Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Resident evil
Resident evil (azərb. Şərin sakini‎) - Survival horror janrında olan Resident evil oyunlar seriyasından olan ilk videooyundur. 1996-cı ildə Capcom şirkəti tərəfindən istehsal edilmişdir. Oyun ilk öncə PlayStation, sonralar isə personal kompüterlər və digər oyun platformaları üçün də istehsal olunmuşdur.
Resident Evil 2
Resident evil 2 (az. "şərin sakini" 2) və ya Biohazard 2 Resident evil oyunlar seriyasından olan sayca 2-ci oyundur. Oyun Windows əməliyyat sistemi üçün 1999-cu ilin fevralında çıxmışdır. Resident evil 2 həmçinin PlayStation, Nintendo 64, Dreamcast və Nintendo Gamecube oyun platformaları üçün də nəzərdə tutulmuşdur. Oyun survival horror janrındadır. 2007-ci il 31 dekabr tarixinə olan məlumata görə Resident evil 2 bu seriyadan olan oyunlardan ən çox satılanıdır. İndiyədək oyunun 5 milyondan çox nüsxəsi satılmışdır. == Süjet == Hadisələr oyunun 1-ci hissəsindəki insidentdən 2 ay sonra baş verir. Rakun-sitiyə gələn polis Leon Kennedi şəhərin G-virus adlı virusdan məhv olduğunu görür. Virus insanların qavrama qabiliyyətini məhv edərək onları ac zombilərə çevirmişdir.
Resident Evil 3
Resident evil 3: Nemesis (Şərin sakini 3:Nemezida) — Resident evil oyunlar seriyasından olan sayca 3-cü oyundur. 1999-cu ildə PlayStation, 2001-ci ildə isə Windows üçün buraxılmışdır. Oyunu Capcom və Virgin İnteractive şirkətləri istehsal etmişlər. 31 dekabr 2007-ci il tarixinə olan məlumata görə oyunun 3.5 milyon nüsxəsi satılmışdır. == Süjet == Oyunda hadisələr Resident evil 2-dəki hadisələrdən bir gün əvvəl və bir gün sonra baş verir. Oyunun baş qəhrəmanı Cill Valentayn, onun yardımçısı isə latınamerikalı Karlos Oliveyradır. Resident evil 1-dəki hadisələrdən sonra virus kollektora düşür, oradan da siçovullar vasitəsilə bütün şəhərə yayılır. Nəticədə şəhər əhalisi zombiyə çevrilir. Bundan sonra Cill Avropaya yollanmalı olsa da, bunu bacarmır və təkbaşına şəhərdə zombilərlə savaşmalı olur. Üstəlik onun qarşısında virusun törəməsi olan dəhşətli silah-Nemezida durur...
Resident Evil 4
Resident Evil 4 — survival horror janrında olan məşhur, zombilər haqqında olan videooyunun 4-cü hissəsidir. 2006-cı ildə işıq üzü görmüşdür. Racoon şəhərindəki faciəvi hadisələrdən 6 il ötmüşdür. Oyunun 2-ci hissəsinin baş qəhrəmanı Leon Kennedi ABŞ prezidentinin xüsusi mühafizə qrupunda çalışır. Prezidenin qızı oğurlandıqdan sonra onu tapmaq məqsədilə İspaniyaya gedir. Burada kiçik bir kəndə gələn Leon naməlum hadisələrlə qarşılaşır. Bütün kənd onu öldürmək istəyir. Sonradan məlum olur ki, kəndi gizli sekta idarə edir və camaat Las-Plaqas adlı virusun daşıyıcılarıdır. Leonun qarşısında bir vəzifə durur-prezidentin qızını xilas edib, tezliklə bu kəndi tərk etmək.
Resident evil 1
Resident evil (azərb. Şərin sakini‎) - Survival horror janrında olan Resident evil oyunlar seriyasından olan ilk videooyundur. 1996-cı ildə Capcom şirkəti tərəfindən istehsal edilmişdir. Oyun ilk öncə PlayStation, sonralar isə personal kompüterlər və digər oyun platformaları üçün də istehsal olunmuşdur.
Don't be evil
"Don't be evil" (azərb. Pis olma‎) — Google-un qeyri-rəsmi korporativ şüarıdır. İclasların birində Google-un ilk mühəndislərindən olan Amit Patel tərəfindən dilə gətirilmiş və bu fikir Gmail-in yaradıcısı Paul Buchheit tərəfindən dəstəklənmişdir.
