Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müqəddəsi (coğrafiyaçı)
əl-Məqdisi, Şəms əd Din Əbu Abdullah (946/947 – təxm. 1000) — ərəb coğrafiyaçısı və səyyahı. == Həyatı == Qüdsdə anadan olub, buradan da kunyası. Məqdisinin 985/6-89 illərdə yazdığı "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat"(Əhsən ət-təkasim fi mərifət əl-əqalim) əsəri, çoxillik səhayətlərinin və özündən əvvəlki coğrafiyaçıların tənqidi araşdırmalarının nəticəsi, Şərqin bütün müsəlman ölkələrinin təsvirini ehtiva edir; bütün məlumatlar nizamlı qaydada verilir. Məqdisi əsasən təsvir etdikləri ölkələrin təbii qaynaqlarına, əhalinin məşğuliyətlərinə, adətlərə, inanclara, ticarətə diqqət yetirir. Məqdisinin əsəri Orta Əsrlər Şərqinin iqtisadiyatının öyrənilməsi baxımından çox vacib mənbə hesab olunur.
Pavsani (coğrafiyaçı)
Pavsani — E.ə. II minillikdə Liviyalı səyyah və coğrafiyaçı olmuşdur. Yunanıstandan Misirə qədər olan ərazini gəzən səyyah "Periegesis tes Hellados" (Yunanıstanın təsviri adlı 10 cildlik kitab nəşr eləmişdir. O Roma imperatorları Antonınus Pius və Makrus Alierisin dövründə yaşamışdır. Onun həyatı haqqında məlumatlar azdır. Manisa şəhərindən olduğu söylənilir. Yunanıstanın təsviri əsərini 150-ci ildə yazdığı deyilir. Kitab Yunanıstanın tarixi, mədəniyyəti və topoqrafiyası tərəfindən çox zəngindir. O dövrdə hökm sürən dinləridə təsvir etmişdir.
Elxan Nuriyev (coğrafiyaçı)
Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor. == Həyatı == 1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir. == Elni fəaliyyəti == 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir.1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur.1990-cı ildən Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosentidi.2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur.2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır. == Elmi əsərləri == E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir. “Azərbaycan toponimləri” (1999-cu il) ensklopedik lüğətin əsas müəlliflərindən biridir. Elmi əsərlərə toponimikaya, dünyanın iqtisadi və siyasi coğrafiyasına, turizmə həsr edilmişdir. E.B.Nuriyev bir çox elmi simpoziumlarda, konfranslarda, Coğrafiya Cəmiyyətlərinin qurultaylarında çıxışlar etmişdir. Dəfələrlə BDU-nin, Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmaları ilə təltif edilmişdir.
Nadir Məmmədov (coğrafiyaçı)
Nadir Məmmədov Gülməmməd oğlu (20 noyabr 1941, Ərkivan, Masallı rayonu – 10 yanvar 2023) — coğrafiya elmlər doktoru, professor. == Həyatı == Məmmədov Nadir Gülməmməd oğlu 1941-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. N. G. Məmmədov 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetin Geoloji-Coğrafiya fakültəsinin coğrafiya-biologiya şöbəsinə qəbul olmuşdur. O, 1967-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutuna göndərilmişdir. Nadir müəllim bir qayğıkeş müəllim, təcrübəli tədqiqatçı-metodist kimi respublikamızda tanınmaqla həm də gəncləri öz ətrafına toplayıb onlara öz xeyirxah məsləhətlərini verir. O, çox sadə və təvazökar bir insandır. Əziz Nesin demişkən "insanın sadəliyi onun böyüklüyündə və ucalığındadır". == Elmi fəaliyyəti == 1967-ci ilin noyabr ayının 15-dən Coğrafiya institutunun iqlimşünaslıq şöbəsində işləmişdir. 1968-ci ilin may ayından həmin institutun xəritəçilik və toponimika şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır və 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəritəçilik şöbəsinin "Coğrafi adları" (Toponimika) ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Üç il aspiranturada oxuduqdan sonra 1972-ci ilin mart ayından həmin şöbədə kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Rafiq Quliyev (coğrafiyaçı)
Rafiq Yaqub oğlu Quliyev (26 avqust 1932, Şuşa, DQMV) — Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının dosenti. == Həyatı == Quliyev Rafiq Yaqub oğlu 26 avqust 1932-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1950-ci ildə Ağdam şəhərində orta məktəbi bitirib həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə daxil olub. Fakültəni 1955-ci ildə bitirəndən sonra göndərişlə Moskva Dördüncü İdarəsi yanında Primorye ölkəsində kompleks geoloji ekspedissiyası tərkibində işləmişdir. 1959-cu ildən Azərbaycan Geoloji İdarəsində geoloji – hidrogeoloji ekspedisiyalarında baş mühəndis işləmişdir. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspiranturaya qəbul olunmuş və aspiranturanı Moskvada başa vurduqdan sonra geomorfologiya ixtisası üzrə elmlər namizədliyi rütbəsi dissertasiyasını müdafiə edərək, 1969-cu ilə qədər Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1969-cu ildən etibarən Bakı Dövlət Universiteti coğrafiya fakültəsi fiziki coğrafiya kafedrasının dosenti vəzifəsində çalışır. == Təhsili və elmi adları == 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini hidrogeoloq ixtisası üzrə bitirib 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspiranturaya qəbul olunmuş və aspiranturanı Moskvada başa vurduqdan sonra geomorfologiya ixtisası üzrə elmlər namizədliyi dərəcəsi almışdır 1969-cu ildə geomirfologiya ixtisası üzrə baş elmi işçi adını alıb. 1971-ci ildə fiziki coğrafiya ixtisası üzrə "dosent" elmi adını alıb. == Əmək fəaliyyəti == 1969-cu ilə qədər Coğrafiya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.
