Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Duxan Surəsi
44-cü surə əd-Duxan (Duman) surəsi (Məkkədə nazil olmuşdur, 59 ayədir) Surənin adı 10-cu ayədə çəkilən "duxan", yəni duman sözündən götürülüb.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Duman
Duman — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Uxan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Advektiv duman
Duman — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Böyük duman
London sakinləri üçün ən dəhşətli duman 1952-ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxan turş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər. 8 Dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı. Yüz mindən çox insan xəstələnmişdi. Son araşdırmalar göstərir ki, ümumi dünyasını dəyişənlərin sayı 12.000dən artıq idi Duman o qədər qatı idi ki, avtomobillər hərəkət edə bilmirdi, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.
Duran Alfonso
Duran Çetin
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Hacı Muxan
Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Kəndin ilk adı Hacı Mumuxan olmuşdur. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır.
Kuxan (Qoşaçay)
Kuxan (fars. كوخان‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 806 nəfər yaşayır (158 ailə).
Rob Duqan
Rob Dugan (ing. Rob Dougan; mart 1969, Sidney) — müxtəlif musiqi janrlarını sintez edən bəstəkardır. Onun kompozisiyaları özündə orkestr musiqini, trip-hop və ivokal elementlərini əks etdirir, eyni zamanda, qismən elektron musiqiyə aid edilir. 1995-ci ildə buraxılmış və "Matritsa", sonralar isə "Bleyd" treylerində istifadə edilmiş «Clubbed to Death (Kurayamino variation)» sinqlı ilə məşhurlaşmışdır. "Clubbed to Death" 2002-ci ildə işıq üzü görmüş və müəllifin debüt albomu hesab edilən «Furious Angels» albomuna daxil edilmişdir. 1-CD [RDR Album Volume 1.- Clubbed to Death] (11 kompozisiya, 1995 il). «Furious Angels». 1-CD (14 kompozisiya, 2002 il) baza redaksiyasında. 2-CD (15+10 kompozisiya, 2003 il) təkrar nəşr (ikinci disk birinci diskin instrumental versiyasıdır). 1994: «Hard Times».
Suxan Babayev
Suxan Babayev (rus. Суха́н Баба́евич Баба́ев; 25 dekabr 1910, Zakaspiysk vilayəti, Rusiya Türkistanı general-qubernatorluğu – 28 noyabr 1995, Aşqabad) — Sovet dövlət xadimi və partiya lideri. 1937-ci ildən bəri Sov.İKP (b) üzvü. Rusiya İmperiyasının Transxəzər bölgəsindəki Yüzbaşı kəndində kəndli ailəsində anadan olub. Türkmən, Əlili qəbiləsinə mənsub idi. Atası oğlu dünyaya gələn ildə öldü və 40 il daha dul qalan ana 1950-ci ildə vəfat etdi. 1923-cü ildən Kaaxki və Aşqabaddakı internat məktəblərində böyüdü. Daşkənddəki Orta Asiya su təsərrüfatı texnikumunu bitirdikdən sonra ("hidravlik mühəndisliyi" ixtisası, 1931) — iqtisadi, sovet və partiya işlərində. 1931–1937-ci illərdə Marıy vilayətinin Stalin rayonu rayon su idarəsinin rəisi idi. 1937-ci ildən — Murqab suvarma sisteminin başçısı, sonra Məryəm regional su idarəsinin başçısı.
Yuxan Liyv
Yuxan Liyv (est. Johannes Liiv, 30 aprel 1864[…] – 1 dekabr 1913[…]) — eston şairi, yazıçısı və tərcüməçisi. Liyv, Estoniyanın Alatskivi bölgəsində olduqca yoxsul bir ailənin uşağı olaraq dünyaya gəlib. Ailəsi maddi durumları yaxşı olmamağına baxmayaraq Liyvi ölkənin ən böyük ikinci şəhəri olan Tartuda, jurnalist məktəbinə göndərdi. Ancaq Liyv burada fiziki rahatsızlıqlarla uğraşmaq məcburiyyətində qaldı və məktəbi bitirmədən evinə döndü. Bununla birlikdə fasiləsiz olaraq Olevik adlı gəzetdə şeirlərini və köşə yazılarını yayımlamağa başladı. Ancaq yazdığı şeirlər dövrün Eston ədəbî zövvi ilə uyğun deyildi. Bu d, Liyvin şeirlerinin uzun müddət gözardı edilməsine səbəb oldu. Liyv daha sonra Vari (Kölgə) adlı qısa hekayəsi ilə uğur qazandı və bu heayə yayımlandı. Bu dərin bir qayğını anladan hekayə, Liyvin gələcəkdə düz yazı ve şeirde göstərəcəyi tərzin bir əksi oldu.
