Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri. == Həyatı == Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb. == İctimai-siyasi fəaliyyəti == 1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub. 1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.
Cahandar ağa
Cahandar ağa — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının Dəli Kür romanının qəhrəmanı. Qazax mahılında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəy. == Personajın təsviri == Cahandar ağa Qazax mahalında söz sahibi, geniş torpaq sahələrinə və mülkə sahib bəydir. Hündürboy və pəhləvan cüssəlidir və az qarayanızdır. Həyat yoldaşı Zərnigar xanımdan Şamxal və Əşrəf adlı iki oğlu və Salatın adlı bir qızı vardır. Kəndin varlı adamlarından olan, yeddi dəfə evlənmiş Allahyarın, Mələk adlı kəbinli bir arvadını qaçırıb özünə arvad etmişdir. Nişan almaqda mahirdir və sərrast atəş açır. Təxminən 45-50 yaşlarındadır. == Ədəbiyyat == Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
Cahandar Şah
Cahandar Şah — Böyük Moğol İmperiyasının IX padşahı.
Lətifə Cahandarqızı
Lətifə Cahandar qızı Əliyeva (d. 1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən). == Həyatı == Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964). 1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. Ana rollarının mahir ifaçılarından biridir. Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib. 2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsüdür..
Gahandar (Piranşəhr)
Gahandar (fars. گنه دار‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (32 ailə).
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. == Tarixi == Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".“Yurdda sülh, cahanda sülh” şüarı bundan sonra Türkiyədə dövlət idarəçiliyinin və istənilən dövlət fəaliyyətinin mərkəzi prinsipi kimi qəbul edildi.
Cahangir
Cahangir — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslərCahangir Əsgərov — AZAL-ın sədri və AAAF-ın prezidenti.
Cahanşah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Kamandar
Kamandar – Azərbaycanlı adı. Kamandar Şərifov Kamandar Məcidov Kamandar AbdullayevDigərKamandar (Şəmkir) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Marneuli bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Aşıq Kamandar
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi. == Həyatı == Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir. O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.
Cahangir Abdullayev
Cahangir Məmməd oğlu Abdullayev (1 may 1901, Yelizavetpol – 4 yanvar 1973, Bakı) — Azərbaycan sovet terapevti, kardioloq, Azərbaycan SSR EA akademiki (1968), Azərbaycan SSR əməkdar elm xadimi (1940) == Həyatı == Cahangir Məmməd oğlu Abdullayev 1901-ci il may ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədə klassik gimnaziyada təhsil almış, 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. 1926–1932-ci illərdə Leninqradda (Sankt-Peterburq) diplomdansonrakı təhsilini davam etdirmişdir. C. Abdullayev 1936-cı ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmiş, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adına layiq görülmüşdür. C. Abdullayev 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. C. Abdullayev Azərbaycan Dövlət Tibb İnstitutunun Hospital terapiyası kafedrasının assistenti kimi (1932) əmək fəaliyyətinə başlamış, həmin kafedranın müdiri (1943–1973) vəzifəsində çalışmışdır. C. Abdullayevin rəhbərliyi ilə Elmi-Tədqiqat Kliniki Eksperimental Təbabət İnstitutunda kardioloji şöbə yaradılmışdır (1961). == Elmi naliyyətləri == C. M. Abdullayev kardiologiya sahəsi üzrə beynəlxalq aləmdə tanınmış görkəmli elm xadimlərindən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini diyar patologiyası, hematologiya, ateroskleroz xəstəliklərinin, ürək-damar sistemi patologiyasının etiologiyası, patogenezi, klinikası, profilaktika və müalicəsi, eləcə də neft sənayesi işçilərində peşə xəstəlikləri probleminin, neft karbohidrogenlərinin ürək-damar sisteminə və qanın laxtalanmasına göstərdiyi təsirlərin öyrənilməsi, ürəyin işemik xəstəliyinin etiologiyası, patogenezi, klinikası, diaqnostikası, müasir müalicə və profilaktika üsullarının araşdırılmasını təşkil etmişdir. Alim həmçinin strofantinin damargenişləndirmə təsirini müəyyənləşdirmiş, miokard infarktı xəstəliyinin müalicəsində ondan geniş istifadə etmişdir.
Cahangir Allahverdiyev
Allahverdiyev Cahangir İbrahim oğlu (6 sentyabr 1938) — azərbaycanlı kimyaçı. == Həyatı == Allahverdiyev Cahangir İbrahim oğlu 6 sentyabr 1938-ci ildə Gədəbəy rayonunun Poladlı kəndində anadan olmuşdur. 1946-cı ildə öz kəndlərində məktəb olmadığından qonşu Böyük Qaramurad kəndində Füzuli adına orta məktəbə getmiş, 1956-cı ildə isə həmin məktəbi bitirib ali təhsil almaq üçün Bakı şəhərinə gəlmişdir. Sənədlərini M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna vermişdir. О, həmin institutun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində öz istedad və bacarığı ilə fərqlənmişdir. 1961-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra perspektivli məzun kimi təyinatla Azərbaycan Neft Layihə İnstitutuna mühəndis-texnoloq vəzifəsinə işləməyə göndərilmişdir. Pedaqoji fəaliyyətə olan həvəsi onu 1962-ci ildə məzunu olduğu M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna qaytarmışdır. О, müsabiqə yolu ilə həmin instituta müəllim qəbul olunmuşdur. Daha səmərəli elmi-tədqiqat işi ilə məşğul olmaq üçün 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri institutunun analitik kimya laboratoriyasına elmi işçi düzəlmişdir.