Resident Evil (oyun seriyası)
Resident Evil və ya yaponiyada bilinən adı ilə Biohazard — "Capcom" tərəfindən hazırlanan yapon qorxu oyunu seriyası. Seriya survival horror, üçüncü şəxs atıcı və birinci şəxs atıcı oyunlarından ibarətdir, burada oyunçular zombilərin və digər qorxunc varlıqların yaşadığı mühitlərdə sağ qalmağa çalışırlar. == Resident evil. Əsas hissələr == Resident Evil (1996) Resident Evil 2 (1998) Resident Evil 3 (1999) Resident Evil 4 (2005) Resident Evil 5 (2009) == Digər hissələr == Resident evil:survivor (2000)-PlayStation üçün Resident evil Code:Veronica (2000)-Dreamcast platforması üçün Resident evil:Survivor 2:Code:Veronica (2001)-PlayStation 2 Resident evil:Gaiden (2001)-mobil telefon Resident evil Zero (2002)-Gamecube Resident evil Outbreak (2003)-PlayStation 2 Resident evil:Dead aim (2003)-PlayStation 2 Resident evil Outbreak file#2 (2004)-PlayStation 2 Resident evil Confidential report (2006)-mobil telefon Resident evil :The missions (2007)-mobil telefon Resident evil:Teh Umbrella chronicles (2007)-Wii == Qəhrəmanlar == Resident evil personajlarının siyahısı Resident evil-də varlıqlar == Məkan == Hadisələr əsasən Rakun siti adlı şəhərdə baş verir. Şəhər ABŞ-nin qərbində yerləşir və sənaye şəhəri kimi tanınır. Şəhər həmçinin Arkley dağları ilə əhatə olunmuşdur. == Maraqlı faktlar == Oyunun ssenarisi əsasında indiyəcən 3 film çəkilmişdir. 1 filmin çəkilişi də planlaşdırılır. Həmçinin oyunun ssenarisi əsasında Stiv Perrinin yazdığı 7 roman da mövcuddur.
Resident Evil personajlarının siyahısı
"Resident evil" survival horror janrında olan oyunlar seriyasıdır.2009-cu ilədək oyunun 5 əsas və bir neçə əlavə hissələri işıq üzü görmüşdür.Oyunun əsas qəhrəmanları aşağıdakılardır:
Resident evil (oyun, 1996)
Resident evil (azərb. Şərin sakini‎) - Survival horror janrında olan Resident evil oyunlar seriyasından olan ilk videooyundur. 1996-cı ildə Capcom şirkəti tərəfindən istehsal edilmişdir. Oyun ilk öncə PlayStation, sonralar isə personal kompüterlər və digər oyun platformaları üçün də istehsal olunmuşdur.
Resident Evil: The Darkside Chronicles
Resident Evil: The Darkside Chronicles, (yaponca - バイオハザード アンブレラ・クロニクルズ|Bayoxadza:dо/Dа:kusaydo Kuronikurudzu|Bioloji təhlükə: Qara tərəfin xronikası) — kompüter oyunu.
Resident Evil (video oyun, 1996)
Resident evil (azərb. Şərin sakini‎) - Survival horror janrında olan Resident evil oyunlar seriyasından olan ilk videooyundur. 1996-cı ildə Capcom şirkəti tərəfindən istehsal edilmişdir. Oyun ilk öncə PlayStation, sonralar isə personal kompüterlər və digər oyun platformaları üçün də istehsal olunmuşdur.
Resident evil:Teh Umbrella chronicles
Resident Evil: The Darkside Chronicles, (yaponca - バイオハザード アンブレラ・クロニクルズ|Bayoxadza:dо/Dа:kusaydo Kuronikurudzu|Bioloji təhlükə: Qara tərəfin xronikası) — kompüter oyunu.
Mindel buzlaşması, Mindel
Mindel buzlaşması (alm. Mindel-Kaltzeit‎ və ya alm. Mindel-Glazial‎) — Dördüncü dövrdə Alp dağlarında ən böyük buzlaşmalardan biri. Dunay çayının sağ qolu olan Mindel çayının adı ilə bağlıdır. Buzlaq örtüyü bütün Şimali Avropanı əhatə etməklə Karpat dağlarınadək irəliləmişdir. Mindel buzlaşması Rus düzənliyində Lixvin, şimal-qərbi Avropa-Elster, Şimali Amerikada isə Kanzas buzlaşma dövrlərinə uyğun gəlir. Mindel buzlaşması Penk və Brükner tərəfindən 100-cü ildə müəyyən edilmişdir.
Mindel buzlaşması
Mindel buzlaşması (alm. Mindel-Kaltzeit‎ və ya alm. Mindel-Glazial‎) — Dördüncü dövrdə Alp dağlarında ən böyük buzlaşmalardan biri. Dunay çayının sağ qolu olan Mindel çayının adı ilə bağlıdır. Buzlaq örtüyü bütün Şimali Avropanı əhatə etməklə Karpat dağlarınadək irəliləmişdir. Mindel buzlaşması Rus düzənliyində Lixvin, şimal-qərbi Avropa-Elster, Şimali Amerikada isə Kanzas buzlaşma dövrlərinə uyğun gəlir. Mindel buzlaşması Penk və Brükner tərəfindən 100-cü ildə müəyyən edilmişdir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlarEmil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Evli
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Sevil
Sevil — qadın adı. Sevil Əliyeva — Sevil Nuriyeva —ƏsərlərSevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera.FilmlərSevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film.DigərSevil (ansambl) — musiqi qrupu.
Mindək (Uçalı)
Mindək (başq. Миндәк dinlə, rus. Миндяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 27 km.
Anna Nevil
Anna Nevil (ing. Anne Neville) (d. 11 iyun 1456 – ö. 16 mart 1485) — İngiltərə kralı III Riçardın xanımı, İngiltərə kraliçası. İngiltərə taxt-tacı uğrunda Lankaster və York ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu. York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabella Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi.
Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri. == Həyatı == 9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir. O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Emil Abbasov
Emil Abbasov (tam adı: Abbasov Emil İnqilab oğlu; 11 iyul 1971, Bakı) — "Bakılı oğlanlar" ŞHK komandasının üzvü. == Həyatı == 11 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. 1978 – 1988-ci illərdə Bakı şəhəri 160 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1993-cü ildə həmin institutu bitirib. İxtisası iqtisadçıdır. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur. 2001-ci ildə Planet Parni iz Baku KVN Teatrında çıxış edib. Hazırda Çində yaşayır. Amma son dövrlər yenidən KVN sıralarına qatılmışdır.
Emil Abduləzimli
Emil Rasif oğlu Abduləzimli (6 dekabr 1994, Zəngilan rayonu – 19 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Abduləzimli 6 dekabr 1994-cü ildə Zəngilan rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Emil Abduləzimli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdir və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Emil Abduləzimli 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Emil Abduləzimli 19 oktyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Emil Ajar
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Emil Andres
Emil Andres (ing. Emil Andres; 22 iyul 1911 – 20 iyul 1999) — amerikalı idmançı, avtoidman yarışlarının iştirakçısı, xüsusən 30–40-cı illərdə İndianapolisdə 500 mil yarışında iştirak etməsi ilə tanınmışdır. On iki il ərzində çıxışlarına görə ən yaxşı beşinci yeri, 1946-cı ildə isə dördüncü yeri tutdu. == Bioqrafiya == İllinoys əyalətindən olan Emil, 1930-cu illərdə Birləşmiş Ştatlarda müxtəlif yarışlarda bir araya gələn avtomobil yarışçı qrupuna üzv idi. Qrup ʻʻChicago Gangʼʼ adlanır və Tony Bettenhausen, Cowboy O'Rourke, Paul Rousseau, Jimmy Snyder və Wally Zeil kimi üzvləri var idi. Əsas ölkə çempionatına AAA Championship Car drivers qatılaraq, ilk olaraq 1935-ci ildə İndianapolisin 500 mil iştirak etməyə cəhd göstərdi. O, bu cəhddə müvəffəqiyyətli olmadı, amma Springfield şəhərində keçirilən torpaq ovalı yarışında, üçüncü oldu. Növbəti il, cəhd daha yaxşı idi — sonuncu olaraq başlayıb, 18-ci sırada qərarlaşdı. 1940-cı il keçirilən yarışda, Andres 12-ci yeri əldə etməsinə baxmayaraq, düşən yağış səbəbiylə oyun dayandırıldı. 1941-ci ildə o, xüsusilə keyfiyyətli oyun nümayiş edərək 15-ci yeri qazandı.
Emil Axundov
Emil Axundov (Axundov Emil Əhməd oğlu) — Rusiya alimi; Texnika elmləri namizədi. “Daşımalarda yeni texnologiyalar” Elm‑İstehsalat Şirkətinin texniki direktoru. == Həyatı == Axundov Emil Əhməd oğlu 1950-ci il aprelin 28-də Bakıda anadan olub. 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olub və 1972-ci ildə oranı bitirib. SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Elektromaşınqayırma Texnologiyaları İnstitutunun Bakı şöbəsinə (ÜETETİElektromaş BŞ) təyinat alıb.1974-cü ildə E.Axundov Kiyevdə Ukrayna Elmlər Akademiyası İfrat Bərk Materiallar İnstitutunun aspiranturasının əyani şöbəsinə müsabiqə yolu ilə qəbul edilib. Sintetik almazlardan hazırlanmış metalkəsən alətlərin və SSRİ-də ilk dəfə onun tərəfindən sintezləşdirilmiş kub bor nitridin yeni növlərinin işlənib hazırlanması ilə məşğul olub, əldə etdiyi nəticələrə görə SSRİ müəlliflik şəhadətnaməsi alıb. İfrat bərk materiallardan hazırlanan alətlərin ölkənin xalq təsərrüfatında tətbiqi proseslərini araşdırıb. 1978-ci ildə Kiyevdə namizədlik dissertasiyasını uğurla müdafiə edib. E.Axundov 1978-1982-ci illərdə Bakıda ÜETETİElektromaş BŞ-də və Elektrotexnika Sənayesi Nazirliyinin digər müəssisələrində laboratoriya müdiri vəzifəsində işləyib. Bu dövrdə fəal elmi iş aparıb, Ümumittifaq konfranslarında məruzələrlə iştirak edib, ixtiraçılıq fəaliyyəti üzrə seminarlar keçirib, 25-dən çox elmi məqalə dərc etdirib.