Duran Qalxan
Duran Qalxan (türk. Duran Kalkan), həmçinin Səlahəddin Abbas (türk. Selahattin Abbas) və ya Səlahəddin Ərdəm (türk. Selahattin Erdem; 14 avqust 1954, Qaraisalı, Adana ili) — Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək rütbəli komandiri. PKK-nın hazırkı üç lideri olan Duran Qalxan, Murad Karayılan və Cəmil Bayık ABŞ Maliyyə Nazirliyi və Türkiyə Hökuməti tərəfindən azyaşlıları hərbi xidmətə cəlb etməkdə, narkotik ticarəti ilə məşğul olmaqla, Türkiyə hökumət rəsmilərini, polisi və təhlükəsizlik orqanlarının qüvvələrini hədəfə almaqda, ayrı-seçkilik etmədən mülki şəxsləri yaralamaq və öldürməkdə ittiham olunurlar. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Duşan Tadiç
Duşan Tadiç (serb-kiril. Душан Тадић; dǔʃan tǎdiːtɕ; 20 noyabr 1988) — Super Liqa klubu "Fənərbaxça"da oynayan və Serbiya millisinin kapitanlarından olan serb peşəkar futbolçu.
Duman (film)
Duman (ing. The Mist) — Frenk Darabontun rejissorluğu ilə 2007-ci ildə çəkilmiş amerikan elmi fantastik, qorxu filmi. Film Stiven Kinqin müəllifi olduğu eyniadlı roman əsasında çəkilmişdir. == Məzmun == Devid Drayton və onun oğlu Billi şəhəri müəmmalı dumanın basmasından sonra təlaş içində supermarketə sığınırlar. Onlar qaranlıq və sirli dumanın içərisində qəribə bədheybətlər gizləndiyini görürlər. == İstinadlar == == Xarici keçidlər == Duman — Internet Movie Database saytında Duman Box Office Mojo-da Duman (film) Rotten Tomatoes saytında (ing.) "Monsters in the Mist". MonsterLegacy.net. September 9, 2015.
Besra Duman
Besra Duman (10 yanvar 2001) ― 55 kq çəki dərəcəsində mübarizə aparan türk paralimpiyaçı para-pauerliftinqçi. O, 2024-cü il Paris Paralimpiya Oyunlarında gümüş medal qazanıb. == İdman karyerası == Duman para-pauerliftinqlə məşğul olmağa 2012-ci ildə ağır atletika məşqçisi Emin Görmüşün təşviqi ilə başlayıb. O, Arif Kıranın baş məşqçisi olduğu "Konya Meram Belediyesi" idman klubunun üzvüdür. === 2024 === Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 2024 Dünya Kubokunda o, 55 kq çəki dərəcəsində 120 kq qaldıraraq bürünc medal qazanıb. Duman 2024-cü il Dünya Kubokunun Misirin Şərm əl-Şeyx şəhərində keçirilən görüşündə ümumi qaldırmada 110, 113 və 115 kq çəki dərəcəsində qızıl, eləcə də fərdi hesabda 115 kq ilə gümüş medal qazanıb. Duman son Dünya Kubokunda qazandığı uğurla 2024-cü ildə Paris Paralimpiya Oyunlarına vəsiqə qazanmışdır. O, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında 113 kq çəki ilə gümüş medalın sahibi olub.
Doxan karvansarası
Doxan karvansarası - karvansara Qacarlar dövründə Zəncan şəhərində tikilib. 2001-ci il oktyabrın 7-də 6169 qeydiyyat nömrəsi ilə İranın milli abidələri siyahısına salınıb.
Duran Çətin
Duvan rayonu
Duvan rayonu (başq. Дыуан районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mesyaqutovo kəndidir. Ufa şəhəhərindən 233 km məsafədə yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın şimal-qərbində yerləşir. Rayonun ərazisi 3243 km² təşkil edir. Rayonun qərb və mərkəzi hissəsini Ufa platosu tutur. Burada hündürlük 517 metrə çatır. Ətəklər iynəyarpaqlı meşələrlə örtülüdür. Rayonun şərq hissəsində isə ağcaqayın meşələri yayılmışdır.
Duşan Vlahoviç
Duşan Vlahoviç (28 yanvar 2000, Belqrad) – Serbiyalı futbolçu. İtaliya A Seriyasında çıxış edən Yuventusun və futbol üzrə Serbiya milli komandasının hücumçusu. == Karyerası == === Partizan === Partizanda ilk matçına 21 fevral 2016-cı ildə keçirilən Belqrad-Partizan matçının 70-ci dəqiqəsində çıxıb. Matç Belqradın 2–1 hesablı qələbəsi ilə başa çatıb.Partizanda ilk qolunu isə 2 aprel 2016-cı ildə keçirilən Partizan-Radnik matçında vurub. Matça 46-cı dəqiqədə daxil olmasına baxmayaraq 54-cü dəqiqədə fərqlənməyi bacarıb.Eyni zamanda matçın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Partizanın 3–2 hesablı qələbəsi ilə başa çatıb. === Fiorentina === Fiorentinada ilk matçına 25 sentyabr 2018-ci ildə keçirilən İnter-Fiorentina matçının 84-cü dəqiqəsində çıxıb. Matç İnterin 2–1 hesablı qələbəsi ilə başa çatıb. Fiorentinada ilk qolunu isə 25 iyul 2019-cu ildə keçirilən Fiorentina-Benfika matçının 29-cu dəqiqəsində vurub.Matça start heyətdə başlayan Vlahoviç 68-ci dəqiqədə əvəzlənib.Matç Benfikanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. 28 yanvar 2022-ci ildə Fiorentinadan ayrıldı. === Yuventus === 28 yanvar 2022-ci ildə Yuventusa transfer olundu.Yuventusda ilk matçına 6 fevral 2022-ci ildə keçirilən Yuventus-Verona matçında çıxıb.
