Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
20 iyul sui-qəsd cəhdi
"Valkiriya" əməliyyatı, həmçinin 20 iyul sui-qəsdi və generalların sui-qəsdi (alm. Attentat vom 20. Juli 1944‎)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədi ilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi. == Valkiriya planı == 1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.
İmran Xana sui-qəsd cəhdi
Pakistanın keçmiş Baş naziri və Pakistan Təhrik-e-İnsaf (PTI siyasi partiyası) sədri İmran Xan 2022-ci il noyabrın 3-də Pəncabın Vəzirabad şəhərində uzun sürən hökumət əleyhinə etiraz aksiyası zamanı sui-qəsd zamanı güllələnib. . Silahlı şəxs hərəkatın daha bir neçə liderini yaralayıb və Xanın tərəfdarlarından birini öldürüb. == Sınaq səbəbi == === İmran Xanın devrilməsi === Pakistanda siyasi böhran 2022-ci ildə Pakistan Demokratik Hərəkatının (müxalifət partiyası) İmran Xana qarşı etimadsızlıq təklifi təqdim etməsi ilə başlayıb. Prezident Arif Alvi Xanın tövsiyəsi ilə parlamenti buraxdığı zaman böhran konstitusiya problemi ilə bağlı idi. Ali Məhkəmə Parlamenti bərpa etdi və Xan etimadsızlıq təklifini itirdi və onun yerinə indiki Baş nazir Şehbaz Şərif keçdi. Xan onun devrilməsini “Amerika planı” adlandırıb və yeni hökuməti “idxal edilmiş hökumət” adlandırıb. === Azadi mart 2022 === Azadi Mart 2022 (mart-II) 28 oktyabr 2022-ci il tarixindən başlayaraq Lahordan İslamabadda Xan və tərəfdarlarının hökumətin növbədənkənar seçki keçirməkdən imtina etməsinə etiraz etmək üçün baş tutan yürüşdür. == sui-qəsd cəhdi == Xan 3 noyabr 2022-ci ildə tərəfdarlarına müraciət edərkən silahlı şəxs Xana atəş açıb. Xanın köməkçilərindən birinin dediyinə görə, altı dəfə atəş açılıb. Xanın tərəfdarlarından biri (kod adı İbtisam) silahlı ilə məşğul olmağa cəhd etdi.
Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (1832)
Gürcü zadəganlarının Rusiya hakimiyyətinə qarşı çevriliş cəhdi (gürc. 1832 წლის შეთქმულება) — Gürcüstan dövlətçiliyini və Baqrationilər sülaləsinin hakimiyyətini bərpa etmək üçün Gürcüstanın çar ailəsi və zadəganları tərəfindən hazırlanmış çevriliş və ya sui-qəsd hadisəsi olmuşdur. == Arxa plan == 1801-ci ildə imzalanmış Georgiyevsk müqaviləsinə əsasən Şərqi Gürcüstan (Kartli-Kaxetiya) Rusiya imperiyasına ilhaq edildi. Gürcüstanın zadəgan ailələri isə Rusiyanın digər vilayətlərinə sürgün edildilər. Rus hakimiyyətindən narazı olan gürcülər, Rusiyanın bölgədən çıxmasını və gürcü zadəganlarının yenidən hakimiyyətə gəlməsini istəyirdilər. Şərqi Gürcüstanın son hökmdarı XII Georginin oğlu knyaz Okropir də müstəqilliyə can atan zadəganlar içərisində idi. Okropir və digər yoldaşları Moskva və Sankt-Peterburqdakı gürcü tələbələr ilə toplantılar keçirərək onlara rus hakimiyyəti altındakı ölkələrinə qarşı vətənpərvərlik hissi aşılamağa çalışırdılar. Beləliklə, Tiflis şəhərində Baqrationilər sülaləsini hakimiyyətə gətirmək isətəyən və gizli fəaliyyət göstərən cəmiyyət yarandı.Okropir 1830-ci ildə Gürcüstana səfər etdi. O, səfəri zamanı Gürcüstandakı sui-qəsdçilər və filosof Solomon Dodaşvili ilə görüşlər keçirdi. Həmçinin sui-qəsd planı Qərbi Gürcüstandakı Rusiya tərəfindən ləğv edilmiş İmereti çarlığından olan gürcülər və Abxaziyanın hakim sülaləsi olan Şervaşidzelər tərəfindən də dəstəklənirdi.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. == Tarixi == Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
Məhdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Cəhri rayonu
Cəhri rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Cəhri kəndi olmuşdur. == Tarixi == 1921 ci ildə yaradılan Cəhri rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Cəhri, Sust, Xıncab, Əznəbürd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük. 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Cəhri çayı
Cəhriçay — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində çay. Naxçıvançayın sağ qolu. Uzunluğu 45 km. Hövzəsinin sahəsi 442 km2Dərələyəz silsiləsindən 2320 m hündürlükdən başlayır. Qar, yağış və yeraltı sularla qidalanır. Suvarmada istifadə olunur. == Cəhriçay Çınqıl-Qum Qarışığı Yatağı == Cəhriçay hövzəsində, Cəhri qəsəbəsinin cənub qərb və qərb hissələrindədir. Geoloji quruluşunda müasir dövrün allüvial-delüvial çöküntüləri — çaqıl, çınqıl və qum qarışığı iştirak edir. Sahəsi 2,18 km2, faydalı qatın qalınlığı 4,84 m=ə qədərdir. Çınqıl-qum qarışığı hidotexniki tikinti işləti üçün öyrənilmişdir.
