Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aymara dili
Aymara dili (Aymar aru) — aymaralar tərəfindən danışılan dil. Aymara ispan dili ilə birlikdə Boliviyanın rəsmi dilidir. Peru, Argentina və Çilidə də danışılır. Aymara dili qədim dövrlərdə Uari imperiyasının dili idi, lakin sonradan onlar inkalar tərəfindən fəth edilmişdir. Bəzi dilçilər iddia edirlər ki, Aymara onun qonşusu olan Keçua dili ilə bağlıdır. Bununla belə, bu iddia mübahisəlidir. Bu dillər arasında oxşarlıqlar olsa da, əksər dilçilər bu oxşarlıqların bu dillərin uzun müddət qarşılıqlı əlaqədə olması, eyni və ya qonşu əraziləri tutması ilə əlaqədar olduğu ilə razılaşırlar. Aymara dili bir milyondan çox danışan bir neçə hind dillərindən biridir. Bu dildə təxminən 3,1 milyon insan danışır. Aymara dilinin qrammatikası ilk dəfə 1603-cü ildə Ludoviko Bertonio tərəfindən tərtib edilmişdir.
Aymaralar
Aymaralar (aym. Aymaranakaja)—Cənubi Amerikanın qərbində hindi xalqı. Əsasən, Boliviyanın qərbində (başlıca olaraq, La-Pas, Oruro və Potosi departamentlərində təqribən 2 mln. nəfər; 2000) yerləşən Titikaka gölü ətrafındakı yüksək dağlıq vil.-lərdə, Perunun c.-unda (Puno dep.-ti və Mərkəzi Perunun bir neçə məskənində təqr. 970 min nəfər), Çilinin şm.-ında (26 min nəfər) və Argentinada (40 min nəfər) yaşayırlar. Mərkəzi, cənubi və karanqa A.-ına bölünürlər. Aymara dilində, həmçinin ispan və keçua dillərində danışırlar. Dindarları, əsasən, katolikdir. == Tarixi == İspaniya işğalına qədərki dövrdə şm.-da Vilkanota çayınadək, c.-da Koypasa və Uyuni şoranlıqlarınadək, q.-də isə Sakit okeanın sahilyanı ərazilərinədək məskunlaşmışlar. 14 əsrdə – 15 əsrin əvvəllərində Aymaraların Kançi, Kanna, Kolya, Lupaka, Pakaxe və s.
Aypara
Aypara — yeni doğulmuş Ay. Türkiyə və Azərbaycanın bayrağında bu simvoldan istifadə olunur.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Aypara adası
Aypara adası (ing. Half Moon Island) — kiçik subantarktik ada. Ada Cənubi Şetland adaları qrupuna daxildir. Antarktik yarımadasından 120 km aralıda yerləşir. Coğrafi koordinatları: 62°35′ c. e. 59°54′ q. u.. == Coğrafi == Adada böyük suitilər və pinqvinlərin böyük populyasiyası vardır. Aypara adası antarktik adaları adasında nisbətən əlverişli buxtası ilə seçilir.
Aypara sümük
Aypara sümük (lat. os lunatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, başlı və qarmaqlı sümüklərəməxsus aşağı basıq səthi və qayığabənzər sümüyə məxsus bayır, üçvəcli sümüyə məxsus içəri səthi vardır. == Həmçinin bax == Kinbek xəstəliyi == Mənbə == Prof.
