatikanda Vatikan muzeyində saxlanılır.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi. Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi. Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu.
Alvar
Toponimlər
Atlar
Atlar (lat. Equidae) — təkdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə yeganə müasir olan at cinsi ilə yanaşı onlarla nəsli kəsilmiş cins daxildir.
Paltar
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Atar
Atar (ərəb. أطار‎) — Mərakeşdə şəhər, Adrar yaylasında ən böyük yaşayış məntəqəsi. == Məlumat == Dəniz səviyyəsindən 270 metr yüksəklikdə, Şum şəhərindən cənubda yerləşir. Adrar vilayətinin və Atar departamentinin mərkəzidir. Şəəhərdən Dakar rallisinin marşrutu keçir. Atarda aeroport, muzey və 1674-cü ildə tikilmiş məscid vardır. Şəhərin iqlimi səhra istisidir. Atarda Mavritaniya hərbi hava qüvvələrinin yay məktəbi yerləşir. == Əhalisi == 2013-cü il məlumatına görə əhalisi 33 008 nəfərdir.
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. == Tarixi == Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
Allar mağarası
Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir. Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6).
Almar vulusvalisi
Almar vulusvalisi (puşt. المار ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Almar kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Almar vulusvalisinin oturaq əhalisinin sayı 71.764 nəfərdir (35.402 nəfəri kişilər, 36.362 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.525 km² ərazini əhatə edən vulusvalidə, əhali 86 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Alter Ego
Alter Ego (azərb. Digər Mən‎) — Kiprin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Minus One qrupu "Alter Ego" mahnısı ilə Kipr adasını İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı qrupun 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Alter eqo
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
Fəxrəddin Altay
Fəxrəddin Altay (20 yanvar 1880 və ya 1880, Şkoder – 25 oktyabr 1974 və ya 1974, İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir. == Həyatı == 12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır. Əli Fikri adında kiçik qardaşı olmuşdur. ===== Təhsili ===== Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə İstanbul Hərb məktəbini bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır. == Hərbi karyerası == İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir.
Sarah Attar
Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Sonia Aktar
Sonia Aktar (15 iyul 1997) — Banqladeşli üzgüçü. Sonia Aktar Banqladeşi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sonia Aktar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 29.99 saniyəlik nəticəsi ilə 69-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Altay sümürgəsi
Altay sümürgəsi (lat. Asplenium altajense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Altan Aksoy
Altan Aksoy (d. 5 fevral 1976, Rizə) — Türkiyənin keçmiş milli futbolçusudur. Futbol oynadığı son komanda 2010–11 mövsümündə 1. liqa komandalarından olan Giresunspordu. == Futbol karyerası == === Klub komanda karyerası === === İlk illər === Göztepe infrastrukturunda futbola başlayan Altan 17 yaşındakı təsirli oyunu ilə 92–93 mövsümünün ikinci yarısında A komandasında yer aldı. Göztəpə üçün ilk rəsmi matç 2 may 1993-cü ildə Sakaryaspor ilə 1-ci matçda oynanıldı . O , liqa matçında meydana çıxdı. Daha 1,5 mövsüm Göztəpədə oynayan Altan digər klubların diqqətini çəkdi və 94–95 mövsümünün ikinci yarısında "İstanbulspor" a keçdi. 1,5 mövsüm "İstanbulspor"da çıxış edən Altan 96–97 mövsümünün əvvəlində türk futbolsevərlərin onu tanıyacağı " Adanaspor" a transfer olub. === Adanaspor illəri === O, "Adanaspor"da 6 mövsüm, 183 liqa və 10 Türkiyə Kubokunda çıxış edib.
Altan Öymən
Məhməd Altan Öymən (20 iyun 1932, İstanbul) — Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. == Həyatı == Öymən 20 iyun 1932-ci ildə anadan olmuşdur. Orta təhsilini Ankaradakı Atatürk Liseyində başa vurmuşdur. Ankara Universitetinin Politologiya fakültəsini bitirmişdir. Jurnalistlik fəaliyyətinə artıq 1950-ci ildə 18 yaşında başlamış və uzun müddət "Ulus", "Axşam", "Cümhuriyyət" və "Milliyyət" kimi böyük qəzetlərdə müxbir, köşə yazarı və baş redaktor vəzifələrində çalışmışdır. 1960-cı illərdə Altan Öymen Almaniya Federativ Respublikasının Bonn şəhərində mətbuat attaşesi vəzifəsində çalışmışdır. Öymən partiya rəhbərliyi dövründə yarımçıq qoyduğu jurnalistlik karyerasına yenidən başlamış və "Radikal" qəzetindəki köşə yazısında siyasi mövzularda məqalələr yazmışdır. 1980–1990-cı illərdə jurnalistikasına görə bir neçə dəfə mükafatlandırılmışdır. == Əsərləri == Mobilya Dosyası (The Furniture File), um:ag Press (1997), with Uğur Mumcu, 300p., ISBN 975-8084-28-3 Bir Dönem Bir Çocuk (One Era One Child), Doğan Press (2002), 606 p., ISBN 975-293-040-9 Değişim Yılları (The Transition Times), Doğan Press (2004), 670 p., ISBN 975-293-255-X Öfkeli Yıllar (The Angry Years), Doğan Press (2009) 608 pg., ISBN 978-605-111-401-9 ...
