Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cip
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
Adi sərçə
Adi sərçələr (lat. Menurida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Cek Sərçə
Kapitan Cek Sərçə (ing. Captain Jack Sparrow) ― "Karib dənizinin quldurları" film seriyasının əsas personajlarından biri. Personaj ssenaristlər Ted Elliot və Terri Rossio tərəfindən yaradılmış, Conni Depp tərəfindən canlandırılmışdır. Cek Sərçənin şəxsiyyətinin formalaşdırılması zamanı The Rolling Stones musiqi qrupunun gitaristi Kit Riçardsdan və "Looney Tunes" personajı Pepe le Püdən istifadə olunmuşdur. Personajın göründüyü ilk film 2003-cü il istehsalı "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filmi olmuşdur. Cek bütün növbəti filmlərdə də görünmüşdür: "Ölünün sandığı" (2006), "Dünyanın sonunda" (2007), "Qərib sahillərdə" (2011) və "Ölülər nağıl danışmır" (2017). Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur. Daha sonra qan borcu olduğu əfsanəvi Deyvi Consdan qaçmağa və Ost-İnd Ticarət Şirkəti ilə mübarizə aparmağa çalışır.
Qaradöş sərçə
Qaradöş sərçə,İspan sərçəsi və ya söyüd sərçəsi (Passer hispaniolensis) sərçəkimilər ailəsinin bir üzvüdür.Əsasən Aralıq dənizi regionunda cənub-qərbi və mərkəzi Asia zonasında məskunlaşmışdır Ev sərçəsi ilə sıx bağlılığı ilə seçilirki bu da və hər 2 növ bioloji hibrid olaraq Aralıq dənizi sahillərində rast gəlinir,bu da növün taxomaniyasında,təsnifləşdirilməsində problem yaradır. İspan sərçəsi olduqca böyükdür,beləki onun uzunluğu 15-16 sm (6-6.5 in) -ə çatır və ağırlığıda 22-36 q aralığında dəyişir.BU ev sərçələrində çox az böyük və ağırdır , həmçinin daha uzundur . Erkəklərin tükləri ev sərçələrinin tükləri ilə eynidir.ancaq alt hissələrindəki çoxlu qara cizgi olması ilə seçilir.boz tacları və ağ yox boz yanaqları var Dişilərin tükləri ev sərçələrindən ciddi şəkildə fərqlənməsədə onlar arasında da fərqlər var.Dişinin yanaqları yüngül cizgili və soluq krem rəngli kürək cizgiləri var İki alt növ aşşınmış çoxalma xəzlərində çox az fərlilik göstərir,ancaq hər iki cinsdədə qış quş tüklərində fərqliliklər mövcuddur. Erkək yuvasında nümayiş olunarkən,sərçəninkindən bir az fərqli çağrı edir.Bu çağrı sərçə səsinə bənzər,ancaq yüksək səslə və yüksək pərdəli chveeng-chveeng, cheela-cheeli olaraq yazılan səslər çıxardır Ev sərçələri yumşaq və daha çox tschilp kimi səslər çıxardır ,əsasən ərazilərinə girən və çıxan quşlar üçün istifadə olunur.İspan sərçəsinin digər çağrıları demək olar ev sərçəsinin ki ilə eynidir.Yuvada cütləşmiş çiftlər tərəəfindən yumşaq bir quer quer quer,axın quşları tərəfindən isə quer-it uçuş çağrısı verilir və chur-chur-it çağrısı təhdid hallarında istifadə olunur.. İspanyol serçe Passer cinsi ve serçe ailesi Passeridae cinsindeki ev serçesinin yakın bir akrabasıdır İspan sərçəsi Passer cinsi və Passeridae sərçə ailəsinin üzvü ev sərçəsi ilə qohumdur Onun taksonomiyası, Aralıq dənizində olan ev sərçəsi ilə meydana gələn "bioloji qarışıqlıq" çox mürəkkəbdir. Aralıq dənizinin əksəriyyətində iki növdən biri və hər ikisi hibridizmi yalnız məhdud dərəcədə baş verir. Apennin Yarımadası və Korsikada iki növ əvəzinə, İspan sərçəsi ilə ev sərçəsi arasında olan bir sərçə tipi İtalyan sərçəsi ilə əvəzlənir.
Qısabarmaq sərçə
Qısabarmaq sərçə (Carpospiza brachydactyla) — Sərçəkimilər dəstəsinə aid quş növüdür. Yayılma arealı Orta Şərq və Mərkəzi Asiya-nı, həmçinin Şimali Afrikanı əhatə edir. Ortalama uzunluğu 14,5-15,5 sm olan bu quşa daha çox quru (arid) iqlim şəraiti olan ərazilərdə rast gəlmək olar. Görünüşcə Qaya sərçəsi-nə bənzəsə də ondan döşündə zolaqların olmaması ilə fərqlənir. Köçəri növdür, yuvasını ağaclarda və ya sıx kollarda qurur.
Əsl sərçə
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Cücə kabab
Cücə kababı
Həyat öyrədir (film, 1961)
== Məzmun == Film əvvəlcə səhv addım atan "Şəfəq" sovxozunun sürücüü İsmayılın (Giuli Çoxonelidze) sonradan səhvini başa düşənrək həyatdan ibrət dərsi götürüb, cəmiyyətimiz üçün faydalı adam olmasından danışır.
Təndirdə qızardılmış cücə
Təndirdə qızarldılmış cücə (toyuq) Azərbaycan və Hindistan mətbəxlərinə aid olan dadlı yeməklərdən biridir. Cücə - 200q. Xama – 10q. Limon – 15q. Pomidor - 50q. Baş soğan – 30q. Keşniş – 25q. Cəfəri – 25q. İstiot – zövqə görə. Duz – zövqə görə.
İki qulaqlı cücə (film, 2009)
İki qulaqlı cücə (alm. Zweiohrküken‎) — 2009-cu ilin kinokomediyası. Rejissor Til Şvaygerin "Qulaqsız dovşan" filminin sikveli. Birinci hissə hadisələrdən artıq 2 il keçib. Baş qəhrəmanlar Ludo (Til Şvayger) və Anna (Nora Çirner) birgə yaşayırlar. Adi günlər başlayır, və Ludonun ehtirası soyuyur, Anna haqlı olaraq onu qısqanmağa başlayır, buna da səbəb var: Ludo başqa qızlara da baxmağa başlayır. Acıqcan da, elə bu zaman Ludonun keçmiş sevgilisi peyda olur... Til Şvayger: Ludo Decker Nora Çirner: Anna Gotzlowski Mattias Şvayqhöfer: Moritz de:Emma Schweiger: Cheyenne-Blue Ken Duken: Ralf Berger de:Sönke Möhring: Asi de:Annika Ernst: Judith de:Annika Blendl: Bardaki qız de:Pegah Ferydoni: Lana de:Jasmin Gerat: Caro de:Thomas Heinze: gözəllik doktoru (Plastikcərrah) de:Marc Hosemann: Klinika həkimi de:Heiner Lauterbach: Herb de:Elyas M’Barek: Samy Madita: Marie de:Denis Moschitto: Taksi sürücüsü de:Uwe Ochsenknecht: Dr.
Qərçə
Qərçə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati-ərazi vahidinin tərkibindəki Qərçə kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
Uilki Kollinz
Uilyam Uilki Kollinz (ing. William Wilkie Collins, 8 yanvar 1824[…], London – 23 sentyabr 1889[…], London) — İngilis yazıçısı, dramaturqu, 27 romanın, 15 pyesin və 50-dən çox qısa hekayənin müəllifidir. Uilki Kollinz 1824-cü il yanvarın 8-də Londonda məşhur landşaft rəssamı Uilyam Kollinzin ailəsində anadan olmuşdur . Evdə təhsil almışdır, sonra xüsusi məktəbə daxil olmuşdur. Ailəsi ilə birlikdə İtaliya və Fransada səyahət etdi, italyan və fransız dillərini öyrəndi. 17 yaşında orta məktəbi bitirdi və atasının təkidi ilə çay satan Antrobus & Co-da təcrübəçi kimi işə düzəldi. Orada beş il keçirdi, sonra Linkolnın İnn məhkəməsinə daxil oldu, 1851-ci ildə hüquqşünaslar korporasiyasının üzvü olaraq hüquq öyrənməyə başladı. İlk romanı "İolani, ya da Taiti, olduğu kimi" 1843-cü ildə yazmışdır. Əsər 1845-ci ildə naşir tərəfindən rədd edildi və ilk dəfə 1999-cu ildə gün işığı gördü. 1847-ci ildə atasının ölümündən sonra Kollinz, «Uilyam Kollinzin həyatının xatirələri, eksvayr» adlı ilk kitabını nəşr etdi.
AİP
Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya. Partiyanın 1995-ci ildən bəri qadağan olunmuşdur. == Tarixi == Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır. 1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. 1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır. Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır. Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır. Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.
BiP
BiP Turkcell tərəfindən iOS və Android istifadəçiləriüçün hazırlanmış mesajlaşma tətbiqidir və pulsuz istifadə edilə bilər. BiP; App Store, Google Play və Huawei AppGallery- dən pulsuz yükləyə bilərsiniz.. Tətbiqdə itirilmiş mesaj, yumor yaratmaq, hər kəslə ünsiyyət qurma, qrup mesajlaşma və yer paylaşımı, oyunlar, pul köçürməsi kimi xüsusiyyətlərə malikdir. Tətbiq ilə istifadəçilər birbirinə mesaj, rəsim, video, və ses göndərəbilərlər. İtirilmiş mesaj xüsusiyəti ilə vaxtla silinən mesaj göndərə bilərlər. Tətbiqi işlətməyənlərə tətbiqdən SMS göndərməq mümkündür. Caps yəni yumor (mem) yaratma xüsusiyəti ilə insanlar şəkillərlə Caps yaradıb, paylaşabilir.
CHP
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
CXP
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – bütün növ məlumatların yaradılması, idarə edilməsi, təhlili və xəritələşdirilməsi üçün istifadə olunan texnologiyadır. CİS məlumatları xəritə ilə əlaqələndirir, yer məlumatlarını bütün növ təsviri məlumatlarla inteqrasiya edir. Bu, elmdə və demək olar ki, hər bir sənayedə istifadə olunan xəritəçəkmə və təhlil üçün zəmin yaradır. CİS istifadəçilərə nümunələri, əlaqələri və coğrafi konteksti anlamağa kömək edir. Faydalara təkmilləşdirilmiş ünsiyyət, səmərəlilik, idarəetmə və qərar qəbuletmə daxildir. == CİS-in beş təməl komponenti vardır == Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CİS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafi məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur.
Cecə
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Hündür cil
Hündür cil (lat. Carex elata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. == Yarımnövləri == Carex elata subsp. elata — Avropa, Qərbi Asiya, Şimali Afrika Carex elata subsp. omskiana (Meinsh.) Jalas — Avropa, Sibir, Qərbi Asiya Carex elata subsp. reuteriana (Boiss.) Luceco & Aedo — İspaniya Carex elata subsp.
Çih Çin-Şui
Çih Çin-Şui (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çih Çin-Şui Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Çin cır limon
Çin cır limonu
Çip üzərində sistem
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si")) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür. Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər. Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir. Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi. Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. Nərcənin içində yertutan müqəddəs bir yer.
Serbcə
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Serqe
Serqe (bur. сэргэ) — Buryatlar və yakutlar arasında yayılmış olan ayin ağac və dirəkləri. Serqe quraşdırıldığı ərazinin bir sahinin olması deməkdir. Alaçığın yanında, evin qapılarında yerləşdirilir ("serqe əgər dik durursa, demək ailə sağdır"). Serqeni dağıtmaq olmaz, o özü yararsız hala gəlməlidir. Serqe ata pərəstiş ilə əlaqələndirilir. Ev sahibləri və qonaqlar atları bu dirəyə bağlayırdılar. Bu dirək həm üç dünyanı birləşdirən dünya ağacının da simvoludur. Dirəkdə üç üfüqi yiv kəsilir. Yuxarı üst dünyadakı göylərin atlarını bağlamaq üçün, orta insanların atları üçün, alt hissəsi yeraltı atlar üçün nəzərdə tutulmuşdur.
Cil (bitki)
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Bildirçin
Bildirçin (lat. Coturnix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanın dağlıq rayonlarında rast gəlinir.
Serbcə Vikipediya
Serbcə Vikipediya — Vikipediyanın serb dilində olan bölməsidir.
Serco Briqenti
Serco Briqenti (italyanca: [ˈsɛrdʒo briˈɡɛnti] ; 23 sentyabr 1932, Modena, Emiliya-Romanya – 10 oktyabr 2022) — Keçmiş italyan futbolçu və məşqçi. Peşəkar oyunçu kimi Briqenti məşqçilik karyerasına başlamazdan əvvəl həm klubda, həm də beynəlxalq səviyyədə hücumçu kimi çıxış edib. Serco Briqenti 23 sentyabr 1932-ci ildə Modenada anadan olub. Onun böyük qardaşı Renato Briqentidə futbolçu idi. Briqenti 10 oktyabr 2022-ci ildə 90 yaşında vəfat edib. 1949-cu ildə peşəkar debüt edən Briqenti "Modena", "İnter", "Triestina", "Padova", "Sampdoriya" və "Torino" klublarında oynayıb. 1953 və 1954-cü illərdə "İnter"lə ardıcıl iki A Seriyası çempionluğunu qazanıb. Briqenti karyerası ərzində keçirdiyi 363 oyunda cəmi 155 qol vurub. O, həm də karyerası boyunca bir dəfə, 1960–61 mövsümündə 27 qol vuraraq, A Seriyasının bombardiri olub. Briqenti həmçinin 1959–1961-ci illər arasında İtaliya millisində 9 oyun keçirib, iki qol vurub.
Serco Endriqo
Sergio Endriqo - İtaliyan müğənni və söz yazarı.Sergio Endriqo "Canzone Per Te","Il Mondo" və s. dünya şöhrətli musiqiləri ifa etmişdir.
Serco Leone
Serco Leone (3 yanvar 1929[…], Roma – 30 aprel 1989[…], Roma) — italyan film rejissoru, prodüseri və ssenarist. Daha çox "spagetti vestern" növüylə bilinsə də, "Bir dəfə Amerikada" filmiylə yalnız vestern rejissoru olmadığını sübut etmişdir. 1929-cu il yanvarın 3-də Roma şəhərində anadan olan Sergionun atası Vinçenso Leone dövrün pioner kino işçilərindən biri, anası Edvic Valçarenqi isə səssiz filmlərdə çəkilən aktrisa idi. Məktəbdə oxuyarkən onun sinif yoldaşlarından biri gələcəkdə birlikdə bir neçə layihəyə imza atacağı əfsanəvi bəstəkar Ennio Morrikone idi. Atasının kinostudiyalarda işini yaxından izləyən Sergio artıq 18 yaşında olarkən universitetdə hüquq dərslərini atdı və kino sahəsinə gəlməyi qərara aldı. 1948-ci ildə o, Velosiped oğruları filmində rejissor Vittorio de Sikanın köməkçisi idi. 1950-ci illərdən etibarən o, ssenarilər də yazmağa başladı, "Quo Vadis" – 1951 və "Ben-Hur" – 1959 kimi amerikan filmlərində rejissor köməkçisi kimi çalışdı. 1959-cu ildə "The Last Days of Pompeii" (Pompeyin Son Günləri) filminin çəkilişləri zamanı xəstələnən rejissor Mario Bonnardın işini sona çatdırmaq Leoneyə həvalə edildi. 1961-ci ildə "The Colossus of Rhodes" (Rodos Heykəli) tarixi filmi ilə öz müstəqil rejissorluq debütünü etdi. 1960-cı illərdə tarixi filmlər bir qədər dəbdən düşdü və Leone amerikan "Western" janrından bəhrələnən italyan "Spaghetti Weatern" janrında filmlərə maraq göstərməyə başladı.
Serco Mattarella
Sercio Mattarella (23 iyul 1941[…], Palermo, Siciliya, İtaliya) — İtaliyanın 12-ci prezidenti. Palermo Universitetində hüquq təhsili alıb. 3 övladı var. O, 31 yanvar 2015-ci ildə 665 səs toplayaraq İtaliyanın yeni prezidenti seçilib. Səsvermənin birinci mərhələsində namizədlərdən heç biri tələb olunan səsləri (673) toplaya bilməyib. Səsvermədə Deputatlar Palatasının, Senatın üzvləri və 58 regional nümayəndə, ümumilikdə 1009 nəfər iştirak edib. S. Mattarella ölkənin siyasi həyatında mühüm yer tutur. 11 iyul 1983 – 28 aprel 2008-ci il — Millət vəkili 26 aprel 2002 – 25 fevral 2003-cü il — Qanunvericilik Komitəsinin sədri 29 iyun 2006 – 28 aprel 2008 — Kişilər üçün Mühakimə Komissiyası Başçısı Sercio Mattarella Siciliyadan seçilən ilk prezidentdir. Onun qardaşı siyasətçi Piersanti Mattarella 1980-ci ildə Siciliya Mafiyası tərəfindən güllələnib. Sercio Mattarella Siciliya mafiyası olubdur.
Şərfə (Xudafərin)
Şərfə (fars. شرفه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 697 nəfər yaşayır (219 ailə).
PIP
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.
Öyrədici mətnlər
Məlumat mətnləri — məlumat vermək, düşünmək, istiqamətləndirmək, xəbərdarlıq etmək, fikirləri dəyişdirmək, xəbər vermək və ya nəyisə təbliğ etmək məqsədi ilə yazılmış mətnlərdir. Belə mətnlər məşğul olduqları janrlara görə fərqlənir. Məlumat mətnlərində dil istinad funksiyasına malikdir. Deyilməsi çətin olan və məzmun təkrarları ilə cümlələrin gedişatını pozan sözlər təlimat mətnlərinə daxil edilmir. Verilən məlumatlar müxtəlif səbəblər göstərilməklə qəbul edilməyə çalışılır. Ritorik və məcazi mənalara çox üstünlük verilmir. Məqalələr, lətifələr, esselər, tənqidlər, xatirələr, tərcümeyi-halı, nitq, məktub, deyim, müsahibə, səyahət yazısı və xəbər məqaləsi kimi mətnləri bura aid etmək olar. Elmi mətnlər - Elmi araşdırmaların obyektiv, mənbəli və aydın bir dillə izah edildiyi mətnlərdir. Qəzet ətrafında hazırlanmış mətnlər - Məqalə, anekdot, inşa, tənqid, söhbət, müsahibə, xəbər məqalələri Şəxsi həyatla bağlı mətnlər - Memuar, səyahət yazısı, bioqrafiya, avtobioqrafiya, məktub, gündəlik Fəlsəfi mətnlər - Fəlsəfi mövzular və varlıq, bilik, əxlaq, gerçəklik kimi mövzular əhatə olunur. Tarixi mətnlər - Bunlar tarixi hadisələrin müzakirə edildiyi və izah edildiyi mətnlərdir.
Cümə məscidi (Bərdə)
Cümə məscidi — Bərdə şəhərinin mərkəzində yerləşən məscid. 1905-ci ildə tikilmişdir. == Tarixi == Bu məscid Bərdə şəhərinin mərkəzində yerləşmişdir. Əsas giriş qapısının üstündə ərəb rəqəmi ilə 1324-cü il tarixi göstərilib (XX əsrin əvvəli). Məscidin kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bu məscid əsrin əvvəllərindən 1990-cı ilə qədər gübrə anbarı, məktəb və arxiv binası kimi istifadə olunub. Lakin 1990-cı ildən sonra bu məscid yerli sakin Məşədi Ramazanın şəxsi təşəbbüsü və yerli camaatın vəsaiti hesabına təmir etdirilib. == Memarlığı == Düzbucaqlı formada olan məscid binası başdan-başa bişmiş kərpiclə işlənib. İbadət zalının sahəsi 14x12 metr, hündürlüyü 5 metrdir. Məscidin minbəri yeddipilləli olub, taxtadan düzəldilmişdir.
Çuçxe
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. Vurğun Əsgərli, "Çuçxe İdeologiyası", məqaləsi.
Çuçxe Qalası
Çuçxe Qalası (Ümumilikdə Kim Çen In Qalası kimi tanınan) Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşir və çuçxe ideologiyasının ilk lideri sayılan Kim İr Sen tərəfindən adlandırılmışdır. Qala Tedonqan çayının şərq sahilində və Kim İr Sen meydanı ilə üz-üzə yerləşir. Qala Kim İr Senin 70 illiyi xatirəsinə tikilmişdir. Həmçinin onun oğlu və davamçısı olan Kim Çen İrin abidənin rəsmi dizayneri olduğu deyilsədə Şimali Koreyanın keçmiş rəsmiləri öz intervyularında bu xəbərin yanlış olduğunu iddia edirlər. 170 metr (560 ft) hündürlüyündə olan abidə 25,550 qranit qəlibdən hazırlanıb və uc hissəsində 20 metr (66 ft) hündürlüyündə və 45 ton çəkiyə malik metal alov qoyulmuşdur. Lift ilə alovun aşağısında yerləşən hissəyə qədər qalxmaq və buradan bütün Pxenyanı seyr etmək mümkündür. Qalanın birinci mərtəbəsində resepşn otaqları yerləşir və burada qalanın ideoloji əhəmiyyətindən bəhs edən video çarxlar göstərilir. Abidənin hazırlanmasında Vaşinqton abidəsindən nümunə götürülmüşdür və hündürlük baxımından çox az fərqlə onu keçmişdir. Çuçxe Qalası dünyada San Yakinto Abidəsindən sonra ikinci ən hündür abidə xarakterli sütundur. Qala ilə birlikdə ortaq olan və qarşısında yerləşən 30 metr hündürlüyündə 3 ideoloji fiqurların hər biri əlində — çəkic (fəhlə), oraq (kəndli) və yazı (İntellektual işçi) qələmi tutmuşdur və bu klasik kommunist stilində olan obrazlar məhz sovet dövründə olan fəhlə və kolxozçu abidəsindən götürülmüşdür.
Çuçxe ideyaları
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. Vurğun Əsgərli, "Çuçxe İdeologiyası", məqaləsi.
Sərmayə
İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Sərçələr
Sərçələr (lat. Passeridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Sərçələr Azərbaycanda geniş yayılmışdır. Boyları minimal 5.5 sm, maksimal 10 sm olur və göyərçinlərə nisbətən daha kiçikdir.
Cümə məscidi (Gəncə)
Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi — Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir. Gəncə Cümə məscidi ümumi memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini davam etdirir. Binanın memarlığında, xüsusilə günbəz və portalların həll edilməsində Azərbaycan və qonşu ölkələrin zəngin memarlıq ənənələri uğurla istifadə olunmuşdur. Bununla yanaşı binanın memarlığında forma və detalların sadə təkrarlanmasına da yol verilməmiş, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik, ifadəlik və aydınlıq əks etdirilmişdir. == Tarixi == Gəncə şəhərinin Qədim Gəncə ərazisindən köçürülməsindən sonra, yeni şəhərin abadlaşdırılmasına xüsusi diqqət yetirilmişdi. Yerüstü tikililər, meydanlar və bağlarla yanaşı həmin dövrdə bir neçə kilometrə çatan kanalizasiya sistemi də yaradılmışdır ki, həmin sistemin də bir hissəsi bu vaxta kimi istifadə edilir. Kərpicdən inşa edilmiş geniş kanalizasiya yolları cənubdan qərbə və şimaldan şərqə uzanmaqla məscidin yanından və meydanın altından keçərək Gəncəçaya qədər uzanır. Şəhərin su təminatı isə inşa edilmiş kəhriz sistemi ilə həyata keçirilirdi. Şəhər mərkəzinin özəyini təşkil edən məscid kompleksinə monumental məscid binası, onun şimalında müstəqil dayanan və iki tərəfdən qoşa minarələrlə əhatələnən giriş portalı, və məscid ətrafında yerləşən Gəncə mədrəsəsi daxil idi. Kompleksin əsas binası inşası 1606-cı ilə aid edilən məscid binasıdır.