Aypara Əliyev
Aypara Nəsrəddin oğlu Əliyev (1958 və ya 1959 – 25 noyabr 1995, Bakı) — Azərbaycan tarixçisi, Azərbaycan Sosial Demokrat Partiyası sədrinin sabiq müavini, qiyamçı Surət Hüseynovun mətbuat katibi və köməkçisi. == Həyatı == Aypara Əliyev ixtisasca tarixçi olmuş, Azərbaycan Dövlət Aqrar Universitetində dosent kimi çalışmışdır. Əliyev 7 oktyabr 1994-cü il tarixində Surət Hüseynovun başçılıq etdiyi oktyabr hadisələrində iştirakına görə həbs edilmişdir. O, qiyamla bağlı dövlətə xəyanətdə, "xüsusən təhlükəli dövlət cinayətlərinin törədilməsinə yönəlmiş təşkilatlanma" fəaliyyətində, o cümlədən qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunmuşdur. Əliyevə qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də, o cümlədən "Nicat" xeyriyyə fondunu qeydiyyata almaq üçün saxta sənədlər hazırlamaqda və cəmiyyətdən külli miqdarda pul oğurlamaqda da ittiham olunmuşdur. İddia olunur ki, o, prokurorluğun və Gəncə Şəhər Sovetinin icazəsi olmadan həbs edilmişdir. Əliyev sonda Gəncədən Bakıdakı istintaq təcridxanasına köçürülmüşdür. O, həbsxanada sağlamlıqdakı problemlər səbəbindən 22 oktyabr 1995-ci il tarixində komaya düşmüşdür. Əliyev 25 noyabr 1995-ci tarixində, 36 yaşında Penitensiar xidmətin Müalicə Müəssisəsində vəfat etmişdir. Qeyri-rəsmi mənbələrə görə, o, qaraciyər serrozundan, böyrək çatışmazlığından, ayaq və qarnında şişkinlikdən əziyyət çəkirmiş.
Qızıl Aypara
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Amara döyüşü
Amara döyüşü — 19 oktyabr ilə 20 oktyabr 2006-ci il aralığında keçirilmiş, Bədr Təşkilatının çoxsaylı üzvləri ilə Mehdi Ordusu və polislər arasında baş vermiş döyüşdür. == Arxa planda == Amara şəhəri nisbətən müharibə zamanı dinc şəhərlərdən idi. Həmin zamanlarda bu şəhərdə bir-birilə rəqabət aparan polis orduları, Bədr Təşkilatı və Mehdi Ordusu mövcud deyildi. Müharibənin əvvəllərində xeyli rəqib fraksiyalar arasında və məqsədli istiqamətində döyüşlər olub. Britaniya qüvvələri OMS polis ordusu ilə gündəlik təmasda olub. İraq minaatan atəşgahı ilə birlikdə ordu onların qərargahı idi. Britaniya qüvvələri 2006-cı ilin avqustunda Amaranı tərk etdi və İraq hökuməti şəhərə nəzarəti bərpa etdi. Oktyabrın ortalarında Amarada yol kənarında Bədr Təşkilatına məxsus bombanın partlaması nəticəsində Amaranın Polis Rəisi həlak oldu. Buna cavab olaraq, polis Mehdi Ordusunun üzvü olan və şübhəli bilinən terrorçunun qardaşını əsir götürdü. == Döyüş == Döyüşlər oktyabrın 19-da başladı.
Amara gölü
Amara ( rum. Lacul Amara) — Rumıniyada duzlu liman-göl. Göl Slobozia-Buzeu yolu yaxınlığında, Yalominsk dairəsindədir. Amara şəhəri gölün sahilində yerləşir. == Ümumi məlumat == Amara gölünün sahəsi 132 hektardır. Su kütləsinin həcmi təxminən 2600000 m³-dir. Göl S formalı olub uzunluğu 4 km, eni isə 200 - 800 metr arasında dəyişir. Maksimal dərinlik 3 metrdir. Göl çuxuru Yalominya çayı ilə əlaqəsi olmayan depresiyaya uyğun gəlir. İl boyu daima şirin su azlığından, güclü buxarlanmadan və quraq iqlim səbəbi ilə göl suyu yetərincə duzludur.