Tofiq Hüseynov (coğrafiyaçı)
Tofiq Hüseynov Bəhərçi oğlu (d. 1938, Goranboy rayonu, Xanqərvənd kəndi) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. == Həyatı == Tofiq Bəhərçi 1938-ci il mayın 20-də Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin «Geoloji-coğrafiya» fakultəsinə qəbul olunaraq oranı 1962-ci ildə bitirməklə ali təhsil almışdır. == Elmi fəaliyyəti == Azərbaycan MEA Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlayaraq laborant, kiçik elmi işçi, aspirant, yenidən kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildə coğrafiya elmləri namizədi alimlik dərəcəsi adı almaq üçün «Dağlıq Qarabağ Muxtar Vilayətinin təbii şəraiti və təbii ehtiyatlarının səmərəli istifadə olunmasının coğrafi problemləri» mövzusunda dissertasiya müdafiə etmişdir. 1969-cu ildən indiki Azərbaycan Dövlət İqtisad Universitetində assistent, baş müəllim, dosent vəzifələrində işləyərək gənc nəslin təlim-tərbiyəsində, iqtisadçı kadrların hazırlanmasında yaxından iştirak etmişdir. Gənc nəslin təlim-tərbiyəsində, iqtisadçı kadrların hazırlanmasında, elmi nailiyyətində qazandığı uğurlara görə professor adına layiq görülmüşdür. == Elmi əsərləri == Fəaliyyəti dövründə 224 sayda monoqrafiya, dərslik, dərs vəsaiti, kitabça, elmi və publisistik məqalələr, müxtəlif metodik göstəriş və proqramlar nəşr etdirmişdir. «Təbii resurslardan səmərəli istifadə», «Ekoloji-iqtisadi rayonlaşmanın sosial-iqtisadi aspektləri», «Azərbaycan Respublikasının ekoloji-iqtisadi problemləri və onlara qarşı mübarizə tədbirləri», «Azərbaycan siyasi təxribatçılıq və separatizm əhatəsində», «Qərb-Şərq münasibətləri Xristian və Islam təşəkkürü baxımından», «Beynəlxalq, beynəlxalq regional təşkilatlar və coğrafiyadan maraqlı məlumatlar» adlı monoqrafiyaların müəllifidir.
Vaqif Məmmədov (coğrafiyaçı)
Məmmədov Vaqif Ağaəli oğlu (d.1946-cı il Bakı şəhəri) — coğrafiya elmlər doktoru. == Həyatı == Vaqif Məmmədov Ağaəli oğlu 1946-cı ildə Bakı şəhəridə anadan olmuşdur.1968-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir.1986-cı ildə YUNESKO tərəfindən Moskva Dövlət Universiteti nəzdində təşkil olunmuş Beynəlxalq Ali Hidroloqlar kursunu bitirmişdir. == Elmi fəaliyəti == 1968-1972-ci illərdə «Hidrometeorologiya» idarəsində texnik-okeanoloq və mühəndis-hidroloq vəzifəsində çalışmışdır. 1972-1977-ci illərdə Azərbaycan EA Coğrafiya institutunun «Qurunun hidrologiyası» şöbəsində kiçik elmi işçi vəzifəsində işləmiş, 1974-1978-ci illərdə Coğrafiya institutunun aspirantı olmuşdur. 1977-1993-cü illərdə Hidrometeorologiya komitəsində hidrologiya şöbəsinin rəisi vəzifəsində işləmişdir. Bu illərdə 10-dan çox «Hidroloji illik» və «Hidroloji məlumat» sörğü kitablarının tərtibçisi və redaktorlarından biri olmuşdur. 1980-cı ildə «Ekstexnik» Respublika müsabiqəsində «Kür-Araz ovalığı göllərinin su ehtiyatlarının qorunması və səmərəli istifadə yolları» mövzusunda tədqiqat işinə görə II-ci dərəcəli diplom və pulla mükafatlandırılmışdır. 1985-ci ildə «Kür-Araz ovalığının gölləri və onların su balansı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1994-cü ildən Geologiya institutunda «Dəniz mühitinin ekologiyası» laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-cu ildə "Kür çökəkliyi göllərinin eko hidroloji problemləri, onların mühafizəsinin və tənzimlənməsinin əsas pripsipləri" disertasiyası müdafiə edərək coğrafiya elmləri doktoru elmi dərəcəsi almışdır.