Əhdi-Cədid
Əhdi-cədid və ya Yeni and – xristian Müqəddəs Yazılarının ikinci bölməsi. Əhdi-cədidə həmçinin İncil kitabı deyirlər. == Əhdi-cədidin məzmunu == Əhdi-cədid 27 kitabdan ibarət olub qədim yunan dilində yazılmışdır. İlk dörd kitab Müjdələrdir. Ondan sonra Həvarilərin İşləri Kitabı, həvari Paulun yazdığı 13 Məktub, İsa Məsihin digər həvariləri və yaxın ardıcılları tərəfindən yazılmış 7 Məktub və müəllifi məlum olmayan "İbranilərə Məktub" yer alır. Əhdi-cədidin son kitabı "Yəhyaya nazil olan Vəhy"dir. Müjdələr Xilaskar İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. Məktublar ilk kilsəyə (imanlılar cəmiyyəti) yol göstərmək üçün yazılıb. Vəhy Kitabı insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayan peyğəmbərlik kitabıdır.
Əhdi Cədid

Məhdi Ülya
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Əhdi-Ətiq
Əhdi-ətiq və ya Əhdi-qədim — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). == Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması == İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. == Xristianlıqda Əhdi-ətiqin yeri == Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr.
Əhdi Bağdadi
Əhdi Bağdadi — XVI əsrdə yaşamış Azərbaycan filoloqu və şairi. Əhdi Bağdadi lirik şeirlər müəllifi kimi tanınmışdır. Füzulinin müasiri olmuş, onun oğlu Fəzli ilə dostluq etmişdir. Əhdinin Azərbaycan dilində "Gülşəni-şüəra" ("Şairlər gülşəni") təzkirəsində XVI əsrdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin həyatı və əsərləri haqqında məlumatlar verilmişdir. Əsərin əlyazması Sankt-Peterburq Dövlət Universitetinin kitabxanasında saxlanılır.
Əhdi Ətiq
Əhdi-ətiq və ya Əhdi-qədim — Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3–2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). "Tanax" adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X). == Tanaxda və Əhdi-ətiqdə kitabların sıralanması == İudaizmdə (Tanaxda) və xristianlıqda (Əhdi-ətiqdə) kitabların sıralanma və kateqoriyalara bölünmə ənənələri fərqlidir. == Xristianlıqda Əhdi-ətiqin yeri == Əhdi-ətiq, xüsusən yunan dilinə tərcüməsi Septuaginta erkən xristian kilsəsinin Müqəddəs Yazıları idi. Sinoplu Markion (təqr.
Mehdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Xeyrənnisa Bəyim(Məhdi Ülya)
Məhdi Ülya Sultan (tam titulu: Dürri-dürət Dövlətü-hümayün Şahbanu Naibəyi, Nəvvabi-Səfəviyyə Məhdi Ülya Sultan Mərəşi; 1549, Behşəhr, Mazandaran ostanı – 26 iyul 1579) — I Şah Abbasın anası, Məhəmməd şah Xudabəndənin arvadı, Mərəşi seyidlərindən. == Həyatı == Xeyrənnisə Sultan Mazandaran xanı Abdulla xanla bəy qızı Lazibar xanımın ilk övladı idi. 1549-cu ildə anadan olmuşdur. Abdulla xan bu qızını xüsusi yetişdirmişdi. Ona at çapmağı, oxla nişan almağı öyrətmiş, əsasında, bacısı ilə xüsusi müəllimlərin iştirakında elmlərə yiyələnmişdilər. Xeyrənnisə Sultan ilə Şah Məhəmməd Xudabəndənin tanış olması tamamən təsadüfi idi. Tarixi qaynaqlardan biri yazır ki, Şahzadə atasının istəyi ilə payitaxta gələndən sonra Mazandaran bölgəsini gəzərkən bazara yolunu salmış və kəndli qiyafəsində insanları sorğu-sual edirmiş. Elə bu zaman xan qızı Xeyrənnisə bacısı Zəhra xanımla ( I Abbasın məşvərətçisi, Məryəm ve Zeynəb sultanı sürgün etdirən, bacısının intiqamçısı) ilə orada olur. Lakin şahzadə paytaxdan muzdlu tutulmuş oxcunun nişanı ilə yaralanır və yerə yıxılır. Bu zaman gənc qız olan Xeyrənnisə qaçaraq onu qaldırır, yarasına oradaca məlhəm qoyur, əhvalını soruşur.
Naxçıvanda dövlət çevrilişinə cəhd
Naxçıvanda dövlət çevrilişinə cəhd — 24 oktyabr 1992-ci ildə Əbülfəz Elçibəy hakimiyyətinin və Naxçıvan Xalq Cəbhəsinin dəstəyi ilə Azərbaycanın daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin devrilməsi üçün həyata keçirilmiş dövlət çevrilişinə cəhd. Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycanı sovetləşdirməsindən sonra Naxçıvanda muxtar respublika yaradılmışdır, Türkiyə muxtariyyətin qarantoru kimi təsbit edilmişdir. Bu səbəbdən də Naxçıvan Birinci Qarabağ müharibəsi illərində digər bölgələrə nisbətən daha az zorakılığa şahid olmuş, lakin Ermənistan tərəfindən blokada edilmişdir. Xocalı soyqırımının üzə çıxmasından sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibov istefa vermiş, lakin 14 mayda Ali Sovetin qərarı ilə yenidən hakimiyyətə gəlmişdir. Növbəti gün etirazçılar tərəfindən dəstəklənən Azərbaycan Xalq Cəbhəsi (AXC) Mütəllibovu devirmişdir. AXC üzvü İsgəndər Həmidov daxili işlər naziri təyin edilmiş, Əbülfəz Elçibəy isə iyunda prezident seçilmişdir. İsgəndər Həmidov Siyavuş Mustafayevi Naxçıvanın daxili işlər naziri təyin etmiş, lakin regional DİN əməkdaşları buna etiraz etmiş və nəticədə Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləməmiş, Əsgər Ələkbərovu daxili işlər naziri seçmişdir. Həmidov bunun cavabında Ələkbərovu və başqa Naxçıvan DİN vəzifəlilərini işdən xaric etmiş, Naxçıvan Ali Məclisi isə AXC-yə bağlı silahlı dəstələrin ləğv olunması haqqında qərar qəbul edilmişdir. 24 oktyabrda DİN Naxçıvana hərbi desant göndərmişdir. Naxçıvanlı cəbhəçilər və zirehli texnika tərəfindən dəstəklənən silahlı dəstə DİN binasına və televiziyaya basqın edərək oranı zəbt etmişdir.