Aypara adası (Şpitsbergen)
Aypara adası (norv. Halvmåneøya, ing. Half Moon Island) — Şpitsbergen arxipelaqına daxil olan elədə böyük olmayan ada. Edj adasından cənub-şərqdə yerləşir. 1973-cü ildən adanı ziyarət etmək yerli faunanı qorumaq məqsədi ilə qadağandır. Ada ilk dəfə 1625-ci ildə Moskva şirkətinin xəritəsində əsk olunmuşdur. Ona ilk adı isə 1663-cü ildə Hedrik Donker vermişdir. Dörd rus dənizçisi — Aleksey İnkov, Xrisanku İnkov, Stepan Parapov və Fedor Veriqin — 1743-cü ilin may ayından gəmi qəzası səbəbindən adada 6 il yaşamalı olmuşlar. Onlardan ancaq 3 sağ qalmışdır. Yazıçı Devid Roberts bu gözəl hekayəni "Dörd nəfər Arktikaya qarşı" kitabıda əks etdirmişdir.
Aypara caz folklor ansamblı
Aypara — azərbaycanlı bəstəkar Vaqif Gərayzadənin yaratdığı qrup. == Qrup haqqında == Qrup ''Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblı" adı ilə 1984-cü ildən fəalliyyətə başlamış, 1988-ci ildən isə ''Aypara'' adlanmışdır. Qrupun yaradılmasında məqsəd 80-cı illərin əvvəlində bizim incəsənətimizə, xüsusilə Azərbaycan milli cazına gətirilən yeniliyi inkişaf etdirərək təkmilləşdirmək idi. Yarandığı ildən etibarən bütün respublika müsabiqələrində birinci yeri tutub. İlk vaxtlar Alim Qasımov (1987), Aygün Kazımova ("Bakı Payızı 1988" müsabiqəsi [1]), Zülfiyyə Xanbabayeva ("Bakı Payızı 1988" müsabiqəsi) kimi ifaçıları qrup müşayiət etmişdir. Qrup 1988-ci ildə «Товарищ Песня!» (Moskva, Rusiya) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tiflis,İrəvan, Vitebsk, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir. 1991-ci ildə ''Azərbaycanın səsi'' beynəlxalq müsabiqəsində laureatı, Vaqif Gərayzadə isə ''Qitənin ən yaxşı aranjimançısı'' adına layiq görülmüşdür. 1991–1992-ci illərdə Sevda Ələkbərzadə qrupla birgə fəaliyyət göstərmişdir. 1994-cü ildə Zülfiyyə Xanbabayeva qrupda ifaçı kimi çalışıb.
Aypara sarayı və şəhərciyi
The Crescent Development Project (azərb. Aypara sarayı və şəhərciyi‎) — Bakıda Xəzər dənizinin sahilində tikilən göydələn kompleksi. Bir süni ada, biznes mərkəzi (The Crescent City), bir yaşayış və ticarət mərkəzi (The Crescent Place) və bir oteldən (The Crescent Hotel) ibarət olması planlaşdırılır. Layihə Azərbaycanın memarlıq abidəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur. "The Crescent Development Project" ilə Port Baku Towers və Port Baku Residence kimi binalar limanın keçmiş torpaqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. == Tarixi == 2008-ci ilin fevralında məşhur memarlıq saytı skyscrapernews.com Bakıda tikinti üçün təklif olunan koreyalı Heerim Architects şirkətinin layihələri barədə məqalə dərc edib. Ay temalarına malik layihələr "göydələnin anlayışını ənənəvi çərçivədən kənara çıxarmaq cəhdi" adlandırılıb. Bu Bakı buxtasının ucunda yerləşən "Full Moon Bay" və "Caspian Plus" ərazilərində tikiləcək iki göydələn kompleksi məsələsi idi. Bunlardan birincisi körfəzin qərb kənarında tikilmək üçün təklif olunan 158 metrlik 35 mərtəbəli disk şəklində olan "Küləklər-1 və 2" binası idi. Onlar ümumi podiumu birləşdirmək məcburiyyətində idilər.
Aypara və ulduz rəmzi
Aypara və ulduz — ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. == Türk-müsəlman simvolikasında aypara-ulduz == Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, zaman keçdikcə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir simvol olmamışdır, lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur.