Zahid Məmmədov (coğrafiyaçı)
Zahid Məmmədov (tam adı: Zahid Səttar bəy oğlu Məmmədov 1947, Zəngilan rayonu) — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Zahid Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndi anadan olmuşdur.Zahid Məmmədov ibtidai sinfi Baharlı kənd orta məktəbində, on illiyi isə Mincivan qəsəbəsi dəmir yolu orta məktəbində oxumuşdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya və biologiya fakültəsində təhsil almış (1966–1970), institutu bitirdikdən sonra bir il Sabirabad rayonunda Səməd Vurğun adına orta məktəbdə müəllim işləmişdir.Zahid Məmmədov 1972–1994 illərdə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. O, 1994 ildən Azərbaycan Kooperasiya Universitetinin "Ekologiya və coğrafiya" kafedrasının müdiri vəzifəsində çalışır. Zahid Məmmədov 2004 ildə professor elmi adına layiq görülmüşdür. == Əmək fəaliyyəti == Zahid Məmmədov 1980-ci ildə "Naxçıvan MSSR-da maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 1996-cı ildə "Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.Zahid Məmmədov 200-ə yaxın elmi məqalənin, 7 monoqrafiya və dərsliyin müəllifidir. Onun "Böyük Qafqazın təbii sərvətləri" (Bakı, 1988), "Naxçıvanın təbii sərvətləri" (Bakı, 1993), "XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru" (Bakı, 2002), "Azərbaycan Xarici İqtisadi Əlaqələri" (Bakı, 2004), "Regionların iqtisadi inkişaf problemləri" (Bakı, 2007), "Təbiətdən istifadənin iqtisadiyyatı" (Bakı, 2010) və s. fundamental monoqrafiyaları, dərslikləri nəşr edilmişdir.Zahid Məmmədov respublikada, xaricdə keçirilmiş konfrans və simpoziumlarin iştirakçısı, məruzəçisi olmuşdur. Zahid Məmmədov elmi yaradıcılıq ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur.
İbrahim Səfərov (coğrafiyaçı)
Səfərov İbrahim Səfər oğlu (28 avqust 1913, Şamaxı qəzası – 22 noyabr 1998, Bakı) — Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor. == Həyatı == İbrahim Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Meşəçilik (Tiflis şəhərində) və hüquqşünaslıq sahələrində iki ali təhsil almışdır. 1939–1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra isə Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilmişdir. 1942–1945-ci illərdə zabit rütbəsində İkinci dünya müharibəsində iştirak edərək, Bessarabiyanı azad edənlər sırasında olmuşdur. 1945–1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda, sovxozlar naziri vəzifəsində çalışmış, 1953–1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik etmişdir. Onun rəhbərliyi altında institutda əkinçiliklə yanaşı, tərəvəzçilik, yemçilik, mexanizasiya, genetika, seleksiya sahələrinə dair geniş tədqiqat işləri də aparılmışdır. 1961-ci ildən ömrünün sonuna kimi Elmlər Akademiyasının Botanika İnstitutunda çalışmış və yaradıcılıq fəaliyyətini həmin institutun meşəşünaslıq laboratoriyasına bağlamışdır. Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s.
Əmir Əliyev (coğrafiyaçı)
Əmir Soltan oglu Əliyev (1950, Balaca Həmyə, Siyəzən rayonu) — coğrafiya elmləri doktoru. == Həyatı == Əmir Əliyev 1950-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. Şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nin fizika fakültəsinə daxil olmuş və 1958-ci ildə oranı bitirmişdir. Sonra isə SSR-i Elimlər Akademiyasının Atmosfer Fizikasi və Okeanologiya İnistitunun aspiranturasini bitirmiş və orada disertasiyanı müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almishdir. 15 il Dovlət Hidrometrologiya və Ekologiya Komitəsinin Xəzər Dənizi uzrə Mərkəzinin Rəhbəri vəzifəsində işləmişdir. 2004-cü ildə Cografiya Elimləri Doktoru elmi dərəcəsi uzrə disertasiya mudafiə etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyası Gəminin Dəniz Coğrafiyası və Hidrotexniki Qurğular kafedrasının müdiri vəzifəsində calishir. 3 kitabin və 120-dən cox elmi məqalənin muəllifidir.
Ənvər Şıxlinski (coğrafiyaçı)
Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdirmişdir. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. == Həyatı == Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. 1932-ci ildən Azərbaycan Hidrometeoroloji İdarəsində işləmiş, 1934–1947-ci illərdə iqlimşünaslıq şöbəsinin müdiri olmuşdur. 1947–54-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda şöbə müdiri və direktor işləmişdir. 1946–54-cü illərdə Bakının ali məktəblərində iqlimşünaslıq və fiziki coğrafiyadan dərs demişdir. Ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olmuş, Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparmışdır.
Saleh Rüstəmov (coğrafiyaçı)
Saleh Hacı oğlu Rüstəmov (1911 – 1985) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, == Həyatı == Coğrafiyaşünas, hidroloq. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildə Moskva Hidrometeorologiya İnstitutunu bitirmişdir, Azərbaycan SSR Hidrometeoroloji Xidmət İdarəsində Hidrologiya şöbəsinin müdiri işləmiş, ADU-da dərs demişdir. 1945-ci ildən yenicə yaradılmış AMEA Coğrafiya İnstitutunda işləməyə başlamışdır. 1946-cü ildə “Azərbaycan SSR-in çayları” namizədlik alimlik dərəcəsi almışdır. 1953-54-cü illərdə Coğrafiya İnstitutunda İqlimşünaslıq və hidrologiya, 1954-85-ci illərdə “Qurunun hidrologiyası” şöbələrinə rəhbərlik etmişdir. 1962-1968-ci illərdə Azərbaycan AMEA Coğrafiya İnstitutunun direktoru olmuşdur. 1959-cu ildə “Azərbaycan SSR-in çayları və onların hidroloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi, 1960-ci isə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Elmi maraq dairəsi çayların su rejiminin, Azərbaycanın su balansının öyrənilməsini əhatə edir. Onun dərin elmi məzmunda işləyib hazırladığı təkliflər Azərbaycanda su anbarlarının tikintisi zamanı nəzərə alınmışdır.