Cahangir Qəhrəmanov
Cahangir Qəhrəmanov Vahid oğlu (10 fevral 1927, Qəbələ – 26 iyun 1995) — Əlyazmalar İnstitutunun direktoru, alim, professor, əməkdar elm xadimi. == Həyatı == Cahangir Qəhrəmanov 1927-ci il fevral ayının 10-da Qəbələ bölgəsində ziyalı ailəsində anadan olmuşdur. Atası Vahid Qəhrəmanov Azərbaycanın ilk hüquqşünas alimlərindən biri idi. O, 1945-ci ildə Bakı şəhəri 132 N-li orta məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1955-ci ildə "Azərbaycan ədəbi dilində fəlsəfə terminləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Cahangir Qəhrəmanov 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, dosent kimi çalışmışdır. O, 1960-ci ildən etibarən fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda davam etdirmişdir. Qəhrəmanov 1960-cı ildən 1995-ci ilədək Əlyazmalar Fondunda çalışmışdır.
Cahangir Rüstəmov
Cahangir Rüstəmov (polkovnik) — Azərbaycan Milli Ordusunun polkovniki, alay komandiri. Cahangir Rüstəmov (rəssam) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Cahangir Surxayzadə
Cahangir Hətəm oğlu Surxayzadə (9 iyul 1996, Qaynaq, Tərtər rayonu — 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahangir Surxayzadə 9 iyul 1996-cı ildə Tərtər rayonunun Qaynaq kəndində Hətəm Əliyev və İltifat Qasımovanın ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Tərtər rayonu Qaynaq kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Cahangir Surxayzadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərən Cahangir Surxayzadə yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vurduqdan sonra Azərbaycanın Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmətə başlamışdır. Cahangir Surxayzadə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin tərkibində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində xüsusi təyinatlı dəstənin atıcı və meteomüşahidəçisi olaraq iştirak etmişdir.
Cahangir Süleymanov
Süleymanov Cahangir Salman oğlu - == Həyatı == 1929-cu ildə anadan olmuşdur. 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş, 1948-ci ildə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına köçürülmüş və 1951-ci ildə üzümçülük ixtisası üzrə oranı bitirmişdir. Təyinatla 4 il Özbəkistanda işləmiş, 1956-cı ildə Azərbaycan elmi-tədqiqat meyvəçilik, üzümçülük və subtropik bitkilər İnstitutunun Gəncə üzümçülük və şərabçılıq tədqiqat stansiyasında baş elmi işçi işləmiş və 1959-cu ildə üzümçülük üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər təcrübə stansiyasının direktoru, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük kafedrasının dosenti, 1976–1987-ci illərdə isə Azərbaycan Elmi-Tədqiqat üzümçülük və Şərabçılıq İnstitutunun direktoru işləmişdir. Bir çox dərs vəsaitinin, elmi məqalələrinin və üzümçülük adlı (birgə) Dərsliyin müəllifidr. Respublikada üzümçülüyün inkişaf etdirilməsində böyük əməyi olmuşdur. 1991–1995-ci illərdə üzümçülük kafedrasının müdiri işləmişdir. 1995-ci ildə vəfat etmişdir.
Cahangir Səlimxanov
Səlimxanov Cahangir Talib oğlu — Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri. Musiqişünas, 1959-cu il noyabrın 29-da anadan olub. == Əsərləri == Cavanşir Quliyev. «Musiqi dünyası» jurnalı, B., №1, 1999. Azərbaycanın ən'ənəvi və müasir musiqisinə dair mühazirələr: Oslo Universiteti. Norveç, 1990; Vyana Yeni Musiqi seminarı. Avstriya, 1992; Köln Universiteti nəzdində Musiqişünaslıq İnstitutu. Almaniya, 1996. Azərbaycanda (Milli Radio, ANS ÇM) və xarici ölkələrdə – «Mayak» (Rusiya), Radio Svizzera İtaliana (İsveçrə), BBC-3 (Böyük Britaniya), VPRO (Niderland), BR&T (Belçika) və s. – Azərbaycan musiqisinə dair radio verilişləri (1990 - 2001).