Emil Babayev
Emil Babayev — Rejissor == Həyatı == Babayev Emil İlqar oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1994-1998-ci illərdə Q.Hüseynli adına musiqi texnikumunu oxuyub. 1999-cu ildə isə Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakultəsinə daxil olub. 2003-cü ildə isə oranı bitirib. Lider TV(Azərbaycan redaksiyasi-Rejissor), AzTV Müəllif proqramları və xususi layihələr departamenti-Rejissor, ANS tv-Baş rejissor,ATV-Baş rejissor,İnteraz tv - Baş rejissor kimi fəaliyyət göstərib. Hal hazırda Atv kanalında Sənədli filmlər redaksiyasının rəhbəri kimi fəaliyyət göstərir.Evlidir. Bir qızı var. == Filmoqrafiya == Biz kimik (film, 2000) İşıq (film, 2002) Cavabsız sual (film, 2003) Sayların sirri (film, 2003) Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003) Dar günün dostu (film, 2003) Hikmət xəzinəsi (film, 2003) Üzü gün doğara tikilər evlər (film, 2003) Qədim şəhərin hekayəti (film, 2003) Tarixin dözümü və qisası (film, 2003) Zoopark (film, 2003) Yeldən yarananlar (film, 2004) Ümid (film, 2005) Marsda azərbaycan çevrəsi (film, 2005) Şeyx Nizaminin məzarı (film, 2005) Və 7.8.9. (film, 2005) İllər varlığımdırsa...
Emil Balayev
Emil Nazim oğlu Balayev (17 aprel 1994[…], Volqoqrad) — Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" və Azərbaycan milli futbol komandasında çıxış edən peşəkar qapıçı. == Klub karyerası == Gənc oyunçu kimi Balayev Neftçinin gənclər klubunun üzvü olub, 2011-ci ildən Neftçidə çıxış edib . Balayev 2012-ci ilin sentyabrında Sumqayıt FK-ya qarşı Azərbaycan Premyer Liqası qarşılaşmasında Neftçi klubunda debüt etdi. 2013-cü ildə Balayev mövsümü icarə əsasında Araz-Naxçıvanda keçirib. Balayev 2014-cü ilin yanvar ayında Neftçi FK -dan Bundesliqanın Ayntraxt Frankfurt FK-a klubuna tranfer olundu , ancaq o, Ayntraxt Frankfurtda heç bir oyun keçirmədi. 2019-cu ilin yanvarında Balayev Səbaildən Qazaxıstanın "Tobol" klubuna keçdi. 9 il mart 2019-da Qazaxıstan Premyer Liqasında Tobol üçün peşəkar debütünü, 3:0 hesabı ilə başa vuran "İrtış Pavlodar" klubuna qarşı ev matçında başlamışdır. 2020-2022-ci illərdə Emil Balayevin klubu "Qarabağ" olub. 2022-ci ilin fevral ayında tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər və Emil Balayevin "Turan"a (Qazaxıstan) keçidi rəsmiləşib. Lakin imzalanan müqavilənin detalları açıqlanmayıb.
Emil Berliner
Emil Berliner (alm. Emil Berliner‎; 20 may 1851[…], Hannover – 3 avqust 1929[…], Vaşinqton) — Alman və amerikan ixtiraçısı, 29 sentyabr 1887-ci ildə qramofonun ilk patentini almışdır. == Həyatı == 1899-cu ildə Emil Berliner Peterburqda səsyazma studiyası açır. 1901-ci ildə "Emil Berliners Qrammofon" şirkəti əsasında "Qrammofon" adlı ingilis səhmdar cəmiyyəti yaranır. Gələn il "Qrammofon"un bölmələri Moskvada, Kiyevdə, Varşavada, Riqa və Tiflisdə açılır. Həmin il Riqada qramvallar buraxan fabrik tikilir. == İstinadlar == == Xarici keçidlər == [1] Звукозапись — самое начало… Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine — Архив журнала "Звукорежиссёр". 09.03.
Emil Bernar
Emil Bernar (fr. Émile Bernard, 28 aprel 1868[…], Lill – 16 aprel 1941[…], Paris) — incəsənətdə simvolizm teorisyenlerindən biri olan fransız neoimpressionist rəssam. == Həyat və yaradıcılığı == 1886-cı ildə Fernand Kormonun Paris sənət atelyəsində rəsm çəkərək, Tuluz-Lotrek və van Qoq ilə tanış oldu. Eyni ildə o, "inadkarlıq" üstündə atelyedən qovuldu. 1886–1888-ci illərdə Pont-Aven bədii qrupuna qoşulan Pont-Aven şəhərində yaşayır və Qogen ilə dostlaşır. Burada, 1887-ci ildə Lui Anketen ilə birgə müxtəlif rəngləri ayırır bir rəsm kontur istifadə ibarət olan bir kluazonizm incəsənət cərəyanını inkişaf etmişdir. 1890-cı ildə Emil Bernar dini böhran yaşayandan sonra rəssam, orta əsr sənətinin obyektlərinə və subyektlərinə daha da önəm verirdi. 1891-ci ildə Qogen ilə dostluğunu bitirdikdən sonra , simvolizm cərəyanın təmsilçiləri olan Odilon Redon və Ferdinand Hodler qrupuna qatıldı. Eyni zamanda, Bernarın işləri Pablo Pikassonun "mavi dövrdə" işinə təsir göstərirdi. Bernarın Van Qoq, Qogen və Sezan ilə uzun müddət davam edən dostluqları sənətçilərin tədqiqatçıları üçün düşüncə tərzinə və böyük sənət ustalarının hisslərinə işıq tutaraq, onların arxasında çox qiymətli bir iz qoydu.