Müsəlman coğrafiyaçılar
Aşağıdakılar müsəlman coğrafiyaçıların tam olmayan siyahısıdır. Məhəmməd ibn Musa əl-Xarəzmi (780-850) Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (801-873) Yaqubi (ö. 897) İbn Xordadbeh (820-912) Əbu Hənifə əd-Dinəvəri (820-898) Əbu Zeyd əl-Bəlxi (850-934) Xaşxaş İbn Səid İbn Əsvad (fl. 889) Əbu Məhəmməd əl-Həmdani (893-945) Məsudi (896-956) İbn Fəqih (X əsr) Əhməd ibn Fədlan (X əsr) İbn Rüstə (X əsr) Əl-Məqdisi (945-1000) İbn Hövqəl (ö.977) İbn Heysəm (965-1039) Əl-Biruni (973-1048) İbn Sina (Avicenna, 980-1037) Əbu Səid Gərdizi (ö.
Qadın Coğrafiyaçılar Cəmiyyəti
Qadın Coğrafiyaçılar Cəmiyyəti (ing. Society of Woman Geographers) — Amerika Birləşmiş Ştatlarının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. == Tarixi == Cəmiyyətin əsası 1925-ci ildə qoyulmuşdur. Yaradılmasının əsas səbəbi Kəşfiyyatçılar Klubu kimi ən peşəkar təşkilatların tərkibinə qadınların daxil edilməməsi olmuşdur. Məhz bu səbəbdən bir qrup qadın etiraz olaraq Qadın Coğrafiyaçılar Cəmiyyətini yaratmışlar. Cəmiyyət coğrafiya, dünya kəşfiyyatı, antropologiya və digər sahələrdə maraqlanan qadınları bir araya gətirmək üçün dörd rəfiqə olan Gertrude Emerson Sen, Marguerite Harrison, Blair Niles və Gertrude Mathevs Şelbi tərəfindən təşkil edilmişdir. == Üzvləri == Vaşinqtonda yerləşən cəmiyyətdə hazırda təxminən 500 üzvü var. Cəmiyyətin digər qrupları Çikaqo, Florida, Los-Anceles, Nyu-York və San-Fransisko şəhərlərində yerləşir. == Həmçinin bax == Coğrafiya cəmiyyətlərinin siyahısı == İstinadlar == == Biblioqrafiya == Anema, Durlynn. Harriet Chalmers Adams: Adventurer and Explorer.
Yunan-Roma coğrafiyaçıları
Ellinəqədərki Klassik YunanıstanHomer Anaksimandr Miletli Hekateus Massaliot Periplus Skilak (b.e.ə. VI əsr) HerodotEllin dövrüPifey (t. ö. e.ə. 310) Periplus (e.ə. III-IV əsrlər) Meqasfen (t. ö. e.ə. 290) Pitanlı Avtolik (t. ö.
ABŞ coğrafiyası
Birləşmiş Ştatlar coğrafi anlayışına bitişik Birləşmiş Ştatlar, Alyaska və Havay ştatları və ABŞ Federal Torpaqları, o cümlədə Puerto-Riko, Şimali Marian adaları, ABŞ Vircin adaları, Quam, Amerika Samoası və başqa kiçik ərazilər daxildir. == Sərhədləri və sahəsi == Amerika Birləşmiş Ştatları şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantika okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi üç hissədən (ABŞ-nin özü, Alyaska yarımadası və Havay adaları) ibarətdir. Əsas ərazisi şimaldan cənuba 2500 km, şərqdən qərbə 4500 km məsafədə uzanır. Sahəsi 9518,9 min km². Əhalisi 287,7 mln. (2002). Paytaxtı Vaşinqton şəhəridir. Rəsmi dili – ingilis dili, pul vahidi ABŞ dollarıdır. İnzibati cəhətdən 50 ştata və Kolumbiya federal paytaxt dairəsinə bölünür.
Abxaziya coğrafiyası
Abxaziya Cənubi Qafqazda yerləşir. De fakto olaraq müstəqil dövlət olsa da, bir çox dövlət tərəfindən Gürcüstanın muxtar ərazisi kimi tanınır. Abxaziya Respublikası ancaq Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu tərəfindən, həmçinin de fakto müstəqil olan Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Krayna Serb Respublikası tərəfindən tanınmışdır. == Coğrafiya == Abxaziya Qara dənizin şimal sahilində, Gürcüstanın qərb ucunda təxminən 8.600 km2 ərazini əhatə edir. Qafqaz dağları Abxaziyanın şimal və şimal-şərq torpaqları ilə Rusiyanın Çerkesiya torpaqlarını ayırır. Şərqdən Svaneti, cənub-şərqdən Meqreliya ilə sərhəddədir. Cənubunu və cənub-qərbini Qara dəniz yuyur. Şimalında yüksək təpələr yerləşir. Abxaziya ərazisinin böyük hissəsi dağlıq olub (75 %) əhali əsasən sahildə, düz və alçaq sahələrdə və yaxşı sulanan vadilərdə məskunlaşmışdır. Ölkənin bütün şimal sərhədini Böyük Qafqaz dağları bağlayır.