1994 Azərbaycanda dövlət çevrilişinə cəhd
1994-cü il Azərbaycanda hərbi çevrilişə cəhd – 1994-cü il oktyabrın 2-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə baş vermiş qiyam cəhdidir. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi. == Səbəbləri == Birinci dəfə 1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, "Yun" zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Surət Hüseynov ilk dəfə 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üçün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı. Bu dəfə də S.Hüseynov növbəti dəfə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı. Heydər Əliyev də 1999-cu ildə Washington Post qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini deyib. 1994-cü ildə Qarabağ müharibəsinin dayandırılması üçün Bişkek protokolu imzalandıqdan sonra Heydər Əliyev ilə Surət Hüseynov, həmçinin Cavadov qardaşları arasında müharibənin dayandırılması, neft müqavilələri və iqtisadiyyatın idarəolunması barəsində ziddiyyətlər getdikcə dərinləşməyə başladı. 1994-cü ilin yayı H.Əliyev və S.Hüseynov arasında açıq qarşıdurmalarla keçir. Surət Hüseynov Əliyevin getdikcə Qərbpərəst mövqeyindən, Qərb şirkətləri ilə neft müqavilələri imzalamasından və Əliyevin yaxınlarının və uzun müddətdir ortağı olan spiker Rəsul Quliyevin əsas rol oynadığı özəlləşdirmədən narazılığını gizlətmir. Xarici neft şirkətləri, BVF və Dünya Bankı fəal hərbi əməliyyatlar gedən ölkələrə investisiya yatırmadıqları üçün onlar neft müqaviləsinin imzalanması üçün Qarabağda atəşkəs imzalanmasını istəyirdilər.
1995 Azərbaycanda dövlət çevrilişinə cəhd
1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı. == Zəmin == 1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi.
Azərbaycanda dövlət çevrilişinə cəhd (1994)

Azərbaycanda dövlət çevrilişinə cəhd (1995)

Türkiyədə dövlət çevrilişinə cəhd (2016)
Türkiyədə dövlət çevirlişinə cəhd — 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi.
Qanlı yumruq 4: Ölümcül cəhd
"Qanlı yumruq 4: Ölümcül cəhd" (ing. Bloodfist IV: Die Trying) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Denni Hold avtomobil konfiskasiya ilə məşğuldur. Bir gün silah alveri ilə məşğul olan avtomobilin keçmiş sahibləri onun tərəfindən təhqir olunur. Buna görə onlar Denninin qızını qaçırırlar. Denni qızına görə onlarla mübarizə aparmaq məcburiyyətindədir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 4: Ölümcül cəhd — Internet Movie Database saytında.
Cahangir Mehdi
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . == Həyatı == Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Elnur Mehdi
Elnur Mehdiyev — rejissor, aktyor. == Həyatı == Elnur Cahangir oğlu Mehdiyev 25 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə, məktəbdə oxuyarkən, ilk dəfə “Kişi sözü” adlı bədii musiqili kinofilmində aktyor kimi iştirak etmişdir. 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii kino və televiziya filmləri ixtisası üzrə rejissorluq fakültəsində ali təhsil almışdır. 1997-ci ildə Türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanının motivləri əsasında “Məhəbbətin hökmü” adlı tammetrajlı bədii televiziya filmini quruluşçu rejissoru olmuşdur. Və həmin film Azərbaycan Dövlət Televiziyasında nümayiş etdirilmişdir. Qeyd edək ki bu günə qədər mütəmadi olaraq göstərilir. 1998-2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ”Mozalan” studiyasında bir çox satirik və yumoristik qısametrajlı bədii və sənədli filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2000-ci ildə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Debüt” studiyasının nəznində “Sifarişçi” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olmuşdur. Həmin film 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında ilk dəfə keçirilən, Gənclər gününə həsr olunmuş festivalda nümayiş etdirilmiş və ən uğurlu rejissor işinə görə mükafat və diploma layiq görülmüşdür.
Famil Mehdi
Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu – 29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977). == Həyatı == Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehdi Kiyani
Mehdi Kiyani (10 yanvar 1987-ci il, Nəhavənd, İran) – iranlı futbol yarımmüdafiəçisi. == Fəaliyyəti == Kiyani 2009-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə İstiqlal-i Cunub və Səba futbol klublarında oynamışdır. Mehdi Kiyani Traktor Sazi klubunun ən popular oyunçularından sayılır.
Mehdi Kərrubi
İranda Milli Etimad Partiyasına rəhbərlik edən Mehdi Kərrubi 1937-ci ildə İran adlanan yerin Luristan əyalətinin Əligudərz şəhərində anadan olub. Milliyyətcə lurdur. Şiədir. İlahiyyat üzrə təhsilini Qum şəhərində alıb, burda universiteti bitirib. 1980-ci ildə İran adlanan yerin parlamentinə deputat seçilib, sonra isə parlament sədrinin canişini işləyib. 1999-cu ildə İran adlanan yerin parlamentinin sədri seçilib. 2005-ci ildə keçirilən prezident seçkisinə qatılan Mehdi Kərrubi məğlub olduqdan sonra Milli Etimad Partiyasını yaradıb.