Cahangir Zeynallı
Cahangir Həsənağa oğlu Zeynallı — Azərbaycan kinorejissoru və ssenaristi, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Cahangir Zeynallı 13 oktyabr 1949-cu ildə Bakıda anadan olub. ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1970-1975). 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb Hal-hazırda Türkiyənin Adana Universitetinin İncəsənət və Teatrşünaslıq fakültəsində dərs deyir. == Filmoqrafiya == 20 yanvar (film, 1990) Arzuya doğru (film, 1983) Azərbaycan SSR (film, 1978) Azərelektromaş (film, 1992) Dostlar görüşəndə (film, 1980) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Əbədi iz (film, 1985) Əbədiyyət yolu (film, 1987) Əlaqə (film, 1989) Əsrin kontraktı (film, 1996) Fikrət Əmirov (film, 1985) Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999) Gələcəyin qurucuları (film, 1982) Həyat mübarizədir (film, 1987) İlişdim (film, 1983) İlk zirvələr (film, 1988) İntizar (film, 1986) İstirahət gecəsi (film, 1982) Jonqlyor (film, 1986) Qaçqınlar (film, 1994) Qəhrəmanların izi ilə (film, 1975) Qobustan (film, 1991) Nə haqla? (film, 1983) Neft çağırır (film, 1980) Özünü ifşa (film, 1986) Pərdə arxasında (film, 1987) Səfillər (film, 1985) Sirk mənim həyatımdır (film, 1978) Solmaz bir bahar kimi (film, 1979) Son söz (film, 1981) Söz gəncliyindir (film, 1987) Spartakiadanın startları (film, 1983) Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) Şeir mənim üçün bir kainatdır (film, 1984) Şəfa nöqtələri (film, 1977) == İstinadlar == == Mənbə == Rzayeva, M. “Yalnız özümüzə arxalanmalı” //Ədəbiyyat.- 1991.- 19 iyul.- səh. 2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Cahangir Zeynalov
Cahangir Məşədi Rza oğlu Zeynalov (21 sentyabr 1865 – 22 oktyabr 1918) — Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi. == Həyatı == Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi Rza da, özü də tacirlik etmişlər. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. 1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik etmişdir. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi.
Cahangir Zeynaloğlu
Cahangir bəy Nəsirbəyov (1892, Şuşa – 1944, Berlin) — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun zabiti, tarixçi. == Həyatı == Cahangir bəy Zeynal bəy oğlu 1892-ci ildə Şuşada varlı zadəgan ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə almışdır. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C. Nəsirbəyov hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqafqaziya Seymi C. Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin – "Müsəlman praporşiklər məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çevrildi.
Cahangir Zülfüqarov
Cahangir Oqtay oğlu Zülfüqarov (d. 31 oktyabr 1955, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri. == Həyatı == Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.
Cahangir Əliyev
Cahangir Əliyev (tam adı: Cahangir Həsənəli oğlu Əliyev; d. 5 may 1931, Düzkənd, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – ö. 2010) — Amasiya rayon Partiya Komitəsinin I katibi (1974–1981), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1981–1984), Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini (1982–1985), Ermənistan KP MK-nın üzvü (1976–1984), Ermənistan SSR Ali Sovetinin deputatı (IX–X çağırış). == Həyatı == Cahangir Əliyev 1931-ci il mayın 5-də Qərbi Azərbaycanın keçmiş Ağbaba mahalında, Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Düzkənd məktəbində müəllim kimi başlamışdır. O, 1952–54-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir.1956–1962-ci illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası" qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir.1962–64-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali siyasi təhsil aldıqdan sonra rayonlararası "Şirak" qəzetinin redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat–təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsinə məsul işə irəli çəkmişlər.1974-cü ilin dekabrında Cahangir Əliyev Amasiya Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Səkkiz ilə yaxın həmin vəzifədə çalışdığı dövrdə o, əhalisinin 85 faizdən çoxunu azərbaycanlıların təşkil etdiyi bu ucqar dağlıq rayonda iqtisadiyyatın inkişafı, mədəni-quruculuq işlərinin genişlənməsi, yeni-yeni təhsil ocaqlarının tikilməsi, əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. C.Əliyevin təşəbbüskarlığı, təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı əhali və respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, IX–X çağırış (1975–1985-ci illər) respublika Ali Sovetinə deputat seçilmiş, Ermənistan Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1982–85-ci illər), respublika KP MK üzvü olmuşdur.1981-ci ildə C.Əliyev Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin edilmişdir.
Cahangir Əsgərov
Cahangir Calal oğlu Əsgərov (11 iyul 1950, Bakı) – Azərbaycan Respublikasının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti (2008–2023), Azərbaycan Respublikasının əməkdar pilotu (2011); texnika elmləri namizədi; Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri, dosent. == Həyatı == Cahangir Əsgərov 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə An-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilmişdir. Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirmişdir. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləmişdir. 1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirmişdir. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışmışdır. 1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirmişdir. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilmişdir.
Cahanşah Həqiqi
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahanşah məscidi
Göy məscid (fars. مسجد کبود‎ Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri.Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur.Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. == Tarixi == XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir. Mərkəzi meydan – Sahibabad meydanı ətrafında inzibati, dini və ticarət binalarının gərgin tikintisi nəticəsində Təbrizin ümumi şəhər mərkəzi xeyli böyüyür və daha mütəşəkkil olur.Böyük Azərbaycan sərkərdəsi və dövlət xadimi, yüksək təhsilli hakim və incəsənət hamisi olan Cahanşah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazırdı. Cahanşahın tikdirdiyi çoxsaylı gözəl binalar sifarişçinin bədii fəallığını və incə zövqünü yaxşı əks etdirir.