Aypara və ulduz simvolu
Aypara və ulduz — ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. == Türk-müsəlman simvolikasında aypara-ulduz == Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, zaman keçdikcə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir simvol olmamışdır, lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Azərbaycan Qızıl Aypara Cəmiyyəti — Azərbaycanın humanitar təşkilatlarından biri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi. == Tarixi == Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il mayın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təşkil edilmişdir. Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya cəmiyyətin sədri seçilmişdir. 1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. II Dünya müharibəsi zamanı cəmiyyət tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını bitirənlər döyüş bölgələrində minlərlə insanın həyatını xilas etmişlər. Şəfqət bacılarından iki nəfər — Səriyyə Talışzadə və Rəşidə Qasımzadə göstərdikləri xüsusi fədakarlığa görə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının "Florens Naytingel" medalı ilə təltif edilmişdir. 1992-ci ilin martında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müraciəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda nümayəndəliyi açılmışdır. 1993-cü ilin may ayında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda nümayəndəliyi açılmışdır. 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəmiyyət rəsmən tanınmışdır.
Banqladeş Qırmızı Aypara Cəmiyyəti
Banqladeş Qırmızı Aypara Cəmiyyəti (ing. Bangladesh Red Crescent Society) — 1973-cü ildə Banqladeş Qırmızı Xaç Cəmiyyəti olaraq yaradılıb. 1989-cu ildə adını Banqladeş Qırmızı Aypara Cəmiyyəti olaraq dəyişdirdi. Baş qərargahı Dəkkə şəhərində yerləşir. Banqladeşin müxtəlif ərazilərində tez-tez yaşayan sel, siklon və digər təbii fəlakətlər zamanı cəmiyyət yardım və reabilitasiya sahəsində aparıcı rol oynamışdır.
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti
Bəhreyn Qırmızı Aypara Cəmiyyəti (ing. Bahrain Red Crescent Society) — 1971-ci ildə həmin vaxtda Bəhreynin əmiri olan Şeyx İsa bin Salman əl-Xəlifə tərəfindən verilmiş bir nizamnamə əsasında qurulmuşdur. Cəmiyyət 1972-ci il sentyabrın 14-də Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası tərəfindən tanınmışdır. 1919-cu ildə yaranandan bəri beynəlxalq qrupun 116-cı üzvüdür. Qərargahı Bəhreynin paytaxtı Manamanın Hoora bölgəsində yerləşir.
Pakistan Qırmızı Aypara Cəmiyyəti
Pakistan Qırmızı Aypara Cəmiyyəti — Pakistanlılar üçün təcili tibbi yardım və xilasetmə xidmətləri təmin edən bir təşkilat. Cəmiyyət 1947-ci ildə Pakistanın müstəqilliyindən sonra Saloni Malikin rəhbərliyi altında Pakistan Qırmızı Xaç Nizamnaməsi adı altında yaradılıb. Daha sonra adı Qırmızı Aypara Cəmiyyəti kimi dəyişdirildi. Onun mərkəzi İslamabaddadır. == Fəaliyyətləri == Pakistan Qırmızı Aypara Cəmiyyəti yemək, təmiz su və müalicə xidmətləri daxil olmaqla dəstək xidmətləri təmin etməklə milyonlarla pakistanlıya xəstəlik və fəlakətlərin aradan qaldırılmasında yardım edir. 2010-cu ildə Pakistan tarixində ən böyük daşqınların baş verdikdən sonra Pakistan Qırmızı Aypara Cəmiyyəti yerli pakistanlıları su və ərzaqla təmin etdi. Onlar bu hadisə zamanı Qırmızı Xaç cəmiyyətləri ilə güclərini birləşdirərək daşqının səbəb olduğu fəlakətləri aradan qaldırmaq üçün 100 min dollar yardım göstərdilər. 2014-cü ildə Sind əyalətində Pakistan Qırmızı Aypara Cəmiyyəti JDC Rifah Təşkilatı ilə birgə Karaçi şəhərində Aşura günü ilə əlaqəli iki gün davam edən tibbi düşərgə təşkil edərək həkimlər, paramedikal heyət və könüllülər təmin edərək 300-ə yaxın adamın tibbi yardım göstərdi.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. == Haqqında == Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Türk Qırmızı Aypara Cəmiyyəti