Emil Bok
Emil Bok (rum. Emil Boc; d. 6 sentyabr 1966) — Rumıniya baş naziri. == Həyatı == Emil Bok 6 sentyabr 1966-cı ildə doğulmuşdur. 1991-ci ildə Babeş-Bolyai Universitetinin Tarix və Fəlsəfə fakültəsindən, 1995-ci ildə Babeş-Bolyai Universitetinin Hüquq fakültəsindən məzun olmuş, 2000-ci ildə isə Babeş-Bolyai Universitetinin Politologiya və siyasət fəlsəfəsi üzrə doktorantura təhsili almışdır. Doktorantura təhsili aldığı müddətdə, yəni 1996-cı ildə o, Kluj Barosunda hüquqşünas olaraq çalışmışdır. Təhsilini tamamladıqdan sonra, yəni 2000–2008-ci illərdə Babeş-Bolyai Universiteti, Politologiya və Dövlət İdarəçiliyi və Hüquq fakültələrində mühazirəçi olaraq çalışmışdır. Bununla yanaşı o, George Lazar adına Pedaqoji Texnikumda müəllim, Müasir tarix və siyasi elmlər fakultəsində kiçik elmi işçi, Siyasət və idarəetmə elmləri fakultəsində mühazirəçi assistent olaraq da fəaliyyət göstərmişdir. Emil Bok evlidir. İngilis və fransız dillərini bilir.
Emil Borel
Felix Edouard Justin Emile Borel (7 yanvar 1871[…], Sent-Afrik və ya Lion – 3 fevral 1956[…], Paris) — Fransa riyaziyyatçısı və siyasətçisi. == Fəaliyyəti == Ehtimal nəzəriyyəsinə aid kitablarından birində, ictimaiyyətə sonsuz meymun teoremi ya da oxşar adlarla tanış olan düşüncə sınağını ortaya atmışdır. 1913-cü və 1914-cü ildə tədqiqat və açıqlamarı ilə hiperbolik həndəsə və xüsusi nisbilik nəzəriyyəsi arasında körpü qurmuşdur. 1920, 1930 və 1940-cu illərdə fəal olaraq siyasətlə maraqlanmışdır. Adına Ayda krater adlandırılmışdır.
Emil Braginski
Emil Veniaminoviç Braginski (rus. Эмиль (Эммануэль) Вениаминович Брагинский; 19 noyabr 1921, Moskva – 26 may 1998, Moskva) — ssenarist. == Həyatı == Emil Veniaminoviç Braginski 19 noyabr 1921-ci ildə Moskvada anadan olmuşdur. 1953-cü ildə Moskva hüquq institutunu bitirmişdir. Kinossenarist kimi ilk işi 1955-ci ildə olmuşdur. 1963-cü ildən Emil Braginskinin kinorejissor Eldar Ryazanovla fəaliyyəti başlanır. Bu əməkdaşlığın ilk bəhrəsi 1966-cı ildə ekranlara çıxan "Avtomobildən qorun" filmi olur. Bu filmin uğurundan sonra yaranan "Uğur ziqzaqı", "Qoca quldurlar", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "Qaraj" kimi filmlər də onların birlikdə işinin nəticəsi idi… Emil Braginski 26 may 1998-ci ildə vəfat etmişdir.
Mind of Mine
Britaniyalı müğənni Zayn Malik-in ilk solo studio albomudur. Albom 2016-cı ilin mart ayının 25-də buraxılmışdır. Əsasən janr olaraq R&B hesab olunsa da, albomda pop, folk, dub, soul, funk, electronic, Qawwali, hip hop, reggae, classical və soft rock janrında olan mahnılar mövcuddur. Albom elə çıxarılan gün 84 ölkənin iTunes sıralarına girmişdir.
Minqei
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Minqey
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Təvil
Təvil (Vərziqan)
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 885 nəfərdir.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 572 nəfərdir. == Toponimiyası == Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
İnden
İnden — Molekul formulu С9H8 olan politsiklik aromatik karbohidrogendir. Quruluşca benzol və tsiklopenten həlqələrinin kondensləşməsindən ibarətdir. Asanlıqla alovlanır və polimerləşir. == Alınması == Inden daş kömür qətranında (1%-ə qədər), həmçinin olefinlərin istehsalının qalıq yağlarında rast gəlinir. Sənayedə inden fenol və əsaslardan təmizlənmiş daş kömür qətranının rektifikasiyası və sonra kristallaşdırılmasından alınır. Əgər əvvəlcədən fenolun ekstraksiyası aparılmırsa, su ilə azeotrop qovulma ilə indenin konsentrasiyası yüksək olan fenol-inden fraksiyası alınır. Bu zaman fenol aşağı fraksiya kimi ayrılır. Indenin alınmasının preparativ variantı asetilenin 630oC-də pirolizindən və toluolun asetilenlə 825-900oC-də və aşağı təzyiqdə reaksiyasından ibarətdir[1]. == Fiziki xassələri == Inden bir çox üzvi həlledicilərdə (etanol, dietil efiri, piridin, dördxlorlu karbon, sirkə turşusu) həll olur, suda isə həll olmur[1]. == Kimyəvi xassələri == Inden otaq temperaturunda qaranlıqda asanlıqla polimerləşərək poliinden əmələ gətirir.