Mehdi Mahmudov
Mehdi Mahmudov — Polkovnik == Həyatı == 1932-ci ildən оrdu sırаlаrındа хidmət еtmişdir. Tiflisdə hərbi məktəb bitirdikdən (1936) sоnrа bаtаrеyа kоmаndiri, diviziоn kоmаndirinin müаvini оlmuşdur. Böyük Vətən mühаribəsi illərində 416-cı Аzərb. diviziyаsındа pоlk kоmаndiri оlаn M. Bеrlinədək döyüş yоlu kеçmiş dir. Lеninqrаd (indiki Sаnkt-Pеtеrburq) Аli Аrtillеriyа Zаbitləri Məktəbini (1946) və Mоskvаdа M.V.Frunzе аd. Hərbi Аkаdеmiyаnı (1952) bitirmişdir. 1956-cı ildə оrdudаn burахılmışdır. == Mükafatları == 3 "Qırmızı Bаyrаq", 3-cü dərəcəli "Suvоrоv", 1-ci dərəcəli "Vətən mühаribəsi" və "Qırmızı Ulduz" оrdеnləri ilə təltif оlunmuşdur. == Ədəbiyyat == Bоkоv F. Y., Аzərbаycаn övlаdlаrının ölməz igidliyi, B., 1975; yеnə оnun, Vеsnа pоbеdı, M., 1979.
Mehdi Mehdiyev
Mehdi Adıgözəl oğlu Mehdiyev (20 oktyabr 1895, Qarakollu, Cəbrayıl qəzası – 14 oktyabr 1937, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Mehdi Mehdiyev 1895-ci ildə Cəbrayıl qəzasının Qarakollu kəndində doğulmuşdu. 1908-ci ildə Şuşa seminariyasına daxil olub. 1911-ci ildə seminariyanı bitirmiş, sonra Hərbi Gürcüstan dəmiryolunun çəkilişində fəhləlik etmişdi. 1914-cü ildə Donbasda bir sıra görkəmli inqilab mübarizləri ilə tanış olmuşdur. O, dəmir yolunda yükdaşıyan işlədiyi vaxt Birinci Dünya müharibəsinin başlanması xəbərini də elə orada eşitmişdi. M.Mehdiyev 1915-ci ildən 1918-ci ilə qədər Orta Asiyada-Türkistan vilayətinin Buxara dəmir yolunda fəhlə işləmişdi. 1931-1932-ci illərdə o, Moskva Qırmızı Professorlar (Ali Partiya) Məktəbinin dinləyicisi olmuşdur. === Ailəsi === Ailəli idi. Fikrət adlı oğlu, Rima adlı qızı vardı.
Mehdi Mehdizadə
Mehdi Məmməd oğlu Mehdizadə (5 yanvar 1903, Daşkəsən, Cəbrayıl qəzası – 1 may 1984, Bakı) — pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR xalq maarif naziri (1952–1954; 1960–1980). == Həyatı == Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndli ailəsində anadan olmuşdur. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Daha sonra gənc Mehdi 1921-ci ildə rayon mərkəzində açılan pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Mehdi Mirkişiyev
Mehdi Mirkişi oğlu Mirkişiyev (15 iyul 1928 – 27 sentyabr 1993) – tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Mehdi Mirkişiyev 1928-ci il iyulun 15-də Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olmuşdur. M.Qorki adına Cəbrayıl qəsəbə orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1946-1951). Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında böyük redaktor kimi başlamışdır. Sonra "Yazıçı" nəşriyyatı bədii tərcümə redaksiyasının böyük redaktoru vəzifəsində işləmişdir (1982-1988). 1993-ci il sentyabrın 27-də Bakıda vəfat etmişdir. == Tərcümələri == (ruscadan) 1. Q.Sevuns. Tehran (I kitab). Bakı: Azərnəşr, 1953, 517 səh.
Mehdi Murtuzov
Mehdi Muxtar oğlu Murtuzov (10 iyul 1997, Alpan, Quba rayonu – 2 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Murtuzovlar ailəsində 3 uşaq olublar- 2 qardaş və 1 bacı. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik ixtisasına qəbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. == Hərbi xidməti == Murtuzov Mehdi iyul ayının 10-da, doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanmış, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə görə təltif edilmişdir. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə almışdır. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunmuşdur.