Türkiyə Qırmızı Aypara Cəmiyyəti (türk. Türk Kızılayı , ing. Turkish Red Crescent) — Türkiyədəki ən böyük humanitar təşkilatdır və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir. Təşkilat 1868-ci ildə Osmanlı İmperatorluğu dövründə yaradılıb, Krım müharibəsi zamanı Türk əsgərləri arasında ölüm və çətinliyin əsas səbəbi olan xəstəlik onların döyüşmələrinə mane olurdu. Bu təşkilat Qırmızı Aypara Cəmiyyətinin ilkin forması kimi fəaliyyət göstərdi və müsəlman dünyasında ən əhəmiyyətli xeyriyyə təşkilatlarından biri idi. Cəmiyyət şərtsiz yardım və xidmət göstərən mənfəətsiz, könüllü əsaslı sosial xidmət təşkilatıdır və xüsusi hüquqi müddəalarla tənzimlənən hüquqi bir qurumdur. == Tarixi == Təşkilat 1868-ci il 11 iyun tarixində Osmanlı İmperiyası zamanı qurulmuş və "Hilâl-i Ahmer Cemiyeti" adlandırılmışdır. Daha sonra bu adları aldı: 1877-ci ildə "Osmanlı Qırmızı Aypara Cəmiyyəti" 1923-cü ildə "Türkiyənin Qırmızı Aypara Cəmiyyəti" 1935-ci ildə "Türk Kızılayı Birliyi" 1947-ci ildə "Türk Qırmızı Aypara Cəmiyyəti" 1935-ci ildə Mustafa Kamal Atatürk tərəfindən, 1923-cü ildə Türkiyə Respublikası qurulduqdan sonra Kızılay adlandırıldı. Rus-Türk müharibəsi ilə başlayaraq (1877–78), Türkiyə Qırmızı Aypara Cəmiyyəti Türkiyədəki mobil və sabit xəstəxanalar, xəstələrin daşanma xidmətləri, xəstəxana gəmiləri, təlim keçmiş tibb bacıları və könüllülər vasitəsilə bütün döyüş bölgələrində əsgərləri tibbi yardımla təmin etdi. Müharibədən zərər görümüş bütün mülki vətəndaşlara ölkə vətəndaşlıqlarından asılı olmayaraq humanitar yardım göstərmişdir.
Türkiyə Qırmızı Aypara Cəmiyyəti
Türkiyə Qırmızı Aypara Cəmiyyəti (türk. Türk Kızılayı , ing. Turkish Red Crescent) — Türkiyədəki ən böyük humanitar təşkilatdır və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir. Təşkilat 1868-ci ildə Osmanlı İmperatorluğu dövründə yaradılıb, Krım müharibəsi zamanı Türk əsgərləri arasında ölüm və çətinliyin əsas səbəbi olan xəstəlik onların döyüşmələrinə mane olurdu. Bu təşkilat Qırmızı Aypara Cəmiyyətinin ilkin forması kimi fəaliyyət göstərdi və müsəlman dünyasında ən əhəmiyyətli xeyriyyə təşkilatlarından biri idi. Cəmiyyət şərtsiz yardım və xidmət göstərən mənfəətsiz, könüllü əsaslı sosial xidmət təşkilatıdır və xüsusi hüquqi müddəalarla tənzimlənən hüquqi bir qurumdur. == Tarixi == Təşkilat 1868-ci il 11 iyun tarixində Osmanlı İmperiyası zamanı qurulmuş və "Hilâl-i Ahmer Cemiyeti" adlandırılmışdır. Daha sonra bu adları aldı: 1877-ci ildə "Osmanlı Qırmızı Aypara Cəmiyyəti" 1923-cü ildə "Türkiyənin Qırmızı Aypara Cəmiyyəti" 1935-ci ildə "Türk Kızılayı Birliyi" 1947-ci ildə "Türk Qırmızı Aypara Cəmiyyəti" 1935-ci ildə Mustafa Kamal Atatürk tərəfindən, 1923-cü ildə Türkiyə Respublikası qurulduqdan sonra Kızılay adlandırıldı. Rus-Türk müharibəsi ilə başlayaraq (1877–78), Türkiyə Qırmızı Aypara Cəmiyyəti Türkiyədəki mobil və sabit xəstəxanalar, xəstələrin daşanma xidmətləri, xəstəxana gəmiləri, təlim keçmiş tibb bacıları və könüllülər vasitəsilə bütün döyüş bölgələrində əsgərləri tibbi yardımla təmin etdi. Müharibədən zərər görümüş bütün mülki vətəndaşlara ölkə vətəndaşlıqlarından asılı olmayaraq humanitar yardım göstərmişdir.