Duxa türkləri
Duxa türkləri — Türk etnosunun ən qədim izlərini özündə barındıran, hal-hazırda dili və kültürü məhvolma təhlükəsi ilə üzləşən, “maral adamlar” deyə tanınan duxalar təxminən 500 nəfərdən ibarət yarımköçəri türklərdir. Duxalar Monqolustanın şimalında Tuva Respublikası ilə həmsərhəd olan Xövsgöl əyalətinin Tsaaqan-Nuur bölgəsində yaşayırlar. Onların bir qismi Xövsgöl əyalətinin şimalında, bir qismi Tsaaqannur qəsəbəsində və bir qismi isə tayqalarla əhatələnmiş meşəlik bölgələrdə yaşayırlar.
Duman (musiqi qrupu)
Duman - 1999-cu ildə yaradılmış türk rok qrupudur. == Tarixi == === Qurulması === 90-cı illərin əvvəllərində musiqi həyatına başlayan vokalist Kaan Tangöze təhsil almaq məqsədilə Sittla gedir və Türkiyədə çıxarmaq istədiyi albom üçün musiqilər yazırdı. Buna qədər o, Ari Barokas və Yaqub Tranadan ibarət Mad Madame qrupu ilə Sittl və Los-Ancelesdə yayınlanan albomlarda çıxış etmişdi. Türkiyəyə qayıdanda Blu-Bluz-Bənddə (Blue Blues Band) çıxış edən Batuhan Mutlugili Mad Madame qrupuna daxil etdi və beləcə 1999-cu ildə Duman qrupu yaradılmış oldu. Ancaq Yaqub Trana bu qrupa qatılmadı. === İnkişaf === Vokal və gitarada Kaan Tangöze, gitara və geri vokalda Batuhan Mutlugil, bas gitara və geri vokalda Ari Barokas, bateride başda Alen Konakoğlu'dan, sonra Cengiz Baysal'dan ibarət Duman, ilk albomunu çıxartmaq üçün yola düşdülər; ancaq qrupun hələ bir adı yox idi. Bundan sonra qrupun adı "Halimiz Duman" adlı mahnıdan ilhamlanılaraq Duman oldu. Duman, 1999-cu ildə çıxan ilk albomunu Eski Köprünün Altında adı ilə musiqi bazarına daxil etdi. Albomun "Köprüaltı", "Hayatı Yaşa" və "Bebek" parçalarına klip çəkildi. "Bebek" parçasına klip çəkilmədən əvvəl Duman, etdiyi bir reportajda "Halimiz Duman" parçasını akustik olaraq çaldı və bu klip olaraq təşkil edildi; ancaq klip yayınlanmadı.
Sixto Duran Ballen
Siksto Alfonso Düran-Balen Kordoves (d.9 iyul, 1921, Boston, Massaçusets - 15 noyabr 2016, Kito, Ekvador) — Ekvadorun keçmiş prezidenti.
Anri Dünan
Henri Dünan (fr. Jean-Henry Dunant, Henri Dunant; 8 may 1828[…], Cenevrə – 30 oktyabr 1910[…]) — dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının qurucusudur. == Həyatı == Henri Dünan Cenevrə şəhərində adi tacir olmuşdur. O, böyük bir gölün kənarında yerləşmiş bu şəhərdə dinc şəraitdə işləyir və müharibənin törətdiyi bəlalardan xəbərsiz yaşayırdı. Çünki, onun vətəni İsveçrə 1815-ci ildən bəri Avropa dövlətlərinin razılığı ilə neytral siyasət yürüdür və dövlətlərarası müharibələrdə iştirak etmirdi. 1859-cu ildə Henri Dünan İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu yerlərə işgüzar bir səfər edir. Həmin yerlərdən keçərkən Dünan təsadüfən Solferino döyüşündə yaralanmış əsgərlərin arasına düşür və gördükləri onu dəhşətə gətirir. 1862-ci ildə yazdığı "Solferino xatirələri" adlı kitabında o, gördüklərini belə təsvir edir: "Gecənin sakitliyini yaralıların iniltisi və qüssədən çəkilən ahlar, adamın ürəyini deşən imdad çağırışları pozur. Bu dəhşətli gecəni olduğu kimi təsvir etmək heç cür mümkün deyil. İyunun iyirmi beşində doğan günəş təsəvvürə gətirilməsi mümkün olmayan bir mənzərəni işıqlandırır.
Düzan (Çaypara)
Düzan (fars. دوزن‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (9 ailə).
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssam Böyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Meydanda dükan
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi. Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar. 1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü. İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər.
Teofil Düran
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Üç dükan
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Ayxan
Ayxan — Kişi adı.
Boxan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.