Elsi Uindes
Elsi Uindes (17 iyun 1985, Portlend) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Elsi Uindes, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Elsi Uindes, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Bəhri-təvil
Bəhri-təvil — Azərbaycan ədəbiyyatında satirik və lirik səciyyədə, qafiyəli nəsr əsəri. Həcmcə bir-iki səhifədən artıq olmur. Axıcı üslubda yaradılır; cümlələri, hətta çox ifadələri həmqafiyə olduğuna görə birnəfəsə oxunur. "Molla Nəsrəddin" jurnalında, xüsusilə Sabir yaradıcılığında "bəhri-təvil"in olmuşdur. Səkkizhecalı, dördmisralı bir neçə bəndlik şeirdir. Qafiyələri abvb, qqqb, dddb... Bu adla musiqi havası da məlumdur. Qəhrəmanlıq varsağıları sərt, coşğun əhvali-ruhiyyə ifadə edir və çoxu brə, bəhi nidaları ilə başlanır. XVI əsr məşhur türk aşığı Qaracaoğlanın əsərləri içərisində bir neçə varsağı vardır. Misal: Türkmən poeziyasında varsağı zarafatyana məhəbbət mahnısına deyilir.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Ernst Linder
Ernst Linder (25 aprel 1868 – 14 sentyabr 1943) — İsveç Ordusunda 1887-ci ildən 1918-ci ilə qədər xidmət etmiş fin əsilli general. O, Finlandiya vətəndaş müharibəsində Botnik körfəzini Nyasiyarviyə birləşdirən Finlandiyanın qərb sahillərində fəaliyyət göstərən Satakunta və Savo hərbi qruplarına rəhbərlik edirdi. Linder ağların komandiri, marşal Qustav Mannerheymin dostu idi. Müharibədən sonra o, təqaüdə ayrıldığı 1920-ci ilə qədər süvari müfəttişi olaraq xidmət etdi. Linder 13 aprel 1918-ci ildə general-mayor, 1938-də general-leytenant və 1940-cı ildə qoşun generalı rütbəsinə yüksəldi.
Eva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Linden, Vaşinqton
Linden (ing. Lynden) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ikinci böyük şəhəridir. ABŞ-Kanada sərhədindən 8 km məsafədə yerləşir. Burada hər il Şimal-Qərb Vaşinqton Yarmarkası keçirilir. == Coğrafiyası == Ümumi ərazisi 13.42 km² olub, bunun 13.39 km² quru, 0.03 km² isə sudur. == İqlimi == Orta illik yağıntı miqdarı 1562 mm-dir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 11951 nəfər əhali, 4594 şəxsi təsərrüfat və 3248 ailə vardı. Əhalinin sıxlığı 892.5 nəfər/km²-di. Burada 4812 ev var və evlərin sıxlığı 359.4/km²-di.
Linden (Vaşinqton)
Linden (ing. Lynden) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ikinci böyük şəhəridir. ABŞ-Kanada sərhədindən 8 km məsafədə yerləşir. Burada hər il Şimal-Qərb Vaşinqton Yarmarkası keçirilir. == Coğrafiyası == Ümumi ərazisi 13.42 km² olub, bunun 13.39 km² quru, 0.03 km² isə sudur. == İqlimi == Orta illik yağıntı miqdarı 1562 mm-dir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 11951 nəfər əhali, 4594 şəxsi təsərrüfat və 3248 ailə vardı. Əhalinin sıxlığı 892.5 nəfər/km²-di. Burada 4812 ev var və evlərin sıxlığı 359.4/km²-di.
Linden Eşbi
Linden Eşbi (ing. Linden Ashby) — ABŞ aktyorudur. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Conni Keyc roludur. == Həyatı == Linden Eşbi 23 mart 1960-cı ildə Atlantik-Biç şəhərində dünyaya gəlmişdir. Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvondo və kunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters (ing. Susan Walters) ilə ailə həyatı qurmuşdur.
Mendel qanunu
Mendel qanunu — Qreqor Yohan Mendelin təcrübə və tədqiqatlarına əsaslanan orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini izah edən klassik genetikanın əsasını təşkil edən, irsiliyin molekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanun. Mendel qanununun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur. == Tarixçə == Qeyd etmək lazımdır ki, Qreqor Yohan Mendelə qədər əldə olunmuş nəticələr qanun şəklində verməmişdir. XIX əsrin ortalarında (O.Sarje, Ş Noden) dominantlıq halı haqqında ilk təsəvvürlər meydana çıxmış olur. Çox vaxt birinci nəsil hibridləri bir-birilərinə və valideynlərin biri ilə (əlamət dominantlıq təşkil etdiyi üçün) oxşar olurlar. Resessiv olan və ya üzə çıxmayan əlamətlər itməyərək hibridlərin bibr-biri ilə çarpazlaşdırılmasından yaranan nəsildə üzə çıxa bilir. C. Qoss göstərmişdir ki, öz-özünə tozlanmada ikinci nəsil hibridlərində dominant əlamətlər iki cür: parçalanan və parçalanmayan ola bilirlər. Lakin tədqiqatçıların heç biri öz müşahidələrini nəzəri cəhətdən qiymətləndirə bilməmişdirlər. Növbəti iki biologiya imtahanından kəsilən Qreqor Yohan Mendel Avqustin monastrında abbatlıq etməyə başlamışdır.