Türkmənistan Qırmızı Aypara Cəmiyyəti
Türkmənistan Qırmızı Aypara Cəmiyyəti — 1926-cı ildə yaradılmışdır və baş qərargahı Türkmənistanın Aşqabad şəhərində yerləşir.
Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti
Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti (ing. Afghan Red Crescent Society, ARCS, puşt. د افغاني سرې میاشتې ټولنې) — Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlər Federasiyasının Əfqan filialıdır. Cəmiyyət 20 ildən çox müddət ərzində bütövlükdə ölkəyə təsir göstərən şəraitə görə məhdud quruluşa malik olsa da, 70 ildən artıqdır ki, mövcuddur. == Tarixi == Əfqanıstan Qırmızı Aypara Cəmiyyəti 1934-cü ilin aprel ayında yaradılmışdır. İlk dəfə yetimlərə və ehtiyac içində olan şəxslərə yardım etmək məqsədilə Naderia Uşaq evinin əsasında təsis edilmişdir. 1951-ci ilin oktyabr ayında cəmiyyət üzvlük, mərkəzi, əyalət və yerli şöbələrdə seçkilər və idarə heyəti üçün demokratik müddəaları nəzərdə tutan konstitusiyanı qəbul etdi. 1964-cü ildə ƏQAC Marastoon (Əfqanıstan) və ya Əfqanıstanın rifah təşkilatlarını ələ aldı. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası ƏQAC-nin iki əsas tərəfdaşlarından biridir və 1991-ci ildə Əfqanıstandakı ən son münaqişə zamanı müvəqqəti evakuasiya ilə öz nümayəndə heyətini bura göndərmişdir. Son illərdə təşkilati potensial baxımından məhdud olmasına baxmayaraq, ƏQAC-nin təşkilat və fəaliyyətləri bütün ölkənin 32 əyalətinin 31-də aktiv fəaliyyət göstərir.
Əlcəzair Qırmızı Aypara Cəmiyyəti
Əlcəzair Qırmızı Aypara Cəmiyyəti (ing. Algerian Red Crescent Society) — 1957-ci ildə təsis edilmiş Əlcəzair humanitar könüllü təşkilatıdır. Yalnız 1963-cü ildən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı tərəfindən tanınmışdır. == Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin tarixi və yaradılması == Əlcəzair Qırmızı Aypara Cəmiyyəti 1954-1962-ci illərdə Əlcəzair müharibəsi dövründə Qırmızı Xaç Daxili Komitəsi (QXDK) tərəfindən ilkin humanitar missiyalar zamanı təsis edildi. Fransız hökumətinin əlcəzairli tələbələrə insan hüquqlarının öyrənilməsi sahəsində təhsillə təmin etməsinə baxmayaraq, onlar müəyyən siyasi hadisələrin baş verdiyi zamanlarda bu hüquqlara açıq şəkildə sahib çıxmadılar. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilk missiyasını 1955-ci il fevral ayının birində həbs zamanı insan haqlarının pozulmasına və kobud rəftara məruz qalan məhbuslara və onların ailələrinə yardım göndərdiyi zaman yerinə yetirmişdir. Bu müddət ərzində bir tibb işçisinin iştirakı ilə ƏQAC sanitariya obyektlərinin, yataqxanaların və mətbəxlərin vəziyyəti, həmçinin tibbi müalicə və sağlamlıq baxımından araşdırmalar aparmaq üçün həbsxanada olan məhkumlar və işçilərlə görüşlər keçirmişdir. Bu missiyanın müvəffəqiyyətlə həyata keçirilməsindən sonra cəmiyyət yenidən 1956-cı ilin may ayının 12-dən iyun ayının 28-nə kimi 61 həbs düşərgəsini ziyarət etdi və burada işgəncə və pozğunluq halları ilə qarşılaşdı. Bu kimi xoşagəlinməz tapıntılar cəzaçəkmə müəssisələrində insan haqlarını nəzarət etmək üçün daha cəlbedici bir vəziyyətə ehtiyac duyulduğunu göstərdi və 1957-ci ilin yanvar ayının 10-da Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin yaradılmasını sürətləndirdi. Təşkilat ilk dəfə Milli Azadlıq Cəbhəsinin liderinin sürgündə olduğu Mərakeşin Tanjer və Tunisin Tunis şəhərində yaradıldı.