Adıge coğrafiyası
Adıge Respublikasnın ərazisinin şimal hissəsi zəif dalğavarı Kubanboyu maili düzənliyindən, cənub hissəsi Böyük Qafqazın dağətəyi (hündürlüyü 300 m-ə qədər) və yamac (ən hündür nöqtəsi 3238 m, Çuquş dağı) hissələrindən ibarətdir. Adgenin sahəsi — 7790 kv.km, sərhədlərinin uzunluğu — 900 km, şimaldan cəbuba ölkə ərazisi — 208 km uzanır. Qərbdən şərqə isə — 165 km-dir. Adıge Respublikası Moskva vaxtı saat qurşağında yerləşir: UTC+3. == Ümumi məlumat == Neft, qaz, müxtəlif tikinti materialları və fosforit yataqları, həmçinin Masesta tipli müalicəvi mineral su bulaqları var. Respublikanın dağlıq hissələrində az miqdarda qızıl yataqları mövcuddur. İqlimi mülayim kontinental, isti və rütubətlidir. Orta temperatur yanvarda –2,4˚C, iyulda 22,2˚C-dir. İllik yağıntı təqribən 700 mm. İlin 180 günü şaxtasız olur.
Albaniya coğrafiyası
Albaniya Avropanın cənub-şərqində, Balkan yarımadasının qərbində qərarlaşır. Ölkənin sahillərini Adriatik dənizi və İon dənizi yuyur. Albaniya şərqdən qərbə 150 km, şimaldan-cənuba isə 340 km məsafədə uzanır. == Sərhədləri == Ölkənin sərhədlərinin ümumi uzunluğu 717 km-dir. Şimal-qərbdə Monteneqro (172 km), şimal-şərqdə Kosovo (112 km), şərqdə Makedoniya Respublikası (151 km), cənub-şərqdə Yunanıstan (282 km) ilə sərhədə malikdir.Ölkənin sərhədləri sahil əraziləri istisna olaraq digərləri təbii coğrafi sərhədə malik deyildir. Albaniyanın sərhədləri Londonda dünyanın güçlü dövlətləri tərəfində müəyyənləşdirilmişdir. Birinci Dünya müharibəsi dövründə Albaniya İtaliya, Serbiya, Yunanıstan və Fransa tərəfindən işğal edilmişdir. 1921-ci ildə əvvəlki sərhədlər çərçivəsində bərpa edilir. Sərhədlərin süni şəkildə təşkili öz növbəsində gələcəkdə müüəyyən konfliktlərin yaranmasına səbəb olmuşdur (Kosovo müharibəsi və Kosovonun müstəqilliyinin elan edilməsi). == Sahil xətti == Ölkənin sahil xəttinin ümumi uzunluğu 362 km-dir.
Avstraliya coğrafiyası
Avstraliya coğrafiyası — Avstraliyanın hüdudları daxilində mövcud olan coğrafi komponentlər. Materikin çox hissəsi düzənliklərdir (səthinin təqribən 95%-nin dəniz səviyyəsindən yüksəkliyi 600 metrə qədərdir). Avstraliya oroqrafiyasına görə 3 hissəyə ayrılır: Qərbi Avstraliya yaylası, Mərkəzi ovalıq və Böyük Suayırıcı silsilə.
Avstriya coğrafiyası
Avstriya coğrafiyası — Avstriya Respublikasının coğrafi xüsusiyyətləri. == Xüsusiyyətləri == Avstriya dağlıq ölkədir. Ərazisinin çox hissəsi, yəni 75%-i Şərqi Alp dağları, şimal hissəsi isə ucqar şimal-şərqdə Orta Dunay ovalığına keçən təpəlik və düzənliklərdir. Mərkəzi Kristalik Alp dağlarının Yüksək Tauern massivində olan Qrosqlokkner (3,797 metr) zirvəsi Avstriyanın ən yüksək nöqtəsidir. Silsilələrin yalları həmişə qarla örtülü olur. Buzlaqları var. Əsas faydalı qazıntııları neft, qaz, qonur kömür, maqnezitdir. Dəmir və qurğuşun-sink filizi, qrafit, müxtəlif düz yataqları, mineral bulaqları var. Düzən rayonlarda və Alp dağlarının ətəklərində iqlim mülayim kontinental, qərbində isə rütubətlidir. Orta tempratur yanvarda –1 °C-dən –4 °C-yə qədər, iyulda 15–18 °C olur.
Azərbaycan coğrafiyası
Azərbaycanın tarixi ərazisi cənub-şərqi Qafqazda və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 280 min km² (dəqiq rəqəm bilinmir), əhalisinin sayı isə 50 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 9,3 mln nəfərdir (2012-ci il). 2019-cu ilin oktyabr ayında isə əhalisinin sayı 10 milyonu ötdü. == Azərbaycan Respublikasının relyefi == Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır.
Azərbaycanın coğrafiyası
Azərbaycanın tarixi ərazisi cənub-şərqi Qafqazda və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 280 min km² (dəqiq rəqəm bilinmir), əhalisinin sayı isə 50 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 9,3 mln nəfərdir (2012-ci il). 2019-cu ilin oktyabr ayında isə əhalisinin sayı 10 milyonu ötdü. == Azərbaycan Respublikasının relyefi == Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi −28 m-dən (Xəzərsahili düzənlik) 4466 m-ə (Bazardüzü) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı – 4466 m) və Yan silsilə (Şahdağ – 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır.
Banqladeş coğrafiyası
Banqladeş, Banqladeş Xalq Respublikası (Qono Procatontri Banqladeş) — Cənubi Asiyada dövlət. Qərbdə, şimalda və şərqdə Hindistanla, ucqar cənub-şərqdə Myanma ilə həmsərhəddir. Cənubdan Benqal körfəzi ilə əhatələnir. Sahəsi 144,7 min km² (daxili akvatoriyalarla birlikdə 144 min km²). Əhalisi 142,8 milyon nəfərdir (2011). Paytaxtı Dəkkə şəhəridir. == Geoloji quruluşu və faydalı qazıntıları == Banqladeşin ərazisi Cənubi Asiyada materik qabığının çökmələr vilayəti daxilindəki Benqal hövzəsindən ibarətdir. Benqal hövzəsi qədim Hindistan platformasının şərq kənarı üzərinə gəlmişdir. Şimalda Erkən Kembri dövrünə qədərki kristallik özülünün Şillonq çıxıntısı ilə hüdudlanır. Qədim Hindistan platformasının özülünü Perm-Təbaşir və Eosen yaşlı çöküntü örtüyü təşkil edir.