Mehdi Mustafayev
Mehdi Həsən oğlu Mustafayev (15 sentyabr 1914, Tatlı, Qazax qəzası – 5 oktyabr 1979, Bakı) — Azərbaycanda meşə mühafizəsi işinin təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının 15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində II Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Mehdi müəllimin tərcümeyi-halına nəzər salanda məlum olur ki, onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Valideynlərini erkən itirdiyindən hələ gənc yaşlarından zəhmətə qatlaşmalı olur. O, Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra 1929-cu ildə Gəncə şəhərinə gəlmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində hazırlıq kursunda təhsil alır. 1931-ci ildə yenicə Bakıdan Gəncəyə köçürülmüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olunur. Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, "Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması" mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir. Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936–1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur. Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir.
Mehdi Mükərrəmoğlu
Mehdi Mehdiyev (azərb. Mehdi Mükərrəm oğlu Mehdiyev‎; 15 aprel 1952, Dondarlı, Qubadlı rayonu – 11 yanvar 2023) — Jurnalist == Həyatı == Mehdi Mehdiyev 1952-ci il aprelin 15-də Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1969-cu ildə həmin kənddəki orta məktəbi bitirmişdir. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul olub, 1975-ci ildə universiteti qırmızı diplomla bitirmişdir. Azərbaycan Dövlət Universitetində aspiranturasını bitirib. 12 yanvar 2023-cü ildə vəfat etmişdir. === Ailəsi === Üç övladı var. Oğlanlarından biri BDU-nun hüquq fakültəsini bitirmiş, vəkil kimi çalışmışdır, digəri isə həkimdir. Qızı Dillər Universitetini bitirmiş, həmin universitetdə müəllim kimi çalışıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1975-ci ildən başlamışdır.
Mehdi Məhərrəmov
Mehdi Əmirxan oğlu Məhərrəmov (26 iyun 1973, Daşkənd, Vardenis rayonu – 5 fevral 1993, Ağdərə rayonu) — Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri. == Həyatı == Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1980-ci ildə Basarkeçər rayonu Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə atası Molla Əmirxandan dini təhsil də almışdır.11 mart 1992-ci ildə Bərdə RHK tərəfindən hərbi xidmətə çağrılmış, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş, Ağdərə rayonunda gedən döyüş əməliyyatlarında N saylı hərbi hissənin bacarıqlı rabitəçisi və atıcısı kimi xidmət göstərmişdir.5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür. Məzarının yeri məlum deyil. Ona Bərdə rayon Xalq Məhkəməsi tərəfindən şəhid adı verilmişdir. == Ailəsi == Subay idi. Şair Həsən Xəyallının nəvəsi, din xadimi Molla Əmirxanın oğlu, şair-zabit Əli Məhərrəmovun qardaşıdır.
Mehdi Məmmədov
Mehdi Əsədulla oğlu Məmmədov (22 may 1918, Şuşa, Yelizavetpol quberniyası – 28 yanvar 1985, Bakı) — Azərbaycan teatr rejisoru, aktyoru və pedaqoqu, sənətşünaslıq doktoru (1968), professor (1960), SSRİ xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulmuş, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935), həmin il Moskvada ali rejissor təhsili almağa getmişdi. Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub. == Ailəsi == Mehdi Məmmədovun böyük oğlu Elçin Məmmədov (anası Barat Şəkinskayadır) məşhur teatr rəssamı idi. Rejissor Vüqar Məmmədovun atasıdır. Aktyor, kinoşünas Ülvi Mehdinin atasıdır. Aktrisa Şəfiqə Məmmədovanın həyat yoldaşı olub. Aktyor Elçin Məmmədovun atasıdır.