Miqdad Abduləlimov
Miqdad Faiq oğlu Abduləlimov (23 mart 2002; Quba, Azərbaycan — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə Baki dövlət iqtisad kollecinə qebul olmuşdur. 4 aprel 2020-ci ildə hərbi xidmətə çagiriş gəlmiş və təhsilini donduraraq 4 may 2020-ci ildə herbi xidmete getmişdir. Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Miqdad Abduləlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Miqdad Abduləlimov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Miqdad İsmayılov
Miqdad İsmayılov (d. 12 yanvar 1981, Şamaxı rayonu) — fizika−riyaziyyat elmləri namizədi, müəllim, 2008-ci ildən BDU-da çalışır. == Həyat və fəaliyyəti == 1981-ci il yanvarın 12-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olmuşdur. Orta təhsili 1988-ci ildə Şamaxı rayonu Qızmeydan kənd orta məkətəbində almışdır. 1998-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 2002-ci ildə həmin universitetin məzunu olmuşdur. 2008-ci ildən Bakı Dövlət Universitetində çalışır. Ailəlidir. == Təhsili, elmi dərəcəsi və adları == 2002-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsini əyani bitirmişdir. 2002-ci ildə magistraturaya daxil olmuş və 2004-cü ildə magistr dərəcəsi alaraq BDU-nu bitirmişdir. 2005-ci ildə BDU-nun aspiranturasına qəbul olmuş və 2008-ci ildə "Öz-özünə qoşma olmayan bəzi operatorlar siniflərinin spektral xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika−riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
Mondey Merotohun
Mondey Merotohun (2 noyabr 1977) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mondey Merotohun Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Mondey Merotohun Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Qreqor Mendel
Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Heinzendorf bei Odrau, Sileziya, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan) avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi. == Bioqrafiya == Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf bei Odrau şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur. Təbiətə erkən yaşlarında maraq göstərmiş və bağbanlıq etmişdir. İki il Olmüç universitetində fəlsəfə sinifində oxuduqdan sonra, 1843-cü ildən Brnodakı Avqustin ordeninin Müqəddəs Foma monastrında Qreqor adı altında monarxlığa başlayır. 1844-1848-ci illərdə Brno ali ruhani məktəbində oxumuş və 1847-ci ildə rahib olmuşdur. Bir çox elmlərə maraq göstərərək onları öyrənmiş, bir məktəbdə yunan dilindən, hesabdan dərs demişdir. 1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər demişdir. 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir. 1854-cü ildə diplomsuz mütəxəssis olsa da Brno ali real məktəbində fizikadan və təbiətşünaslıqdan dərs demək üçün təklif almışdır.
Romulo Mendes
Romulo Mendes Molina (isp. Rómulo Méndez Molina; 21 dekabr 1938, Koban[d] – 6 yanvar 2022, Kentukki) — qvatemalalı keçmiş futbol hakimi. 2 mundialda (1982, 1986) 2 matça baş hakimlik etmişdir.
Ruellia vindex
Ruellia geminiflora (lat. Ruellia geminiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin ruelliya cinsinə aid bitki növü.
Yeva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Yevsey Gindes
Yevsey Yakovleviç Gindes (rus. Евсей Яковлевич Гиндес ; 17 oktyabr 1872, Kiyev – 5 sentyabr 1954, Bakı) — həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri, Əmək Qəhrəmanı (1938), Azərbaycan SSR əməkdar elm xadimi (1928), Azərbaycan SSR əməkdar həkimi (1940). == Həyatı == Kiyev Universitetinin tibb fakültəsini bitirmiş (1897), Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897–1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902–1905) işləmişdir. 1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905–1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur. Gindes uşaq sümük vərəmi evinin – Zuğulbadakı sanatoriyasının təşkilatçısı və baş həkimi olmuşdur (1913–1930). Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdir. O, slavyan-rus cəmiyyətinin üzvü idi. Sovet hakimiyyəti illərində Gindes Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş (1932–45), 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor təsdiq edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru (1945–1952) olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir.
Çiko Mendes
Fransisku Alves Mendes Filyu, Çiko (Şiku) Mendes kimi daha yaxşı tanınır (port. Francisco Alves Mendes Filho, Chico Mendes, 15 dekabr 1944[…] – 22 dekabr 1988[…]) — İşçi Partiyasının qurucularından biri olan Amazon cəngəlliyini müdafiə edən Braziliya həmkarlar ittifaqçısı və ətraf mühit fəalı. Braziliyanın milli qəhrəmanı. == Bioqrafiyası == Şapuridə (Akri ştatı) rezin yığan ailədə anadan olub. Həmkarı Vilson Pineyru ilə birlikdə Braziliya ətraf mühit hərəkatına öncülük etmiş, Braziliya cəngəlliyinin (yəni yağış meşələri, cəngəllik) meşələrin kəsilməsini dayandırmaq üçün yerli icmaları səfərbər etmiş və kəndlilərin hüquqlarının məhdudlaşdırılmasına çağıran ilk şəxs olmuşdur. Mendes, kauçuk ağacları qoruyaraq meşələri kəsən torpaq sahiblərinin zülmündən xilas edərək onları mal-qara üçün otlaqlara çevirdi. Çiko Mendes 22 dekabr 1988-ci ildə, Şapuri kəndindəki (Braziliya, Akri ştatı) evinin qapısında öldürüldü. Amazon və Braziliya cəngəlliyində yaşayan insanları qorumaq üçün mübarizə apardı və həyatını bu mübarizəyə verdi. Bu gün Mendes, Amazonun yeni bir müasir simasının yaradılmasında, eyni zamanda davamlı meşə idarəçiliyi, sosial siyasət və qoruma prinsiplərini özündə birləşdirən bir konsepsiyanın, yerli əhalinin hüquqları inkişafına böyük töhfə verən bir insan olaraq qəbul edilir. Braziliyadakı Mendesin fikirlərinin irsi yerli icmaların meşələrdə meşələrin kəsilmədən işlərini görmələrinə kömək edən təşkilatlar şəbəkəsidir.