Başqırdıstan coğrafiyası
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан географияһы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının coğrafiyası. Başqırdıstan Respublikası Asiya ilə Avropanın birləşdiyi bir bölgədədir. Respublika Cənubi Uraldan qərbə doğru, Belaya və Kama çaylarına qədər uzanır. Cənubi Uralın ən yüksək zirvəsi olan Yamantau dağından qərbə və cənuba doğru getdikcə yüksəklik azalır. Meşələrlə örtülü dağlar yerini ümumiyyətlə, yarpaq tökən ağaclardan ibarət yaşıllıqlarla bəzədilmiş bir çöllərə və Belaya çayının keçdiyi düzənliklərə buraxır. == Qonşuları == Şimaldan Perm diyarı, şimal-şərq Sverdlovsk vilayəti, şimal-şərq, şərq və cənub-şərqdən Çelyabinsk vilayəti, ənub-şərq, cənub və cənub-qərbdən Orenburq vilayəti, qərbdən Tatarıstan Respublikası və şimal-qərbdən Udmurtiya Respublikası ilə həmsərhəddir.
Belarus coğrafiyası
Belarus — Şərqi Avropada dövlət. Şimalda Latviya, şm.-qərbdə Litva, qərbdə Polşa, cənubda Ukrayna, şərqdə və şm.-şərqdə Rusiya ilə həmsərhəddir. Sahəsi 207,6 min km². Əhalisi 9800 min (2009). Paytaxtı Minsk şəhəridir. Rəsmi dillər belarus və rus dilləri, pul vahidi Belarus rubludur. İnzibati cəhətdən 6 vilayətə bölünür; Minsk şəhəri də vilayət statusuna malikdir. == Geoloji quruluşu və faydalı qazıntıları == Belarusun ərazisi qədim Şərqi Avropa platformasının qərb hissəsində yerləşir. Ölkənin mərkəzi hissəsini geniş Belarus anteklizi tutur. Antekliz hüdudlarında bünövrənin dərinliyi 20–100 metrdir; yamaclar Paleozoyun karbonatlı çöküntülərindən təşkil olunmuşdur.
Bitki coğrafiyası
Bitki coğrafiyası və ya fitocoğrafiya və ya botaniki coğrafiya — bitki və bitki qruplarının yayılma qanunauyğunluqlarını, eləcə də bitki aləmi müxtəlifliklərinin Yer kürəsində paylanmasını öyrənən botanika bölməsi. == Tədqiqat istiqamətləri == Bitki coğrafiyası bioloji obyektləri, həm bioloji (tipoloji, müqayisəli, ekoloji, tarixi), həm də coğrafi (kartoqrafiya, ölkəşünaslıq, rayonlaşdırma) metodlardan istifadə edərək populyasiya-növ (populyasiyalar, növlər, yarımnövlər, cinslər, fəsilələr və daha ali taksonomik dərəcələr), senotik (bitki qrupları və ya fitosenozlar) və biotik (məhəlli və ya daha böyük ölçüdə bitkilik, flora kompleksləri təşkil səviyyələrində tədqiq edir. == Tarixi == Bitki coğrafiyasının meydana gəlməsi e.ə. IV əsrin sonlarına təsadüf edir. Bu barədə Feofrastın "Bitkilər haqqında tədqiqatlar" adlı 4-cü kitabında qeyd edilmişdir. Müstəqil elm kimi XVIII əsrin sonu – XIX əsrin əvvəllərində formalaşmışdır. Alman botaniki K.L.Vildenov, onun tələbəsi A.Humboldt, İsveçrə botaniki O.Dekandol və danimarkalı alim Y.Skou – Botaniki coğrafiyanın baniləridir. Bitki coğrafiyasına dair faktiki materialların toplanması bir çox görkəmli botaniklərin ekspedisiya tədqiqatları ilə bağlıdır. XIX əsrdə ingilis bioloqu E.Forbs, botaniklər D.D. Huker, A. Dekandol, A. Qrizebax, A. Enqler, XX əsrdə ingilis botaniki D.Villis və amerikalı bioloq L. Kruaza bitki coğrafiyası nəzəriyyəsini xeyli zənginləşdirmişlər. == Müasir vəziyyəti == Müasir bitki coğrafiyası areal haqqında (bitkilərin xorologiyası); bitkilərin həyati formaları və onların Yer kürəsində paylanması günəş enerjisinin mənimsənilməsində, üzvi maddələrin əmələgəlməsində, oksigenin, karbonun və bütövlükdə Yer kürəsində bir çox digər həyati əhəmiyyətli birləşmələrin müxtəlif ərazilərdə və müxtəlif landşaftlarda dövranında, biomların ümumi məhsuldarlığında bitkilərin rolu (bitkilərin ekoloji coğrafiyası); yaşayış mühitinin müxtəlifliyi şəraitində bitkilərin məskunlaşması (bitkilərin dinamik coğrafiyası); bitki aləminin Yer kürəsində paylanmasını müəyyən edən zonallıq, sektorluq, hündürlük qurşaqları və s.