Amygdalus communis forma amara
Almata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Amaras
Amaras — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Tarixi Amaras şəhəri iqtisadi baxımdan əlverişli olan Bərdə-Ərdəbil ticarət yoluna yaxın, üç yanı dağ yamacları ilə yörələnmiş dərədə salınmışdır. Qrbdən şərqə axan kiçik Amaras çayı şəhəri iki hissəyə ayırmışdı. Amaras dərəsi doğuya uzanaraq Qarabağ düzənliyi ilə birləşir. Beləliklə də Amaras şəhəri Qarabağın düzənliyi ilə dağlığının kəsişdiyi yerdə salınmışdır. Bəzi xristian dindarlara görə Qriqorinin qəbri də Amarasdadır. Hələ XIII əsrdə Amaras bağları ad qazanmışdır. XII-XIII əsrlərə aid nişan daşları üzərində memarlıq bəzəyi kimi istifadə edilmiş üzüm, nar, müxtəlif ağac şəkilləri yerli təsərrüfat sahələrinin sənətkarlığa güclü təsirini göstərir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. Kənd ləğv edilib.
Amasra
Amasra — Bartın ilinin ilçəsi. Dənizə doğru uzanan bir burnu, burnunun hər iki tərəfində sığınacaq limanı olaraq xidmət edən Amasra və materiklə əlaqəli müstəqil adalar 3000 illik tarixə, cazibədarlığa və balıq ovuna əsaslanan yerli sənətlərə, habelə ətraf meşə ərazilərinə sahib bir yaşayış məskənidir. Amasra qədim zamanlardan bəri unikal balıq restoranları, otellər və yataqxanalar mərkəzi olan bir turizm bölgəsi olmuşdur. Həmçinin, Amasra, sənətçi Barış Akarsunun doğma şəhəridir. Akarsu son lentini 2007-ci ilin yanvar ayında Amasra xalqına həsr etmişdir. == Tarix == Fateh Sultan Mehmetin başçılığı ilə Osmanlı İmperiyası orduları, 1360-cı ildə, 1460-cı ilin oktyabrında Genoylar tərəfindən ələ keçirilən Amasraya ekspedisiya təşkil etdi. Rəvayətə görə, Fateh Sultan Mehmet şəhərə açılan bir təpəyə gəldikdə heyranlığını göstərmək üçün bu ifadəni işlətmişdir: Rəvayətin davamına görə, Amasra qalasının komandiri, Fatehin olduğu təpənin açarını gətirir və şəhər mübarizəsiz alınır. Şəhər ələ keçirildikdən sonra Karabük-Eflani bölgəsində yaşayan qıpçaq türkləri burada məskunlaşdılar. Daha sonralar, bölgədə yaşayan yunanların böyük bir hissəsi İstanbula köçmək məcburiyyətində qaldı.
Amzara
Amzara (gürc. ამზარა ) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 490m hündürlüktə, Qara dənizdən 8 km və Suxumidən 9 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 123..