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
Altay Mehdiyev
Altay Ramazan oğlu Mehdiyev (9 yanvar 1957, Boladı, Lənkəran rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2009-cu ildən 2013-cü ilə qədər Hərbi Hava Qüvvələri komandiri. == Fəaliyyəti == Altay Ramazan oğlu Mehdiyev 9 yanvar 1957-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2002-ci il tarixli 720 nömrəli Sərəncamına əsasən ona general-mayor hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2002-ci il tarixli 1039 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib. 2009-cu ilə qədər Altay Mehdiyev Azərbaycan Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusu komandirinin müavini – qərargah rəisi vəzifəsində çalışıb və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli 320 nömrəli Sərəncamı ilə həmin vəzifədən azad edilib. 11.02.2009-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandiri Rail Rzayev qətlə yetirildikdən sonra, 12.05.2009-cu il tarixinə qədər onun yeri vakant qalıb və nəhayət Prezident Sərəncamına əsasən Altay Mehdiyev bu vəzifənin icrasına başlayıb. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli 378 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib. O hərbi hava əməliyyatlarının yüksək peşıkarlıqla aparılması istiqaməti üzrə təlim keçib. 2006-cı ilin İyun Ayında "Vətən Uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli 305s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı — müdafiə nazirinin müavini vəzifəsini icra edən Altay Mehdiyev Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən sədri təyin edilib.
Berfin Altan
Berfin Altan (2003, Dənizli) ― görmə məhdudiyyəti olan türk qolbolçu. O, 2021 IBSA Avropa Qolbol Çempionatında mübarizə aparmış Türkiyə milli komandasının üzvü olub. Altan Türkiyənin Dənizli şəhərində yerləşən “Durmuş Ali Çoban Anadolu Lisesi” kor və görmə məhdudiyyətlilər məktəbinin orta məktəb şagirdi və məktəbin qolbol komandasının üzvü olub. O, ilk öncə şahmat və cüdo ilə məşğul olmuş, daha sonra 2016-cı ildə qolbol oynamağa başlamışdır. 2018-ci ildən Türkiyə qadın milli qolbol komandasının düşərgələrinə çağırılıb. Türkiyənin Samsun şəhərində keçirilən 2021 IBSA Goalball Avropa Çempionatında iştirak etmiş, gümüş medal qazanmışdır.
Kamuzel paltar
Kamuzel — adətən qadınlar tərəfindən geyilən, belinə qədər uzanan qolsuz maykaya bənzər köynəkdir . Kamuzel adətən atlaz, sintetik, ipək və ya pambıqdan hazırlanır.
Tunik paltar
Tunik paltarı — köynək və ətək xüsusiyyətlərini malik qadın geyimidir. Ayrıca ətəyi olmasada paltarın aşağı hissəsi onu əvəz edir. Çox vaxt bu paltarlar pambıq və ya ipək parçalardan hazırlanır. Onlar adətən belində tikiş olmadan kəsildiyi üçün, paltarların bel boşluğunu aradan qaldırmaq üçün adətən kəmərdən istifədə olunur. Geyimin ön hissə düymələrin olması ona daha xoş görkəm verir. == Tarixi == İlk dəfə 1916-cı ildə Koko Şanel tərəfindən şalvarlı paltar şəklində ortaya çıxarıldı. Tunik paltarları 1950-ci illərdə dəb halına gələndə bəzən "köynək bel paltarları" adlandırılırdı. Köynək paltarının 1950-ci il versiyası İkinci Dünya müharibəsi zamanı Christian Dior tərəfindən hazırlanmışdır. Bu, İkinci Dünya müharibəsindən sonrakı "Yeni Görünüş" yüksək moda dizaynlarının bir hissəsi kimi təqdim edildi, yuxarı çəkilmiş bir tam ətək olaraq qabarıq ətək geyildi. Pambıqdan hazırlanmış, lakin tam yubka və yaxasını saxlayan köynək paltarının daha qeyri-rəsmi versiyaları 1950-ci illərdə bir çox qadın qarderobunun əsas hissəsinə çevrildi, və Anne Foqarti kimi dizaynerlər bu üslubun variantları ilə tanındılar.