Braziliya coğrafiyası
Braziliya - Cənubi Amerikada dövlət. Cənubi Amerika materikinin mərkəzi və şərq hissəsindədir. Şimalda Venesuela, Qayana, Surinam, Fransa Qvianası, şimal-qərbdə Kolumbiya, qərbdə Peru və Boliviya, cənub-qərbdə Paraqvay və Argentina, cənubda Uruqvay ilə həmsərhəddir; quru sərhədinin uzunluğu 16 145 km-dir. Şərqdə Atlantika okeanı (bir neçə adası Braziliyanın ərazisinə aiddir, ən mühümləri – Fernandu-di-Noronya, San-Paulu, Trindadi) ilə əhatələnir; sahil xəttinin uzunluğu isə 7491 km-dir. Ərazisinə və əhalisinin sayına görə Braziliya dünyada 5-ci, Latın Amerikasında isə ən böyük dövlətdir. Sahəsi (adalarla birlikdə) 8,5 mln. km². Əhalisi 190,8 mln. (2010). Paytaxtı Brazilia şəhəridir.
Bruney coğrafiyası
Bruney — Cənub-Şərqi Asiyada yerləşən ada dövlətidir. Ölkə Kalimantan adasının şimal-şərq hissəsində, Cənubi Çin dənizinin sahilində yerləşir. Ümumi sahəsi 5765 km², orta yüksəklik 478 m-dir. Bruney bir- birindən ayrı olan iki hissədən ibarətdir: Qərbi(eni 90 km) və Şərqi(eni 10–25 km). == Coğrafi mövqeyi == Bruney adanın şimalında, ekvatordan 443 km şimalda yerləşir. Malaziya ilə 481 km-lik sərhədə malikdir. Malaziyanın ərazisi həm də ölkəni iki ayrı hissəyə bölür. Dəniz sahillinin uzunluğu 161 km-dir. Hər iki bölgənin bir başa dənizə çıxışı var. İki ərazini dənizdə Bruney körfəzi birləşdirir.
Butan coğrafiyası
Butan — Cənubi Asiya regionunda, Çinlə Hindistan arasında yerləşən dövlət. Sahəsi 46 500 km² təşkil edir. Ölkənin şimalı yüksək dağlıq ərazi olub dağ buzlaqları ilə örtülüdür. Cənubi isə subtropik düzənliklərdən ibarətdir. Ölkənin ən hündür nöqtəsi Kula-Kanqri dağıdır. Digər məlumatda isə Kanqar-Punsun dağıdır (7570 m). Ölkə ərazisindən axan çayların heç biri gəmiçiliyə yaramır. Onlar əsasən irriqasiya və elektrik enerjisinin əldə olunması baxımından əhəmiyyətlidirlər. Ölkədə iqlim yüksəklikdən asılı olaraq dəyişir. Şimalda il böyu qar hökm sürdüyü halda, qərbdə musson yağışları, şərqdə quru havalar, cənubda isə subtropik iqlim hökm sürür.
BƏƏ coğrafiyası
== Sahəsi və sərhədləri == Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib. Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru ölkənin ərazisi 100–150 km məsafədə uzanır. Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir. Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
Bəhreyn coğrafiyası
== Sahəsi və sərhədləri == Sahəsi və əhalisinin sayına görə Yaxın və Orta Şərq ölkələri arasında ən kiçik, lakin iqtisadi inkişaf baxımından məşhur olan Bəhreyn dövləti İran körfəzinin təxminən mərkəzində, eyni adlı arxipelaqda yerləşir. Bəhreynin coğrafi və hərbi – strateji mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb. Ən iri ada olan Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adaları Mühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir. == Bəhreynin relyefi == Bəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə birləşdirilmişdir. 1986-cı ilin noyabrında Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən körpü salınmışdır.
CAR coğrafiyası
Cənubi Afrika Respublikasının ərazisi 22° cənub enliyindən cənubada, tropik və subtropik qurşaqlarda yerləşir. Sahilləri, əsasən, dağlıqdır; az miqdarda əlverişli körfəz və buxtaları var. Sahil xəttinin uzunluğu 2798 km-dir. == Geoloji quruluş və faydalı qazıntıları == Cənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizləri platformanın əsas strukturlarıdır. Massivdə qranit-qneyslərdən, qranulitlərdən, yaşıldaş vulkanik çökmə qatlardan ibarət platforma bünövrəsini Üst Arxey – Orta Proterozoyun platforma çexolu (terrigen və karbonatlı çöküntülər, qızıllı konqlomeratlar, riolitlər, andezitlər, bazaltlar və onların tufları) örtür. Platformanın sonrakı inkişaf mərhələlərində Buşveld lopoliti (qabbrolar, noritlər, peridotitlər, anortozitlər, qranitlər), karbonatitlər, siyenitlər, kimberlitlər və Mezozoyun qələvi qranitləri ilə yarılmış Transvaal sineklizi yaranır.. Keys qurşağının qərbində qırışıqlığa məruz qalmış Proterozoy yaşlı terrigen, vulkanik və karbonat süxurlar zolağı izlənilir. Bu rayonda metamorfizmə uğramış çexol (Vend–Kembri) Keys qurşağında peqmatitlərin əmələ gəlməsi və qərbdə qranit intruziyalarının soxulması ilə formalaşmışdır. Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir.