Mehdi Nəzərli
Mehdi Nəzərli (azərb. Mehdi Cavad oğlu Nəzərli‎; d. 10 may 1892, Xızı; ö. 3 sentyabr 1952, Bakı) — Milli nəfəs alətləri ustası, muğam bilicisi. == Həyatı == XIX-XX əsrin tanınmış simalarından olan Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, nəfəs alətlərinin mahir ifaçısı, Üzeyir Hacıbəyov orkestrinin aparıcı solisti olmuş, Mehdi Cavad oğlu Nəzərli Xızı şəhərinin Sayadlı kəndində anadan olmuşdur. Üzeyirbəyin şəxsi dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət olunaraq "Koroğlu" operasının ilk premyerasının müşayətçisi olmuşdur. Üzeyirbəy orkestrinin solisti olan Mehdi Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər-arvad" və digər bu kimi tamaşaların müşayətçisi olaraq Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında xidmətləri ilə öz müəyyən töhfələrini vermişdir. == Sənət və fəaliyyəti == Milli nəfəs alətləri ustası, muğam bilicisi olan Mehdi Nəzərli eyni məharətlə tütək, ney, balaban, zurna, çonqur saz, cürə saz, qarmon və klarnet alətlərində çalmışdır. Azərbaycan klarnet ifaçılığı sənətinə ilk yiyələnənlərdən biri olmuşdur. O, bu alətlərin müxtəlif üsullarla səsləndirilməsinə baxmayaraq, hamısında eyni məharətlə çalmağı bacarırdı.
Mehdi Ordusu
Mehdi Ordusu (arb: جيش المهدي) — İraqda şiə lideri Müqtəda əs-Sədr tərəfindən qurulan müqavimət təşkilatı. 2003-cü ilin iyununda yaradılıb və hələ də fəaliyyət göstərir və təxminən 60.000 hərbçisi var. Mehdi ordusu İraq müqavimət hərəkatının ən nüfuzlu təşkilatlarından biridir və Bağdaddan 5 kilometr məsafədə yerləşən Sədr şəhərini azad edilmiş bir bölgə elan etmişdir. == Təşkilati strukturu == Mehdi Ordusundakı 50 nəfərdən ibarət olan Fazillər ən kiçik yaraqlı qrupdur. Bundan əlavə 6 Fasil bölməsi 300 nəfərlik səriyyə birliyini təşkil edir. Ən böyük birlik 7 səriyyədən (2100 nəfər) ibarət olan fəvc birliyidir.
Mehdi Quliyev
Quliyev Mehdi Nadir oğlu — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Quliyev Mehdi Nadir oğlu 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. 26 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib. M. Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır. Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == 9may.az. Qəhrəmanlar.
Mehdi Qənbərli
Qənbərli Mehdi Sübhi oğlu (27 avqust 2001, Osakücə, Lənkəran rayonu – 3 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin Şəhidi. == Həyatı == 27 avqust 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur.2018-ci ildə Lənkəran rayonunun Tatoba kənd tam orta məktəbinin məzunu olmuş və 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşmüşdür. İkinci Qarabağ müharibəsində 3 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Mehdi Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhd
1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı. == Zəmin == 1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi.
Qanlı yumruq 4: Ölümcül cəhd (film, 1992)
"Qanlı yumruq 4: Ölümcül cəhd" (ing. Bloodfist IV: Die Trying) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Denni Hold avtomobil konfiskasiya ilə məşğuldur. Bir gün silah alveri ilə məşğul olan avtomobilin keçmiş sahibləri onun tərəfindən təhqir olunur. Buna görə onlar Denninin qızını qaçırırlar. Denni qızına görə onlarla mübarizə aparmaq məcburiyyətindədir... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq 4: Ölümcül cəhd — Internet Movie Database saytında.
Mehdi Rəcəbyan
Mehdi Rajabian (Farsca: مهدی رجبیان; oktyabr 1989, Sari) — İranın şimalındakı Sari şəhərində anadan olub, bəstəkar, musiqiçi və veb səhifəsinin banisi olan Barg musiqi. 2015-ci ildə İranda bir neçə musiqi yayımı üçün həbs olundu. == Fəaliyyətlər və həbs == Bir neçə il ərzində İran musiqisinin hiyerarşisini öyrənmiş, ənənəvi musiqinin ustalarından öyrənməyə başlayan və bir neçə albom, məs. Sitorarist, bəstəkar və prodüser olaraq "Setar'dan rəvayət edilən İran Tarixinin Araşdırma Albumu" Həm də bir neçə musiqi albomunda səs yazıçısı və səs yazıçısı kimi çalışmışdır. Bu həbs onun şəxsi layihəsini dayandırdı. Mehdi Rəcəbyan həbs olunduqdan sonra "Setar tərəfindən rəvayət edilən İran tarixinin tədqiqat albomu", şəxsi studiyası, bütün yazıları, qeydə alınmış musiqinin hard diskləri müsadirə olundu və layihə səssiz qaldı.
