ƏMİKİŞİ
ƏMİN
OBASTAN VİKİ
Böyük Əmili
Böyük Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Birinci komponent oykonimi indi mövcud olmayan Kiçik Əmili kəndindən fərqləndirmək üçündür. Əmili komponenti isə toponimiyada türk mənşəli Kiməklərin yeddi qolundan biri olan İmi (Eymi, Eymir, Eymür) etnonimi ilə əlaqələndirilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ-Ağdaş şose yolunun kənarında, Əmirvan silsiləsinin cənub ətəyində yerləşir. == Əhalisi == Kənddə 1200 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisi maldarlıq, tərəvəz və taxıl əkini ilə məşğuldur. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır. == Mədəniyyəti == Kənddə 1000 nəfərlik tutumu olan, süni örtüyə malik futbol stadionu da vardır.
Böyük Əmili bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Əmilli məbədi
Kilsədağ kilsəsi — Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban kilsəsinin qalıqlarıdır. Bəzi tədqiqatçıların fikrincə, kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir. Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. Kilsədağ məbədi onu Qafqaz Albaniyasının və ümumilikdə Cənubi Qafqazın digər dairəvi məbədlərindən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Kilsənin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən iki dairəvi tikili birləşir. == Tarixi == Kilisədağda Mitra (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin tanrısı idi) məbədi, mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı. Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.
Kiçik Əmili
Kiçik Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Kiçik Əmili kəndi Zalam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kiçik Əmili kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim özündə qədim türkdilli oğuzların İmi (Eymi, Eymir, Eymür) tayfasının adını əks etdirir və rayonun ərazisindəki Böyük Əmili kənd adının qarşılığıdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 17 km. cənub-qərbdə Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ-Ağdaş şose yolunun kənarında, Daşüz silsiləsinin ətəyində, Ərəş düzündə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıqla məşğuldur. Tərəvəz sahələri, taxıl zəmiləri də əkilir. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.
Kiçik Əmili bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmili
Böyük Əmili — Qəbələ rayonunda kənd. Kiçik Əmili — Qəbələ rayonunda kənd.
Əmillər
Əmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmillər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.