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Anmari
Anmari-Əslən Rusiyalı olan Anmari (Anmary) Latviya Musiqi Akademiyasını bitirib. Latviyada keçirilən "Talantu Fabrika 2" müsabiqəsində ikinci yerə sahib olub və qısa müddətdə ölkəsində tanınmağa başlayıb. Milli Seçimlərin əsas finalında 3 ifaçı arasından ölkə təmsilçisi seçilib.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. == Adın etimologiyası == Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. == Ümumi mməlumat == Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Armata
T-14 Armata Rusiya Federasiyası tərəfindən istehsal olunmuş əsas döyüş tankıdır. Bu, ilk dəfə seriyalı istehsal olunmuş yeni nəsil tankdır. Rusiya Ordusu 2015-2020-ci illər aralığında orduya təhvil verilmək üzrə 2,300 ədəd T-14 tankı sifariş vermişdir. T-14 tankı ilk dəfə 2015-ci il may ayının 9-da Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində Qırmızı meydanda keçirilmiş hərbi parad zamanı nümayiş etdirilmişdir.T-14 Armata tanklarıRusiya Federasiyasının istehsal etmiş olduğu ən müasir tankdır.T-14 Armata tanklarının maksimum sürəti saatda təxminən 80-90 kilometr arasında dəyişir.Bu tankların hərəkət mənzili də kifayət qədər yüksəkdir-500 kilomerdir. == Konstruksiya == T-14 Armata yeni nəsil tank olaraq digər tanklarla müqayisədə daha fərqli dizayna sahibdir. Tank insansız qüllənin olması və üç nəfərdən ibarət ekipajının ön tərəfdə zirehli kapsul içərisində olması kimi bir sıra fərqli xüsusiyyətlərə sahibdir. Konstruksiya müddəti 5 il(2009-2014-cü illər arasında)çəkmişdir. == Silahlanması və təchizatı == T-14 Armata tankının əsas silahı əvvəlki rus tanklarında olduğu kimi 125 mm-lik yivsiz topdur. Dəqiqədə 10-12 atəş açmaq qabiliyyətinə malik olan bu top 8 km uzaqlıqda yerləşən zirehli maşını məhv etməyə qadirdir. Gün işığında 5 km, gecə qaranlığında isə termal kamera sayəsində 3.5 km uzaqlıqdakı hədəfi təyin edə bilir.
Asmera
Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir. == Əhalisi == Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər). == Qardaşlaşmış şəhərlər == Fransa Never == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir.
Aspara
Aspara Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. == Toponimkası == Aspara- Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. Qədim türkmənşəli Az tayfasının adından və farsca para "kənd" sözündən ibarətdir.
Astara
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Aytala
Ayıtala (Gədəbəy) — Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ayıtala — Zaqatala rayonunun Maqov inzibati ərazi vahidində kənd.
Ağdara
Ağdara — (gürc. აღდარა), — Gürcustanın Abxaziya bölgəsinin Suxumi ərazisində (yuxarı eşeri icması), Qumista çayının sağ sahilində, Abxaziyanın dağətəyi ərazisində. Dəniz səviyyəsindən 360 m, Qara dənizdən 7 km, Suxumidən 18 km. yuxarı eşerdən 7 km məsafədə yerləşən kəntdir. Sovet dövründə sitrus meyvəçiliyi inkişaf etmişdir. Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 261.
Cynara
Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Tamara
Tamara əsasən Bibliya adı Tamardan törədiyi söylənilən addır, mənası "xurma ağacı" deməkdir.
Yamaha
Yamaha Corporation (yap. ヤマハ株式会社) — musiqi alətləri, səs qurğuları, idman vəsaitləri, nəqliyyat vasitələri və s. istehsal edən transmilli şirkət. Yamaha — əsasən elektronika və motosikllərin istehsalçısı kimi tanınmış yapon şirkəti. İndi o, həm də CD-ROM disklərinə yazma qurğuları və musiqi sintezatorları istehsal edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əl-Аmаrа
Amara — İraqın Meysan mühafazasının mərkəzi. Əhalisinin 79% ni şiələr təşkil edir. Bu da 1000 il əvvəl buralarda yaşayan Lurlar ilə bağlıdır. Şəhər həmçinin Dəclə və Fərat çayı arasında yerləşir.