Mehdi Rəhməti
Mehdi Rəhməti (fars. سید مهدی رحمتی‎; 2 fevral 1983, 3 fevral 1983 və ya 3 fevral 1981, Təbriz) — İran futbolçusu. == Həyatı == Mehdi Rəhməti 1983-cü ildə İranın Tehran şəhərində anadan olub. Rəhməti əslən Üskülüdür.
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt.
Cahid
Cahid — Azərbaycanlı kişi adı. Cahid Hilaloğlu — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. Cahid Sidqi Tarançı — Türkiyə şairi. Cahid Həsənov — Azərbaycanın tanınmış memarı.
Cədid
Cədid (Liviya) — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhər
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Cəhrə
Cəhrə — yun, pambıq və ipək liflərdən ip əyirmək üçün alətdir. Güman edilir ki, fars dilindən alınma sözdür və mənşəyi cəhrənin çıxartdığı cırıltı səsi ilə bağlıdır. Azərbaycan xalçaçılığında bu alət əvəzedilməzdir. Yun, pambıq və ipək liflərdən eşilməklə (burulmaqla) ip əyrilir. Cəhrə bir neçə hissədən ibarətdir. Top (pərli və ya bütöv ola bilər), ön və arxa qollar, iy, döşək (ön, alt və arxa döşəklər), tağalaq və kiriş (top və iyi birləşdirən ip). Kiriş əsasən qoyun dərisindən hazırlanır.
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Cəyli
Cəyli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəyli oykonimdir. Şirvan düzündədir. Boz Ulus tayfalarından cəklərin adı ilə əlaqələndirilir və etnotoponim hesab edilir. Azərbaycan dilinin bəzi dialektlərinde isə cey sözü "tayfa, nəsil" mənasında işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1567 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə Cəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Dəndi
Dəndi- İranın Zəncan ostanının Mahnişan şəhristanının Ənquran bəxşində şəhər və bu bəxşin mərkəzidir. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Məhvi
Molla Məhəmməd Osman Bəlxi (kürd. مەلا موحەمەد کوڕی عوسمان بەڵخی) və ya təxəllüsü ilə Məhvi (kürd. مەحوی) (1830 – 1906, Süleymaniyyə) — Osmanlı kürd sufi şairi. Soran dilində yazıb-yaratmışdır. Qacar dövlətində, Məhabad və Sənəndəc şəhərlərində təhsil almışdır. O, 1862-ci ildə o zaman Osmanlının Süleymaniyyə məhkəməsində hakim olmuşdur. Məhvi İstanbula səyahət etmiş və 1883-cü ildə II Əbdülhəmidlə tanış olmuşdur. O, Süleymaniyyədə bir xanəgah qurmuş və ona Osmanlı sultanının adını vermişdir. Məhvi şeirlərində əsasən təsəvvüfü təbliğ edir, eyni zamanda insanın vəziyyəti və həyatın mənası ilə bağlı suallar kimi ekzistensial problemlərdən bəhs edirdi. == İstinadlar == == Xarici keçidlər == A collection of essays on Mahwi's poems (in Kurdish) Classical Traditions and Modern Meanings, by Stephen Sperl.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Pərdi
Pərdi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pərdi kəndi Yardımlı rayonunun Gilar kəndindən köçmüş qədim Gilar bəglərinin yaylağıdır. Gilar kəndinin bəgləri ən qədim pirlər nəslidir və Pərdi də pir-dailəri, yəni pir-tanrıları deməkdir. Ən qədim mənbələrdə Pərdi kəndi Parda kimi qeyd olunur. 19 əsr sənədlərində Yardımlı ərazisindəki Gilar kəndi Pərdi-Gilar adlanır və köçərilər kimi qeyd olunur. Bu köçərilik isə birbaşa mənada yox, sufi mənadadır. Ən qədim mənbələrdə "Dağ və səhralarda dolaşan qüdrəti midiyalılar" dedikdə məhz Gilar bəgləri nəzərdə tutulurdu. Cəlilabad rayonunun 10-a yaxın kəndi (Edişə, Şabanlı, Qasımbəyli və s.) məhz Gilar bəglərin törəmələrinin yaşadığı kəndlərdir. Pərdili oyk. Cəlilabad r-nunun Xanəgah i.ə.v.-də kənd.
Mahdi

Vəhid