Minbər
Minbər (ərəb. منبر‎) — məscidlərdə vaizin, xətibin çıxıb vəz, xütbə oxuduğu pilləli kürsü.Memarlıq cəhətdən məscidin içərisində mehrabın sağ tərəfinədə inşa edilir. İmamın camaata yüksək bir yerdən xitab etməsi üçün pilləli şəkildə hazırlanmış məscid daxili tamamlama işini görən quruluşdur. Minbər- taxta, mərmər, kərpic kimi materiallardan düzəldilə bilər. İmam xütbəni pilləkənin pillələri üzərində oxuyur. Pilləkənli quruluşu imamın səsini camaata çatdırmaq üçün nəzərdə tutulub. İmamın minbərdən camaata o günə dair olaraq xitab etməsinə xütbə deyilir. Xütbə (ərəbcə: خطبة), İslam dinində cuma və bayram namazlarında minbərdə imam tərəfinfən oxunan dua və verilən nəsihətdir. Bəzi məscidlərdə minbərin qarşısında bərabər gələcək şəkildə və ya pəncərənin sol hissəsində yerləşəcək şəkildə müəzzin mahfili (məscid içindəki müəzzinlərə aid məkan) var.
Minkənd
Minkənd — Azərbaycan Respublikasının Laçın rayonu Minkənd kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyannaməsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunmuşdur. == Tarixi == Minkənd kəndi Qarabağ yaylasındadır. Etnooykonimdir. Kənd öz adında qədim türkdilli minqımın (mənbələrdə adi minqat kimi də çəkilir) tayfasının adını əks etdirir. VII-VIII əsrlərdə təkuz Oğuz konfenderasiyasına daxil olan minqlər XII-XIII əsrlərdə qipçaqların, XIII-XIV əsrlərdə isə Qızıl Ordanın iri tayfa birləşmələrindən biri olmuşlar. Teymurun dövründə (XIV əsr) baş vermiş siyasi hadisələrdə fəal iştirak edən minqlər sonralar müxtəlif ərazilərdə məskunlaşmışlar. Azərbaycanda minqlərin yeni saldiqları yaşayış məntəqələri, о cümlədən Minkənd onların adı ilə adlanmışdır. Hazırda Azərbaycanlılar yaşayan kənd əhalisinin etnik tərkibi müəyyən tarixi hadisələrlə əlaqədar bir neçə dəfə dəyişmişdir. Mincivan qəsəbəsi (Zəngilan rayonu), Mingiz məhəlləsi (Ordubad şəhəri), Minqışlaq, Minqlər, Kattaminq, Minqon (Özbekistan) və Mingistan (Tacikistan) toponimləri də minqlərlə əlaqədardır.Kəndin digər adı Şahsuvarlı olmuşdur. Minkənd kəndi əvvəllər əsasən xərək, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yeraltı qazmadan düzəldilmiş tikililər) adlanan xüsusi tikililərdən ibarət idi.
Inked
Inked — ABŞ-nin tatuirovka, həyat tərzi mövzularını özündə birləşdirən, 2004-cü ildə təsis edilmiş populyar qlyants brend jurnal. Səhifələri qlyants olduğundan, jurnal qəzet kiosklarında GQ və Vanity Fair kimi brend jurnallarla bir cərgədə durur. Jurnalda çəkilən tatuirovkalı qadınlar: Kat Von D, Avril Lavin, Diablo Kodi, Eve Malin AkermanHəmçinin bu jurnalda çəkilənlər arasında çox sayda kişilər də var: Ozzi Osborn, Treysi Morqan, Slash, Kid Kudi Billi Armstronq. və başqaları. == Tarix == "Inked" 2004-cü ilin sonlarında təsis edilmişdi, 2006-cı ildə isə jurnal Downtown Media Group adlı nəşriyyat evi tərəfindən alınmışdı. Nylon Holding, Inc. şirkətinin Prezidenti və Nylon jurnalının chef-redaktoru Donald Hellinger, 2007-ci ilin avqust ayında Inked jurnalını alaraq onun sahibinə çevrlir. O Todd Vaynberqi kreativ direktor vəzifəsinə təyin etdi və ona jurnalın dizaynında korrektə işlər görməsini tapşırdı. 2010-cu ildə isə Rocky Rakovic jurnalın redaktor vəzifəsinə təyin olundu.
Mingə
Mingə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 240 nəfərdir ki onunda 115 nəfəri kişi, 125 nəfəri qadındır.