Danimarka coğrafiyası
Danimarka – Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Danimarka Yutlandiya yarımadası və Baltik dənizindəki bir neçə adadan ibarətdir. Bu ərazini Danimarka Arxipelaqı olaraq da adlandırılar. Ölkənin ümumi ərazisi 42,931 km2-dır. Danimarka 56° şimal enliyində və 10º şərq uzunluğunda yerləşir. Danimarka, İsveçin cənub-qərbində, Norveçin cənubunda və Almaniyanın şimalında yerləşir. == Sərhədləri == Danimarka həm Baltik həm də Şimal dənizi ilə 7,500 kilometrlik sahil xətti vasitəsilə sərhəddir. Danimarkanın tək quru sərhədi, Almaniyanın Şlezviq-Holşteyn vilayətindədir. Bu sərhədin uzunluğu 68 kilometrdir. == Fiziki coğrafiyası == Danimarka, Baltik dənizini Şimal dənizi ilə birləşdirən Skagerrak və Kattegat boğazlarına nəzarət edir.
Ermənistan coğrafiyası
Ermənistan — Cənubi Qafqazda yerləşən dənizə çıxışı olmayan ölkə. Ermənistan Azərbaycan, Gürcüstan, Türkiyə və İranla sərhədə malikdir. Üstəlik Ermənistan xarici qüvvələrin dəstəyi ilə Azərbaycanın 20 % ərazisini işğal edir. İşğal faktoru ilə əlaqədar 1993-cü ildə BMT təhlükəsizlik şurası bu işğal faktoru ilə bağlı dörd qətnamə qəbul etmişdir. Vəziyyət İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq dəyişir. == Coğrafi yerləşməsi == Ermənistan Cənubi Qafqazda, Kür çayı ilə Araz çayı arasında yerləşən ərazidə qərarlaşmışdır. Ölkə şimal-qərbdən cənub-şərqə 360 km, şərqdən qərbə isə 200 km məsafədə uzanır. Qara dənizdən 160 km, Fars körfəzi ilə 960 km məsadə qərarlaşır. Ermənistan şimaldan Gürcüstan, şərqdən və cənub-qərbdən Azərbaycan (Naxçıvan), cənubdan isə İranla sərhədə malikdir. == Geologiyası == Ermənistan ərazisi Alp qırışıqlığı zonasında yerləşmişdir.
Estoniya coğrafiyası
Estoniya — dövlət Avropanın şimal-şərqi və Baltik dənizinin şərq sahillərində yerləşir. Şimaldan Fin körfəzi, qərbində isə Riqa körfəzi ilə əhatələnmişdir. Estaniyanın sahəsi 45 226 km² təşkil edir. Sərhədlərinin uzunluğu — 1633 km. Latviya ilə — 339 km, Rusiya — 294 km sərhədə malikdir. Sahil xəttinin uzunluğu 3794 km-dir. Estoniyanın ərazisinə 1521 ada, daxildir ki, onunda hamısı Baltik dənizində yerləşir. Onların ümumi sahəsi 4,2 min. km²-dir. Ən böyük adaları — Saaremaa və Hiyumaa, üstəlik Muhu, Vorsmi, Kihnu adası və b.
Fransa coğrafiyası
Fransa 551.500 km²-lik sahəsilə Türkiyə,Rusiya və Ukraynadan sonra Avropanın dördüncü böyük ölkəsidir. Avropa qitəsinin qərb ucunda, 42°-51° şimal en dairələri arasında kobud şəkildə altıbucaqlını xatırladan bir sahəni tutur. Həm şimaldan cənuba, həm də qərbdən şərqə təxminən 1.000km uzunluğundadır. 3.427km sahil uzunluğuna sahib olan Fransanın Manş Dənizi, Şimal Dənizi, Atlantik Okeanı və Aralıq Dənizinə sahili vardır. Şimal-şərqi başqa, başlıca olaraq çaylar (Reyn), dənizlər və dağlardan (Yura Dağları, Alp dağları,Pireney dağları) ibarət olan təbii sərhədlərlə əhatə olunmuşdur. == Quru sərhədləri == Fransanın Avropadakı ərazilərini əhatə edən Metropoliten, Fransanın ümumi quru sərhədləri 2.889 km uzunluğundadır; İspaniya 623 km Belçika 620 km İsveçrə 573 km İtaliya 488 km Almaniya 451 km Lüksemburq 73 km Andorra 56,6 km Monako 4,4 km Fransanın xaricdən gətirilmiş rayonlarından, Cənubi Amerikada Fransız Guyanasının Braziliyayla 649 km, Surinamla 556 km, Kariblərdəki Sent Martin Hollandiyaya bağlı Sint Maartenlə 10,2 km-lik sərhədi var. == Səth şəkilləri == Fransa geoloji baxımdan üç əsas hissəyə ayrılır: Plato görünüşlü massivləri təşkil edən qoca dağ qalıqları, şimal və qərbdə tortul düzənliklər, cənubi və cənub-şərqi gənc dağlar ilə bunların arasında uzanan dağ düzənliklər.
Fələstin coğrafiyası
== Sahəsi və sərhədləri == Fələstin Aralıq dənizi hövzəsinin şərqində yerləşir. Sahəsi iki ayrıca hissədən ibarətdir: İordaniya çayının Qərb sahili (ərazisi 5,9 min kv.km). Qəzzə zolağı [sahəsi 0,4 min kv.km] və Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu - 307 km), şərqdə isə İordaniya ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km). Qəzzə sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur. (sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. (sərhədin uzunluğu – 11 km), şərqdə isə İsraillə qonşuluqdadır. (sərhədin uzunluğu 51 km).
Coğrafiya
Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια — Yer, torpaq və γραφειν — yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır. Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir.